Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-465/2023 25.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X5 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1986-cı ildə, Naxçıvan MR Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi sürücü işləyən, məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi İstixana komb. ev 25 mənzil 2-də qeydiyyatda olub yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 mart 2023-cü il tarixdə saat 04:10 radələrində «BC» dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasənda idarə etdiyi «X13» markalı, 99-NB- Ü81 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu, H.Əliyev prospekti ilə Mərkəz-Hava Limanı istiqamətinə «Koroğlu» metrostansiyasının qarşısından keçən hissəsində 90 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələbləri pozub həmin yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ tin hissəsi ilə ehtiyatsızlıqdan vurub sağlamlığa ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid kəskin qanitirmə ilə müşayiət olunan sağ baldır sümüklərinin açıq, qəlpəli, yerdəyişmiş, mürəkkəb sınıqları və əzilmiş-cırılmış yarası, sol alın nahiyəsinin əzilmiş cırılmış yarası və yümşaq toxumasının qansızmasından ibarət xəsarətləri yetirmiş, həmin xəsarətlərdən sağ baldır sümüklərinin sınıqları nəticəsində kəskin qanitirmə Zərərçəkmiş şəxs hadisə yerində ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 3 ay müddət olar ki, etibarnamə əsasında Şahid adma olan “X8” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir, həmin avtomobillə ayrı-ayrı turizim şirkətlərinin sifarişi əsasında sərnişin daşıyır. xx.xx.2023-ci il tarixdə gecə saatlarında idarə etdiyi həmin avtomobillə evimə yola düşmüşdür. Həmin gün saat saat 04:10 radələrində Bakı şəhəri, Nizami rayonu, metronun “Koroğlu” stansiyası yaxınlığında, H.Əliyev prospektinin əsas yolunda, “Mərkəz - Hava Limanı” istiqamətində 90 km/saat sürətlə hərəkətdə olan zaman görmüşdür ki, irəlidiə iki avtomobil gedir. Həmin vaxt ondan 50 metr irəlidə yolun sağ tərəfindən bir qadının qeyd etdiyi avtomobillər keçdikdən sonra avtomobil yolunun qarşı tərəfə keçmək istədiyini görmüşdür. Siqnal vermiş, hesab etmişdir ki, qadın ya dayanar, yaxud da geri qayıdar. Lakin qadın hərəkətini davam etdirib avtomobil yolunun ortasına qədər çatmış, həmin an ondan yayınmaq üçün sürətini artırıb orta zolaqdan sol zolağa keçmiş, fikirləşmişdir ki, bu yolla qadını vurmaz. Həmin vaxt qadın qaçaraq yolu keçmək istəmiş, əyləci basıb sürəti aşağı salmağa çalışsa da mümkün olmamış və nəticədə qadının ayağı avtomobilin sağ qarşı təkəri altında qalmış və o fırlanaraq sağ güzgüyə dəyib yerə yıxılmışdır. Avtomobili qarşıda dayandırıb təcili avtomobildən düşüb qadına ilkin yardım etməyə çalışmışdır. Qadının nəbzini yoxlayan zaman onun sağ olduğunu hiss etmiş, həmin vaxt arxadan gələn avtomobilərin sürücülərindən yardım istəmişdir. Yolla gedən avtomobillərdən birinin sürücüsü ilə qadını öz avtomobilənə qaldırıb təcili onu 3 saylı Sabunçu xəstəxanasına aparmışdır. Xəstəxananın qəbul şöbəsində həkimlər gəlib qadını müayinə edən zaman onun artıq öldüyünü bildirmişlər. Özü orada dayanıb polisin gəlməsini gözləmiş, daha sonra müstəntiqlə hadisə yerinə gəlib baxış keçirilməsində iştirak etmişdir. Sonra məlum olmuşdur ki, vurduğu qadın Zərərçəkmiş şəxsdır. Onun oğlu X7 ilə əlaqə saxlayıb görüşmüş, dəfn və yas mərasimini təmin etmişdir. Zərərçəkmiş şəxs hüquqi varisi Vüsal İsmayılovla barışmışdır. Zərərçəkənin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş tərəfin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 göstərmişdir ki, 23 mart 2023-ci il tarixdə Suraxanı rayonu Yeni Nizami rayonu H.Əliyev prospektində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş Zərərçəkmiş şəxs onun anasıdır, yuxarıda göstərilən ünvanda birlikdə yaşayırmışlar. Başqa ailə üzvü yoxdur. Belə ki, anası atası boşanmış, bir bacısı isə ərə getməklə başqa ünvanda yaşayır. Anası ünvan 1 04 radələrində evdən çıxıb, manatlıq taksilərlə Koroğlu metrostansiyasının qarşısına gedir və oradan da yolun digər tərəfinə keçərək şəhər istiqamətinə, yəni Nərimanov rayonuna iş yerinə yenə manatlıq taksi ilə gedirmiş. 23 mart 2023-cü il tarixdə təxminən saat 08 radələrində yuxudan oyanmış və telefonuna baxmışdı ki, qohumları tərəfindən bir neçə zəng gəlmişdir. Onlarla əlaqə saxladıqda bildirmişlər ki, anası «Koroğlu» metrosunun qarşısında yolu keçən zaman minik avtomobili vurub və hadisə yerində ölmüşdür. Sonradan ona məlum olmuşdur ki, anasını vuran «X13» markalı avtomobil olmuşdur. Həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs qohumları yas mərasimində iştirak etmişlər, dəfn və yasla bağlı yardım göstərmişdir, təqsirləndirilən şəxs tərəfindən hadisə ilə bağlı onlara dəymiş ziyan tam ödənilmiş, onunla barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla dostluq münasibətləri vardır. Təqsirləndirilən şəxs işsiz olduğundan onun xahişi ilə ailəsini dolandırmaqdan ötrü özünə məxsus olan «Mersedes-Benz Vito» markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobili 18 yanvar 2023-cü il tarixdə etibarnamə əsasında sürmək üçün İlkinə vermişdir. 23 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək bildirmişdir ki, həmin avtomobillə hərəkətdə olarkən Bakı şəhəri, Nizami rayonu, Koroğlu metrosunun qarşısında yolu sağdan sola keçən piyadanı vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində xəsarət alan piyada, sonradan adını bildiyi Zərərçəkmiş şəxs ölmüşdür. Onu da qeyd edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan «Mersedes-Benz Vito» markalı avtomobilə cüzi ziyan dəymişdir. Lakin, Təqsirləndirilən şəxs qarşı heç bir mülki iddiası və tələbi yoxdur. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 81 №-lı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs meyiti üzərində olan xəsarətlər: kəskin qanitirmə ilə müşayiət olunan sağ baldır sümüklərinin açıq, qəlpəli, yerdəyişmiş, mürəkkəb sınıqları və əzilmiş-cırılmış yarası, sol alın nahiyəsinin əzilmiş cırılmış yarası və yümşaq toxumasının qansızması xəsarətləri bərk küt əşya təsirindən törənmişlər, xx.xx.2023-ci ildə piyada qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təşlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərini daşıyırlar və baş vermiş ödümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxsnun ölümünə sağ baldır sümüklərinin sınıqları nəticəsində kəskin qanitirmə səbəb olmuşdur. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 26 may 2023-cü il tarixli 8/1410 №-li rəyi ilə müəyyən edilmişdir ki, «Mersedes-Benz Vito» markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxsnın hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışığın əldə olunması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınır. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X3 notarial qaydada təsdiq edilmiş ərizəsinə və məhkəmə icraatı zamanı məhkəməyə təqdim etmiş olduğu ərizəyə əsasən təqsirləndirilən şəxsə qarşı hər hansısa şikayət və tələbinin olmadığı, ona dəymiş zərərin tam ödənildiyi və təqsirləndirilən şəxslə barışdığı müəyyən edilmişdir. İş materiallarında olan AZ-İİİ 561841, AZ-İV 116402, AZ-İV438129 seriyalı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2020-ci il təvəllüdlü uşaqları var. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, dəymiş ziyanla bağlı zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasınını, himayəsində 3 azyaşlı uşağının olmasın cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış “X14” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınmalı, DİN NHİX-ti tərəfindən yazılmış video görüntünü özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay (bir il altı ay) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il 06 ay (üç il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan “X14” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan DİN NHİX-ti tərəfindən yazılmış video görüntünü özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X6 ödənilmək üçün 138 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-465/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-465/2023
25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver