Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-46/2024 18.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər, mülki iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs16 və Zərərçəkmiş şəxs15, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs3 və onun nümayəndəsi- “Qanunçuluq” vəkil bürosunun vəkili Nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs23 Raşayət oğlunun, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs22, X8, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs28 və Zərərçəkmiş şəxs29, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, iki uşağı olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 48A, M11, mənzil 4-də qeydiyyatda olmaqla yaşamış, 04 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 may 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə edərək özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə cəmiyyətə müraciət etmiş Zərərçəkmiş şəxs1 qısa müddət ərzində 100000 manata qədər 4% güzəştli ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə edərək xx.xx.2022-ci il tarixdə MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs1 inamını qazanmaq məqsədi ilə sonuncu ilə “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 09-27/8 №-li xidmət müqaviləsi bağlayaraq etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs1 həmin gun, qeyd edilən ünvanda yerləşən ofisdə bu adla 6000 manat pul vəsaitini alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cəmiyyətə müraciət etmiş Zərərçəkmiş şəxs2 4% güzəştli ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə edərək xx.xx.2022-ci il tarixdə MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs2 inamını qazanmaq məqsədi ilə sonuncu ilə “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsi bağlayaraq etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs2 həmin gun, qeyd edilən ünvanda yerləşən ofisdə 6000 manat pul vəsaitini alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cəmiyyətə müraciət etmiş Zərərçəkmiş şəxs3 100000 manat məbləğində 4% güzəştli ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2022-ci il tarixdə MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs3 inamını qazanmaq məqsədilə sonuncu ilə “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 11-04/4 №-li xidmət müqaviləsi bağlayaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixdə saat 12:35- də Goranboy rayonu, Vüqar Bayramov küçəsində fəaliyyət göstərən “El Store” supermarketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalı vasitəsilə ona məxsus "xxxx" ASC-yə aid olan 5239 1515 1150 9872 nömrəli plastik kart hesabına köçürtduyu 5200 manat, Zərərçəkmiş şəxs3 Goranboy rayonunda mobil telefonuna yüklənmiş “Bir bank” mobil tətbiqi vasitəsilə qardaşı X11 "xxxx" ASC-yə aid olan bank hesabından ona məxsus "xxxx" ASC-yə aid olan 5239 1515 1150 9872 nömrəli plastik kart hesabına xx.xx.2022-ci il tarixdə saat 13:31-də köçürdüyü 500 manat, eyni üsulla həmin ünvanda qeyd edilən tarixdə saat 13:51-də köçürdüyü 300 manat, ümumilikdə isə 6000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cəmiyyətə müraciət etmiş Zərərçəkmiş şəxs8 arvadı X9 adına 100000 manat məbləğində 4% güzəştli ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2022-ci il tarixdə MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs8 inamını qazanmaq məqsədilə sonuncu ilə “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 09-27/8 №-li xidmət müqaviləsi bağladıqdan sonra etibarından suiistifadə edib bu adla xx.xx.2022-ci il tarixdə həmin ünvanda Zərərçəkmiş şəxs8 7000 manat pul vəsaitini alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs8 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cəmiyyətə müraciət etmiş Zərərçəkmiş şəxs11 4% güzəştli ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2022-ci il tarixdə MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs11 inamını qazanmaq məqsədilə sonuncu ilə “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsi bağlayaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs11 5000 manat pul vəsaitini alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs11 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cəmiyyətə müraciət etmiş Zərərçəkmiş şəxs5 4% güzəştli ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2022-ci il tarixdə MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs5 inamını qazanmaq məqsədilə sonuncu ilə “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsi bağladıqdan sonra etibarından sui-istifadə edib bu adla həmin tarixdə saat 16:29-da Zərərçəkmiş şəxs5 "xxxx" ASC-nin ünvan 2 ünvanında yerləşən “Bakıxanov” filialından Təqsirləndirilən şəxs adına köçürdüyü 6000 manat pul vəsaitini ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cəmiyyətə müraciət etmiş Zərərçəkmiş şəxs12 iki ay müddətində 70000 manat məbləğində 4% güzəştli ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2022-ci il tarixdə MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs12 inamını qazanmaq məqsədilə sonuncu ilə “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 12-13/05 №-li xidmət müqaviləsi bağlayaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs12 5000 manat pul vəsaitini qeyd edilən tarixdə, həmin ofisdə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs12 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cəmiyyətə müraciət etmiş Zərərçəkmiş şəxs13 60000 manata qədər 8% ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2022-ci il tarixdə MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs13 inamını qazanmaq məqsədilə sonuncu ilə “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsi bağlayaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs13 3000 manat pul vəsaitini qeyd edilən tarixdə, həmin ofisdə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs13 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cəmiyyətə müraciət etmiş Zərərçəkmiş şəxs10 4% güzəştli ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs10 inamını qazanmaq məqsədilə sonuncu ilə “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsi bağlayıb etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs10 həmin tarixdə qeyd edilən ofisdə 4000 manat pul vəsaitini alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs10 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cəmiyyətə müraciət etmiş X24 100000 manat məbləğində 4% güzəştli ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2022-ci il tarixdə axşam saatlarında MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs21 inamını qazanmaq məqsədilə sonuncu ilə “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 12-17/06 №-li xidmət müqaviləsi bağlayaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs21 qeyd edilən tarixdə, həmin ofisdə 6000 manat pul vəsaitini alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs21 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cəmiyyətə müraciət etmiş Zərərçəkmiş şəxs23 50000 manata qədər 4% güzəştli ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs23 qohumu Şahid1 vasitəsilə göndərdiyi 2500 manat pul vəsaitini sonuncudan 20 dekabr 2022-ci il tarixdə, günorta saatlarında “Azərbaycan Beynəlxalq Bankı”nın Bakı şəhəri, Nizami rayonu, 2453-cu məhəllədə yerləşən “Nizami” filialında alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs23 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cəmiyyətə müraciət etmiş Zərərçəkmiş şəxs24 4% güzəştli ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə edib xx.xx.2022-ci il tarixdə MMC-nin Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Mərkəzi Bulvar kuçəsi 2 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs24 inamını qazanmaq məqsədilə sonuncu ilə “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsi bağlayaraq etibarından sui-istifadə edib bu adla Sənan Musatafayevdən 3500 manat pul vəsaitini qeyd edilən tarixdə, həmin ofisdə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs24 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cəmiyyətə müraciət etmiş Zərərçəkmiş şəxs25 100000 manat məbləğində 4% güzəştli ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2022-ci il tarixdə MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində Rüstəm İbrahimlinin inamını qazanmaq üçün sonuncu ilə “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 12- 29/09 №-li xidmət müqaviləsi bağlayaraq etibarından sui-istifadə edib bu adla Rüstəm İbrahimlidən 7000 manat pul vəsaitini həmin tarixdə, qeyd edilən ofisdə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs25 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cəmiyyətə müraciət etmiş Zərərçəkmiş şəxs4 dostu X20 adına 4% güzəştli ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə eməklə xx.xx.2023-cü il tarixdə MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs4 inamını qazanmaq məqsədilə sonuncu ilə X20 adına “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsi bağlayaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs4 onun cinayətkar niyyətindən xəbərsiz olan MMC-nin işçisi Şahid3 vasitəsilə həmin gün, qeyd edilən ofisdə 5500 manat pul vəsaitini alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cəmiyyətə müraciət etmiş Zərərçəkmiş şəxs26 4% güzəştli ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2023-cü il tarixdə MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs26ın inamını qazanmaq məqsədilə sonuncu ilə “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsi bağlayaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs26 həmin gün, qeyd edilən ofisdə 3000 manat pul vəsaitini alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs26 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cəmiyyətə müraciət etmiş X12 4% güzəştli ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2023-cü il tarixdə MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində etibarından sui-istifadə edib bu adla Xəqani Qarayevdən 4000 manat pul vəsaitini alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs22 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cəmiyyətə müraciət etmiş Zərərçəkmiş şəxs20 100000 manat məbləğində 4% güzəştli ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2023-cü il tarixdə MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində Günel Vəlıyevanın inamını qazanmaq məqsədilə sonuncu ilə “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 01-31/05 №-li xidmət müqaviləsi bağlayaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs20 həmin gun, qeyd edilən ofisdə 15000 manat pul vəsaitini alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs20 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cəmiyyətə müraciət etmiş Zərərçəkmiş şəxs14 48000 manat məbləğində 4% güzəştli ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2023-cü il tarixdə MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində Qərənfil Şukurovanın inamını qazanmaq məqsədilə sonuncu ilə “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 02-02/09 №-li xidmət müqaviləsi bağlayıb etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs14 7000 manat pul vəsaitini həmin gün, qeyd edilən ofisdə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs14 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cəmiyyətə müraciət etmiş X13 qardaşı X4 adına 100000 manat məbləğində 4% güzəştli ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2022-ci il tarixdə MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində X8 inamını qazanmaq məqsədilə sonuncu ilə “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 11-16/04 №-li xidmət müqaviləsi bağladıqdan sonra etibarından sui-istifadə edib bu adla Şövqi Bəyaliyevin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hovsan kəndi, məhəllə 87, 78 nömrəli evdə mobil telefonuna yüklənmiş “Bir bank” mobil tətbiqi vasitəsilə "xxxx" ASC-yə aid olan bank hesabından ona məxsus "xxxx" ASC-yə aid olan 5239 1515 1150 9872 nömrəli plastik kart hesabına xx.xx.2023-cü il tarixdə saat 21:10-da köçürdüyü 5000 manat, həmin tarixdə saat 21:13-də eyni üsulla köçürdüyü 1000 manat, ümumilikdə 6000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxs X13 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cəmiyyətə müraciət etmiş Zərərçəkmiş şəxs27 100000 manat məbləğində 4% güzəştli ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2023-cü il tarixdə MMC-nin Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Mərkəzi Bulvar kuçəsi 2 ünvanında yerləşən ofisində etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs27 4000 manat pul vəsaitini alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs27 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs18 100000 manat məbləğində 4% güzəştli ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2023-cü il tarixdə səhər saatlarında MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs18 inamını qazanmaq məqsədilə sonuncu ilə “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsi bağlayaraq etibarından sui- istifadə edib bu adla Zərərçəkmiş şəxs18 həmin gün, qeyd edilən ofisdə 6000 manat pul vəsaitini alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs18 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cəmiyyətə müraciət etmiş Zərərçəkmiş şəxs6 100000 manat məbləğində 4% güzəştli ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq movqeyindən istifadə etməklə bu adla Zərərçəkmiş şəxs6 xx.xx.2023-cü il tarixdə saat 11:45-də xidmət etdiyi Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən N saylı hərbi hissədə mobil telefonuna yüklənmiş “Bir bank” mobil tətbiqi vasitəsilə "xxxx" ASC-yə aid olan bank hesabından ona məxsus "xxxx" ASC-yə aid olan 5239 1515 1150 9872 nömrəli plastik kart hesabına köçürtdüyü 4000 manat pul vəsaitini etibarından sui-istifadə edib ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs6 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cəmiyyətə müraciət etmiş Zərərçəkmiş şəxs28 100000 manat məbləğində 4% güzəştli ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə bu adla Zərərçəkmiş şəxs28 xx.xx.2023-cü il tarixdə, saat 11:45-də xidmət etdiyi Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən N saylı hərbi hissənin ərazisində fəaliyyət göstərən “Ordu market”də quraşdırılmış “eManat” elektron ödəmə terminalı vasitəsi ilə ona məxsus "xxxx" ASC-yə aid olan 5239 1515 1150 9872 nömrəli plastik kart hesabına köçürtdüyü 4000 manat pul vəsaitini etibarından sui-istifadə edib ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs28 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cəmiyyətə müraciət etmiş Zərərçəkmiş şəxs9 4% ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2023-cü il tarixdə saat 15 radələrində MMC-nin Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Mərkəzi Bulvar kuçəsi 2 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs9 inamını qazanmaq məqsədilə sonuncu ilə “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsi bağlayaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs9 6000 manat pul vəsaitini həmin gün, qeyd edilən ofisdə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs9 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cəmiyyətə müraciət etmiş Zərərçəkmiş şəxs17 4% ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2023-cü il tarixdə saat 10 radələrində MMCnin ünvan 1 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs17 inamını qazanmaq məqsədilə sonuncu ilə “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsi bağlayaraq etibarından sui- istifadə edib bu adla Zərərçəkmiş şəxs17 7000 manat pul vəsaitini həmin gun, qeyd edilən ofisdə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs17 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cəmiyyətə müraciət etmiş Zərərçəkmiş şəxs29 100000 manat məbləğində 4% güzəştli ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2023-cü il tarixdə MMC-nin Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Mərkəzi Bulvar kuçəsi 2 ünvanında yerləşən ofisində Rüstəm İbrahimlinin inamını qazanmaq məqsədilə sonuncu ilə “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 14-02/07 №-li xidmət müqaviləsi bağlayaraq bu adla Zərərçəkmiş şəxs29 atası X14 həmin tarixdə saat 12:00-da Masallı şəhəri, H.Əliyev prospekti, 37a ünvanda fəaliyyət göstərən “Ağ market”də quraşdırılmış “eManat” elektron ödəmə terminalı vasitəsi ilə ona məxsus "xxxx" ASC-yə aid olan 5239 1515 1150 9872 nömrəli plastik kart hesabına köçürdüyü 3500 manat, həmin tarixdə saat 14:40-da həmin ünvanda eyni üsulla köçürdüyü 3500 manat, ümumilikdə 7000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə edib ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs29 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cəmiyyətə müraciət etmiş Zərərçəkmiş şəxs30 4% ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2023-cü il tarixdə MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs30 inamını qazanmaq məqsədilə sonuncu ilə “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsi bağlayıb etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs30 7000 manat pul vəsaitini həmin gun, qeyd edilən ofisdə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs30 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cəmiyyətə müraciət etmiş Zərərçəkmiş şəxs7 100000 manat məbləğində 4% güzəştli ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə edib Zərərçəkmiş şəxs7 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında 6100 manat, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs7 ünvan 6 ünvanda yerləşən 238 №-li tam orta məktəbdə mobil telefonuna yüklənmiş “Bir bank” mobil tətbiqi vasitəsilə "xxxx" ASC-yə aid olan bank hesabından ona məxsus "xxxx" ASC-yə aid olan 5239 1515 1150 9872 nömrəli plastik kart hesabına köçürdüyü 900 manat, ümumilikdə 7000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etməklə ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs7 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cəmiyyətə müraciət etmiş Zərərçəkmiş şəxs16 85000 manat məbləğində 4% güzəştli ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs16 yaşadığı ünvan 7 ünvanda mobil telefonuna yüklənmiş “Bir bank” mobil tətbiqi vasitəsilə "xxxx" ASC-yə aid olan bank hesabından ona məxsus "xxxx" ASC- yə aid olan 5239 1515 1150 9872 nömrəli plastik kart hesabına koçurtdüyu 1000 manat, həmin tarixdə saat 21:07-də ünvan 8 ünvanda fəaliyyət göstərən “Bravo express” marketində quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsi ilə ona məxsus "xxxx" ASC-yə aid olan 5239 1515 1150 9872 nömrəli plastik kart hesabına köçürtduyü 3000 manat, xx.xx.2023-cü il tarixdə saat 16:52-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 6 ünvanda fəaliyyət göstərən "xxxx" ASC-nin “Qara Qarayev” filialında quraşdırılmış elektron ödəmə terminalı vasitəsi ilə ona məxsus "xxxx" ASC-yə aid olan 5239 1515 1150 9872 nömrəli plastik kart hesabına köçürdüyü 2000 manat, ümumilikdə isə 6000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə etibarından sui-istıfdaə edib ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs16 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cəmiyyətə müraciət etmiş Zərərçəkmiş şəxs15 100000 manat məbləğində 4% güzəştli ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs15 04 may 2023-cü il tarixdə saat 11:45 radələrində ünvan 10 ünvanının yaxınlığında 7000 manat pul vəsaitini etibarından sui-istifadə edərək alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs15 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə icraatı zamanı zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs16 və Zərərçəkmiş şəxs15 Təqsirləndirilən şəxs qarşı mülki iddia vermişlər, mülki iddialar məhkəmənin icraatına qəbul edilmiş, həmin zərərçəkmiş şəxslər mülki iddiaçı, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışlar. Zərərçəkmiş şəxs1 mülki iddiasını onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-ci maddələri ilə təqsirləndirilməsinə dair iş məhkəmənin icraatındadır. Həmin iş üzrə o, zərərçəkmiş şəxs qismində tanınmışdır. İttihama əsasən, Təqsirləndirilən şəxs “Evimiz-İpoteka Şirkəti“ MMCnin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə cəmiyyətə müraciət etmiş insanlara, həmçinin ona maddi ziyan vurmaqla dələduzluq etmişdir. O, Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İdarəsinin İnformasiya-təhlil, qüvvə və vasitələrin qeydiyyatı şöbəsinin baş zabit vəzifəsində çalışır. Həyat yoldaşından ayrılmışdır və bir azyaşlı övladını təkbaşına böyüdür. İllər ərzində ev almaq məqsədi ilə pul yığırdı. Təqsirləndirilən şəxs müqavilə üzrə ondan 6000 manat pul almışdır. Həmçinin 2022-ci ilin dekabr ayında almaq üçün ev tapmışdı və Ramin ev əldən çıxmasın deyə beh vermək lazım olduğunu demişdi. xx.xx.2022-ci il tarixdə Raminlə birlikdə 32 saylı notariat ofisində mənzil sahibi olan Xalid Kazımovla beh müqaviləsi bağlamış və bunun müqabilində Xalid Kazımova 18000 manat pul vermişdir və bu məbləğ də ona qaytarılmayıb. Beləliklə ona dəymiş maddi ziyanın həcmi cəmi 24000 manat təşkil edir (6000+18.000). Təqsirləndirilən şəxsin əməli nəticəsində o, mənəvi zərər də çəkmişdir. Təqsirləndirilən şəxsi tanımasaydı ev almış olacaqdı. Təqsirləndirilən şəxsin hərəkəti nəticəsində o, çox sarsıntı keçirmişdir. Uşağını təkbaşına böyüdən ana olaraq illərdir yığdığı pulu itirmişdir. Ev sahibi olacağını düşündüyü halda polis idarələrində şikayət yazmalı olmağı bir qadın olaraq ona çox ağır olub, təqsirləndirilən şəxs ona bir ildən çoxdur ki, stress və gərginlik yaşadır. Hətta bu çəkdiyi gərginliyə görə psixoloji və nevroloji müalicəyə də ehtiyacı var. Yuxarıda qeyd olunanları əsas tutaraq, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyana görə 24000 manat və mənəvi zərərə görə 2000 manat pul məbləğinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 mülki iddiasını onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-ci maddəlləri ilə təqsirləndirilməsinə dair iş məhkəmənin icraatındadır, həmin iş üzrə o, zərərçəkmiş şəxs qismində tanınmışdır. İttihama əsasən, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə cəmiyyətə müraciət etmiş insanlara, həmçinin ona maddi ziyan vurmaqla dələduzluq etmişdir. O, uzun illərdir Azərbaycan Ordusunun zabiti olaraq həqiqi hərbi xidmətdədir. Hazırda N saylı hərbi hissədə xidmətinə davam edir. 2016-cı ilin aprel döyüşlərində yaxından iştirak etmişdir. Hərbi xidmətdə olarkən 10 il qüsursuz xidmət etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin müvafiq əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə, 15 il qüsursuz xidmət etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin müvafiq əmri ilə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə təltif edilmişdir. 2020-ci ilin 27 sentyabrında başlanan İkinci Vətən müharibəsində Azərbaycan Respublikasının suverenliyi uğranda döyüşmüş, hər iki ayağından və qolundan ağır yaralanmışdır. Müharibədə iştirakı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə, AR Nazirlər Kabinetinin Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Bundan başqa hərbi xidmətdə olarkən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Ordusunun 100 iliyi” yubiley medalı və çoxlu fəxri fərmanlarla təltif edilmişdir. Həmçinin 19 sentyabr 2023-cü il tarixində 1 günlük lokal antiterror əməliyyatlarında vəzifə borcunu layiqincə yerinə yetirərək Qarabağ iqtisadi rayonunda (Ağdərə istiqaməti) qalan və gizlənən qanunsuz silahlı birləşmələrdən təmizlənməsində yüksək xidmətləri olmuşdur. Təqsirləndirilən şəxs müqavilə üzrə ondan 6000 manat pul almışdır. Həmçinin o, ev üçün 1000 manat beh vermişdir, bu məbləğ də ona qaytarılmayıb. Eyni zamanda təqsirləndirilən şəxs onu alqı-satqı və digər sənədləşmə işlərinin görülməsi bəhanəsi ilə xidmət etdiyi Goranboy rayonundan Bakı şəhərinə çağırtdırmışdır. Nəticədə o, Bakı şəhərinə gəlmək üçün 36 gün məzuniyyət (2022-ci ilin məzuniyyət hesabından 10 gün, 2023-cü ilin məzuniyyət hesabından 26 gün olmaqla) götürmək məcburiyyətində qalmışdır. Hərbi xidmətdə olarkən aylıq iki qat pul təminatı ilə təmin olunur. Hərbi qulluqçunun olmadığı (məzuniyyət, ezamiyyət, hospital, həbs, fərari) hər günə görə aylıq pul təminatının iki qat ödənilən hissəsi tutulmalar tutulduqdan sonra 19.30 manat məbləğində dayandırılır. Əvəzinə ərzaq əvəzi pul kompensasiyası tutulmalar tutulduqdan sonra 2 manat özünə qaytarılır. Bu isə ona əlavə olaraq cəmi 622.80 manat maddi ziyan vurulması deməkdir. Eyni səbəbdən Bakı şəhərinə gəlməyi ilə əlaqədar cəmi 250 manat xərc çəkmişdir. Əlavə olaraq makler xidməti üçün 250 manat, evin qiymətləndirilməsi üçün 150 manat, notarius xidməti üçün 27 manat, Bakı şəhərində qalmaq üçün 100 manat vəsait xərcləmişdir. Beləliklə ona dəymiş maddi ziyanın həcmi cəmi 8399,80 manat təşkil edir (6000+1000+622.80+250+250+150+27+100). Təqsirləndirilən şəxsin əməli nəticəsində o, mənəvi zərər də çəkmişdir. Belə ki, bir neçə il ərzində topladığı pulları sərf edərək mənzilə sahib olacağını düşünmüşdür. Bu, baş vermədikdə o və ailəsi mənəvi sarsıntı və iztirab keçirmişlər. Bu, həm də qısa müddətə olsa da, hərbi xidmət üzrə vəzifələrinin icrasına da mənfi təsir göstərmişdir. Təqsirləndirilən şəxsi tanımasaydı Bakıdan ev almış olacaqdı. Ancaq təqsirləndirilən şəxsin hərəkəti nəticəsində ailəsinin, yaxın qohumlarının və iş yoldaşlarının yanında mənəvi olaraq sınmış və özünü iş bacarmayan bir insan kimi hiss etmişdir. Yaranmış vəziyyət onda qeyri-müəyyənlik, nigarançılıq kimi hisslər yaratmışdır. Yaralı və travmalı olduğu da nəzərə alınsa, təqsirləndirilən şəxs ona bir ildən çoxdur ki, stress və gərginlik yaşadır. Hətta bu çəkdiyi gərginliyə görə psixoloji və nevroloji müalicəyə də ehtiyacı var. Təqsirləndirilən şəxsin hüquqazidd əməli nəticəsində o, stress, narahatlıq, mənəvi sarsıntı keçirməyi səbəbindən maddi və mənəvi zərər dəydiyindən pul təzminatı ödənilməlidir. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyana görə 8399,8 manat və mənəvi zərərə görə 20000 manat pul məbləğinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs5 mülki iddiasını onunla əsaslandırmışdır ki, o, mənzili olmadığı üçün uzun müddətdir topladığı vəsait ilə özünə ipoteka ilə ev almaq istəyirdi. Bunu bilən Təqsirləndirilən şəxs guya ona konsalting xidmətləri göstərmək adı ilə müqavilə bağlamış, onun etibarından sui-istifadə edərək verdiyi 6000 manat pulu dələduzluq yolu ilə ələ keçirərək talamışdır. Təqsirləndirilən şəxs onlarla onun kimi şəxsi öz cinayət əməllərinin qurbanına çevirərək insanların son ümidlərini də əlindən alaraq, onları qovuşa biləcəyi mənzilindən məhrum etmişdir. Təqsirləndirilən şəxs ona maddi ziyandan əlavə mənəvi ziyan da vurmuşdur. Belə ki, hər bir ailə kimi o da evinin olmasını istəmişdi və bundan əlavə onun xüsusi qayğıya ehtiyacı olan övladının aldığı müavinəti toplayaraq Təqsirləndirilən şəxs vermişdir. Övladının mərkəzlərdə aldığı seanslara külli miqdarda pul sərf edir. Mərkəzdəki seansların nə qədər yüksək məbləğ tələb etdiyini hər kəs bilir. Ev almaq məqsədi ilə övladının mərkəzdəki seanslarından kəsərək topladığı pulu da Təqsirləndirilən şəxs vermişdir. Nəticədə isə nə evləri olmuş, nə də ki, pulları qaytarılmışdır. İş üzrə ibtidai araşdırmanın əvvəllər aparıldığı Bakı şəhəri Xətai rayon polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi Ruslan Sadıqov tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul olunmuş qərarla o, zərərçəkmiş şəxs kimi tanınmaqla ibtidai istintaqa cəlb olunmuşdur. O, çox çarəsiz vəziyyətdədir, iki övladı ilə birlikdə kirayələrdə yaşayır. Əlində olan bütün vəsaiti, övladının səhhəti üçün yığılan pullar Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmişdir. Hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ən ağır cəzaya məhkum edilməlidir. Qeyd edilənlərə əsasən, Təqsirləndirilən şəxs vurmuş olduğu maddi ziyana görə 6000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs21 mülki iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmaqdadır. İş üzrə aparılmış ibtidai istintaq zamanı istintaq materialları ilə tam şəkildə sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək etibarından suiistifadə etməklə 6000 manat məbləğində pul vəsaitini qanunsuz olaraq ələ keçirmiş və talamışdır. İş üzrə ibtidai araşdırmanın əvvəllər aparıldığı Bakı şəhəri Xətai rayon polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi R.Sadıqov tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul olunmuş qərarla o, zərərçəkmiş şəxs kimi tanınmaqla ibtidai istintaqa cəlb olunmuşdur. O, ömrünün 25 ilindən artığını Azərbaycan Ordusunda həqiqi hərbi xidmətə həsr etmişdir, Vətən müharibəsi iştirakçısıdır. Bədəninin müxtəlif nahiyyələrində 19 ədəd qəlpə mövcuddur. Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri ilə bağlı keçirtdiyi stres və əsəbdən uzun müddətdir ki, müalicə alır. Mənzili olmadığı üçün borc-xərc taparaq özünə kreditlə ev almaq istəyirdi. Lakin bütün bunları, hətta onun Vətən müharibəsi iştirakçısı olmağını bildiyi halda Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etməklə 6000 manat pulunu talamaq qərarına gələrək ona yalandan vədlər verməklə pulunu talamışdır. Cinayət işinin materiallarında olan və ibtidai istintaq orqanı tərəfindən tanınmış guya ki, ona konsaltinq xidməti göstərmək adı ilə bağlanılmış 12-17/06 №-li müqavilədən göründüyü kimi həqiqətən də Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə onun 6000 manat pulunu dələduzluq yolu ilə ələ keçirərək talamışdır. Yuxarıda göstərilən halları nəzərə alaraq, "xxxx" MMC-nin direktoru-Təqsirləndirilən şəxs vurmuş olduğu maddi ziyana görə 6000 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs20 mülki iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmaqdadır. Onun zərərçəkmiş şəxs kimi tanındığı cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq cinayətinə yol verilərək 15000 manat məbləğində pul vəsaitinin mənimsənilməsi cinayət işinin materialları ilə öz təsdiqini taparaq tam sübuta yetirilmişdir. Həmin sübutlar cinayət işinin materiallarında mövcuddur. O, mənzili olmadığı üçün uzun müddətdir topladığı vəsaitin üstünü borc-xərc tapıb düzəldərək, özünə ipoteka ilə ev almaq istəyirdi. Bunu bilən Təqsirləndirilən şəxs guya ona konsaltinq xidmətləri göstərmək adı ilə müqavilə bağlamış, etibarından suiistifadə edərək verdiyi 15000 manat pulu dələduzluq yolu ilə ələ keçirərək talamışdır. Təqsirləndirilən şəxs onlarla onun kimi şəxsi öz cinayət əməllərinin qurbanına çevirərək insanların son ümidlərini də əlindən alaraq, onları qovuşa biləcəyi mənzilindən məhrum etmişdir. Təqsirləndirilən şəxs ona maddi ziyandan əlavə mənəvi ziyan da vurmuşdur. Belə ki, hər bir ailə kimi o da evinin olmasını istəmiş və bundan əlavə anadangəlmə sağlamlıq imkanları məhdud olan övladının da xəyalları puç olmuş, sarsılmış, psixoloji vəziyyəti pisləşmişdir. Övladının əməliyyatı üçün Cənab Prezident tərəfindən verilmiş aylıq müavinət həmin 15000 manat pulun içərisində olmuşdur. Nəticədə isə nə evləri olmuş, nə də ki, pulları qaytarılmışdır. İş üzrə ibtidai araşdırmanın əvvəllər aparıldığı Bakı şəhəri Xətai rayon polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi Ruslan Sadıqov tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul olunmuş qərarla o, zərərçəkmiş şəxs kimi tanınmaqla ibtidai istintaqa cəlb olunmuşdur. O, çox çarəsiz vəziyyətdədir, iki övladı ilə birlikdə kirayələrdə yaşayır. Əlində olan bütün vəsaiti, övladının səhhəti üçün yığılan pullar Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmişdir. Hesab edir ki, ona vurulmuş maddi ziyanın əvəzi olaraq 15000 manat, mənəvi ziyana görə 10000 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq ona verilməli və Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ən ağır cəzaya məhkum edilməlidir. Qeyd edilənlərə əsasən, "xxxx" MMC-nin direktoru, Təqsirləndirilən şəxs vurmuş olduğu maddi ziyana görə 15000 manat, mənəvi ziyana görə 10000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs14 mülki iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmaqdadır. Onun zərərçəkmiş şəxs kimi tanındığı cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq cinayətinə yol verilərək 7000 manat məbləğində pul vəsaitinin mənimsənilməsi cinayət işinin materialları ilə öz təsdiqini taparaq tam sübuta yetirilmişdir. Həmin sübutlar cinayət işinin materiallarında mövcuddur. O, mənzili olmadığı üçün uzun müddətdir topladığı vəsaitin üstünü borc-xərc tapıb düzəldərək, özünə ipoteka ilə ev almaq istəyirdi. Bunu bilən Təqsirləndirilən şəxs guya ona konsaltinq xidmətləri göstərmək adı ilə müqavilə bağlamış, etibarından sui-istifadə edərək verdiyi 7000 manat pulu dələduzluq yolu ilə ələ keçirərək talamışdır. Təqsirləndirilən şəxs onlarla onun kimi şəxsi öz cinayət əməllərinin qurbanına çevirərək insanların son ümidlərini də əlindən alaraq, onları qovuşa biləcəyi mənzilindən məhrum etmişdir. İş üzrə ibtidai araşdırmanın əvvəllər aparıldığı Bakı şəhəri Xətai rayon polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi Ruslan Sadıqov tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul olunmuş qərarla o, zərərçəkmiş şəxs kimi tanınmaqla ibtidai istintaqa cəlb olunmuşdur. O, çox çarəsiz vəziyyətdədir, Təqsirləndirilən şəxs pul ödəmək üçün bankdan 8000 manat pul götürmüşdür. Hesab edir ki, ona vurulmuş maddi və mənəvi ziyana görə Təqsirləndirilən şəxs pul tutularaq ona verilməli və Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ən ağır cəzaya məhkum edilməlidir. Qeyd edilənlərə əsasən, "xxxx" MMC-nin direktoru, Təqsirləndirilən şəxs vurmuş olduğu maddi ziyana görə 7000 manat, mənəvi ziyana görə 3000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs18 mülki iddiasını onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi açılmışdır. İstintaqda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə ona 100000 manat məbləğində 4% güzəştli ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2023-cü il tarixdə səhər saatlarında MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində onun inamını qazanmaq məqsədilə sonuncu ilə “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsi bağlayaraq etibarından sui-istifadə edib bu adla ondan həmin gün, qeyd edilən ofisdə 6000 maant pul vəsaiti alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin əməli nəticəsində ona 6000 manat məbləğində maddi ziyan vurulmuş, həmin məbləğdən hər hansı bir ödəniş ödənilməmişdir. Həmin cinayət işi üzrə təqsirləndirilən şəxs, yəni hazırki mülki iddia üzrə cavabdeh ona maddi zərər yetirmişdir. Qeyd olunanları nəzərə alaraq, mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ona vurduğu maddi ziyana görə 6000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs7 mülki iddiasını onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı istintaq materialları tam şəkildə sübuta yetirilmişdir ki, təqsirliəndirilən şəxs Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etmiş, etibarından sui-istifadə edərək ondan 7000 manat pul vəsaitini qanunsuz olaraq ələ keçirmiş və talamışdır. İş üzrə ibtidai araşdırmanın əvvəllər aparıldığı Bakı şəhəri Xətai rayon polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi R.Sadıqov tərəfindən qəbul olunmuş qərarla o, zərərçəkmiş şəxs kimi tanınmaqla ibtidai istintaqa cəlb olunmuşdur. O, ömrünün 35 ilindən artığını Azərbaycan xalqının övladlarının təhsilinə həsr etmişdir. Onların savadlı, vətənpərvər, xalqını, vətənini sevən vicdanlı şəxslər kimi yetişməsi üçün əlindən gələni edir. Oğlunun 30 yaşı olmağına baxmayaraq, evi olmadığı üçün evləndirə bilmirdi. Borc-xərc taparaq ona ipoteka ilə ev almaq istəyirdi. Lakin buna baxmayaraq, Təqsirləndirilən şəxs 7000 manat pulunu talamaq məqsədi ilə ona yalandan vədlər verərək pulunu mənimsəmişdir. Cinayət işinin materiallarında olan və ibtidai istintaq orqanı tərəfindən tanınmış guya ki, ona konsaltinq xidməti göstərmək adı ilə, həqiqətən də Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə dələduzluq yolu ilə 7000 manat pulunu ələ keçirmişdir. Yuxarıda göstərilən halları nəzərə alaraq, "xxxx" MMC-nin direktoru, Təqsirləndirilən şəxs vurmuş olduğu maddi ziyana görə 7000 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs16 mülki iddiasını onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı istintaq materialları tam şəkildə sübuta yetirilmişdir ki, təqsirliəndirilən şəxs Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etmiş, etibarından sui-istifadə edərək ondan 6000 manat pul vəsaitini qanunsuz olaraq ələ keçirmiş və talamışdır. İş üzrə ibtidai araşdırmanın əvvəllər aparıldığı Bakı şəhəri Xətai rayon polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi R.Sadıqov tərəfindən qəbul olunmuş qərarla o, zərərçəkmiş şəxs kimi tanınmaqla ibtidai istintaqa cəlb olunmuşdur. O, ömrünün 25 ilindən artığını Azərbaycan xalqının övladlarının təhsilinə həsr etmişdir. Onların savadlı, vətənpərvər, xalqını-vətənini sevən vicdanlı şəxslər kimi yetişməsi üçün əlindən gələni edir. Evi olmadığı üçün ailə həyatı qurmayan oğluna borcxərc taparaq, kreditlə ev almaq istəyirdi. Lakin buna baxmayaraq, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etməklə 6000 manat pulunu talamaq məqsədi ilə ona yalandan vədlər verərək pulunu almışdır. Cinayət işinin materiallarında olan və ibtidai istintaq orqanı tərəfindən tanınmış guya ki, ona konsaltinq xidməti göstərmək adi ilə, həqiqətən də Təqsirləndirilən şəxs xx.xx.2023 - xx.xx.2023 tarixlərində dələduzluq yolu ilə 6000 manat pulunu ələ keçirmişdir. Yuxarıda göstərilən halları nəzərə alaraq, "xxxx" MMC-nin direktoru, Təqsirləndirilən şəxs vurmuş olduğu maddi ziyana görə 6000 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs15 mülki iddiasını onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı istintaq materialları ilə tam şəkildə sübuta yetirilmişdir ki, təsiriləndirilən şəxs Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək etibarından sui-istifadə edərək ondan 6000 manat pul vəsaitini qanunsuz olaraq ələ keçirmiş və talamışdır. İş üzrə ibtidai araşdırmanın əvvəllər aparıldığı Bakı şəhəri Xətai rayon polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi R.Sadıqov tərəfindən qəbul olunmuş qərarla o, zərərçəkmiş şəxs kimi tanınmaqla ibtidai istintaqa cəlb olunmuşdur. O, ömrünün 30 ilindən artığını Azərbaycan xalqının övladlarının təhsilinə həsr etmişdir. Onların savadlı, vətənpərvər, xalqını-vətənini sevən vicdanlı şəxslər kimi yetişməsi üçün əlindən gələni edir. Evi olmadığı üçün ailə həyatı qurmayan oğluna borc-xərc taparaq, kreditlə ev almaq istəyirdi. Lakin buna baxmayaraq, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etməklə 7000 manat pulunu talamaq məqsədi ilə ona yalandan vədlər verərək pulunu almışdır. Cinayət işinin materiallarında olan və ibtidai istintaq orqanı tərəfindən tanınmış guya ki, ona konsaltinq xidməti göstərmək adi ilə, həqiqətən də Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə dələduzluq yolu ilə 7000 manat pulunu ələ keçirmişdir. Yuxarıda göstərilən halları nəzərə alaraq, "xxxx" MMC-nin direktoru, Təqsirləndirilən şəxs vurmuş olduğu maddi ziyana görə 7000 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, mülki iddiaları isə qəbul etməyərək ifadəsində göstərmişdir ki, o, 2014-2019-cu illərdə "xxxx" ASC-də kredit mütəxəssisi, 2019-2022-cı illərdə isə "xxxx" ASC-nin “28 May” filialında ipoteka üzrə aparıcı mütəxəssis vəzifələrində işləmişdir. Uzun müddət ipoteka kreditlərinin verilməsi ilə məşğul olduğundan və bu sahəni yaxşı bildiyi üçün müstəqil şəkildə işləmək qərarına gəlmişdir. 2022-ci ildə o, vəkil olan qardaşı Vüqara müraciət edərək ipoteka kreditlərinin verilməsində vətəndaşlara xidmət göstərən bır şirkət təsis etməyi xahiş etmişdir, belə ki, Vüqar hüquqşünas olduğu üçün sənədləşmə işini yaxşı bilir. Vüqar "xxxx" MMC-ni təsis etmişdir, MMC-nin adının belə olmasını isə o, demişdir. MMC-ni Vüqar təsis etsə də, direktoru o, olmuşdur. MMC daşınmaz əmlakın alınması məqsədi ilə ipoteka kreditinin götürülməsi üçün görülməli tədbirlər barəsində müştəriyə məlumat verir, müştərinin istəyinə uyğun olaraq müvafiq portalda müştəriyə ipoteka krediti vəsaitinin ayrılması məqsədi ilə müraciətin göndərilməsini təmin edir, müştəri tərəfindən təqdim edilmiş müvafiq etibarnaməyə uyğun olaraq ipoteka kreditinin alınması məqsədi ilə müştərinin əvvəlcədən müəyyənləşdirdiyi banka müraciət edir, müştəriyə ipoteka kreditinin alınması ilə bağlı tələb edilən sənədlərin toplanılmasında yardım edir, müştərinin istəyinə uyğun olaraq onu müvafiq dövlət orqanlarında, Asan Xidmət mərkəzlərində, notariat kontorlarında və banklarda təmsil edir, müştərini ipoteka kreditinin rəsmiləşdirilməsi zamanı bankda və notariat kontorunda müşayiət edirdi. MMC-nin ofisi ünvan 1 ünvanında yerləşmişdir. Sahəsi 78 kv.m olan həmin qeyri-yaşayış binasını o, icarə müqaviləsi əsasında şirkət fəaliyyətə başladığı vaxtdan, yəni təxminən 2022-ci ilin fevral ayında Bünyad adlı şəxsdən bir il müddətinə icarəyə götürmüşdür. MMC təxminən bir il müddətində fəaliyyət göstərmişdir. Bu müddət ərzində o, təxminən 30 nəfərə ipoteka kreditinin alınmasında köməklik göstərmişdir, yəni həmin şəxslərin işləri həll olunaraq ipoteka kreditinin verilməsi təmin edilmişdir. İşlərini həll etdiyi şəxslər sonradan onun yanına başqa dost-tanışlarını da göndərmişlər. MMC müştərilərə bütün növ ipoteka kreditlərinin alınmasında xidmət göstərmişdir. Onun MMCdə Şahid3 adında bir işçisi olmuşdur, Günel "xxxx" ASC-də iş yoldaşı olmuş İmran Ağazadənin qohumudur. MMC fəaliyyətə başlayanda İmran Günelin işsiz olduğunu bildirmiş və onu işə götürməyini xahiş etmişdir. Ona da işçi lazım olduğundan Güneli ofis meneceri kimi rəsmi işə götürmüşdür. Günel ayda 600 manat əmək haqqı almış, sənədlərin, xidmət müqavilələrinin tərtibatı və MMC-nin sosial şəbəkələrdə reklamı ilə məşğul olmuş, zənglərə cavab vermiş və müştəriləri MMC-nin ofisinə dəvət etmişdir. Barəsində şikayət etmiş şəxslərin istintaqa təqdim etdikləri bəzi xidmət müqavilələrində birinci səhifədə müqaviləni bağlayan şəxs kimi onun adı göstərilsə də, sonuncu səhifədə səhvən icraçı kimi qardaşı Vüqar göstərilmişdir, halbuki həmin müqavilələrdə icraçı olaraq MMC-nin direktoru gostərilməli idi, belə ki, direktor olaraq bütün müqavilələri şəxsən o, özu müqavilə bağladığı vətəndaşların yanında imzalamışdır. Müqavilələrin sonuncu vərəqində qardaşının adının yazılması texniki səhv olaraq Günelin səhvi olmuşdur, onun özü də buna fikir verməmiş, sonradan bunu gorsə də, ciddi əhəmiyyət verməmişdir, çünki faktiki olaraq müqavilənin birinci əsas vərəqində onun adı getmiş və vətəndaşı qəbul edib onunla müqavilə bağlayan şəxs də faktiki olaraq ozü olmuşdur. Xidmət haqlarını o, həm nağd şəkildə, həm də "xxxx"a aid bank hesabına koçurmə yolu ilə əldə etmişdir. Barəsində şikayət etmiş 30 nəfər şəxslə ipoteka kreditinin ayrılmasında köməkliklə bağlı onun razılaşması olmuşdur, əksəriyyəti ilə müqavilə bağlamış və xidmət haqları almışdır. Belə ki, Zərərçəkmiş şəxs27 4000 manat, X18 6000 manat, Zərərçəkmiş şəxs4 5500 manat, Zərərçəkmiş şəxs14 7000 manat, Zərərçəkmiş şəxs13 3000 manat, Zərərçəkmiş şəxs23 2500 manat almış, Zərərçəkmiş şəxs24 3500 manat alıb 1000 manatını qaytarmış, X2 7000 manat, X15 7000 manat, X5 7000 manat, X1 7000 manat, Zərərçəkmiş şəxs20 15000 manat, Zərərçəkmiş şəxs1 6000 manat, Zərərçəkmiş şəxs8 7000 manat, Zərərçəkmiş şəxs18 6000 manat, Zərərçəkmiş şəxs3 6000 manat, X6 6000 manat, Zərərçəkmiş şəxs6 Gulənməd oğlundan 4000 manat, Zərərçəkmiş şəxs12 Elgız oğlundan 5000 manat, Zərərçəkmiş şəxs2 6000 manat, Zərərçəkmiş şəxs26 3000 manat, Zərərçəkmiş şəxs5 6000 manat, Zərərçəkmiş şəxs10 4000 manat, Zərərçəkmiş şəxs28 4000 manat, Zərərçəkmiş şəxs16 6000 manat, Zərərçəkmiş şəxs7 7000 manat, Zərərçəkmiş şəxs15 7000 manat, Zərərçəkmiş şəxs9 6000 manat, Zərərçəkmiş şəxs11 5000 manat və Zərərçəkmiş şəxs22 4000 manat pul almışdır. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ildə iki-üç dəfə banklara müəyyən məbləğdə pul vəsaiti ayrılır. Həmin pul vəsaiti banklar arasında bölünür, banklar isə müştərilərə ipoteka kreditləri ayırır. İpoteka və Kredit Zəmanət Fondu vaxt təyin edərək həmin tarixdə ipoteka limitinin ayrılacağını elan edir, ipoteka götürmək istəyən şəxslər isə həmin tarixdə adlarına olan Asan imza ilə e-gov.az hökumət portalına daxil olaraq ipoteka limitinin ayrılmasını gözləyirlər və limit ayrılan vaxt kim tez müraciətini daxil etsə, o da ipoteka kreditini götürür. O da MMC-yə müraciət etmiş şəxslərdən adlarına olan Asan imzaları götürüb onların adlarından e-gov.az hökumət portalına daxil olaraq ipoteka limitinin ayrılmasını gözləmişdir ki, həmin limitləri tuta bilsin. Həftənin beş iş günü hər gun 18:30-da limit açılır. Müştərinin adından limiti tutduğu halda, bank tərəfindən müştəriyə 14 gunə qədər vaxt verilir ki, o, ipotekanın alınması üçün zəruri olan sənədləri toplaya bilsin. Müştəri ona verdiyi siyahı uzrə sənədləri toplayandan sonra MMC-yə gəlir, o, sənədlərin düzgünlüyünü yoxladıqdan sonra müştərini təyin olunan banka yönəldir. Bank müştərinin sənədlərini yoxlayıb kreditini aktivləşdirdikdən sonra müştəriyə 45 gün müddətində vaxt verir ki, o, bu müddət ərzində özünə ev və ya mənzil tapsın. Güzəştli ipotekanın maksimum limiti 100000 AZN, adi ipotekanın limiti isə 150000 AZN-dir. Adları yuxarıda qeyd edilən şəxslərdən ipoteka kreditinin verilməsində xidmətə görə müqavilələrdə göstərilən məbləğlərdə xidmət haqları götürsə də, həmin şəxslər üçün ipoteka limiti tuta bilməmişdir. 2022-ci ilin noyabr-2023-cü ilin fevral ayları ərzində İpoteka və Kredit Zəmanət Fondu tərəfindən dəfələrlə ipoteka limitləri ayrılmış, sadəcə bu proses bir neçə saniyə ərzində baş verdiyi üçün o, cəldlik göstərib limit tuta bilməmişdir. Müştərilərdən hər dəfə aldığı pul vəsaitlərini isə şəxsi ehtiyaclarına xərcləmişdir, belə ki, ofisi açanda çox xərc çəkmiş, icarə haqqı vermiş və sair xərcləri olmuşdur. İpoteka sahəsində uzun müddət işlədiyi üçün fikirləşmişdir ki, limit ayrılanda cəld tərpənib limiti tuta bilər. O, həftənin hər iş günü saat 18:30-da iki kompüterdən istifadə edərək iki limit tutmağa çalışmış, lakin bunu edə bilməmişdir. 4 ay müddətində müştərilərdən xidmət haqları alaraq onlar üçün bu müddət ərzində ipoteka limiti tutmağa çalışmış, lakin bunu edə bilməmişdir. Fikirləşmişdir ki, növbəti günlərdə hissə-hissə ipoteka limitlərini tutub müqavilə bağladığı müştərilərin ipoteka limitlərini verəcək, bu işdə özünə güvənmişdir. Çünki əvvəllər o, rahat şəkildə ipoteka limiti tuta bilmiş və vətəndaşlarla da bir problem olmamışdır. 2022-ci ilin təxminən oktyabr-noyabr aylarından başlayaraq limit tutmaq getdikcə çətinləşmiş, lakin bilmişdir ki, növbəti ilin yanvar ayında yeni limit açılanda limit tutmaq şansı çoxalacaqdır. Buna gorə də müqavilə bağlayıb pul almaqda davam etmişdir. Lakin yanvar və fevral aylarında da bir nəticə əldə edə bilməmiş, vəziyyət güman etdiyi kimi olmamışdır. 2023-cü ilin fevral ayında da limit tuta bilməmiş və əvvəllər pul aldığı vətəndaşlarla aralarında ciddi problem və narazılıqlar yaranmışdır. Şəxsi işləri ilə bağlı 2023-cü ilin fevral ayının 18-də Türkiyəyə gedib 3 gün sonra geri qayıtmışdır. O, Türkiyədə olanda ondan şikayət etmiş 30 nəfərdən bir neçəsi ofisə gəlib onu görməyərək ofisində əşyaları dağıtmışlar. Türkiyədən qayıdandan sonra məcbur olub ofisi bağlamış və şirkətin də fəaliyyətini dayandırmışdır. Qardaşı Vüqarın onun işlərinə heç bir aidiyyəti yoxdur, çunki Vüqar sadəcə şirkəti təsis etmişdir, Vüqarın öz işləri var, onun işi ilə bağlı Vüqar hər hansı vətəndaşla görüşməmiş, hər hansı vətəndaşdan pul almamışdır. Ona gorə də o, vətəndaşlardan ipoteka krediti ilə bağlı aldığı puldan nəinki Vüqara, ümumiyyətlə heç kimə verməmişdir. Günelə isə yalnız ayda 600 manat əmək haqqı vermişdir. O, fikirləşmişdir ki, vətəndaşların işini həll edə biləcək, ona gorə də onlardan aldığı pulları şəxsi ehtiyaclarına xərcləmiş və əvvəlki borclarından qaytarmışdır. Ona görə də iş üzrə 30 nəfərin pulunu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs16 aldığı pul vəsaitləri ilə borclu olduğu (müştəri olmayan) bir neçə şəxsə borclarını qaytarmışdır. 04 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulacağını fikirləşməmiş, ona gorə də polisə gedənə qədər Zərərçəkmiş şəxs15 aldığı pulu adını çəkmək istəmədiyi bir nəfərə borcunu qaytarmışdır. İpoteka limitini yalnız özü tutmuş, bununla bağlı hər hansı şəxsin ona köməyi olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında göstərmişdir ki, o, tutulandan əvvəl də, tutulan gün də demişdir ki, zərərçəkmiş şəxslərin pullarını qaytaracaqdır. O, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs20 və digərlərinin tanışı olan bir çox şəxslərin işlərini həll etmiş, bir çox şəxsə ipoteka vermişdir. İndiki zərərçəkmiş şəxslər də onların vasitəsi ilə ona yaxınlaşmışlar. Qeyd etdiyi kimi dəymiş ziyanları ödəyəcəkdir, lakin mülki iddiaları qəbul etmir, onların təmin olunmamasını xahiş edir. Əməlindən səmimi peşmançılıq hissləri keçirməyini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Fövqəladə Hallar Nazirliyinin Əməliyyat idarəsinin İnformasiya-təhlil, qüvvə və vasitələrin qeydiyyatı şöbəsinin baş zabiti vəzifəsində xidmət edir. 2022-ci ilin sentyabr ayında anası yaşadıqları Bakı şəhəri, Yeni Yasamal-1, bina 12, 75 nömrəli mənzili satmışdır ki, bir az geniş mənzil alsınlar. Belə ki, anası, o və azyaşlı övladı bir otaqdan iki otağa düzəldilmiş mənzildə yaşamışlar. Mənzilə görə beh alsalar da, bir müddət mənzildə yaşamışlar. Belə ki, paralel olaraq almaq üçün mənzil axtarmışdır. Onun özünə 4 faizli güzəştli ipoteka düşsə də maraqlanıb bilmişdir kı, bankdan güzəştli ipoteka limiti tutmaq çətindir və əmək haqqının məbləğinə görə də ona istədiyi qədər kredit məbləği ayrılmayacaqdır. Ona gorə də ona münasib kredit məbləği ayrılmasının təşkili ilə bağlı variantlar axtarmağa başlamışdır. “instagram” sosial şəbəkəsində hərbi qulluqçulara güzəştli ipoteka kreditinin verilməsində köməklik göstərən "xxxx" MMC-nin səhifəsinə rast gəlmişdir. Səhifədə qeyd edilən MMC-nin nömrəsinə zəng etmiş, ona Günel adlı bir xanım cavab vermişdir. Həmin xanım onu ünvan 15 ünvanında yerləşən "xxxx" MMC-nin ofisinə dəvət etmişdir. Növbəti gün həmin ofisə getmiş, onu MMC-nin direktoru Təqsirləndirilən şəxs adlı şəxs qəbul etmişdir. Raminin işi ilə və aldığı əmək haqqı ilə bağlı suallarını cavablandırdıqdan sonra, Ramin ona 100000 manat məbləğə qədər 4% güzəştli ipoteka kreditinin bankdan asılı olaraq 20-25 il müddətinə verilə biləcəyini demişdir. Ramin xidmət haqqı kimi MMC-yə 6000 AZN ödəməli olduğunu bildirmişdir. O, Raminin təklifini qəbul edəndən sonra Ramin ona zəruri sənədlərin siyahısını verərək həmin sənədləri toplamağı, adına Asan imza almağı və sənədləri toplayandan sonra 6000 manat pulla birlikdə ofisə gəlməyini demişdir. Təxminən bir həftəyə sənədləri toplayandan sonra 27 sentyabr 2022-ci il tarixdə 6000 manat pulla Raminin ofisinə getmişdir. Orada günorta saatlarında 6000 manat pulu, sənədləri və adına olan Asan imzanı Raminə verəndən sonra Ramin onunla “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 09-27/8 №-li xidmət müqaviləsi bağlamışdır. Ramin onun yanında müqavilədə özünə aid hissəni, o isə özünə aid hissəni imzalamışlar. Ramin tez bir zamanda ona güzəştli ipoteka kreditinin veriləcəyini bildirmişdir. 30 sentyabr 2022-ci il tarixdə Ramin onu “Azərbaycan Beynəlxalq Bankı”nda qeydiyyatdan keçirsə də, sonradan ona bank tərəfindən verilən limitin qurtardığını və güzəştli ipotekanın 2023-cü ilin yanvar ayının əvvəlində veriləcəyini bildirmişdir. O, banka getməmişdir, Raminin sözünə əsasən bunu deyir. 2022-ci ilin oktyabr ayında o, Yeni Yasamal-2 adlanan ərazidə qiyməti 88000 manat olan iki otaqlı mənzil tapmış və bu haqda Raminə demişdir. Ramin mənzil sahibinə 1000 manat beh verməyini demişdir ki, mənzil əldən çıxmasın. 2022-cı ilin dekabr ayının əvvəlində Ramin ona “Rabitəbank”dan güzəştli ipoteka kreditinin veriləcəyini desə də, sonradan bu işin də alınmadığını bildirmiş və güzəştli ipoteka kreditinin ona 2023-cü ilin yanvar ayında veriləcəyini demişdir. 2022-ci ilin dekabr ayının ortalarında almaq istədiyi mənzilin sahibi ona zəng edərək gözləyə bilmədiyini və mənzili satmaq istədiyini bildirmişdir. O, bu haqda Raminə demiş, Ramin isə mənzil əldən çıxmasın deyə mənzil sahibi ilə beh müqaviləsi bağlamağı məsləhət görmüşdür. Bu haqda mənzil sahibi ilə danışmış, mənzil sahibi 20000 manatdan az beh götürməyəcəyini demişdir, lakin ona maddi imkanının zəif olduğunu bildirib güzəşt etməyini xahiş etmişdir. Mənzil sahibi ona güzəşt edərək 18000 manatla razılaşmışdır. 15 dekabr 2022-ci il tarixdə 32 saylı notariat ofisində Təqsirləndirilən şəxs iştirakı ilə o, mənzil sahibi olan Xalid Kazımovla almaq istədiyi mənzilə dair beh müqaviləsi bağlamış və beh olaraq Xalid Kazımova 18000 manat pul vermişdir. 2023-cü ilin yanvar ayının əvvəlində Raminə zəng edib ipoteka ilə maraqlanmış, Ramin ona ipoteka limitinin 28 yanvar 2023-cü il tarixdə açılacağını desə də, sonradan limitin 31 yanvar 2023-cü il tarixdə açılacağını demişdir. Lakin həmin gün də limit açılmamış, bu haqda Ramindən soruşanda, Ramin limitin bır neçə gunə açılacağını demişdir. O, Raminə “Rabitəbank” üçün işdən aldığı əmək haqqı haqqında arayışın vaxtının bitdiyini desə də, Ramin ona narahat olmamağını və köhnə arayışla işini həll edəcəyini bildirmişdir. Ramin ona arxasında DTX-də işləyən general rütbəli şəxsin dayandığını və işində heç bir problemin olmadığını bildirmişdir. 10 fevral 2023-cü il tarixdə işdən sonra Raminin ofisinə getmişdir. Orada Ramin ona notbukunda ayrılan limiti göstərmişdir. İnternet səhifəsində ona 88000 manat məbləğində pul vəsaitinin ayrılması qeyd edilmişdir. Ramin ona mənzillə bağlı alqı-satqıya 22 fevral 2023-cü il tarixdə gedəcəyini bildirmişdir. 18 fevral 2022-ci il tarixdə Raminə zəng etsə də, ona zəng çatmamışdır. Bundan sonra bir neçə dəfə də zəng etmiş, lakin Raminə yenə də zəng çatmamışdır. Raminin ofisinə gələndə görmüşdür ki, ofis bağlıdır, ofisin qarşısında isə çoxlu sayda adam toplaşmışdır. Orada məlum olmuşdur ki, Ramin güzəştli ipoteka kreditinin verilməsində köməklik göstərmək adı ilə vətəndaşları aldadaraq pullarını ələ keçirmişdir. 21 fevral 2023-cü il tarixdə Asan imzanın dublikatını çıxartdırandan sonra təkrar qeydiyyatdan keçəndə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Asan imzadan istifadə edərək e-gov.az hökumət portalında 10 fevral 2023-cü il tarixdə saat 18:35-də güzəştli MİDA sosial mənzillərinin alınması üçün onu qeydiyyatdan keçirib və bir dəqiqədən sonra adından imtina verib. Başa düşmüşdür ki, Təqsirləndirilən şəxs “gözdən pərdə asmaq” üçün bunu ondan ötrü edib ki, ona 88000 manat ipoteka kreditinin ayrılmasını göstərə bilsin. Artıq başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirib. Mənzilə görə beh verdiyi şəxs ona 18000 manatdan cəmi 10000 manat qaytarmışdır. Yəni, Raminin hərəkətləri nəticəsində ona ümumilikdə 14000 manat ziyan dəymişdir. Belə ki, Raminə əlbəəl 6000 manat pul vermiş, Raminin sözünə görə alacağı evə beh vermiş və orada da 8000 manat ziyana düşmüşdür. Ramin demişdir ki, İpoteka Fondunda tanışı var və onun vasitəsilə bu işi həll edir, lakin həmin adamın adını deməmişdir. 27 sentyabr 2022-ci il tarixli “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” müqavilənin birinci vərəqində müqaviləni bağlayan şəxs kimi direktor Təqsirləndirilən şəxs göstərilsə də, sonuncu vərəqdə şirkətin icraçısı olaraq təsisçi Şahid2 adının göstərilməsinə müqavilə bağlananda fikir verməmişdir. Ramin ondan pul alanda qardaşı barədə ümumiyyətlə heç nə deməmiş, onun Vüqarla görüşü olmamışdır. Məhkəmə çıxışında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəmədiyinə görə mülki iddia qaldırdığını göstərmiş, təqsirləndirilən şəxsdən ona vurulmuş maddi ziyana görə 24000 manat pulun, mənəvi zərərə görə 2000 manat pulun tutularaq ona ödənilməsini, işin hal-hazıradək düzgün araşdırılmadığını nəzərə alaraq, ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, özünə güzəştli ipoteka şərtləri ilə mənzil almaq istəmiş, özü bir neçə dəfə onlayn şəkildə ipoteka limiti tutmağa cəhd etsə də, alınmadığı üçün internet səhifələrində axtarış etmişdir. “instagram” sosial şəbəkəsində qarşısına "xxxx" MMC barədə məlumatlar çıxmış və bir neçə nəfərlə danışıb həmin şirkətin həqiqətən də güzəştli şərtlərlə ipoteka ayrılmasına köməklik etdiyini bilmişdir. İnternetdən MMC-nin telefon nömrəsini götürüb zəng etmiş, zənginə şirkətin Günel adlı işçisi cavab vermiş və ofisin Xətai rayonu ərazisində yerləşdiyini bildirmişdir. 2022-ci ilin sentyabr ayının sonlarında həmin şirkətin Ağ şəhərdə yerləşən ofisinə gedib şirkətin rəhbəri Ramin adlı şəxslə görüşmüş, Ramin ona ipoteka barədə məlumat verib 6000 manat müqabilində güzəştli şərtlərlə ipoteka kreditinin ayrılmasını həll edəcəyini bildirmişdir. Növbəti görüşdə, 03 oktyabr 2022-ci il tarixdə, günorta saatlarında Raminin ofisində ona əlbəəl 6000 manat pul vermiş və Raminlə aralarında müqavilə bağlanmışdır. Ramin onun yanında müqavilənin öz tərəfinə aid hissələrini imzalamış və o da öz tərəfinə aid hissələri imzalamışdır. Ramin bildirmişdir ki, 1-2 ay ərzində ipoteka ayrılması məsələsini həll edəcəkdir. Ondan sonra deyilən müddət keçsə də və Raminlə əlaqə saxlasa da, o, hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamış, hələ ki, ona kredit ayrılmadığını bildirmişdir. O, artıq görmüşdür ki, Ramin işi həll etmək istəmir, ona görə Ramindən pulunu geri istəməyə başlamışdır. Sonrakı vaxtlarda Ramin ümumiyyətlə telefonlara cavab verməmişdir. Sonra ona məlum olmuşdur ki, Ramin onun kimi bir çox vətəndaşları da aldadıb pullarını ələ keçirmişdir. Bundan sonra onlar həmin aldadılmış şəxslərlə birlikdə hüquq-mühafizə orqanına şikayət etmişlər. Söhbətləri zamanı Ramin demişdir ki, İpoteka Fondunda tanışı var və onun vasitəsilə bu işi həll edir, lakin həmin adamın adını deməmişdir. 03 oktyabr 2022-ci il tarixli “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” müqavilənin birinci vərəqində müqaviləni bağlayan şəxs kimi direktor Təqsirləndirilən şəxs göstərilsə də, sonuncu vərəqdə şirkətin icraçısı olaraq təsisçi Şahid2 adının göstərilməsinə müqavilə bağlananda fikir verməmişdir. Ramin ondan pul alanda qardaşı barədə ümumiyyətlə heç nə deməmiş, onun Vüqarla görüşü olmamışdır. Ona dəymiş 6000 manat ziyan məbləğindən 500 manat geri ala bilmiş, qalan 5500 manat pul hal-hazıradək ona ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 (mülki iddianı sonradan vermişdir) ifadəsində göstərmişdir ki, o, Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edir. Öz evi olmadığından Bakı şəhərində güzəştli ipoteka krediti ilə özünə mənzil almaq istəmişdir. 2022-cı ilin noyabr ayında “instagram” sosial şəbəkəsində hərbi qulluqçulara güzəştli ipoteka kreditinin verilməsində köməklik göstərən "xxxx" MMC-nin səhifəsinə rast gəlmişdir. Səhifədə qeyd edilmiş MMC-nin nömrəsinə zəng etmiş, ona Günel adlı bir xanım cavab vermişdir. Həmin xanım onu ünvan 15 ünvanında yerləşən "xxxx" MMC-nin ofisinə dəvət etmişdir. 04 noyabr 2022-ci il tarixdə həmin ofisə getmişdir. Onu MMC-nin direktoru Təqsirləndirilən şəxs adlı şəxs qəbul etmişdir. Təqsirləndirilən şəxs işi ilə və aldığı əmək haqqı ilə bağlı suallar verdikdən sonra bildirmişdir ki, rəhbəri olduğu MMC ilə müqavilə bağladıqdan bir həftə sonra ipoteka kreditinin verilməsi üçün limit ayrılacaq, növbəti bir həftə ərzində dövlət ipoteka və zəmanət fonduna təqdim edilməli olan sənədləri toplayacaq, üçüncü həftədən etibarən isə 45 gün ərzində o, mənzil axtaracaq. Ramin ona 100000 manat məbləğində 4% güzəştli ipoteka kreditinin “Rabitəbank” tərəfindən 30 il müddətinə veriləcəyini bildirmişdir. Həmçinin, Ramin bildirmişdir ki, xidmət haqqı kimi o, direktoru olduğu MMC-yə 6000 manat ödəməlidir. Həmin gün Raminə sözügedən məbləğin üzərində olmadığını bildirəndə, Ramin həmin məbləği "xxxx" ASC-də adına olan bank hesabına köçürə biləcəyini demişdir. O, Raminin təklifini qəbul edəndən sonra, Ramin həmin gün onunla “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 11-04/4 nömrəli xidmət müqaviləsi bağlamış və müqavilənin bir nüsxəsini ona vermişdir. Ramin ona “vatsap” vasitəsilə adına olan "xxxx" ASC-yə aid bank kartının fotoşəkilini göndərmişdir. Həmin gün o, xidmət yerinə qayıtmış, növbəti gün, yəni 05 noyabr 2022-ci il tarixdə Goranboy rayonu, Vüqar Bayramov küçəsində fəaliyyət göstərən “El Store” adlanan marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs "xxxx" ASC-də olan bank hesabına 5200 AZN pul vəsaiti köçürtmüş, qalan 800 AZN pul vəsaitini isə Goranboy rayonunda mobil telefonuna yüklənmiş “Birbank” mobil tətbiqi vasitəsilə qardaşı Şamonun adına olan "xxxx" ASC-yə aid bank hesabından Təqsirləndirilən şəxs bank hesabına köçürtmüşdür. Təxminən bir həftə sonra o, "xxxx" MMC-yə zəng edib işi ilə maraqlanmışdır. Günel adlı əməkdaş ona 100000 manatlıq limitin ayrıldığını və zəruri sənədləri toplamağı demişdir. Təqsirləndirilən şəxs onunla müqavilə bağlayanda ondan adına olan Asan imzanı götürmüşdür ki, adından zəruri olan əməliyyatları edə bilsin. O, təxminən bir həftəyə lazım olan sənədləri toplayıb onları iş yoldaşı Nazimdən MMC-nin ofisinə göndərmişdir. Sənədləri verəndən sonra təkrar MMC-yə zəng etmiş, ona cavab verən Günel adlı xanım 25 dekabr 2022-ci il tarixədək ev tapmağını demişdir. O, məzuniyyətə çıxıb özünə mənzil axtarmağa başlamış və Xırdalan şəhərində qiyməti 125000 manat olan üç otaqlı mənzil tapmışdır. Bu haqda Raminə demişdir. Sonra qiymətləndirmə şirkətinin nümayəndəsi mənzilə baxıb 124000 manat qiymət qoymuşdur. Mənzilin sənədlərini Raminə verəndən sonra, Ramin ona 21 dekabr 2022-ci il tarixdə alqısatqıya gedəcəyini deyib həmin tarixdə onu 53 saylı notariat ofisinə çağırmışdır. Həmin gün notariat ofisinə gəlsə də, X30 icazə gəlmədiyini deyərək alqı-satqının 28 dekabr 2022ci il tarixdə olacağını demişdir. Lakin həmin tarixdə də alqı-satqı olmamış, Ramin həmin gün alqı-satqının Yeni il bayramından sonra olacağını bildirmişdir. Lakin Yeni il bayramından sonra da alqı-satqı baş tutmamışdır, Ramin isə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamış, o da əlaçsız qalıb Ramini gözləmişdir. Təxminən 13 fevral 2023cü il tarixdə Ramin ona “vatsap” vasitəsilə e-gov.az hökümət portalında olan hesabının fotoşəkilini atmışdır. Həmin hesabda 13 fevral 2023-cü il tarixdən 27 fevral 2023-cü il tarixədək ABB-nin Tolstoy küçəsində yerləşən filialına yaxınlaşmağın zəruri olduğu qeyd edilmişdir. Ramin isə həmin bank tərəfindən ona 96000 AZN məbləğində güzəştli ipoteka kreditinin ayrılmasını bildirmişdir. Həmin tarixdə o, ABB-nin qeyd etdiyi filialına yaxınlaşıb 96000 AZN pul vəsaitini hesabına qəbul etməli, sonra isə alqı-satqıya getməli imiş. Lakin bir neçə gün sonra Ramin ona “vatsap” vasitəsilə mesaj yazaraq bütün işlərin ləğv olunduğunu bildirmiş və pulunu qaytarmaq üçün bank kartının fotoşəkilini istəmişdir. O da "xxxx" ASC-yə aid olan bank kartının fotoşəkilini “vhatsap” vasitəsilə Raminə göndərmişdir. Ramin pulu növbəti gün bank hesabına köçürəcəyini desə də bunu etməmiş, mesajlarına və zənglərinə cavab verməmişdir. Raminin ofisinə gedəndə isə ofisin bağlı olduğunu görmüşdür. Həmin gün ABB-nin Tolstoy küçəsində yerləşən filialına yaxınlaşıb ona ayrılmış məbləğlə maraqlanmış, lakin orada ona 96000 AZN pul vəsaitinin MİDA-nın inşa etdirdiyi sosial evlər üçün ayrıldığını bildirmişlər, yəni MİDA tərəfindən satışa mənzil çıxarılandan sonra həmin məbləğdən istifadə edib mənzil ala bilərmiş. Artıq başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onu aldadaraq 6000 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs onu Tərtərdən 5 dəfə Bakıya gətirtmişdir. Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəməmişdir, 6000 manat puldan başqa almaq istədiyi mənzil üçün 1000 manat beh vermiş, evi tapmış maklerə 250 manat, evin qiymətləndirilməsinə 150 manat vermiş, bununla ona 7400 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs3 nümayəndəsi (vəkil) Nümayəndə göstərmişdir ki, onun təmsil etdiyi Zərərçəkmiş şəxs3 ona vurulmuş maddi ziyana görə 8399,8 manat, mənəvi zərərə görə 20000 manat pul məbləğinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi ilə bağlı mülki iddia qaldırmışdır. Bundan başqa, tərəflərindən CPM-nin 318.2-ci maddəsinə əsasən işin prokurora qaytarılmasına dair yazılı vəsatət verilmişdir. Belə ki, iş üzrə şahid qismində tanınmış Şahid2 məhkəmə araşdırması zamanı verdiyi ifadəsindən görünür ki, "xxxx" MMC onun tərəfindən təsis edilmiş, bütün sənədlər məhz onun tərəfindən hazırlanmışdır. Şahid2 yalnız təsisçi olaraq MMC-nin cari fəaliyyətinə qarışmaması ilə bağlı ifadəsi inandırıcı deyil. Belə ki, əvvəlcədən hazırlanmış bütün müqavilə formalarında MMC adından imza atacaq şəxs kimi məhz Şahid2 göstərilmişdir. Təqsirləndirilən şəxs və şahidin bu qeydin texniki səhv olaraq təqdim etməsini təsdiq edən heç bir dəlil mövcud deyil. Əksinə, iş üzrə şahid qismində tanınmış Şahid3 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, bütün müqavilə formaları əvvəlcədən hazırlanmış, həmin müqavilələrin hamısında Şahid2 adı olmuşdur. Şahid2 məhdud məsuliyyətli cəmiyyətin təsisçi üzvü olaraq həmin cəmiyyətin fəaliyyətinin nəticəsində maraqlı şəxsdir. Belə olan halda bir il ərzində MMC-nin fəaliyyəti barədə direktor təyin etdiyi qardaşından məlumat almaması inandırıcı görünmür. Məhkəmədə şahid qismində dindirilən Şahid2 özü də bildirmişdir ki, direktoru olduğu Home Finance BOKT şirkəti ilə özünün təsisçi, qardaşı olan təqsirləndirilən şəxsin isə direktoru olduğu "xxxx" MMC ilə müqavilə imzalanıb və bu şirkət zərərçəkmişlərin kredit məlumatlarının əldə edilməsi ilə bağlı sorğular göndərib. Bu əhəmiyyətli xüsusat istintaq tərəfindən araşdırılmayıb. Çünki Şahid2 bildirdi ki, onlar sorğunu zərərçəkmişlərin ərizəsi (ərizənin Ramin tərəfindən skan edilərək göndərildiyini qeyd edib) əsasında göndəriblər, ancaq bu doğru deyil, çünki Zərərçəkmiş şəxs3 tərəfindən belə bir ərizə verilməyib. Ayrıca, vətəndaş kredit məlumatlarını özü Asan xidmət mərkəzinə yaxınlaşaraq götürə biləcəyi halda Şahid2 təsisçisi olduğu və direktorunun qardaşı olduğu bir şirkət üçün özünün direktor olduğu başqa bir şirkətdən belə bir xidmət göstərilməsi üçün müqavilə bağlaması onun reallıqda qardaşının gördüyü bütün işlərdən xəbərdar olduğunu göstərir. Bu müqavilənin məqsədi və əhatə dairəsi də araşdırılmamış, iş üçün əhəmiyyət kəsb edə biləcək məlumatlar ola biləcəyi təqdirdə həmin müqavilələr istintaq orqanı tərəfindən əldə edilməmişdir. Ayrıca, zərərçəkmiş tərəfindən məhkəməyə təqdim edilmiş səs yazısından görünür ki, Şahid3 Şahid2 ofisə çağırır və bildirir ki, vətəndaşla müqavilə bağlamaq lazımdır, Ramin bəy yoxdur deyə vətəndaş narazılıq edir. Bu hal da istintaq tərəfindən araşdırılmayıb. Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, şirkəti ona görə öz adına yaradıb ki, qardaşı, yəni Təqsirləndirilən şəxs həmin zaman "xxxx" ASC-də tutduğu vəzifəyə görə onun adına şirkət açılmasına icazə yox idi. Ancaq qeyd edir ki, Şahid2 istintaqa verdiyi ifadəsində online şirkət açmaq üçün hamının adına Asan imza olmadığı üçün şirkəti öz adına açdığını bildirmişdir. Həmçinin Şahid2 vətəndaşların kredit məlumatlarının əldə edilməsi ilə bağlı direktoru olduğu şirkət tərəfindən xidmət göstərilməsi ilə bağlı istintaqa məlumat verməmiş və yalnız onlar tərəfindən məhkəmədə bu məsələ qaldırıldığı üçün məlumat vermişdir. Bundan əlavə istintaq tərəfindən Təqsirləndirilən şəxs öz ərizəsi ilə işdən ayrılıb-ayrılmadığını dəqiqliklə araşdırmağa zərurət var idi. Belə ki, həm təqsirləndirilən şəxs, həm də şahid qismində tanınmış qardaşı Şahid2 təqsirləndirilən şəxsin bankda yüksək gəlirli vəzifədə işləməsinə baxmayaraq, həmin vəzifəni hansı səbəb və ya səbəblərdən öz ərizəsi ilə tərk edərək "xxxx" MMC təsis etmələrini izah edə bilməmişlər. Daha doğrusu qeyd edilən məqamla bağlı izahatlar ibtidai istintaq orqanı tərəfindən araşdırılmadan mütləq həqiqət kimi qəbul edilmişdir. İstintaq tərəfindən banka bununla bağlı müvafiq sorğu belə göndərilməyib. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, zərərçəkmiş kimi tanınan Zərərçəkmiş şəxs4 xidmət haqqı kimi 5500 manatı şəxsən özü alıb və təqsirləndirilən şəxsə verib. Şahid Təqsirləndirilən şəxs müqavilə formalarında onun qardaşının adının səhvən yazılması ilə bağlı dediklərini təkzib edib. Şahid3 bildirib ki, hər bir müştəri üçün məlumatları o, şəxsən müqaviləyə əlavə edib çap edirdi. Şahid3 ifadəsində yalnız bir dəfə vətəndaşın Asan imzasından istifadə edərək ipoteka limitini tutmağa çalışdığını, lakin uğurlu olmadığını qeyd etdi. Eyni zamanda o, Təqsirləndirilən şəxs ofisdə ipoteka limiti tutmasının şahidi olmadığını bildirmişdir. Eyni zamanda təşkilata məxsus olduğu qeyd edilən ***-***-**-** nömrəsi də araşdırılmayıb. Həmçinin zərərçəkmişdə olan məlumata əsasən şirkətə məxsus olan kompüter müstəntiq tərəfindən təqsirləndirilən şəxsin atasına qaytarılıb və zərərçəkmişlə olan səs yazıları silinib. Yuxarıda qeyd edilən xüsusatlar təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxslə həmin cinayət əməllərini törətməsinə ciddi şübhələr yaradır. Onların ibtidai istintaq orqanı tərəfindən cinayət işinin həmin orqan tərəfindən istintaqı zamanı araşdırılmaması cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını zəruri edir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi məhkəmədə çıxışı zamanı irəli sürdüyü dəlillərin nəzərə alınaraq, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, ittihamedici hökm çıxarılacağı halda isə Təqsirləndirilən şəxs ittiham edildiyi maddədə nəzərdə tutulan cəzanın yuxarı həddində cəza təyin olunmasını və mülki iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, onun özü özəl sektorda, arvadı X21 isə 15 ildir ki, daxili işlər orqanlarında işləyir. Kirayə yaşadıqları üçün güzəştli ipoteka krediti ilə mənzil almaq istəmişlər. 2022-ci ilin noyabr ayında “instagram” sosial şəbəkəsində hərbi qulluqçulara və polis əməkdaşlarına güzəştli ipoteka kreditinin verilməsində köməklik göstərən "xxxx" MMC-nin səhifəsinə rast gəlmişdir. Səhifədə qeyd edilmiş MMC-nin nömrəsinə zəng etmiş, ona Günel adlı bir xanım cavab vermişdir. Həmin xanım onu Xətai rayonu, Ağ şəhər, Mərkəzi Bulvar kuçəsi 2 ünvanında yerləşən "xxxx" MMC-nin ofisinə dəvət etmişdir. İki gün sonra, 13 noyabr 2023-cü il tarixdə o, həmin ofisə getmişdir. Onu MMC-nin direktoru Təqsirləndirilən şəxs adlı şəxs qəbul etmişdir. Təqsirləndirilən şəxs onun və arvadının işi və aldıqları əmək haqqı ilə bağlı suallar verəndən sonra arvadı Vüsalə Axundovaya 100000 manat məbləğində 4% güzəştli ipoteka kreditinin 27 il müddətinə “Rabitəbank” tərəfindən ayrıla biləcəyini və kreditin alınmasında köməklik edə biləcəyini, xidmət haqqı kimi MMC-yə 7000 AZN ödəməli olduğunu bildirmişdir. O, Raminə üzərində belə bir məbləğin olmadığını deyəndə, Ramin heç bir problemin olmadığını və pulu iki gün ərzində gətirə biləcəyini demişdir. Həmin gün Ramin onunla “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 11-13/02 nömrəli xidmət müqaviləsi bağlamış və ipoteka kreditinin alınması üçün lazım olan sənədlərin siyahısını vermişdir. 15 noyabr 2022-ci il tarixdə, səhər saatlarında o, Raminin ofisinə gedərək orada ona 7000 manat pul vermişdir. Bunun qarşılığında Ramin ona ödənişi təsdiq edən heç bir qəbz verməmişdir. Paralel olaraq o və arvadı lazım olan sənədləri toplamağa başlamışlar. Təxminən 10 gunə sənədləri toplayıb Raminə vermişdir. Həmçinin, Raminə özünün və arvadının adına olan Asan imzaları da vermişdir ki, adlarından zəruri əməliyyatları edə bilsin. O və arvadı birgə borcalan kimi çıxış etməli imişlər. Ramin 25 dekabr 2022-ci il tarixədək butun proseslərin bitəcəyini, yəni həmin tarixədək arvadına güzəştli ipoteka krediti veriləcəyini və onların alqı-satqıya gedəcəklərini, həmin tarixədək mənzil axtarmağını demişdir. O, Bakı şəhəri, Yasamal rayonu, M.Muşfiq küçəsində qiyməti 145000 manat olan iki otaqlı mənzil tapıb həmin mənzilin sənədlərinin və mənzil sahibinə aid olan sənədlərin surətlərini Raminə vermişdir. 25 dekabr 2022-ci il tarixdə Ramin ona zəng edərək İpoteka Fondunda problem yarandığını və ipoteka kreditinin onlara 10 yanvar 2023-cü il tarixdə ayrılacağını bildirmişdir. Lakin həmin tarixdə də Ramin məsələnin alınmadığını bildirmiş və həmin tarixdən sonra müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Təxminən 2023cü ilin fevral ayında Ramin ona “Paşa Bank” tərəfindən limitin ayrıldığını bildirmişdir. O, həmin banka gedib ipoteka ilə maraqlananda bank əməkdaşı İpoteka Fondunun güzəştli ipoteka kreditinin verilməsi üçün “Paşa Bank”a vəsait ayırdığını, lakin bank tərəfindən onlara ipoteka kreditinin verilib-verilməyəcəyinin sual altında olduğunu bildirmişdir. O, bu haqda Raminə demiş, Ramin isə aktivləşdirmə kodunu bank əməkdaşına verməməyini, ipoteka məsələsini iki günə həll edəcəyini bildirmişdir. Raminə inanıb aktivləşdirmə kodunu bank əməkdaşına təqdim etməmişdir. İki gündən sonra Ramin ona zəng edib “Paşa Bank” tərəfindən onlara 97000 manat məbləğində limitin ayrıldığını və deyəcəyi vaxtda banka getmək lazım olduğunu bildirmişdir. Lakin o, Raminə demədən 17 fevral 2023-cü il tarixdə “Paşa Bank”ın “Port Baku”nun yanında olan filialına getmiş, orada məlum olmuşdur ki, arvadının adına bank tərəfindən heç bir limit ayrılmamışdır. O, “vatsap” vasitəsilə Raminə mesaj yazıb bu haqda bildirmiş, Ramin isə cavab mesajı yazaraq işin alınmadığını, axşam onunla görüşüb pulunu və sənədlərini qaytaracağını bildirmişdir. Lakin həmin gun axşam Raminə zəng çatmamışdır. Növbəti gün onun ofisinə getsə də, ofisi bağlı olmuşdur. Sonradan məlum olmuşdur ki, Ramin ondan başqa 20-dən çox şəxsi aldadaraq pullarını ələ keçirmişdir. Raminin qanunazidd əməlləri nəticəsində ona 7000 manat məbləğində maddi ziyan dəymişdir. Ramin ipoteka kreditinin ayrılmasını kimin vasitəsilə həll edəcəyi barədə ona heç bir məlumat verməmişdir. 13 noyabr 2022-ci il tarixli “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” müqavilənin birinci vərəqində müqaviləni bağlayan şəxs kimi direktor Təqsirləndirilən şəxs göstərilsə də, sonuncu vərəqdə şirkətin icraçısı olaraq təsisçi Şahid2 adının göstərilməsinə həmin vaxt fikir verməmişdir. Sonra onu görub soruşanda Ramin demişdir ki, şirkəti qardaşı Vüqar təsis edib, amma direktor o, özüdür. Lakin onun Vüqarla görüşü və danışığı olmamışdır. Ona vurulmuş maddi ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçidir, pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 (həmin vaxt mülki iddia verməmişdir) ifadəsində göstərmişdir ki, həyat yoldaşı X16 ilə özlərinə güzəştli, yəni 4 faizli ipoteka şərtləri ilə mənzil almaq istəmişlər, bununla bağlı banklara müraciət etsələr də, bankdan onlara yalnız 50000 manat kredit verə biləcəklərini bildirmişlər. Bu məbləğ isə onları qane etməmişdir. Sonra həyat yoldaşı Əfqan internet səhifələrində axtarış edən zaman “instagram” sosial şəbəkəsində "xxxx" MMC-nin elanlarına rast gəlmişdir. Onlar həmin şirkətlə danışanda şirkətin rəhbəri kimi özünü təqdim edən Ramin adlı şəxs onları Xətai rayonu, Ağ şəhərdə yerləşən ofisinə dəvət etmişdir. 2022-ci ilin dekabr ayının əvvəllərində Raminin ofisinə getmişlər. Söhbət zamanı Ramin köməklik edə biləcəyini demiş, bildirmişdir ki, əgər sığorta problemi olmasa onlara 6000 manat müqabilində 80000 manat kredit ayrılmasını təşkil edə bilər. Sonra onlar sığorta ilə danışmışlar, həmin ərəfədə Ramin onlara xəbər göndərmişdir ki, onların problemini özü həll edəcəkdir, ofisə yaxınlaşsınlar. 07 dekabr 2022-ci il tarixdə Əfqanla birlikdə Raminin ofisinə getmişlər. Ramin bildirmişdir ki, özü bütün danışıqları aparıb onların məsələni həll edəcək və onlara 80000 manat məbləğində 4 faizli ipoteka kreditinin ayrılmasını həll edəcəkdir. Onlar razılaşmışlar. Həmin gun Raminlə onların arasında müqavilə bağlanmışdır. Müqavilədə onun və Əfqanın adı qeyd edilmişdir, lakin müqaviləyə Əfqan imza etmişdir. Razılaşmaya görə onlar bank vasitəsilə 6000 manatı köçürəcəkdilər. Ramin onlara toplamalı olduqları sənədlərin siyahısını vermişdir. Daha sonra 09 dekabr 2022-ci il tarixdə o, "xxxx"ın “Bakıxanov” filialından Təqsirləndirilən şəxs adına 6000 manat pul köçürmüşdür. Ramin qısa müddət ərzində onların işini həll edəcəyini bildirmişdir. Ondan sonrakı müddətdə Raminlə əlaqə saxlasa da, o, hər dəfəsində müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamış və hələ ki, onlara kredit ayrılmadığını bildirmişdir. Artıq görmüşdür ki, Ramin işi həll etmək istəmir, ona gorə də Ramindən pulunu geri istəməyə başlamışdır. Sonrakı vaxtlarda Ramin ümumiyyətlə telefonlara cavab verməmişdir. Daha sonra onlar Raminin ofisinə gedəndə ofisin bağlı olduğunu görmüşlər və onlara məlum olmuşdur ki, Ramin onlar kimi bir çox şəxsləri aldadıb pullarını ələ keçirmişdir. Bundan sonra onlar bütün aldadılan şəxslərlə birlikdə hüquq-mühafizə orqanına şikayət etmişlər. Raminə verilən pul ailələrinin pulu olmuşdur, Əfqanın işləri olduğu üçün qərara gəlmişlər ki, şikayət onun adından verilsin və prosesdə özü iştirak etsin. Söhbət zamanı Ramin demişdir ki, əvvəl "xxxx"da işləyib və bu sahədə əlaqələri var. 07 dekabr 2022-ci il tarixli “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” müqavilənin birinci vərəqində müqaviləni bağlayan şəxs kimi direktor Təqsirləndirilən şəxs göstərilsə də, sonuncu vərəqdə şirkətin icraçısı olaraq təsisçi Şahid2 adının göstərilməsini görüb Ramindən bu barədə soruşmuş, Ramin bildirmişdir ki, şirkəti qardaşı Vüqar yaratmışdır, amma direktor özüdür. Ramin ondan pul alanda qardaşı barədə ümumiyyətlə heç nə deməmiş, sadəcə demişdir ki, şirkəti Vüqar təsis etmişdir. Onun özünün Vüqarla gorüşu olmamışdır. Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəmədiyinə görə ondan şikayətçidir, pulun tutulması üçün mülki iddia qaldıracaqdır. Pulunun ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, o, özünə güzəştli ipoteka krediti ilə mənzil almaq istədiyi üçün banklara müraciət etmiş, lakin aylıq əmək haqqı az olduğu üçün ona ipoteka krediti ayrılmamışdır. Bu işdə ona komək edə bilən bir şəxs axtarmaqla internetdə daşınmaz əmlakın alqı-satqısı saytlarını nəzərdən keçirmişdir. 2022-ci ilin dekabr ayında “instagram” sosial şəbəkəsində hərbçi və dövlət qulluqçularına güzəştli ipoteka kreditinin verilməsində köməklik göstərən "xxxx" MMC-nin səhifəsinə rast gəlmişdir. Səhifədə qeyd edilən MMCnin nömrəsinə zəng etmiş, ona Günel adlı bir xanım cavab vermişdir. Həmin xanım onu ünvan 15 ünvanında yerləşən "xxxx" MMC-nin ofisinə dəvət etmişdir. O da həmin gün ofisə getmişdir. Onu MMC-nin direktoru Təqsirləndirilən şəxs adlı şəxs qəbul etmişdir. Raminin işi ilə və aldığı əmək haqqı ilə bağlı suallarına cavab verdikdən və müvafiq hesablama apardıqdan sonra o, iki ay müddətində ona 70000 AZN məbləğində 4% güzəştli ipoteka kreditinin ayrıla biləcəyini və həmin kreditin 20 il müddətinə verilə biləcəyini demişdir. Ramin xidmət haqqı kimi MMC-yə 5000 AZN ödəməli olduğunu bildirmişdir. Raminin təklifini qəbul edib 13 dekabr 2022-ci il tarixdə, günorta saatlarında 5000 manat pulla Raminin ofisinə getmiş və orada həmin pulu Raminə vermişdir. Ramin onunla “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 12-13/05 nömrəli müqavilə bağlamışdır. Həmçinin, Ramin adına Asan imza açdırıb ona verməyini demişdir. O da Yeni il bayramından sonra adına Asan imza açdırıb Raminə vermişdir ki, adından lazım olan əməliyyatı edə bilsin. Asan imza ilə birlikdə Raminə əmək haqqı üzrə bankdan çıxarışı, iş yerindən arayışı və sair sənədləri vermişdir. Ramin ona mənzil axtarmağını demişdir. 2023-cü ilin yanvar ayının sonlarında Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən yeni inşa edilmiş binadan mənzil tapıb həmin mənzilə dair sənədlərin surətlərini də Təqsirləndirilən şəxs vermişdir. Ramin ondan cavab gözləməyi demişdir. 2023-cü ilin fevral ayının ortalarında işi ilə maraqlanmaq üçün Raminə zəng etmiş, lakin ona zəng çatmamışdır. Ofisinə gedəndə isə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan başqa iyirmiyə yaxın şəxsi aldadaraq ipoteka kreditinin ayrılmasında köməklik göstərəcəyi adı ilə pullarını ələ keçirərək Türkiyəyə qaçmışdır. Raminin qanunazidd əməlləri nəticəsində ona 5000 manat məbləğində maddi ziyan dəymişdir. Söhbətləri zamanı Ramin demişdir ki, İpoteka Fondunda tanışı var və onun vasitəsilə işi həll edəcək, lakin kiminsə adını çəkməmişdir. 13 dekabr 2022-ci il tarixli “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” müqavilənin birinci vərəqində müqaviləni bağlayan şəxs kimi direktor Təqsirləndirilən şəxs göstərilsə də, sonuncu vərəqdə şirkətin icraçısı olaraq təsisçi Şahid2 adının göstərilməsinə həmin vaxt fikir verməmiş, onun Vüqarla goruşü və danışığı olmamışdır. Məhkəmə çıxışında Zərərçəkmiş şəxs12 Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəmədiyinə görə ondan şikayətçi olduğunu, pulunun ödənilməsini tələb etdiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, o, Suraxanı rayonu, 270 saylı orta məktəbdə rus dili müəlliməsi işləyir. Təxminən 2020-ci ildə sosial ipoteka krediti almaq uçun "xxxx"ın “Nizami” metrostansiyasının yaxınlığında fəaliyyət göstərən filialına müraciət etmişdir. Həmin vaxt bankda sənədlərini Təqsirləndirilən şəxs adlı əməkdaş qəbul etmişdir. Sənədləri qəbul edildikdən sonra tez bir zamanda bank tərəfindən ona sosial ipoteka krediti verilmiş və həmin kreditlə Hovsan qəsəbəsində yerləşən sosial evlərin birində iki otaqlı mənzil almışdır. 2022-ci ilin dekabr ayında 8%-li ipoteka krediti götürmək istəmişdir, belə ki, aldığı əmək haqqı buna imkan vermişdir. Fikirləşmişdir ki, bu dəfə də ipoteka kreditini "xxxx" ASC-dən götürər. Təqsirləndirilən şəxs mobil nömrəsi onda olduğundan ona zəng etmiş, Ramin onu Ağ şəhər, Mərkəzi Bulvar küçəsi 2 ünvanında yerləşən bir ofisə dəvət etmişdir. Ofisdə Ramindən başqa Günel adlı bir qız da işləmişdir. Fikirləşmişdir kı, həmin ofis "xxxx"ın Ağ şəhər filialıdır. Ramin ona 3000 manat müqabilində bankdan ipoteka kreditinin alınmasında köməklik edəcəyini bildirmiş və ondan həmin məbləği istəmişdir. 21 dekabr 2022-ci il tarixdə, səhər saatlarında o, 3000 manat pulla Raminin ofisinə getmiş, orada Raminə 3000 manat pulu və şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Ramin ona bir müqaviləyə imza etdirmiş, lakin o, Raminə inandığı üçün müqaviləni oxumamış və müqavilənin ona aid olan nüsxəsini götürməmişdir. Ramin ona bank tərəfindən 60000 manata qədər ipoteka kreditinin verilə biləcəyini bildirmişdir. O, Ramindən kreditin neçə il müddətinə veriləcəyini soruşmamış, fikirləşmişdir ki, həmin müddəti bank müəyyən edəcəkdir. Ramin ona ipoteka kreditinin verilməsi üçün zəruri olan sənədlərin siyahısını vermişdir. Təxminən bir həftəyə lazım olan sənədləri toplayıb ofisdə Raminə vermişdir. Həmçinin, Raminə adına olan Asan imzanı da vermişdir. Ramin onunla əlaqə saxlayacağını bildirsə də, əlaqə saxlamamışdır. O, 3000 manat pulu Raminə verəndən sonra Ramin onu arxayın edərək gedib mənzilə görə beh verməyini demişdir. O, Hövsan qəsəbəsində yerləşən köhnə bir tikilidən iki otaqlı mənzil tapmış və Raminə arxayın olub mənzil sahibinə 500 manat beh vermis, gecikməmək üçün Raminə zəng edib sənədləri istəmişdir ki, sənədləri özü banka aparsın. Ramin ofisə gedib sənədləri oradan götürə biləcəyini demişdir. O da ofisə gedib sənədləri Güneldən götürmüşdür. Həmin sənədləri "xxxx" ASC-nin baş ofisinə təqdim etsə də, ona ipoteka kreditinin verilməsindən imtina edilmişdir. Belə ki, ikinci oğlu həmin bankdan özü üçün kredit götürmüş və aylıq ödənişlərdə gecikmələri olmuşdur. Bank da bunu əsas gətirərək ipoteka kreditinin verilməsindən ona imtina etmişdir. Həmçinin, həmin vaxt ona məlum olmuşdur ki, "xxxx" ASC-nin Ağ şəhərdə filialı yoxdur. Bir neçə dəfə zəng etsə də, Ramin zənglərinə cavab verməmişdir. Sonradan ona məlum olmuşdur ki, Ramin "xxxx" MMC-nin direktorudur və MMC-nin adından bir çox vətəndaşlarla, o cümlədən onunla müqavilə bağlayıb ipoteka kreditinin verilməsində köməklik göstərəcəyini yalandan bildirərək pullarını ələ keçirmişdir. Raminin qanunazidd əməlləri nəticəsində ona 3000 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ipoteka kreditinin ayrılmasını kimin vasitəsilə həll edəcəyi barədə ona heç nə bildirməmişdir. Ramin ondan pul alanda qardaşı barədə ümumiyyətlə heç nə deməmiş, onun Vüqarla görüşü olmamışdır. Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəmədiyinə görə ondan şikayətçidir, pulunun ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 2022-ci ilin təxminən dekabr ayının əvvəllərində iş yoldaşı Zərərçəkmiş şəxs26 özünə güzəştli ipoteka şərtləri ilə mənzil almaq istədiyindən “instagram” sosial şəbəkəsindən tapdığı vətəndaşlara ipoteka kreditlərinin götürülməsində müəyyən məbləğdə pulun qarşılığında köməklik edən "xxxx" MMC barədə ona məlumat vermişdir. O da özünə güzəştli ipoteka şərtləri ilə mənzil almaq istədiyini bildirmiş və Fazil ona həmin şirkətin Ramin adlı əməkdaşının ***-***-**-** saylı mobil nömrəsini vermişdir. O, Raminlə telefonda və “vatsap” proqramı ilə danışmış, Ramin də ona 4000 manat pulun müqabilində güzəştli ipoteka şərtləri ilə mənzil almağında köməklik edəcəyinə soz vermişdir. O, Raminə inanmış və razılaşmışdır. Buna görə 17 dekabr 2022-ci il tarixdə "xxxx" MMC-nin Xətai rayonu, Ağ şəhər ərazisindəki Mərkəzi bulvar 2 ünvanında olan ofisində həmin şirkətin direktoru Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Həmin tarixdə, yəni 17 dekabr 2022-ci il tarixdə saat 15 radələrində o, Raminin otağında ona əlbəəl, təklikdə 4000 manat pul vermişdir. Ramin pulu alandan sonra təxminən 2-3 ay müddətində güzəştli ipoteka şərtləri ilə mənzil məsələsinin həll olunacağını bildirmişdir. Lakin sonradan Raminlə dəfələrlə əlaqə saxladıqda o, hər dəfəsində müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamış, daha sonra isə ümumiyyətlə telefonlara cavab verməmiş, onunla yalnız “vatsap” proqramı ilə əlaqə saxlamışdır. Həmin vaxtlar Ramin narahat olmamağını, pulunu geri qaytaracağını yazmışdır. Bundan sonra o, Raminin eyni usulla digər şəxslərə qarşı da dələduzluq edərək pullarını ələ keçirdiyini öyrənmişdir. Sonradan Raminin etdiyi dələduzluq əməllərinə görə həbs olunduğunu digər zərərçəkmiş şəxslərdən öyrənmişdir. Pulun verilməsi ilə bağlı Raminlə aralarında müqavilə və ya hər hansı rəsmi sənəd olmamışdır. Məhkəmə çıxışında Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəmədiyinə görə ondan şikayətçi olduğunu, pulunun ödənilməsini tələb etdiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs21 ifadəsində göstərmişdir ki, o, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edir. 2022-ci ilin dekabr ayında “instagram” sosial şəbəkəsində "xxxx" MMC-nin elanına rast gəlmişdir. Həmin elanda hərbi və dövlət qulluqçuları üçün 4%-li güzəştli ipoteka kreditinin verilməsində köməklik göstərilməsi qeyd edilmişdir. Həmin MMC-nin ünvanını öyrənib ofisinə getmişdir. MMC-nin ofisi Ağ şəhərdə Mərkəzi Bulvar küçəsi 2 ünvanında fəaliyyət göstərmişdir. Ofisdə onu MMC-nin əməkdaşı Günel adlı xanım qəbul etmişdir. Həmin gün MMC-nin direktoru Təqsirləndirilən şəxs ofisdə olmamış, Günel ofisdə tək olmuşdur. Günel MMC-nin fəaliyyəti haqda məlumat verərək ona 4%-li güzəştli ipoteka kreditinin 5 gun müddətində verilməsində köməklik göstərəcəklərini, xidmət haqqı olaraq MMC-yə 6000 manat ödəyəcəyini bildirmişdir. Günel ona ipoteka kreditinin verilməsi üçün lazım olan sənədlərin siyahısını vermiş və sənədlərlə birlikdə 6000 manat pul vəsaitini də gətirməyi demişdir. O, 3-4 gun müddətində ipoteka kreditinin verilməsi üçün lazım olan sənədləri (şəxsiyyət vəsiqəsinin, hərbi vəsiqənin, arvadının şəxsiyyət vəsiqəsinin, övladlarının doğum haqqında şəhadətnamələrinin surətlərini, aldığı əmək haqqı haqda arayışı, xidmət illəri haqda arayışı, maaş kartından 12 aylıq çıxarışı) toplayıb və 6000 manat pulu götürüb 17 dekabr 2022-ci il tarixdə "xxxx" MMC-nin ofisinə getmişdir. Bu dəfə onu MMC-nin direktoru Təqsirləndirilən şəxs qəbul etmişdir. Ramin ondan sənədləri və 6000 manat pul vəsaitini götürüb onunla həmin gün “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 12-17/06 №-li xidmət müqaviləsi bağlamışdır. Ramin işi alınmadığı halda müqaviləyə əsasən 6000 manat pul vəsaitinin heç bir faiz tutulmadan ona qaytarılacağını bildirmişdir. Ramin beş gun müddətində bank tərəfindən ona 100000 AZN məbləğində ipoteka kreditinin veriləcəyini, almaq istədiyi evə görə ödənişin 15%-ni özünün ödəyəcəyini bildirmişdir. Ramin ipoteka kreditinin hansı bank tərəfindən ona veriləcəyini deməmişdir. Raminin sözlərinə inanıb ev axtarmağa başlamışdır. Ramin hesabına 100000 manat pulun köçürülməsi üçün ondan Asan imzanı istəmişdir. O da təxminən iki gun sonra “AMAY” ticarət mərkəzinin qarşısında Raminlə görüşüb Asan imzanı ona vermişdir. Təxminən bir ay müddətində ev axtarmış, iş yerinə yaxın olduğu üçün Masazır qəsəbəsində qiyməti 103000 AZN olan bir fərdi yaşayış evi tapmışdır. Fərdi yaşayış evinə görə beh də vermişdir. Təqsirləndirilən şəxs ev tapdığını deyəndən sonra o, yoxa çıxmış, zənglərinə cavab verməmişdir. Artıq Ramindən şübhələnməyə başlamışdır. Bir gün onun ofisinə getmiş, Ramini orada görüb ipoteka məsələsi ilə maraqlanmış, Ramin isə ona narahat olmamağını, evi satan şəxsin sənədlərini (özünün və ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətləri, evə dair “çıxarış”ın surəti, razılıq ərizələri və sair) toplayıb gətirməyini demişdir. Raminin dediyi sənədləri toplayıb ofisinə getmiş və sənədləri onun özünə vermişdir. Həmin vaxt Ramin onun zəngini gözləməyini, zəng edən kimi satıcı ilə birlikdə sənədlərlə banka gedəcəklərini demişdir. O, Ramindən krediti hansı bankdan götürəcəyini soruşanda, Ramin sualına cavab verməmiş və hər şey hazır olan kimi ona zəng edəcəyini bildirmişdir. Bir müddət gözləyəndən sonra Raminə zəng etmiş, lakin Ramin ona cavab verməmişdir. Sonra Ramin “vatsap” vasitəsilə ona mesaj yazaraq narahat olmamağını, onunla əlaqə saxlayacağını bildirsə də, onunla əlaqə saxlamamış, həm də heç bir bankdan ona zəng gəlməmişdir. Növbəti dəfə Təqsirləndirilən şəxs ofisinə gedəndə ofisin bağlı olduğunu görmüşdür. Həmin vaxt orada bir neçə hərbi qulluqçunu görüb onlarla söhbət etmişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs güzəştli ipoteka krediti vermək adı ilə həmin hərbçilərdən də pul vəsaitləri almışdır. Artıq başa düşmüşdür ki, Ramin onu aldadaraq 6000 manat pulunu ələ keçirmişdir. Ona gorə də Ramindən polisə şikayət etmişdir. Zərərçəkmiş şəxs21 mülki iddiasının təmin olunaraq 6000 manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs23 Raşayət oğlu ifadəsində göstərmişdir ki, o, özünə güzəştli ipoteka şərtləri ilə mənzil almaq istədiyindən bununla bağlı internet səhifələrində axtarış etmişdir. 2022-ci ilin dekabr ayında “instagram” sosial şəbəkəsində "xxxx" MMC-nin səhifəsində vətəndaşlara ipoteka kreditlərinin götürülməsində köməklik etmələri barədə reklamlarını görmüşdür. O, saytdan nömrə götürüb özünü şirkətin direktoru kimi təqdim edən Təqsirləndirilən şəxsla telefonla danışmış, Ramin həqiqətən də təsdiq edib ona güzəştli şərtlərlə kredit ayrılmasını həll edəcəyini bildirmişdir. Sonra o, Bakı şəhərinə gəlib Ağ şəhərdə Raminin ofisində onunla görüşmüş və lazım olan sənədləri toplayıb ona təqdim edərək Tovuza qayıtmışdır. Sonra Ramin onunla telefonla danışıb pul ödəniş etmək lazım olduğunu demişdir. Ramin 2500 manat müqabilində ona 50000 manat kredit ayrılmasını təşkil edəcəyini demiş və 2500 manatı ödəmək lazım olduğunu demişdir. O da pulu avtobusla Bakı şəhərində yaşayan qohumu Ləmana göndərmiş, sonra Ramin özü Ləmanın iş yerinə gedib 2500 manatı ondan götürmüşdür. Ramin 15-20 günə bu məsələsini həll edəcəyini bildirmişdir. Lakin həmin müddət keçəndən sonra Raminlə əlaqə saxladıqda o, hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamışdır. Daha sonra isə Ramin ümumiyyətlə telefonlara cavab verməmiş, onunla yalnız “vatsap” proqramı ilə əlaqə saxlamışdır. Bu zaman Ramin narahat olmamağını, pulunu geri qaytaracağını yazmışdır. Bundan sonra o, Raminin eyni üsulla digər şəxslərə qarşı da dələduzluq edərək pullarını ələ keçirdiyini öyrənmiş, ona görə şikayət ərizəsi ilə müraciət etmişdir. Söhbətləri zamanı Təqsirləndirilən şəxs İpoteka Fondunda tanışı olmasını və onun vasitəsilə bu işi həll edəcəyini demiş, lakin həmin adamın adını deməmişdir. Ramin ondan pul alanda qardaşı barədə ümumiyyətlə heç nə deməmişdir, o, Vüqar adlı şəxsi tanımır və görməmişdir. Pulun verilməsi ilə bağlı Raminlə aralarında müqavilə və ya hər hansı rəsmi sənəd yoxdur. Zərərçəkmiş şəxs23 Raşayət oğlu ona vurulmuş maddi ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçi olduğunu, pulunu tələb etdiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, X27 onun yaxın dostudur, o, Naxçıvan şəhərində yaşayır və orada işlədiyi üçün Bakı şəhərinə gələ bilmir. Elvin özünə ev almaq üçün güzəştli şərtlərlə ipoteka krediti götürmək istəmiş, lakin cəhd etsə də kredit ala bilməmişdir. Bu səbəbdən də Elvin ona müraciət edib Bakı şəhərində olduğundan ona bu işdə köməklik etməyini, güzəştli şərtlərlə ipoteka kreditinin verilməsini həll edə bilən bir şəxs tapmağını xahiş etmişdir. İnternetdə axtarış edib "xxxx" MMC-nin elanlarına rast gəlmişdir, belə ki, həmin şirkət güzəştli şərtlərlə ipoteka kreditinin ayrılmasında köməklik göstərmişdir. O, elanlarda olan nömrə ilə əlaqə saxlamışdır, onun zənginə şirkətin işçisi Günel adlı xanım cavab vermiş, müəyyən danışıqdan sonra onu şirkətin Ağ şəhərdə yerləşən ofisinə dəvət etmişdir. O, həmin ofisə getmiş və Günellə görüşmüşdür. Günel bildirmişdir ki, onlara 6000 manat müqabilində ilkin ödəniş etməklə şirkət tərəfindən ona güzəştli şərtlərlə ipoteka kreditinin ayrılması həll edilə bilər. Həmçinin Günel onun toplamalı olduğu sənədlərin siyahısını vermiş, bildirmişdir ki, şirkətin müdiriyyəti var, müdiriyyət tərəfindən sənədləşmə işləri ona tapşırılmışdır. Bundan sonra o, Elvinə aid sənədləri toplamış və Elvin ona etibarnamə göndərmişdir. Elvinlə danışıqları belə olmuşdur ki, o, öz vəsaiti hesabına 6000 manatı ödəsin, iş alınandan sonra Elvin ona həmin pulu qaytaracaq, o da razılaşmışdır. 13 yanvar 2023-cü il tarixdə, günorta saatlarında pulu və sənədləri götürüb Günelin işlədiyi Ağ şəhərdə olan ofisə getmişdir. Günel onu öz rəhbərliyi ilə görüşdürməmişdir. O, Güneldən soruşmuşdur ki, ödəniləcək pulda ona nə güzəşt edə bilər. Günel də bildirmişdir kı, ona 500 manat endirim edə bilər, belə ki, ondan 5500 manat alıb müqaviləyə 6000 manat yaza bilər. O, razılaşmış və həmin zaman Günelə 5500 manat pulu və topladığı sənədləri vermişdir. Günel ona müqavilə təqdim etmiş, o da müqaviləyə öz tərəfinə imza etmişdir. Amma müqavilədə Elvinin adı yazılmışdır, çünki ipoteka Elvinə ayrılmalı idi. O, pulu verən zaman videoçəkiliş də etmişdir. Günel bildirmişdir ki, qısa müddət ərzində kredit ayrılacaqdır. Lakin bundan sonra xeyli müddət keçməsinə baxmayaraq Elvinə kredit ayrılmamışdır. O, dəfələrlə Günellə, Elvinin özü isə şirkətin direktoru Raminlə əlaqə saxlasalar da, hər dəfə müxtəlif bəhanələr deyilmiş və nəticədə kredit ayrılmamışdır. Sonradan onlar eşitmişlər ki, şirkətin direktoru Ramin bir çox şəxsləri kredit adı ilə aldadıb pullarını ələ keçirmişdir. İş alınmadığından Elvin onun 5500 manatını vermədiyi üçün maddi ziyan ona dəydiyindən o, özü polisə bu barədə ərizə yazmışdır. Zərərçəkmiş şəxs4 ona vurulmuş maddi ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçi olduğunu, pulunu tələb etdiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs26 ifadəsində göstərmişdir ki, o, özünə güzəştli ipoteka şərtləri ilə mənzil almaq istədiyindən bununla bağlı internet səhifələrində axtarış etmişdir. 2022-ci ilin yay aylarında “instagram” sosial şəbəkəsində "xxxx" MMC-nin səhifəsində vətəndaşlara ipoteka kreditlərinin götürülməsində köməklik etmələri barədə reklamlarını görmüşdür. Həmin reklamda yerləşdirilmiş Günel adlı xanımın ***-***-**-** saylı mobil telefonu ilə əlaqə saxladıqda Günel ona bu işlərlə şirkətin rəhbəri Ramin adlı şəxsin məşğul olduğunu bildirmiş və onu şirkətin Xətai rayonu Ağ şəhərdə yerləşən ofisinə dəvət etmişdir. Həmin ərəfədə o, Bakı şəhərinə gəlib qeyd olunan ofisə getmişdir. Ofisdə şirkətin rəhbəri Ramin adlı şəxslə görüşüb ondan güzəştli şərtlərlə ona ipoteka kreditinin ayrılmasına köməklik edə bilibbilməyəcəyini soruşmuş, Ramin ona 6000 manat pulun müqabilində güzəştli ipoteka şərtləri ilə mənzil almağında köməklik edə biləcəyini demişdir. O, Raminə ofisdə 6000 manat pul vermiş və aralarında müqavilə bağlanmışdır. Təxminən iki ay müddətində o, sənədləri toplayıb alacağı evi tapsa da son anda Ramin kredit ayrılmasının mümkün olmayacağını bildirmiş və onun 6000 manatını qaytarmış, lakin növbəti ilin yanvar ayında yenidən ipoteka kreditinin ayrılmasına limit veriləcəyini, istəsə həmin vaxt yaxınlaşmasını və köhnə müştəri kimi onun işini 3000 manata həll edəcəyini bildirmişdir. O, razılaşmış və hətta bu barədə iş yoldaşı Zərərçəkmiş şəxs10 da məlumat vermişdir. Daha sonra 2023cü ilin yanvar ayında yenidən Raminlə əlaqə saxlamış və Ramin ona danışdıqları kimi işini həll edəcəyini bildirib ofisinə dəvət etmişdir. 18 yanvar 2023-cü il tarixdə saat 15:00 radələrində təklikdə Raminin Ağ şəhərdəki ofisinə getmiş və söhbət zamanı Ramin söz verdiyi kimi 3000 manat müqabilində ona ipoteka kreditinin ayrılmasını həll edəcəyini bildirmişdir. O, ofisdəki otağında təklikdə Raminə 3000 manat vermişdir. Raminlə aralarında bununla bağlı müqavilə bağlanmamış, heç o da müqavilə barədə soruşmamışdır. Çünki Ramin əvvəl aldığı pulu qaytardığı üçün ona inanmışdır. Ramin qısa müddət ərzində mənzil almaq üçün güzəştli ipoteka şərtləri ilə kredit ayrılacağına söz vermiş və bundan sonra o, ofisdən çıxmışdır. Təxminən 1 ay müddətinə o, alacağı evi tapmış və Raminin sözünə gorə evə beh də vermişdir. Lakin həmin müddət keçəndən sonra o, Raminlə əlaqə saxladıqda o, hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamışdır. Daha sonra Ramin ümumiyyətlə telefonlara cavab verməmiş və onunla yalnız “vatsap” proqramı ilə əlaqə saxlamışdır. Ramin narahat olmamağını və pulunu geri qaytaracağını yazmışdır. Bundan sonra o, Raminin eyni üsulla digər şəxslərə qarşı da dələduzluq edərək pullarını ələ keçirdiyini öyrənmiş və bundan sonra şikayət ərizəsi ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs İpoteka Fondunda tanışı olmasını və onun vasitəsilə bu işi həll edəcəyini demiş, lakin həmin adamın adını deməmişdir. Ramin ondan pul alanda qardaşı barədə ümumiyyətlə heç nə deməmiş, onlar sonradan digər şikayətçilərlə araşdırıb şirkətin təsisçisinin Raminın qardaşı olmasını bilmişlər, amma onun Vüqarla görüşü olmamışdır. Məhkəmə çıxışında Zərərçəkmiş şəxs26 ona vurulmuş maddi ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçi olduğunu, pulunu tələb etdiyini göstərmiş və təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 ifadəsində göstərmişdir ki, 2022-ci ilin təxminən yaz aylarında həmin vaxt "xxxx"ın baş ofisində kredit inspektoru işləyən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Belə ki, həmin ərəfələrdə Ramin onun iş yoldaşlarına güzəştli ipoteka şərtləri ilə mənzil almalarında köməklik etmiş və onun da həmin vaxtdan Raminlə münasibəti yaranmışdır. Təxminən bir ay sonra o, özünə də 4 faizli güzəştli ipoteka şərtləri ilə mənzil almağında köməklik etməsi üçün Raminə müraciət etmişdir. Ramin etiraz etməmiş və ona köməklik edəcəyinə söz vermiş, bunun üçün ona öz Asan imzasını təqdim etməyini, həmçinin 3500 manat pul verəcəyini demişdir. O, razılaşmış və təxminən bir həftə sonra öz Asan imzasını və 3500 manat pulu Raminə təqdim etmişdir. Lakin bir qədər sonra Ramin bu işin həll olunmadığını bildirmiş və ona verdiyi 3500 manat pulunu geri qaytarmışdır. Bundan sonra 2023-cü ilin yanvar ayında 4 faizli güzəştli ipoteka şərtləri ilə mənzil almağında köməklik etməsi üçün yenidən Raminə müraciət etmişdir. Ramin köməklik edəcəyinə söz vermiş, ona Asan imzasını təqdim etməyini və 4000 manat pul verəcəyini demişdir. O, bu dəfə də razılaşmış və 24 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Xətai rayonu ərazisindəki Ağ şəhərdə Raminin həmin vaxt direktoru olduğu "xxxx" MMC-nin ofisində görüşmüşlər. Ofisdə həmin gün saat 11 radələrində də Asan imzasını və 4000 manat pulu təklikdə Raminə vermişdir. Ramin pulu alandan sonra 2023-cü ilin fevral ayının 01-dən onun işini həll edəcəyinə söz vermiş, alınmayacağı təqdirdə isə pulunu tam olaraq özünə qaytaracağını bildirmişdir. Fevral ayının əvvəlində Raminə müraciət etdikdə isə darıxmamağını, qısa zamanda işinin həll olunacağını demişdir. Bu minvalla da fevral ayının sonuna kimi Ramin müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Fevral ayının sonunda Ağ şəhərdə Raminin direktoru olduğu şirkətin ofisinə getmiş, lakin ofisin qapısının bağlı olduğunu görmüşdür. Artıq bundan sonra Ramin onun zənglərinə cavab verməyərək gizlənməyə başlamışdır. Ara-sıra “vatsap” proqramı vasitəsilə Raminə yazıb məsələnin nə yerdə olmasını soruşmuş, ya da pulunu geri qaytarmasını tələb etmişdir. Ramin də hər dəfəsində “vatsap” proqramı vasitəsilə cavab verərək darıxmamağını, yaxın zamanlarda güzəştli ipoteka şərtləri ilə mənzil almağında ona köməklik edəcəyini demişdir. Lakin bütün bunlara baxmayaraq Ramin sözünə əməl etməmiş, pulunu da geri qaytarmamışdır. Bundan sonra isə Raminin ondan başqa digər şəxslərə qarşı eyni qaydada dələduzluq əməlləri etməsi səbəbindən həbs olunduğunu öyrənmişdir. Pulun verilməsi ilə bağlı Ramin onunla müqavilə bağlamamışdır. Amma Raminlə özünə məxsus ***-***-**-** saylı nömrə ilə Raminin ***-***- **-** saylı nömrəsi ilə “vatsap” proqramı vasitəsilə yazışmalar aparmışdır. Məhkəmə çıxışında Zərərçəkmiş şəxs22 göstərmişdir ki, o, kirayədə yaşayır, 4000 manat pulu vermişdir ki, Ramin ona köməklik etsin, buna görə gedib ev almaq üçün beh də vermişdir, lakin Ramin onu aldatmış, pulunu da qaytarmamışdır. Təqsirləndirilən şəxs şikayətçidir, ona ən ağır cəzanın verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin Bakı filialının aparıcı mütəxəssisi vəzifəsində işləyir. Ailəsi ilə birlikdə kirayə yaşadığı üçün özünə güzəştli ipoteka krediti ilə ev almaq istəmişdir. 4 faizli güzəştli ipoteka kreditinin alınmasının çətin olduğunu bildiyi uçün bu işdə ona yardımçı ola biləcək bir şəxs axtarmışdır. 2023-cü ilin yanvar ayının ortalarında Zamin adlı tanışının vasitəsilə "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Raminlə mobil telefon vasitəsilə əlaqə yaradıb onunla güzəştli ipoteka ilə bağlı söhbət etmişdir. Ramin ona işi ilə və aldığı əmək haqqı ilə bağlı suallar verəndən sonra bildirmişdir ki, bank tərəfindən ona bir ay müddətində 25 illik 4% güzəştli ipoteka krediti ayrılacaq, hər ay banka 550 manat məbləğində kredit ödənişi edəcək, almaq istədiyi evin qiyməti 100000 AZN-dən baha olduğu halda, həmin məbləğdən artıq olan məbləği "xxxx" MMC-yə ödəyəcəkdir. Ramin özünün həmin artıq məbləği ipoteka kreditini verən banka ödəyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs tanışı Zaminə görə bu yaxşılığı onun üçün etdiyini, ipoteka krediti veriləndən sonra ona müəyyən məbləğdə hörmət edəcəyini bildirmişdir. O, Raminin bu təklifini qəbul edib güzəştli ipoteka kreditinin verilməsi üçün zəruri olan sənədləri toplamağa başlamışdır. 3-4 gün müddətində ipoteka kreditinin verilməsi üçün lazım olan sənədləri (şəxsiyyət vəsiqəsinin, nikah haqqında şəhadətnamənin surətlərini, ərinin və övladlarının şəxsiyyət vəsiqələrinin surətlərini, iş yerindən arayışı, aldığı əmək haqqı haqda arayışı, ailə tərkibi haqda arayışı, maaş kartından 12 aylıq çıxarışı) toplayıb "xxxx" MMC-nin ünvan 15 ünvanında yerləşən ofisinə getmiş, ofisdə sənədləri Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs adına Asan imza açdırmaq lazım olduğunu da bildirmişdir. O da adına Asan imza açdırıb onu sənədlərlə birlikdə Raminə vermişdir. Orada Raminlə bir daha söhbət etmişdir. O, Raminə almaq istədiyi evin qiymətinin təxminən 110000-115000 manat civarında olacağını bildirmişdir. Ramin də onunla ipoteka ilə bağlı müqavilə bağlamaq üçün ona 10000-15000 manat məbləğində ödəniş etməli olacağını bildirmişdir. Bundan sonra o, ev axtarmağa başlamışdır. Tez bir zamanda Bakıxanov qəsəbəsində qiyməti 117000 manat olan köhnə tikilidə üç otaqlı mənzil tapıb həmin mənzilin sahibinə 2000 manat beh vermiş və Raminə zəng edib bu haqda bildirmişdir. Ramin isə 01 fevral 2023-cü il tarixədək ona 15000 manat ödəmək lazım olduğunu, həmin tarixdə onun adına ipoteka krediti ilə bağlı limit açılacağını demişdir. Raminə ödəniş etmək üçün o, sağlamlıq imkanları məhdud olan uşağının adına 3 il müddətində “Unibank”da yığılmış 8000 manat pul vəsaitini həmin bankdan götürmüş, eyni zamanda “Bank of Baku”dan 7000 manat məbləğində kredit götürmüşdür. 15000 manat pulla 31 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Raminin ofisinə getmiş və həmin pul vəsaitini orada Raminə vermişdir. Ramin onunla “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 01-31/05 №-li xidmət müqaviləsi bağlamış, elə həmin zaman müqavilədə Ramin özünə aid hissəni, o isə ozunə aid hissəni imzalamışlar. Ramin bildirmişdir ki, növbəti gün adına ipoteka krediti açılacaq, bir neçə gündən sonra isə ona zəng edəndə ev sahibi ilə notariat ofisinə alqı-satqıya gedəcəklər. Həmçinin Ramin ona ev sahibinə aid olan sənədləri də toplamağı demişdir. Ev sahibi ilə birlikdə həmin sənədləri bir gün ərzində toplayıb Raminə vermişdir. O, Raminə inanıb onun zəngini gözləməyə başlamışdır. Təxminən 3 gün sonra Ramin ona zəng edərək artıq ona “Paşa Bank” tərəfindən güzəştli ipoteka kreditinin ayrıldığını, almaq istədiyi evi qiymətləndirmək lazım olduğunu və almaq istədiyi evə qiymətləndirmə ilə məşğul olan şəxsi göndərəcəyini bildirmişdir. Bir neçə gün sonra ona bir şəxs zəng edərək qiymətləndirmə şirkətinin nümayəndəsi olduğunu və almaq istədiyi evə baxmaq istədiyini bildirmişdir. Həmin vaxt işdə olduğu üçün həmin şəxsdən xahiş etmişdir ki, özü tək gedib evə baxsın, həmçinin, ev sahibi ilə də bu haqda danışmışdır. Həmin şəxs evi qiymətləndirdikdən sonra 150 manat ödəniş etməli olacağını bildirmişdir. Raminlə bu haqda söhbət edəndə o, bu məsələni də özünün həll edəcəyini bildirmişdir. Lakin sonradan məlum olmuşdur ki, Ramin qiymətləndirmə ilə məşğul olan şəxsə heç bir ödəniş etməyib. Sonra bir neçə dəfə Raminə zəng etsə də, o, zənglərinə cavab verməmişdir. Ramin ona “vatsap” vasitəsilə mesaj yazaraq növbəti həftədə alqı-satqıya gedəcəyini qeyd etmişdir. Lakin Ramin verdiyi vədə əməl etməmiş, ona zəng etsə də, zənglərinə cavab verməmişdir. Bir müddət sonra o, Raminlə ünsiyyət yaratmışdır. Təqsirləndirilən şəxs ona gözləməyi və pulunu tez bir zamanda qaytaracağını desə də, onu aldatmış və pulunu qaytarmamışdır. Raminin qanunazidd əməlləri nəticəsində ona 15000 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin, sonradan ona məlum olmuşdur ki, işlədiyi təşkilat publik hüquqi şəxs olduğu üçün həmin şəxsin əməkdaşlarına güzəştli ipoteka krediti duşmur. Bu hal isə ona dəlalət edir ki, Təqsirləndirilən şəxs bunu bilə-bilə əvvəlcədən hər şeyi planlaşdıraraq pulunu ələ keçirmək qərarına gəlmişdir. Ramin demişdir ki, əvvəllər "xxxx"da işləyib, ona görə də kredit sahəsində əlaqələri var, lakin konkret kiminsə adını çəkməmişdir. 31 yanvar 2023-cü il tarixli “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” müqavilənin birinci vərəqində müqaviləni bağlayan şəxs kimi direktor Təqsirləndirilən şəxs göstərilsə də, sonuncu vərəqdə şirkətin icraçısı olaraq təsisçi Şahid2 adının göstərilməsinə həmin zaman fikir vermiş, Ramindən soruşduqda o, demişdir ki, şirkəti Vüqar təsis edib, amma direktor o, özüdür, onun isə Vüqarla görüşü və danışığı olmamışdır. Məhkəmə çıxışında Zərərçəkmiş şəxs20 göstərmişdir ki, Təqsirləndirilən şəxs ona maddi zərərlə yanaşı mənəvi zərər də vurmuşdur, o, anadangəlmə qüsurlu olan uşağının pulunu da vermişdir. Məhkəmə çıxışında Zərərçəkmiş şəxs20 Təqsirləndirilən şəxs şikayətçidir, həmin şəxsə qarşı qaldırdığı mülki iddiasının təmin olunaraq 15000 manat maddi, 10000 manat mənəvi ziyanın onun xeyrinə tutulmasını, təqsirləndirilən şəxsə daha ağır cəzanın verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, o, Yasamal rayonu ərazisində yerləşən 36 nömrəli uşaq baxçasında tərbiyəçi-müəllim işləyir, oğlu üçün ev almaq istəmiş və bu məqsədlə güzəştli şərtlərlə, yəni 4 faizli ipoteka götürmək istəmişdir. Güzəştli şərtlərlə ipotekanın ona düşüb-düşmədiyini dəqiq bilməmiş, amma dost-tanışlardan maraqlananda ona deyilmişdir ki, 4 faizli ipoteka limitini tutmaq çox çətindir və o, adi qaydada bunu bacarmayacaqdır. Buna görə də 4 faizli ipoteka kreditinin ayrılmasında ona köməklik edə biləcək bir insan axtarmışdır. 2023-cü ilin fevral ayında “instagram” sosial şəbəkəsində "xxxx" MMC-nin elanına rast gəlmişdir. Həmin elanda hərbi və dövlət qulluqçuları üçün 4%-li güzəştli ipoteka kreditinin verilməsində köməklik göstərilməsi qeyd edilmişdir. Elanda qeyd edilən mobil nömrəyə zəng etmiş, ona özünü MMC-nin direktoru kimi təqdim edən Təqsirləndirilən şəxs cavab vermişdir. Təqsirləndirilən şəxs ona işi ilə və yaşı ilə bağlı bir neçə sual verdikdən sonra 7000 manat müqabilində ona 15 gün müddətində 48000 manat məbləğində 4%-li güzəştli ipoteka kreditinin verilməsində köməklik göstərəcəyini bildirmişdir. Raminin sözlərinə görə o, həmin ipoteka kreditini 8 il 8 ay müddətində ödəməli idi. Həmçinin, Ramin ona ipoteka kreditinin verilməsi üçün lazım olan sənədləri sadalamış və sənədlərlə birlikdə 7000 manat pul vəsaitini də gətirməyi demişdir. O, 3-4 gün müddətində ipoteka kreditinin verilməsi üçün lazım olan sənədləri (şəxsiyyət vəsiqəsinin, nikah haqqında şəhadətnamənin surətlərini, ərinin və övladlarının şəxsiyyət vəsiqələrinin surətlərini, iş yerindən arayışı, aldığı əmək haqqı haqda arayışı, ailə tərkibi haqda arayışı, maaş kartından 12 aylıq çıxarışı) toplamış və 7000 manat pulu götürüb 02 fevral 2023-cü il tarixdə, səhər saatlarında "xxxx" MMC-nin ünvan 15 ünvanında yerləşən ofisinə getmişdir. Ofisdə Təqsirləndirilən şəxs və Günel adlı əməkdaş olmuşdur. Onu Təqsirləndirilən şəxs qəbul etmişdir. Ramin ondan sənədləri və 7000 manat pul vəsaitini götürmüşdür. Ramin sənədlərə baxıb əmək haqqının az olduğunu, bu məbləğdə ona ipoteka kreditinin verilməyəcəyini və oğlunun işi ilə bağlı zəruri sənədləri toplamağı demişdir. Ramin ona oğlunun sənədlərim tez toplayacağı halda 25 fevral 2023-cü il tarixədək bankdan ipoteka kreditini göturüb alqı-satqı edə biləcəyini demiş və həmin gün onunla “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 02-02/09 №-li xidmət müqaviləsi bağlamışdır. Ramin onun yanında müqavilənin özünə aid hissəsini imzalamış, o da özünə aid hissəni imzalamışdır. Ramin hansı bank tərəfindən ona ipoteka kreditinin veriləcəyini deməmişdir. Raminə inanıb oğlunun işi və aldığı əmək haqqı ilə bağlı olan sənədləri toplamağa başlamışlar. Onlar Xırdalan şəhərində qiyməti 60000 manat olan bir fərdi yaşayış evi tapmışlar və Raminlə müqavilə bağlayandan sonra ev sahibinə 1000 manat beh də vermişlər. Təxminən 17 fevral 2023-cü il tarixdə oğlu özünə aid sənədləri yığıb "xxxx" MMC-nin ofisinə getmiş və sənədləri Raminin işçisi olan Günelə vermişdir, Ramin həmin vaxt ofisdə olmamışdır. Təxminən iki gun sonra o, Raminə zəng etmiş, lakin ona zəng çatmamışdır. Bir neçə gün sonra o, Raminin ofisinə getmş və orada ona məlum olmuşdur ki, Ramin ipoteka düzəltmək adı ilə bır çox vətəndaşı aldadaraq pullarını ələ keçirmişdir. Raminin qanunazidd əməlləri nəticəsində ona 7000 manat məbləğində maddi ziyan dəymişdir. Evə gorə ev sahibinə verdiyi 1000 manat behi isə geri almışdır. Təqsirləndirilən şəxs güzəştli şərtlərlə ipoteka kreditinin ayrılmasını kimin vasitəsilə həll edəcəyi barədə ona heç nə deməmişdir. 02 fevral 2022-ci il tarixli “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” müqavilənin birinci vərəqində müqaviləni bağlayan şəxs kimi direktor Təqsirləndirilən şəxs göstərilsə də, sonuncu vərəqdə şirkətin icraçısı olaraq təsisçi Şahid2 adının göstərilməsinə müqavilə bağlananda fikir verməmişdir. Ramin ondan pul alanda qardaşı barədə ümumiyyətlə heç nə deməmiş, onun Vüqarla görüşü olmamışdır. Məhkəmə çıxışında Zərərçəkmiş şəxs14 göstərmişdir ki, Təqsirləndirilən şəxs şikayətçidir, həmin şəxsə qarşı qaldırdığı mülki iddiasının təmin olunaraq 7000 manat maddi, 3000 manat mənəvi ziyanın onun xeyrinə tutulmasını, təqsirləndirilən şəxsə daha ağır cəzanın verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, o, SOCAR-da işləyir, qardaşı Fərid Bəyəlizadə isə Yardımlı rayonunda yerləşən 1 №-li orta məktəbdə azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir, dövlət qulluqçusu sayılır. Mənzil şəraitini yaxşılaşdırmaq üçün özünə ipoteka krediti ilə mənzil almaq istəmişdir. Ona güzəştli ipoteka krediti düşmədiyi üçün ipotekanı qardaşının adına almaq istəmişdir. 2022-ci ilin noyabr ayında “instagram” sosial şəbəkəsində hərbi və dövlət qulluqçularına güzəştli ipoteka kreditinin verilməsində köməklik göstərən "xxxx" MMC-nin səhifəsinə rast gəlmişdir. Səhifədə qeyd edilmiş MMC-nin nömrəsinə zəng etmiş, ona Günel adlı bir xanım cavab vermişdir. Həmin xanım onu ünvan 15 ünvanında yerləşən "xxxx" MMC-nin ofisinə dəvət etmişdir. İki gündən sonra o, həmin ofisə getmiş, onu MMCnin direktoru Təqsirləndirilən şəxs adlı şəxs qəbul etmişdir. Təqsirləndirilən şəxs onun və qardaşının işi və aldıqları əmək haqqı ilə bağlı suallarını cavablandırdıqdan sonra Ramin qardaşının adına 100000 manat məbləğində 4% güzəştli ipoteka kreditinin 25 il müddətinə bank tərəfindən ayrılacağını və bu işdə ona kömək etmək üçün direktoru olduğu MMC-yə 6000 manat pul vəsaiti ödəməli olduğunu bildirmişdir. Ramin ona iki həftə ərzində ipoteka kreditinin ayrılacağını demişdir. Raminə konkret bir cavab verməmiş və fikirləşmək üçün vaxt istəmişdir. İki gün fikirləşəndən sonra Raminin təklifini qəbul etmiş və 16 noyabr 2022ci il tarixdə onun ofisinə getmişdir. Orada Ramin onunla “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 11-16/04 nömrəli xidmət müqaviləsi bağlamışdır. Bundan sonra o, Raminin ofisində mobil telefonuna yüklənmiş “Birbank” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs "xxxx" ASC-yə aid olan bank hesabına iki dəfəyə (5000+1000) 6000 manat pul köçürtmuşdur. Təqsirləndirilən şəxs ona narahat olmamağını və iki həftə ərzində bütün prosesin yekunlaşacağını bildirmiş və ona lazım olan sənədlərin siyahısını vermişdir. Təxminən 10 günə o, ipoteka kreditinin ayrılması üçün zəruri olan sənədləri toplayıb Raminə vermişdir. Həmçinin, Raminə öz adına və qardaşının adına olan Asan imzaları da təqdim etmişdir. Belə ki, o və qardaşı birgə borcalan kimi çıxış etməli idilər. Lakin Raminin dediyi iki həftə ərzində qardaşının adına ipoteka krediti ayrılmamışdır. Bu haqda Ramindən soruşanda o, müxtəlif bəhanələr gətirərək vaxtı 22 dekabr 2022-ci il tarixə qədər uzatmışdır. 21 dekabr 2022-ci il tarixdə isə Ramin ona zəng edərək həmin gecə qardaşının adına limitin ayrılacağını, səhər qardaşı ilə birlikdə alqı-satqıya getməli olduğunu bildirmişdir. O, Raminə inanıb qardaşını rayondan gətizdirmişdir. Eyni zamanda, almaq istədiyi mənzilin sahibinə də zəng edib bu haqda məlumat vermişdir. 22 dekabr 2022-ci il tarixdə Raminə bir neçə dəfə zəng etsə də, Ramin ona cavab verməmişdir. Sonra o, Raminin ofisinə gedib orada onu gözləmişdir. Ramin ofisə gəlib işini alındıra bilmədiyini demiş və ofisdə 6000 manat pulunu və sənədlərini qaytarmışdır. Bundan sonra o, özü bir neçə dəfə güzəştli ipoteka kreditini almağa cəhd etmiş, lakin limiti ala bilməmişdir. 02 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs zəng edib ondan limitlə maraqlanmış, Ramin isə ona bir neçə dəfə limit tutduğunu və ondan sonra bir neçə vətəndaşa limit verdiyini bildirmişdir. O, Ramindən əlində ehtiyat limitin olub-olmadığını soruşmuş, Ramin isə müsbət cavab verərək həmin limiti 6000 manat müqabilində ona verə biləcəyini demişdir. Belə ki, Ramin ona həmin limitin bir tanışının adında olduğunu, həmin şəxsin limitdən gecə saatlarında imtina edəcəyini və dərhal qardaşının Asan imzasından istifadə edərək həmin limiti qardaşının adına yazdıracağıı bildirmişdir. Həmin gun saat 18:30-da Raminin ofisinə gedib orada ona sənədləri və Asan imzaları vermiş, lakin ofisdə internetlə bağlı problem olduğundan o, Raminin bank hesabına 6000 manat pulu köçürə bilməmişdir. Ramin ona ən geci 07 fevral 2023-cü il tarixədək limiti ala biləcəyini demişdir. Həmin gün ofisdən çıxıb yaşadığı ünvan 12 ünvanına getdikdən sonra evdə “Birbank” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs "xxxx" ASC-yə aid olan bank hesabına iki dəfəyə (5000+1000) 6000 manat pulu köçurtmuşdur. Növbəti gün Ramin ona zəng edərək təqdim etdiyi bəzi sənədlərin vaxtının keçdiyini və həmin sənədləri dəyişmək lazım olduğunu bildirmişdir. O, Raminin dediyi sənədləri toplamağa başlamışdır. Lakin Ramin 06 fevral 2023-cü il tarixdə limiti götürə bilmədiyini demiş və yenə də müxtəlif bəhanələr gətirərək vaxtı 16 fevral 2023-cü il tarixədək uzatmışdır. 16 fevral 2023-cü il tarixdə Raminə zəng etmiş, lakin ona zəng çatmamışdır. Ona “vatsap” vasitəsilə mesaj yazmış, Ramin cavab verməmişdir. 17 fevral 2023-cü il tarixdə səhər saatlarında Ramin ona mesaj yazaraq işinin qaydasında olduğunu, qardaşının adına limiti yazdırdığını, limit “Turan Bank” tərəfindən təsdiq edildikdən sonra ona məlumat verəcəyini bildirmişdir. Lakin həmin gün Ramin ona heç bir məlumat verməmişdir. Həmin gün bir neçə dəfə Raminə zəng etmiş, lakin Ramin ona cavab verməmiş, sonra isə “vatsap” vasitəsilə mesaj yazaraq əlaqə saxlayacağını bildirsə də, əlaqə saxlamamışdır. Növbəti gün Raminə zəng etmiş, lakin ona zəng çatmamışdır. Raminə “vatsap” vasitəsilə mesaj yazmış, amma mesajlarına da cavab verməmişdir. 19 fevral 2023-cü il tarixdə Raminin ofisinə getmiş, ofis bağlı olmuş, ofisin qarşısında isə bir neçə vətəndaş olmuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, Ramin həmin şəxsləri də aldadaraq pullarını ələ keçirmişdir. O, Raminə inanıb almaq istədiyi mənzilə gorə 6000 manat beh vermiş, Ramin onun işini vaxtında həll etməmiş, Raminin onu aldatdığını başa düşdükdən sonra başqa bir variantla özünə 7 faizli ipoteka krediti götürmüş və həmin pula da qeyd olunan beh verdiyi evi almışdır, lakin ev sahibi alışı gecikdirdiyi üçün evin qiymətini 5000 manat bahalaşdırmış, yəni Raminin onun işini vaxtında həll etməməsi və onu aldatması səbəbindən o, 5000 manat əlavə ziyana düşmüşdür. Söhbət zamanı Ramin demişdir ki, İpoteka Fondunda tanışı var, həmin adam vasitəsilə bu işi həll edir, lakin kiminsə adını bildirməmişdir. 16 noyabr 2022-ci il tarixli “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” müqavilənin birinci vərəqində müqaviləni bağlayan şəxs kimi direktor Təqsirləndirilən şəxs göstərilsə də, sonuncu vərəqdə şirkətin icraçısı olaraq təsisçi Şahid2 adının göstərilməsinə həmin zaman fikir verməmişdir. Sonra onu görüb Ramindən soruşanda demişdir ki, şirkəti qardaşı Vüqar təsis edib, amma direktor o, özüdür. Onun Vüqarla görüşü və danışığı isə olmamışdır. Məhkəmə çıxışında zərərçəkmiş şəxs X22 göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona maddi ziyanla yanaşı mənəvi ziyan da vurulmuşdur, ona görə təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs27 ifadəsində göstərmişdir ki, o, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edir. 2023-cü ilin fevral ayında bir tanış hərbi qulluqçudan "xxxx" MMC-nin hərbi qulluqçulara 4%-li güzəştli ipoteka kreditinin verilməsində köməklik göstərməsi haqda məlumat almışdır. Tanışının ona dedikləri maraqlı və inandırıcı gəldiyi üçün o, tanışından MMC-nin direktoru olan Təqsirləndirilən şəxs mobil nömrəsini götürüb onunla əlaqə saxlamışdır. Telefonda Ramin ona 4000 manat müqabilində 100000 manat məbləğində 4%-li güzəştli ipoteka kreditinin bır həftə ərzində verilməsində köməklik göstərəcəyini, almaq istədiyi evə görə ödənişin 15%-ni özünün ödəyəcəyini və adına Asan imza çıxartdırmağını bildirmişdir. O, Raminin təklifini qəbul etmiş, adına Asan imza çıxartdırmış və 4000 manat pulu düzəldib 08 fevral 2023-cü il tarixdə "xxxx" MMC-nin ünvan 15 ünvanında fəaliyyət göstərən ofisinə getmiş, orada həmin 4000 manat pulu Raminə vermişdir. Ofisdə Ramin ondan heç bir sənəd istəməmiş və ipoteka kreditini almaq üçün ondan adına olan Asan imzanı götürmüşdür. Ramin ona maksimum bir həftəyə bank tərəfindən 100000 manat ipoteka kreditinin veriləcəyini bildirmişdir. Bir həftədən sonra Ramin ona "xxxx" ASC tərəfindən 100000 manat ipoteka kreditinin ayrıldığını və gedib ev axtarmağını bildirmişdir. O da özünə ev axtarmağa başlamışdır. Lakin bir müddət sonra məlum olmuşdur ki, Ramin bir neçə şəxsi aldadaraq güzəştli ipoteka düzəltmək adı ilə həmin şəxslərin pul vəsaitlərini ələ keçirmişdir. Həmin vaxt bir neçə dəfə Raminə zəng etsə də, Ramin ona cavab verməmişdir. Başa düşmüşdür ki, Ramin onu da aldatmışdır. Raminin qanunazidd əməlləri nəticəsində ona 4000 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ondan anket məlumatlarını götürmüş, aldığı əmək haqqı üzrə bankdan çıxarış istəmiş, o da həmin çıxarışı alıb ona təqdim etmişdir. Ramin ipoteka ilə bağlı məsələni həll edəndən sonra ondan digər sənədləri götürəcəyini demişdir. Məhkəmə çıxışında Zərərçəkmiş şəxs27 Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu göstərmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edir, 2023-cü ilin fevral ayının əvvəlində e-gov.az portalı vasitəsilə özünə güzəştli ipoteka krediti almağa çalışmış, lakin bunu edə bilməmişdir. Həmin vaxt iş yoldaşı Zərərçəkmiş şəxs10la əlaqə saxlayıb ona ipoteka krediti götürə bilmədiyini demişdir, belə ki, Bəhruz özü də ipoteka krediti götürmək istədiyini ona demişdir. Bəhruz ona "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs adlı şəxsin güzəştli ipoteka kreditinin ayrılmasında köməklik etdiyini bildirmiş və əlaqə saxlamaq üçün ona həmin şəxsin mobil nömrəsini vermişdir. Həmin vaxt o, bibisinin yaşadığı bir otaqlı mənzili satmışdır ki, həmin məbləğin üstünü düzəldib özünə geniş bir mənzil alsın, bibisi də onunla birlikdə yaşasın. Ona görə də güzəştli ipoteka kreditini almağa tələsmişdir. O, 09 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayıb onunla Gəncə prospektində, “Fəridə” şadlıq evinin yaxınlığında görüşmüşdür. Raminə vəziyyətini izah edib tez bir zamanda güzəştli ipoteka kreditini almaq istədiyini bildirmişdir. Ramin ona narahat olmamağı və 4000 manat müqabilində bır həftə ərzində ona güzəştli ipoteka kreditinin ayrılmasında köməklik edə biləcəyini demişdir. O, Ramindən fikirləşmək üçün bir gün vaxt istəmişdir. Eyni zamanda, növbəti gün Ramin haqda digər iş yoldaşı Zərərçəkmiş şəxs28 danışmışdır, belə ki, Zeynal da güzəştli ipoteka krediti almaq istəmişdir. O, Zeynalı onun mobil telefonu vasitəsilə Təqsirləndirilən şəxsla danışdırmış, Ramin Zeynala da bir həftə ərzində güzəştli ipoteka kreditinin alınmasında köməklik edə biləcəyini demiş və xidmət haqqı kimi 4000 manat pul istəmişdir. Zeynal razılaşmış, qərara gəlmişlər ki, növbəti gün axşam bir yerdə görüşüb ətraflı söhbət etsinlər. Ramin ona və Zeynala pulu və Asan imzaları ona göndərməyi demişdir. Həmin vaxt, yəni 10 fevral 2023-cü il tarixdə onlar işlədikləri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən N saylı hərbi hissədə olmuşlar, o, mobil telefonuna yüklənmiş “Birbank” mobil tətbiqi vasitəsilə Raminin "xxxx" ASC-yə aid olan bank hesabına 4000 manat pul köçürtmüş, Zeynal isə hərbi hissənin ərazisində quraşdırılmış “milliön” elektron ödəmə terminalı vasitəsilə Raminin bank hesabına 4000 manat pul köçürtmüşdür. Təqsirləndirilən şəxs ona “vatsap” vasitəsilə "xxxx" ASC-yə aid olan bank kartının fotoşəkilini göndərmişdir. Həmçinin, həmin gun o və Zeynal adlarına olan Asan imzaları taksi ilə Raminin ofisinə göndərmişlər. Həmin gün axşam saatlarında o, Zeynal və Ramin “Həzi Aslanov” metrostansiyasının yaxınlığında yerləşən çayxanaların birində görüşüb söhbət etmişlər. Həmin görüş zamanı Təqsirləndirilən şəxs onu və Zeynalı bir daha əmin edərək əlində bır neçə ipoteka limitinin olduğunu və tez bir zamanda işlərini həll edəcəyini bildirmişdir. Paralel olaraq o, almaq üçün mənzil axtarmağa başlamışdır. 15 fevral 2023-cü il tarixdə “Həzi Aslanov” metrostansiyası yaxınlığında bir mənzil tapıb bəyənmişdir. Lakin mənzil sahibinə beh verməyə tələsməmiş və bir daha əmin olmaq üçün Raminin ofisinə getmişdir. Həmin gün Ramin onu arxayın edərək rahat şəkildə mənzilə görə beh verməyini demişdir. O da Raminə inanıb həmin gün mənzil sahibinə 1000 manat beh vermişdir. Növbəti gün isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mobil telefonunu söndürüb, ofisini də bağlayıb, sonra isə öyrənmişdir ki, Ramin Türkiyəyə qaçıb. Sonradan Ramin onunla və digər zərərçəkənlərlə əlaqəyə çıxıb pullarını tez bir zamanda qaytaracağını desə də, pulları qaytarmamışdır. Bir neçə zərərçəkən şəxslə birlikdə 19 fevral 2023-cü il tarixdə Raminin Ağ şəhər, Mərkəzi Bulvar küçəsi 2 ünvanında yerləşən ofisinə getmişlər. Ora Raminin xalası oğlu Vasif və ofisin yerləşdiyi obyektin sahibi Elnur da gəlmişdir. Ofisdə Raminin iti olmuş, it təxminən üç-dörd gün ərzində baxımsız vəziyyətdə qalmışdır. Onlar güc tətbiq edərək qapını açıb içəri daxil olmuşlar, oradan o, bir ədəd “Acer” markalı notbuk, bir ədəd “Hp” markalı printer, bir ədəd soba, bir ədəd elektrik çaydanı və Raminə məxsus Akito cinsli iti götürmüşdür ki, Ramin gəlsə həmin əşyaları itlə birilkdə ona təhvil versin. Həmçinin, bu haqda Raminin qardaşı Vüqara da zəng edib bildirmişdir kı, yuxarıda sadaladığı əşyalar ondadır, sonra bu haqda DİN-ə yazıb məlumat vermişdir. Təqsirləndirilən şəxs ipoteka kreditinin ayrılmasını kimin vasitəsilə həll edəcəyi barədə ona heç bir məlumat verməmiş, onun Raminin qardaşı Vüqarla görüşü və danışığı olmamışdır. Məhkəmə çıxışında Zərərçəkmiş şəxs6 göstərmişdir ki, Təqsirləndirilən şəxs onları inandıraraq aldatmış, axtarışda olduğunu bilə-bilə yenə başqa şəxsləri aldatmışdır. Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəməmişdir, ondan şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs28 ifadəsində göstərmişdir ki, o, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edir. 2023-cü ilin fevral ayının əvvəlində e-gov.az portalı vasitəsilə özünə güzəştli ipoteka krediti almağa çalışmış, lakin bunu edə bilməmişdir. Həmin vaxt iş yoldaşı Zərərçəkmiş şəxs6 ona zəng edərək "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs adlı şəxsin güzəştli ipoteka kreditinin ayrılmasında hərbi qulluqçulara köməklik etdiyini, özünün də həmin şəxsə müraciət etdiyini bildirmişdir. Vahidin dedikləri onda maraq oyatmış və o, Raminlə mobil telefon vasitəsilə danışmışdır. Ramin ona bir həftə ərzində güzəştli ipoteka kreditinin alınmasında köməklik edə biləcəyini demiş və xidmət haqqı kimi 4000 manat pul istəmiş, o da Raminlə razılaşmışdır. Qərara gəlmişlər ki, növbəti gün axşam bır yerdə görüşüb ətraflı söhbət etsinlər. Ramin ona və Vahidə pulu və Asan imzaları ona göndərməyi demişdir. Həmin vaxt, yəni 10 fevral 2023-cü il tarixdə onlar xidmət etdikləri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən N saylı hərbi hissədə olan vaxt, Vahid mobil telefonuna yüklənmiş “Birbank” mobil tətbiqi vasitəsilə Raminin "xxxx" ASC-yə aid olan bank hesabına 4000 manat pul köçürtmüş, o isə hərbi hissənin ərazisində quraşdırılmış “milliön” elektron ödəmə terminalı vasitəsilə Raminin bank hesabına 4000 manat pul köçürtmüşdür. Həmçinin, həmin gün o və Vahid adlarına olan Asan imzaları taksi ilə Raminin ofisinə göndərmişlər. Həmin gün axşam saatlarında o, Vahid və Ramin “Həzi Aslanov” metrostansiyasının yaxınlığında yerləşən çayxanaların birində görüşüb söhbət etmişlər. Görüş zamanı Təqsirləndirilən şəxs onu və Vahidi bir daha əmin edərək əlində bir neçə ipoteka limitinin olduğunu və tez bir zamanda işlərini həll edəcəyini bildirmişdir. Paralel olaraq o, almaq üçün mənzil axtarmağa başlamışdır. 15 fevral 2023-cü il tarixdə o, Raminə zəng edib sənədlərlə bağlı bir sual vermək istəmiş, lakin Ramin zəngə cavab verməmişdir. “Vatsap” proqramı vasitəsilə Raminə mesaj yazsa da, Ramin cavab verməmişdir. Növbəti gün isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mobil telefonunu söndürüb, ofisini bağlayıb və Türkiyəyə qaçıb. Sonradan Ramin onunla və digər zərərçəkənlərlə əlaqəyə çıxıb pullarını tez bir zamanda qaytaracağını desə də, pulları qaytarmamışdır. Raminin qanunazidd əməlləri nəticəsində ona 4000 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə çıxışında Zərərçəkmiş şəxs28 Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəmədiyini, ondan şikayətçi olduğunu göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, 238 nömrəli orta məktəbdə müəllimə işləyir. Subay oğlu olduğu üçün ona ipoteka krediti ilə mənzil almaq istəmişdir. Müəllimlərə 4%-li güzəştli ipoteka krediti düşdüyü üçün o, bundan yararlanmaq istəmiş və bu işdə ona köməklik göstərə biləcək bir şəxs axtarmışdır. Müəllim yoldaşlarından öyrənmişdir ki, bank işçisi olan Təqsirləndirilən şəxs adlı şəxs güzəştli ipoteka kreditinin alınmasında bir neçə şəxsə kömək edib. O, Təqsirləndirilən şəxs “vatsap” kimi istifadə etdiyi ***-***-**-** mobil nömrəsini öyrənmiş və 21 aprel 2023-cü il tarixdə ona zəng etmişdir. Təqsirləndirilən şəxs işi ilə və aldığı əmək haqqı ilə bağlı suallarını cavablandırdıqdan sonra Ramin ona 10 il müddətinə 100000 manat məbləğində 4% güzəştli ipoteka kreditinin ayrıla biləcəyini və 7000 manat müqabilində həmin kreditin alınmasında ona köməklik göstərə biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs təklifini qəbul etmişdir. 24 aprel 2023-cü il tarixdə saat 18 radələrındə “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxsla görüşüb orada “Mado” restoranının qarşısında ona 6100 manat pul vermiş, qalan 900 manat pulu ona növbəti gün verəcəyini demişdir. 25 aprel 2023-cü il tarixdə günorta saatlarında işlədiyi orta məktəbdə olan zaman bank kartından Təqsirləndirilən şəxs məxsus olan, "xxxx" ASC-yə aid bank hesabına 900 manat pul köçurtmüşdür. Təqsirləndirilən şəxs onu qeydiyyatdan keçirtmək üçün şəxsiyyət vəsiqəsinin fotoşəkilini və Asan imzanı istəmişdir. 24 aprel 2023-cü il tarixdə o, “vatsap” vasitəsilə Raminə şəxsiyyət vəsiqəsinin və Asan imzanın fotoşəkilini göndərmişdir. 28 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun adından e-gov.az portalına daxil olaraq güzəştli ipoteka kreditinin alınması üçün İpoteka Fonduna müraciət etmiş, müraciətinin qeydiyyata alınması ilə bağlı bildirişi “skrin” edib “vatsap” vasitəsilə ona göndərmişdir. Ramin 15 gun ərzində müraciətinə müsbət cavabın gələcəyini və mənzil tapmaq üçün ona 45 gün vaxt veriləcəyini demişdir. 03 may 2023-cü il tarixdə isə Ramin “vatsap” vasitəsilə ona ipoteka kreditinin alınması üçün zəruri olan sənədlərin siyahısını göndərmişdir. 04 may 2023-cü il tarixdə günün birinci yarısı “vatsap” vasitəsilə Təqsirləndirilən şəxs sənədlərlə bağlı bir sual yazmış, Ramin də həmin sualı cavablandırmışdır. Növbəti gun, yəni 05 may 2023-cü il tarixdə Raminə “vatsap” vasitəsilə mesaj yazsa da, Ramin ona cavab yazmamışdır. 11 may 2023-cü il tarixdə isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs edilmişdir. Təqsirləndirilən şəxs qanunazidd əməlləri nəticəsində ona 7000 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ipoteka kreditinin ayrılmasını kimin vasitəsilə həll edəcəyi barədə ona heç nə deməmişdir. Onun Raminin qardaşı Vüqarla görüşü və danışığı olmamışdır. Məhkəmə çıxışında Zərərçəkmiş şəxs7 mülki iddiasının təmin olunaraq 7000 manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini, təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, 238 nömrəli orta məktəbdə müəllimə işləyir. Subay oğlu olduğu üçün ona ipoteka krediti ilə mənzil almaq istəmişdir. Müəllimlərə 4%-li güzəştli ipoteka krediti düşdüyü üçün o, bundan yararlanmaq istəmiş və bu işdə ona köməklik göstərə biləcək bir şəxs axtarmışdır. Müəllim yoldaşlarından öyrənmişdir ki, bank işçisi olan Təqsirləndirilən şəxs adlı şəxs güzəştli ipoteka kreditinin alınmasında bir neçə şəxsə kömək edib. O, Təqsirləndirilən şəxs “vatsap” kimi istifadə etdiyi ***-***-**-** mobil nömrəsini öyrənmiş və 19 aprel 2023-cü il tarixdə ona zəng etmişdir. Təqsirləndirilən şəxs işi ilə və aldığı əmək haqqı ilə bağlı suallarını cavablandırdıqdan sonra Ramin ona 20 il müddətinə 85000 manat məbləğində 4% güzəştli ipoteka kreditinin ayrıla biləcəyini və 6000 manat müqabilində həmin kreditin alınmasında ona köməklik göstərə biləcəyini demişdir. Həmin vaxt bu məbləğə imkanı olmadığı üçün o, Təqsirləndirilən şəxs bu haqda fikirləşəcəyini bildirmişdir. 22 aprel 2023cü il tarixdə Ramin “vatsap” vasitəsilə ona mesaj yazaraq hansı qərara gəldiyini soruşmuş, o isə Raminə 6000 manat pulu düzəltmək uçun ona 10 gün vaxt lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs mənzil tapa biləcəyi təqdirdə iki həftə ərzində ona ipoteka kreditinin ayrılacağını demiş və onu qeydiyyatdan keçirtmək üçün şəxsiyyət vəsiqəsinin fotoşəkilini və Asan imzanı istəmişdir. 28 aprel 2023-cü il tarixdə o, “vatsap” vasitəsilə Raminə şəxsiyyət vəsiqəsinin və Asan imzanın fotoşəkilini göndərmiş, həmin gün Təqsirləndirilən şəxs onun adından e-gov.az portalına daxil olaraq güzəştli ipoteka kreditinin alınması üçün İpoteka Fonduna müraciət etmiş, müraciətinin qeydiyyata alınması ilə bağlı bildirişi “skrin” edib “vatsap” vasitəsilə ona göndərmişdir. Həmin gün axşam Təqsirləndirilən şəxs ona “vatsap” vasitəsilə "xxxx" ASC-yə aid olan 5239 1515 1150 9872 nömrəli kartın fotoşəkilini göndərərək 6000 manat pulu həmin kart hesabına köçürməyini demişdir. O isə əmək haqqı aldığı bank kartında cəmi 1000 manat pulun olduğunu bildirərək həmin pulu ona göndərəcəyini, qalan pulu növbəti gün köçürəcəyini Raminə demişdir. Həmin gün axşam yaşadığı mənzildə olan zaman mobil telefonuna yüklənmiş "xxxx" ASC-yə aid mobil tətbiq vasitəsilə Təqsirləndirilən şəxs bank hesabına 1000 manat pul köçürtmuşdür. Lakin Ramin ondan əlavə pul istədiyi üçün həmin gün axşam qohumlarından 3000 manat borc alıb həmin pul vəsaitini yaşadığı evin yaxınlığında ünvan 13 ünvanda fəaliyyət göstərən “Bravo Express” marketində quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs bank hesabına köçürtmüş və bu haqda Raminə demiş, qalan 2000 manat pulu 01 may 2023-cü il tarixdə bank hesabına köçürəcəyini bildirmiş, Ramin də etiraz etməmişdir. 01 may 2023-cü il tarixdə günorta saatlarında işdə olan zaman Ramin ona zəng edərək qalan 2000 manat pulu bank hesabına köçürməyini demişdir. O da iş yoldaşlarından borca 2000 manat alıb həmin pul vəsaitini həmin gun saat 17 radələrində Qara Qarayev prospekti 6 ünvanda fəaliyyət göstərən "xxxx" ASC-nin “Qara Qarayev” filialında quraşdırılmış ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs bank hesabına köçürtmüş və bu haqda Raminə bildirmiş, Ramin də pul vəsaitinin hesabına köçdüyünü təsdiq etmiş və artıq mənzil axtarmağını demişdir. 03 may 2023-cü il tarixdə Ramin “vatsap” vasitəsilə ona ipoteka kreditinin ayrılması üçün zəruri sənədlərin siyahısını göndərərək həmin sənədləri hazırlamağı demişdir. 04 may 2023-cü il tarixdə sənədlərlə bağlı ona sual yazmış, lakin Ramin cavab mesajı yazmamış, bir qədər sonra həmin gun ona “vatsap” vasitəsilə zəng etsə də, Ramin ona cavab verməmişdir. Bundan sonra o, bir neçə dəfə zəng etsə də, Ramin ona cavab verməmişdir. 11 may 2023-cü il tarixdə isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs edilmişdir. Təqsirləndirilən şəxs qanunazidd əməlləri nəticəsində ona 6000 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ipoteka kreditinin ayrılmasını kimin vasitəsilə həll edəcəyi barədə ona heç nə deməmişdir, onun Raminin qardaşı Vüqarla görüşü və danışığı olmamışdır. Məhkəmə çıxışında Zərərçəkmiş şəxs16 mülki iddiasının təmin olunaraq 6000 manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini, təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, 238 nömrəli orta məktəbdə müəllimə işləyir. Subay oğlu olduğu uçun ona ipoteka krediti ilə mənzil almaq istəmişdir. Müəllimlərə 4%-li güzəştli ipoteka krediti düşdüyü üçün o, bundan yararlanmaq istəmiş və bu işdə ona köməklik göstərə biləcək bir şəxs axtarmışdır. Müəllim yoldaşlarından öyrənmişdir ki, bank işçisi olan Təqsirləndirilən şəxs adlı şəxs güzəştli ipoteka kreditinin alınmasında bir neçə şəxsə kömək etmişdir. O, Təqsirləndirilən şəxs “vatsap” kimi istifadə etdiyi ***-***-**-** mobil nömrəsini öyrənmiş və 30 aprel 2023-cü il tarixdə ona səsli mesaj göndərmişdir. Təqsirləndirilən şəxs onunla gün ərzində əlaqə saxlayacağını demişdir. Həmin gün Təqsirləndirilən şəxs “vatsap” vasitəsilə ona zəng edərək işi ilə və aldığı əmək haqqı ilə bağlı suallarını cavablandırdıqdan sonra ona 10 il müddətinə 100000 manat məbləğində 4% güzəştli ipoteka kreditinin ayrıla biləcəyini və 7000 manat müqabilində həmin kreditin alınmasında ona köməklik göstərə biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs təklifini qəbul etmiş, 04 may 2023-cü il tarixdə saat 11:45-də Təqsirləndirilən şəxsla yaşadığı evə yaxın ərazidə olan Nizami rayon polis idarəsinin inzibati binasının yaxınlığında görüşüb orada ona oğlu Ayxan Quliyevin yanında 7000 manat pulu və Asan imzanı vermişdir. Şəxsiyyət vəsiqəsinin surətini isə o, öncədən “vatsap” vasitəsilə Raminə göndərmişdir. Ramin pulu götürəndən sonra tez bir zamanda onu e-gov.az portalında qeydiyyatdan keçirəcəyini, ipoteka kreditinin alınması ilə bağlı ona müsbət cavab gələcəyini, 45 gün ərzində isə mənzil tapmalı olacağını, mənzili tapa bilməyəcəyi təqdirdə ipoteka limitinin başqa şəxsə veriləcəyini demişdir. O, Raminin zəngini gözləmiş, lakin 11 may 2023-cü il tarixdə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs edilmişdir. Təqsirləndirilən şəxs qanunazidd əməlləri nəticəsində ona 7000 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ipoteka kreditinin ayrılmasını kimin vasitəsilə həll edəcəyi barədə ona heç nə deməmiş, onun Raminin qardaşı Vüqarla görüşü və danışığı olmamışdır. Məhkəmə çıxışında Zərərçəkmiş şəxs15 Təqsirləndirilən şəxs əməli nəticəsində onun stress keçirib ürək əməliyyatı olunduğunu göstərmiş, mülki iddiasının təmin olunaraq 7000 manat məbləğində maddi ziyanın təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsini, təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona vurduğu zərərin əvəzini ödəmədiyini, ondan şikayətçi olduğunu, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla əlaqədar onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, o, özunə güzəştli ipoteka şərtləri ilə mənzil almaq istədiyindən bununla bağlı internet səhifələrində axtarış etmişdir. 2022-ci ilin noyabr ayında “instagram” sosial şəbəkəsində "xxxx" MMC-nin səhifəsində vətəndaşlara ipoteka kreditlərinin götürülməsində köməklik etmələri barədə reklamlarını görmüşdür. Həmin reklamda yerləşdirilmiş Günel adlı xanımın ***-***-**-** saylı mobil telefonu ilə əlaqə saxladıqda Günel də ona bu işlərlə şirkətin rəhbəri Ramin adlı şəxsin məşğul olduğunu bildirmiş və onu şirkətin Xətai rayonu, Ağ şəhərdə yerləşən ofisinə dəvət etmişdir. Həmin ərəfədə o, Bakı şəhərinə gəlib qeyd olunan ofisə getmişdir. Ofisdə şirkətin rəhbəri Ramin adlı şəxslə görüşüb ondan güzəştli şərtlərlə ona ipoteka kreditinin ayrılmasına köməklik edə bilibbilməyəcəyini soruşmuş, Ramin ona 5000 manat pulun müqabilində güzəştli ipoteka şərtləri ilə mənzil almağında köməklik edə biləcəyini demişdir. Həmin zaman onun pulu olmadığı üçün ofisdən çıxmış, sonradan ozü banklarla maraqlanıb kredit ayrılmasının çətinliyini gördükdən sonra 5000 manat pul düzəldib 03 dekabr 2022-ci il tarixdə, günorta saatlarında "xxxx" MMC-nin Xətai rayonu, Ağ şəhər ərazisindəki Mərkəzi bulvar 2 ünvanında olan ofisinə gedib həmin şirkətin direktoru Təqsirləndirilən şəxs ilə yenə görüşmüşdür. Həmin tarixdə, yəni 03 dekabr 2022-ci il tarixdə onların arasında “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsi bağlanmış və o, əlbəəl Raminə onun otağında təklikdə 5000 manat pul vermişdir. Ramin pulu alandan sonra təxminən 10 gün müddətində mənzil almaq üçün güzəştli ipoteka şərtləri ilə kredit ayrılacağına soz vermişdir. Lakin həmin müddət keçəndən sonra o, Raminlə əlaqə saxladıqda Ramin hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamışdır. Daha sonra isə ümumiyyətlə telefonlara cavab verməmiş və yalnız onunla “vatsap” proqramı ilə əlaqə saxlamışdır. Ramin də narahat olmamağını və pulunu geri qaytaracağını yazmışdır. Bundan sonra o, Raminin eyni üsulla digər şəxslərə qarşı da dələduzluq edərək pullarını ələ keçirdiyini öyrənmiş və bundan sonra şikayət ərizəsi ilə müraciət etmişdir. 03 dekabr 2022-ci il tarixdə aralarında bağlanan “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsi ofisdə onun yanında şirkətin Günel adlı əməkdaşı tərəfindən tərtib olunmuş və müqaviləni Raminlə hər ikisi eyni anda, yəni Ramin özünə aid hissədə, o da ozunə aid hissədə imzalamış, Ramin öz imzasının üzərinə möhür də vurmuşdur. Həmin müqavilənin birinci vərəqində müqaviləni bağlayan şəxs kimi direktor Təqsirləndirilən şəxs göstərilsə də, sonuncu vərəqdə şirkətin icraçısı olaraq təsisçi Şahid2 adının göstərilməsinə fikir verməmişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs24 ərizə ilə müraciət edərək Kəlbəcərdə yerləşən N saylı hərbi hissədə xidmət etdiyindən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaqı aparan müstəntiqə verdiyi ifadəsinə heç bir əlavə və dəyişikliyi olmadığını, zərərçəkmiş şəxs kimi şikayətçi olduğunu göstərmiş və işə onun iştirakı olmadan baxılmasını, ifadəsinin elan olunmasını xahiş etmişdir. Bununla əlaqədar onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, o, özünə güzəştli ipoteka şərtləri ilə mənzil almaq istədiyindən bununla bağlı internet səhifələrində axtarış etmişdir. 2022-ci ilin dekabr ayında “İnstagram” sosial şəbəkəsində "xxxx" MMC-nin səhifəsində vətəndaşlara ipoteka kreditlərinin götürülməsində köməklik etmələri barədə reklamlarını görmüşdür. Həmin reklamda yerləşdirilmiş Günel adlı xanımın ***-***-**-** saylı mobil telefonu ilə əlaqə saxladıqda Günel ona bu işlərlə şirkətin rəhbəri Ramin adlı şəxsin məşğul olduğunu bildirmiş və ondan sənədləri istəmiş, Günelə sənədləri göndərmiş və sonra Günel ona ipoteka düşdüyünü bildirmiş və onu şirkətin Xətai rayonu Ağ şəhərdə yerləşən ofisinə dəvət etmişdir. Həmin ərəfədə o, Bakı şəhərinə gəlib qeyd olunan ofisə getmiş, ofisdə şirkətin rəhbəri Ramin adlı şəxslə görüşüb ondan güzəştli şərtlərlə ona ipoteka kreditinin ayrılmasına köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Ramin ona 6000 manat pulun müqabilində güzəştli ipoteka şərtləri ilə mənzil almağında köməklik edə biləcəyini demişdir. O, Raminə hazırda 3500 manat pulu olmasını bildirmiş, Ramin də problem olmadığını, qalan məbləği də banka gedəndə ödəyə biləcəyini demişdir. O, 26 dekabr 2022-ci il tarixdə, səhər saatlarında ofisdə Raminə 3500 manat pul vermiş və aralarında müqavilə bağlanmışdır. Ramin onun yanında müqavilənin öz tərəfinə aid hissələrini imzalamış və o da oz tərəfinə aid hissələri imzalamışdır. Təxminən iki ay müddətində o, sənədləri toplayıb Raminlə əlaqə saxlasa da o, hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamış və hələ ki, ona kredit ayrılmadığını bildirmişdir. O, artıq görmüşdür ki, Ramin işi həll etmək istəmir, ona gorə də Ramindən pulunu geri istəməyə başlamışdır. Çoxsaylı təkidlərindən sonra 2023-cü ilin fevral ayının əvvəllərində Ramin onun kartına 1000 manat pul qaytarmış, lakin ondan sonrakı vaxtlarda Ramin ümumiyyətlə telefonlara cavab verməmiş, işçisi Günel isə ona Ramin müəllimin başına iş gəldiyini demişdir. Onun iş yoldaşları Niyaməddin və Samir də Raminə pul vermiş, Ramin onların da işini həll etməmiş və pullarını qaytarmamışdır. Bundan sonra onlar birlikdə hüquq-muhafizə orqanına şikayət etmişlər. Bundan sonra o, Raminin eyni üsulla digər şəxslərə qarşı da dələduzluq edərək pullarını ələ keçirdiyini öyrənmişdir. Ramin demişdir ki, özü İpoteka Fondunda işləyir və həmçinin orada tanışları var, onların vasitəsilə bu işi həll edir, lakin həmin adamın adını deməmişdir. 26 dekabr 2022-ci il tarixli “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” müqavilənin birinci vərəqində müqaviləni bağlayan şəxs kimi direktor Ramin Əhmədov göstərilsə də, sonuncu vərəqdə şirkətin icraçısı olaraq təsisçi X23 adının göstərilməsi ilə bağlı bildirmişdir ki, o, bu halı görüb Ramindən soruşmuşdur ki, niyə Vüqarın adı yazılıb, Ramin demişdir ki, şirkəti qardaşı Vüqar yaradıb, amma direktor özüdür. Ramin ondan pul alanda qardaşı barədə ümumiyyətlə heç nə deməmiş, sadəcə demişdir ki, şirkəti Vüqar təsis edib. Onun Vüqarla görüşü olmamışdır. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs25 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona vurduğu zərərin əvəzini ödəmədiyini, ondan şikayətçi olduğunu, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla əlaqədar onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, hazırda Müdafiə Nazirliyinin Kəlbəcər rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edir. Öz evi olmadığından Bakı şəhərində güzəştli ipoteka krediti ilə özünə mənzil almaq istəmişdir. Bir tanış hərbçi yoldaşından hərbi qulluqçulara güzəştli ipoteka kreditinin verilməsində köməklik göstərən "xxxx" MMC-nin olduğunu öyrənmişdir. Hərbçi yoldaşından MMC-nin direktoru Təqsirləndirilən şəxs mobil nömrəsini götürüb ona zəng etmişdir. Telefonda Təqsirləndirilən şəxs iş yeri və aldığı əmək haqqı barədə suallarını cavablandırdıqdan sonra, sonuncu ona İpoteka Fondu tərəfindən 2023cü ilin yanvar ayının əvvəlində banklara pul ayrılacağını və ipotekanı tez almaq üçün indidən MMC-yə gəlib onunla müqavilə bağlamağını demişdir. Təqsirləndirilən şəxs xidmət haqqı kimi direktoru olduğu MMC-yə 7000 AZN ödəmək lazım olduğunu və adına Asan imza açdırmağını demişdir. 27 dekabr 2022-ci il tarixdə o, "xxxx" MMC-nin ofisinə getmişdir. Orada Təqsirləndirilən şəxs onu qəbul edərək 2023-cü ilin yanvar ayının ilk həftəsində 25 il müddətinə ona 100000 manat məbləğində 4% güzəştli ipoteka kreditinin ayrılacağını və bundan sonra kreditin alınması üçün zəruri sənədləri toplayıb gətirmək lazım olduğunu bildirmişdir. Raminə inanıb ofisində 7000 AZN pul və adına olan Asan imzanı ona vermişdir. Ramin isə onunla “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 12- 29/09 nömrəli müqavilə bağlamış və müqavilənin bır nüsxəsini ona vermişdir. Yeni il bayramından sonra Raminə zəng edib işi ilə maraqlanmış, Ramin isə ona Fondun sistemində donma olduğunu əsas gətirib bir az gözləməyi demişdir. Təxminən 3-4 gün sonra təkrar Raminə zəng etmiş, Ramin bu dəfə də ona gözləməyi və pul ayrılan kimi ona xəbər verəcəyini demişdir. 2023-cü ilin fevral ayının əvvəlində Ramin ona zəng edərək “Paşa Bank” tərəfindən 25 il müddətinə 100000 AZN məbləğində güzəştli ipoteka kreditinin ayrıldığını bildirmişdir. O, FİN kodu ilə portala daxil olub həqiqətən də ona kredit ayrıldığını görmüşdür. O, 7 gün ərzində zəruri sənədləri toplayıb banka yaxınlaşmalı imiş. Raminə zəng edib Kəlbəcərdə xidmət etdiyini və 7 gün ərzində lazım olan sənədləri toplaya bilməyəcəyini demişdir. Ramin isə bunun bir texniki səhv olduğunu, hərbi qulluqçulara sənədləri toplamaq üçün 21 gün vaxt verildiyini və bu səhvi aradan qaldıracağını bildirmişdir. Həmin gün bir qədər sonra e-gov.az portalına təkrar daxil olub kredit ayıran bankın artıq “Rabitəbank” olduğunu və kreditin 25 deyil, 30 il müddətinə ayrıldığını görmüşdür. Eyni zamanda, sistemdə 21 gun müddətində sənədləri toplayıb banka təqdim edilməsinin zəruriliyi qeyd edilmişdir. O, məzuniyyət götürüb krediti götürmək üçün lazım olan sənədləri toplamağa başlamışdır. Təxminən 3-4 gunə sənədləri toplayıb Raminə zəng etmişdir. Ramin sənədləri ona ofisə gətirib təhvil verməyi və ozunə mənzil axtarmağını demişdir. Ramin sənədləri özü banka təqdim etməli olmuşdur. Raminin dediyi kımı sənədləri aparıb ona vermiş və özünə mənzil axtarmağa başlamışdır. O, 8-ci km bazarı yaxınlığında yeni inşa edilmiş binadan bır otaqdan iki otağa düzəlmə bir mənzil tapıb bu haqda “vatsap”da Raminə yazmışdır və evin qiymətləndirilməsini bir az yüksək yazdırmağı xahiş etmişdir, belə ki, Raminə 7000 manat pulu verəndə, o, özü bunu etməyi ona söz vermişdir ki, çox ziyana düşməsin. Ramin ona cavab olaraq “narahat olma” yazmışdır. Lakin bir müddət sonra hərbçi yoldaşlarından biri Raminin vətəndaşları aldatdığını bildirmişdir. Bundan sonra o, bir neçə dəfə Raminə zəng etmiş, ona “vatsap”da yazmışdır, lakin Ramin ona cavab verməmişdir. Bir neçə gündən sonra o və digər zərərçəkmiş şəxslər Raminin atasını tapıb Raminın onları aldatdığını bildirmişlər. Raminin atası onların yanında Raminə zəng etmişdir. Həmin vaxt o, Raminlə danışmışdır. Raminə telefonda onu aldatdığını və ona “Paşa Bank”, sonra isə “Rabitəbank” tərəfindən ayrılmış ipoteka kreditinin güzəştli kredit olmadığını, həmin kreditin MİDA tərəfindən inşa edilmiş mənzillərə aid olduğunu bildirmişdir. Ramin ona və digər zərərçəkmiş şəxslərə narahat olmamağı və tez bir zamanda pullarını qaytaracağını bildirsə də, bunu etməmişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 məhkəmə iclasında iştirak etməmişdir, yalnız Təqsirləndirilən şəxs qarşı mülki iddia vermişdir. Bununla əlaqədar onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, hazırda Abşeron rayon icra və probasiya şöbəsində icra məmuru vəzifəsində işləyir. Özünə güzəştli ipoteka krediti ilə mənzil almaq istədiyi üçün internetdə daşınmaz əmlakın alqı-satqısı saytlarını nəzərdən keçirmişdir. 2023-cü ilin fevral ayında “instagram” sosial şəbəkəsində hərbçi və dövlət qulluqçularına güzəştli ipoteka kreditinin verilməsində köməklik göstərən "xxxx" MMC-nin səhifəsinə rast gəlmişdir. Səhifədə qeyd edilmiş MMCnin nömrəsinə zəng etmiş, ona Günel adlı bir xanım cavab vermişdir. Həmin xanım onu ünvan 15 ünvanında yerləşən "xxxx" MMC-nin ofisinə dəvət etmişdir. O da həmin gün ofisə getmişdir. Onu MMC-nin direktoru Təqsirləndirilən şəxs adlı şəxs qəbul etmişdir. Raminin işi ilə və aldığı əmək haqqı ilə bağlı suallarına cavab verdikdən və müvafiq hesablama apardıqdan sonra ona 100000 manat məbləğində 4% güzəştli ipoteka kreditinin ayrıla biləcəyini və həmin kreditin aylıq ödənişdən asılı olaraq 25-30 il müddətinə verilə biləcəyini demişdir. Ramin xidmət haqqı kimi MMC-yə 6000 manat ödəməli olduğunu bildirmişdir. Raminin təklifini qəbul edib, xx.xx.2023-cü il tarixdə, səhər saatlarında 6000 manat pulla Raminin ofisinə getmiş və orada həmin pulu ona vermişdir. Ramin onunla “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlamışdır. Həmçinin, Raminə adına olan Asan imzanı vermişdir ki, adından lazım olan əməliyyatı edə bilsin. Ramin ona ipoteka kreditinin alınması üçün lazım olan sənədlərin siyahısını vermişdir ki, həmin sənədləri toplayıb ona versin. Ramin ona 25 gün müddətində 100000 manat məbləğində 4% güzəştli ipoteka kreditinin ayrılmasında köməklik edəcəyini bildirmişdir. Raminin dediyi sənədləri toplamağa başlamışdır. Sənədlə bağlı Raminə bir sual vermək istədiyi üçün, təxminən 4-5 gün sonra Raminə zəng etmiş, lakin ona zəng çatmamışdır. Bir neçə gün sonra Raminin ofisinə gələndə, ofisin qarşısında çoxlu sayda şəxslərin toplaşdığını görmüşdür. Məlum olmuşdur ki, Ramin həmin şəxsləri, o cümlədən də onu aldadaraq güzəştli ipoteka kreditinin alınmasında köməklik göstərmək adı ilə pullarını ələ keçirib. Raminin qanunazidd əməlləri nəticəsində ona 6000 manat məbləğində maddi ziyan dəyib. Təqsirləndirilən şəxs ipoteka kreditinin ayrılmasını kimin vasitəsilə həll edəcəyi barədə ona heç bir məlumat verməmişdir. Onun Vüqarla görüşü və danışığı olmamışdır. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona vurduğu zərərin əvəzini ödəmədiyini, ondan şikayətçi olduğunu, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla əlaqədar onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, o, özünə güzəştli ipoteka şərtləri ilə mənzil almaq istədiyindən internet səhifələrində axtarış etmişdir. 2023-cü il yanvar ayının sonlarında da “instagram” sosial şəbəkəsində "xxxx" MMC-nin səhifəsində vətəndaşlara ipoteka kreditlərinin götürülməsində köməklik etmələri barədə reklamlarını görmüşdür. Həmin reklamda yerləşdirilmiş Günel adlı xanımın ***-***-**-** saylı mobil telefonu ilə əlaqə saxladıqda Günel də ona bu işlərlə məşğul olan Ramin adlı şəxsin ***-***-**-** saylı mobil nömrəsini vermişdir. O, Raminlə telefonda danışanda Ramin ona 6000 manat pulun müqabilində güzəştli ipoteka şərtləri ilə mənzil almağında köməklik edəcəyinə soz vermişdir. Hətta o, Raminə əvvəllər banklarda adında gecikmələr olmasını desə də, Ramin heç bir problem olmayacağını və köməklik edə biləcəyini demişdir. O, Raminə inanmış və razılaşmışdır. 10 fevral 2023-cü il tarixdə saat təxminən 14 radələrində "xxxx" MMC-nin Xətai rayonu Ağ şəhər ərazisindəki Mərkəzi bulvar 2 ünvanında olan ofisində həmin şirkətin direktoru Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Həmin tarixdə, yəni 10 fevral 2023-cü il tarixdə onların arasında “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsi bağlanmış və saat 15 radələrində də o, əlbəəl Raminə onun otağında təklikdə 6000 manat pul vermişdir. Ramin pulu alandan sonra təxminən 5 gün müddətində güzəştli ipoteka şərtləri ilə mənzil məsələsinin həll olunacağını bildirmişdir. Lakin bir neçə gün sonra o, Raminlə əlaqə saxladıqda Ramin hər dəfəsində müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamışdır. Daha sonra isə ümumiyyətlə telefonlara cavab verməmiş və yalnız onunla “vatsap” proqramı ilə əlaqə saxlamışi, narahat olmamağını və pulunu geri qaytaracağını yazmışdır. Bundan sonra o, Raminin eyni üsulla digər şəxslərə qarşı da dələduzluq edərək pullarını ələ keçirdiyini öyrənmiş və ümumiyyətlə ümidini itirmişdir. Yalnız bu günlərdə Raminin etdiyi dələduzluq əməllərinə görə həbs olunduğunu digər zərərçəkmiş şəxslərdən öyrənmişdir. 10 fevral 2023-cü il tarixdə aralarında bağlanan “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsi ofisdə onun yanında şirkətin Günel adlı əməkdaşı tərəfindən tərtib olunmuş və müqaviləni Raminlə hər ikisi eyni anda, yəni Ramin özünə aid hissədə, o da ozunə aid hissədə imzalamış, Ramin öz imzasının üzərinə möhür də vurmuşdur. Həmin müqavilənin giriş hissəsində Raminin adı və soyadı qeyd olunduğundan imzalanmalı hissəsinə həmin vaxt fikir verməmiş, yalnız bir müddət sonra imza yerində Şahid2 adının qeyd olunduğunu bilmişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ərizə ilə müraciət edərək Kəlbəcərdə yerləşən N saylı hərbi hissədə xidmət etdiyindən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaqı aparan müstəntiqə verdiyi ifadəsinə heç bir əlavə və dəyişikliyi olmadığını, zərərçəkmiş şəxs kimi şikayətçi olduğunu göstərmiş və işə onun iştirakı olmadan baxılmasını, ifadəsinin elan olunmasını xahiş etmişdir. Bununla əlaqədar onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, özünə güzəştli ipoteka şərtləri ilə mənzil almaq istədiyindən bununla bağlı internet səhifələrində axtarış etmişdir. Xidmət illərinə görə ona güzəştli ipoteka düşsə də, kredit borcunun ödənilməsində gecikmə etdiyi üçün bank ona güzəştli ipoteka verməyə imtina etmişdir. 2023-cu ilin fevral ayında iş yoldaşı Sənan ona məlumat vermişdir ki, Bakı şəhəri, Xətai rayonu ərazisində "xxxx" MMC var və həmin şirkət güzəştli şərtlərlə ipoteka krediti ayrılmasına köməklik edir və o, özü də həmin şirkətlə müqavilə bağlayıb pul ödəmişdir. Sənan ona şirkətin rəhbəri Ramin adlı şəxsin telefon nömrəsini vermişdir. Raminlə telefonla danışaraq görüş barədə razılaşmışlar və o, 14 fevral 2023-cü il tarixdə Bakı şəhərinə gəlib qeyd olunan ofisə getmişdir. Ofisdə şirkətin rəhbəri Ramin adlı şəxslə görüşüb ondan güzəştli şərtlərlə ona ipoteka kreditinin ayrılmasına köməklik edə bilibbilməyəcəyini soruşmuşdur. Ramin ona demişdir ki, 7000 manat pulun müqabilində güzəştli ipoteka şərtləri ilə mənzil almağında köməklik edə bilər. 14 fevral 2023-cü il tarixdə Raminlə aralarında müqavilə bağlanmışdır. Ramin onun yanında müqavilənin öz tərəfinə aid hissələrini imzalamış, o da öz tərəfinə aid hissələri imzalamışdır. O, həmin zaman saat təxminən 10 radələrində Raminin otağında ona əlbəəl 7000 manat pul vermişdir. Həmin zaman yanlarında iş yoldaşı Samir olmuşdur. Ramin ona demişdir ki, o, Asan Xidmətdən ailə tərkibi haqqında arayış və Asan imza alıb ona gətirsin. Ondan sonra Ramin ona müqaviləni verəcəyini bildirmişdir. O, növbəti gün Raminin dediyi sənədləri alıb aparıb ona vermişdir. Ramin arayış və Asan imzanı ondan alıb bildirmişdir ki, onunla əlaqə saxlayıb müqaviləni verəcək. Bildiyi qədər həmin gün səhər, yəni o, arayış və Asan imzanı Raminə verənə qədər Samir də Raminə 7000 manat pul vermişdir. Daha sonra Ramin onunla əlaqəyə çıxmamışdır. Sonrakı müddətdə Ramin onunla ancaq “vatsap”la yazışmış və demişdir ki, onun işi düzəlmir, pulunu qaytaracaq. Lakin Ramin onun pulunu qaytarmamışdır. Sonrakı vaxtlarda Ramin ümumiyyətlə telefonlara cavab verməmişdir. Ramin onun iş yoldaşlarının da işini həll etməmiş və pullarını qaytarmamışdır. Bundan sonra o, Raminin eyni üsulla digər şəxslərə qarşı da dələduzluq edərək pullarını ələ keçirdiyini öyrənmiş və onlar birlikdə hüquq-mühafizə orqanına şikayət etmişlər. Ramin ona demişdir ki, onun bankda olan gecikməsini sildirəcək, ondan sonra ona ipoteka düşəcəkdir. Lakin kimin vasitəsi ilə edəcəyini deməmişdir. Ramin ondan pul alanda qardaşı barədə ümumiyyətlə heç nə deməmiş, sadəcə demişdir ki, şirkəti Vüqar təsis etmişdir. Onun Vüqarla görüşü olmamışdır. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs29 ərizə ilə müraciət edərək Gədəbəydə yerləşən N saylı hərbi hissədə xidmət etdiyindən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, zərərçəkmiş şəxs kimi şikayətçi olduğunu, vaxtı olmadığı üçün mülki iddia verə bilmədiyini, lakin gələcəkdə mülki iddia verəcəyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla əlaqədar onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, hazırda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində işləyir. Evlidir, uzun müddətdir ki, kirayə yaşayır. 2023-cü ilin fevral ayında “instagram” sosial şəbəkəsində hərbi qulluqçulara güzəştli ipoteka kreditinin verilməsində köməklik göstərən "xxxx" MMC-nin səhifəsinə rast gəlmişdir. Səhifədə qeyd edilmiş MMC-nin nömrəsinə zəng etmiş, ona Günel adlı bir xanım cavab vermişdir. Həmin xanım onu ünvan 15 ünvanında yerləşən "xxxx" MMC-nin ofisinə dəvət etmişdir. Bir neçə gündən sonra, xx.xx.2023-cü il tarixdə həmin ofisə getmişdir. Onu MMC-nin direktoru Təqsirləndirilən şəxs adlı şəxs qəbul etmişdir. O, başqa bir bankdan güzəştli ipoteka kreditini almaq istədiyi üçün zəruri sənədləri toplamış və adına Asan imza açdırmışdır. Lakin həmin məsələ alınmamış və sənədlər onda qalmışdır. Özu ilə həmin sənədləri götürmüşdür. Raminə 100000 manat məbləğində güzəştli ipoteka krediti almaq istədiyini bildirmiş, Ramin isə müvafiq hesablama apardıqdan sonra ona həmin məbləğdə 4% güzəştli ipoteka kreditinin ayrıla biləcəyini və həmin kreditin bankdan asılı olaraq 20-25 il müddətinə verilə biləcəyini demişdir. Ramin xidmət haqqı kimi MMC-yə 7000 AZN ödəməli olduğunu bildirmişdir. Raminin təklifini qəbul edəndə, Ramin ona 7000 manat pulu dərhal ödəməli olduğunu demişdir. Belə ki, onun sözlərinə gorə növbəti gün axşama qədər bank tərəfindən güzəştli ipoteka kreditinin ayrılması ilə bağlı limit açılacaqdı. Raminə pulunun Masallı rayonunda, atasıgildə olduğunu bildirmiş, Ramin isə pulu onun bank kartına göndərə biləcəyini demişdir. Atasına zəng edib bu haqda demiş, atası həmin gün, yəni xx.xx.2023-cü il tarixdə Masallı rayonundan “e-manat” elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs hazırda xatırlamadığı bank hesabına birinci dəfə 3500 AZN və həmin gun bır qədər sonra ikinci dəfə 3500 AZN pul vəsaiti köçürtmüşdur. Təqsirləndirilən şəxs bank hesabına ilk 3500 AZN pul vəsaiti köçürüləndən sonra o, onunla ofisdə “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 14-02/07 nömrəli müqavilə bağlamışdır. Növbəti gün Ramindən limitlə bağlı maraqlananda o, sistemdə texniki problemlərin olmasını əsas gətirərək bir gün sonra limitin ayrılacağını demişdir. Bir gün sonra Raminə “vatsap” vasitəsilə mesaj yazsa da, sonuncu ona cavab verməmişdir. Bir neçə tanış hərbçi də güzəştli ipoteka ilə bağlı Təqsirləndirilən şəxs müraciət etmişdir. O, hərbçi yoldaşlarından Ramin haqda soruşanda, onlar ona Raminin vətəndaşları aldadaraq pullarını ələ keçirdiyini bildirmişlər. Sonra məlum olmuşdur ki, Ramin ümumiyyətlə ofisi bağlamış və qaçıb getmişdir. Raminin qanunazidd hərəkətləri nəticəsində ona 7000 AZN məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs29 məhkəmə iclasında iştirak edib ifadə verməsə də, məhkəmə çıxışı zamanı iştirak etmiş, həmin çıxışında göstərmişdir ki, o, Vətən müharibəsi iştirakçısıdır, yaralanmışdır, qan pulunu yığıb vermişdir ki, ev məsələsində ona köməklik edilsin. Təqsirləndirilən şəxs şikayətçidir, pulunu tələb edir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs30 ərizə ilə müraciət edərək Kəlbəcərdə yerləşən N saylı hərbi hissədə xidmət etdiyindən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaqı aparan müstəntiqə verdiyi ifadəsinə heç bir əlavə və dəyişikliyi olmadığını, zərərçəkmiş şəxs kimi şikayətçi olduğunu göstərmiş və işə onun iştirakı olmadan baxılmasını, ifadəsinin elan olunmasını xahiş etmişdir. Bununla əlaqədar onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, o, özünə güzəştli ipoteka şərtləri ilə mənzil almaq istədiyindən bununla bağlı internet səhifələrində axtarış etmişdir. 2023-cü ilin fevral ayında iş yoldaşı Sənan ona məlumat vermişdir ki, Bakı şəhəri, Xətai rayonu ərazisində "xxxx" MMC var və həmin şirkət güzəştli şərtlərlə ipoteka krediti ayrılmasına köməklik edir və o, özü də həmin şirkətlə müqavilə bağlayıb pul ödəmişdir. Sənan ona şirkətin rəhbəri Ramin adlı şəxsin telefon nömrəsini vermişdir. Raminlə telefonla danışaraq görüş barədə razılaşmışlar və o, 14 fevral 2023-cü il tarixdə Bakı şəhərinə gəlib qeyd olunan ofisə getmişdir. Ofisdə şirkətin rəhbəri Ramin adlı şəxslə görüşüb ondan güzəştli şərtlərlə ona ipoteka kreditinin ayrılmasına köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Ramin ona demişdir kı, 7000 manat pulun müqabilində güzəştli ipoteka şərtləri ilə mənzil almağında köməklik edə bilər. 14 fevral 2023-cü il tarixdə Raminlə aralarında müqavilə bağlanmışdır. Ramin onun yanında müqavilənin öz tərəfinə aid hissələrini imzalamış və o da oz tərəfinə aid hissələri imzalamışdır. Raminə bildirmişdir ki, hazırda üzərində pul yoxdur, növbəti gün pulu ona çatdıracaq. 15 fevral 2023-cü il tarixdə, günorta saatlarında təklikdə Raminin ofisinə getmiş və Raminin otağında ona 7000 manat pulu vermişdir. Ramin demişdir ki, həmin gün axşam ona kredit ayrılması ilə bağlı mesaj gələcək. Lakin axşam mesaj gəlməmişdir. Ondan sonrakı müddətdə Raminlə əlaqə saxlasa da o, hər dəfəsində müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamış və hələ ki, ona kredit ayrılmadığını bildirmişdir. O, artıq görmüşdür ki, Ramin işi həll etmək istəmir, ona görə də Ramindən pulunu geri istəməyə başlamışdır. Sonrakı vaxtlarda Ramin ümumiyyətlə telefonlara cavab verməmişdir. Onun iş yoldaşları Niyaməddin və Samir də Raminə pul vermişlər, Ramin onların da işini həll etməmiş və pullarını qaytarmamışdır. Bundan sonra onlar birlikdə hüquq-mühafizə orqanına şikayət etmişlər. Sonra o, Raminin eyni üsulla digər şəxslərə qarşı da dələduzluq edərək pullarını ələ keçirdiyini öyrənmişdir. Ramin demişdir ki, İpoteka Fondunda tanışı var və onun vasitəsilə bu işi həll edir, lakin həmin adamın adını deməmişdir. 26 dekabr 2022-ci il tarixli “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” müqavilənin birinci vərəqində müqaviləni bağlayan şəxs kimi direktor Təqsirləndirilən şəxs göstərilsə də, sonuncu vərəqdə şirkətin icraçısı olaraq təsisçi Şahid2 adının göstərilməsini görüb Ramindən soruşmuşdur ki, niyə Vüqarın adı yazılıb, Ramin bildirmişdir ki, şirkəti qardaşı Vüqar yaradıb, amma direktor özüdür. Ramin ondan pul alanda qardaşı barədə ümumiyyətlə heç nə deməmiş, sadəcə demişdir ki, şirkəti Vüqar təsis etmişdir. Onun Vüqarla görüşü olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə ümumi tanışları olan İmran adlı şəxsin vasitəsilə tanış olmuşdur. Belə ki, 2022-ci ilin iyun ayında o, özünə iş axtarırmış, Təqsirləndirilən şəxs "xxxx" MMCnin direktoru vəzifəsində işləmiş, ofisi isə ünvan 15 ünvanında yerləşmişdir. İmran Ramindən onu işə götürməyi xahiş etmiş, Ramin də onu "xxxx" MMC-yə ipoteka krediti üzrə baş məsləhətçi vəzifəsinə qəbul etmiş və onunla əmək müqaviləsi bağlamışdır. "xxxx" MMC daşınmaz əmlakın alınması məqsədi ilə ipoteka kreditinin götürülməsi üçün görülməli tədbirlər barəsində müştəriyə məlumat verir, müştərinin istəyinə uyğun olaraq müvafiq portalda müştəriyə ipoteka krediti vəsaitinin ayrılması məqsədi ilə müraciətin göndərilməsini təmin edir, müştəri tərəfindən təqdim edilmiş müvafiq etibarnaməyə uyğun olaraq ipoteka kreditinin alınması məqsədi ilə müştərinin əvvəlcədən müəyyənləşdirdiyi banka müraciət edir, müştəriyə ipoteka kreditinin alınması ilə bağlı tələb edilən sənədlərin toplanılmasında yardım edir, müştərinin istəyinə uyğun olaraq onu müvafiq dövlət orqanlarında, Asan Xidmət mərkəzlərində, notariat kontorlarında və banklarda təmsil edir, müştərini ipoteka kreditinin rəsmiləşdirilməsi zamanı bankda və notariat kontorunda müşayiət edirdi. Onun işi MMC-nin sosial şəbəkələrdə reklamını həyata keçirmək, ipoteka krediti almaq istəyən şəxslərin zənglərinə cavab vermək, ipoteka krediti ilə bağlı vətəndaşların suallarına cavab vermək, ofisə gələn şəxsləri MMC-nin direktoruna yönəltmək, tərtib edilmiş “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsində müştərinin anket məlumatlarını və ödədiyi xidmət haqqı barədə zəruri dəyişiklikləri edərək həmin müqaviləni çap edib Təqsirləndirilən şəxs vermək, ofisin kommunal xərclərini ödəmək və sair xırda işlərdən ibarət olmuşdur. Ofisin bir açarı onda olmuş və hər səhər ofisi o, açmış, bir açar da Ramində olmuşdur. Müqavilələrdə xidmət haqlarını Təqsirləndirilən şəxs sözü ilə yazmışdır, belə ki, xidmət haqqı ilə bağlı konkret rəqəm olmamışdır. Aldığı rəsmi əmək haqqı 671 manat olmuşdur. Sonrakı müddətdə Təqsirləndirilən şəxs ona təxminən 2000 manat borcu yaranmışdır, həmin məbləğə yarımçıq əmək haqları və öz cibindən etdiyi kommunal ödənişlər daxil olmuşdur. İş üzrə zərərçəkmiş şəxslərlə o, ünsiyyətdə olmuş, onların ipoteka kreditinin alınması ilə bağlı suallarına cavab vermişdir. Həmin şəxslərdən o, Zərərçəkmiş şəxs4 xidmət haqqı kimi 5500 manat pul alıb həmin pul vəsaitini sonradan ofisdə Təqsirləndirilən şəxs vermişdir. Belə ki, Zərərçəkmiş şəxs4 ofisə gələndə Təqsirləndirilən şəxs ofisdə olmamış, Zərərçəkmiş şəxs4 tələsdiyi və Təqsirləndirilən şəxs gözləmək istəmədiyi üçün Təqsirləndirilən şəxs xidmət haqqı olan 5500 manat pulu ondan götürməyi demişdir. O da Təqsirləndirilən şəxs göstərişi ilə həmin pulu Zərərçəkmiş şəxs4 götürmüşdür. Güloğlan Abbasova aid xidmət müqaviləsi hazır olmuş, Təqsirləndirilən şəxs həmin müqavilənin bütün nüsxələrində imzalar etmişdir. Güloğlan Abbasov ödənişi edəndən sonra o, ona çatası müqavilənin surətini Güloğlana vermişdir. Başqa heç bir müştəridən o, pul almamışdır. Təxminən 20 fevral 2023-cü ilədək həmin ofisdə işləmişdir. Bundan təxminən iki-üç gün keçmiş Ramin ofisə gəlməmiş və zənglərə cavab verməmişdir. Müştərilər isə Raminin onları aldatdığını deyərək ofisə gəlib sənədlərini və pullarını tələb etmişlər. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayında Türkiyəyə qaçmışdır. O, MMC-də təxminən 9 ay müddətində işləmişdir, hazır müqavilələrdə işləmiş, yəni müqavilə ona qədər tərtib edilmişdir, işlədiyi notbuk isə Təqsirləndirilən şəxs məxsus olmuş, sonradan həmin notbuk şikayət etmiş müştərilərdən biri tərəfindən ofisdən götürülmüşdür. "xxxx" MMC-nin 2022-ci ilin sentyabr ayından 20 fevral 2023-cü ilədək olan dövrdə neçə şəxsə güzəştli ipoteka kreditinin alınmasında köməklik göstərməsi haqda heç bir məlumatı yoxdur. O, yalnız bir dəfə hazırda xatırlamadığı vətəndaşın Asan imzasından istifadə edərək ipoteka limitini tutmağa çalışmış, lakin bunu edə bilməmişdir. Asan imzanı müştəridən Təqsirləndirilən şəxs almışdır. Həmin vaxt Təqsirləndirilən şəxs da onunla öz notbuku vasitəsilə ipoteka limitini tutmağa çalışmış, lakin o da bunu edə bilməmişdir. Bu, 2023-cü ilin fevral ayına təsadüf etmişdir. Hətta bu məqsədlə Təqsirləndirilən şəxs 2023cü ilin fevral ayında yüksək sürətli internet xətti çəkmiş, aylıq ödənişi 600 manat olmuşdur. Təqsirləndirilən şəxs ofisdə ipoteka limitini tutmasının şahidi olmamışdır. Müqavilələrin sonunda Şahid2 adının getməsi texniki səhvdən olmuşdur, müqavilə nümunəsi əvvəldən hazırlanmış, sonradan isə buna fikir verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin iyun ayından Vəkillər Kollegiyasının üzvüdür. Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı uzun müddət bank sistemində ipoteka kreditlərinin verilməsi uzrə mütəxəssis işləmişdir. Təxminən 2021-ci ilin aprel ayında qardaşı işlədiyi "xxxx" ASC-nin “28 May” filialından işdən çıxıb özünə şirkət açmağı və ipoteka kreditlərinin verilməsi ilə bağlı konsaltinq xidməti göstərmək istədiyini ona bildirmiş və şirkətin açılmasında ona köməklik göstərməyini xahiş etmişdir. O, qardaşına bankda yaxşı vəzifədə işlədiyini və işdən çıxmamağı desə də, Ramin ona artıq qərar verdiyini demişdir. MMC-nin müvafiq vergi qurumunda qeydiyyatı "xxxx" şəkildə mumkun olduğundan o, Ramindən Asan imza istəmişdir ki, onun adından MMC təsis etsin, lakin Ramin adına Asan imzanın olmadığını bildirmişdir. Ramin açmaq istədiyi MMC-nin adını "xxxx" kimi qoymuşdur. O, öz adına olan Asan imzadan istifadə edərək 14 sentyabr 2021-ci il tarixdə "xxxx"xxxx"xxxx" MMC-ni təsis etmiş, həmçinin Vergilər Nazirliyinin saytında olan şablon nizamnamədən istifadə edərək MMC-nin nizamnaməsini də tərtib etmişdir. 2021-ci ilin sentyabr ayından başlayaraq Ramin MMC üçün ofis axtarmağa başlamış, sonra ünvan 15 ünvanında yerləşən qeyriyaşayış obyekti tapıb onu icarəyə götürmüş və obyekti təmir etməyə başlamışdır. Təxminən 2022-ci ilin aprel ayının sonlarında MMC-nin ofisi artıq hazır olmuşdur. Ramin həmin vaxt ərizə yazaraq "xxxx"xxxx"xxxx" MMC-nin direktoru vəzifəsinə təyin etmiş və bu haqda müvafiq vergi qurumuna məlumat vermişdir. Bundan sonra Ramin özü müstəqil şəkildə işləməyə başlamış, özünə işə Günel adlı katibə də götürmüşdür. Ramin güzəştli və adi ipoteka krediti almaq istəyən vətəndaşlara bu sahədə konsaltinq xidməti göstərməyə başlamışdır. Onun Raminin fəaliyyətinə heç bir aidiyyəti olmamışdır. Ramin MMC-nin direktoru olaraq qanun qarşısında bütün məsuliyyəti özü daşımışdır. O, MMC-nin təsisçisi kimi Raminin müqavilə bağladığı müştərilər qarşısında heç bir məsuliyyət daşımamışdır. Raminin vətəndaşlardan xidmət haqqı kimi götürdüyü pul vəsaitlərini hara xərclədiyini o, bilməmişdir, sadəcə MMC-ni təsis edib Ramini direktor təyin etmiş, MMC-nin idarəçiliyini Raminin ozü həyata keçirmişdir. Raminin vətəndaşlarla bağladığı xidmət müqaviləsinin sonunda onun adı göstərilmişdir, lakin bu, bir texniki səhv olmuşdur, orada Raminin adı qeyd edilməli olmuşdur, belə ki, Raminin özü həmin səhifədə imza etmişdir. Hətta zərərçəkmiş şəxslər Raminlə bağlı ona müraciət edəndə özü onlarla məsləhət görmüşdür ki, şikayət versinlər. Məhkəməyədək icraat zamanı dindirilmiş şahid qismində dindirilmiş Şahid1 iştirakının təmin edilməsi mümkün olmadığından, onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, X3 onun xalası qızının həyat yoldaşıdır və daimi olaraq Tovuz rayonunda yaşayır. 2022-ci ilin dekabr ayında ona məlum olmuşdur ki, İsmayıl ipoteka yolu ilə ev almaq istəyir və ipoteka kreditinin ayrılması üçün bir şirkətlə müqavilə bağlayıb. İsmayıl özü rayonda olduğu üçün ondan xahiş etmişdir ki, şirkətə ödəniləcək pulu ona göndərsin və şirkətin rəhbəri həmin pulu ondan özü gəlib götürəcəkdir. O, etiraz etməmişdir. 20 dekabr 2022-ci il tarixdə səhər saatlarında işlədiyi Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Beynəlxalq Bank”ın Nizami filialında olmuşdur. Həmin gün səhər saatlarında İsmayıl rayondan bir nəfərlə ona 2500 manat pulu və ipoteka üçün lazım olan topladığı sənədləri göndərmişdir. O, pulu alıb özündə saxlamışdır. Bir neçə saat sonra şirkətin rəhbəri olan Ramin adlı şəxs onunla əlaqə saxlayıb olduğu yeri öyrənmiş və elə həmin gün günorta saatlarında onun iş yerinə gəlib ondan əlbəəl 2500 manat pulu və sənədləri götürmüşdür. O, Ramini əvvəllər tanımamış, həmin zaman birinci dəfə görmüşdür. Sonradan bilmişdir ki, Ramin İsmayılı aldatmış və ona ipoteka krediti ayrılması ilə bağlı vəd verdiyi işi həll etməmişdir. Bununla bağlı başqa məlumatı yoxdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 31 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs4 müraciətləri əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1) -"xxxx" MMC, direktor Təqsirləndirilən şəxs (İcraçı) ilə Zərərçəkmiş şəxs21 (Sifarişçi) arasında bağlanmış “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 17 dekabr 2022-ci il tarixli 12-17/06 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilə icraçı tərəfindən sifarişçiyə konsaltinq xidmətlərinin göstərilməsi, ipoteka kreditinin ayrılmasına köməklik göstəriləcəyi məqsədilə bağlanmış, xidmət haqqı 6000 manat məbləğində müəyyən edilmişdir. (İ cild i.v. 19-21) -"xxxx" MMC, direktor Təqsirləndirilən şəxs (İcraçı) ilə Zərərçəkmiş şəxs14 (Sifarişçi) arasında bağlanmış “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 02 fevral 2023-cü il tarixli 02-02/09 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilə icraçı tərəfindən sifarişçiyə konsaltinq xidmətlərinin göstərilməsi, ipoteka kreditinin ayrılmasına köməklik göstəriləcəyi məqsədilə bağlanmış, xidmət haqqı 7000 manat məbləğində müəyyən edilmişdir. (İ cild i.v. 28-29) -"xxxx" MMC, direktor Təqsirləndirilən şəxs (İcraçı) ilə X27 (Sifarişçi) arasında bağlanmış “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 13 yanvar 2023-cü il tarixli 01- 13/02 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilə icraçı tərəfindən sifarişçiyə konsaltinq xidmətlərinin göstərilməsi, ipoteka kreditinin ayrılmasına köməklik göstəriləcəyi məqsədilə bağlanmış, xidmət haqqı 6000 manat məbləğində müəyyən edilmişdir. (İ cild i.v. 33-35) -"xxxx" MMC, direktor Təqsirləndirilən şəxs (İcraçı) ilə Zərərçəkmiş şəxs20 (Sifarişçi) arasında bağlanmış “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 31 yanvar 2023-cü il tarixli 01-31/05 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilə icraçı tərəfindən sifarişçiyə konsaltinq xidmətlərinin göstərilməsi, ipoteka kreditinin ayrılmasına köməklik göstəriləcəyi məqsədilə bağlanmış, xidmət haqqı 15000 manat məbləğində müəyyən edilmişdir. (İ cild i.v. 144-146) -"xxxx" MMC, direktor Təqsirləndirilən şəxs (İcraçı) ilə Zərərçəkmiş şəxs29 (Sifarişçi) arasında bağlanmış “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 14 fevral 2023-cü il tarixli 14-02/07 nömrəli müqavilədən görünür ki, həmin müqavilə icraçı tərəfindən sifarişçiyə konsaltinq xidmətlərinin göstərilməsi, ipoteka kreditinin ayrılmasına köməklik göstəriləcəyi məqsədilə bağlanmış, xidmət haqqı 7000 manat məbləğində müəyyən edilmişdir. (İ cild i.v. 169-171) -Qəbzlərin surətindən görünür ki, Zərərçəkmiş şəxs29 tərəfindən Təqsirləndirilən şəxs 5239 1515 1150 9872 nömrəli plastik kart hesabına “eManat” ödəniş terminalı vasitəsi ilə 14 fevral 2023-cü il tarixdə saat 12:00-da 3500 manat, eyni tarixdə saat 14:40da 3500 manat, cəmi 7000 manat məbləğində pul köçürülmüşdür. (İ cild i.v. 172-173) -"xxxx" MMC, direktor Təqsirləndirilən şəxs (İcraçı) ilə Zərərçəkmiş şəxs3 (Sifarişçi) arasında bağlanmış “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 04 noyabr 2022-ci il tarixli 11-04/4 nömrəli müqavilədən görünür ki, həmin müqavilə icraçı tərəfindən sifarişçiyə konsaltinq xidmətlərinin göstərilməsi, ipoteka kreditinin ayrılmasına köməklik göstəriləcəyi məqsədilə bağlanmış, xidmət haqqı 6000 manat məbləğində müəyyən edilmişdir. (İ cild i.v. 189-191) -Qəbzlərin surətindən görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən Təqsirləndirilən şəxs 5239 1515 1150 9872 nömrəli plastik kart hesabına “eManat” ödəniş terminalı vasitəsi ilə və öz kart hesabından köçürmə yolu ilə 05 noyabr 2022-ci il tarixdə saat 12:35də 5200 manat, eyni tarixdə saat 13:31-də 500 manat, həmin tarixdə saat 13:51-də 300 manat, cəmi 6000 manat məbləğində pul köçürülmüşdür. (İ cild i.v. 192-194) -"xxxx" MMC, direktor Təqsirləndirilən şəxs (İcraçı) ilə Zərərçəkmiş şəxs8 (Sifarişçi) arasında bağlanmış “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 13 noyabr 2022-ci il tarixli 11-13/02 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilə icraçı tərəfindən sifarişçiyə konsaltinq xidmətlərinin göstərilməsi, ipoteka kreditinin ayrılmasına köməklik göstəriləcəyi məqsədilə bağlanmış, xidmət haqqı 7000 manat məbləğində müəyyən edilmişdir. (İ cild i.v. 203-205) -"xxxx" MMC, direktor Təqsirləndirilən şəxs (İcraçı) ilə X22 (Sifarişçi) arasında bağlanmış “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 16 noyabr 2022-ci il tarixli 11- 16/04 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilə icraçı tərəfindən sifarişçiyə konsaltinq xidmətlərinin göstərilməsi, ipoteka kreditinin ayrılmasına köməklik göstəriləcəyi məqsədilə bağlanmış, xidmət haqqı 6000 manat məbləğində müəyyən edilmişdir. (İ cild i.v. 217-219) -Qəbzlərin surətindən görünür ki, X22 tərəfindən Təqsirləndirilən şəxs 5239 1515 1150 9872 nömrəli plastik kart hesabına öz kart hesabından köçürmə yolu ilə 16 noyabr 2022-ci il tarixdə saat 17:48-də 5000 manat, eyni tarixdə saat 17:51-də 1000 manat, cəmi 6000 manat məbləğində pul köçürülmüşdür. (İ cild i.v. 220-221) -Qəbzlərin surətindən görünür ki, X22 tərəfindən Təqsirləndirilən şəxs 5239 1515 1150 9872 nömrəli plastik kart hesabına öz kart hesabından köçürmə yolu ilə (əvvəl ödənilmiş məbləğ qaytarılandan sonra) 02 fevral 2022-ci il tarixdə saat 21:10-da 5000 manat, eyni tarixdə saat 21:13-də 1000 manat, cəmi 6000 manat məbləğində pul köçürülmüşdür. (İ cild i.v. 222-223) - 05 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (İİ cild i.v. 69-72) -"xxxx" MMC, direktor Təqsirləndirilən şəxs (İcraçı) ilə Zərərçəkmiş şəxs25 (Sifarişçi) arasında bağlanmış “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 27 dekabr 2022-ci il tarixli 12-29/09 nömrəli müqavilədən görünür ki, həmin müqavilə icraçı tərəfindən sifarişçiyə konsaltinq xidmətlərinin göstərilməsi, ipoteka kreditinin ayrılmasına köməklik göstəriləcəyi məqsədilə bağlanmış, xidmət haqqı 7000 manat məbləğində müəyyən edilmişdir. (İİ cild i.v. 115-117) -"xxxx" MMC, direktor Təqsirləndirilən şəxs (İcraçı) ilə Zərərçəkmiş şəxs12 (Sifarişçi) arasında bağlanmış “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 13 dekabr 2022-ci il tarixli 12-13/05 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilə icraçı tərəfindən sifarişçiyə konsaltinq xidmətlərinin göstərilməsi, ipoteka kreditinin ayrılmasına köməklik göstəriləcəyi məqsədilə bağlanmış, xidmət haqqı 5000 manat məbləğində müəyyən edilmişdir. (İİ cild i.v. 138-140) -Qəbzlərin surətindən görünür ki, Zərərçəkmiş şəxs16 tərəfindən Təqsirləndirilən şəxs 5239 1515 1150 9872 nömrəli plastik kart hesabına öz kart hesabından köçürmə yolu ilə 28 aprel 2023-cü il tarixdə 1000 manat, eyni tarixdə saat 21:07-də “mPay” vasitəsi ilə 3000 manat, 01 may 2023-cü il tarixdə saat 16:52-də bank vasitəsi ilə 2000 manat, cəmi 6000 manat məbləğində pul köçürülmüşdür. (İİ cild i.v. 164-165) -Qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs7 tərəfindən Təqsirləndirilən şəxs 5239 1515 1150 9872 nömrəli plastik kart hesabına öz kart hesabından köçürmə yolu ilə 25 aprel 2023-cü il tarixdə saat 14:43-də 900 manat məbləğində pul (razılaşdırılmış 7000 manatdan nağd qaydada verilmiş 6100 manatın qalıq hissəsi) köçürülmüşdür. (İİ cild i.v. 176) -Qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs28 tərəfindən Təqsirləndirilən şəxs 5239 1515 1150 9872 nömrəli plastik kart hesabına 10 fevral 2023-cü il tarixdə saat 11:45də “eManat” vasitəsi ilə 4000 manat məbləğində pul köçürülmüşdür. (İİ cild i.v. 249) -"xxxx" MMC, direktor Təqsirləndirilən şəxs (İcraçı) ilə Zərərçəkmiş şəxs11 (Sifarişçi) arasında bağlanmış “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 03 dekabr 2022-ci il tarixli 12-03/02 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilə icraçı tərəfindən sifarişçiyə konsaltinq xidmətlərinin göstərilməsi, ipoteka kreditinin ayrılmasına köməklik göstəriləcəyi məqsədilə bağlanmış, xidmət haqqı 5000 manat məbləğində müəyyən edilmişdir. (İİ cild i.v. 260-262) - 27 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs22 ilə Təqsirləndirilən şəxs arasında “vatsap” proqramı vasitəsi ilə aparılmış yazışmaların və DVD diskə köçürülmüş Təqsirləndirilən şəxs 2 ədəd səsli mesajın mətni ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs22 dəfələrlə Təqsirləndirilən şəxs pulunun geri qaytarılmasını istəyir, Təqsirləndirilən şəxs isə hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytaracağını bildirir. (İİİ cild i.v. 58-79) -"xxxx" MMC, direktor Təqsirləndirilən şəxs (İcraçı) ilə Zərərçəkmiş şəxs9 (Sifarişçi) arasında bağlanmış “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 10 fevral 2023-cü il tarixli 13-02/6 nömrəli müqavilədən görünür ki, həmin müqavilə icraçı tərəfindən sifarişçiyə konsaltinq xidmətlərinin göstərilməsi, ipoteka kreditinin ayrılmasına köməklik göstəriləcəyi məqsədilə bağlanmış, xidmət haqqı 6000 manat məbləğində müəyyən edilmişdir. (İİİ cild i.v. 92-94) - 07 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs11 ilə Təqsirləndirilən şəxs arasında olan danışıqların səs yazısının köçürüldüyü bir ədəd DVD diskdə olan danışıqların məzmunu ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs ipoteka kreditinin nə vaxt ayrılacağı, qiymətləndirmənin nə vaxt olacağı barədə soruşur və bu məzmunda müxtəlif suallar verir, Təqsirləndirilən şəxs isə hər dəfə müxtəlif bəhanələrlə kreditin tezliklə növbəti həftə ayrılacağını bildirir. (İİİ cild i.v. 119-120) -"xxxx" MMC, direktor Təqsirləndirilən şəxs (İcraçı) ilə Zərərçəkmiş şəxs1 (Sifarişçi) arasında bağlanmış “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 27 sentyabr 2022-ci il tarixli 09-27/7 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilə icraçı tərəfindən sifarişçiyə konsaltinq xidmətlərinin göstərilməsi, ipoteka kreditinin ayrılmasına köməklik göstəriləcəyi məqsədilə bağlanmış, xidmət haqqı 6000 manat məbləğində müəyyən edilmişdir. (İİİ cild i.v. 177-179) -"xxxx" MMC, direktor Təqsirləndirilən şəxs (İcraçı) ilə Zərərçəkmiş şəxs24 (Sifarişçi) arasında bağlanmış “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 26 dekabr 2022-ci il tarixli 12-26/08 nömrəli müqavilədən görünür ki, həmin müqavilə icraçı tərəfindən sifarişçiyə konsaltinq xidmətlərinin göstərilməsi, ipoteka kreditinin ayrılmasına köməklik göstəriləcəyi məqsədilə bağlanmış, xidmət haqqı 6000 manat məbləğində müəyyən edilmişdir. (İİİ cild i.v. 272-274) -"xxxx" MMC, direktor Təqsirləndirilən şəxs (İcraçı) ilə Zərərçəkmiş şəxs30 (Sifarişçi) arasında bağlanmış “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 14 fevral 2023-cü il tarixli 14-02/8 nömrəli müqavilədən görünür ki, həmin müqavilə icraçı tərəfindən sifarişçiyə konsaltinq xidmətlərinin göstərilməsi, ipoteka kreditinin ayrılmasına köməklik göstəriləcəyi məqsədilə bağlanmış, xidmət haqqı 7000 manat məbləğində müəyyən edilmişdir. (İİİ cild i.v. 289-291) -"xxxx" MMC, direktor Təqsirləndirilən şəxs (İcraçı) ilə Zərərçəkmiş şəxs2 (Sifarişçi) arasında bağlanmış “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 03 oktyabr 2022-ci il tarixli 10-03/1 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilə icraçı tərəfindən sifarişçiyə konsaltinq xidmətlərinin göstərilməsi, ipoteka kreditinin ayrılmasına köməklik göstəriləcəyi məqsədilə bağlanmış, xidmət haqqı 6000 manat məbləğində müəyyən edilmişdir. (İV cild i.v. 30-32) -Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən 06 may 2022-ci il tarixdə verilmiş çıxarışdan görünür ki, ********** VÖEN nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Təqsirləndirilən şəxsdur. (İV cild i.v. 101) -Qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs6 tərəfindən Təqsirləndirilən şəxs 5239 1515 1150 9872 nömrəli plastik kart hesabına 10 fevral 2023-cü il tarixdə saat 11:45də “Bir bank” mobil tətbiqi vasitəsilə 4000 manat məbləğində pul köçürülmüşdür. (İV cild i.v. 132) -"xxxx" MMC, direktor Təqsirləndirilən şəxs (İcraçı) ilə Zərərçəkmiş şəxs5 (Sifarişçi) arasında bağlanmış “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” 07 noyabr 2022-ci il tarixli 12-07/03 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilə icraçı tərəfindən sifarişçiyə konsaltinq xidmətlərinin göstərilməsi, ipoteka kreditinin ayrılmasına köməklik göstəriləcəyi məqsədilə bağlanmış, xidmət haqqı 6000 manat məbləğində müəyyən edilmişdir. (İV cild i.v. 145-147) -Qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs5 tərəfindən Təqsirləndirilən şəxs adına 09 dekabr 2022-ci il tarixdə saat 16:29-da "xxxx" ASC-nin “Bakıxanov” filialından 6000 manat məbləğində pul köçürülmüşdür. (İV cild i.v. 148) - 08 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilərək cinayət işinin materiallarına əlavə edilmiş bır ədəd DVD diskə baxış keçirilmiş və məlum olmuşdur ki, diskdə müddəti 40 saniyə olan bır ədəd videofayl vardır. Videofaylda videoçəkilişi aparan şəxs ipoteka ev uçun Şahid3 5500 manat pul verdiyini bildirir, həmin zaman da Şahid3 pulları sayaraq masanın üzərinə duzur və 5500 manat olduğunu təsdiq edir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs4 bildirir ki, Günel Əmırovaya 5500 manat pul verərkən videoçəkıliş onun ozü tərəfindən aparılmışdır, yəni videoyazıda Şahid3 5500 manat pulu verən şəxs özüdür. (İ cild i.v. 24, İV cild i.v. 162) - 09 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan 5239 1515 1150 9872 nömrəli plastik kart hesabından çıxarışlara baxış keçirilərkən müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 05 noyabr 2022-cı ıl tarixdə köçürdüyü 6000 manat, X8 02 fevral 2023cü ıl tarixdə köçürdüyü 6000 manat, Zərərçəkmiş şəxs6 Gulənməd oğlunun 10 fevral 2023-cü il tarixdə köçürdüyü 4000 manat, Zərərçəkmiş şəxs28 10 fevral 2023-cü il tarixdə köçürdüyü 4000 manat, X10 14 fevral 2023-cü il tarixdə köçürdüyü 7000 manat, Zərərçəkmiş şəxs7 25 aprel 2023-cü il tarixdə köçürdüyü 900 manat, Zərərçəkmiş şəxs16 28 aprel 2023-cü il tarixdə köçürdüyü 4000 manat və 01 may 2023-cü il tarixdə köçürdüyü 2000 manat məbləğində pul vəsaitləri Təqsirləndirilən şəxs adına və istifadəsində olan 5239 1515 1150 9872 nömrəli plastik kart hesabına mədaxil olunmuşdur. Köçürmələr gün ərzində saat 17:00-dan sonra həyata keçirildikdə həmin məbləğ kart hesabında növbəti iş gunü qeydə alınmışdır. (İV cild i.v. 174-201, 203) - 09 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs telefon danışıqları barədə məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə iş üzrə zərərçəkmiş şəxslərin istifadələrində olan mobil nömrələr arasında çoxsaylı qarşılıqlı zəng və mesajlar qeydə alınmışdır. Mesajların məzmununa görə, tərəflər biridigərinə ipoteka kreditinin ayrılması, sənədlərin toplanması və bu məzmunda mesajlar yazırlar, həmçinin zərərçəkmiş şəxslərin hər biri özünə aid hissədə müəyyən vaxtdan sonra işlərinin alınmadığını görüb verdikləri pulları tələb edirlər, Təqsirləndirilən şəxs isə əksər hallarda hazırda danışa bilməməsi və sonra zəng edəcəyi ilə barədə mesajlar yazır. (İV cild i.v. 172-173, 202) - 10 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş, sübut əhəmiyyəti kəsb etdiyindən "xxxx" ASC-dən 05 sentyabr 2023-cü il tarixli 2-912 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan 5239 1515 1150 9872 nömrəli plastik kart hesabından 28 vərəq çıxarış, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs telefon danışıqları barədə məlumatların əks edildiyi bir ədəd DVD disk, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 təqdim etdiyi bir ədəd DVD disk, Zərərçəkmiş şəxs22 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs ilə “vatsap” proqramı vasitəsilə apardığı yazışmaların surəti 20 vərəq və Təqsirləndirilən şəxs 2 ədəd səsli mesajının köçürüldüyü bir ədəd DVD disk, Zərərçəkmiş şəxs11 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs ilə aralarında olan danışıqların səs yazısının köçürüldüyü bir ədəd DVD disk, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 27 sentyabr 2022-ci il tarixli müqavilənin surəti, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 03 oktyabr 2022-ci il tarixli müqavilənin surəti, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 04 noyabr 2022-ci il tarixli müqavilənin əsli, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs bank kart hesabına pul köçürməsinə dair 3 ədəd qəbzin surətləri, Zərərçəkmiş şəxs8 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 13 noyabr 2022-ci il tarixli müqavilənin surəti, Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 07 dekabr 2022-ci il tarixli müqavilənin surəti, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs adına pul köçürməsinə dair bir ədəd qəbzin surəti, Zərərçəkmiş şəxs12 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 13 dekabr 2022-ci il tarixli müqavilənin surəti, Zərərçəkmiş şəxs21 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 17 dekabr 2022-ci il tarixli müqavilənin surəti, Zərərçəkmiş şəxs24 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 26 dekabr 2022-ci il tarixli müqavilənin əsli, Zərərçəkmiş şəxs25 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 27 dekabr 2022-ci il tarixli müqavilənin əsli, Zərərçəkmiş şəxs4 nümayəndəsi olduğu X20 adından Təqsirləndirilən şəxs ilə aralarında bağlanmış 13 yanvar 2023-cü il tarixli müqavilənin surəti, Zərərçəkmiş şəxs20 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 31 yanvar 2023cü il müqavilənin surəti, Zərərçəkmiş şəxs14 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 02 fevral 2023-cü il tarixli müqavilənin surəti, X22 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 16 noyabr 2022-ci il tarixli müqavilənin surəti, Ş.Bəyaliyevin Təqsirləndirilən şəxs bank kart hesabına pul köçürməsinə dair 2 ədəd qəbzin, Zərərçəkmiş şəxs28 Təqsirləndirilən şəxs bank kart hesabına pul köçürməsinə dair qəbzin surəti, Zərərçəkmiş şəxs9 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 10 fevral 2023-cü il tarixli müqavilənin əsli, Zərərçəkmiş şəxs29 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 14 fevral 2023-cü il tarixli müqavilənin əsli, Zərərçəkmiş şəxs29 Təqsirləndirilən şəxs bank kart hesabına pul köçürməsinə dair iki ədəd qəbzin surəti, Zərərçəkmiş şəxs30 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 14 fevral 2023-cü il tarixli müqavilənin əsli, Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs bank kart hesabına pul köçürməsinə dair bir ədəd qəbzin surəti, Zərərçəkmiş şəxs16 Təqsirləndirilən şəxs bank kart hesabına pul köçürməsinə dair üç ədəd qəbzin surəti maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmələri nəzərə alınmış, Şahid2 və Şahid3 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 308-ci maddələrinin tərkibi olmadığı üçün barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində rüşvət verməyə təhrik etmə, eləcə də zərərçəkmiş şəxslərin əməllərində rüşvət vermə cinayətinin tərkibi olmadığından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 310, 32.4,312-ci maddələri, zərərçəkmiş şəxslərin barələrində Azərbaycan Respublikası CM-nin 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs ofisinə daxil olub sonuncuya məxsus əşyaları götürməsi faktı ilə bağlı cinayət işindən material ayrılaraq ərazi aidiyyəti üzrə araşdırma aparılması üçün Xətai rayon polis idarəsinə göndərilmişdir. (İV cild i.v. 204-245) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qərarın 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Həmin Qərarın 4-cü bəndi ilə məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxslər də öz əmlaklarını (pullarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişlər, təqsirləndirilən şəxsin niyyəti əmlakları (pulları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin pullarının əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, həmin zərərçəkmiş şəxslərə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs fərqli olaraq, müdafiəçisinin, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində dələduzluq cinayətinin tərkibinin olmaması, Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş qismində çıxış edən şəxslərlə xidmət müqaviləsi bağlaması, mübahisənin mülki xarakterli olması, təqsirləndirilən şəxsə ittiham olunduğu əməllər üzrə bəraət verilməli olması barədə məhkəmədə etdiyi çıxışa münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddələrlə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir. Eyni zamanda, təqsirləndirilən şəxsin özü törətdiyi cinayət əməllərini səmimi etiraf edərək peşmanlığını bildirmişdir. Digər yandan, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsləri aldadaraq onların pullarını əvəzsiz və qanunsuz olaraq ələ keçirməyə yönəlmiş niyyəti onlara qarşı dələduzluq cinayətini törətməzdən əvvəl yaranmış və həmin niyyəti həyata keçirmək üçün guya ipoteka sahəsində əlaqələri olan şəxs olması barədə yalan məlumatlar vermiş, niyyətinə nail olmaq üçün zərərçəkmiş şəxslərin iradəsinə məhz aldatma yolu ilə təsir göstərmişdir. Hansı ki, bu hal, özgə pullarını ələ keçirməyin üsulu olmaqla bu hərəkətləri etməkdə təqsirləndirilən şəxsin niyyəti məhz zərərçəkmiş şəxsləri aldatmaqla pullarını ələ keçirməyə yönəlmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə “Konsanltinq xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlaması, mübahisənin mülki xarakterli olması barədə qənaətə gəlməyə hər hansı əsas vermir, nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən ipoteka kreditlərinin verilməsini təşkil etmək adı ilə pul alsa da, pul aldığı həmin şəxsləri inandırmaq məqsədi ilə öz qulluq mövqeyindən istifadə edərək bir çox hallarda aldığı pul məbləği və göstəriləcək xidmətlə bağlı aralarında müqavilə bağlamışdır. Hansı ki, Təqsirləndirilən şəxs bununla dələduzluq əməllərini pərdələmək və gələcəkdə həmin şəxslərlə aralarında mülki mübahisə görüntüsü yaratmaq niyyəti güdmüşdür. Belə olan halda, məhkəmə müdafiəçinin irəli sürdüyü dəlilləri əsassız hesab edir. Bundan başqa, iş üzrə Zərərçəkmiş şəxs3 nümayəndəsi (vəkil) Nümayəndə Təqsirləndirilən şəxs haqqındakı cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət vermiş və vəsatətini, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin təsisçisi Şahid2 və MMC-də ipoteka krediti üzrə mütəxəssis vəzifəsində işləmiş Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində iş üzrə cinayət əməllərini törətməsinə ciddi şübhələr olması və sair hallarla izah etmişdir. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı Şahid2 və Şahid3 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində isə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) tərkibi olmadığı üçün barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Eyni zamanda, məhkəmə tədqiqi zamanı da vəsatətdə qeyd olunan hallar, yəni adları qeyd olunan şəxslərin əməlində sözügedən cinayətin tərkibinin olması öz təsdiqini tapmamışdır, belə olan halda məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin nümayəndəsinin vəsatəti əsassızdır. Ona görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - təkrar; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməlləri nəticəsində zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tamamilə ödəməmiş, zərərçəkmiş şəxslərlə barışmamış, bundan irəli gələrək cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (İ cild i.v. 232) - 04 may 2023-cü il tarixli protokoldan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs həmin tarixdə könüllü olaraq Bakı şəhəri Xətai RPİ-nin 37-ci polis şöbəsinə gedib özünü təqdim etmişdir. (İİ cild i.v. 49) - 04 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxs kimi həmin tarixdə müstəntiq tərəfindən tutulmuşdur. (İİ cild i.v. 61) - 05 may 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 04 may 2023-cü il tarixdən hesablanmışdır. (İİ cild i.v. 102-106) -Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X31 01 oktyabr 2019-cu il tarixdə, X32 17 iyun 2023-cü il tarixdə doğulmuşlar. (İV cild i.v. 98-99) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini və Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə əsaslar yoxdur. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 04 may 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarına əsasən “...müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi cinayət qanununun Xüsusi hissəsində nəzərdə tutulduğu, həm də nəzərdə tutulmadığı hallarda da tətbiq edilə bilər. Lakin sonuncu halda bu cəzanın əlavə cəza kimi tətbiqi zamanı mütləq CM-in 46-cı maddəsinə istinad edilməlidir...” Məhkəmə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən və həmin maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmasa da, törədilmiş cinayətin xarakteri əsas götürülməklə, təqsirləndirilən şəxsə əlavə cəza qismində dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia məsələsinə ayrıca qiymət veriləcəkdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış təqsirləndirilən şəxsin plastik kart hesabından çıxarışlar, təqsirləndirilən şəxsin telefon danışıqları barədə məlumatların əks olunduğu disk, zərərçəkmiş şəxslərin təqdim etdikləri disklər, “vatsap” yazışmaları, müqavilələr (surətləri), pul köçürmələri barədə qəbzlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə mülki iddiaların həlli ilə bağlı məsələlər üzrə qeyd edir ki, iş üzrə müvafiq zərərçəkmiş şəxslər məhkəmə baxışı zamanı mülki iddia vermişlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə edərək özgələrin əmlaklarını ələ keçirib maddi ziyan, eləcə də xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etməsi, bununla da mülki iddiaların həmin hissədə faktiki olaraq əsaslı olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs, mülki iddiaçı Təqsirləndirilən şəxs mülki iddiaları qəbul etməsə də, bunu konkret olaraq əsaslandırmamış, sadəcə olaraq zərərçəkmişlərə dəymiş ziyanı ödəyəcəyi ilə izah etmiş, cinayət əməlini isə tam olaraq etiraf etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə mülki iddiaların maddi ziyanın tutulması ilə bağlı hissələrinə münasibətdə qeyd edir ki, belə mülki iddiaları zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs16 və Zərərçəkmiş şəxs15 qaldırmışlar. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 6000 manat, Zərərçəkmiş şəxs3 6000 manat, Zərərçəkmiş şəxs5 6000 manat, Zərərçəkmiş şəxs21 6000 manat, Zərərçəkmiş şəxs20 15000 manat, Zərərçəkmiş şəxs14 7000 manat, Zərərçəkmiş şəxs18 6000 manat, Zərərçəkmiş şəxs7 7000 manat, Zərərçəkmiş şəxs16 6000 manat, Zərərçəkmiş şəxs15 7000 manat məbləğlərində maddi ziyan dəyməsi, həmin hissələrdə mülki iddiaların verilmiş ittiham daxilində olması öz təsdiqini tapmışdır, ona görə məhkəmə hesab edir ki, mülki iddialar həmin hissələrdə əsaslı hesab olunaraq təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir; 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir; 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır; 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki iddiaçılardan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 həmçinin, onlara müvafiq olaraq 18000 manat və 1000 manat ödənilmiş və geri qaytarılmamış beh məbləği qismində maddi ziyan dəydiyini qeyd etməklə həmin məbləğlərin də mülki cavabdeh Təqsirləndirilən şəxs onların xeyrinə tutulmasını tələb etmişlər. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 iddiasını onunla izah etmişdir ki, 2022-ci ilin sentyabrında mülki cavahdehlə xidmət müqaviləsi bağlayandan sonra 2022ci ilin dekabr ayında onunla birlikdə notariat ofisində yeni alacağı mənzil sahibi ilə beh müqaviləsi bağlayaraq ev sahibinə 18000 manat pul vermiş, həmin pul ona qaytarılmamışdır. Mülki iddiaçı Zərərçəkmiş şəxs3 isə iddiasını onunla izah etmişdir ki, mülki cavahdehlə xidmət müqaviləsi bağlayandan sonra alacağı ev üçün beh qismində 1000 manat pul vermiş, həmin pul ona qaytarılmamışdır. Lakin mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 qeyd olunanlardan fərqli olaraq, burada, sübutetmə yükü üzərlərinə düşməsinə baxmayaraq, yazılı beh müqaviləsi bağladıqlarını, bu müqavilənin notariat qaydada təsdiqləndiyini, öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verilmədiyini və behin qaytarılmadığını, müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf kimi məsuliyyət daşıdıqlarını təsdiq edən sübutlarını təqdim etməmişlər, məhkəmə iclasında da belə sübutlar müəyyən və tədqiq olunmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində beh kimi ödədiyi 18000 manatın 10000 manatının ona qaytarıldığını, 6000 manatdan başqa ona 8000 manat olmaqla cəmi 14000 manat maddi ziyan dəydiyini göstərsə də, mülki iddiasında bundan fərqli olaraq 18000 manat məbləğində behin tutulmasını xahiş etmişdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, bağlandığı iddia olunan həmin beh müqavilələrinin tərəfi kimi Təqsirləndirilən şəxs çıxış etməmişdir, onun həmin mülki iddiaçılara qarşı dələduzluq cinayət əməlini törətməsi, hələ onun Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 bağladıqlarını qeyd etdikləri beh müqavilələrinin məhz onlardan asılı olmayan səbəbdən pozulması və məsuliyyət daşımaları anlamına gəlməyə əsas vermir. Bununla da, qanunla müəyyən edilmiş və mötəbər hesab olunacaq sübutlar olmadığına görə məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 mülki iddiaları həmin hissələrdə təmin edilməməlidir. Mülki prosessual qanunvericiliyin hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olması barədə tələbləri baxımından yanaşıldıqda, eyni zamanda Zərərçəkmiş şəxs3 mülki cavadehdən 622.80 manat, ayrıayrılıqda iki dəfəyə 250 manat, yenə ayrı-ayrılıqda iki dəfəyə 150 manat, 27 manat və 100 manat pul tələblərinin də əsaslı sayılması üçün hüquqi əsaslar müəyyən edilməmişdir. İlk növbədə qeyd edilməlidir ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs onu Tərtərdən 5 dəfə Bakıya gətirtdiyini, 6000 manat puldan başqa almaq istədiyi mənzil üçün 1000 manat beh verdiyini, evi tapmış maklerə 250 manat, evin qiymətləndirilməsinə 150 manat verdiyini, bununla ona 7400 manat ziyan dəydiyini göstərsə də, sonradan verilən mülki iddiada maddi ziyanın əsasları və məbləğləri bundan fərqli formada göstərilmişdir. Bununla da, Zərərçəkmiş şəxs3 məhz Təqsirləndirilən şəxs təqsirindən Bakı şəhərinə gəlmək üçün 36 gün məzuniyyət götürməli olması, buna görə hərbi qulluqçu kimi məzuniyyətdə olduğu hər günə görə aylıq pul təminatının iki qat ödənilən hissəsinin tutulmalar tutulduqdan sonra dayandırılması, nəticədə ona 622.80 manat maddi ziyan vurulması, Bakıya gəlməsi ilə əlaqədar 250 manat xərc çəkməsi, makler xidməti üçün 250 manat, evin qiymətləndirilməsi üçün 150 manat, notarius xidməti üçün 27 manat, Bakı şəhərində qalmaq üçün 100 manat xərcləməsi barədə mötəbər sübutlar təqdim edilməmiş, məhkəmə iclasında da belə sübutlar müəyyən və tədqiq olunmamışdır. Mülki iddia ərizəsinə əlavə olunmuş hərbi hissə komandanlığının arayışında bu barədə göstərilməsi, iddianın əsaslı olması barədə qənaətə gəlməyə əsas vermir, belə ki, hərbi hissə komandanlığı tərəflər arasında hansı hüquqi münasibətlərin olmasını təsdiq və ya təkzib etmək səlahiyyətinə malik deyildir. Ona görə məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs3 mülki iddiası həmin hissədə də təmin edilməməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, mülki iddiaçılardan Zərərçəkmiş şəxs1 2000 manat, Zərərçəkmiş şəxs3 20000 manat, Zərərçəkmiş şəxs20 10000 manat və Zərərçəkmiş şəxs14 3000 manat mənəvi ziyanın da mülki cavabdehdən onların xeyrinə tutulmasını xahiş etmişlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “İnsan Hüquqlarının və X19 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə iclasında mülki cavabdehin yuxarıda qeyd edilən, məhkəmə tədqiqi ilə müəyyən edilmiş sübutlarla öz təsdiqini tapmış qanunsuz hərəkətləri, mülki iddiaçıların mənəvi cəhətdən məyus olması, əmlak hüquqlarının pozulması və iztirab keçirmələri ilə nəticələnmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mülki cavabdehin qanunsuz hərəkəti nəticəsində mülki iddiaçılara mənəvi ziyan dəymişdir, ona görə də həmin zərərin əvəzi cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsini, bunun nəticəsində zərərçəkən iddiaçıların keçirdikləri mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçıların tələb etdikləri müvafiq olaraq 2000 manat, 20000 manat, 10000 manat və 3000 manat mənəvi zərər ağlabatan və ədalətli deyildir, ona görə iddia tələbi həmin hissələrdə qismən təmin edilməlidir. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, iş üzrə mülki cavabdehin mülki iddiaçılar və hazırkı halda iddia qaldırmamış zərərçəkmiş şəxslər qarşısında maddi ziyan məbləğlərini ödəmək öhdəliyi vardır, ona görə mənəvi zərərin daha artıq məbləğlərdə tutulması, maddi ziyan vurulmuş zərərçəkənlərin xeyrinə pul tutulmasını, onun ödənilməsini çətinləşdirəcəkdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsi verilərkən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iş üzrə mülki iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs16 və Zərərçəkmiş şəxs15 iddia ərizəsini verərkən müvafiq məbləğlərdə dövlət rüsumu ödəsələr də, həmin məbləğin əvəzinin mülki cavabdehdən tutulmasını tələb etməmişlər, ona görə məhkəmə hesab edir ki, sözügedən dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilməlidir. Digər mülki iddiaçılar Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs21 isə müharibə veteranı olduqları üçün iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişlər, ona görə məhkəmə hesab edir ki, həmin iddia ərizələrinin verilməsi üçün müvafiq qaydada hesablanmaqla ödənilməli olan dövlət rüsumları mülki cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə diqqətə çatdırır ki, cinayət işi üzrə digər zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməsə də (və ya tam ödənilməsə də), onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb edən həmin zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, onlara bu hüquqları izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçilərin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından dövlət hesabına təyin olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət üçün (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatına 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 04 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilsin. Maddi ziyana görə 6000 manat, mənəvi ziyana görə 300 manat, cəmi 6300 manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Zərərçəkmiş şəxs3 mülki iddiası qismən təmin edilsin. Maddi ziyana görə 6000 manat, mənəvi ziyana görə 300 manat, cəmi 6300 manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilsin. Zərərçəkmiş şəxs5 mülki iddiası təmin edilsin. Maddi ziyana görə 6000 manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs5 ödənilsin. Zərərçəkmiş şəxs21 mülki iddiası təmin edilsin. Maddi ziyana görə 6000 manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs21 ödənilsin. Zərərçəkmiş şəxs20 mülki iddiası qismən təmin edilsin. Maddi ziyana görə 15000 manat, mənəvi ziyana görə 300 manat, cəmi 15300 manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs20 ödənilsin. Zərərçəkmiş şəxs14 mülki iddiası təmin edilsin. Maddi ziyana görə 7000 manat, mənəvi ziyana görə 300 manat, cəmi 7300 manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs14 ödənilsin. Zərərçəkmiş şəxs18 mülki iddiası təmin edilsin. Maddi ziyana görə 6000 manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs18 ödənilsin. Zərərçəkmiş şəxs7 mülki iddiası təmin edilsin. Maddi ziyana görə 7000 manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs7 ödənilsin. Zərərçəkmiş şəxs16 mülki iddiası təmin edilsin. Maddi ziyana görə 6000 manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs16 ödənilsin. Zərərçəkmiş şəxs15 mülki iddiası təmin edilsin. Maddi ziyana görə 7000 manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs15 ödənilsin. Mülki iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs16 və Zərərçəkmiş şəxs15 iddia ərizələrinin verilməsi üçün dövlət büdcəsinə ödədikləri müvafiq məbləğlərdə dövlət rüsumları onların özlərinə aid edilsin. Mülki iddiaçılar Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs21 tərəfindən verilmiş iddia ərizələrinə görə dövlət rüsumu qismində mülki cavabdeh Təqsirləndirilən şəxs cəmi 163 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə dəymiş ziyanı tələb etdikləri halda, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ iş üzrə digər zərərçəkmiş şəxslərə izah edilsin. Maddi sübut qismində tanınmış "xxxx" ASC-dən 05 sentyabr 2023-cü il tarixli 2-912 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş 5239 1515 1150 9872 nömrəli plastik kart hesabından 28 vərəq çıxarış, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs telefon danışıqları barədə məlumatların əks edildiyi 01 ədəd DVD disk, Zərərçəkmiş şəxs4 təqdim etdiyi 01 ədəd DVD disk, Zərərçəkmiş şəxs22 təqdim etdiyi Təqsirləndirilən şəxs ilə “vatsap” proqramı vasitəsilə apardığı yazışmaların 20 vərəqdən ibarət surəti və Təqsirləndirilən şəxs 2 ədəd səsli mesajının köçürüldüyü 01 ədəd DVD disk, Zərərçəkmiş şəxs11 təqdim etdiyi Təqsirləndirilən şəxs ilə aralarında olan danışıqların səs yazısının köçürüldüyü 01 ədəd DVD disk, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 27 sentyabr 2022-ci il tarixli müqavilənin surəti, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 03 oktyabr 2022-ci il tarixli müqavilənin surəti, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 04 noyabr 2022-ci il tarixli müqavilənin əsli, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs bank kart hesabına pul köçürməsinə dair 03 ədəd qəbzin surəti, Zərərçəkmiş şəxs8 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 13 noyabr 2022-ci il tarixli müqavilənin surəti, Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 07 dekabr 2022-ci il tarixli müqavilənin surəti, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs adına pul köçürməsinə dair 01 ədəd qəbzin surəti, Zərərçəkmiş şəxs12 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 13 dekabr 2022-ci il tarixli müqavilənin surəti, Zərərçəkmiş şəxs21 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 17 dekabr 2022-ci il tarixli müqavilənin surəti, Zərərçəkmiş şəxs24 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 26 dekabr 2022-ci il tarixli müqavilənin əsli, Zərərçəkmiş şəxs25 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 27 dekabr 2022-ci il tarixli müqavilənin əsli, Zərərçəkmiş şəxs4 nümayəndəsi olduğu X20 adından Təqsirləndirilən şəxs ilə aralarında bağlanmış 13 yanvar 2023-cü il tarixli müqavilənin surəti, Zərərçəkmiş şəxs20 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 31 yanvar 2023cü il müqavilənin surəti, Zərərçəkmiş şəxs14 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 02 fevral 2023-cü il tarixli müqavilənin surəti, X22 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 16 noyabr 2022-ci il tarixli müqavilənin surəti, X8 Təqsirləndirilən şəxs bank kart hesabına pul köçürməsinə dair 02 ədəd qəbzin surəti, Zərərçəkmiş şəxs28 Təqsirləndirilən şəxs bank kart hesabına pul köçürməsinə dair 01 ədəd qəbzin surəti, Zərərçəkmiş şəxs9 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 10 fevral 2023-cü il tarixli müqavilənin əsli, Zərərçəkmiş şəxs29 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 14 fevral 2023-cü il tarixli müqavilənin əsli, Zərərçəkmiş şəxs29 Təqsirləndirilən şəxs bank kart hesabına pul köçürməsinə dair 02 ədəd qəbzin surəti, Zərərçəkmiş şəxs30 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 14 fevral 2023-cü il tarixli müqavilənin əsli, Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs bank kart hesabına pul köçürməsinə dair 01 ədəd qəbzin surəti, Zərərçəkmiş şəxs16 Təqsirləndirilən şəxs bank kart hesabına pul köçürməsinə dair 03 ədəd qəbzin surəti cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsınlar. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 49 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 294 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-46/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-46/2024
18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver