Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-476/2022 06.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi:X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1998-cu ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2ində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 avqust 2022-ci il tarixdə saat 23 radələrində, ögey bacısı Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə Astara rayonuna getdiklərini bilib, sonuncunun yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 16Ş mənzil 34-dən oğurluq etmək məqsədilə, əvvəlcədən əldə edib özündə gəzdirdiyi açarla mənzilin qapısını aça bilmədiyindən, binanın damına çıxıb fasadda quraşdırılmış borudan tutaraq həmin binanın 5-ci mərtəbəsinə enmiş, mənzilin pəncərəsinə əli ilə mexaniki təsir göstərib açaraq qanunsuz olaraq pəncərədən yaşayış sahəsinə daxil olmuş, mənzilin yataq otağındakı dolabın yuxarıdan üçüncü siyirməsindən Zərərçəkmiş şəxs məxsus 25 manat dəyərində üzərində rəngsiz şəffaf qaşları olan 1 ədəd 925 əyarlı 4,08 qramlıq gümüş üzüyü, 38 manat dəyərində üzərində rəngsiz şəffaf qaşlar olan 925 əyarlı 1 cüt gümüş sırğanı, 6 manat dəyərində üzərində rəngsiz şəffaf qaşlar olan sarı rəngli qiymətsiz metal ərintisindən hazırlanmış 1 cüt sırğanı, 8 manat dəyərində üzərində ümumilikdə 2 ədəd yaşıl rəngli qaş və rəngsiz, şəffaf qaşlar olan qiymətsiz metal ərintisindən hazırlanmış 1 cüt sırğanı, üzərində rəngsiz şəffaf qaşlar olan gümüşü rəngli 925 əyarlı güşüş qolbağını qolbağını, 34 manat dəyərində üzərində rəngsiz şəffaf qaşlar olan 1 ədəd 925 əyarlı gümüş qolbağını, 23 manat dəyərində üzərində rəngsiz şəffaf qaşlar olan 925 əyarlı gümüşü rəngli 1 ədəd gümüş kulonu, 192 manat dəyərində 583/585 əyarlı 2,26 qram çəkidə üzərində rəngsiz şəffaf qaşlar olan qulaqcığında “14 k” damğası olan 1 ədəd qızıl qolbağını, 186 manat dəyərində 2,19 qram 583/585 əyarlı üzərində rəngsiz şəffaf qaşlar olan qulaqcığında “585”damğası olanl ədəd qızıl kulonu, 168 manat dəyərində 583/585 əyarlı üzərində rəngsiz şəffaf qaşlar olan qulaqcığında “14 k” damğası olan 1 ədəd qızıl kulonu, 168 manat dəyərində üzərində rəngsiz şəffaf qaşlar olan sarı rəngli qulaqcığında “KOÇAQ 585” damğası olan 1,97qramlıq qızıl boyunbağını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 3 ünvanda kirayədə yaşamaqla, müxtəlif tikintilərdə günü 25 manata fəhləlik edir. Hal-hazırda bank və müxtəlif mağazalara kredit borcu yarandığından, onunla qonşuluqda yaşayan ögey bacısı X1 məxsus evdən oğurluq etmək qərarına gəlmişdir. 10 avqust 2022-ci il tarixdə günorta saatlarında bacısı Samirənin ailə üzvləri ilə birlikdə Astara rayonuna getməsi barədə məlumatı olmuşdur. Həmin gün axşam saat 23 radələrində yaşadığı mənzildən çıxaraq binanın 5-ci mərtəbəsində yerləşən bacısı Zərərçəkmiş şəxs mənzilinə qalxmış, özü ilə gətirdiyi açar ilə mənzilin qapısını açmağa çalışmış, lakin açar qırılaraq qıfılın üzərində qalmışdır. Bundan sonra o, binanın damına çıxıb oradan binanın fasadı ilə çəkilmiş boru və naqillərdən tuta-tuta Zərərçəkmiş şəxs mənzilinin pəncərəsinə enmiş, pəncərəni açaraq mənzilə daxil olmuşdur. Mənzilin giriş otağında olan şkaflarlarda heç nə tapmadığından, yataq otağına keçmiş, şkafın siyirməsində bir neçə qutuda boyunbağı, üzük və qolbaq görmüş, həmin əşyaların qızıl olmasını düşünərək onları qutuya yığmış, şalvarın cibinə qoyaraq mənzili daxil olduğu formada tərk etmişdir. Daha sonra yaşadığı mənzilə gəlmiş, həmin əşyaları hamam otağının tavan hissəsində gizlətmişdir. 24 avqust 2022-ci il tarixdə axşam saatlarında Nizami rayon 24-cü PŞ-nin əməkdaşları onu Neftçilər metrostansiyasının yaxınlığında saxlayaraq, oğurluq cinayəti üzrə şübhəli şəxs kimi PŞ-nə dəvət etmişlr. Törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini, zərərçəkənə vurduğu ziyanı tam ödədiyini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş X2 ifadəsində göstərmişdir ki, ailə üzvləri il birlikdə ünvan 4 ünvanda kirayədə yaşayır. 09 avqust 2022-ci il tarixdə günorta saatlarında, həyat yoldaşı X6 və kiçik qızı Şahid1 ilə birlikdə Astara rayonuna getmiş, böyük qızı Şahid2 isə Bakı şəhərində qalmışdır. 10 avqust 2022-ci il tarixdə səhər saatlarında qızı Şahid2 da, işdən icazə alaraq Astara rayonuna gəlmişdir. 18 avqust 2022-ci il tarixdə axşam saat 21 radələrində iki qızı ilə birlikdə Bakı şəhərinə yaşadıqları mənzilə gəlmiş, mənzilin giriş qapısını açarla açmaq istəyən zaman, qapının kilidinin üzərində yarısı sındırılmış açar olduğunu görmüşdür. Onunla qonşuluqda yaşayan atası Məmməadağa Vəliyev də səsə gəlmiş, qapını açmağa çalışsa da, bu mümkün olmamışdır. Bundan sonra atası usta çağırmış, usta kilidin üzərində olan sınmış açarın mənzilə məxsus olmadığını bildirmişdir. Daha sonra usta tərəfindən qapı açıldıqdan sonra, mənzilin qonaq otağına baxarkən hər şeyin səliqəli olmasını görüb, atasına və orada olan şəxslərə hər şeyin normal olmasını bildirmişdir. Bir qədər sonra böyük qızı Şahid2 yataq otağının pəncərəsinin açıq olduğunu, pəncərənin pərdəsinin çəkilmiş vəziyyətdə olduğunu bildirmişdir. Bundan sonra qızlarının yataq otağında olan dolabın yuxarıdan üçüncü çəkməcəsinə qoymuş olduğu, özünə məxsus qızılların oğurlandığını başa düşmüşdür. Hal-hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayının sonlarından Nizami rayonu R.Rüstəmov küçəsi 16, mənzil 32də kirayədə yaşayır. Qızı Samirə isə Nizami rayonu R.Rüstəmov küçəsi 16, mənzil 34də öz ailə üzvləri ilə birlikdə yaşayır. Samirə 09 avqust 2022-ci il tarixdə günorta saatlarında ailə üzvləri ilə birlikdə Astara rayonuna getmişdir. 18 avqust 2022-ci il tarixdə, saat 21 radələrində yaşadığı binanın blokunda səs küy eşidib bloka çıxmış, qızı Samirə ona, qapının kilidinin yerində yarısı sındırılmış açar olduğunu, qapını aça bilmədiklərini bildirmişdir. Bundan sonra özünə məxsus mobil telefon vasitəsi ilə usta çağırmış, bundan sonra usta kilidi sındırmış və Samirə övladları ilə mənzilə daxil olduqdan sonra mənzildə hər şeyin qaydasında olduğunu bildirmişdir. Bir müddət sonra evə polis əməkdaşları gəlmiş, Samirə mənzildən ona məxsus qızıl əşyalarının oğurlandığını bildirmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/5308-9/6692 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd üzük, 3 cüt sırğa, 2 ədəd qolbağ, 3 ədəd kulonlu boyunbağının orta bazar qiyməti ilə ümumi dəyəri 680 manat müəyyən edilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı ərizəsinə əsasən ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 avqust 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək barədə” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün müddətinə tutulmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut olan 1 ədəd 925 əyarlı 4,08 qramlıq gümüş üzüyün, 38 manat dəyərində üzərində rəngsiz şəffaf qaşlar olan 925 əyarlı 1 cüt gümüş sırğanın, 6 manat dəyərində üzərində rəngsiz şəffaf qaşlar olan sarı rəngli qiymətsiz metal ərintisindən hazırlanmış 1 cüt sırğanın, 8 manat dəyərində üzərində ümumilikdə 2 ədəd yaşıl rəngli qaş və rəngsiz, şəffaf qaşlar olan qiymətsiz metal ərintisindən hazırlanmış 1 cüt sırğanın, üzərində rəngsiz şəffaf qaşlar olan gümüşü rəngli 925 əyarlı gümüş qolbağın, 34 manat dəyərində üzərində rəngsiz şəffaf qaşlar olan 1 ədəd 925 əyarlı gümüş qolbağın, 23 manat dəyərində üzərində rəngsiz şəffaf qaşlar olan 925 əyarlı gümüşü rəngli 1 ədəd gümüş kulonun, 192 manat dəyərində 583/585 əyarlı 2,26 qram çəkidə üzərində rəngsiz şəffaf qaşlar olan qulaqcığında “14 k” damğası olan 1 ədəd qızıl qolbağın, 186 manat dəyərində 2,19 qram 583/585 əyarlı üzərində rəngsiz şəffaf qaşlar olan qulaqcığında “585” damğası olan 1 ədəd qızıl kulonun, 168 manat dəyərində 583/585 əyarlı üzərində rəngsiz şəffaf qaşlar olan qulaqcığında “14 k” damğası olan 1 ədəd qızıl kulonun, 168 manat dəyərində üzərində rəngsiz şəffaf qaşlar olan sarı rəngli qulaqcığında “KOÇAQ 585” damğası olan 1,97qramlıq qızıl boyunbağının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 2 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 26 gün (bir il on bir ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 110 manat (yüz on manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan 1 ədəd 925 əyarlı 4,08 qramlıq gümüş üzüyün, 38 manat dəyərində üzərində rəngsiz şəffaf qaşlar olan 925 əyarlı 1 cüt gümüş sırğanın, 6 manat dəyərində üzərində rəngsiz şəffaf qaşlar olan sarı rəngli qiymətsiz metal ərintisindən hazırlanmış 1 cüt sırğanın, 8 manat dəyərində üzərində ümumilikdə 2 ədəd yaşıl rəngli qaş və rəngsiz, şəffaf qaşlar olan qiymətsiz metal ərintisindən hazırlanmış 1 cüt sırğanın, üzərində rəngsiz şəffaf qaşlar olan gümüşü rəngli 925 əyarlı gümüş qolbağın, 34 manat dəyərində üzərində rəngsiz şəffaf qaşlar olan 1 ədəd 925 əyarlı gümüş qolbağın, 23 manat dəyərində üzərində rəngsiz şəffaf qaşlar olan 925 əyarlı gümüşü rəngli 1 ədəd gümüş kulonun, 192 manat dəyərində 583/585 əyarlı 2,26 qram çəkidə üzərində rəngsiz şəffaf qaşlar olan qulaqcığında “14 k” damğası olan 1 ədəd qızıl qolbağın, 186 manat dəyərində 2,19 qram 583/585 əyarlı üzərində rəngsiz şəffaf qaşlar olan qulaqcığında “585” damğası olan 1 ədəd qızıl kulonun, 168 manat dəyərində 583/585 əyarlı üzərində rəngsiz şəffaf qaşlar olan qulaqcığında “14 k” damğası olan 1 ədəd qızıl kulonun, 168 manat dəyərində üzərində rəngsiz şəffaf qaşlar olan sarı rəngli qulaqcığında “KOÇAQ 585” damğası olan 1,97qramlıq qızıl boyunbağının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 84 (səksən dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-476/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-476/2022
06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver