Məhkəmə qərarları › İş №1(007)-471/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-471/2023

06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-471/2023 06.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatında olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından aıtıq miqdarda narkotik vasitə əldə etmək barədə tanışı Şahid4lə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək aralarında olan razılaşmaya əsasən o, 03 aprel 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən Şahid4 məxsus 15 manat və özünə məxsus 10 manat, ümumilikdə 25 manat pul vəsaiti müqabilində qanunsuz olaraq hazırda istintaqa məlum olmayan çəkidə narkotik vasitə heroini əldə edib, həmin narkotik vasitə heroinin bir ədəd bükümdə 0.998 qram hissəsini Şahid4 vermiş, qalan hissəsini özündə saxlamış və Şahid4 03 aprel 2023-cü il tarixdə saat 20:30 radələrində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilən zaman Şahid4 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,998 qram kustar üsulla hazırlanmış qəhvəyi rəngli maddə, narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda satış məqsədi ilə, qanunsuz olaraq, ümumi təmiz çəkisi 1,379 qram kustar üsulla hazırlanmış qəhvəyi rəngli maddə, narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 04 aprel 2023-cii il tarixdə saat 16:30 radələrində ünvan 5 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 6 ünvanda yerləşən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qəhvəyi rəngli dəri gödəkçənin sağ yan cibindən 03 (üç) ədəd bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən ayrıayrılıqda təmiz çəkiləri 0.482 qram, 0.432 qram, 0.465 qram, ümumi təmiz çəkisi - 1,379 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli maddə, narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, o, bir neçə ildir ki, narkotik vasitə olan heroindən ağrılarını sakitləşdirmək üçün istifadə edir. 03 aprel 2023-cü il tarixdə Ruslan adlı tanışı onunla əlaqə saxlayaraq 15 manat pulunun olduğunu, narkotik vasitə olan heroinə ehtiyacının olduğunu bildirərək bir büküm narkotik vasitə tapmağını xahiş etmiş, o da Ruslana 10 manat pulunun olmasını və pullarını üst-üstə qoyub narkotik vasitə olan heroin ala biləcəyini bildirdikdə Ruslan onunla razılaşdığı üçün saat 16 radələrində onun kart hesabına 15 manat pul göndərmişdir. Bundan sonra o, üzərində olan 10 manat pulu da Ruslanın göndərdiyi 15 manat pulun üstünə qoyub sosial şəbəkədə tanış olduğu və anket məlumatlarını bilmədiyi şəxsdən Xətai rayonu, Əhmədli qəsəbəsində onun öncədən bildirdiyi yerdən götürməklə narkotik vasitə olan heroin almış və heroinin bir bükümünü yaşadığı ünvanın yaxınlığında Ruslana verdikdən sonra geri qalanını özü qəbul etmişdir. Lakin heç vaxt narkotik vasitə satmaq niyyəti olmamış, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ruslanla pullarını üst-üstə qoyaraq narkotik vasitə əldə etmiş və qəbul etmişdir. Üzərindən aşkar olunmuş 1,379 qram çəkidə narkotik vasitə ona məxsus olmamışdır. 04 aprel 2023-cü il tarixdə saat 16:30 radələrində yaşadığı ünvanın yaxınlığında iki nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək, onu Nizami Rayon Polis İdarəsinə dəvət etmiş, polis idarəsində xidməti otaqların birində öncədən hüquq və vəzifələri ona izah edilməklə video çəkiliş vasitəsi ilə üstündə hər hansı qeyriqanuni əşya varsa, onları təqdim etməsi təklif olunmuş, təklifdən sonra o, əynində olan qəhvəyi rəngli dəri gödəkçənin sağ yan cibində saxladığı üç ədəd şəffaf sellofan bükümündə olan narkotik vasitə olan heroini təqdim etmişdir. Lakin, təqdim olunan narkotikin ona məxsus olmadığını qeyd etdi. Təqsirləndirilən şəxs AR-sı CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 03 aprel 2023-cü il tarixdə Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81 nömrəli ünvanın qarşısında Şahid4 adlı vətəndaş saxlanılmış və onun üzərinə keçirilmiş baxış zamanı 1 (bir) ədəd şəffaf sellofan bükümündə narkotik vasitə olan heroin aşkar edilmiş, sorğu zamanı Şahid4 təqdim etdiyi kütlənin heroin olmasını və həmin narkotik vasitə olan heroini Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində “Kamal” adlı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin «Kamal» adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri əldə etməsi, saxlanması, satması və qəbulu ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə 04 aprel 2023-cü il tarixdə ondan və Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunaraq keçirilmiş tədbirlər nəticəsində 04 aprel 2023-cü tarixdə, saat 16:30 radələrində ünvan 9 ünvanın qarşısında zahiri əlamətləri «Kamal» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdığı Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, Nizami Rayon Polis İdarəsinə dəvət etmişlər. Xidməti otaqların birində Təqsirləndirilən şəxs üstünə video çəkiliş aparılmaqla baxış keçirməmişdən əvvəl, üstündə hər hansı qeyri-qanuni nə varsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qəhvəyi rəngli dəri gödəkçənin sağ yan cibində saxladığı 3 (üç) ədəd şəffaf sellofan bükümündə olan kütləni və həmin gödəkçənin sol yan cibindən isə mobil telefonunu çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələrin heroin olmasını və həmin narkotik vasitə olan heroinləri sosial şəbəkədə tanış olduğu və anket məlumatlarını bilmədiyi “Neman” adlı şəxsdən satmaq məqsədilə, həmçinin qazancından özünün də istifadə etməsi üçün narkotik vasitələrin alınmasından ötrü 60 manata aldığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik maddə olan heroin bükümləri zərfə qablaşdırılaraq DİN-nin 162 №-li möhürü ilə möhürlənmişdir. Daha sonra bu barədə müvafiq protokol tərtib edilmiş və həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin NMB-nun əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami Rayon Polis İdarəsinin Kriminalist Tədqiqatlar qrupunun inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, Bakı Şəhər Nizami Rayon Polis İdarəsində yaradılmış əməliyyat qrupu tərəfindən 04 aprel 2023-cü il tarixdə, 16:30 radələrində ünvan 10 ünvanın qarşısında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq Bakı Şəhər Nizami Rayon Polis İdarəsinə dəvət edilmiş, xidməti otaqların birində o, “Samsung” markalı videokamera ilə video çəkiliş aparmaqla Təqsirləndirilən şəxs üstünə baxış keçirməmişdən əvvəl üstündə hər hansı qeyri-qanuni nə varsa, onları təqdim etməsi təklif edilmişdir. Həmin təklifə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qəhvəyi rəngli dəri gödəkçənin sağ yan cibində saxladığı 3 (üç) ədəd şəffaf sellofan bükümündə olan kütləni və həmin gödəkçənin sol yan cibindən isə mobil telefonunu çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələrin heroin olmasını və həmin narkotik vasitə olan heroinləri sosial şəbəkədə tanış olduğu və anket məlumatları bilmədiyi “Neman” adlı şəxsdən satmaq məqsədilə, həmçinin qazancından özünün də istifadə etməsi üçün narkotik vasitələrin alınmasından ötrü 60 manata aldığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik maddə olan heroin bükümləri zərfə qablaşdırılaraq DİN-nin 162 №-li möhürü ilə möhürlənmişdir. Daha sonra bu barədə müvafiq protokol tərtib edilmiş və həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olunmamışdır. Baxış zamanı həmçinin o, “Samsung" markalı videokameradan istifadə etməklə video çəkmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, X5 tanıyır, əvvəllər düşmənçiliyi və ədavəti olmamışdır. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. 03 aprel 2023-cü il tarixdə ağrıları olduğundan tanışı Təqsirləndirilən şəxs zəng edib 15 manat pulunun olduğunu, vəziyyətinin yaxşı olmadığını, narkotik vasitə olan heroinə ehtiyacının olmasını bildirərək bir büküm narkotik vasitə tapmağı xahiş etmiş, Kamal isə ona 10 manat pulunun olmasını, pulları üst-üstə qoyub narkotik vasitə olan heroin almağı təklif etmiş, o, Kamalla razılaşdığı üçün saat 16 radələrində Təqsirləndirilən şəxs kart hesabına 15 manat pul göndərmişdir. Kamal da onun verdiyi 15 manat pulun üstünə özünə məxsus 10 manat pulu qoyaraq ona məlum olmayan yerdən və şəxsdən narkotik vasitə heroin alıb gətirərək evinin yaxınlığında bir bükümünü ona vermiş, o da həmin narkotik vasitədən istifadə etmək məqsədilə cibinə qoyub yaşadığı evin yaxınlığına gəlmiş, lakin Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimdə şəxslər onu saxlayaraq özlərini Nizami RPİ-nin əməkdaşları kimi təqdim edərək onu narkotik vasitələrin dövriyyəsində şübhəli bildikləri üçün Nizami Rayon Polis İdarəsinə dəvət etmişlər. Xidməti otaqların birində öncədən hüquq və vəzifələri ona izah edilməklə video çəkiliş vasitəsi ilə üstündə hər hansı qeyri-qanuni əşya varsa, onları təqdim etməsi təklif olunmuş, o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd polietilen bükümdə olan narkotik vasitə heroini təqdim edərək bükümün içərisindəki kütlənin heroin olmasını bildirmişdir. Rus dilli olduğu üçün bəzi hallarda fikrini tam və aydın ifadə etməkdə çətinlik çəkir, tutulduğu gün polis idarəsinə dəvət edildiyi üçün həyəcanlı olduğundan yalnışlıqla həmin narkotik vasitənin Təqsirləndirilən şəxs tərəfindən ona satıldığını bildirmişdir, lakin həqiqətdə isə Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini ona satmamış və onlar birlikdə istifadə etməkdən ötrü pullarını üst-üstə qoyub həmin narkotiki almışlar. O, Təqsirləndirilən şəxs narkotik vasitə aldığı şəxsi görmədiyi üçün əlamətləri barədə heç bir fikrinin olmadığını, həmin şəxsin isə ümumiyyətlə ünvanını və anket məlumatlarını bilmədiyini qeyd etmişdir. O, ruhi cəhətdən sağlamdır və Nizami RPİ-də olarkən polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmamışdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1969 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 162” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,482 qram, 0,432 qram, 0,465 qram, ümumi təmiz çəkisi 1,379 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2512 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi № 65” dairəvi möhür əksləri olan “6/1969...5 aprel 2023-cü il...” sözləri qeyd edilmiş bir ədəd kağız paketdə üç ədəd bükümdə ümumi təmiz çəkisi 1,259 qram heroin ilə üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi № 63” dairəvi möhür əksi olan “6/1950... 4 aprel 2023-cü il...” sözləri qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 0,948 qram heroin kimyəvi komponent tərkibinə görə eynilik təşkil etmir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 3436 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş “DVD” diskə baxış keçirilməsi haqqında 06 aprel 2023-cü il tarixli protokoldan görürür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı, yəni 04 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona edilmiş təklifə əsasən qəhvəyi rəngli dəri gödəkçənin sağ yan cibində saxladığı 3 (üç) ədəd şəffaf sellofan paketləri içərisində narkotik vasitə olan heroin olmaqla çıxardaraq təqdim etməsi, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddə narkotik vasitə heroin olmasını, həmin narkotik vasitə heroini satmaq məqsədilə, həmçinin qazancından özünün də istifadə etməsi üçün narkotik vasitələrin alınmasından ötrü 60 manata əvvəllər tanımadığı şəxsdən almasını bildirməsi müşahidə olunur. Əlavə olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, həmin görüntüdə olan narkotik vasitənin aşkar edildiyi şəxs özü, yəni Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl üzrə birinci epizod narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi, ikinci epizod isə narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, şahidlər bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1 və 234.2-ci maddələrinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş materiallarına əlavə edilmiş AR DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə də barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 ay (doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay (üç il altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli tutulduğu andan, yəni 04 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc – cəmi 130 ( bir yüz otuz ) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş ümumi qalıq çəkisi 1,169 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 252 (iki yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar