Məhkəmə qərarları › İş №1(007)-46/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-46/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-46/2023 05.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmova Pərvin Nofəl qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxx 1975-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(101)- 970/2023 saylı hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə, həmin Məcəllənin 66.3 və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 04 il 05 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 04 iyul 2022-ci il tarixdə “Menloqq” sərnişin daşıma şirkətinə məxsus 103 nömrəli marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı **-BT-*** dövlət nömrə nişanlı avtobusunun sürücüsü Şahid ilə gediş haqqının ödəməməsi və biribirininin ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən 05 iyul 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanın qarşısında Şahidla təsadüfən rastlaşdıqda yenidən aralarında yaranmış mübahisədən sonra sonuncudan ayrılarkən Famil İsmayılovun marşurut avtobusunun salonunda, şitin üzərində taxta materialından olan pul qabından 95 manat pulunun olmamasını aşkar edib həmin pulların onun tərəfindən oğurlanmasını zənn edərək həmin şirkətdə nəzarətçi işləyən Zərərçəkmiş şəxs ilə birlikdə onun arxası ilə hərəkət edib həmin ünvanda yolun əks istiqamətində onunla mübahisə edərək fiziki zor tətbiq etmələri səbəbindən həmin vaxt üzərində olan, təyinatı istintaqa məlum olmayan bıçaqla qəsdən Zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthindən vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsinin arxa səthinin sol yarısının deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Şahid və Zərərçəkmiş şəxs əvvəllər heç vaxt tanımamışdır. Onların heç biri ilə düşmənçiliyi və ədavəti olmayıb. 04 iyul 2022-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsində Şahid idarə etdiyi 103 nömrəli xətt üzrə hərəkətdə olan “İsuzu” markalı **-BT-*** dövlət nömrə nişanlı marşurut avtobusuna minib Nizami rayonu, 8-ci km bazarı istiqamətində hərəkət etməyə başlamışdır. Onlar Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən dayanacağa çatdıqda tanımadığı bir nəfər xanım yol pulunu sürücü tərəfə şitin üzərinə atdıqda sürücü Famil həmin qadına kobud ifadə işlətmişdir. Bu söz onda Familə qarşı qıcıq yaratdığından içində ona qarşı çox əsəbləşmişdir. Bundan sonra onlar Nizami rayonu, 8-ci km bazarına yəni, Qara Qarayev prospekti 102 ünvanında yerləşən dayanacağa gəlmişlər. Avtobus dayanacağa çatdıqda o, sürücü tərəfdən qapıdan aşağı düşmüş və avtobusun qarşısından fırlanaraq yolu əks istiqamətdə keçmək istəyən zaman sürücü Famil ona yan tərəfdə olan pəncərədən başını çıxardıb “niyə yol pulunu vermirsən deyərək nalayiq ifadələrlə təhqir edib əlindəki “vintaçan” göstərək bununla başını deşərəm” demişdir. O, da Famili söyüb təhqir edərək ona sonra söhbət edəcəyini bildirmişdir. Bundan sonra çıxıb getmişdir. O, həmin axşam 8-ci km bazarında moteldə qalmışlar. Növbəti gün yəni 05 iyul 2022-ci il tarixdə saat 18 radələrində Nizami rayonu, 8ci km bazarının yaxınlığında “Qara Qarayev” prospekti 102 ünvanında tanışı “Elnur” adlı şəxslə birlikdə ünvan 5 getmək məqsədi ilə o, marşurut avtobusu gözləyirmiş. Bu vaxtı təsadüfən Şahid idarə etdiyi 103 nömrəli xətt üzrə hərəkətdə olan “İsuzu” markalı **-BT-*** dövlət nömrə nişanlı marşurut avtobusu ilə gəlib dayanacaqda saxlamışdır. O, Famili gördükdə bir gün əvvəlki günü onu təhqir etməsi yadına düşmüşdür. Bu vaxtı o, Elnura baş verənləri danışmışdır. Elnur isə ona Famil ilə söhbət edəcəyi təqdirdə onun başının qarışıq olacağını bildirib həmin vaxtı yaranmış qarışıqlıdan marşurutda olan pulları oğurlayacağını bildirmişdir. O, avtobusa yaxınlaşmış və sürücü tərəfdən qapını açmış və Familə düşməsini bildirmişdir. Famil isə sükanın arxasından qalxıb sərnişinlərin düşdüyü qapıdan aşağıya düşmüşdür. O, Familə dünən nə səbəbdən onu təhqir etməsini bildirmişdir. Famil isə ona yaxşı etdiyini deyərək avtobusun arxasına keçmişlər. Bu zaman “Menloqq” sərnişin daşıma şirkətində nəzarətçi işləyən Zərərçəkmiş şəxs onun üzərinə gəlmişdir. Rəfail onları aralaşdırmışdır. Bundan sonra o, yolu əks istiqamətə yəni “İrşad” telecomun mağazası istiqamətinə keçmişdir. O, “İrşad” telecomun mağazasının arxasına keçdikdə Şahid və Zərərçəkmiş şəxs onun qarşısını kəsərək marşurut avtobusundan oğurladığı pulları geri verməyini istəmişlər. O, Famil və Rəfailə avtobusdan pul götürmədiyini demişdir. Bu vaxtı Rəfail yumruqla və təpiklə onun sifət və baş nahiyəsindən vurmağa başlamışdır. Bunun ardınca isə sürücü Famil yumruqla və təpiklə onun sifət və baş nahiyəsindən vurmuşdur. Eyni zamanda Famil əlində olan oboy kəsmək üçün nəzərdə tutlan rezakla baş nahiyəsinin alın hissəsini kəsmişdir. O, da qorxusundan həmin vaxtı əynində olan qara rəngli cins şalvarının sağ arxa cibində olan tutacağı plasmas materialından olan qırmızı rəngli, tiyəsinin uzunluğu isə təxminən 10 sm olan bıçağı çıxardıb Rəfailin döş qəfəsinin arxa sol tərəfindən bir dəfə vurmuşdur. O, qorxusundan belə bir hərəkət etmişdir. Bundan sonra o, qaçıb getmişdir. Yolda bıçağı xatırlamadığı yerə atmışdır.Təxminən bir saatdan sonra Elnur ona zəng etmişdir. O, Elnurla görüşmüşdür. Elnur da bildirmişdir ki, avtobus marşurutundan cəmi 41 manat pul götürmüşdür. Onlar həmin puldan 25 manatını yeyib içməyə xərcləmişlər. Bundan sonra həmin puldan 5 manatını gecə qalmaq üçün Xətai rayonu ərazisində yerləşən evlərin birinə vermişlər. Növbəti gün isə o, marketə su almağa getmiş və evə qayıtdıqda isə Elnur çıxıb getmişdir. Həmin gündən sonra Elnuru heç vaxt görməmişdir. Hadisə 05 iyul 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanında baş vermişdir. Hadisə 2-3 dəqiqə davam etmişdir. Hadisə zamanı xəsarət almasını bildirmişdir. Hadisə zamanı ətrafda tanımadığı şəxslər olmuşdur. O, həmin vaxt Rəfaili vurmuş olduğu bıçağı yolda xatırlamadığı yerə atmışdır. Həmin bıçaq mətbəx bıçağı olmuşdur. Üzərində gəzdirməkdə məqsədi isə dişlərinin olmaması səbəbindən meyvə doğrayan zaman istifadə etməyi olmuşdur. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirdi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə baxışı zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayından “Menloqq” sərnişin daşıma şirkətində dispençer işləyir. “İsuzu” markalı **-BT-*** dövlət nömrə nişanlı marşurut avtobusu “Menloqq” sərnişin daşıma şirkətinə məxsusdur. Təqsirləndirilən şəxs əvvəllər heç vaxt tanımamışdır. Şahid “Menloqq” sərnişin daşıma şirkətinə məxsus “İsuzu” markalı **-BT-*** dövlət nömrə nişanlı marşurut avtobusunu idarə edir. 04 iyul 2022-ci il tarixdə Şahid idarə etdiyi “İsuzu” markalı **-BT-*** dövlət nömrə nişanlı marşurut avtobus ilə 103 nömrəli xətt üzrə Suraxanı rayonu, Hövsan qəsəbəsindən Nizami rayonu, 8-ci km bazarı istiqamətində hərəkətdə olmuşdur. O, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən dayanacağa çatdıqda tanımadığı bir nəfər xanım ona yol pulu təqdim etmiş, Famil isə qadına verdiyi pulun üzərini qaytarmalıymış. Bu vaxtı Famil yaşı ilə əlaqədar bir anlıq tərəddüd etdikdə Təqsirləndirilən şəxs özbaşına şitin üzərində olan xırda puldan götürüb həmin qadına verdikdə Famil ona öz iradını tutaraq nə səbəbə özbaşına pula əl atırsan demişdir. Pərviz isə ona “tez olsun” deyə bildirmişdir. Bundan sonra onlar Nizami rayonu, 8-ci km bazarına yəni, Qara Qarayev prospekti 102 ünvanında yerləşən dayanacağa gəlmişlər. Avtobus dayanacağa çatdıqda Pərviz sürücü tərəfdən qapıdan aşağı düşmüş və avtobusun qarşısından fırlanaraq yolu əks istiqamətdə keçmək istəyən zaman Famil yan tərəfdə olan pəncərədən başını çıxardıb ona “niyə yol pulunu vermirsən” deyərək nalayiq ifadələrlə təhqir etmişdir. Sonra Pərviz də onu söyüb təhqir edib çıxıb getmişdir. Bundan sonra o, 103 saylı marşurut xətti üzrə hərəkətə davam etmişdir. Növbəti gün yəni 05 iyul 2022-ci il tarixdə saat 18 radələrində Nizami rayonu, 8-ci km bazarının yaxınlığında “Qara Qarayev” prospekti 102 ünvanında idarə etdiyi “İsuzu” markalı **-BT-*** dövlət nömrə nişanlı marşurut avtousu ilə gəlib dayanacaqda saxlamışdır. Bu zaman Pərviz ona yaxınlaşmış avtobusun qapısını açıb demişdir ki, “düş aşağı”. Sonra onlar avtobusun arxasına keçmişlər. Bu zaman o, Pərviz ilə Familin avtobusun arxasında mübahisə etmələrini gördükdə dərhal onların yanına getmişdir. O, onların hər ikisini sakitləşdirmiş və Pərvizi yola salmışdır. Pərviz isə yolu əks istiqamətdə “İrşad” telecomun mağazası tərəfə keçib getmişdir. Sonra Famil avtobusa qayıtdıqda salonda şitin üzərində olan taxta materialından olan pul qabının içərisindən pulların olmadığını gördükdə həmin pulların Pərviz tərəfindən oğurlanmasını zənn etmiş və ona planın pulunu Pərviz tərəfindən oğurlanmasını bildirmişdir. Onlar hər ikisidə yolu əks istiqamətinə qaçaraq “İrşad” telecomun arxasında olan küçəyə keçmiş və Pərvizin qarşısını kəsmişlər. O, Pərvizə avtobusdan oğurladığı pulları geri verməsini söyləmişdir. Pərviz isə onlara avtobusdan pul götürmədiyini deyərək başı ilə burun hissəsindən bir dəfə vurmuşdur. Onu yumruqla sifət və baş nahiyəsindən vurmağa başlamışdır. Bundan sonra Famil də yumruqla və təpiklə Pərvizin sifət və baş nahiyəsindən vurmuşdur. Həmin vaxtı Pərviz qəflətən şalvarının sağ arxa cibindən dəqiq əlamətlərini xatırlamadığı bıçağı çıxardıb onun döş qəfəsinin arxa sol tərəfindən bir dəfə vurub qaçıb getmişdir. Bundan sonra Famil ona ətrafdakıların köməyi ilə poliklinikaya aparmışlar. Həkimlər ona tibbi yardım etdikdən sonra təcili tibbi yardım maşını ilə Ə.Əfəndiyev adına Xətai tibb mərkəzinə getmişlər. Sonradan o, xəsarət almağı barədə Nizami RPİ-nin 24-cü PŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Sonda Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin ona dəymiş ziyanı ödədəyini, buna görə də sonuncu ilə barışdığını bildirmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 2022-ci ilin fevral ayından “Menloqq” sərnişin daşıma şirkətində sürücü işləyir. “İsuzu” markalı 90- BT-891 dövlət nömrə nişanlı marşurut avtobusunu idarə edir. Zərərçəkmiş şəxs isə “Menloqq” sərnişin daşıma şirkətində dispeçer işləyir. Təqsirləndirilən şəxs əvvəllər heç vaxt tanımamışdır. Onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 04 iyul 2022-ci il tarixdə idarə etdiyi “İsuzu” markalı **-BT-*** dövlət nömrə nişanlı marşurut avtobus ilə 103 nömrəli xətt üzrə Suraxanı rayonu, Hövsan qəsəbəsindən Nizami rayonu, 8-ci km bazarı istiqamətində hərəkətdə olmuşdur. O, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən dayanacağa çatdıqda tanımadığı bir nəfər xanım ona yol pulu təqdim etdikdə o,isə ona verdiyi pulun üzərini qaytarmalı olmuşdur. Bu vaxtı o, yaşı ilə əlaqədar bir anlıq tərəddüd etmişdir. Həmin vaxtı avtobusda olan digər sərnişin Təqsirləndirilən şəxs özbaşına şitin üzərində olan xırda puldan götürüb həmin qadına verdikdə ona öz iradını tutaraq nə səbəbə özbaşına pula əl atırsan demişdir. Pərviz isə ona “tez olsun” deyə bildirmişdir. Bundan sonra onlar Nizami rayonu, 8-ci km bazarına yəni, Qara Qarayev prospekti 102 ünvanında yerləşən dayanacağa gəlmişlər. Avtobus dayanacağa çatdıqda Pərviz sürücü tərəfdən qapıdan aşağı düşmüş və avtobusun qarşısından fırlanaraq yolu əks istiqamətdə keçmək istəyən zaman o, yan tərəfdə olan pəncərədən başını çıxardıb ona “niyə yol pulunu vermirsən” deyərək nalayiq ifadələrlə təhqir etmişdir. Sonra Pərviz də onu söyüb təhqir edərək çıxıb getmişdir.Bundan sonra o, 103 saylı marşurut xətti üzrə hərəkətə davam etmişdir. Növbəti gün yəni 05 iyul 2022-ci il tarixdə saat 18 radələrində Nizami rayonu, 8-ci km bazarının yaxınlığında “Qara Qarayev” prospekti 102 ünvanında idarə etdiyi “İsuzu” markalı **-BT-*** dövlət nömrə nişanlı marşurut avtobusu ilə gəlib dayanacaqda saxlamışdır. Bu zaman Pərviz ona yaxınlaşaraq avtobusun qapısını açıb, “düş aşağı” demişdir. Sonra onlar avtobusun arxasına keçmişlər. O, da sükanın arxasından qalxıb sərnişinlərin düşdüyü qapıdan aşağıya düşmüşdür. Pərviz ona dünən nə səbəbdən onu təhqir etməyini soruşmuşdur. O, isə ona “yol pulunu verməməsi ilə yanaşı nə üçün ona sağ ol demədən düşdüyünü soruşmuşdur.” Bu zaman “Menloqq” sərnişindaşıma şirkətində nəzarətçi işləyən Zərərçəkmiş şəxs da yanlarına gəlmişdir. Rəfail onları sakitləşdirməyə çalışmışdır. Bundan sonra Pərviz yolu əks istiqamətə yəni “İrşad” telecomun mağazası istiqamətinə keçmişdir. O, isə avtobusa qayıtdıqda salonda olan şitin üzərində olan taxta materialından olan pul qabının içərisindən pulların olmadığını gördükdə həmin pulların Pərviz tərəfindən oğurlanmasını zənn etmişdir. O, planın pulunu Pərviz tərəfindən oğurlanmasını dedikdə ikisi də yolu əks istiqamətinə qaçaraq “İrşad” telecomun arxasında olan küçəyə keçmişlər. Pərvizin qarşısını kəsmiş və Rəfail ona avtobusdan oğurladığı pulları geri verməsini söyləmişdir. Pərviz isə onlara avtobusdan pul götürmədiyini demişdir. Bu vaxtı Pərviz başı ilə Rəfailin burun hissəsindən bir dəfə vurmuşdur. Rəfail də onu yumruqla sifət və baş nahiyəsindən vurmağa başlamışdır. Bundan sonra o da yumruqla və təpiklə onun sifət və baş nahiyəsindən vurmuşdur. Həmin vaxtı Pərviz qəflətən şalvarının sağ arxa cibindən dəqiq əlamətlərini xatırlamadığı bıçağı çıxardıb Rəfailin döş qəfəsinin arxa sol tərəfindən bir dəfə vurmuşdur. O, da Rəfailin burnundan və kürəyindən qan axmasını gördükdə şalvarının arxa cibində olan tutacağı sarı rəngli aboy kəsən rezakı çıxardıb Pərvizin baş nahiyəsinə qorxutmaq üçün vurmuşdur. Bundan sonra Pərviz qaçıb getmişdir. O, Rəfailin bədən xəsarəti aldığını görüb onu təcili yaxınlıqda olan poliklinikaya aparmışdır. Həkimlər ona tibbi yardım etdikdən sonra təcili tibbi yardım maşını ilə Ə.Əfəndiyev adına Xətai tibb mərkəzinə aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X1 Anatomiya Elmi-Təcrübi və X2 rayon Şöbəsinin iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 13 iyul 2022-ci il tarixli, 599 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthinin sol yarısının deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət deşici-kəsici əşyanın təsirindən törənmişdir, 05 iyul 2022-ci il tarixdə alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətin lokalizasiyası və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində alınması inkar olunur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X1 Anatomiya Elmi-Təcrübi və X2 rayon Şöbəsinin iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 13 avqust 2022-ci il tarixli, 715 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. - 12 avqust 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 iyul 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanında “Menloqq” sərnişin daşıma şirkətinə məxsus 103 nömrəli marşurut xətti üzrə hərəkət edən “İsuzu” markalı **-BT-*** dövlət nömrə nişanlı marşurut avtobusunun sürücüsü Şahid ilə aralarında 04 iyul 2022-ci il tarixdə gediş haqqının ödəməməsi səbəbindən yaranmış mübahisəni görən “Menloqq” sərnişin daşıma şirkətinin nəzarətçisi vəzifəsində çalışan Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq öz iradını bildirdikdə onların aralarında münaqişə yaranmış, bir-birilərini nalayiq ifadələrlə təhqir etmiş bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək təyinatı istintaqa məlum olmayan bıçaqla qəsdən Zərərçəkmiş şəxs bıçaqla vurduğu yeri əyani göstərdi. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. - 07 iyul 2022-ci il tarixli Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Həsən Məmmədov tərəfindən tərtib edilmiş protokoldan müəyyən edilmişdir ki, hadisə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanında qarşısında baş vermişdir. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(101)-970/2023 saylı hökmünün surətindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(101)-970/2023 saylı hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 04 il 05 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmçinin barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 16 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-2023/2023 saylı qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(101)-970/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Belə olan halda, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam ödəmiş Təqsirləndirilən şəxs, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(101)-970/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edildiyindən və CM-nin 72-ci maddəsinə əsasən həmin Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada şəxsin yalnız bir dəfə məsuliyyətdən azad edilməsi nəzərdə tutulduğundan, hazırkı cinayət əməlinə münasibətdə təqsirləndirilən şəxs barəsində CM-nin 73.2-ci maddəsi tətbiq edilə bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tutma protokolundan, vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs, hazırkı iş üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətindən imtina edilmiş və xx.xx.2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(101)-970/2023 saylı hökmü ilə ona təyin edilmiş 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki- 1(101)-970/2023 saylı cinayət işi üzrə xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət və hazırkı iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 01 (bir) gün, ümumilikdə isə tutulduğu 03 (üç) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti cəza saxlanılmalı, cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməli, cəzasının əvvəli 16 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 40 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 240 manat (40x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(101)-970/2023 saylı hökmü ilə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 04 (dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki- 1(101)-970/2023 saylı cinayət işi üzrə xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət və hazırkı iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 01 (bir) gün, ümumilikdə isə tutulduğu 03 (üç) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 04 (dörd) il 07 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 240 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar