Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-479/2024 25.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənova Vəfa Oruc qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi ev 447/6-da qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi ev 6, mənzil 34də yaşamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 sentyabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, 28 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 mart 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz təkrarən daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri Nizami rayonu, Ordubadi küçəsi 3 saylı binanın 28 saylı mənzilinə eyvanın açıq olan nəfəsliyindən qanunsuz olaraq mənzilə daxil olub, mənzilin otağından həmin tarixin rəsmi məzənnəsi ilə 10200 manat təşkil edən 6000 ABŞ dolları dəyərində briliant qaşlı, 750 əyyarlı, İtaliya qızılına aid, ağ qızıldan olan sırğa və üzükdən ibarət dəsti, 1500 manat dəyərində, ağ qızıldan hazırlanmış, iki qat briliant qaşları olan, 750 əyyarlı, İtaliya qızılına aid, çəkisi 7 qram olan, briliantı 0,70 sot 01 ədəd üzüyü, həmin tarixin rəsmi məzənnəsi ilə 5440 manat təşkil edən 3200 ABŞ dolları dəyərində, ağ qızıldan hazırlanmış, 750 əyyarlı, 21 qram çəkisi olan 01 ədəd qolbağı, 3245 manat dəyərində, üzərində briliant qaşları olan sırğa, ağ qızıldan hazırlanmış, 750 əyyarlı, ümumi çəkisi 25,45 qram üzük və klondan ibarət dəsti, 1100 manat dəyərində, qırmızı-sarı qızıldan hazırlanmış, 750 əyyarlı, İtaliya qızılına aid, çəkisi 11 qram olan 01 ədəd üzüyü, 3500 manat dəyəində, sarı qızıldan hazırlanmış, 583 əyyarlı, üzərində aypara şəkilli klon olan zəncir formalı, ümumi çəkisi 30 qram olan 01 ədəd qızıl boyunbağını, 700 manat dəyərində, 750 əyyarlı, İtaliya qızılına aid, çəkisi 6 qram olan 01 ədəd üzüyü, 500 manat dəyərində 01 ədəd mirvari boyunbağını, 600 manat dəyərində 01 ədəd “X12 S 6lite” markalı planşeti gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda 26785 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 fevral 2024-cü il tarixdə axşam saat 19 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri Nizami rayonu, Ə.Hacıyev küçəsi 8 saylı binanın 1-ci mərtəbəsində yerləşən 11 saylı mənzilin pəncərəsindəki dəmir barmaqlığı əli ilə mexaniki təsir göstərib sındırmaqla qanunsuz olaraq mənzilə daxil olub, oradan 893 manat dəyərində, 750 əyyarlı, İtaliya qızılına aid, çəkisi 4,34 qram olan, üzərində briliant qaşları olan ağ qızıldan qadın üzüyünü, 175 manat dəyərində, 583 əyyarlı, Rus qızılına aid, çəkisi 3 qram olan sarı qızıldan qadın üzüyünü, 200 manat dəyərində, 583 əyyarlı, Rus qızılına aid, çəkisi 2,5 qram olan, sarı qızıldan qadın üzüyünü, 800 manat dəyərində, 750 əyyarlı, çəkisi 7 qram olan, ağ qızıldan 01 ədəd kişi üzüyünü, 265 manat dəyərində, 585 əyyarlı, çəkisi 3,5 qram olan, Rus qızılına aid, sarı rəngli qolbağını, 280 manat dəyərində 585 əyyarlı, çəkisi 3,75 qram olan, Rus qızılına aid, halqavari formalı, sarı rəngli qolbağı, 200 manat dəyərində, 583 əyyarlı, çəkisi 2 qram olan, Rus qızılına aid, zəncir formalı uşaq sepini, 750 manat dəyərində “HP Compaq CQ58-D25SR markalı” noutbukunu və 499 manat dəyərində “Samsung A22” markalı mobil telefonunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 4062 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 fevral 2024-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 1 ünvanının plastik pəncərəsini əli ilə mexaniki təsir göstərib açaraq həmin pəncərədən mənzilə qanunsuz daxil olub mənzilin zal otağındakı televizor altlığının üstündə olan 620 manat dəyərində ağ rəngli “Apple watch SE” markalı 44 mm ölçülü qol saatını, yataq otağındakı şkafın siyirməsindən 165 manat dəyərində “Pandora” markalı qadın qolbağını, hər birinin dəyəri 100 manat olan ümumi 200 manat dəyərində 585 əyyarlı sarı qızıldan hazırlanmış iki cüt uşaq sırğasını, 230 manat dəyərində 585 əyyarlı çəkisi təxminən 2 qram bir cüt sarı qızıldan hazırlanmış sırğanı, 100 manat dəyərində 585 əyyarlı sarı qızıldan hazırlanmış qadın qolbağını, 1000 manat dəyərində 585 əyyarlı sarı qızıldan hazırlanmış üzərində kişi başı forması olan yumru klonu, 700 manat dəyərində 585 əyyarlı sarı qızıldan hazırlanmış sərt formada olan qadın qolbağını, 100 manat dəyərində “Rado” markalı metal qolbaqlı qadın saatını, 1300 manat dəyərində qadına məxsus 585 əyyarlı sarı qızıldan hazırlanmış bir ədəd klonu, bir ədəd qolbaq, bir ədəd üzük və bir cüt sırğadan ibarət komplekti, 1000 dəyərində, briliant qaşlı 750 əyyarlı ağ qızıldan hazırlanmış kişi nişan üzüyünü və ümumi dəyəri 1200 manat briliant qaşlı 750 əyyarlı ağ qızıldan hazırlanmış iki qoşa qadın üzüyünü, 7400 manat dəyərində qadına məxsus briliant qaşlı 750 əyyarlı ağ qızıl olan bir ədəd qolbaq, bir ədəd üzük, bir cüt sırğa, bir ədəd klonlu nazik briliant qaşsız sep və bir ədəd briliant qaşlı sepdən ibarət komplekti, digər yataq otağında olan şkafın aşağı hissəsində olan şüşə qabın içindən 250 manat dəyərində müxtəlif nominallı qəpikləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə xeyli miqdarda 14265 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə icraatı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı ayrılıqda mülki iddia vermişlər, mülki iddialar məhkəmənin icraatına qəbul edilmiş, həmin zərərçəkmiş şəxslər mülki iddiaçı, təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışlar. Zərərçəkmiş şəxs1 mülki iddiasında, ona dəymiş 26785 manat maddi zərərin ödənilməmiş 23540 manat məbləğində hissəsinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 171 manat dövlət rüsumunun, cəmi 23711 manat məbləğində pulun təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq, ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 mülki iddiasında, ona dəymiş 4062 manat maddi zərərin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 61 manat dövlət rüsumunun, cəmi 4123 manat məbləğində pulun təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq, ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və mülki iddiaları qəbul edərək ifadəsində göstərmişdir ki, oğurluq etdiyinə görə o, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2023-cü ilin sentyabr ayında cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Azadlığa çıxandan sonra məhkumluğuna görə iş yeri tapa bilməmiş, hara getsə də işlə təmin etməkdən imtina etmişlər. Bununla əlaqədar dolana bilmədiyi üçün oğruluq etmək qərarına gəlmişdir. 26 yanvar 2024-cü il tarixdə axşam saat təxminən 19 radələrində Bakı şəhəri Nizami rayonu, Ordubadi küçəsində olan iki mərtəbəli, sonradan bildiyi 3 saylı binanın yaxınlığında olan zaman ikinci mərtəbədə bir mənzilin işiqlarının sönülü olduğunu görmüş, buna görə mənzildə heç kimin olmadığını düşünüb oradan oğurluq etmək fikrinə düşmüşdir. Bundan sonra o, birinci mərtəbənin artırmasının üstünə qalxmış və oradan qeyd etdiyi mənzilin balkonuna keçmişdir. Orada plastik qapı olmuş, həmin qapı bağlı saxlanılmışdır. Buna görə orada olan nəsəfliyi əli ilə bərk itələyib açmış və həmin yerdən içəri daxil olmuşdur. Həmin vaxt o, yalnız yataq otağındakı termoya baxmış, termonun siyirməsindən qızılları, otaqda olan 01 ədəd planşeti də götürüb balkonun qapısını açıb gəldiyi yolla çıxıb getmişdir. Həmin hadisədən təxminən 4 gün sonra, 30 yanvar 2024-cü il tarixdə o, oğurladığı qızıl-zinət əşyalarını “Neftçilər” metrostansiyasının yaxınlığında “LC Waikiki” mağazasının arxasında, adını sonradan bildiyi Nurlan adlı şəxsə 2000 manata satmış, bir dəfə də Əhmədli metrostansiyasının yaxınlığında olan “AS” lombarda üzük, klon və sırğadan ibarət, ağ qızıldan hazırlanmış dəsti girov qoymuşdur. Lakin neçəyə girov qoyduğunu xatırlamır. Bəzi əşyaları bijuteriya kimi bilib zibilliyə atmışdır. Əldə etdiyi pulları xərcləmiş və yenə də oğurluq məqsədi 14 fevral 2024-cü il tarixdə axşam saat 19 radələrində Bakı şəhəri Nizami rayonu, Əlif Hacıyev küçəsinə getmişdir. Həmin vaxt oradan araşdırma zamanı adını bildiyi Abdullanın yaşadığı 8 saylı binanın 1-ci mərtəbəsində yerləşən 11 saylı mənzilinə yaxınlaşmış, pəncərədəki dəmir barmaqlığı dartıb qoparmış və içəri daxil olmuşdur. Həmin vaxt o, mənzildən üzərində briliant qaşları olan ağ qızıldan hazırlanmış qadın üzüyünü, sarı qızıldan hazırlanmış 01 ədəd qadın üzüyünü, sarı qızıldan hazırlanmış 01 ədəd bir qədər balaca qadın üzüyünü, ağ qızıldan hazırlanmış 01 ədəd kişi üzüyünü, sarı qızıldan hazırlanmış 01 ədəd qolbağı, halqavari formalı, sarı qızıldan hazırlanmış qolbağı, zəncir formalı uşaq qızıl sepini, “HP” markalı noutbuku və “Samsung A22” markalı mobil telefonu oğurlamışdır. Mənzildən çıxandan sonra telefonu və noutbuku üzərində saxlamağa qorxmuş, onları yaxınlıqdakı dəqiq yerini xatırlamadığı zibil qutusuna atmışdır. Daha sonra oğurladığı qızılları “28 May” metrostansiyasının yaxınlığında müxtəlif şəxslərə satmışdır. Həmin qızıllardan 3 predmeti orada səyyar satışla məşğul olan bir cavan oğlana ümumilikdə 680 manata satmış, aldadaraq qızıl-zinət əşyalarının oğurluq olduğunu deməmişdir. Qalanlarını isə hara satdığını xatırlamır. Bundan sonra o, əldə etdiyi pulları xərcləmiş və yenə oğurluq məqsədi 23 fevral 2024-cü il tarixdə Nizami rayonu, R.Rüstəmov küçəsinə getmişdir. Həmin küçədə saat 21 radələrində yaşayış evlərinin arasında gəzərkən havanın qaranlıq olmasına baxmayaraq, bir evin ikinci mərtəbəsindəki mənzilin işıqlarının sönülü olduğunu görmüşdir. Həmin mənzildə kimsənin olmadığunu başa düşərək mənzildən oğurluq etmək qərarına gəlmişdir. Mənzilin pəncərəsinə yaxınlaşaraq həmin pəncərənin altındakı birinci mərtəbədəki mənzilin pəncərəsinə dəmir barmaqlığın vurulduğunu görmüş, dəmir barmaqlıqdan tutaraq yuxarı qalxmış, sonra isə həmin pəncərənin üstündə quraşdırılmış kondisionerin üstünə çıxaraq ikinci mərtəbədəki həmin pəncərəyə çatmışdır. Daha sonra pəncərədəki toru çıxarıb, məhəccərə çöl tərəfdən qoymuş, sonra isə ayağı ilə itələyib plastik pəncərənin tağını açaraq oradan mənzilə daxil olmuşdur. Mənzili yoxladıqda içəridə kimsənin olmadığınur. Bundan sonra mənzili axtardıqda mənzilin zal otağındakı altlığın üstündə olan ağ rəngli “Apple watch SE” markalı qol saatını, yataq otağındakı şkafın siyirməsindən “Pandora” markalı qadın qolbağını, üç cüt uşaq sırğasını, iki ədəd qadın qolbağını, üzərində kişi başı forması olan yumru klonu, sarı qızıldan hazırlanmış sərt formada olan qadın qolbağısını, markası yadında olmayan metal qolbaqlı saat, sarı qızıldan hazırlanmış bir ədəd klonu, bir ədəd qolbaq, bir ədəd üzük və bir cüt sırğadan ibarət komplekti, briliant qaşlı ağ qızıldan hazırlanmış kişi üzüyünü, ağ qızıldan hazırlanmış iki qoşa qadın üzüyünü, ağ qızıldan hazırlanmış briliant qaşlı bir ədəd qolbağını, bir ədəd üzük, bir cüt sırğa, bir ədəd klonlu nazik briliant qaşsız sep və bir ədəd briliant qaşlı sepdən ibarət komplekti taparaq götürmüşdir. Bundan sonra digər otağı axtardıqda həmin otaqda olan şkafın aşağı hissəsinə qoyulmuş içərisində çox sayda müxtəlif qəpik pulları onlar olan şüşə qabdan götürmüşdir. Bütün götürdüyü əşyaları özü ilə gətirdiyi sellofan torbaya yığıb, mənzilə daxil olduğu pəncərədən çölə çıxaraq oradan uzaqlaşmışdır. Həmin mənzildən oğurladığı ağ qızıldan hazırlanmış briliant qaşlı bir ədəd qolbağını, bir ədəd üzük, bir cüt sırğa, bir ədəd klonlu nazik briliant qaşsız sep və bir ədəd briliant qaşlı sepdən ibarət komplekti 1050 manata Əhmədli metrostansiyası yaxınlığında yerləşən qızıl alışı-satışı yerinə satmışdır, amma dəqiq yerini xatırlamır. Kişi və qadın nişan üzüklərini “28 May” metrostansiyası yaxınlığında yerləşən qəlyan satışı ilə məşğul olan adını bilmədiyi kişiyə 650 manata satmışdır. Sarı qızıldan hazırlanmış bir ədəd klonu, bir ədəd qolbaq, bir ədəd üzük və bir cüt sırğadan ibarət komplekti isə “28 May” metrostansiyası yaxınlığında yerləşən xatırlamadığı qızıl satışı yerinə yadında qalmayan qiymətə satmışdır. Qol saatlarını və digər əşyaları, qızıl olmadığını zənn edib “Koroğlu” metrostansiyası yaxınlığında xatırlamadığı zibil qutusuna atmışdır. Əldə etdiyi həmin pulları və bankada olan qəpikləri şəxsi ehtiyacına xərcləmişdir. Qeyd olunan mənzillərdən oğurluq hadisəsini özü tək törətmiş, oğurladığı əşyalardan onda heç biri qalmamışdır. Sonradan polislər bir ədəd qızıl dəsti aşkar edərək götürüb Zərərçəkmiş şəxs1 qaytarmışlar. Maddi imkanı olmadığına görə zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyə bilməmişdir. Məhkəmədə son sözlə çıxışında Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayonu, Ordubadi küçəsi 3 saylı binanın 28 saylı mənzilində ailə üzvləri ilə birlikdə yaşayır. 26 yanvar 2024cü il tarixdə o və ailə üzvləri səhər 08:30-da evdə çıxıb işə getmişlər. Onunla oğlu nahar fasiləsində evə qayıtmamışlar, arvadı isə həmişə olduğu kimi həmin gün saat 13:00-dan 14:00-dək nahar fasiləsi zamanı evdə olmuşdur. Həmin gün axşam saat 18:00-da arvadı işdən evə qayıtmış, arvadının yanına rəfiqəsi Liliya adlı qadın gəlmiş, toyda taxmaq üçün iki ədəd qızıl əşyasını istəmiş, arvadı da Liliyaya istədiyi qızılları vermişdir. Bundan sonra arvadı saat 18:30 radələrində bağ evinə çıxıb getmişdir. Həmin gün saat 20 radələrində oğlu işdən evə qayıtmış və mənzilin qapısını aça bilmədiyindən ona zəng edib bu barədə məlumat vermiş, o da həmin vaxt artıq evin yaxınlığında olmuşdur. Gələrək mənzilin qapısını açmağa cəhd etmiş, lakin aça bilməmiş, buna görə qonşusu Nicatın qapısını döyüb müraciət etmiş və köməklik istəmişdir. Nicat özünün yaşadığı mənzilin balkonundan onun mənzilinə balkon vasitəsi ilə girmiş və qapını içəridən açmışdır. Həmin vaxt o, arvadının qapını düzgün bağlamadığını düşünmüşdir. Bundan sonda onlar mənzilə daxil olmuşlar, balkonun qapısının açıq olduğunu görsələr də, qapını bağlamağın onun yadından çıxdığını düşünmüş, həmçinin evdə dağınıq vəziyyət olmamışdır. Gecə saat 01 radələrində qonşusu Nicat ona zəng vurmuş və digər qonşusunun evindən də oğurluq olduğunu, həmin qonşunun da onun kimi mənzilin qapısının bağlı olduğunu demişdir. Bundan sonra o, arvadına zəng etmiş və arvadı evə qayıtmış, birlikdə mənzilə baxdıqda dolabda olan arvadına məxsus qızıl-zinət əşyalarının, həmçinin 01 ədəd planşetin oğurlandığını aşkar etmişlər. Həmin qızıl-zinət əşyalarına sırğa və üzükdən ibarət, briliant qaşlı, 750 əyyarlı, İtaliya qızılına aid, dəyəri 6000 ABŞ dolları olan, 2012-ci ildə Dubaydan aldığı, ağ qızıldan olan dəst, ağ qızıldan hazırlanmış, iki qat briliant qaşları olan, 750 əyyarlı, İtaliya qızılına aid, çəkisi 7 qram olan, briliantı 0,70 sot, dəyəri 1500 manat olan 01 ədəd üzük, ağ qızıldan hazırlanmış, 750 əyyarlı, 21 qram çəkisi olan, dəyəri 3200 ABŞ dolları olan, 2013-cü ildə Dubaydan aldığı 01 ədəd qolbaq, üzərində briliant qaşları olan sırğa, üzük və klondan ibarət, ağ qızıldan hazırlanmış, ümumi çəkisi 12,75 qram çəkidə olan, dəyəri 3200 ABŞ dolları olan, 2012-ci ildə Dubaydan aldığı dəst, qırmızı-sarı qızıldan harızlanmış, 750 əyyarlı, İtaliya qızılına aid, çəkisi 11 qram olan, dəyəri 1100 manat olan 01 ədəd üzüyü, sarı qızıldan hazırlanmış, 583 əyyarlı, üzərində aypara şəkilli klon olan zəncir formalı, ümumi çəkisi 30 qram olan, dəyəri 3500 manat olan 01 ədəd boyunbağı, 750 əyyarlı, İtaliya qızılına aid, çəkisi 6 qram olan, dəyəri 700 manat olan 01 ədəd üzüyü, dəyəri 500 manat olan 01 ədəd mirvari boyunbağı aid olmuşdur. Oğurlanmış planşetin markası “X12 S 6 lite” olmuş, 600 manata yeni alınmışdır. Qızıl-zinət əşyaları arvadına məxsus olsa da onların hamısını o, öz puluna almışdır. Həmçinin onun mənzilindən oğurlanmış hərəsinin üzərində bənovşəyi rəngli qaş olan 01 cüt sırğa, 01 ədəd üzük və 01 ədəd klondan ibarət 750 əyyarlı qızıl dəstin ümumi dəyərinin 3425 manat olması haqqında 16 aprel 2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razılaşır, ona dəymiş ziyanın hesablayarkən ABŞ dollarının məzənnəsini hadisə günü olan məzənnəni nəzərə alıb hesablanmalı olduğunu, tapılmamış qızıl-zinət əşyalarına münasibətdə ABŞ dollarının hadisə gününün məzənnəsi nəzərə alınmaqla, həmçinin məhkəməəmtəəşünaslıq ekspertizasının 16 aprel 2024-cü il tarixli rəyində ona məxsus üzərində briliant qaşları olan sırğa, üzük və klondan ibarət, ağ qızıldan hazırlanmış, ümumi çəkisi 12,75 qram olan Dubaydan 3200 ABŞ dollarına aldığı dəstin dəyərinin 3245 manat qiymətləndirilməsi ilə razılaşmışdır. Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəmədiyi üçün ondan şikayətçidir və pulunun həmin şəxsdən alınması üçün məhkəmədə iddia qaldırmalı olmuşdur. Polislər tərəfindən götürülərək ona qaytarılmış bir ədəd qızıl dəst çıxılmaqla qalan dəymiş maddi ziyan ona ödənilməmişdir. Ona görə təqsirləndirilən şəxsdən şikayətçidir. Həmçinin, mülki iddiasının təmin olunmasını istəyir. Ona dəymiş 26785 manat maddi zərərin ödənilməmiş 23540 manat məbləğində hissəsinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 171 manat dövlət rüsumunun, cəmi 23711 manat məbləğində pulun təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq, ona ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayonu, Ə.Hacıyev küçəsi 8 saylı binanın 1-ci mərtəbəsində yerləşən 11 saylı mənzildə ailəsi ilə birlikdə yaşayır. Yaşadığı bina iki mərtəbəlidir, mənzili 1-ci mərtəbədə yerləşir. 13 fevral 2024-cü il tarixdə o və arvadı Masallı rayonuna yaxın qohumunun hüzr məclisinə getmiş, 16 fevral 2024-cü il tarixdə geri qayıtmışdır. Gedən vaxt evdə oğlu, gəlini və nəvəsi qalmışdır. 19 fevral 2024-cü il tarixdə saat 20:30 radələrində arvadı Mehriban həyətə düşmüş və geri qayıdanda mənzilin pəncərəsində dəmir barmaqlığın olmadığını aşkar etmişdir. Həmin vaxt arvadı dərhal mənzilə qayıtmış və evin pəncərəsinin dərmir barmaqlığının olmadığını demişdir. Bu zaman onlar evdən oğurluq olduğunu düşünmüş və o, dərhal polisə məlumat vermiş, polis əməkdaşları gələnə qədər isə heç nəyə dəyməmişlər. Polis əməkdaşları gələndən sonra onlar birlikdə baxış keçirmişlər və evdən qızıl-zinət əşyalarının, 01 ədəd “Samsung” markalı telefonun və 01 ədəd HP markalı noutbukun oğurlandığını aşkar etmişlər. Belə ki, oğurlanmış qızıl-zınət əşyalarına 750 əyyarlı, İtaliya qızılına aid, çəkisi 4 qram olan, üzərində briliant qaşları olan, dəyəri 1600 manat olan, ağ qızıldan qadın üzüyü, 583 əyyarlı, Rus qızılına aid, çəkisi 3 qram olan, dəyəri 175 manat olan, sarı qızıldan qadın üzüyü, 583 əyyarlı, Rus qızılına aid, çəkisi 2,5 qram olan, dəyəri 200 manat olan, sarı qızıldan qadın üzüyü, 750 əyyarlı, çəkisi 7 qram olan, dəyəri 800 manat olan, ağ qızıldan 01 ədəd kişi üzüyü, 585 əyyarlı, çəkisi 3,5 qram olan, Rus qızılına aid, dəyəri 265 manat olan, sarı rəngli qolbaq, 585 əyyarlı, çəkisi 3,75 qram olan, Rus qızılına aid, halqavari formalı, sarı rəngli qolbaq, 583 əyyarlı, çəkisi 2 qram olan, Rus qızılına aid, zəncir formalı, dəyəri 200 manat olan uşaq sepi daxil olmuşdur. Oğurlanmış noutbukun markası “HP Compaq CQ58-D25SR” olmuş və 750 manata yeni alınmış, telefon isə “Samsung A22” markalı olmuş, 499 manata yeni alınmışdır. Qızıl-zinət əşyaları arvadına məxsus olsa da onların hamısını o, öz puluna almış, həmçinin telefon və noutbuk da ona məxsus olmuşdur. Onun mənzilindən oğurlanmış dəyəri 1600 manat göstərdiyi, üzərində 33 ədəd rəngsiz şəffaf qaşlar 01 ədəd 750 əyyarlı qızıl üzüyünün dəyərinin 893 manat olması haqqında məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 aprel 2024-cü il tarixli, 3-16- 16/2-6/1720-9/2363 nömrəli rəyi ilə razılaşmışdır. Dəymiş maddi ziyan ona ödənilməmişdir. Ona görə təqsirləndirilən şəxsdən şikayətçidir. Həmçinin, mülki iddiasının təmin olunmasını istəyir. Ona dəymiş 4062 manat maddi zərərin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 61 manat dövlət rüsumunun, cəmi 4123 manat məbləğində pulun təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq, ona ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 23 fevral 2024-cü il tarixdə təxminən səhər saat 07 radələrində övladı Qumru xəstə olduğu üçün həyat yoldaşı ilə birlikdə yaşadığı evdən çıxıb atasının yaşadığı ünvan 2 ünvanına getmişdir. Arvadı ilə övladını atasıgilə düşürtdükdən sonra işlədiyi avtomobil bazarına getmişdir. Həmin gün təxminən saat 22 radələrində ailə üzvlərini atasıgildən götürüb yaşadığı evə qayıtmışdır. Mənzilin giriş-çıxış qapısını açarla açmağa çalışsa da qapının açılmadığını görmüş və qapının içəridən olan çəftə ilə bağlandığını başa düşmüşdir. Buna görə blokdan aşağı düşüb mənzilə baxdıqda plastik pəncərənin açıq olduğunu, pəncərədə olan torun çıxarılaraq pəncərənin kənarına qoyulduğunu gördükdə mənzilə pəncərədən oğru daxil olduğunu anlamış və mənzildən nəyin oğurlandığını bilmək üçün pəncərədən mənzilə daxil olmuşdur. Mənzildə müəyyən şkafların açıq olduğunu gördükdə mənzildən oğurluq olduğuna tam əmin olmuş və hadisə barədə DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra ailə üzvlərinin mənzilə daxil olması üçün qapının içəridə olan çəftəsini açmışdır. Bir müddət sonra polis əməkdaşları gəlib hadisəni sənədləşdirərək mənzilə baxış keçirmişlər. Hadisə yerində əl barmaq izlərinin olub-olmamasını yoxlayıb bir neçə nümunə götürmüşlər. Mənzilə baxdıqda zalda televizor altlığının üstündə olan 620 manat dəyərində ağ rəngli “Apple watch SE” markalı, 44 mm ölçülü həyat yoldaşına aldığı qol saatının olmadığını aşkar etmişlər. Bundan sonra yataq otağında qızılları qoyduqları siyirməli şkafa baxdıqda 165 manat dəyərində “Pandora” markalı qadın qolbağının, hər birinin dəyəri 100 manat olan ümumi 200 manat dəyərində 585 əyyarlı sarı qızıldan hazırlanmış iki cüt uşaq sırğasının, 230 manat dəyərində 585 əyyarlı çəkisi təxminən 2 qram bir cüt sarı qızıldan hazırlanmış sırğanın, 100 manat dəyərində 585 əyyarlı sarı qızıldan hazırlanmış qadın qolbağının, 1000 manat dəyərində 585 əyyarlı sarı qızıldan hazırlanmış üzərində kişi başı forması olan yumru klonun, 700 manat dəyərində 585 əyyarlı sarı qızıldan hazırlanmış sərt formada olan qadın qolbağının, 100 manat dəyərində “Rado” markalı metal qolbaqlı qadın saatının, 1300 manat dəyərində qadına məxsus 585 əyyarlı sarı qızıldan hazırlanmış bir ədəd klon, bir ədəd qolbağ, bir ədəd üzük və bir cüt sırğadan ibarət komplektin, nişan üzükləri olan 1000 manat dəyərində briliant qaşlı 750 əyyarlı ağ qızıldan hazırlanmış kişi üzüyünün və ümumi dəyəri 1200 manat briliant qaşlı 750 əyyarlı ağ qızıldan hazırlanmış iki qoşa qadın üzüyünün, 7400 manat dəyərində qadına məxsus briliant qaşlı 750 əyyarlı ağ qızıl olan bir ədəd qolbağın, bir ədəd üzük, bir cüt sırğa, bir ədəd klonlu nazik briliant qaşsız sep və bir ədəd briliant qaşlı sepdən ibarət komplektin, bundan başqa digər yataq otağında olan şkafın aşağı hissəsinə qoyduqları içərisində təxminən 250 manat dəyərində müxtəlif qəpik əskinazlar olan 3 kiloluq şüşə bankanın oğurlandığını aşkar etmişlər. Bundan başqa mənzildən hər hansı bir əşya oğurlanmamışdır. Hadisədə nəticəsində bütün maddi ziyan ona dəymişdir. Belə ki, o, qeyd olunan qızıl-zinət əşylarını və saatları evləndiyi ərəfədə, yəni 2022-ci il ərzində həyat yoldaşına hədiyyə olaraq almışdır. Ona ümumilikdə oğurlanmış əşyalarına görə 14015 manat, bir balon qəpiklərin oğurlanmasına görə isə 250 manat ziyan dəymişdir. Dəymiş maddi ziyan hazıradək ona ödənilməmişdir, ona görə təqsirləndirilən şəxsdən şikayətçidir, pulunun ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, təxminən 15 ildir ki, Bakı şəhəri Nəsimi rayonu “28 May” metrostansiyasının yaxınlığında dəmiryol vağzalının ətrafında səyyar satışla məşğul olur, qol saatı, gün eynəkləri, pul qabıları və sair xırdavat satır. Son zamanlar Azadlıq prospektində işləmişdir. Əvvəllər o, ümumiyyətlə qızıl-zinət əşyalarının alqı-satqısi ilə məşğul olmamışdır. 15 fevral 2024-cü il tarixdə günorta radələrində o, iş başında olan zaman adını sonradan bildiyi Vüsal adlı şəxs ona yaxınlaşaraq, qızl-zinət əşyalarının alışı ilə məşğul olan yerləri soruşmuş, o da yaxınlıqdakı obyektləri göstərmişdir. Həmin vaxt Vüsal göstərdiyi obyektə getmiş, lakin nahar fasiləsi olduğundan yanına qayıdaraq oranın bağlı olduğunu demiş, o da Vüsalı başqa obyektə yollamışdır. Bundan sonra Vüsal yaxınlıqdaki həmin obyektə getmiş, lakin yenə də yanına qayıdaraq, orada satmaq istədiyi qızıl-zinət əşyalarına az pul verildiyini demişdir. O, təklif olunan məbləği soruşduqda Vüsal 650 manat olduğunu demiş, əslində baha aldığını bildirmiş və ondan daha baha satıla biləcəyi yerləri soruşmiş, qızıl-zinət əşyalarını ümumilkdə 750 manata satmaq istədiyini bildirmişdir. Həmin vaxt Vüsalda 2 ədəd üzük və 1 ədəd qolbaq olmuşdur. O da Vüsala yalnız bir ədəd ağ qızıldan olan, üzərində briliant qaşları olan üzüyü almaq istədiyini demişdir. Vüsal isə hamısını birlikdə satmaq istədiyini bildirmişdir. Buna görə o, qızl-zinət əşyalarının hamısını özü üçün almaq qərarına gəlmiş və Vüsala ümumilikdə 680 pul verə biləcəyini demiş, Vüsal da razılaşmışdır. Daha sonra o, Vüsaldan qızıl-zinət əşyaların oğurluq olub-olmamasını soruşmuş, Vüsal isə qızıl-zinət əşyalarının özünə məxsus olduğunu deyəndən sonra şəxsiyyət vəsiqəsini tələb etmişdir. Vüsal şəxsiyyət vəsiqəsini təqdim edəndən sonra surətini çıxartmış və surətin üzərində “2 ədəd qızıl üzük və 01 ədəd sep qolbağı mənə məxsusdur və 680 manata satdım” sözlərini yazdırmış və imzalatdırmışdır. Bundan sonra o, Vüsala 680 manat pul vermiş, Vüsal oradan çıxıb getmişdir. Polisdə aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs ona oğurluq mal satması məlum olmuş, aldığı qızılı və şəxsiyyət vəsiqəsinin surətini istitaqa təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, yeznəsi Əli Bakı şəhəri Nizami rayonu “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “LC Waikiki” binasının arxasında birinci mərtəbədə yerləşən “Ayxan” parfümeriya obyektini icarə əsasənda işlətmiş, o da orada son 3 ildir ki, işləmişdir. O, mağazada parfümeriya, bəzən isə qızıl-zinət əşyalarını alıb-satmışdır. 30 yanvar 2024-cü il tarixdə günorta radələrində adını sonradan bildiyi Təqsirləndirilən şəxs işlədiyi yerə gəlmiş, əyyarı 750 olan 1 cüt qızıl sırğa və 1 ədəd qızıl qolbağı təqdim edərək, həmin qızıl-zinət əşyalarını ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmiş, onların bacısına məxsus olduğunu demişdir. Həmin vaxt o, qiymətləndirmə aparmış və Vüsalın ona təqdim etdiyi qızıl-zinət əşyalarını cəmi 2000 manat qiymətləndirmiş, 100-200 manat daha baha qiymətə satıb qazanc əldə edəcəyini düşünmüşdür. Bu zaman Vüsal onunla razılaşmış və qızıl-zinət əşyalarını ona təqdim etmiş, o da Vüsala 2000 manat pulu vermişdir. Orada Vüsaldan şəxsiyyət vəsiqəsini tələb etmiş, Vüsal da ona şəxsiyyət vəsiqəsinin əslini təqdim etmişdir. O, həqiqətən Vüsalın özünü düzgün təqdim etdiyini görmüşdür. Vüsalın ona satdığı qızılzinət əşyalarını tanımadığı şəxsə 2100 manata satmışdır. Lakin o, həmin əşyaların oğurluq olduğunu bilməmişdir, əks halda onları satın almaqdan imtina edəcəkdi. O, Vüsalın vəsiqəsinin əslinə baxmış, şəkilə əsasən həqiqətən Vüsalın olduğunu görüb özünə qaytarmış, surətini saxlamamış, həmçinin Vüsaldan qızıl-zinət əşyaları alan zaman heç bir sənəd tərtib etməmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş Şahid2 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid2 sözügedən ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, “AS” lombardın Əhmədli filialında qiymətləndirici işləyir. O, müştərilərinin lombarda təqdim etdiyi qızılzinyət əşyalarının tərkibi yoxlamış, çəkisini ölçmüş, qaşlarını yoxlamış və sadə qaş olduğu halda çəkidən çıxmış, bu məlumatlar əsasında qiymətləndirmə aparmış, sonra isə iş yoldaşı Sənubər xanıma sənədləşdirilməsi üçün ötürmüşdir. Sənubər xanım isə öz növbəsində girov orderini yazmış və onun müəyyən etdiyi məlumatları, eləcə də müştərinin şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları oraya daxil etmiş, həmçinin qızıl-zinət əşyalarının müştərinin şəxsiyyət vəziqəsi ilə birlikdə fotoşəkilini çəkmişdir. Bundan sonra Sənubər xanım girov orderinin və tərtib edilmiş girov müqaviləsinin bir nüsxəsini müştəriyə təqdim etmişdir. Müştəriyə pulu ya o, ya da Sənubər xanım təqdim etmişdir. 27 yanvar 2024-cü il tarixdə günorta radələrində adını sonradan bildiyi Təqsirləndirilən şəxs lombarda gələrək, əyyarı 750 olan 1 cüt sırğa, 1 üzük və 1 klondan ibarət qızıl dəstini təqdim edərək, həmin qızıl-zinət əşyalarını lombarda qoyub pul götürmək istədiyini bildirmişdir. Həmin vaxt o, qiymətləndirmə aparmış və Vüsala 1030 manat pul verilə biləcəyini demişdir. Bu zaman Təqsirləndirilən şəxs razılaşmış və qeyd etdiyi prosedurlardan sonra bir aylıq müddətə 5% olmaqla 1030 manat pulu vermişdir. Belə ki, müqavilədə müddət 1 ay göstərilmiş, lakin müştəri ödənişi tam edə bilmədiyi halda müddət avtomatik yenə də 1 ay uzanır və faiz qalıq pula hesablanır. Müştəri 1 ay keçdikdə və ödəniş etmədikdə onlar müştəriyə zəng edərək, ödəniş barədə xatırladır və 1 ay gözləyir. Müştəri 2 ayın tamamında yenə də ödəniş etmədikdə müştəriyə yaşadığı ünvanına rəsmi məktub göndərilir və məktubda həmin gün üçün faizlə birlikdə yaranmış borcu qeyd edilir, 10 gün ərzində həmin məbləğ ödənilmədiyi halda girov qoyulmuş qızılzinət əşyalarının lombardın mülkiyyətinə keçəcəyi barədə xəbərdarlıq edilir. Bundan sonra məktubun cavabı onlara gəldikdə onlar lombardın sahibi Yadigar Vəliyevə bu barədə məlumat verirlər, ondan sonrakı prosedur isə ona məlum deyildir. Belə ki, lombardda gün ərzində yığılmış qızıl-zinət əşyaları günün sonunda Yadigar Vəliyevə təhvil verilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 12 mart 2024-cü il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1) - 19 fevral 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 21-23) - 27 yanvar 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 51-54) - 29 fevral 2024-cü il tarixli protokollardan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman o, iş üzrə hadisə yerlərini əyani olaraq göstərib oğurluq əməllərini hansı qaydada törətdiyini ifadəsinə uyğun olaraq izah etmişdir. (İ cild i.v. 89-98, 165-168) - 01 mart 2024-cü il tarixli protokoldan, girov biletindən və foto cədvəldən görünür ki, X3 təqdim etdiyi qızıl-zinət əşyalarına baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, 01 ədəd qızıl dəst, ağ rəngli qızıldandır, 1 üzük, 1 klon və 1 çüt sırğadan ibarətdir, hər predmetdə oval formalı bənövşəyi rəngli 1 ədəd sadə qaş və xırda brilliant qaşları vardır. X6 01 ədəd qızıl dəsti təqdim edərək, həmin dəsti 27 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs, ona məxsus Bakı şəhəri Xətai rayonunda “Əhmədli” metrostansiyasının yaxınlığında yerləşən “AS” lombarda girov qoyduğunu və 5%-ilə 1030 manat pulu götürdüyünü bildirmişdir. (İ cild i.v. 114-117) - 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 132) - 02 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş, ********* nömrə altında istintaq davam etdirilmiş və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrindən, həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. (İ cild i.v. 130) - 24 fevral 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən Zərərçəkmiş şəxs3, ekspert-kriminalistin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 137-141) - 02 mart 2024-cü il tarixli protokoldan və foto cədvəldən görünür ki, Şahid1 təqdim etdiyi qızıl-zinət əşyalarına və sənədə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, onun təqdim etdiyi 01 ədəd üzük qadın üzüyüdür, ağ rəngli qızıldandır, üzərində 4 mm diametrində brilliant qaşı, qaşın ətrafında göy rəngdə iki dairə, həmin dairənin ətrafında isə diametri 1 mm civarında olan ümumilikdə 18 ədəd briliant qaşları vardır, üzüyün sağdan sonda iç diametri 19 mm-dir. Təqdim edilmiş 01 ədəd şəxsiyyət vəsiqəsinə baxış keçirildikdə müəyyən edilir ki, o, Azərbaycan Respubliaksı vətəndaşının şəxsiyyət vəsiqəsidir, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məxsusdur, AA******* nömrəlidir. Həmin şəxsiyyət vəsiqəsinin sürəti A4 formatlı vərəqədə çıxarılmışdır, həmin vərəqin üzərində həmçinin “xx.xx.2024, Təqsirləndirilən şəxs, imzanın özü, “2 ədəd qızıl üzük və 1 ədəd sep qolbağı mənə məxsusdur və 680 manata satdım, İmza” vardır. Şahid1 01 ədəd üzüyü və 01 şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək bildirmişdir ki, şəxsiyyət vəsiqəsində adı və fotoşəkili olan Təqsirləndirilən şəxs adlı şəxs ona 15 fevral 2024-cü il tarixdə hazırda onun təqdim etdiyi 01 ədəd üzüyü, həmçinin daha 01 ədəd üzüyü və 01 ədəd qolbağı ümumilikdə 680 manata satmışdır. Təqdim olunmuş 01 ədəd üzük və 01 ədəd şəxsiyyət vəqiqəsinin surəti maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. (İ cild i.v. 183-186) -Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə daktiloskopik ekspertizasının 03 aprel 2024-cü il tarixli 24/693 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında vət. Zərərçəkmiş şəxs3 Niyaz oğluna məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 05 ədəd əl-barmaq və 02 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədi xx.xx.1966-cı ildə Lənkəran rayonunda anadan olmuş X1 əlinin şəhadət barmağının əksi, 02 ədədi xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuç Təqsirləndirilən şəxs sol əlinin adsız və çeçələ barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Digər eyniliklər müəyyən edilməmişdir. (İİ cild i.v. 43-52) - 09 aprel 2024-cü il tarixli protokoldan götürünr ki, "xxxx" MMC-dən 08 may 2024cü il tarixli 7572 nömrəli məktubla daxil olmuş 01 ədəd CD diskdə Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar-fevral aylarında Bakı şəhəri Nizami rayonun ərazisində mənzillərdən oğurluq cinayətlərini törətdiyi zaman istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və göndərilən SMS mətnlərin, həmin nömrəyə daxil olan və həmin nömrədən çıxan zənglərin siyahısının, həmin siyahıdakı abonentlərinin anket məlumatlarının və Təqsirləndirilən şəxs telefonunun anten məlumatlarının olması müəyyən edilmişdir. Həmin məlumatlar və cinayət işinin materialları müstəntiq tərəfindən tədqiq edildikdə müəyyən edilmişdir ki, oğurluq baş vermiş bütün tarixlərdə oğurluq saatlarına yaxın vaxtlarda Təqsirləndirilən şəxs yaşadığı evinin yaxınlığında olmuş, oğurluqları etdiyi saatlarda isə heç kimlə əlaqə saxlamamış, oğurluq etdiyi mənzillər özünün yaşadığı evdən uzaq olmamışdır. Diskdə əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. (İİ cild i.v. 53-54) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator məhkəmə-psixiatrik ekspertizasının 16 mart 2024-cü il tarixli 754 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. X4 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxsin hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (İİ cild i.v. 59-61) - 31 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş, Şahid2, Şahid1 və Şahid3 barələrində Azərbaycan Respublikası CM-nin 194cü maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, iş üzrə Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd qızıl dəst və Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd qızıl üzük maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılması nəzərə alınmış, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk sübut qismində cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs aid sol əlinin adsız və çeçələ barmaqlarının əksləri maddi sübut əməmiyyəti kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs3 məxsus ünvan 3 ünvanda yerləşən evindən Nizami RPİ-nin 25-ci PŞnin CA üzrə əməliyyat müvəkklili X7 əl izlərinin aşkar edilməsi, onun polis əməkdaşı olmaqla əməliyyat qrupunun tərkibindən hadisə yerini müayinə edərkən saxladığı nəzərə alınmışdır. (İİ cild i.v. 225-237) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, özgənin əmlakını gizli olaraq talama - təkrar; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla; xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 78) - 01 mart 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay 14 gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 28 fevral 2024-cü il tarixdən hesablanmışdır. (İ cild i.v. 125-125) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, 3000 manat cərimə cəzasına məhkum edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələri ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrum etmə və 2900 manat cərimə cəzalarına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 06 avqust 2018-ci il tarixli qərarı ilə cəza müddəti 03 il 09 aya endirilmiş və üzərində həmin cəza ilə birlikdə 2900 manat cərimə cəzası saxlanılmış, 24 oktyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 1250 manat cərimə cəzasına məhkum edilmiş, 02 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən, 12 may 2022-ci il tarixdə həmin Amnistiya Qərarının 2.11-ci bəndinə əsasən 1250 manat cərimə cəzasından azad edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinə əsasən 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 sentyabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (İİ cild i.v. 38-40, 70-75) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbləri baxımından hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli hökmünə münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir, həmin hal nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda, məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli hökmü ilə az ağır cinayətə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından cəzasının sonu ilə 07 sentyabr 2023-cü il tarixdə azad edildikdən sonra Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir, əməlində cinayətlərin residivi vardır. Ona görə məhkəmə həmin halı Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin (beş il) yarısından az olmamalıdır. Həmin maddənin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 01 mart 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı 28 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia məsələsinə ayrıca qiymət veriləcəkdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 01 ədəd qızıl dəstin və 01 ədəd qızıl üzüyün məhkəməyədək icraat zamanı müvafiq olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır; Təqsirləndirilən şəxs aid sol əlin adsız və çeçələ barmaqların əksləri və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə mülki iddiaların həlli ilə məsələlər üzrə qeyd edir ki, iş üzrə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə baxışı zamanı mülki iddia vermişlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz təkrarən daxil olmaqla özgə əmlaklarını gizli olaraq talayıb oğurluq etməklə onlara müvafiq məbləğlərdə maddi ziyan vurması, bununla da mülki iddiaların həmin hissədə faktiki olaraq əsaslı olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs, mülki iddiaçı Təqsirləndirilən şəxs verilmiş ittihamla yanaşı mülki iddiaları qəbul etmiş, lakin maddi ziyanı ödəməyə maddi imkanı olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, törədilmiş cinayət əməli nəticəsində zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 ümumilikdə xeyli miqdar hesab olunan 26785 manat məbləğində maddi ziyan vurulmuşdur, ibtidai istintaq zamanı 3245 manat dəyərində qızılzinət əşyası götürülməklə zərərçəkmiş şəxsə qaytarılmış, bu səbəbdən mülki iddiaçı həmin məbləği maddi ziyandan çıxmaqla ödənilməmiş qalan 23540 manat məbləğində pulun onun xeyrinə tutulması ilə bağlı iddia qaldırmışdır. Ona görə məhkəmə hesab edir ki, həmin mülki iddia verilmiş ittiham daxilində (naturada qaytarılmış əşyanın dəyəri çıxılmaqla) olduğundan, əsaslı hesab edilməli, maddi ziyana görə 23540 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 171 manat, cəmi 23711 manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq, mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Bundan başqa, törədilmiş cinayət əməli nəticəsində zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs2 ümumilikdə 4062 manat məbləğində maddi ziyan vurulmuşdur, ibtidai istintaq zamanı 893 manat dəyərində qızıl-zinət əşyası götürülməklə zərərçəkmiş şəxsə qaytarılmışdır. Lakin mülki iddiaçı həmin məbləği maddi ziyandan çıxmamış, mülki iddianı verilmiş ittiham daxilində (naturada qaytarılmış əşyanı, onun dəyərini nəzərə almamaqla) qaldıraraq, 4062 manat məbləğində pulun onun xeyrinə tutulmasını tələb etmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin mülki iddia qismən təmin edilməli, maddi ziyana görə 3169 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 61 manat, cəmi 3230 manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq, mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməlidir. Məhkəmə diqqətə çatdırır ki, cinayət işi üzrə digər zərərçəkmiş şəxs X2 vurulmuş maddi ziyan ödənilməsə də onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb edən həmin zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 28 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilsin. Maddi ziyana görə 23540 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 171 manat, cəmi 23711 manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq, mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilsin. Maddi ziyana görə 3169 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 61 manat, cəmi 3230 manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq, mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. İş üzrə dəymiş ziyanı tələb etdiyi halda, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ Zərərçəkmiş şəxs3 izah edilsin. Maddi sübut qismində tanınmış 01 ədəd qızıl dəstin və 01 ədəd qızıl üzüyün məhkəməyədək icraat zamanı müvafiq olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın, Təqsirləndirilən şəxs aid sol əlin adsız və çeçələ barmaqların əksləri və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsınlar. Məhkəmə məsrəfi olan 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 24 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 144 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-479/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-479/2024
25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver