Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-46/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, iki azyaşlı uşağı olan, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi ev 4A, mənzil 16-da qeydiyyatda olan, ünvan 2-də yaşayan, 19 avqust 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 23 may 2019-cu il tarixdə saat 20 radələrində yaşadığı ünvan 2-də keçmiş əri Şahid1 ilə mübahisə etmələri səbəbindən onları aralamaq istəyən keçmiş qaynanası Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən əlləri ilə vuraraq və sağ qolundan dişləyərək ona sağ bazunun qançırları, sağ saidin hematomaları və sıyrıqları ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid1 ilə 2005-ci ilin iyul ayında ailə qurmuşlar, Şahid1 evdə yaranmış münaqişələrə və başqa qadınla münasibət saxladığına görə 2018-ci ilin avqust ayından mənzili tərk edərək Nərmin Quliyeva adlı qadınla yaşamağa başlamışdır. 2019-cu ilin aprel ayında aralarında olan nikah rəsmi qaydada pozulmuşdur. O, azyaşlı övladları X11 və X12 ilə birlikdə ünvan 1 ünvanında yerləşən, Şahid1lə birgə nikahda olarkən aldıqları mənzildə yaşayır. Bu müddət ərzində keçmiş həyat yoldaşı Elnur onu və azyaşlı övladlarını mənzildən çıxarmaq üçün mütəmadi olaraq həmin mənzilə gəlmiş, onu nalayiq ifadələrlə təhqir etmiş və mənzildən çıxmasını tələb etmişdir. O, Elnurun bu hərəkətlərindən bezərək mənzilin giriş qapısının kilidini dəyişmişdir. 23 may 2019-cu il tarixdə Elnur yenə mənzilə gəlmiş, mənzilin kilidini dəyişmək üçün əlində gətirdiyi kilidi və şkafda olan vintaçanı götürmüşdür. O, Elnurdan nə etməsin soruşduqda, Elnur “mənim evimdən rədd ol get” demişdir. O, Elnura hələki işlərinin məhkəmə baxışında olmasını izah etməyə çalışmışdır. Bu zaman qapının açıq olmasından istifadə edən və mənzilə heç bir aiddiyyəti olmayan kənar iki şəxs, yəni qaynanası Zərərçəkmiş şəxs və baldızı Natəvan Əliyeva mənzilə daxil olmuş, ondan evdən çıxmalarını tələb edərək, onu əl zərbələri ilə vurmağa başlamışlar. O, həmin şəxslərin belə hərəkətlərinə dözməyərək özünü mətbəxdə olan pəncərədən ataraq intihar edəcəyini bildirmişdir. Bundan sonra Elnur, anası Leyla və bacısı Natəvan yaranmış konfliktə görə mənzili tərk edərək getmişlər. O, hadisə zamanı Zərərçəkmiş şəxs vurmamış, ona xəsarət yetirməmiş, əksinə, özünü üç nəfərin hücumundan müdafiə etmişdir. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu Əliyev X1 Jalə Əlövsət qızı ilə 2005-ci ildə ailə qurmuşdur, onların həmin nikahdan iki övladları olmuşdur. Jalə ilə evdə yaranmış münaqişələrə görə 2018-ci ilin avqust ayından Elnur yaşadığı ünvan 2 ünvanından çıxıb onun yaşadığı ünvan 3 ünvanına köçmüşdür. 2019-cu ilin aprel ayında Elnur Jalə ilə rəsmi şəkildə boşanmış, bundan sonra Jalə onun mərhum əri X4 2006-cı ildə aldığı və hal-hazırda vərəsəliklə oğlunun adında olan ünvan 2 ünvanında uşaqları ilə birlikdə qalmış, Elnur isə mənzildən çıxaraq onunla qalmışdır. Lakin boşanmadan sonra Elnur uşaqlarını görmək üçün keçmiş həyat yoldaşının yaşadığı mənzilə gedəndə Jalə Elnurla kobud davranaraq üstünə gəlmiş, aralarında münaqişə yaratmış, Elnurun adına olmaqla yaşadığı mənzilin giriş qapısının kilidini dəyişmişdir. 23 may 2019-cu il tarixdə səhər saatlarında oğlu Elnur və qızı Natəvanla birlikdə Jalənin uşaqları ilə birlikdə yaşadığı həmin mənzilə getmişlər, lakin həmin vaxt mənzilin qapısının bağlı olmasını görmüşlər. Onlar bir qədər qapını döymüşlər, qapını açan olmamışdır. Bundan sonra ərazinin sahə müvəkkili olan Namiq müəllimlə əlaqə saxlayaraq vəziyyəti ona bildirmişlər. Namiq müəllim bir neçə dəqiqədən sonra onlarla əlaqə saxlayaraq bildirmişdir ki, keçmiş gəlini Jalə evdə yoxdur, bir neçə dəqiqədən sonra gələcəkdir. Onlar birlikdə günorta saatlarına qədər Jaləni gözləmişlər, lakin Jalə mənzilə gəlməmişdir. Onlar gözləməkdən yorularaq evlərinə qayıtmışlar. Həmin gün axşam saatlarında Elnur həmin mənzilə getmək qərarına gəlmişdir. Təxminən 10-15 dəqiqə sonra Elnur onlarla əlaqə saxlayaraq Jalənin evdə olduğunu demişdir. Bundan sonra o, qızı Natəvanla taksi ilə həmin ünvana getmişdir. Binanın blokuna daxil olanda orada iki nəfər polis əməkdaşının olduğunu görmüşlər. Həmin polislər onlarla birlikdə Jalənin yaşadığı mənzilə getmişlər. Mənzilin giriş hissəsində Elnurun qapının kilidini dəyişdiyini görmüşdür. Onlar mənzilə yaxınlaşanda Jalə polislərə məhəl qoymadan onu və övladlarını təhqir etməyə başlamışdır. Orada olan polislər Jaləni sakitləşdirməyə çalışmışlar. Bundan sonra Jalə sakitləşmişdir. Polis əməkdaşları Jalənin sakitləşməsini görüb onlara Jalənin sakit olacağını və təhqir etməyəcəyini bildirmişlər. Bundan sonra polis əməkdaşları oranı tərk etmişlər. Polislər getdikdən sonra Jalə mobil telefonu götürərək anası ilə danışmağa başlamış, anası ilə danışa-danışa arabir nəvələrinə “gözləyin, sizə yemək verəcəm” demişdir. Elnur Jalənin bu hərəkətini görüb uşaqlarına pis baxdığını, vaxtında yemək verməməsini nöqsan kimi ona bildirmişdir. Jalə isə Elnurun bu sözləri qarşılığında onun üstünə gedərək yumruqla zərbələr vurmağa başlamış və onların mənzildən çıxmalarını tələb etmişdir. Həmin vaxt o, Jaləni oğlundan ayırmaq üçün aralarına girmiş, Jaləni qırağa çəkmək istəyəndə Jalə onun sağ əlindən dişləyərək sinə nahiyyəsindən bir neçə dəfə yumruq zərbəsi ilə vurmuş, bundan sonra mətbəxdəki olan pəncərəyə çıxıb özünü ataraq intihar edəcəyini bildirmişdir. Elnur Jaləni pəncərədən qırağa çəkib DİN-in 102 xidmətinə zəng edərək onları evə çağırmışdır. Bir az sonra 24-cü Polis Şöbəsinin əməkdaşları evə gələrək onu, Elnuru və Jaləni polis şöbəsinə dəvət etmişlər, orada izahatları alınmışdır. Təqsirləndirilən şəxs ilə barışmamışdır, ondan şikayətçidir. Barəsində qanuni qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2005-ci ildə ailə qurmuş, həmin nikahdan iki övladları olmuşdur. Jalə ilə evdə yaranmış münaqişələrə görə 2018-ci il avqust ayından yaşadığı ünvan 2 ünvanından çıxıb anasının yaşadığı ünvan 3 ünvanında qalmışdır. 2019-cu ilin aprel ayında Jalə ilə rəsmi şəkildə boşanmışlar, bundan sonra Jalə onun mərhum atası X4 2006-cı ildə aldığı və hal-hazırda vərəsəliklə onun adına olan C.Naxçıvanski küçəsi ev 81, mənzil 54 ünvanında uşaqları ilə birlikdə qalmış, o isə mənzildən çıxaraq anasıgildə qalmışdır. Lakin boşanmadan sonra o, hər dəfə uşaqlarını görmək üçün keçmiş arvadı Jalənin yaşadığı mənzilə gedəndə Jalə onunla kobud davranaraq üstünə gəlmiş, aralarında münaqişə yaratmışdır. Təxminən 2018-ci ilin sonunda Jalə onun adına olan yaşadığı mənzilin giriş qapısının kilidini dəyişmişdir. 23 may 2019-cu il tarixdə səhər saatlarında anası Zərərçəkmiş şəxs və bacısı Natəvan Əliyeva ilə birlikdə Jalə Əliyevanın övladları ilə birlikdə yaşadığı mənzilə getmiş, lakin mənzilin qapısının bağlı olmasını görmüşlər. Bir qədər qapını döymüşlər, qapını açan olmamışdır. Budan sonra ərazinin sahə müvəkkili olan Namiq müəllimlə əlaqə saxlamış və ona durumu bildirmişlər. Namiq müəllim bir neçə dəqiqədən sonra əlaqə saxlayaraq onlara bildirmişdir ki, Jalə evdə yoxdur, bir neçə dəqiqədən sonra gələcəkdir. Onlar günorta saatlarına qədər gözləsələr də, Jalə gəlməmişdir. Onlar gözləməkdən yorularaq evlərinə qayıtmışlar, həmin gün axşam saatlarında o, yenidən mənzilə getmək qərarına gəlmişdir. Mənzilə yaxınlaşanda mənzilin işıqlarının yanılı olmasını görmüş, mənzilə qalxmış, qapını döymüş və Jalə qapını açmışdır. O, Jalədən harada olmalarını soruşmuş, Jalə ona bildirimişdir ki, bütün günü tədbirdə olmuşdur. O, nə tədbir olduğunu soruşduqda isə Jalə bu barədə ona heç bir məlumat verməmişdir. Bundan sonra o, mənzilin natəmiz olmasını görmüş, uşaqlardan yemək yeyib-yeməmələrini soruşmuş, övladları ona ac olduqlarını bildirmişlər. Bundan sonra o, Jalənin onu şərləməsindən qorxaraq qapını açıq saxlayıb kilidi dəyişməyə başlamışdır. Jalə isə israrla qapını bağlamasını istəmişdir. O, anasına zəng edərək nəvələrinin evdə olmasını bildirmişdir. Bundan sonra anası və bacısı Natəvan taksi ilə həmin yerə gəlmişlər, binanın blokunun girişində olan iki nəfər polis əməkdaşı ilə birlikdə mənzilə gəlmişlər. Anası ilə bacısı mənzilə daxil olanda Jalə polislərə məhəl qoymadan anasını, bacısını və onu təhqir etməyə başlamışdır. Orada olan polislər Jaləni sakitləşdirməyə çalışmışlar. Bundan sonra Jalə sakitləşmiş, polis əməkdaşları onun sakitləşməsini görüb onlara Jalənin sakit olacağını və onları təhqir etməyəcəyini bildirmiş, oranı tərk etmişlər. Polislər getdikdən sonra Jalə mobil telefonu götürərək anası ilə danışmağa başlamışdır. Jalə anası ilə danışa-danışa arabir övladlarına “gözləyin, sizə yemək verəcəm” demişdir. O, Jalənin bu hərəkətini görüb uşaqlarına pis baxdığını, vaxtında yemək vermədiyini nöqsan kimi ona bildirmişdir. Jalə isə onun bu sözləri qarşılığında üstünə gələrək yumruqla zərbələr vurmaqa başlamış, onların mənzildən çıxmalarını tələb etmişdir. Həmin vaxt anası Leyla Jaləni ondan ayırmaq üçün aralarına girmiş, Jaləni qırağa çəkmək işləyəndə, Jalə anası Leylanın sağ əlindən dişləyərək sinə nahiyyəsindən bir neçə dəfə yumruq zərbəsi ilə vurmuş, bundan sonra mətbəxdəki pəncərəyə çıxaraq özünü atıb intihar edəcəyini bildirmişdir. O, Jaləni pəncərədən qırağa çəkib DİN-nin 102 xidmətinə zəng etmiş, bir az sonra 24-cü Polis Şöbəsinin əməkdaşları evə gələrək onu, anasını və Jaləni polis şöbəsinə dəvət elmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5, Zərərçəkmiş şəxs və Şahid1lə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 2007ci ildən Füzuli RPŞ-nin Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə ezam edilmiş sahə rəisi vəzifəsində işləmişdir, hazırda yaşı ilə əlaqədar pensiyaya çıxmışdır. 23 may 2019-cu il tarixdə axşam saatlarında 24-cü Polis Şöbəsinə daxil olmuş məlumat əsasında əməliyyat qrupunda olan polis əməkdaşları ilə birlikdə ünvan 2 ünvanına getmiş, orada Təqsirləndirilən şəxs ilə Şahid1 ailədaxili münaqişə yaşadıqlarının, Elnurun anası Zərərçəkmiş şəxs və bacısının da mənzildə olduqlarının şahidi olmuşdur. Polis əməkdaşlarını görən kimi hər iki tərəf bir-birilərinin əleyhinə fikirlər söyləyib şikayət etməyə başlamışlar. Hər iki tərəfi Polis Şöbəsinə dəvət edib şöbədə ərizələri alınaraq araşdırma təhqiqat bölməsinə həvalə edilmişdir. Bundan sonra onun həmin ailə ilə heç bir münasibəti olmamışdır. 23 may 2019-cu il tarixdə saat 11 radələrində o, Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlamamışdır. Onlar çağırışa gələnə kimi Təqsirləndirilən şəxs və qarşı tərəf arasında münaqişə olmuş, onlar hadisə yerinə gəldikdə Zərərçəkmiş şəxs əlini tutataraq onlara göstərmişdir ki, onların gəlməsinədək Jalə onu döyərək əlini dişləyib xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru Şahid5 Ələsgər oğlu, Şahid3la eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid1 və Təqsirləndirilən şəxs təxminən üç il müddətdir ki, tanıyır. Həmin şəxsləri tanımasına səbəb, onların onun komendant köməkçisi kimi işlədiyi binada yaşamaları olmuşdur. Həmin ailədə müəyyən problemlər olmuşdur. Belə ki, ailə məhkəmə qərarı ilə boşanmışlar və Nizami rayonu, ünvan 4 ünvanında yerləşən binada olan mənzilə görə tərəflər arasında mübahisə vardır. 23 may 2019-cu il tarixdə günorta saatlarında Elnur yanında bir nəfər tanımadığı şəxslə gələrək ona bildirmişdir ki, yanındakı şəxs qapı ustasıdır, keçmiş həyat yoldaşı Jalə mənzilin qapısını bağlamışdır, ona görə qapını açmaq istəyirlər. O, Elnura bildirmişdir ki, Jalə xanımı gözləsinlər, o, gələndən sonra qapını açarlar. O, Jalə xanımın mobil telefonuna zəng vuraraq bu barədə məlumat vermişdir. Bundan sonra Şahid1 və yanında olan şəxs oranı tərk edib getmişlər. Həmin gün axşam saatlarında Jalə xanımın mənzilində olan səs-küyü eşidib onunla əlaqə saxlamış və ona öz köməyini təklif etmişdir. Jalə xanım köməyə ehtiyacı olmadığını bildirmişdir. Təxminən bir saat sonra Jalə xanımın mənzilinə təcili tibbi yardımın həkim briqadası və ərazi polis orqanının əməkdaşları gəlmişlər. O, qeyd olunan mənzildə baş vermiş mübahisəni görməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 04 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs 23 may 2019cu il tarixdə bədən xəsarəti alması faktı üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) - 23 may 2019-cu il tarixli protokoldan görünür ki, X2 iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 8) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10- Təcrübi və X15 rayon şöbəsinin 25 iyun 2019-cu il tarixli 490 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, X3 döş qəfəsinin, sağ saidin arxa səthinin, döş qəfəsinin arxa səthinin sol yarısının, sol bazunun arxa-iç səthinin, sağ bazunun arxa səthinin qançırları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 23.05.2019-cu il tarixdə alınmaları mümkündür, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (i.v. 31-32) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10- Təcrübi və X15 rayon şöbəsinin 27 may 2019-cu il tarixli 477 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ bazunun qançırları, sağ saidin hematomaları və sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 23.05.2019-cu il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. (i.v. 34-35) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10- Təcrübi və X15 rayon şöbəsinin əlavə məhkəmə-tibbi ekspertizaya dair 30 noyabr 2019-cu il tarixli 57/477 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ bazunun qançırları, sağ saidin hematomaları və sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 23.05.2019-cu il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin müxtəlif şəraitlərdə, o cümlədən şəxsin özünün göstərdiyi şəraitdə alınması inkar olunmur. (i.v. 113-114) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin təkrar məhkəmə-tibbi ekspertizaya dair 14 avqust 2020-ci il tarixli 33/57/477 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ bazunun qançırları, sağ saidin hematomaları və sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 23.05.2019-cu il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, sağ bazunun aşağı 1/3-nin bayır səthindəki qançır istisna olmaqla, digər xəsarətlərin (qançır, hematoma, sıyrıqlar) kənar şəxs tərəfindən dişlənməsi nəticəsində alınması inkar olunmur. (i.v. 176-177) -Bakı şəhəri Nizami rayon prokurorluğunun 29 iyun 2019-cu il tarixli qərarından görünür ki, X2 yaşadığı mənzilin mətbəx otağının pəncərəsinə çıxaraq intihara cəhd etməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsinin, yəni özünü öldürmə həddinə çatdırma cinayət əməlinin tərkib əlamətləri mövcud olmadığından, həmin hissədə qeyd edilən maddə üzrə cinayət işinin başlanması rədd edilmiş, toplanmış material X2 əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkib əlamətləri olub-olmamasına dair araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Nizami RPİ-nin İŞ-nə göndərilmişdir. (i.v. 40-43) -Sübutların qiymətləndirilməsi haqqında 20 avqust 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şahid1 barəsində Azərbaycan Respublikası İXM-nin 133-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün Nizami RPİ-nin 24-cü PŞ-nə göndərilmiş, Şahid1 sağlamlığına zərər yetirilməsi faktı üzrə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs keçmiş qaynanası Zərərçəkmiş şəxs zor tətbiq etməməsi kimi göstərmiş olduğu xüsusat özünü müdafiə xarakteri daşıdığından həmin xüsusat rədd edilmişdir. (i.v. 213-219) -AZ-İ seriyalı, 339127 nömrəli şəhadətnamənin surətindən görünür ki, Şahid1 ilə X9 arasında olan nikah ləğv edilmiş, bu barədə 11 iyun 2019-cu il tarixdə qeydiyyat aparılmış, nikah pozulduqdan sonra arvada Arzumanova soyadı verilmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 128-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmamış və ona dəymiş ziyanı ödəməmişdir. Belə olan halda, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsində nəzərdə tutulan əlamətlər olmadığından, təqsirləndirilən şəxsin həmin əsaslarla cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur, ona görə onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 fevral 2020-ci il tarixli tələbnamədən görünür ki, Əliyeva (Arzumanova) Jalə Əlövsət qızının məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 13) -Qətimkan tədbiri seçilməsi haqqında 19 avqust 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 206-207) -Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X13 18 may 2007-ci il tarixdə, X11 15 sentyabr 2014-cü il tarixdə doğulmuşlar. Ataları Şahid1, anaları X6r. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqların olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə təqsirləndirilən şəxsə əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalı, cəzanın icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə qarşı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 45 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, hər ay qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin, o, cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 45 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ**********0000001944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 270 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-46/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-46/2021
07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver