Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-470/2023 05.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1992-ci ildə Yevlax rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Yevlax rayonu, Aran qəsəbəsi ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədilə 15 aprel 2023-cü il tarixdə, saat 21 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus mənzilə mətbəxin açıq pəncərəsindən qanunsuz daxil olaraq mənzilin dəhlizində yerləşən dolabın içərisindən 50 manat dəyərində bir ədəd saç feni, qonaq otağından 1000 manat dəyərində bir ədəd qara rəngli 106 ekran düyümlü “LG” markalı televizor, həmin otaqda taxta materialından olan dolabın içərisində qəhvəyi rəngli qadın pencəyinin cibindən 200 manat dəyərində bir cüt qızıl sırğa və eyvanda olan dolabın içərisindən isə 500 manat dəyərində iki ədəd qızıl qolbaq və 250 manat dəyərində bir ədəd qızıl klonu gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 2.000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Yevlax rayonu, Aran qəsəbəsi, Bəsti Bağırova küçəsində qeydiyyatda olmaqla 3-4 aydır ki, ünvan 3 ünvanında anası ilə birlikdə kirayə yaşayır. Zərərçəkmiş şəxs qonşusu olmaqla ünvan 2 ünvanında yerləşən mənzildə ailəsi ilə birlikdə kirayə yaşayır. Elməddin ilə qonşu kimi münasibətləri normal olmuş, heç bir düşmənçiliyi və ədavəti olmamışdır. O, işsiz olduğu üçün maddi sıxıntılar yaşamış, bu səbəbdən 3-4 gün ərzində Elməddinin yaşadığı evdən səs gəlmədiyi üçün onun evinə gizli daxil olub oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün 15 aprel 2023-cü il tarixdə, saat 21 radələrində mənzilinin yataq otağında olan pəncərəni açıb alt qonşunun eyvanının üzərinə çıxaraq bir neçə dəqiqə Elməddinin mənzilinin mətbəxinə baxdıqda işıqların yanmadığını və mətbəxin pəncərəsinin açıq olmasını görüb, evdə heç kimin olmadığına və ətrafda da onu görən birinin olmadığına əmin olduqdan sonra pəncərəyə yaxınlaşaraq Elməddinin mənzilinə mətbəxdən daxil olmuşdur. Qonşular şübhələnməsin deyə mənzilin işıqlarını yandırmadan mobil telefonunun işığını yandırıb evdə axtarışa başlamış, mənzilin giriş qapısını içəri tərəfdən cəftəsini bağlamışdır ki, birdən ev sahiblərindən təsadüfən mənzilə gələn olsa, qapını aça bilməsin. Bundan sonra o, dəhlizdə yerləşən dolabdan 1 ədəd saç fenini, qonaq otağında qara rəngli “LG” markalı televizoru və həmin otaqda olan dolabın sağ tərəfdə olan qapısını açdıqda asılqanda olan qəhvəyi rəngli qadın pencəyinin cibindən 1 cüt qızıl sırğanı gizli yolla oğurlamışdır. Bundan sonra evdə çox vaxt itirməmək üçün cəld plazma televizoru və feni də götürüb pəncərədən çıxıb öz mənzilinin yataq otağına keçmiş, bu zaman anası hamam otağında olmuşdur. Növbəti gün, yəni 16 aprel 2023-cü il tarixdə “LG” markalı televizoru yataq otağında çarpayının arxa tərəfində gizlətmiş, saç feninin isə işləyib-işləməməsini yoxlamaq üçün cərəyana qoşduqda işləməməsini görmüş, oğurladığı bir cüt qızıl sırğa ilə birlikdə feni götürüb evdən çıxmışdır. O, yolda saç fenini xatırlamadığı yerə atmış, qızıl sırğanı satmaq məqsədi ilə piyada Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov 32 ünvanında yerləşən “Ekspress” bankın yanında qutab bişirən anasının yanına getmişdir. Anasına bir cüt qızıl sırğanı göstərərək yalandan dostuna məxsus olmasını və sırğanı satıb uşağına yemək almaq məqsədi ilə ona verməsini demiş, daha sonra ünvan 5 ünvanında yerləşən “My-Gold” qızıl alqı-satqısı mağazasına getmiş və mağazanın müdiri X4 qızılın özünə məxsus olduğunu və satmaq istədiyini deyərək öz aralarında 120 manat pula razılaşaraq sırğanı satmış və 120 manat pul almışdır. Bu vaxtı anası da yanına gəlmiş, o, anasının şəxsiyyət vəsiqəsinin surəti ilə qızılı Eminə satmışdır. Bundan sonra pulu götürüb anası ilə birlikdə çıxıb getmişdir. Həmin günü isə Yevlax rayonuna getmiş və əldə etdiyi 120 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs mənzilindən qızıl klon və qolbaq oğurlamamış, yalnız 1 ədəd saç feni, 1 ədəd “LG” markalı televizor və 1 cüt qızıl sırğa oğurlamışdır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmişdir, onunla barışıq əldə olunmuşdur. Zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında ailəsi ilə birlikdə 3 ildir ki, kirayə yaşayır. 12 aprel 2023-cü il tarixdə, saat 18 radələrində ailəsi ilə birlikdə valideynlərini görmək üçün Ağcabədi rayonuna getmiş və orada təxminən 4 gün qalmışlar. 16 aprel 2023-cü il tarixdə kirayə yaşadıqları ünvan 2 ünvanına gələrək mənzilin qapısını açmaq istəmiş, lakin açarları kilidə daxil etdikdən sonra kilidin yuvacıqda boş boşuna fırlanmasını görmüş, kilidin nasaz olmasını zənn etdiyindən qonşusu X3 yaşadığı mənzilin qapısını döymüşdür. O, qonşuya mənzilinin qapısının kilidinin nasaz olmasını bildirərək Mələkin mənzilindən istifadə edərək balkonlarına çıxıb mənzilinin mətbəxindən evə daxil olmuşdur. O, mənzilin giriş qapısına yaxınlaşdıqda qapının içəri tərəfdən cəftəsinin bağlı olduğunu görmüş, cəftəni açmış və ailəsi evə daxil olmuşdur. Lakin cəftənin içəridən bağlı olmasından evdən oğurluq baş verdiyini başa düşmüşdür. Ətraflı mənzili axtardıqda dəhlizdə olan dolabın içərisindən 50 manat dəyərində bir ədəd saç feninin, qonaq otağından 1000 manat dəyərində bir ədəd qara rəngli 106 ekran düyümlü “LG” markalı televizorun, həmin otaqda taxta materialından olan şkafın içərisində qəhvəyi rəngli qadın pencəyinin cibindən 200 manat dəyərində bir cüt qızıl sırğanın və eyvanda olan dolabın içərisindən isə 500 manat dəyərində iki ədəd qızıl qolbağın, eyni zamanda 250 manat dəyərindən bir ədəd qızıl klonun oğurlanmasını aşkar etmişlər. O, dərhal mənzildən baş vermiş oğurluq cinayətinə görə DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Lakin sonradan 02 ədəd qızıl qolbağı və qızıl klonu mənzildə divanın altından tapmışdır. Beləliklə, onun mənzilindən yalnız 50 manat dəyərində bir ədəd saç feni, 1000 manat dəyərində bir ədəd qara rəngli 106 ekran düyümlü “LG” markalı televizoru, 200 manat dəyərində bir cüt qızıl sırğa oğurlanmışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanında qeydiyyatda olmaqla ünvan 8 ünvanında ailəsi ilə birlikdə 3 ildir ki, kirayə yaşayır.Evdar qadındır.İki azyaşlı övladı var.Zərərçəkmiş şəxs əridir.O, “Kikboksinq” üzrə idman müəllimi işləyir.Beləliklə 12 aprel 2023-cü il tarixdə saat 18 radələrində ailəsi ilə birlikdə valideynlərini görmək üçün Ağcabədi rayonuna getmişlər. Təxminən rayonda 4 gün qalmışlar. 16 aprel 2023-cü il tarixdə kirayə yaşadıqları ünvan 8 ünvanına gəlmişlər. Onuda qeyd edir ki, yaşadıqları mənzil 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir.Qeyd edilən mərtəbəyə qalxmış və yoldaşı Elməddin qapını açmaq məqsədi ilə açarları kilidə daxil etmiş lakin kilidin yuvacıqda boş boşuna fırlanmasını gördükdə nasaz olmasını zən etmişlər. Bu vaxtı qonşuları X3 yaşadığı mənzilin qapısını döymüşlər. Qapını qonşu Mələk açmışdır. Elməddin qonşuya mənzilin qapısının kilidinin nasaz olmasını bildirmişdir.Bundan sonra o, qonşu Mələkin mənzilindən istifadə edərək balkonlarına çıxıb mənzilin mətbəxindən evə daxil olmuşdur.Elməddin mənzilin giriş qapısına yaxınlaşdıqda qapının içəri tərəfdən cəftəsinin bağlı olduğunu görmüşdür.Bundan sonra Elməddin cəftəni açmış və o,evə daxil olmuşdur.Lakin cəftənin içəridən bağlı olmasından bilmişlər ki,evdən oğurluq baş vermişdir.Ətraflı mənzili axtardıqda dəhlizdə olan dolabın içərisindən 50 manat dəyərində bir ədəd saç feni, qonaq otağından 1000 manat dəyərində bir ədəd qara rəngli 106 ekran düyümlü “LG” markalı televizor, həm - otaqda taxta materialından olan şkafın içərisində qəhvəyi rəngli qadın pencəvi'' - cibindən 200 manat dəyərində bir cüt qızıl sırğa və eyvanda olan dolabın içərisindən isə 500 manat dəyərində iki ədəd qızıl qolbaq, eyni zamanda 250 manat dəyərindən bir ədəd qızıl klonun oğurlanmasını aşkar etmişlər. Elməddin dərhal mənzildən baş vermiş oğurluq cinayətinə görə DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir.Bir az keçmiş Nizami RPİ-nin əməkdaşları hadisə yerinə gəlmişlər.Onu da qeyd edir ki, baş vermiş oğurluq cinayəti nəticəsində onlara 2000 manat maddi ziyan dəymişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2581-9/3272 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 2,07 qram kütləli, 1 cüt sarı rəngli sırğa 538/585 əyarlı qızıldan hazırlanmışdır, məmulatın üzərində olan qaşlar qiymətli qaşlara aid deyildir. Eksoertizaya təqdim edilən malların 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti təxminən – 01 cüt, 2,07 qram kütləli, sarı rəngli, 583/585 əyarlı qızıldan hazırlanmış sırğanın – 175,00 manat, 01 ədəd Rusiya istehsalı olan “LG” markalı, “43LH541V” model, 43 düyümlü, qara rəngli televizor – 450,00 manat müəyyən edilmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-679 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş silindirik mexanizmin səthində açar yuvalarının kənarlarında və daxili detalları üzərində mexaniki təsir nəticəsində, o cümlədən kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur.Həmin silindrik mexanizmin konstruksiyasını nəzərə almaqla onun ştat açarı, ona uyğunlaşdırılmış açarla və ya alət ilə o cümlədən, kənar predmetlə izqoymadan açılması mümkündür. 17 iyun 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 cüt, 2,07 qram kütləli, sarı rəngli, 583/585 əyarlı qızıldan hazırlanmış sırğa və bir ədəd Rusiya istehsalı olan “LG” markalı, “43LH541V” model, 43 düyümlü, qara rəngli televizor cinayət işi üzrə maddi sübut qismində tanınaraq zərərçəkmiş şəxsə təhvil verilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Bununla yanaşı məhkəmə istintaqı zamanı ittiham aktında göstərilən və törədilməsi təqsirləndirilən şəxsə istinad edilən Zərərçəkmiş şəxs məxsus mənzilin eyvanında olan dolabın içərisindən 500 manat dəyərində iki ədəd qızıl qolbağın və 250 manat dəyərində bir ədəd qızıl klonun oğurlanması faktı sübuta yetirilməmişdir. Belə ki, zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı öz izahatında iki ədəd qızıl qolbağın və bir ədəd qızıl klonun yaşadığı mənzildən tapıldığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə verilmiş ittihamdan “Zərərçəkmiş şəxs məxsus mənzilin eyvanında olan dolabın içərisindən 500 manat dəyərində iki ədəd qızıl qolbağın və 250 manat dəyərində bir ədəd qızıl klonun oğurlanması” xaric edilməlidir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR MM-nin xx.xx.2021-ci il tarixli Amnistiya haqqında qərarında əsasən cəzası 06 ay azaldılmışdır. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(007)- 198/2023 nömrəli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə o, hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 01 cüt, 2,07 qram kütləli, sarı rəngli, 583/585 əyarlı qızıldan hazırlanmış sırğa və bir ədəd Rusiya istehsalı olan “LG” markalı, “43LH541V” model, 43 düyümlü, qara rəngli televizorun zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalı, X4 məxsus “MY-Gold” qızıl alqı-satqı mağazasına aid «Qızıl və Brilyantların alqı-satqı kitabı”ndan götürülmüş 02 ədəd vərəqin surəti cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 23 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 192 manat (bir yüz doxsan iki manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 01 cüt, 2,07 qram kütləli, sarı rəngli, 583/585 əyarlı qızıldan hazırlanmış sırğa və bir ədəd Rusiya istehsalı olan “LG” markalı, “43LH541V” model, 43 düyümlü, qara rəngli televizorun zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. X4 məxsus “MY-Gold” qızıl alqı-satqı mağazasına aid «Qızıl və Brilyantların alqı-satqı kitabı”ndan götürülmüş 02 ədəd vərəqin surəti cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 168 (bir yüz altmış səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-470/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-470/2023
05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver