Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-461/2022 13.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bаkı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədi ilə 05 sentyabr 2022-ci il tarixdə saat 12:15 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanski küçəsi 70 nömrəli binanın birinci blokunun girişində Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb sonuncunun sol qoltuğunda saxladığı və içərisində bir ədəd 5 manat dətərində pul qabı, üzərində 4 manat dəyərində, balansında kontur olamayan ***-***-**-** saylı GSM nömrə olan 70 manat dəyərində “Samsung” markalı “SM-A032F/D (A03)” modelli mobil telefonu, 310 manat pulunu, iki ədəd ev açarı, iki ədəd Azərcellə məxsus 3 manatlıq danışıq kontur kartı, bir ədəd 10 manat dəyərində balansında pul olmayan pensiya kartını, bir ədəd 10 manat dəyərində şəxsiyyət vəsiqəsi, bir ədəd 2 manat dəyərində balasında pul olmayan metrokart olan 10 manat dəyərində əl çantasını dartıb alaraq açıq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 527 manat məbləğində ziyan vumıaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonunda yerləşən 8-ci kilometr bazarına evə bazarlıq etmək məqsədilə getmişdir. Bazarda gəzərkən bir nəfər qadının bazarlıq edib bazardan çıxdığını görmüşdür. Həmin qadının əlində əl çantası və bazarlıq etdiyi ərzaq məhsulları olmuşdur. Qadının əl çantasını ələ keçirmək məqsədilə qadının arxasınca getmiş və qadın ünvan 2 ünvanda yerləşən 5 mərtəbəli binanın 1-ci blokunun giriş qapısına girən zaman arxadan qadına yaxınlaşıb sol qoltuğunda tutduğu yaşıl rəngli əl çantasını dartaraq alıb qaçmışdır. Çantanın içərisindən 01 ədəd qara rəngli "Samsung" markalı mobil telefon, 01 ədəd 50 və 13 ədəd 20 manatlıq əskinazlar olmaqla ümumilkdə 310 manat pul götürmüşdür. Mobil telefonu qardaşı Orucbabaya satmaq üçün vermiş, pulları isə şəxsi ehtiyacına xərcləmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, habelə iş üzrə toplanmış digər sənədlərlə də rtam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 05 sentyabr 2022-ci il tarixdə saat təxminən 11 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8-ci kilometr bazarından müxtəlif ərzaq malları alıb evə qayıdarkən, yaşadığı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 79 saylı binanın blokuna daxil olub pilləkənları qalxmaq istəyərkən, arxadan bir nəfər şəxs sol qoltuqaltı nahiyəsində olan çantanı dartaraq götürüb qaçmışdır. Həmin şəxsin arxasınca getmiş, lakin çata bilməmiş və hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. 10 manat dəyərində olan əl çantasının içərisində bir ədəd 5 manat dətərində pul qabı, üzərində 4 manat dəyərində, balansında kontur olamayan ***-***-**-** saylı GSM nömrə olan 70 manat dəyərində “Samsung” markalı “SM-A032F/D (A03)” modelli mobil telefon, 310 manat pul, iki ədəd ev açarı, iki ədəd Azərcellə məxsus 3 manatlıq danışıq kontur kartı, bir ədəd 10 manat dəyərində balansında pul olmayan pensiya kartı, bir ədəd 10 manat dəyərində şəxsiyyət vəsiqəsi və bir ədəd 2 manat dəyərində balasında pul olmayan metrokart olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. 05 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞ-nə müraciət edərək, 05 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində naməlum şəxsin ona məxsus içərisində 310 manat olan pul qabını, üzərində ***-***-**-** saylı mobil nömrə olan bir ədəd 290 manat dəyərində “Samsung Galaxy A3" markalı mobil telefonu, iki ədəd ev açarları, iki ədəd Azərcellə məxsus 3 manatlıq danışıq kontur kartı, bir ədəd bank kartı və şəxsiyyət vəsiqəsi olan əl çantasının əlindən alaraq qaçdığını bildirmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 05 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs qarşı soyğunçuluq edərək əl çantasını alıb qaçan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmişdir. Şöbədə Təqsirləndirilən şəxs etiraf edərək, 05 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 79 nömrəli binanın birinci blokunun girişində Zərərçəkmiş şəxs sol qoltuğunda saxladığı və içərisində 310 manat olan pul qabını, üzərində ***-***-**-** saylı mobil nömrə olan bir ədəd 290 manat dəyərində “Samsung Galaxy A3" markalı mobil telefonu, iki ədəd ev açarları, iki ədəd Azərcellə məxsus 3 manatlıq danışıq kontur kartı, bir ədəd bank kartı və şəxsiyyət vəsiqəsi olan əl çantasını əlindən alaraq qaçdığını və mobil telefonu qardaşının vasitəsi ilə ünvan 3 ünvanda yerləşən lombarda satdığını bildirmişdir. Həmin mobil telefon ünvan 4 ünvanda yerləşən lombardan götürülüb materiala əlavə edilərək Təqsirləndirilən şəxs ilə birlikdə Nizami rayon polis idarəsinin istintaq şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 05 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov 4 ünvanda yerləşən, işlədiyi “Gülə-Gülə" gül mağazasında olarkən, saat təxminən 13:30 radələrində qardaşı Təqsirləndirilən şəxs mağazanın qarşısına gəlib onu çölə çağırmış və arxa cibindən qara rəngli Samsung markalı mobil telefon çıxarıb ona vermişdir. Vüsal həmin telefonu dostundan aldığını və pulunu sonradan hissə-hissə ödəyə biləcəyini demişdir. Həmin telefonu Vüsaldan götürərək pula ehtiyacı olduğuna və lombarda qoymuş olduğu ‘’Redmi" markalı telefonu götürmək məqsədi ilə saat təxminən 15 radələrində Nizami rayonunda yerləşən lombarda apararaq şəxsiyyət vəsiqəsi ilə qoymuş və lombartdan telefonun müqabilində 70 manat pul almışdır. Telefonunu lombbardda müddətin keçməsi səbəbindən əldə edə bilməmiş və telefonun müqabilində aldığı 70 manatı şəxsi ehtiyacları üçün xərcləmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda yerləşən "İphone" adlı mağazanın içərisində icarəyə yer götürüb lombard işlətmişdir. xx.xx.2022-ci il tarixdə Şahid2 bir ədəd qara rəngli “Samsung Qalaxy A03" markalı mobil telefonu təqdim edib, pula ehtiyacı olduğundan həmin telefonu girov qoyub bir ay müddətinə pul götürmək istədiyini bildirmişdir. “Samsung Qalaxy A03" markalı mobil telefona baxıb Şahid2 telefona görə 70 manat pul verəcəyini, telefonu girovdan götürərkən 70 manatdan əlavə hər aya 14 manat pul alacağını bildirmişdir. Şahid2 telefonun özünə nıəxsus olduğunu və pula ehtiyacı olduğundan girov qoyduğunu demişdir. Şahid2 şəxsiyyət vəsiqəsinin kserosurətini alıb "Samsung Qalaxy A03” markalı mobil telefonla bağlı Girov Bileti yazaraq 70 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində işlədiyi lombarda Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları gələrək girov götürdüyü qara rəngli "Samsung Qalaxy A03" markalı mobil telefonun cinayət yolu ilə əldə olunmuş əmlak olduğunu demişlər. "Samsung Qalaxy A03" markalı mobil telefonu könüllü olaraq polis əməkdaşlarına təhvil vermişdir. "Samsung Qalaxy A03” markalı mobil telefonu alarkən Şahid2 telefonun özünə məxsus olduğunu və oğurluq olmadığını bildirmişdir. İşdə olan 06 sentyabr 2022-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid3 bir ədəd qara rəngli "Samsung Qalaxy A03" markalı mobil telefonu aşkar edilərək götürülmüşdür. İşdə olan 06 sentyabr 2022-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 240 manat pul aşkar edilərək götürülmüşdür. İşdə olan 07 sentyabr 2022-ci il tarixli “təqdim olunmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12:15 radələrində bir nəfər əynində sinə hissəsində şəkil ola qara rəngli qısaqol köynək və açıq göy rəngli cins şalvar geyinmiş 25-30 yaşlarında orta boylu, arıq bədən quruluşlu şəxsin qucağında çanta qaçması müşahidə olunmuş və sorğu zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu və 05 sentyabr 2022-ci il tarixdə saat 12:15 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 79 nömrəli binanın birinci blokunun girişində bir nəfər yaşlı qadına qarşı soyğunçuluq edərək əl çantasını götürüb qaçdığını bildirmişdir. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 oktyabr 2022-ci il tarixli 9/6618 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd "Samsung" markalı "SM-A032F/D (A03)" modelli mobil telefonun komplekrləşdirilməsinə edilən aksesuarların olmaması və istifadə olması nəzərə alınmaqla 2022-ci ilin sentyabr ayına orta bazar qiyməti təxminən 170.00 manat, ***-***-**-** saylı GSM nömrə 4,0 manat müəyyən edilmişdir. İşdə olan 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Şahid3 götürülmüş bir ədəd qara rəngli “Samsung Qalaxy A03" markalı mobil telefon və Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 240 manat pul iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. 05 senyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanski küçəsi 79 nömrəli binanın birinci blokunun girişində Zərərçəkmiş şəxs qarşı soyğunçuluq edərək əl çantasını əlindən alıb qaçmasını əks etdirən görüntü olan bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli hökmünə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci tarixli Amnistiya Qərarının 2.4-cü bəndi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmədə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübutlar - bir ədəd qara rəngli “Samsung Qalaxy A03" markalı mobil telefon və 240 manat pul Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, bir ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinə əsasən, vəkilin məhkəmədə iştirak etdiyi cəmi 10 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 60 manat (10x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - bir ədəd qara rəngli “Samsung Qalaxy A03" markalı mobil telefon və 240 manat pul Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs 10 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi (VÖEN – ********** hesablaşma hesabı üzərindən) Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 60 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-461/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-461/2022
13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver