Məhkəmə qərarları › İş №1(007)-464/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-464/2022

15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-464/2022 15.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızı, Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs , Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1995-ci il tarixdə Baki şəhərində anadan olmuş, orta təhsilli, subay, əvvələr məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanda yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-isifadə yolu ilə özgənin əmlakinı ələ keçirmək məqsədilə 05 avqust 2022-ci il tarixdə, saat 18 radələrində, Zərərçəkmiş şəxs tərəfindən satılan mopedi almaq adı ilə Baki şəhəri Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında sonuncu ilə görüşüb Zərərçəkmiş şəxs 1800 manat dəyərində “Joka 2” markalı mopedi işləmə vəziyyətini yoxlamaq üçün sürmək adı ilə istəyib geri qaytaracağına dair yalan vəd verərək etibarından sui-istifadə edib aldatma yolu ilə alaraq ələ keçirib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1800 manat dəyərində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs oğlu ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 25 avqust 2022-ci il tarixdə Tap.az səhifəsində moped satış elanını görmüş və saytda yerləşdirilmiş nömrə ilə əlaqə saxlamış, mopedi satan şəxslə Qara Qarayev prospekti, Nefçilər metrostansiyanın yaxınlığında görüşmüşdür. O, mopedin sahibi ilə qiymət müzakirəsini etdikdən sonra, onlar 1300 azn məbləğə razılaşmışlar. O Zərərçəkmiş şəxs 20 manat pul verib, moped yoxlamaq üçün sürmək istədiyini bildirdikdə, Zərərçəkmiş şəxs da ona güvənərək mopedin açarların təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs mopedin mühərrikini işə salaraq hadisə yerindən uzaqlaşmışdır. Mopedi isə 2 gün sonra Nizami rayonu ərazisində tanımadığı şəxsə 200 azn müqabilində satmışdır. Təqsirləndirilən şəxs özünü verilmiş ittiham üzrə təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəyən ziyanı tamamilə ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, özünə məxsus olan “Joka 2” markalı mopedini 1400 manat müqabilində satmaq üçün “Tap.az” internet səhifəsində elan yerləşdirmişdir. xx.xx.2022-ci il saat 18 radələrində ona zəng gəlmiş, özünü təqdim etməyən şəxs mopedi almaq istədiyini birdirmişdir. Daha sonra onlar Nizami rayonu ərazisində yerləşən “Arbat” restoranının qarşısında görüşüb, qiymətlə bağlı razılaşdıqdan sonra, həmin şəxs mopedi sürüb yoxlamaq istədiyini bildirmişdir. Şəxsə açarları təqdim etdikdən sonra, şəxs mopedi sürüb oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ona vurmuş olduğu zərəri tam ödədiyini, ondan heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-cü maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1, 179.1,185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs cinayət məsuliyyətindən azad edilir. Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2022ci il tarixli ərizəsinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur, onunla barışmışdır, cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən müəəyyən edilir ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəmişdir, onunla barışmışdır, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə «başqa yerə getməmək barədə» qətimkan tədbiri seçilmişdir. CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş «başqa yerə getməmək barədə» qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 174 (yüz yetmiş dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar