Məhkəmə qərarları › İş №1(007)-459/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-459/2022

01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-459/2022 01.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi:X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1982-ci ildə Naxçıvan MR Şərur rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkumluğu olan və ödənilməyən, orta təhsilli, Bakı şəhəri Xətai rayonu, E.Əliyev küçəsi 4 inzibati binada qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə şəxsiyyəti istintaqa “Tamerlan" kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 02 iyun 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nizami rayonu, M Abbasov küçəsi 92 saylı binanın qarşısına gəlib aralarında olan vəzifə bölgüsünə əsasən, kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat vermək üçün binanın 2 nömrəli giriş hissəsinin qarşısında dayanmış, qrup üzvü, şəxsiyyəti istintaqa "Tamerlan” kimi məlum olan şəxs isə 12-ci mərtəbəyə qalxaraq,132 saylı mənzildə yaşayan Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən dolabın plastik qapısını istintaqa məlum olmayan alətlə açmaqla qanunsuz olaraq saxlanc yerinə daxil olub oradan 01 ədəd 170 manat dəyərində “Beko" markalı ağ rəngli somavar dəstini, 8 ədəd 2 litrlik hər biri 18 manat olmaqla ümumi dəyəri 144 manat olan "Kırlangıc'’ qarğıdalı yağlarını, 12 ədəd 2 litrlik hər biri 13 manat olmaqla ümumi dəyəri 156 manat olan "Möcüzə“ qarğıdalı yağlarını, 10 ədəd 1 litrlik hər biri 6 manat olmaqla ümumi dəyəri 60 manat olan “Yudum" qarğıdalı yağlarını özləri ilə gətirdikləri sellofan torbalara yığıb birlikdə daşımaqla aparıb gizli olaraq talayaraq həmin əşyaları satıb əldə etdikləri gəliri öz aralarında bölməklə ümumilikdə Zərərçəkmiş şəxs 530 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs X3 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2022-ci ilin iyun ayının əvvəllərində saat 13 radələrində tanışı “Tamerlan” adlı şəxslə birlikdə Nizami rayonu, “Neftçilər” metrosu yaxınlığında hündürmərtəbəli binanın saxlanc yerində olan yağlar, “Tefal” markalı çaynik və başqa məişət avadanlıqlarını götürmək üçün binanın yaxınlığına gəlmişlər. Qeyd olunan ünvana çatdıqda Tamerlan binaya daxil olmuş, o isə bloka giriş-çıxışa nəzarət etmək üçün aşağıda gözləmişdir. Təxminən 15 dəqiqə sonra Tamerlan əlində 3 ədəd selofan torba ilə gəlmişdir. Torbaların içərisində 3 ədəd 2 litrlik, 4 ədəd 1 litrlik günəbaxan və qarğıdalı yağları, 2 ədəd “Tefal” çayniklər olmuşdur. Onlar birlikdə “8-ci kilometr bazarı”nın yaxınlığına gəlmiş və orada yerləşən gözəllik salonunda 2 litrlik yağları, hər birini 10 manata, 1 litrlik yağları isə hər birini 5 manata olmaqla, ümumilikdə 50 manata satmışlar. Götürdükləri məişət avadanlıqlarını isə satmağa çalışsalar da, işləmədiyi üçün sata bilməmişlər, nəticədə çayniklərdən birini Tamerlan evə aparmış, digərlərini isə yararsız olduğu üçün zibilliyə atmışlar. Əldə etdikləri 50 manat pulu birlikdə xərcləmişlər, belə ki, birlikdə yemək yemiş və siqaret almışlar. Həmin hadisədən 2 gün sonra o, Tamerlanın qardaşı Sərxanla birlikdə yenidən həmin binaya gəlmiş və liftlə yuxarı qalxmışdır.Yuxarıda yadında qalmayan mərtəbələrdən birində Sərxan liftdən düşmüş və sonra onu tapa bilmədiyi üçün binadan çıxıb getmişdir. Törətmiş olduğu əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, dəymiş zərəri ödəməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs öz ifadəsində bildirmişdir ki, Nizami rayonu, M.Abbasov,92 ünvanında 12-ci mərtəbədə yerləşən 132 saylı mənzildə öz ailəsi ilə birgə yaşayır. Blokda olan saxlanc yerində müxtəlif məişət avadanlıqları və ərzaq məhsulları saxlayır. xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində saxlanc yerindən əşya götürmək üçün saxlanc yerinə yaxınlaşdıqda qapısının açıq vəziyyətdə olduğunu görmüş, dərhal ora ətraflı baxış keçirtmiş və dolabda olan əşyaların oğurlandığını başa düşmüşdür. Məhkəmə iclasında bildirdi ki,saxlanc yerindən 1 ədəd “Beko” markalı ağ rəngli və 2 il əvvəl 170 manata alınmış samovar dəsti, “Arçelik” markalı, ağ rəngli 2022-ci ilin mart ayında 265 manata alınmış samovar dəsti, "Boss" markalı, 2022-ci ilin yanvar ayında 200 manata alınmış ütü, “Live Slime' markalı 2020-ci ildə 510 manata aldığı 5-li set kombayn (blender, sokçəkən. kofeüyüdən və s.), 2020-ci il tarixdə 204 manata aldığı uşaq skuteri, 6 ədəd 60 manat dəyərində hər biri 10 manat xrustal stəkanlar, 8 ədəd 2 litrlik, ümumi dəyəri 144 manat olmaqla, hər biri 18 manat olan "Kırlangıc” qarğıdalı yağları, 12 ədəd 2 litrlik ümumi dəyəri 156 manat hər biri 13 manat olan "Möcüzə “ qarğıdalı yağları, 10 ədəd 1 litrlik ümumi dəyəri 60 manat olan hər biri 6 manat "Yudum" qarğıdalı yağları, 12 ədəd 5 kiloqramlıq ümumi dəyəri 368 manat olmaqla, hər biri 23 manat olan "Ariel" markalı yuyucu tozlar, 5 ədəd 5 kiloqramlıq ümumi dəyəri 140 manat olan, hər bir 28 manat olan “Besta" markalı düyülər, 1 ədəd 10 kiloqramlıq 56 manat dəyərində “Besta" markalı düyü, 6 qutu 500 qramlıq ümumi dəyəri 78 manat olan "Mahmud" çayları, 6 qutu 500 qramlıq, ümumi dəyəri 66 manat olan "Əhməd" çayları oğurlanmışdır. Qeyd etdi ki, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 2477 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 da, oğlu Zərərçəkmiş şəxs ifadəsi ilə analoji məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Nizami rayonu, Qara Qarayev 81 ünvanında yerləşən gözəllik salonunda işləyən zaman sonradan adını öyrəndiyi Orxan adlı şəxs, adını bilmədiyi digər şəxslə birlikdə salona daxil olaraq, duru ərzaq yağlarını satdıqlarını bildirmişlər. Şahid2 bildirdi ki, 1 ədəd “Möcüzə” qarğıdalı yağını 8 manata almışdır. Digər yağları isə onunla həmin salonda işləyən Jalə və Tünzalə adlı şəxslər almışlar. Həmin vaxt onlar yağların oğurluq olması barədə məlumatsız olmuşlar. Təqsirləndirilən şəxs və onunla birlikdə olmuş yoldaşı tərəfindən yuxarıda qeyd etdiyi yağlardan əlavə, 1 ədəd elektron çaynik də onlara təklif edilmiş, lakin onlar məişət avadanlığı olan çayniki almamışlar. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Məhkəmədə müəyyən edildi ki, vurulmuş ziyan ödənilmişdir. Belə ki, Zərərçəkmiş şəxs Cabbar oğlu xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən və işə əlavə edilmiş Bakı şəhər Xətai Rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR-sı CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən 01 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olumuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf etməsini, peşmançılıq çəkməsini, dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi işə əlavə edilmiş, Nizami rayonu, M.Abbasov küçəsi 92 saylı binanın kamera görüntülərinin əks olunduğu 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 6 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 22 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar