Məhkəmə qərarları › İş №1(007)-454/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-454/2023

25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-454/2023 25.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, subay, ali təhsilli, AR vətəndaşı, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi ev 2, mənzil 62də qeydiyyatda olan, xx.xx.2023-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 312.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay dövlət və yerli özünü idarə orqanında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 07 ay 25 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İT-də saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə- yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin işçisi olması barədə yalan məlumat verərək inandırıb, Zərərçəkmiş şəxs Rusiya Federasiyasının Dağıstan Dövlət Pedaqoji Universiteti tərəfindən verilmiş diplomunu təstiq etdirmək məqsədi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən keçiriləcək imtahanlarda yüksək nəticə əldə etməsinə və diplomunun təstiq edilməsinə köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq etibarından sui istifadə edib bu adla Zərərçəkmiş şəxs 2021-ci ilin noyabr ayının ortalarında Bakı şəhəri Nizami rayonu Qara Qarayev 2B ünvanında yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə X1rşısında 3000 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən üç il müddətdir ki, tanıyır, sonuncu ilə tanışlığı təsadüf nəticəsində olmuşdur. Belə ki, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən Təhsildə X1rşısında olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs ona bildirmişdir ki, onun Rusiya Federasiyasının Dağıstan Dövlət Pedaqoji Universiteti tərəfindən verilmiş diplomun müvafiq qurum tərəfindən təsdiq olunmasına ehtiyacı vardır. Həmin vaxt o, həmin işdə kömək edə biləcəyini bildirmişdir. Aygün onunla razılaşmış, bundan bir neçə gün sonra dəqiq tarixi xatırlamadığı vaxtda o, Aygünün istifadəsində olan mobil telefona özünə məxsus ***-***-**-** nömrəli mobil telefon vasitəsilə zəng edərək sonuncuya bildirmişdir ki, bu işin müqabilində 3000 manat pul lazımdır. Aygün onunla razlaşmış və 2021-ci ilin noyabr ayının əvvəllərində Nizami rayonu Q.Qarayev prospektində yerləşən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin inzibatı binasının qarşısında görüşmüşlər. Aygün özü ilə gətirdiyi 3000 manat pulu ona vermişdir. O, pulu alaraq Aygünə bildirmişdir ki, narahat olmasın tez bir zamanda onun işi öz həllini tapacaqdır. O. Aygünə kömək edə biləcək adam tapa bilmədiyindən ondan almış olduğu pulu öz tələbatlarına xərcləmişdir. Bir müddət sonra, yəni 2022-ci ilin fevral və ya mart ayında Aygünə məxsus Beynəlxalq bank kartına 1000 manat pul göndərmişdir. Daha sonra o, həbs olunduğundan 2000 manat pulu qaytara bilməmişdir. Təqsirləndirilən şəxs özünü verilmiş ittiham üzrə təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu, hal-hazırda zərərçəkmiş şəxsə dəyən ziyanı tamamilə ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2016-2021-ci il aralığında o, Rusiya Federasiyasının Dağıstan Dövlət Pedaqoji Universitetinin informatika fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən onun oxuduğu universitet tərəfindən verilmiş diplomun tanınmadığı məlum olmuşdur. Bundan sonra o, diplomunun təstiq olunmasından ötrü Azərbaycan Resublikasının Təhsil Nazirliyinə müraciət etmiş və Azərbaycan Respublikasının qanunlarına əsasən Nizami rayonu, Qara Qarayev prospekti yerləşən Təhsildə Keyfiyyət Təminatı Agentliyində keçirilən imtahana yazılmışdır. O, 2021-ci ildə birinci imtahanda kəsildikdən sonra qeyd olunan dövlət müəssəsinin qarşısında təsadüfdən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Belə ki, Sadıqov Tural özünü Agentliyin işçisi kimi təqdim edərək müxtəlif şəxslərə öz köməyini təklif edirmiş və o, da həmin şəxslərdən biri olmuşdur. Tanışlıq zamanı Tural ona da təklif etmişdir ki. 3000 manat müqabilində ona imtahandan keçməyə köməklik edə biləcəkdir. Qeyd olunan 2021-ci ilin təxminən noyabr ayında o, lazım olan 3000 manat pulu toplayaraq Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin inzibati binasının qarşısında olan zaman əlbəəl Turala vermişdir ki, sonuncu onun imtahandan keçməyinə köməklik edərək diplomunu təstiq etdirsin. Tural pulu aldıqdan təxminən 10 gün sonra o, 2-ci dəfə imtahan vermiş, lakin bu səfərdə nəticələri müsbət olmamışdır. Daha sonra Tural müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmaqdan yayınmış və sonda o, xəbər tutmuşdur ki, Tural çoxsaylı şikayətlərə görə həbs olunubdur. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənildiyindən, ona qarşı heç bir şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-cü maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1, 179.1,185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs cinayət məsuliyyətindən azad edilir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdyi ərizəsinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur, onunla barışmışdır, cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizəyə əsasən müəyyən edilir ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəmişdir, onunla barışmışdır, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. İş materiallarına əlavə edilmiş DİN BƏSİİ-dən əldə edilmiş arayış və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 312.2-ci maddələri ilə təqsirli bilinmiş, CM-nin 178.2.2 və 178.2.4-cü maddələrilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.4, 312.2-ci maddəsilə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanılmaqla 07 müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə dövlət və ya yerli özünüidarətmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 07 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasını qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə 02 il 06 ay müddətinə dövlət və ya yerli özünüidarətmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 09 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın 04 ay 05 gün hissəsi təyin edilmiş əsas cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 il 06 ay dövlət və yerli özünü idarə orqanında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 07 ay 25 gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində AR-sı CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə olan cinayət təqibinə xitam verilmiş və həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilmişdir. Hazırki cinayət işi üzrə əməl Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından öncə, yəni 2021-ci ilin noyabr ayında törədildiyindən, şəxsin cinayət məsuliyyətindən azad olunmasının və barəsində olan cinayət təqibinə xitam verilməsinin mümkünlüyünü istisna etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Təqsirləndirilən şəxsin Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza çəkməsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə aparılmış yazışmalara dair 02 vərəqdən ibarət çıxarış cinayət işinin materiallarında saxlanmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Hal-hazırda Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 8 il 07 ay 25 gün müddətində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə aparılmış yazışmalara dair 02 vərəqdən ibarət çıxarış cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar