Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-469/2022 15.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X4 Məhkəmə iclasının katibi: X6 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: X9, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 06 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1957-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də direktor müavini vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X11 xx.xx.2020-ci il tarixli əmək müqaviləsi və həmin tarixli 01/A nömrəli əmrlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktor müavini vəzifəsində işləməklə, xx.xx.2021-ci il tarixli 12/K nömrəli əmrlə MMC-də icarəyə götürülmüş obyektlərdə görülən işlərə və avadanlıqlara texniki xidmətlərin göstərilməsinə cavabdeh şəxs olmaqla, xx.xx.2020-ci il tarixli vəzifə təlimatının 2-ci bəndinə əsasən müəssisədə quraşdırılmış avadanlıqlara texniki xidmətin göstərilməsini təşkil edilməsi, həmin avadanlıqlarda aşkar edilən nasazlıqların aradan qaldırılması üçün tədbirlər görməsi, işçilər tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət edilməsi vəzifələri həvalə olunmuş şəxs kimi «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST»nün 1.2, 2.15-ci bəndlərinin tələblərinə əsasən istehsalat avadanlığının təhlükəsizliyini konstruksiyasında nəzərdə tutulmuş və ya konstruksiyasına daxil olmayan qoruyucu (mühafızəedici) vasitələrin tədbiqini təmin etməli, istehsalat avadanlıqlarının təhlükə mənbəyi olan hərəkətli hissələrinin qoruyucu vasitələrlə təchiz olunmasını və ya işçilərin onlara toxunmasını istisna edən şəraitdə yerləşdirilməsini, yaxud zədələnmələrin qarşısını alan digər vasitələrin tətbiqini təmin etməli olduğu halda, texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarını pozaraq "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən beton istehsalı qovşağında istifadə olunan qurğunun hərəkətdə olan hissələrinin (barabanın) üzərinin mühafizə vasitələri (qoruyucu örtük) ilə örtülməsini təmin etməmiş və nəticədə xx.xx.2022-ci il tarixdə saat 09 radələrində MMC-də xx.xx.2020-ci il tarixli əmək müqaviləsi ilə mexanik vəzifəsində işləyən Zərərçəkmiş şəxs həmin qovşaqda beton istehsalı zamanı üzərində tikinti materiallarının hərəkətini təmin edən üfüqi konveyrin baraban və lentinin arasında olan qum topasını təmizləmək üçün taxta parçasını sol əli ilə baraban və lentin arasına salarkən əlinin baraban və lentin arasında qalaraq əzilməsi səbəbindən ehtiyyatsızlıqdan sonuncunun bazu kələfinin zədələnməsi və sıxılma sindromu, sol qolun iflici ilə nəticələnən sol yuxarı ətrafın əzələ və yumşaq toxumalarının əzilməsi və hematoması xəsarətləri ilə müşayiət edilən sağlamlığına ağır zərər vurulmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs X11 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də direktor müavini vəzifəsində xx.xx.2020-ci il tarixdən işləyir. Zərərçəkmiş şəxs MMC-nin ünvan 2 ünvanında icarəyə götürdüyü beton qovşağında fəaliyyət göstərmiş, işə daxil olarkən onunla əmək müqaviləsi bağlanılmış, ona təhlükəsizlik qaydalarına riayət edilməsi ilə əlaqədar təlimatlar verilməklə, iş zamanı baş verə biləcək bədbəxt hadisələr barədə məlumat verilmişdir. MMC Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində beton istehsalı və satışı fəaliyyətini həyata keçirir. Beton sifariş olunduqda beton qovşağında istehsal üçün əvvəlcə traktorlar vasitəsilə bunker adlanan qurğunun içərisinə qum, şebel, atsept, qrabel və s. tikinti materialları əlavə edilir, daha sonra bunkerin altında quraşdırılmış tərəzi vasitəsilə adı çəkilən tikinti materialları qarışıq formada çəkisi ölçülməklə beton qarışdıran avtomobillərə ötürülür, bunker içərisinə əvvəlcə adı çəkilən tikinti materiallarının əlavə edilməklə su ilə qarışdırılması üçün istifadə edilir. Bunker qeyd olunan tikinti materialları ilə dolduqdan və materiallar bir-biri ilə qarışdırıldıqdan sonra bunker həmin tikinti materiallarını qarışıq formada əvvəlcə altında quraşdırılmış tərəziyə, tərəzi isə müvafiq normaya uyğun çəkidə həmin tikinti materiallarını hissə-hissə birbaşa beton qarışdıran avtomobillərə ötürür. Beləliklə, bunkerin funksiyası yalnız qumu, suyu, atsepti və qrabeli bir-biri ilə qarışıq vəziyyətdə saxmaqdan ibarətdir. Tərəzi isə müvafiq normaya uyğun çəkidə həmin tikinti materiallarını beton qarışdıran avtomobilə tərəf üfüqi konveyr vasitəsilə istiqamətləndirir ki, beton qarışdıran avtomobil də həmin materialları bir-biri-ilə müəyyən müddət ərzində qarışdırıb həll edərək beton halına gətirir. Beton tərəzidən avtomobillərə üfüqi konveyr vasitəsilə ötürülür. Üfüqi konveyr istehsalat zamanı daimi hərəkətdə olur. Üfüqi konveyr tərəzinin altında quraşdırılmış barabanın fırlanması ilə əlaqədar hərəkət edib, üzərinə tərəzidən tökülmüş inert materialını, yəni qum, atsept və digər tikinti materiallarını yuxarıya doğru aparıb avtomobillərə boşaldır. Konveyrin üzərində tikinti materiallarını daşıyan hissəsi rezindir. Beləliklə, baraban fırlandıqca, koveyr hərəkət edir, rezin lent isə hərəkət edərək üzərində olan qum, atsept və digər tikinti materiallarını avtomobilə doğru aparır. 23 may 2022-ci il tarixdə işdə olmadığı vaxt ona MMC-də mexanik vəzifəsində işləyən Zərərçəkmiş şəxs iş zamanı xəsarət alması barədə məlumat verilmiş, o, məlumatı aldıqdan sonra dərhal zavoda gedib, Zərərçəkmiş şəxs mülki avtomobillə xəstəxanaya aparılmasını təmin etmişdir. Bundan sonra ona bildirilmişdir ki, həmin gün səhər saat 09 radələrində Zərərçəkmiş şəxs işə getmiş, əvvəlcədən verilmiş xüsusi iş geyim və təhlükəsizlik ləvazimatlarını geyindikdən sonra texnikaların vəziyyətinə baxış keçirmişdir. Qeyd etdiyi qaydada zavodda istehsal həyata keçirilmişdir. Belə ki, traktorlar əvvəlcə bunkeri qum, atsept, qrabel və çınqıl və.s materiallarla doldurmuşdur. Materiallar bunkerdə yığıldıqdan sonra tərəziyə ötürülmüş, həmin vaxt Zərərçəkmiş şəxs görmüşdür ki, adını qeyd etdiyi tərəzinin altında fırlanma hərəkətində olan baraban və barabanın üzərindəki rezin lent arasında içəri tərəfdən lentin üstünə qum topası tökülmüşdür. Müəyyən miqdarda qum az həcmli olsa da, tərəzinin içərisində olan barabanın hərəkətinə mane yaratdığından, oraya tökülmüş qumu təmizləmək istəmişdir. Zərərçəkmiş şəxs qumu təmizləmək üçün təqribi uzunluğu 50 sm olan nazik taxta parçasını barabanın içəri tərəfində olan lentinin üzərinə toxundurmuş, bunu etməkdə məqsədi taxta parçasını içəri tərəfdən lentin üzərinə qoymaq olmuşdur ki, baraban fırlandıqca hərəkət edən rezin lent taxtaya dəysin və rezin lentin üzərinə yapışmış qum topası sivrilib tökülsün. Həmin vaxt əlində tutduğu taxta parçası qəfil barabanın üzərində hərəkət edən rezin lentin altına ilişib baraban və lentin arasına girmiş, bu zaman o da taxtanın digər tərəfindən tutduğuna görə, həmçinin taxtanın uzunluğu da az olduğundan, əli də taxta ilə birlikdə lentin altında fırlanma hərəkətində olan baraban və üzərində fırlanan lentin arasına girmişdir. Lent Zərərçəkmiş şəxs əlini möhkəm sıxmış və sol əlinin içəri tərəfindən xəsarət almışdır. Əlinin barabanın arasına girməsinə görə, barabanın sepi atmış və hərəkət dayanmışdır. Yaranmış nasazlığı aradan qaldırmaq üçün MMC-də operator vəzifəsində işləyən Kamandar və Hüseyn adlı sürücü oraya getmişlər. Zərərçəkmiş şəxs görüb nə baş verdiyini bilmişlər. Daha sonra da ona da məlumat vermişlər. Zərərçəkmiş şəxs Nəsimi rayonunda yerləşən Travmatologiya institutuna aparmışlar. Zərərçəkmiş şəxs xəstəxanada müalicə olunduqdan sonra evə buraxılmışdır. Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsə əmək haqqı və dəymiş zərərlə bağlı müalicə xərclərini ödədiyini, əlavə olaraq 08 dekabr 2022-ci il tarixdə 1000 manat məbləğində əlavə ödəniş etdiyini, bundan sonra da ona köməklik gostərəcəyini qeyd edərək barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ildən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mexanik vəzifəsində işləyir. İşə daxil olarkən onunla əmək müqaviləsi bağlanılmaqla təhlükəsizlik qaydalarına riayət edilməsi ilə əlaqədar təlimatlar verilmiş, iş zamanı baş verə biləcək bədbəxt hadisələr barədə bildirilmişdir. Mexanik kimi vəzifəsi texnikaya gündəlik baxış keçirməkdən, nasaz olan və ya sıradan çıxmış detalları dəyişməkdən və.s. ibarətdir. 23 may 2022-ci il tarixdə MMC-nin fəaliyyət göstərdiyi ərazidə iş zamanı xəsarət almışdır. Belə ki, həmin gün səhər saat 09 radələrində işə getmiş, əvvəlcədən ona verilmiş xüsusi iş geyim və təhlükəsizlik ləvazimatlarını geyindikdən sonra texnikaların vəziyyətinə baxış keçirmişdir. Həmin gün qeyd etdiyi qaydada zavodda istehsal həyata keçirilirmiş, belə ki, traktorlar əvvəlcə bunkeri qum, atsept, qrabel və çınqıl və.s materiallarla doldurmuş və su əlavə olunmuşdur. Materiallar bunkerdə yığıldıqdan sonra tərəziyə ötürülmüş, həmin vaxt o, görmüşdür ki, adını qeyd etdiyi tərəzinin altında fırlanma hərəkətində olan baraban və barabanın üzərindəki rezin lent arasında, içəri tərəfdən lentin üzərinə qum topası yapışmış vəziyyətdədir. Müəyyən miqdarda qum az həcmli olsa da, tərəzinin içərisində olan barabanın hərəkətinə maneə yaratdığından, oraya tökülmüş qumu təmizləmək istəmişdir. Qumun barabanın içərisinə bunkerdən və ya traktorların qumu bunkerə əlavə edərkən traktorlardan tökülə biləcəyini qeyd edərək, barabanın fırlanması zamanı hərəkət edən rezin lentin taxtaya dəyərək rezin lentin üzərinə yapışmış qum topasının sivrilib tökülməsi üçün təqribi uzunluğu 50 sm olan nazik taxta parçasını barabanın içəri tərəfində olan lentinin üzərinə toxundurmuş, həmin vaxt əlində tutduğu taxta parçası qəfil barabanın üzərində hərəkət edən rezin lentin altına ilişib baraban və lentin arasına girmiş, bu zaman taxtanın digər tərəfindən tutduğuna görə, həmçinin taxtanın uzunluğu da az olduğundan, əli də taxta ilə birlikdə lentin altında fırlanma hərəkətində olan baraban və üzərində fırlanan lentin arasına girmiş, qışqırsa da, istehsal davam etdiyindən səs-küy olduğuna görə səsi eşidilməmiş, lent onun əlini möhkəm sıxmış və sol əlinin içəri tərəfindən xəsarət almışdır. Əlinin baraban və lentin arasına girməsinə görə, barabanın sepi atmış və hərəkət dayanmışdır. Yaranmış nasazlığı aradan qaldırmaq üçün MMC-də operator vəzifəsində işləyən Kamandar və Hüseyn adlı MMC- nin əməkdaşları oraya gəlmiş, onu görüb nə baş verdiyini başa düşmüşlər. Daha sonra onu Nəsimi rayonunda yerləşən Travmatologiya institutuna aparmışlar. Həmçinin bildirdi ki, X11 tərəfindən ona 2033 manat məbləğində əmək haqqı və 2940 manat məbləğində müalicə xərcləri ödənilmişdir. Məhkəmə iclasından bir neçə gün öncə, əlavə olaraq, təqsirləndirilən şəxs tərəfindən ona 1000 manat məbləğində ödəniş edilmişdir. Lakin hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, ona dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahid1 bildirmişdir ki, "xxxx" MMC-də direktor vəzifəsində 2007-ci ildən işləyir. "xxxx" MMC ünvan 2 ünvanında beton istehsalı və satışı fəaliyyətini həyata keçirir. Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru kimi vəzifəsi MMC-nin idarəetmə işlərinə nəzarəti həyata keçirməkdən ibarətdir. 23 may 2022-ci il tarixdə işdə olmadığı vaxt ona MMC-də mexanik vəzifəsində işləyən Zərərçəkmiş şəxs iş zamanı xəsarət alması barədə məlumat verilmiş, bu barədə məlumatı ona müavini Təqsirləndirilən şəxs vermişdir. Daha sonra xəstəxanaya getmiş və həmin vaxtdan etibarən Zərərçəkmiş şəxs müalicə işləri ilə məşğul olmuşlar. Qeyd etmişdir ki, Zərərçəkmiş şəxs 23 may 2022-ci il tarixdə səhər saat 09 radələrində işə gedib, əvvəlcədən ona verilmiş xüsusi iş geyim və təhlükəsizlik ləvazimatlarını geyindikdən sonra texnikaların vəziyyətinə baxış keçirmiş, daha sonra qeyd etdiyi qaydada zavodda istehsal həyata keçirilmişdir. Belə ki, traktorlar əvvəlcə bunkeri qum, atsept, qrabel və çınqıl və.s materiallarla doldurmuşdur. Materiallar bunkerdə yığıldıqdan sonra tərəziyə ötürülmüş, həmin vaxt İslam görmüşdür ki, adını qeyd etdiyi tərəzinin altında fırlanma hərəkətində olan baraban və barabanın üzərindəki rezin lent arasında, içəri tərəfdən lentin üzərinə qum topası yapışmış vəziyyətdədir. Müəyyən miqdarda qum az həcmli olsa da, tərəzinin içərisində olan barabanın hərəkətinə maneə yaratdığından, oraya tökülmüş qumu təmizləmək istəmişdir. Zərərçəkmiş şəxs qumu təmizləmək üçün təqribi uzunluğu 50 sm olan nazik taxta parçasını barabanın içəri tərəfində olan lentinin üzərinə toxundurmuş, bunu etməkdə məqsədi taxta parçasını içəri tərəfdən lentin üzərinə qoymaq olmuşdur ki, baraban fırlandıqca hərəkət edən rezin lent taxtaya dəysin və rezin lentin üzərinə yapışmış qum topası sivrilib tökülsün. Həmin vaxt əlində tutduğu taxta parçası qəfil barabanın üzərində hərəkət edən rezin lentin altına ilişib baraban və lentin arasına girmiş, bu zaman o da taxtanın digər tərəfindən tutduğuna görə, həmçinin taxtanın uzunluğu da az olduğundan, əli də taxta ilə birlikdə lentin altında fırlanma hərəkətində olan baraban və üzərində fırlanan lentin arasına girmişdir. Lent Zərərçəkmiş şəxs əlini möhkəm sıxmış və sonuncu sol əlinin içəri tərəfindən xəsarət almışdır. Əlinin barabanın arasına girməsinə görə, barabanın sepi atmış və hərəkət dayanmışdır. Yaranmış nasazlığı aradan qaldırmaq üçün MMC-də operator vəzifəsində işləyən Kamandar və Təqsirləndirilən şəxs sürücüsü Hüseyn adlı şəxs oraya getmişlər. Bu barədə də ona Təqsirləndirilən şəxs bildirmişdir. Qeyd etmişdir ki, üfüqi konveyri fırlanaraq hərəkətə gətirən barabanın üzəri MMC tərəfindən istismara buraxılarkən mühafizəedici qapaqla təmin edilsə də, xx.xx.2022-ci il tarixdə baş vermiş hadisədən sonra Təqsirləndirilən şəxs ona, qurğuda iş prosesi zamanı baraban və üzərində olan lentin arasına tez-tez qum, eyni zamanda digər tikinti materialları düşdükdə dərhal lentin təmizlənməsi, işin fasiləsiz davam etməsi üçün barabanın üzərinin kip qoruyucu vasitələrlə daimi örtülməsinin qapağın açıq saxlanılaraq təmin edilmədiyini bildirmişdir. Barabanın üzərinin kip qoruyucu vasitələrlə daimi örtülməsi vəzifəsi tərəfindən verilmiş 15 yanvar 2020-ci il tarixli 12/K nömrəli əmrlə, obyektdə görülən işlərə və avadanlıqlara texniki xidmətlərin göstərilməsinə cavabdeh şəxs MMC-nin direktor müavini Təqsirləndirilən şəxs həvalə olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş "xxxx" MMC-də mühəndis vəzifəsində işləyən Şahid4, Şahid3, Şahid1 ilə analoji məzmunlu ifadələr vermişlər. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 802 saylı rəyə əsasən vətəndaş 1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər bazu kələfinin zədələnməsi, sıxılma sindromu ilə müşaiət olunan, sol qolun iflici ilə nəticələnən, sol yuxarı ətrafın əzələ yumşaq toxumaların əzilməsi və hematoması bərk küt əşya təsirindən törənə bilərdi. Qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə yəni, xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə zamanı alınmaları istisna edilmir, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən çox(40%) itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş üzrə təyin edilmiş əmək təhlükəsizliyinin tədqiqinə dair xx.xx.2022-ci il tarixli 10/6203 saylı rəyə əsasən ünvan 2 ünvanında yerləş "xxxx" MMC tərəfindən istifadə edilən beton istehsalının həyata keçirildiyi ərazidə istifadə olunan avadanlığın təhlükə mənbəyi olan hərəkətli hissələrinin üzərinin kip şəkildə qoruyucu vasitələrlə örtülməsinin təmin olunmaması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar «İstehsalat avadanlıqları Ümumi təhlükəsizlik tələbləri». 12.2.003-91 DÜST-nin (Dövlət Standartının 1.2, 2.15 bəndlərinin, «İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər, 12.0.004-90 DÜST»-nin (Dövlət Standartının) 4.4 bəndinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri pozulmuşdur. Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X1 olan «Müəssisə direktorunun əmək funksiyası»nın tələblərinə əsaslanaraq, ünvan 2 ünvanında yerləşən beton istehsalının həyata keçirildiyi ərazidə istifadə olunan qurğunun mühafizə vasitələri ilə təchiz edilməsini təmin etmədiyinə və biliyi yoxlanılmamış işçi heyəti, o cümlədən Zərərçəkmiş şəxs işin icrasına buraxdığına görə, «İstehsalat; avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri». 12.2.003-91 DÜST-nin (Dövlət Standartının 1.2, 2.15 bəndlərinin, «İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər, 12.0.004-90 DÜST»-nin (Dövlət Standartının) 4.4 bəndinin tələbləri “X2 and Engineering Group” MMC-nin direktoru tərəfindən pozulmuşdur. ünvan 2 ünvanında yerləşən Harmoniya MMC tərəfindən istifadə edilən beton istehsalının həyata keçirildiyi ərazidə istifadə olunan avadanlığın dayanmasını təmin etmədən taxta parçasını hərəkətdə olan lentin üzərinə salmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri Zərərçəkmiş şəxs tərəfindən pozulmuşdur. İş üzrə təyin edilmiş əmək təhlükəsizliyinin tədqiqinə dair xx.xx.2022-ci il tarixli 10/6971 saylı əlavə rəyə əsasən ünvan 2 ünvanında yerləşən beton istehsalının həyata keçirildiyi ərazidə istifadə olunan avadanlığın təhlükə mənbəyi olan hərəkətli hissələrinin (barabanın) üzərinin kip şəkildə qoruyucu vasitələrlə örtülməsinin təmin olunmaması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri 12.2.003-91 DÜST-nin (Dövlət Standartının) 1.2, 2.15 bəndlərinin, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin və “Direktor müavinin vəzifə təlimatı”nm 2-ci bəndinin tələbləri pozulmuşdur. ünvan 2 ünvanında yerləşən beton istehsalının həyata keçirildiyi ərazidə istifadə olunan qurğunun hərəkətdə olan hissələrinin (barabanın) üzərinin mühafizə vasitələri (qoruyucu örtük) ilə örtülməsini təmin etmədiyinə görə, vəzifə təlimatının 2-ci bəndinin və «İstehsalat avadanlıqları Ümumi təhlükəsizlik tələbləri». 12.2.003-91 DÜST-nin (Dövlət Standartının) 1.2, 2.15 bəndlərinin tələbləri müvafiq əmrlə obyektdə görülən işlərə və avadanlıqlara texniki xidmətlərin göstərilməsinə cavabdeh təyin edilmiş “X2 and Engineering Group” MMC-də direktor müavini vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. ünvan 2 ünvanında yerləşən "xxxx" MMC tərəfindən istifadə edilən beton istehsalının həyata keçirildiyi ərazidə istifadə olunan avadanlığın dayanmasını təmin etmədən taxta parçasını hərəkətdə olan lentin üzərinə salmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri Zərərçəkmiş şəxs tərəfindən pozulmuşdur. İlkin ekspertiza rəyi verildikdən sonra istintaq tərəfindən müəyyən edilmiş əlavə xüsusatları, yəni iş materiallarına əlavə edilmiş obyektdə görülən işlərə və avadanlıqlara texniki xidmətlərin göstərilməsinə cavabdeh şəxsin təyin olunması haqqında xx.xx.2021cu il tarixli 12/K nömrəli əmrdə göstərilənləri, həmçıin Zərərçəkmiş şəxs biliklərinin yoxlanılmasının təmin edildiyini nəzərə aldıqda X5 Engineering Group” MMC-də direktoru Şahid1 tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Tahir Bağırlı tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddələrinin sanksiyalarında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə islah işləri növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə iclası zamanı təqdim edilmiş xx.xx.2022-ci il tarixli kassa məxaric orderlərinə əsasən təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs 2940 manat məbləğində müalicə xərcləri və 2033 manat məbləğində isə əmək haqqı ödənilmişdir. Həmçinin məhkəmə iclasında təqsirləndirilən şəxs tərəfindən əlavə olaraq xx.xx.2022-ci il tarixdə zərərçəkmiş şəxsə 1000 manat məbləğində əlavə ödəniş edildiyi qeyd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsə vurulmuş zərərlə bağlı müalicə xərclərini ödəməsini, əlavə olaraq müxtəlif məbləğlərdə dəfələrlə ödəniş etməsini, cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut, məhkəmə xərci, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 il (iki il) müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli X9 işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. X11 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 200 (iki yüz) manat X7 tutulub dövlət nəfinə keçirilsin. X10 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 126 (yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-469/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-469/2022
15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver