Məhkəmə qərarları › İş №1(007)-464/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-464/2023

09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-464/2023 09.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X8 Əziz oğlunun sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1961-ci ildə Lənkəran rayonunun Separadi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 12-ci, “Elektrik təhlükəsizliyi. Ümumi tələblər.” 12.1.019-79 DST-nin 3.4.1-ci və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli, 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.5.14.3 və 2.5.14.7-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, "xxxx" ASC X6 və Satış İdarəsinin balansında və istismarında olan “Ağ Şəhər-2” 214 arası 35 kVluq yüksək gərginlikli hava elektrik xəttinin Nizami rayonu Keşlə qəsəbəsi Qafqaz küçəsindən keçən hissəsində, xəttin altında, yüksək gərginlikli hava elektrik xəttinin mühafizə zonasında yerləşən torpaq sahəsində Nizami Rayon İcra Hakimiyyətinə müvafiq qaydada müraciət etmədən və yüksək gərginlikli elektrik hava xəttini istismar edən Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsi ilə razılaşdırmadan 2022-ci ilin dekabr ayının sonlarından 2023-cü ilin fevral ayının əvvəllərinədək olan müddət ərzində qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icazə almadan həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərindən yüksək gərginlikli hava elektrik ötürücü xəttinin keçdiyini açıqaşkar əvvəlcədən görüb bildiyi halda, “Ağ Şəhər-2” 214 arası 35 kV-luq hava elektrik xəttinə elektrik enerjisinin verilişini dayandırmadan həmin xəttin altında fərdi yaşayış evinin damının quraşdırılması ilə bağlı tikinti işləri aparmış, 11 fevral 2023-cü il tarixdə evinin damının vurulması işlərinə cəlb etdiyi Zərərçəkmiş şəxs1 tikinti yerinə gələrək evin damına çıxmış və bilmədən damın üzərindən keçən “Ağ Şəhər-2” 214 arası 35 kV-luq yüksək gərginlikli hava elektrik xəttinə əlində olan dəmir alətlə toxunaraq elektrik cərəyanının təsirindən aldığı termiki yanıq xəsarətlərindən hadisə yerində ölmüş, bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkəsinin mühafizə zonasında ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan tikinti işləri aparmışdır. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 222-2.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 222-2.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, ünvan 2ında yerləşən torpaq sahəsini təxminən 2000-ci ildə satın almış və fərdi yaşayış evi inşa edərək ailə üzvləri ilə birlikdə yaşamağa başlamışdır. Təxminən 2008-ci ilin fevral ayının əvvəllərində həmin torpaq sahəsində, yaşadığı evin qarşısında yeni ev inşa etməyə başlamış və 2008ci ilin iyun ayının əvvəllərində iki mərtəbəli fərdi yaşayış evi inşa edərək tikintisini başa çatdırmışdır. 2022-ci ilin dekabr ayının sonlarında evin damının quraşdırılması işlərinə cəlb etdiyi usta işləyən tanışı Zərərçəkmiş şəxs1 11 fevral 2023-cü il tarixdə damın quraşdırılması işlərini apardığı zaman ehtiyatsızlıqdan evin üzərindən keçən yüksək gərginlikli elektrik xəttinə toxunmuş və elektrik cərəyanının təsirindən hadisə yerində ölmüşdür. Tikinti işlərinin aparıldığı fərdi yaşayış evi özünə məxsusdur və tikinti işləri onun göstərişi ilə aparılmışdır. İnşa etdiyi fərdi yaşayış evi, eləcə də evin damının quraşdırılması ilə bağlı apardığı tikinti işləri ilə əlaqədar heç bir icazə almamışdır. Torpaq sahəsini əldə edərkən və orada tikinti işlərini apararkən həmin torpaq sahəsinin və fərdi yaşayış evinin üzərindən yüksək gərginlikli hava elektrik xəttinin keçməsi və fərdi yaşayış evinin həmin xəttin mühafizə zonasına düşməsi barədə məlumatı olmuşdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışmışdır. Məhkəmədən barəsində qərar qəbul edilərkən 63 yaşının olmasının, açıq ürək əməliyyatı keçirməsini, özünün və həyat yoldaşının xəstəliyinin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində bildirmişdir ki, atası Zərərçəkmiş şəxs1 2022-ci ilin dekabr ayının sonlarında Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi Qafqaz küçəsində yerləşən Təqsirləndirilən şəxs məxsus 38/2 nömrəli fərdi yaşayış evinin damının quraşdırılması işlərinə başlamışdır. Atası 11 fevral 2023-cü il tarixdə damın quraşdırılması işlərini yekunlaşdırmaq üçün qeyd olunan ünvana getmişdir. Atası tikinti işləri apardığı zaman ehtiyatsızlıqdan evin üzərindən keçən yüksək gərginlikli elektrik xəttinə toxunmuş və elektrik cərəyanının təsirindən aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Atası Zərərçəkmiş şəxs1 usta kimi işlədiyi fərdi yaşayış evinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşməsi barədə hadisədən sonra məlumatı olmuşdur. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi Qafqaz küçəsindən keçən “Ağ şəhər-2” 214 arası 35 kV-luq hava xətti Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin balans və istismarındadır. 11 fevral 2023-cü il tarixdə Xətai Rayon Enerji Təchizatı və Satış İdarəsinin balans və istismarında olan “Ağ şəhər-2” 214 arası 35 kV-luq yüksək gərginlikli hava elektrik xəttinin Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi Qafqaz küçəsində yerləşən 38/2 nömrəli fərdi yaşayış evinin üzərindən keçən hissəsində, xəttin mühafizə zonasında Təqsirləndirilən şəxs tərəfindən inşa edilmiş fərdi yaşayış evinin damının vurulmasında işləyən Zərərçəkmiş şəxs1 evin damının üzərindən keçən elektrik xəttinə toxunaraq elektrik cərəyanının təsirindən hadisə yerində ölmüşdür. Təqsirləndirilən şəxs ünvan 2ında tikinti işlərinin aparılmasına dair heç bir icazə almamış və tikinti işlərinin aparılmasını "xxxx" ASC Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsi ilə razılaşdırmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" ASC Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin Səyyar Əməliyyat Briqadası üzrə elektrik montyoru Şahid1 ifadəsində bildirmişdir ki, vəzifəsi təhkim olunduğu ərazi üzrə avadanlıqların etibarlı və qəzasız işini təmin etməkdən, ərazi üzrə, eləcə də yarımstansiyalar üzrə normal rejimin bütün pozuntuları haqqında məlumat verməkdən və s. ibarətdir. 12 fevral 2023-cü il tarixdə işə getdiyi zaman məlumatı olmuşdur ki, 11 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi Qafqaz küçəsində yerləşən Təqsirləndirilən şəxs məxsus 38/2 nömrəli fərdi yaşayış evinin damının quraşdırılması ilə bağlı tikinti işləri apararkən evin üzərindən keçən 35 kV-luq yüksək gərginlikli elektrik xəttinə toxunaraq elektrik cərəyanının təsirindən ölmüşdür. Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi Qafqaz küçəsindən keçən “Ağ şəhər-2” 214 arası 35 kV-luq hava xətti Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin balans və istismarındadır. Təqsirləndirilən şəxs tərəfindən ünvan 2ında yerləşən fərdi yaşayış evinin damının quraşdırılması ilə bağlı tikinti işlərinin aparılmasına dair heç bir icazə alınmamış və tikinti işlərinin aparılması "xxxx" ASC Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsi ilə razılaşdırılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" ASC Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin 1-ci şəxs operativ personalı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş mərhum zərərçəkmişin qardaşı Şahid3 zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş meyitin ekspertizasına dair 11 fevral 2023-cü il tarixli 46 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 meyiti yanıb-hissəvi kömürləşməyə məruz qalmışdır. Kömürləşmə fonunda meyitin bədənində hər hansı bir xəsarət və xəsarət izləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs1 ölümünə səbəb yüksək gərginlikli elektrik cərəyanı təsirindən termiki yanıq olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən təxminən 2- 4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsindəı metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 17 mart 2023-cü il tarixli 10/1753 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 12-ci bəndinin, “Elektrik təhlükəsizliyi. Ümumi tələblər.” 12.1.019-79 DST-nin 3.4.1 bəndinin və “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.5.14.3, 2.5.14.7 bəndlərinin tələbləri pozulmuşdur. 35 kV-luq “Ağ-şəhər 2-214” adlı hava elektrik xəttinin istismarçısının rəsmi razılığı olmadan xəttin mühafizə zonasında tikili inşa edildiyinə və tikilinin dam hissəsindən tikili ilə ara məsafəsi gözlənilməmiş 35 kV-luq hava elektrik xəttinin keçməsinə baxmayaraq xəttə elektrik enerjisinin verilişinin dayandırılması təmin edilmədən xəttin yaxınlığında dam örtüyünün dəyişdirilməsi işi aparıldığına görə, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 12-ci bəndinin, “Elektrik təhlükəsizliyi. Ümumi tələblər.” 12.1.019-79 DST-nin 3.4.1 bəndinin və “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.5.14.3, 2.5.14.7 bəndlərinin tələbləri hadisə baş vermiş fərdi yaşayış evinin sahibi tərəfindən pozulmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən verilmiş 20 iyun 2023-cü il tarixli 5-16/1-812/23 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Təqsirləndirilən şəxs tərəfindən inşa edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən fərdi yaşayış evinin inşa olunması barədə Nizami RİH-ə heç bir müraciət daxil olmamış, eləcə də tikinti-quraşdırma işlərinin aparılmasına Nizami Rayon İcra Hakimiyyəti tərəfindən heç bir icazə verilməmişdir. - "xxxx" ASC Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş 21 iyun 2023-cü il tarixli XŞ-23/129 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiqlənmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.5 bəndində göstərildiyi kimi istehlakçı "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən ona məxsus elektrik qurğularının qorunmasını, onlara sərbəst keçməyi və yanaşmağı təmin etməli, həmçinin kabel və hava elektrik verilişi xətlərinin mühafizə zonalarında hər hansı bir obyektin tikintisinə, materialların yığılmasına, kabel və hava elektrik verilişi xətləri mənsub olan təşkilatın icazəsi olmadan torpaq və tikinti işlərinin aparılmasına yol verməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 14-cü bəndində göstərildiyi kimi “Elektrik şəbəkələrinin normal işini pozan, onların zədələnməsinə və yaxud bədbəxt hadisələrə səbəb ola biləcək hər bir fəaliyyət növü qadağan edilir.” Eyni zamanda Qaydaların 33-cü bəndində göstərildiyi kimi “Bu Qaydaların tələblərini yerinə yetirməməkdə, habelə gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin normal işini pozmaqda müqəssir sayılan vəzifəli şəxslər və vətəndaşlar qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmalıdırlar”. Y/St “Ağ Şəhər-2” - Y/St 214 arası 35 kV-luq EVX (3-cü İEM) "xxxx" ASC, Xətai RETSİ-nin balansındadır. Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi Qafqaz küçəsində yerləşən 38/2 nömrəli fərdi yaşayış evinin sakini Təqsirləndirilən şəxs tikinti işləri aparması haqqında Xətai RETSİ-yə heç bir məlumat verməmiş və "xxxx" ASC Xətai RETSİ tərəfindən Qafqaz küçəsində yerləşən 38/2 nömrəli fərdi yaşayış evinin sakini Təqsirləndirilən şəxs tikinti işləri aparması barəsində heç bir yazılı və şifahi icazə verilməmişdir. 35 kV-luq hava xəttinin mühafizə zonası - 15 metrdir. Qafqaz küçəsində yerləşən 38/2 nömrəli fərdi yaşayış evi həmin mühafizə zonasında tikilmişdir. - Keşlə bələdiyyəsi tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli 100-k nömrəli məktubdan görünür ki, Keşlə qəsəbəsi Qafqaz küçəsi 38/2 ünvanındakı və ətrafdakı torpaq sahəsi Keşlə bələdiyyəsinin mülkiyyətində deyil. Təqsirləndirilən şəxs adına Keşlə bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. - Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 22 iyun 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akad.C.Abdullayev adına X1 tərəfindən verilmiş 25 may 2015-ci il tarixli və 20 iyun 2015-ci il tarixli 1772 nömrəli epikrizlərdən görünür ki, Təqsirləndirilən şəxs ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 222-2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayətlərinin və tələblərinin olmamasını, onlarla barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CMnin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə münasibətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınan yuxarıda sadalanmış halların məcmusunu rəhbər tutaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, habelə cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini təmin etmək üçün Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən edilməli və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 33 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 198 manat (33x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə Probasiya idarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya idarəsinə həvalə edilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs 33 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 198 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar