Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-462/2025 22.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxslərin müdafiəçiləri: “Arbitrium” Vəkil bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1, Müdafiəçi5 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.2004-cü il tarixdə Rusiya Federasiyası, Moskva vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Xocavənd rayonu, Xocavənd Ərazi Dairəsi, Xocavənd kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 89, mənzil 317-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs: xx.xx.1998-ci il tarixdə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Xıdırlı Ərazi Dairəsi, Xıdırlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 58, mənzil 25-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs: xx.xx.1998-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Yevlax şəhəri, Sidqi Ruhulla küçəsi, ev 5-də qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 2, mənzil 29-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 hər birinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs: xx.xx.2000-ci il tarixdə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Xıdırlı Ərazi Dairəsi, Xıdırlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 58, mənzil 25-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 bir qrup şəxs halında birləşib 16 mart 2025-ci il tarixdə, saat 20:30 radələrində alkoqol sərxoşluğu vəziyyətində Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 27 saylı binanın qarşısında olan söhbətgahın (besedka) yanında Təqsirləndirilən şəxs1 sidiyə getdiyinə görə həmin binanın sakini Zərərçəkmiş şəxs ona haqlı irad bildirməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxslə mübahisə edərək ictimai yer olan yaşayış binasının qarşısında ictimai qaydanı kobud surətdə pozub, özlərinin şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirərək cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət-ənənələri, əxlaq normalarını pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla qrup üzvləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq qrup üzvü Təqsirləndirilən şəxs1 sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ gözətrafının hematoması, qrup üzvü Təqsirləndirilən şəxs2 ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid üst dodağın sağ yarısının əzilmiş yarası, burun belinin və sağ yanağın qançırları, qrup üzvü Təqsirləndirilən şəxs3 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid alnın sağ yarısının qansızması kimi xəsarətlər yetirmiş, qrup üzvü Təqsirləndirilən şəxs4 isə özündə olan silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs sol budunun arxa səthindən bir dəfə qəsdən vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol budun arxa səthinin deşilmiş-kəsilmiş yarası kimi bədən xəsarəti yetirərək bir qrup şəxs halında qərəzli hərəkətləri ilə xuliqanlıq etmişlər. Bununla da, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs4 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında Atilla, Fərid və Hüseynlə birlikdə yeyib-içmiş, saat təxminən 20:30 radələrində Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 27 saylı binanın girişi ilə üzbəüz besetkanın ətrafındakı yaşıllıqda Hüseynin şalvarının qarşısını bağladığını görmüş və Hüseynin orada təbii ehtiyacını ödədiyini, Misirxanın da Hüseynin üzərinə getdiyini anlamış, Hüseyn tərəfə yaxınlaşdıqda Misirxanın Hüseynə irad tutduğunu eşitmiş, aralarında artıq mübahisə yaranmışdır. Bu zaman o, yanında olan qardaşı Atillanın ağız nahiyəsinin qan olmasını görüb Misirxanın onu vurmasını təxmin etmiş, bundann qəzəblənmiş və belində olan bıçağı çıxarıb Misirxanın ayağının arxa tərəfindən bir dəfə vuraraq kəsmişdir. Ara qarışdığından və o özündə olmadığından kimsə qışqırmışdır ki, hamısı qaçsın. Dava zamanı Orxan da onlara yaxınlaşıb hamını aralaşdırıb davanı sakitləşdirmək istəmişdir. Bundan sonra onlar qaçıb oradan uzaqlaşmışdır. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ancaq o, xəsarət yetirmiş, digərləri xəsarət yetirməmişdir. Hal-hazırda törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 16 mart 2025-ci il tarixdə, saat təxminən 19 radələrində Cavanşir, Fərid və Atilla ilə birlikdə yeyib-içmiş, təxminən 20:30 radələrində Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 27 saylı binanın yanından keçəndə onun yüngül formalı təbii ehtiyacı olduğu üçün Cavanşirgildən təxminən 40-50 metr aralanıb həmin binanın girişi ilə üzbəüz besetkanın ətrafındakı yaşıllığa girmiş, bu zaman Misirxan ona tərəf gəlib uca səslə orada nə etdiyini soruşmuş, o, ona “qardaşım” deyərək müraciət etmiş və öz səhvini etiraf edərək ondan üzrxahlıq etmişdir. Lakin həmin şəxs ona bildirmişdir ki, Allah eləməsin ki, onun kimi qardaşı olsun. Bu məzmunla həmin şəxslə aralarında mübahisə yaranmış və o artıq ağaclıqdan çıxıb besetkanın yanında dayanmışdır. Misirxan onun üzərinə gələrək əlilə sifətindən geri itələmiş və üzərinə gəldiyindən o da geri çəkildiyindən o, arxası üstə yerə yıxılmış, Misirxan da onun üstünə yıxılmışdır. O, içkili olduğundan heyi olmamış, bu vəziyyətdə Misirxanı vurması mümkün deyil. Misirxan onu yumruqla vurduğundan alın nahiyəsindən xəsarət almış, həmçinin Misirxanın altından çıxmaq istəyərkən əli asfalta sürtülmüşdür. Bu zaman Atilla onlara yaxınlaşmış və onu dartaraq Misirxanın altından çıxartmışdır. Daha sonra ordan qaçıb uzaqlaşmışdır. O, özünü saxlaya bilmədiyi və böyrəyində problem olduğu üçün təbii ehtiyacını təcili ödəmək zərurəti yaranmış, bunun üçün də həmin zaman münasib yer tapa bilmədiyi üçün binanın qarşısında yaşıllığa sidiyə getmək məcburiyyətində qalmış, bundan əvvəl o, ətrafa diqqətlə baxıb heç kimin olmadığına əmin olmuşdur. Hadisə baş verən zaman da ətrafda kimsə olmamış, pəncərədən kiminsə baxıb-baxmamasına isə fikir verə bilməmişdir. Həmçinin həmin vaxt nə onlar, nə də Misirxan nalayiq ifadələr işlətməmidir. Sonda barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 16 mart 2025-ci il tarixdə, saat təxminən 20:30 radələrində Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 27 saylı binanın yanından keçəndə Hüseynin yüngül formalı təbii ehtiyacı olduğu üçün besetkanın ətrafındakı yaşıllığa girmiş, bu zaman Fərid də onun yanında kiminsə gəlməməsi üçün dayanmışdır, qardaşı ilə o da kənarda dayanıb söhbət etmişdir. Daha sonra Misirxanın iti addımlarla Hüseynə tərəf getdiyini görmüş, həmin vaxt onların aralarında mübahisə yaranmış, onları aralamaq, sakitləşdirmək üçün yanlarına yaxınlaşmışdır. X2 üzərinə gələrək onu geri itələmiş, Hüseyn arxası üstə yerə yıxılmış, Misirxan da onun üstünə yıxılmışdır. O da dostu Hüseyni dartıb Misirxanın altından çıxarmaq istəmişdir. O, Misirxana heç bir xəsarət yetirməmişdir. Ola bilər ki, münaqişə zamanı istəmədən əli Misirxana dəysin, ancaq o, məqsədli şəkildə və istəyərək Misirxanı vurmamışdır. Sonda barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs3 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 16 mart 2025-ci il tarixdə, saat təxminən 19 radələrində Cavanşir, Hüseyn və Atilla ilə birlikdə kafedə olmuş, yeyibiçmişlər. Saat təxminən 20:30 radələrində Nizamı rayonu, Bəhruz Nuriyev küçəsi, 27 saylı binanın yanından keçəndə Hüseynin yüngül formalı təbii ehtiyacı olduğu üçün binanın girişi ilə üzbəüz besetkanın ətrafındakı yaşıllığa girmiş, həmin zaman o da Hüseynin yanında olmuşdur. Bu zaman binadan çıxan Misirxan qışqıra-qışqıra onlara tərəf gəlib uca səslə orada nə etdikləri soruşmuş, Hüseyn etdiyi səhvi başa düşmüş, Misirxan Hüseynə irad bildirmiş, Hüseyn ona “qardaşım” deyərək müraciət etmiş və öz səhvini etiraf edərək ondan üzrxahlıq etmişdir. X3 bildirmişdir ki, Allah eləməsin ki, onun Hüseyn kimi qardaşı olsun. Həmin şəxs adının Misirxan olduğunu demiş, özünü təqdim etmiş, Hüseynin üzərinə gələrək onu geri itələmiş, bu vaxt Hüseyn də geri çəkildiyindən arxası üstə yerə yıxılmış, Misirxan da Hüseynin üstünə yıxılmışdır. Həmin zaman artıq dava düşmüşdür. O, içkili olduğu üçün tam xatırlamasa da yadındadır ki, Atilla onlara yaxınlaşmış və Hüseyni dartaraq onun altından çıxartmışdır. Qarışıqlıq düşmüş, həmin zaman hamısı qaçmalırını demiş, onlar oradan qaçıb uzaqlaşmış və öz məhəllələrinə gəlmişlər. Münaqişə zamanı Orxan da orada olmuş, Orxan həmin məhəllədə qalır, o da onları aralaşdırmışdır. O, hadisə zamanı Zərərçəkmiş şəxs təpik vurmamış və yalnız ayırmaq məqsədilə onu itələmişdir. Sonda barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 mart 2025-ci il tarixdə, saat təxminən 20:30 radələrində şəxsi işlərilə əlaqədar yaşadığı evdən çıxaraq binalarının qarşısında saxladığı avtomobilə tərəf gedən zaman binalarının girişi ilə üzbəüz besetkanın ətrafındakı yaşıllıqların yanında bir nəfər oğlanın dayanaraq sidiyə getdiyini, bir nəfərin isə onun yanında dayanıb həmin şəxslə söhbət etdiyini görmüş, həmin şəxsə öz iradını bildirmiş, Hüseyn «nə olub ki, qaqa, niyə belə danışırsan» dedikdə, ona qaqa olmadığını, adının da Misirxan olmasını bildirmişdir. Aralarında mübahisə yaranmış, Hüseynin dostları onlara yaxınlaşmış, onlardan spirtli içki iyi gəldiyindən onların sərxoş olduğu ona məlum olmuşdur. Mübahisə zamanı o, Hüseynə deyəndə ki, “sən kimsən” Hüseyn adının «qaqqili» olmasını demişdir. Həmçinin Hüseyn artıq onunla çox yaxın məsafədə üzbəüz dayandığından o da Hüseyni itələyib ondan kənar durmasını tələb etmişdir. Bu an Hüseyn də onu itələməyə başlamışdır. Bundan sonra onlar üstünə hücum çəkərək əl və təpik zərbələri ilə onu vurmağa başlamışlar. Aldığı zərbələrdən və onu dartışdırdıqlarından o, yerə yıxılmışdır. Artıq bundan sonra o, yerdən qalxmağa çalışsa da, həmin şəxslər buna imkan verməyərək təxminən 2-3 dəqiqə ərzində əl və təpik zərbələri ilə onun sifətindən və bədəninin hər yerindən vurmuşlar. Sonra isə anidən hamısı qaçıb getmişlər. O, həmin vaxt ayağından yara almasını hiss etməmiş, sonradan ona məlum olmuşdur ki, Cavanşir bıçaqla onun ayağının bud hissəsindən vurmuşdur. Suallara cavab olaraq bildirmişdir ki, münaqişə təxminən 5-10 dəqiqə davam etmişdir. Hadisədə Orxan onları ondan ayırmağa çalışmışdır. Hadisə zamanı o söyüş söyməsə də, nalayiq ifadələrdən istifadə edilmişdir. Həmçinin təqsirləndirilən şəxslərin üzlərinə işıq düşmüş, onları həmin vaxt tanımasa da, kimin ona zərbə vurmasını görmüşdür. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur, onlarla barışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, nənəsi «Xalqlar dostluğu» metrosunun yaxınlığında yaşadığından o da uşaqlıqdan orada yaşayıb böyümüş, Hüseyn, Atilla, Cavanşir, Fərid də onun uşaqlıq dostlarıdır. 16 mart 2025-ci il tarixdə, saat təxminən 21:30 radələrində nənəsigilin məhəlləsinə getmiş, saat 23 radələrinə kimi məhəllə uşaqları ilə söhbət etmiş, sonra isə Hüseyngilin məhəlləsinə getmiş, orada Hüseyni görmüş, 5-6 dəqiqə sonra Cavanşir də gəlmişdir. Onlar hər ikisi içkili vəziyyətdə olmuşdur. Binanın pəncərəsindən Hüseynin nənəsi Nərgiz xala ilə salamlaşmış və o, onların üçünü də çay içmək üçün evə dəvət etmişdir. Onlar evə qalxmış, o, Hüseynin əlinin üstündə yüngül yara görmüş, nə baş verdiyini soruşanda Hüseyn bildirmişdir ki, yüngül əlbəyaxa davaları olmuşdur. Artıq 17 mart 2025-ci il tarixdə, saat 01 radələrində qapı döyülmüş, gələn polis əməkdaşları Hüseyngilin dava etdikləri hadisə barədə maraqlanmış, həmin vaxt Cavanşirin gödəkçəsinin qolundan böyük ölçülü bıçaq aşkar olunmuşdur. Cavanşir özü polislərə etiraf edərək dava zamanı bıçaqla kiməsə xəsarət yetirdiyi bildirmişdir. Bundan sonra Hüseyn, Cavanşir və onu 24-cü Polis şöbəsinə aparmışlar. Hüseyngilin etdikləri davada o iştirak etməmiş, polis əməkdaşları gələnədək onun hadisədən xəbəri belə olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 16 mart 2025-ci il tarixdə, saat təxminən 20 radələrində o, yaşadığı evdən çıxarkən blokun qarşısında üzdən tanıdığı, adlarını sonradan bildiyi Cavanşir, Atilla, Fərid və Hüseynlə rastlaşmışdır. Onlar dördü də möhkəm sərxoş olmuş və onunla salamlaş, Hüseyn isə ondan siqaret istəmişdir. O, siqaretinin olmadığını bildirmiş və onlar dördü ondan aralaşıb binaları ilə üzbəüz olan besetkanın yanına gedib orada dayanmışlar. Həmin zaman qonşuları Misirxanı həyətdə görmüş və salamlaşmaq üçün ona yaxınlaşmışdır. Bu an Misirxan besetkanın yanındakı yaşıllıqların arasında yüngül formada təbii ehtiyacını ödəyən Hüseynə irad bildirmişdir. Hüseyn isə Misirxana «qardaşım» deyə müraciət edib özünü saxlaya bilmədiyini demişdir. Misirxan da Hüseynə onun kimi qardaşı olmadığını deyəndə artıq onların arasında mübahisə başlamışdır. Hüseyn onun kişiliyinə və mənliyinə şübhə edən şəxs barəsində nalayiq ana söyüş söymüş, Misirxan da əllərilə Hüseynin yaxasından tutub geri itələmişdir. Həmin zaman Hüseyn, Fərid və Atilla üçü də Misirxanın üstünə düşüb onu yumruqla vurmağa başlamışlar. Misirxan artıq yerə yıxılmış və Cavanşir də şalvarının belindən çıxardığı böyük ölçülü bıçağı havada Misirxana tərəf yelləməyə başlamışdır. Bildirir ki, Hüseyngil dördü də Misirxanı döyəndə o, onları aralaşdırmağa çalışsa da, Cavanşir əlindəki bıçağı havada yellədiyindən o xəsarət alacağından ehtiyat edib kənara çəkilmişdir. Sonra isə Cavanşir yerdə yarı uzanıqlı vəziyyətdə olan zaman Misirxanın ayağının arxa tərəfindən bıçaqla bir dəfə vurmuşdur. Artıq bundan sonra Hüseyngil dördü də yerdən durub qaçıb getmişlər. Sonra Misirxan özü ayağa qalxmış və o da öz işilə əlaqədar çıxıb getmişdir. Bildirir ki, münaqişə təxminən 4-5 dəqiqə davam etmiş, ətrafda adamlar olsa da, yaxınlaşan olmamışdır. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza va Pataloji Anatomiya Birliyi X5 xx.xx.2025-ci il tarixli, 294 nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs alnın sağ yarısının qansızması, sağ gözətrafının hematoması, üst dodağın sağ yarısının əzilmiş yarası və iç səthinin qansızması, burun belinin və sağ yanağın qançırları, sol budun arxa səthinin deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd olunan deşilmiş-kəsilmiş yarası - iti kənara və şiş uca malik olan əşyanın (ola bilsin bıçağın) təsirindən, digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə alınmaları mümkündür. Dərəcəsinə görə alnın sağ yarısının qansızması, sağ gözətrafının hematoması, üst dodağın sağ yarısının əzilmiş yarası və iç səthinin qansızması, sol budun arxa səthinin deşilmiş-kəsilmiş yarası həm ayrı-ayrılıqda, həm də ki, ümumulikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Burun belinin və sağ yanağın qançırları həm ayrı-ayrılıqda, həm də ki, ümumulikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inkar olunur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-ballistik ekspertizanın xx.xx.2025-ci il tarixli, 3/479 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan köməkçi əməliyyatları (cəmdəyin doğranması, dərinin soyulması) yerinə yetirmək üçün nəzərdə tutulmuş xüsusi təyinatlı ov bıçaqlarına uyğun gəlir, soyuq silah hesab edilmir və üzərində sonradan düzəliş edilməmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza va Pataloji Anatomiya Birliyi X5 xx.xx.2025-ci il tarixli, 16/294 nömrəli ekspertiza rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs sol budun arxa səthinin deşilmiş-kəsilmiş yarası - deşici-kəsici əşyanın (bıçağın) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə alınması mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətin lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, həmin xəsarət ekspertizaya təqdim edilmiş bıçağın və ona oxşar digər bıçaqların da təsirindən törənə bilərdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən Təqsirləndirilən şəxs4 etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs4 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməli isə düzgün olaraq Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə baxışı zamanı CM-nin 221.2.1-ci maddəsi ilə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxslərin məhkəməyə verdiyi həmin ifadələr həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxs və şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri, ekspertiza rəyi, və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onların bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Beləliklə, təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs4 CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. CM-nin 221.2.1-ci maddələrinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs4 törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı təqsiləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs4 xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-94/2025 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, o, xx.xx.2025-ci il tarixdən hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2025ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə də barələrində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, onlar hər ikisi ibtidai istintaq dövründə 02 gün müddətinə tutulmuşdur. Təqsirləndirilən şəxs3 xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə də barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Nizami rayon Polis İdarəsində maddi sübutların saxlanılma anbarına təhvil verilmiş 01 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq xüsusi müsadirə edilərək dövlət nəfinə alınmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc Təqsirləndirilən şəxs4 tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 müdafiəçisinin məhkəmədə iştirak etdiyi müddət cəmi 41 iş saatı müddətinə bərabər olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 451 manat (41x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi5 dövlət büdcəsi hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 müdafiəçisinin məhkəmədə iştirak etdiyi müddət cəmi 45 iş saatı müddətinə bərabər olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 495 manat (45x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi4 dövlət büdcəsi hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 müdafiəçisinin məhkəmədə iştirak etdiyi müddət cəmi 55 iş saatı müddətinə bərabər olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 605 manat (55x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi3 dövlət büdcəsi hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 müdafiəçisinin məhkəmədə iştirak etdiyi müddət cəmi 43 iş saatı müddətinə bərabər olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 473 manat (43x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi1 dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutulduğu və həbsdə saxlanıldığı 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulduğu və həbsdə saxlanıldığı 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 17 mart 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsində maddi sübutların saxlanılma anbarına təhvil verilmiş 01 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq xüsusi müsadirə edilərək dövlət nəfinə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 64 manat (altmış dörd manat) Təqsirləndirilən şəxs4 tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs4 41 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi5 451 (dörd yüz əlli bir) manat əmək haqqı Bakı şəhəri 06 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 45 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi4 495 (dörd yüz doxsan beş) manat əmək haqqı Bakı şəhəri 06 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 55 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi3 605 (altı yüz beş) manat əmək haqqı Bakı şəhəri 06 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs3 43 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi1 473 (dörd yüz yetmiş üç) manat əmək haqqı Bakı şəhəri 06 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №1(007)-462/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-462/2025
22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver