Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-48/2023 02.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 qanuni nümayəndəsi X3 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1962-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində komendant vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Bünyadlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixli əmək müqaviləsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin komendantı vəzifəsində işləməklə 17 iyul 2019-cu il tarixli 11 nömrəli əmrlə əməyin mühafizəsi və təhlükəsizlik texnikası, həmçinin yanğın təhlükəsizliyi qaydalarına cavabdeh şəxs olmaqla, "xxxx" MMC ilə aralarında bağlanılmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən binada bütün idarəetmə işlərini, əhaliyə nümunəvi xidmətlərin göstərilməsini təşkil etmək, bununla əlaqədar digər müəssisə və təşkilatlarla müqavilələr bağlanması, onların göstərdiyi xidmətlərə nəzarəti, aylıq, illik müqavilə qiymətlərinin ödənilməsini, binanın və orada yaşayan əhalinin təhlükəsizliyi üçün tədbirlər görülməsini, kommunal xidmətlərlə bağlı sıradan çıxmış avadanlıqların yeniləri ilə əvəz olunması və təmirini, binanın cari təmir işlərinin aparılmasını, həmçinin liftlərə texniki xidmət göstərilməsinin təşkili, fəhlə, gözətçilər, liftlərə texniki xidmət göstərmək üçün elektromexanik ixtisasına malik işçilər və xadimələrin işə götürülməsini, kommunal tariflərin müəyyən edilməsini, vergi və digər ödənişlərin vaxtında ödənilməsinin həyata keçirilməsini, həmçinin «Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»nın 7.3.1, 7.3.6, 7.3.7, 7.4.1, 7.4.5, 7.4.7 bəndlərinə əsasən liftlərin dövri olaraq hər 12 ay müddətindən az olmayaraq texniki müayinəsinin aparmasını, texniki baxış zamanı liftin baxışdan, statik və dinamik sınaqdan keçirilməsini, vəziyyətinin müəyyən edilməsi üçün liftə baxış, onun mexanizmlərinin və elektrik avadanlıqlarının, idarəetmə və siqanalizasiya sisteminin, qapı açarının, qapı kontaktlarının, sonluq elektrik açarlarının və başqa qoruyucu qurğuların, elecə də işıqlandırılmasının yoxlanılması ilə müşayiət olunmasını, daimi saz vəziyyətdə saxlanılması üçün liftləri lazımi xidmətinin və nəzarətinin təşkil edilməsini, liftlərin saz vəziyyətdə saxlanılmasına nəzarəti elektrik mexaniklərinə tapşırılmasını, lift bələdçisi müvafiq təlim üzrə hazırlıq keçdikdən sonra, kvalifikasiya komissiyası tərəfindən attestasiya olunmaqla (biliklərinin yoxlanılması keçirilməklə) ona vəsiqə verilməsini təmin etməli olduğu halda işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək, ünvan 3 ünvanında yerləşən 17 mərtəbəli binanın 4-cü blokunda quraşdırılmış yük liftinin saz vəziyyətdə saxlanılması üçün müvafiq təlim üzrə hazırlıq keçərək kvalifikasiya komissiyası tərəfindən attestasiya olunmaqla vəsiqə ilə təmin edilmiş lift bələdçisi təyin edib, həmin bələdçi tərəfindən liftə texniki baxışlar keçirilməklə liftin aşağı və yuxarı hərəkətini təmin edən bucurqad sisteminin üzərindəki aparıcı qasnağın əhəmiyyətli dərəcədə tam yeyilməsi, bunun nəticəsində burazların yivlərin içərisinə daxil olması və sürtünmə əmsalının aşağı düşməsi, burazlardan biri olmamaqla qalan burazların üzərində olan yağlılığın normadan çox olması, əks yük balansının uyğun olmaması, lift motorunun əyləc qəliblərinin üzlüklərinin yeyilməsi kimi mövcud nöqsanların, həmçinin bistabil yavaşlama sensorunun işlək vəziyyətdə olmamasının aşkar edilərək vaxtında aradan qaldırılmasını təmin etməmiş və bunun nəticəsində ehtiyyatsızlıqdan 17 iyun 2022-ci il tarixdə saat 22 radələrində həmin binanın 4-cü blokunda quraşdırılmış yük liftinin 4-cü mərtəbədən aşağıya yüksək sürətlə düşüb 2-ci mərtəbəyə daxil olduqda, kabinənin üzərində olan bistabil yavaşlama sensorunun işlək vəziyyətdə olmaması səbəbindən sürət artımına görə işə düşməsi ilə əlaqədar, sürət məhdudlaşdırıcı qurğunun təsirindən əvvəlcə 2-ci mərtəbədə zərbə ilə dayanıb, daha sonra aparıcı şkifınin yeyilməsi, burazların normadan çox yağlı olmasına görə sürüşərək sürət məhdudlaşdırıcı qurğunun təsirindən 1-ci mərtəbənin astanasından 0,32 metr keçərək yenidən zərbə ilə dayanması ilə əlaqədar, liftin içərisində olan bina sakinləri Zərərçəkmiş şəxs5 sol bazunun yuxarı 1/3-nin ön səthinin qançırı ilə müşayiət edilən sağlamlığa zərər vurmayan olduğundan dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs1 L3- L4 fəqərə (İİİ və İV bel fəqərələri) cismində çökmə tipli fəsadlaşmamış sınığı, sol budun yuxarı 1/3-nin bayır səthinin sıyrıqları ilə müşayiət edilən ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs6 sağ ayağın iç topuğunda qopma xarakterli yerdəyişən və incik sümüyünün distal 1/3 hissəsinin (bayır topuqda) arxa və bayıra yerdəyişən spiralvari sınığı ilə müşayiət edilən ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs3 sağ qamış sümüyünün yuxarı 1/3-nin qapalı sınığı ilə müşayiət edilən ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs8 Til (11ci döş fəqərəsi) fəqərə cisminin fəsadlaşmamış, yerdəyişən, kompression sınığı, solqamış sümüyünün oynaqdaxili qapalı sınığı ilə müşayiət edilən, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs2 sol bayır topuğun qapalı sınığı ilə müşayiət edilən ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almaları, həmçinin liftdə olan azyaşlılar Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs4 mənəvipsixoloji sarsıntı keçirmələrinə səbəb olmaqla onların hüquqlarına, qanuni mənafelərinə və cəmiyyətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 17 iyul 2019-cu il tarixdən etibarən "xxxx" MMC-də işləmiş, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 1 ünvanında yerləşən MMC-yə məxsus bina 17 mərtəbəli, 5 bloklu olmaqla qeyd edilən binada 430 mənzil olub, hər blokda biri sərnişin, digəri isə yük olmaqla 2 lift fəaliyyət göstərmiş, liftlər sərnişinlərin 1-16-cı mərtəbələrə çatdırılmasını təmin etmiş, binanın 1-ci mərtəbəsində sakinlərin avtomobillərinin saxlanılması üçün dayanacaq fəaliyyət göstərmiş, sakinlərin qaraja gedib-gəlmələri üçün hər blokun 1-ci mərtəbəsində pilləkən nəzərdə tutulmuş, binada təxminən 2011-ci il tarixdən başlayaraq sakinlər yaşamağa başlamış, o isə 17 iyul 2019-cu il tarixdən MMC-nin müvafiq əmri ilə həmin binada komendant vəzifəsinə təyin edilməklə işləmiş, bununla əlaqədar onunla əmək müqaviləsi bağlanmış və binada görülməli olan bütün işlər MMC-nin direktoru, həmçinin binanın tikintisini aparmış "xxxx" MTK-nın direktoru Şahid1 tərəfindən ona həvalə olunmuşdur. Komendant olaraq vəzifələri binanın həyətinin təmizliyinə, işıqlanma sisteminə, su, qaz, işıq və digər kommunal xidmətlərinə, kommunal ödənişlərin yığılmasına, həmçinin binada avadanlıqların, o cümlədən liftlərin təhlükəsiz vəziyyətdə işləməsinə nəzarət etməkdən, lazım olduqda binada təmir olunmalı olan liftlərin təmirinin həyata keçirilməsindən ibarət olmuşdur. 17 iyun 2022-ci il tarixdə səhər saat 8-də işə gəlmiş və 20:00-da iş saatı bitdiyi üçün evə getmiş, axşam saat 22 radələrində binanın 4-cü blokunda quraşdırılmış yük liftinin düşməsi və liftdə olan şəxslərin xəsarət almaları barədə ona məlumat verilmiş, o, dərhal komendantı olduğu Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 1 ünvanında yerləşən binaya getmiş, 4-cü blokda quraşdırılmış həm yük, həm də sərnişinlər üçün istifadə edilən liftin içərisində olan 10 nəfər şəxslə binanın 4-cü mərtəbəsinə qalxmasını, 4cü mərtəbədə dayansa da, qəfil sürətlə aşağıya düşüb 2-ci mərtəbədə zərblə dayanmasını, 1-2 saniyə 2-ci mərtəbədə qaldıqdan sonra isə yenidən sürətlənib aşağıya düşərək 1-ci mərtəbədə növbəti dəfə zərblə dayanmasını, nəticədə isə liftin kabinəsində olan şəxslərin xəsarət almalarını öyrənmişdir. Hadisə barədə dərhal Səhiyyə Naziliyinin 103 xidməti-zəng mərkəzinə məlumat verilmiş və liftdəki şəxslərə tibbi yardım göstərilməsi üçün həmin şəxslər çağırılmış təcili tibbi yardım briqadaları vasitəsilə xəstəxanaya aparılmışlar. "xxxx" MMC-nin balansında olan sözügedən yaşayış binasında liftlərin texniki nasazlığının yoxlanılması ilə əlaqədar lift sahəsində ixtisaslaşmış hər hansı təşkilatla müqavilə bağlamamış, hadisədən sonra MMC-nin həyətində nasaz işıq cihazlarının təmiri ilə ara-sıra məşğul olan Şahid3la, həmçinin MMC-də işləyən digər işçilərlə baş vermiş hadisənin səbəbini müəyyən etmək məqsədilə müzakirələr aparsa da, MMC-də lift üzrə təhlükəsizlik məsələləri ilə əlaqədar cavabdeh şəxs qismində işləyən, bilik və bacarığı olan ixstisaslı mütəxəssisləri olmadığından, konkret bir nəticəyə gələ bilməmişlər. Şahid3 isə MMC-də qeyri-rəsmi işləmiş, müəyyən məbləğdə pul müqabilində binanın, o cümlədən liftlərin kabinələrində olan işıq cihazlarının dəyişdirilməsi, yeniləri ilə əvəz olunması ilə bağlı işlər görmüş, MMC-nin əməkdaşı Şahid4 isə MMC-də rəsmi vəzifəsi lift nəzarətçisi olmuş, lakin sonuncu binada müxtəlif fəhlə işlərini görməklə faktiki olaraq tullantı sularının daşındığı boruların tutulması zamanı boruları açmış, liftlər hərəkət edib dayandıqda isə kabinənin içərisində köməksiz qalmış bina sakinlərini liftdən çıxarmış, bina sakinlərinin mənzillərində və ya bloklarında hər hansı xırda təmir işləri aparılmalı olduğu halda, həmin təmirlərlə əlaqədar işləri yerinə yetirmişdir. X1 vəzifəsi üzrə əsas işi binada olan liftlərdə hər hansı şəxsin qalmasına nəzarət edib, liftdə qalan şəxs olduğu halda liftin kabinəsinin qapılarını açmaqla içəridə olan şəxsləri çıxarmaqdan ibarət olmuşdur. Şahid4 liftlərin texniki sazlığına nəzarət etmək vəzifəsi olmamış, öhdəliyi yalnız binada qeyd edilən işləri görmək olmuşdur. "xxxx" MMC ilə hər hansı işçi arasında liftlərə texniki cəhətdən quluq göstərilməsi, vaxtaşırı baxışlar keçirilməsi ilə əlaqədar müqavilə bağlanmamış, bununla əlaqədar hər hansı şəxs işə götürülməmiş, Şahid3 tərəfindən bir neçə dəfə MMC-nin balansında olan, qeyd edilən ünvanda yerləşən binanın liftlərinin texniki-təhlkükəsizliyinə nəzarət edilməsi, bununla əlaqədar sonuncu ilə əmək müqaviləsi bağlanması təklif olunsa da, Şahid3 razılaşmamış, ixtisaslı bilik və bacarığı olmadığını, MMC-də liftlərə texnikitəhlükəsizliyə cavabdeh olacaq şəxsin həmin sahədə ixstisaslı mütəxəssis olmalı olduğunu ona bildirmişdir. Sonradan da, tərəfindən sözügedən binada liftlərə qulluq göstərməli olan elektromexanik ixtisasına malik hər hansı işçi təyin edilməmişdir. “Yeni Ev- 7" MMC-nin direktoru Şahid1 ilə 17 iyul 2019-cu il tarixdə 3 il müddətinə aralarında bağlanılmış müqaviləyə əsasən, həmçinin MMC-nin müvafiq əmri ilə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 1 ünvanında yerləşən binada bütün idarəetmə işləri, əhaliyə nümunəvi xidmətlərin göstərilməsi, bununla əlaqədar digər müəssisə və təşkilatlarla müqavilələr bağlanması, onların göstərdiyi xidmətlərə nəzarət, aylıq və illik müqavilə qiymətlərinin ödənilməsi, binanın və orada yaşayan əhalinin təhlükəsizliyi üçün tədbirlər görülməsi, kommunal xidmətlərlə bağlı sıradan çıxmış avadanlıqların yeniləri ilə əvəz olunması və təmiri, binanın cari təmir işlərinin aparılması, liftlərə texniki xidmətlərin göstərilməsinin təşkili, fəhlə, gözətçilər, liftlərə texniki xidmət göstərilməsi üçün elektromexanik ixtisasına malik işçilər və xadimələrin işə götürülməsi, kommunal tariflərin müəyyən edilməsi, vergi və digər ödənişlərin vaxtında ödənilməsi ona həvalə edilmişdir. Bununla əlaqədar ona təqdim edilmiş 17 iyul 2019-cu il tarixli müqaviləni diqqətlə nəzərdən keçirərək müqavilədə olan imzalar da tərəfindən icra edilmişdir. Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 1 ünvanında yerləşən binanın həyətində və binada qeyd etdiyi vəzifələrin icrası, o cümlədən liftlərə texniki xidmət göstərilməsinin təşkili, liftlərə texniki xidmət göstərilməsi üçün elektromexanik ixtisasına malik işçilərin təyin edilməsi MMC tərəfindən ona həvalə edilsə də, 17 iyun 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən binanın 4-cü blokunda quraşdırılmış liftdə baş vermiş nasazlıq nəticəsində bina sakinlərinin xəsarət alacaqlarını ehtimal etməmiş, bu səbəbdən həmin vəzifəni düzgün yerinə yetirməmiş, belə bir hadisənin baş verəcəyini ehtimal edəcəyi halda, binada liftlərə texniki xidmət göstərilməsi üçün elektromexanik ixtisasına malik işçilər təyin etməklə bu sahədə xüsusi bilik və bacarığı olan mütəxəssislərin çalışdığı hər hansı lift təşkilatı ilə müqavilə bağlayardı, binanın liftlərində əvvəllər yaranmış texniki nasazlığın müxtəlif gətirdiyi ustalar vasitəsilə aradan qaldırmağa çalışmış, sonuncu dəfə liftlərə 2020-ci ildə FHN-nin müvafiq qurumu tərəfindən baxış keçirilmiş, sonradan onun tərəfindən dəvət edilmədiklərinə görə koronavirus pandemiyası ilə əlaqədar liftlərə qeyd olunan qurumun əməkdaşları tərəfindən baxış keçirilməmişdir. Əməlindən səmimi peşman olmasını,ilk dəfə cinayət törətməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 1 ünvanında yerləşən 17 mərtəbəli binanın 4-cü blokunda, 314a nömrəli mənzildə ailəsi ilə birlikdə yaşayır. Ailəsi ilə birlikdə yaşadığı 4-cü blokda 2 lift bina sakinlərinin istifadəsinə verilmiş, həmin liftlərdən biri kiçik, digəri isə bir qədər iri həcmli olmuşdur. Qeyd edilən ünvanda yaşadığı müddət ərzində həm sərnişin, həm də yüklərin daşınması üçün nəzərdə tutulmuş və istifadə edilən, binanın 4-cü blokuna girəcəkdən sağ tərəfdən 1-ci liftdə bir neçə dəfə əvvəllər də müxtəlif nasazlıqlar baş vermiş, həmin nasazlıqlar nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmadığından liftdə yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar məsələ qaldırılmamışdır. Belə ki, müxtəlif vaxtlarda liftin hərəkətdə olduğu zaman yaşlılar və ya azyaşlı uşaqlar, o cümlədən digər bina sakinlərinin liftin dayanması və içəridə işıqların sönməsinə görə liftdə qalmalarının, bəzi hallarda liftin özbaşına olaraq sürətlənməsinin də şahidi olmuş, liftin bir çox hallarda yuxarı mərtəbədən aşağı mərtəbəyə doğru istiqamətləndikdə sürətlənməsini, qəfil tormozlanmasını liftin kabinəsinin bir sıra hallarda dayandığı mərtəbədən bir qədər aşağıya düşməsini, lazımi qaydada mərtəbə ilə paralel şəkildə dayanmaması kimi hallar bina sakinlərinin haqlı narazılıqlarına səbəb olmuş, buna baxmayaraq binanın liftlərində heç bir təmir işləri aparılmamış, bu səbəbdən də 17 iyun 2022-ci il tarixdə məlum hadisə baş vermişdir. Baş vermiş hadisə ilə əlaqədar o, yataq xəstəsinə çevrilmiş, müxtəlif həkim və xəstəxanalara pullar ödəmişdir. 17 iyun 2022-ci il tarixdə, saat 22 radələrində binanın həyətindən bloka daxil olub liftin qapısına yaxınlaşmış, sonradan digər axşam vaxtı olduğundan, həyətdə olan qonşularının da yuxarı mərtəbələrə qalxmaq üçün liftin qarşısına toplaşdıqlarını görmüş, ardıcıl olaraq, hər bir sakinin kabinənin içərisində olan elektron tabloda öz qalxacağı mərtəbənin sıra nömrəsini sıxdıqdan sonra liftin kabinəsinin qapıları bağlanaraq yuxarıya doğru hərəkət etməyə başlamış, bir qədər hərəkət edib 4-cü mərətəbədə dayandıqda kabinənin içərisində olan işıqlar da sönüb yanmış, həmin vaxt kabinənin içərisində olan uşaqlar qışqırmağa başlamış, lift kabinəsi 4-cü mərtəbədə dayandıqdan sonra sürətlə aşağıya düşmüş, bu zaman liftin sürəti artmış, 2-ci mərtəbədə qəfil zərblə dayanan zaman onunla yanaşı, içəridə olan digər bina sakinlərinin xəsarət almaqdan qorunmaq üçün aşağıya doğru kabinənin içərisində oturmağa çalışmalarına baxmayaraq, liftin içərisində böyüklər, həm də uşaqlar yıxılmış, qonşuları Zərərçəkmiş şəxs8 oradaca yerə yıxılmasını görmüşdür. Liftin 2-ci mərətəbədə ani olaraq qəfil dayanmasına baxmayaraq, yenidən sürətlə sürüşərək 1-ci mərtəbəyə düşüb qəfil zərblə ikinci dəfə dayanmış, həmin vaxt yıxılaraq xəsarət almışdır. Lift kabinəsinin 1-ci mərtəbənin astanasında zərblə dayandıqdan sonra, liftin kabinəsinin qapılarını döyməyə və kömək istəməyə başlamışlar. Bir qədər sonra çöldən gələn şəxslər liftin kabinəsinin qapılarını aralayıb, liftin qapısını açmış, dərhal çağırılmış təcili tibbi yardım briqadaları vasitəsilə müxtəlif xəstəxanalara aparılmışlar, o da hadisədən sonra X12 Mərkəzinə yerləşdirilmişdir. Baş vermiş hadisə ilə əlaqədar ona dəymiş ziyanın ödənilmədiyini, "xxxx" MMC-dən şikayətçi olduğunu qeyd edərək, ən ağır formada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilən Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin əvvəllərində Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 1 ünvanında yerləşən 17 mərtəbəli binanın 4-cü blok, 314-cü mənzilinə ailəsi ilə birlikdə köçmüş, həmin ünvanda yaşamışdır. Yaşadıqları bina hündürmərtəbəli olduğundan binada insanları və yükləri yuxarı və aşağı mərtəbələrə daşımaq üçün istifadə edilən liftlər quraşdırılmışdır. Qeyd edilən ünvanda yaşadığı müddət ərzində həm sərnişin, həm də yüklərin daşınması üçün nəzərdə tutulmuş və istifadə edilən, binanın 4-cü blokuna girəcəkdən sağ tərəfdə olan 1-ci liftdə əvvəllər də müxtəlif nasazlıqlar baş vermiş, lakin baş vermiş nasazlıqlar nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmadığından liftdə yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar məsələ qaldırılmamış, müxtəlif vaxtlarda liftin hərəkətdə olduğu zaman yaşlılar və ya azyaşlı uşaqlar, o cümlədən digər bina sakinlərinin liftin dayanması və içəridə işıqların sönməsinə görə liftdə qalmışlar, sonradan müxtəlif vasitələrlə liftin qapıları açılmışdır. Bəzi hallarda liftin özbaşına olaraq sürətlənməsinin də şahidi olmuşlar, liftin bir çox hallarda yuxarı mərtəbədən aşağı mərtəbəyə doğru istiqamətləndikdə sürətlənməsini, qəfil tormozlanmasını, liftin kabinəsinin bir sıra hallarda dayandığı mərtəbədən bir qədər aşağıya düşməsi, lazımi qaydada mərtəbə ilə paralel şəkildə dayanmaması sakinlərinin haqlı narazılıqlarına səbəb olmuşdur. 17 iyun 2022- ci il tarixdə, saat 22 radələrində övladları - xx.xx.2017-ci il təvəllüdlü Nazlı Hacıyeva və xx.xx.2014-cü il təvəllüdlü İnci Hacıyeva ilə birlikdə binanın həyətindən bloka daxil olub liftin qapısına yaxınlaşdıqda qapının qarşısında bir neçə nəfər şəxsin dayanmasını görmüşlər, bir qədər gözlədikdən sonra liftin qapıları açılmış, liftə daxil olduqdan sonra içəridə olan şəxslərin bir-bir qalxmalı olduqları mərtəbənin nömrəsini liftin içərisində quraşdırılmış rəqəmli cihazda sıxmışlar, həmin vaxt liftdə uşaqlar və böyüklər olmuş, liftin içərisində olan şəxslərlə birlikdə yuxarı mərtəbəyə doğru hərəkət etməyə başlamış, lakin lift 4-cü mərtəbədə dayanmış, kabinə qəfil 4-cü mərətəbədən aşağıya doğru sürətlə hərəkət etmiş, 2-ci mərtəbədə qəfil, ani olaraq zərblə dayansa da, yenə də sürüşərək aşağıya doğru sürətlə düşüb qəfil zərblə dayanmış, bu zaman liftin içərisində işıqlar da sönmüş, liftin zərblə dayanmasından sonra içəridə hamı qışqırmışdır. İçəridə olan şəxslər müxtəlif dərəcəli xəsarət almışlar. O da oturmuş formada yıxıldığından çanaq sümüyünün bir qədər ağrıdığını hiss etmişdir. Daha sonra binanın həyətində olan şəxslər dərhal lift qapısını müxtəlif vasitələrlə açmağa çalışmış, lift kabinəsinin qapılarını açdıqdan sonra xilas edilmişlər. Daha sonra yaralılar çağırılmış təcili tibbi yardım briqadaları vasitəsilə xəstəxanaya aparılmışlar. Baş vermiş hadisə ilə əlaqədar övladları X8 və X6 psixoloji travma aldığını, dəymiş ziyanın ödənilmədiyini qeyd edərək "xxxx" MMC-dən şikayətçi olduğunu, cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilən Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, qızı Elmira Şərəfova, əri Sərxan Şərəfov və nəvəsi Zərərçəkmiş şəxs3 2020-ci ildən bəri ünvan 5 ünvanında yaşamışlar. 17 iyun 2022-ci il tarixdə, təxminən saat 22 radələrində nəvəsi - azyaşlı Zərərçəkmiş şəxs3 ilə birlikdə, qızı Elmiragilin yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 1 ünvanına gəlmişdir. Zərərçəkmiş şəxs3 ilə birlikdə qeyd edilən ünvanın 4-cü blokuna daxil olmuşdur. Həmin vaxt liftin qarşısında dəqiq sayını bilmədiyi, qiyabi tanıdığı və ya tanımadığı bina sakinləri toplaşmış, onlar da liftin 1-ci mərtəbəyə düşməsini gözləmişlər. Bir qədər gözlədikdən sonra lift düşmüş və onlar liftə daxil olduqda o, azyaşlı nəvəsi Leylanın əlindən tutmuşdur. Liftə dəqiq sayını xatırlmadığı qadınlar və uşaqlar daxil olmuşdur. Onlar liftə daxil olduqdan sonra o, elektron sistemdə “3” düyməsini sıxmış, digər sakinlər isə müxtəlif rəqəmləri sıxmışlar. Lift yuxarıya doğru hərəkət etdikdə o, 3-cü mərtəbəni sıxdığına görə 3-cü mərətəbədə dayanmalı olduğu halda, dayanmadan 4-cü mərtəbəyə qalxmış, lakin 4-cü mərətəbəyə qalxsa da, orada qapılar açılmamış və qəfil lift silkələnərək sürətlə aşağıya doğru düşməyə başlamışdır. Lift normadan xeyli sürətlə getmiş, liftin içərisində olan işıqlar yanıb-sönmüş, o, dərhal nəvəsi Leylanın əlindən tutsa da, lift 2-ci mərtəbədə qəfil dayandıqda bu zaman ayağının qırılmasını hiss etmiş və yıxılmışdır. Nəvəsi Leyla da yıxılıb ağlamış, lakin o, özü də xəsarət aldığından nəvəsinə yalnız qorxmaması, hər şeyin yaxşı olacağı barədə bildirib təskinlik verə bilmişdir. Daha sonra lift kabinəsi ani olaraq yenə də sürətlə aşağıya doğru sürüşməyə başlamış və qəfil 1-ci mərtəbədə zərblə dayanmışdır. Bu zaman o, artıq yerdə olduğundan və hərəkət etməsi mümkünsüz olduğundan, ayağı hədsiz ağrıdığından, kabinənin 1-ci mərətəbədə zərblə dayanmasına görə yalnız belindən küt ağrı hiss etmişdir. Həmin binada yaşamasa da, qızının ailəsindən və digər bina sakinlərindən eşitməsinə görə, əvvəllər də qeyd edilən lift nasaz vəziyyətdə olmuş, bu kimi hadisələr baş vermişdir. Baş vermiş hadisə zamanı sol ayağından və belindən müxtəlif xəsarətlər aldığını, eyni zamanda nəvəsi Zərərçəkmiş şəxs3 liftdə olarkən gərginlik-stres keçirərək qorxduğunu əsas gətirərək, ünvan 2 ünvanında yerləşən 17 mərətəbəli binanın idarəçiliyini həyata keçirən "xxxx" MMC-dən şikayətçi olduğunu, onun heç bir xərcinin qarşılanmadığını bildirərək, cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2018-ci ildən etibarən Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 1 ünvanında yerləşən 17 mərtəbəli binanın 4-cü blokunda, 314a nömrəli mənzildə ailəsi ilə birlikdə yaşayır. Yaşadıqları bina hündürmərtəbəli olduğundan, binada 2 lift bina sakinlərinin istifadəsinə verilmişdir. Həmin liftlərdən biri kiçik, digəri isə bir qədər iri həcmli liftdir. Orada yaşadığı müddət ərzində həm sərnişin, həm də yüklərin daşınması üçün nəzərdə tutulmuş və istifadə edilən, binanın 4-cü blokuna girəcəkdən sağ tərəfdən 1ci liftdə bir neçə dəfə əvvəllər də müxtəlif nasazlıqların baş verməsinin şahidi olmuş, lakin baş vermiş nasazlıqlar nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmadığından liftdə yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar məsələ qaldırılmamışdır. Belə ki, müxtəlif vaxtlarda bina sakinləri liftin dayanması və içəridə işıqların sönməsinə görə liftdə qalmış, sonradan müxtəlif vasitələrlə liftin qapısı açılmışdır. 17 iyun 2022-ci il tarixdə baş vermiş hadisə ilə əlaqədar yataq xəstəsinə çevrilmiş, dəqiq bilmədiyi məbləğdə müxtəlif həkim və xəstəxanalara pullar ödəmişdir. 17 iyun 2022-ci il tarixdə saat 22 radələrində nəvəsi xx.xx.2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 ilə birlikdə binanın həyətindən bloka daxil olub liftin qapısına yaxınlaşdıqda liftin qarşısında heç kəsin olmamış, sonradan isə digər bina sakinlərini də həyətdən bloka daxil olub liftin qapısına yaxınlaşmış, liftin qarşısında bina sakinlərini görmüş, liftin qapısı açıldıqda liftə daxil olmuş, daha sonra ardıcıl olaraq, hər bir sakinin kabinənin içərisində olan elektron tabloda öz qalxacağı mərtəbənin sıra nömrəsini sıxmış, liftin kabinəsinin qapılarının bağlanmasından sonra lift yuxarıya doğru hərəkət etməyə başlasa da, bir qədər hərəkət edib 4-cü mərətəbədə dayanmış, dayandıqda kabinənin içərisində olan işıqlar da sönübyanmış, bununla da, kabinənin içərisində olan uşaqlar qışqırmağa başlamış, liftin kabinəsinin 4-cü mərətəbədə dayanmasından sonra dərhal sürətlə aşağıya düşmüş, sürətlənərək 2-ci mərtəbədə qəfil dayanmışdır. Həmin vaxt içəridə olan hər kəs xəsarət almaqdan qorunmaq üçün aşağıya doğru kabinənin içərisində otumağa çalışsalar da, xəsarət almışlar. Liftin kabinəsinin 2-ci mərtəbədə dayandıqdan sonra yenidən sürətlə sürüşərək 1-ci mərtəbəyə düşüb, qəfil zərblə dayanmış, həmin vaxt o, yıxılmış və sol ayağından, onurğasının fəqərələrindən xəsarətlər almışdır. Daha sonra kabinənin qapılarını döyməyə və kömək istəməyə başlamışlar, nəticədə bir qədər sonra çöldən gələn şəxslər liftin kabinəsinin qapılarını açıb, onları çıxarmış, o və liftdə olan digər şəxslər təcili tibbi yardım briqadaları vasitəsilə xəstəxanalara aparılmışdır. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" MMC-dən şikayətçidir, ona dəymiş ziyan ödənilməmişdir. Qeyd olunan səbəbdən, baş vermiş hadisə ilə bağlı məsul şəxsin cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 qanuni nümayəndəsi qismində dindirilən X9 ifadəsində göstərmişdir ki, arvadı Elmira Şərəfova və qızı Zərərçəkmiş şəxs3 ilə birlikdə 2020-ci ildən bəri ünvan 6 ünvanında yaşamışlar. 17 iyun 2022-ci il tarixdə, saat 22 radələrində, qızı Zərərçəkmiş şəxs3, nənəsi Zərərçəkmiş şəxs8 ilə birlikdə evə qalxarkən, nənəsi Zərərçəkmiş şəxs8 ilə birlikdə liftə daxil olmuş, onlardan başqa liftdə digər şəxslər də olmuşdur. Liftin qəflətən dayanması, iki dəfə zərbə ilə dəyməsi nəticəsində, qızı Zərərçəkmiş şəxs3, yıxıldığını, dizinin ağrıdığını, həmçinin liftdə olan digər şəxslərin qışqırıqlarını eşitmiş və bu zaman çox qorxmuş və gələcəkdə liftdən istifadə etməyəcəyini bildirmişdir. Baş vermiş hadisə nəticəsində onlara dəymiş ziyan ödənilməmişdir, odur ki, baş vermiş hadisə ilə bağlı məsul şəxsin cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və ona və oğlu Zərərçəkmiş şəxs7 dəymiş maddi ziyanla bağlı heç kimdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında yerləşən binada ailəsi ilə birlikdə yaşamışdır. 17 iyun 2022-ci il tarixdə yaşadığı ünvanda bloklarında yerləşdirilmiş böyük liftdə nənəsi və qonşuları ilə birlikdə yuxarı mərtəbəyə qalxarkən liftin pis düzəldilməsinə, düşməsinə görə xəsarət almışdır. Hadisə vaxtı yanında nənəsi Sevinc olmuş, o da xəsarət almışdır. Hazırda baş vermiş hadisəyə görə qorxduğu üçün liftə daxil ola bilmədiyini, liftin yenə də qırılacağını və xəsarət ala biləcəyini düşündüyünü, buna görə də çox vaxt evdə olub, həyətə düşmədiyini bildirmişdir. Belə ki, 17 iyun 2022-ci il tarixdə nənəsi ilə birlikdə binanın həyətindən bloka daxil olub liftə digər qonşuları ilə birlikdə daxil olmuş, liftin kabinəsində olan düymələri sıxmışlar. Hər kəs öz getdiyi mərtəbənin düyməsini sıxmışdır. Lift yuxarı getmiş sonra birdən-birə işıqlar sönmüş və aşağıya düşüb 2 dəfə qəfil dayanmışdır. Həmin vaxt onlar liftdə yıxılmış, o da xəsarət almışdır. Liftin qapılarını çoxlu döydükdən sonra kömək gəlmiş, qapıları açmışlar. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 2011-ci il tarixdən "xxxx" MTK-nın sədri vəzifəsində işləmişdir. Sədri olduğu MTK, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsində 17 mərtəbəli yaşayış binaları inşa etmişdir. Binaların inşasını 2011-ci il tarixdə başa çatdırmış və həmin tarixdə də binada olan mənzillərin satışı başa çatdırılmışdır. 2016-cı ilin oktyabr ayında "xxxx" MMC yaradılmış və o, həmin tarixdə icraçı direktor vəzifəsinə təyin edilmişdir. "xxxx" MMC yaradıldıqdan sonra "xxxx" MTK ilə xidmət aparmaq üçün müqavilə bağlanmış, müqaviləyə əsasən yaşayış binasında xidmətlər MMC tərəfindən həyata keçirilmişdir. MMC binada bütün idarəetmə işlərini, əhaliyə nümunəvi xidmətlərin göstərilməsini təşkil etmək, bununla əlaqədar digər müəssisə və təşkilatlarla müqavilələr bağlanması, onların göstərdiyi xidmətlərə nəzarəti, aylıq və illik müqavilə qiymətlərinin ödənilməsini, binanın və orada yaşayan əhalinin təhlükəsizliyi üçün tədbirlər görülməsini, kommunal xidmətlərlə bağlı sıradan çıxmış avadanlıqların yeniləri ilə əvəz olunması və təmirini binanın cari təmir işlərinin aparılmasını, həmçinin liftlərə texniki xidmət göstərilməsinin təşkili, fəhlə, gözətçilər, liftlərə texniki xidmət göstərilməsi üçün elektromexanik ixtisasına malik işçilər və xadimələrin işə götürülməsini, kommunal tariflərin müəyyən edilməsini, vergi və digər ödənişlərin vaxtında ödənilməsini öz üzərinə götürmüşdür. Eyni zamanda, MMC bu işləri müqavilə ilə komendanta həvalə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 17 iyul 2019-cu il tarixdə "xxxx" MMC-nin komendantı vəzifəsinə təyin edilməklə, həmin tarixdən ünvan 8 ünvanında inşa edilmiş yaşayış binasında ümumi nəzarəti həyata keçirmiş, bütün xidmətlər onun tərəfindən həyata keçirilmişdir. Binanın hər blokunda 2 ədəd yük və sərnişin liftləri olmuş, hər il Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən binada quraşdırılmış liftlərə baxış keçirərək akt tərtib edilmişdir. Sonuncu dəfə FHN-nin əməkdaşları 2020-ci ilin fevral ayında liftlərə baxış keçirərək akt tərtib etmişdir. «Covid-19» pandemiyası ilə əlaqədar 2021 və 2022-ci illərdə FHN-nin əməkdaşları tərəfindən liftlərə baxış keçirilməmişdir. 18 iyun 2022-ci il tarixdə saat 03:30 radələrində "xxxx" MMC-nin komendantı Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək ünvan 8 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 4-cü blokunda olan yük liftində nasazlıq baş verməsinni və nəticədə liftdə olan sərnişinlərin xəsarət almalarını ona bildirmişdir. Məlumatı aldıqdan sonra binanın yerləşdiyi ünvana getmiş və orada hadisə zamanı yük liftində 5-i uşaq olmaqla 10 nəfər sərnişin olmasını, 4-cü mərtəbədə liftdə nasazlıq yaranmasını və liftin trosunun lifti saxlamamasını öyrənmişdir. Lift sürətlə 4cü mərtəbədən 1-ci mərtəbəyə enmiş, nəticədə liftdə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Onun, "xxxx" MMC-nin icraçı direktoru kimi vəzifələri mühasibatlıq və vergi hesabatlarının verilməsindən ibarət olmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyən X4 MMC-də rəsmi vəzifəsi lift nəzarətçisi olmuş, lakin sonuncu binada liftlər dayandıqda kabinənin içərisində köməksiz qalmış bina sakinlərini liftdən çıxarılması, bina sakinlərinin mənzillərində və ya bloklarında hər hansı xırda təmir işləri aparılmalı olduğu halda, həmin təmirlərin yerinə yetirilməsi ilə əlaqədar işləri görmüş, amma vəzifəsi üzrə əsas işinin binada olan liftlərdə hər hansı şəxsin qalmasına nəzarət edib, liftdə qalan şəxs olduğu halda liftin kabinəsinin qapılarını açmaqla içəridə olan şəxsləri çıxarmaqdan ibarət olmuş, sonuncunun liftlərin texniki sazlığına nəzarət etmək vəzifəsi olmamışdır. Qeyd edilən ünvanda yerləşən yaşayış binasında texniki-təhlükəsizlik qaydalarına, o cümlədən binada olan liftlərin saz vəziyyətdə saxlanılmasına nəzarət 17 iyul 2019-cu il tarixli müqavilə, həmçinin bu barədə onun tərəfindən verilmiş həmin tarixli əmrə əsasən binanın komendantı Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilən "xxxx" MMC-nin mühasibi Şahid2 və "xxxx" MMC-də lift nəzarətçisi vəzifəsində işləyən X10 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin əvvəllərindən Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 1 ünvanında yerləşən "xxxx" MMC tərəfindən idarə olunan yaşayış binasının həyətində, binanın içərisində, o cümlədən binada olan liftlərin kabinələrinin içərisində sıradan çıxmış işıq cihazlarının, binanın həyətində olan sıradan çıxmış avadanlıqların dəyişdirilməsi ilə əlaqədar işləri yerinə yetirmişdir. 17 iyun 2022-ci il tarixdə, axşam saat 22 radələrində ona MMC-dən zəng olunaraq binanın 4-cü blokunda yerləşən yük liftinin düşməsi və liftdə olan sakinlərin xəsarət almaları barədə məlumat verilmiş, o da baş vermiş hadisə ilə əlaqədar köməklik göstərmək üçün Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 1 ünvanında yerləşən binaya getmiş, həmin vaxt 4-cü blokda yerləşən həm yük, həm də sərnişinlər üçün istifadə edilən liftin kabinəsində hadisə vaxtı 10 nəfər olmasını, liftin yuxarı mərtəbəyə, yəni binanın 4-cü mərtəbəsinə qalxmasını, 4-cü mərtəbədə dayansa da, qəfil sürətlə aşağıya düşüb 2-ci mərtəbədə zərblə dayanmasını, 1-2 saniyə qaldıqdan sonra sürətlənib yenə də aşağıya düşərək 1-ci mərtəbədə növbəti dəfə zərblə dayanmasını, nəticədə liftin kabinəsində olan şəxslərin xəsarət almalarını öyrənmişdir. Qeyd olunan hadisə barədə dərhal 103 xidmətinə məlumat verilmiş və liftdəki şəxslərə tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparılmışlar. Onunla "xxxx" MMC ilə arasında Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 1 ünvanında yerləşən binada konkret hər hansısa işlərin görülməsi ilə əlaqədar müqavilə bağlanmamış, şifahi razılıq əsasında Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 1 ünvanında yerləşən binanın həyətində işıq cihazlarının təmir edilməsi, binanın bloklarının içərisində və binanın həyətində sıradan çıxmış bir sıra avadanlıqların təmir edilməsi ilə əlaqədar işlərə cəlb olunmuşdur. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 iyul 2019-cu il tarixli 11 nömrəli əmrinin surətinə əsasən Təqsirləndirilən şəxs həmin tarixdə MMC-də komendant vəzifəsinə təyin edilməklə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, həmçinin yanğın təhlükəsizliyi qaydalarına cavabdehlik ona həvalə olunmuşdur. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 17 iyul 2019-cu il tarixli əmək müqaviləsinə əsasən həmin tarixdən Təqsirləndirilən şəxs komendant vəzifəsinə təyin edilmişdir və xx.xx.2022-ci il tarixədək qüvvədə olması müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MTK-nın direktoru Şahid1 və "xxxx" MMC-nin komendantı Təqsirləndirilən şəxs arasında bağlanmış 17 iyul 2019-cu il tarixli müqaviləyə əsasən həmin tarixdə "xxxx" MMC-nin idarəçiliyini həyata keçirdiyi Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 1 ünvanında yerləşən binada komendant vəzifəsində işləyən Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 1 ünvanında yerləşən binada bütün idarəetmə işlərini, əhaliyə nümunəvi xidmətlərin göstərilməsini, bununla əlaqədar digər müəssisə və təşkilatlarla müqavilələr bağlanmasını, onların göstərdiyi xidmətlərə nəzarəti, aylıq və illik müqavilə qiymətlərinin ödənilməsini, binanın və orada yaşayan əhalinin təhlükəsizliyi üçün tədbirlər görülməsini, kommunal xidmətlərlə bağlı sıradan çıxmış avadanlıqların yeniləri ilə əvəz olunması və təmirini, binanın cari təmir işlərinin aparılmasını, liftlərə texniki xidmətlərin göstərilməsinin təşkilini, fəhlə, gözətçilər, liftlərə texniki xidmət göstərilməsi üçün elektromexanik ixtisasına malik işçilər və xadimələrin işə götürülməsini, kommunal tariflərin müəyyən edilməsi, vergi və digər ödənişlərin vaxtında ödənilməsini və göstərilən işlərdən yaranan bütün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan Məhkəmə-əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 08 sentyabr 2022-ci il tarixli 10/4512 saylı rəyinə əsasən ünvan 2 ünvanında yerləşən 17 mərtəbəli binanın 4-cü blokunda quraşdırılmış yük liftinin bistabil yavaşlama sensorunun işlək vəziyyətdə olmaması baş vermiş hadisənin texniki səbəbi olmuş, baş vermiş hadisə ilə əlaqədar «Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»nın 7.3.1, 7.3.6, 7.3.7, 7.4.1, 7.4.5, 7.4.7 bəndlərinin tələbləri pozulmuş, ünvan 2 ünvanında yerləşən 17 mərtəbəli binanın 4-cü blokunda quraşdırılmış yük liftinin saz vəziyyətdə saxlanılması üçün müvafiq təlim üzrə hazırlıq keçərək kvalifikasiya komissiyası tərəfindən attestasiya olunmaqla vəsiqə ilə təmin edilmiş lift bələdçisi təyin edilib həmin bələdçi tərəfindən liftə texniki baxışlar keçirilməklə mövcud nöqsanların (bistabil yavaşlama sensorunun işlək vəziyyətdə olmaması və.s.) aşkar edilərək aradan qaldırılmasını təmin etmədiyinə görə, «Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»nın 7.3.1, 7.3.6, 7.3.7, 7.4.1, 7.4.5, 7.4.7 bəndlərinin tələbləri xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən binada quraşdırılmış liftlərin texniki cəhətdən saz vəziyyətdə saxlanılmasına cavabdeh olan "xxxx" MMC-də komendant vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 509 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs6 sağ ayağın iç topuğunda qopma xarakterli yerdəyişən və incik sümüyünün distal 1/3 hissəsinin ( bayır topuqda) arxa və bayıra yerdəyişən spiralvari sınığı olmuş, qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022- ci il tarixdə yaranmağa xarakterik olmaqla dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilmişdir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 503 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs2 sol bayır topuğun qapalı sınığı olmuş, qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yaranmağa xarakterik olmaqla dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilmişdir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 510 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs8 T11 (11 -ci döş fəqərəsi) fəqərə cisminin fəsadlaşmamış, yerdəyişən, kompression sınığı, sol qamış sümüyünün oynaqdaxili qapalı sınığı olmuş, qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə yaranmağa xarakterik olmaqla dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilmişdir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 508 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs3 sağ qamış sümüyünün yuxan 1/3-nin qapalı sınığı olmuş, qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yaranmağa xarakterik olmaqla dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilmişdir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 501 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs1 L3-L4 fəqərə ( İİİ və İV bel fəqərələri ) cismində çökmə tipli fəsadlaşmamış sınığı, sol budun yuxarı 1/3-nin bayır səthinin sıyrıqları olmuş, qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yaranmağa xarakterik olmaqla ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilmişdir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 504 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs5 sol bazunun yuxarı 1/3-nin ön səthinin səthi sıyrıqları olmuş, qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yaranmağa xarakterik olmaqla, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilməmişdir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 502 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs4 bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 507 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs7 bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 505 saylı rəyinə əsasən X8 bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 502 saylı rəyinə əsasən X6 bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 1 ünvanında yerləşən binada bütün idarəetmə işləri, əhaliyə nümunəvi xidmətlərin göstərilməsi, bununla əlaqədar digər müəssisə və təşkilatlarla müqavilələr bağlanması, onların göstərdiyi xidmətlərə nəzarəti, aylıq və illik müqavilə qiymətlərinin ödənilməsi, binanın və orada yaşayan əhalinin təhlükəsizliyi üçün tədbirlər görülməsi, kommunal xidmətlərlə bağlı sıradan çıxmış avadanlıqların yeniləri ilə əvəz olunması və təmiri, binanın cari təmir işlərinin aparılması, liftlərə texniki xidmətlərin göstərilməsinin təşkili, fəhlə, gözətçilər, liftlərə texniki xidmət göstərilməsi üçün elektromexanik ixtisasına malik işçilər və xadimələrin işə götürülməsi, həmçinin liftlərin texniki cəhətdən saz vəziyyətdə saxlanılması Təqsirləndirilən şəxs vəzifəsi olduğu halda o, işə vicdansız və ya laqeyd yanaşmış, öz xidməti vəzifələrini lazımınca yerinə yetirməmiş və nəticədə xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində həmin binanın 4-cü blokunda quraşdırılmış yük lifti 4-cü mərtəbədən aşağıya yüksək sürətlə düşüb əvvəlcə 2-ci mərtəbədə zərblə dayanıb, daha sonra 1-ci mərtəbənin astanasından 0,32 metr keçərək yenidən zərblə dayanmış və nəticədə liftin içərisində olan bina sakinləri müxtəlif dərəcəli xəsarətlər almışlar. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 314.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən iş üzrə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəliliyini, onun əsas etibarı ilə qulluq mövqeyinə görə ona olan inamdan istifadə edərək cinayət törətməsini nəzərə alaraq onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edir və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 314.2-ci maddəsi ilə nəzərdə tutulmasa da həmin maddə ilə cəza təyin edərkən barəsində müəyyən müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmədə müəyyən edildi ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs6 başqa digər zərərçəkmiş şəxslərlə təqsirləndirilən şəxs arasında barışıq olmamışdır, zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxs tərəfindən hər hansı bir formada zərər ödənilməmişdir, zərərçəkmiş şəxslər şikayətçidir. Belə bir vəziyyətdə məhkəmə hesab edir ki, az ciddi cəza növünün təyin edilməsilə cəzanın məqsədləri təmin oluna bilməz, ona görə də daha ciddi cəza təyin edilməlidir. İş materiallarında olan Zərərçəkmiş şəxs6 ərizəsinə əsasən onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Bünyadlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xasiyyətnaməsinə əsasən Soltanov X7 rayonu, Gödəklər kəndində qeydiyyatda olmaqla yaşadığı müddət ərzində və Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Bünyadlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində işlədiyi müddət ərzində müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməmiş, əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin 60 yaşının olmasını, evli olmasını, himayəsində 6 uşağının olmasını, ilk dəfə cinayət törətməsini, Zərərçəkmiş şəxs6 ilə barışıq əldə etməsini və ondan heç bir şikayət və tələbinin olmamasını, müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut olan Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 1 ünvanında yerləşən 17 mərtəbəli binanın 4-cü blokunda quraşdırılmış yük liftinin MRH- 400-Pxx-xx/2021-1 seriyalı texniki pasportu cinayət işində saxlanmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 "xxxx" MMC-yə qarşı iddia ərizəsi təqdim etsələr də, iddia ərizələri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulmuş tələblərə cavab verməmiş, iddiaçılar, hakim tərəfindən müəyyən edilmiş müddətdə, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmamışlar. Bu halda zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddialar baxılmamış saxlanılmalıdır. Belə ki, AR MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. CPM-nin 354.1.3-cü maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddia üzrə çıxarılan qərarlardan biri də iddianın baxılmamış saxlanması barədədir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 46.2-ci maddəsi tətbiq edilərək 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında, kommersiya və özəl qurumlarda maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 100 (bir yüz manat) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 1 ünvanında yerləşən 17 mərtəbəli binanın 4-cü blokunda quraşdırılmış yük liftinin MRH- 400-Pxx-xx/2021-1 seriyalı texniki pasportu cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 366 ( üç yüz altmış altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 "xxxx" MMC-yə qarşı mülki iddiaları baxılmamış saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-48/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-48/2023
02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver