Məhkəmə qərarları › İş №1(007)-479/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-479/2025

28.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-479/2025 28.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın iştirakı ilə, xx xxxxxxxx 1984-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, hazırkı cinayət işi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən «Cəzaçəkmə müəssisələrinin X3» ilə qadağan olunmuş əşya sayılan - kustar üsulu ilə hazırlanmış, deşici xassəyə malik, soyuq silah hesab edilməyən 2 (iki) ədəd bizi hazırlamış, üzərində saxlamış, gəzdirmiş və xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində cəza çəkdiyi müəssisənin istehsalat sahəsindən yaşayış sahəsinə buraxılış zamanı müəssisənin əməkdaşları tərəfindən xüsusi aynlmış otaqda onun üzərində axtarış-baxış tədbirləri aparılarkən hər iki ayağın topuq nahiyyəsində, yəni sol və sağ ayağında olan corablann iç hissəsində gizlətdiyi kustar üsulu ilə hazırlanmış 2 (iki) ədəd qeyd olunan biz aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum cəzasına məhkum edilmiş, Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində cəza çəkdiyi müəssisənin istehsalat sahəsindən yaşayış sahəsinə buraxılış zamanı müəssisənin əməkdaşları tərəfindən xüsusi ayrılmış otaqda onun üzərində axtarışbaxış tədbirləri aparılarkən hər iki ayağın topuq nahiyyəsində corabların iç hissəsində gizlətdiyi kustar üsulu ilə hazırlanmış 2 (iki) ədəd biz aşkar olunaraq götürülmüşdür. Həmin əşyaları istehsalat sahəsindən tapmış və öz təhlükəsizliyini təmin etmək üçün üzərində saxlayaraq gəzdirmişdir. Hazırda əməlindən çox peşmandır. Məhkəmədən barəsində ədalətli cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsinin baş inspektoru, rəisin növbə üzrə köməkçisi Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi müəssisədə cəza çəkən məhkum kimi tanıyır, onunla heç bir tanışlığı, ədavəti və ya qərəzli münasibəti yoxdur. xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində daxil olmuş əməliyyat məlumatına əsasən məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi müəssisədə istehsalat sahəsindən yaşayış sahəsinə buraxılış zamanı üzərinə axtanşbaxış tədbirləri aparılarkən hər iki ayağın topuq nahiyyəsində, yəni sol və sağ ayağında olan corabların iç hissəsində gizlətdiyi kustar üsulu ilə hazırlanmış 2 (iki) ədəd biz aşkar olunaraq götürülmüşdür. Belə ki, məhkum Təqsirləndirilən şəxs cəza çəkərkən «Cəzaçəkmə müəssisələrinin X3» ilə qadağan olunmuş əşya sayılan – kustar üsulu ilə hazırlanmış 2 (iki) ədəd bizi özündə saxlamış, gəzdirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 01 Cəzaçəkmə müəssisəsinin böyük nəzarətçisi, ədliyyə baş giziri Şahid2, 01 Cəzaçəkmə müəssisəsinin nəzarətçisi, ədliyyə giziri Şahid3 məhkəməyə Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində müəssisənin istehsalat sahəsindən yaşayış sahəsinə buraxılış zamanı müəssisənin əməkdaşlan tərəfindən xüsusi aynlmış otaqda məhkum X2 üzərində axtanş-baxış tədbiri keçirilərkən hal şahidi qismində iştirak etmək üçün dəvət olunduğunu, axtanş-baxış zamanı məhkum Təqsirləndirilən şəxs hər iki ayağın topuq nahiyyəsində, yəni sol və sağ ayağında olan corablann iç hissəsində gizlətdiyi kustar üsulu ilə hazırlanmış 2 (iki) ədəd «Cəzaçəkmə müəssisələrinin X3» ilə qadağan olunmuş əşya sayılan bizin aşkar edilərək götürüldüyünü, bundan sonra müəssisənin əməkdaşları tərəfindən onun və digər hal şahidinin iştirakı ilə protokol tərtib edildiyini, həmin bizlər qablaşdınlaraq zərfə qoyulub möhürlənərək protokola əlavə edildiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 01 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşları Əməliyyat şöbəsinin inspektoru, ədliyyə kapitanı Kamil Əliyevin, RNK-si, ədliyyə mayoru Şahid1, müəssisənin rejim-nəzarət şöbəsinin nəzarətçiləri, ədliyyə baş giziri Şahid2 və ədliyyə giziri Şahid3, hal şahidləri məhkum Şahid4 və Şahid5 iştirakları ilə xx.xx.2025-ci il tarixdə, saat təxminən 18:00 radələrində məhkum Təqsirləndirilən şəxs müəssisənin istehsalat sahəsindən yaşayış sahəsinə buraxılış zamanı orada ayrılmış otaqda üzərində axtarış-baxış tədbiri keçirilən zaman məhkum Təqsirləndirilən şəxs hər iki ayağının topuq nahiyəsində, corabın iç hissəsində gizlətdiyi 2 (iki) ədəd kustar üsulla hazırlanmış “biz” aşkar edilərək götürülmüş, hal şahidlərinin və digər proses iştirakçılarının iştirakı ilə zərfdə qablaşdırılaraq möhürlənmiş, protokol tərtib olunmuş, hamı tərəfindən imzalanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 3/383 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 02 ədəd predmet kustar üsulu ilə hazırlanmış deşici xassəyə malik bizdir, istifadəyə yararlıdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 3/650 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 02 ədəd predmet kustar üsulu ilə hazırlanmış, deşici xassəyə malik bizdir, soyuq silah hesab edilmir, istifadəyə yararlıdır. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 74.4-cü maddəsinə əsasən cəzanın icrası qaydalarını təmin etmək məqsədilə məhkumlara cəzaçəkmə müəssisələrinin X3 ilə müəyyən edilmiş əşyaların verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən belə əşyaların hazırlanması, cəzaçəkmə saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunur. Məhkumlarda, müəssisəsinə daxil olan və çıxan şəxslərdə, habelə məhkumların adına göndərilmiş bağlama və banderollarda belə əşyalar aşkar edildikdə həmin əşyalar götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Azerbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli 7 N nömrəli Kollegiya qəran ilə təsdiq edilmiş «Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalan»nın 11-ci əlavəsinə əsasən konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətlər cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, daşınması, gəzdirilməsi və ya istifadə etməsi qadağan olunmuş əşyaların siyahısına daxildir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 Zaur Ədalət oğlu əvvəllər dəfələrlə məhkum olunmuş və sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə təqsirli bilinərək 1 il 06 ay müddətinə azadlıqdan məhrum cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-636/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs hökm çıxarıldığı vaxta, yəni xx.xx.2025-ci il tarixə 03 ay 18 gün müddətinə çəkilməmiş cəzası qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin obyektini cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının normal fəaliyyətinin və həmin təsisatlarda daxili intizamın təmin edilməsi üzrə idarəetmə zamanı yaranan ictimai münasibətlər təşkil etməsini, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-636/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib təyin olunmuş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 03 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-636/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınaraq, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 02 ədəd biz hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 04 ay (dörd ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən onun barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-636/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin olunmuş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 03 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirərək Təqsirləndirilən şəxs qəti olaraq 05 ay (beş ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 636/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc cəmi – 128 manat (bir yüz iyirmi səkkiz manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd biz hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 66 (altmış altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar