Məhkəmə qərarları › İş №1(007)-48/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-48/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-48/2024 18.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Müzəffər oğlunun və Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1965-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Çomaxtur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Naxçıvan MR, Şərur rayonu, Çomaxtur kəndində qeydiyyatda olan, 30 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 sentyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.5ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə zərərçəkmiş şəxslərin cibindən çıxarmaqla və qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla təkrar oğurluq edərək zərərçəkmiş şəxslərə maddi zərər vurmuşdur. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində ünvan 1 ünvanında yeni inşa edilən binaya gəlib həmin vaxt orada usta işləyən Zərərçəkmiş şəxs4 məşğul olmasından istifadə edərək sonuncu tərəfindən döşəmənin üzərinə qoyulmuş, özünə məxsus üzərində 8 manat dəyərində ***- ***-**-** və 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrələr olan **********58001 və **********58019 İMEİ kodlu 700 manat dəyərində “Redmi” markalı, “Note 11” modelli mobil telefonu gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs4 713 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 noyabr 2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 55-də yerləşən 18 nömrəli mənzilin pəncərəsinə quraşdırılmış dəmir barmaqlığı özü ilə götürdüyü dəmir ling ilə sındırıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olub mənzilin qonaq otağında dolabda olan 300 manat nağd pulu, üzərində 3 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 200 manat dəyərində “Samsung” markalı, “Galaxy A6 Plus” modelli, üzərində 3 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 150 manat dəyərində “Samsung” markalı, “Galaxy A04” modelli mobil telefonları, hər biri 50 manat dəyərində 3 ədəd “Huaweı” markalı elektron uşaq qol saatını, hər biri 100 manat dəyərində 2 ədəd “SWC” markalı kişi qol saatını gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs2 1006 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 yanvar 2023-cü il tarixdə saat 02 radələrində ünvan 2 ünvanda saxlanılmış, Zərərçəkmiş şəxs3 Müzəffər oğluna məxsus “Toyota Prius” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa şüşəsini sındıraraq avtomobilin salonunun ön sərnişin oturacağının üzərindən cibində 300 manat pul olan 1 ədəd 170 manat dəyərində gödəkçəni və 1 ədəd 1600 manat dəyərində “HP” markalı “notebook”u gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs3 Müzəffər oğluna 2070 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 mart 2023-cü il tarixdə saat 05 radələrində ünvan 3 ünvanda yerləşən “Araz” marketin qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs5 məxsus “Toyota Prius” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin şüşəsinin açıq olmasından istifadə edərək avtomobilin salonundan üzərində 10 manat dəyərində qoruyucu örtüyü olan, 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə ilə istifadə olunan **********98431 və **********98439 İMEİ kodlu 750 manat dəyərində “Samsung” markalı, “Galaxy A50” modelli mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 770 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 aprel 2023-cü il tarixdə saat 18:45 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 55 nömrəli ünvanda 15 nömrəli marşurut xətt avtobusunda olan sərnişin X1 qara rəngli əl çantasından sonuncuya məxsus üzərində 6 manat dəyərində ***-***-**-** mobil nömrə olan 450 manat dəyərində İMEİ kodu **********90249 olan “Samsung” markalı, “Galaxy A03” modelli mobil telefonu çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş şəxs X2 456 manat maddi ziyan vuraraq oğurluq etmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmənin 27 oktyabr 2023-cü il tarixli iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş, sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 228-ci maddəsi ilə məhkum olunaraq, həbs olunmuş və 2022-ci ilin fevral ayında həbsdən azad olunmuşdur. Daimi iş yeri olmadığı və işləmədiyi üçün oğurluq etmək qərarına gəlmişdir. 22 sentyabr 2022-ci il tarixdə saat 11:00 radələrində ünvan 5 ünvanından piyada keçən vaxt yeni tikili binada iş getməsini, yəni fəhlələrin və ustaların işlədiklərini görmüş, həmin vaxt pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gələrək, tikinti işləri gedən yerdə fəhlələrin paltarlarını soyunub iş paltarları geyinməsini və soyunduqları paltarları hər hansı bir otaqda saxlamalarını, paltarların cibindən pul oğurlamağı fikirləşmiş, buna görə gizlincə həmin tikinti işləri görülən binaya daxil olmuş və astaca binanın 2-ci mərtəbəsinə qalxmış, orada qırmızı kərpiclərin yanında döşəmənin üzərinə qoyulmuş mobil telefon olduğunu görmüş və dərhal həmin telefonu götürüb 1-ci mərtəbəyə düşüb oradan çıxmış, həmin yerdən uzaqlaşan kimi oğurladığı sonradan markasını bildiyi “Redmi Note 11” markalı mobil telefonu söndürmüş və üzərində olan 2 ədəd sim kart nömrələrini çıxardıb sındıraraq atmış, həmin gün mobil telefonu satmamış və bu barədə heç kimə bir söz deməmişdir. Səhəri gün, yəni 23 sentyabr 2022-ci il tarixdə səhər saatlarında mobil telefonu “Qara Qarayev” metrostansiyasının yaxınlığında yerləşən telefon dükanlarının birinə öz şəxsiyyət vəsiqəsi ilə 200 manata satmış, telefonu ondan alan şəxsə telefonun özünə məxsus olmasını və pula ehtiyacı olduğu üçün satmasını bildirmiş, əldə etdiyi pulu özü üçün yeyibiçməyə xərcləmişdir. Bundan başqa, 09 noyabr 2022-ci il tarixdə saat 22:00 radələrində Nizami rayonu, Q.Qarayev prospekti ev 55, mənzil 18-in işıqlarının yanmadığını görüb, həmin mənzildən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə ətrafa nəzər yetirmiş və heç kimin onu görmədiyinə əmin olduqdan sonra mənzilin mətbəxinin pəncərəsinə quraşdırılmış dəmirdən ibarət barmaqlığını özü ilə götürdüyü kiçik dəmir ling vasitəsi ilə qırıb mənzilə daxil olmuş, mənzilə daxil olduqdan sonra pul, qiymətli əşya və sairə axtarmağa başlamış, o, mənzilin qonaq otağında qab-qacaq yığılan dolabda olan 300 manat pulu, 2 ədəd “Samsung” markalı mobil telefonu, 3 ədəd uşaq üçün elektron qol saatını, 2 ədəd kişi üçün mexaniki qol saatını oğurlayaraq, mənzilə daxil olduğu yerdən çıxıb getmiş, mənzildən oğurladığı 300 manat pulu şəxsi ehtiyacları üçün xərcləmiş, oğurladığı mobil telefonlardan birini Nizami rayonu, R.Rüstəmov küçəsi ərazisində yerləşən “Real mobile” mobil telefon alqı-satqısı mağazasına 90 manata satmış, lakin oğurladığı “Samsung” markalı mobil telefonu şübhələndirməmək üçün həmin mağazaya satmamış, sonra bir neçə mağazaya göstərsə də sata bilməmiş, həmçinin oğurladığı 3 ədəd uşaq üçün elektron qol saatını, 2 ədəd kişi üçün mexaniki qol saatını satmaq qərarına gəlsə də şübhələnəcəklərindən ehtiyat edib satmaq istəmədiyinə görə sata bilmədiyi “Samsung” markalı mobil telefonu, 3 ədəd uşaq üçün elektron qol saatını, 2 ədəd kişi üçün mexaniki qol saatını xatırlamadığı yerdə məişət tullantıları üçün nəzərdə tutulmuş qutuya atmış, satdığı mobil telefona görə əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 31 dekabr 2022-ci il tarixdə Nizami rayonu, “8-ci kilometr” adlanan ərazidə gəzişmiş, bayram ilə əlaqədar bütün pulunu xərclədiyi üçün ona pul lazım olmasına görə oğurluq etmək fikrinə düşmüş, küçələri gəzərək oğurluq etmək üçün uyğun yer axtarmış, həmin vaxt qarşısına çıxan avtomobillərin şüşəsindən baxıb avtomobilin salonunda qiymətli əşya axtarmışdır. 01 yanvar 2023-cü il tarixdə saat 02:00 radələrində Nizami rayonu, C.Naxçıvanski küçəsində olan vaxt yaşayış binalarının birinin yaxınlığında boz rəngli “Toyota Prius” markalı avtomobilin ön sərnişin oturacağının üzərində gödəkçə olmasını görüb gödəkçənin dəyərli ola biləcəyini düşünüb onu oğurlamaq fikrinə düşmüş, kiminsə tərəfindən görünməmək üçün avtomobilin arxa hissəsinə keçib arxa şüşəsini sındırıb avtomobilin salonuna daxil olmuş və ön sərnişin oturacağının üzərində olan gödəkçəni götürmüş, gödəkçənin altında bir ədəd “notebook” tipli kompyuter olmasını görüb onu da götürərək hadisə yerini tərk etmiş, sonra gödəkçənin ciblərinə baxan vaxt iç cibində 300 manat pulu aşkar edib götürmüş, növbəti gün “notebook”u Nizami rayonu, Q.Qarayev prospektində yerləşən kompüter mağazasında tanımadığı şəxsə özünə məxsus olmasını bildirib 150 manata satmış, özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini həmin şəxsə təqdim etmiş, şəxsiyyət vəsiqəsinin surətinə öz əlyazması ilə ona məxsus olan “notebook”u 150 manat qarşılığında satmasını yazmış, oğurladığı bir ədəd gödəkçəni növbəti günlərdə “8-ci kilometr bazarı”nda tanımadığı şəxsə özünə məxsus olmasını bildirərək, 30 manata satmışdır. Bundan başqa, 31 mart 2023-cü il tarixdə gecə saat 05:00 radələrində Nizami rayonu, R.Rüstəmov küçəsi 25 ünvanında yerləşən “Araz” marketə getmiş, oradan özünə siqaret alıb dükandan çıxmış, marketin yaxınlığında “Prius” markalı avtomobilin dayanmasını, sürücünün avtomobildə yatmasını, avtomobilin şüşəsinin bir qədər açıq olmasını və avtomobilin şitinin üstündə mobil telefon olmasını görmüş, həmin vaxt pulunun az olmasına və əlverişli şərait olduğuna görə həmin mobil telefonu oğurlamaq qərarına gələrək, avtomobilin şüşəsindən əlini üzadaraq mobil telefonu götürüb cibinə qoyub oradan uzaqlaşmışdır. 02 aprel 2023-cü il tarixdə günorta saatlarında Nizami rayonu, Q.Qarayev prospekti, 25/19 ünvanında olan telefon lombardı olan mağazaya getmiş, orada orta yaşlı başının ortası keçəl olan bir nəfər şəxs onu qarşılayaraq, həmin mağazanın sahibi olmasını bildirmiş, o, “Toyota Prius”dan oğurladığı mobil telefonu həmin şəxsə uzadaraq ailəsində xəstə olmasını deyib həmin mobil telefonu lombarda bir ay müddətində girov qoyaraq 50 manat istəmiş, həmin şəxs ondan mobil telefonu alıb baxaraq ona 1 ay 5 gündən sonra götürdüyü 50 manatı gətirib qaytarmasa həmin mobil telefonun satışa çıxarılacağını bildirməsinə görə onunla razılaşmış, sonra ona məxsus şəxsiyyət vəsiqəsinin surəti çıxarılmış və o, həmin surətdə mobil telefonun özünə məxsus olmasını qeyd etmiş, həmin şəxs ona girov bileti dolduraraq vermiş, o, girov biletində də imza və əlaqə nömrəsini qeyd edərək həmin şəxsdən 50 manat alıb oradan uzaqlaşmış, aldığı pulu öz tələbatlarına xərcləmişdir. Bundan başqa, 04 aprel 2023-cü il tarixdə saat 18:20 radələrində Nizami rayonu, “8-ci kilometr” qəsəbəsi ərazisində yerləşən “Lotos Ticarət Mərkəzi”nin qarşısında 15 nömrəli marşurut avtobusuna daxil olmuş, həmin vaxt avtobusda çoxlu sayda sərnişin olmuşdur. Avtobusa nəzər yetirmiş və sürücünün arxa tərəfində ayaq üstə dayanmış qadını və çiynində olan qara rəngli əl çantasını görüb çantadan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin qadına yaxınlaşmış, ətrafa nəzər yetirmiş və heç kimin onu görmədiyinə əmin olduqdan sonra çantanın içərisindən bir ədəd mobil telefonu oğurlayaraq götürmüş, sonra həmin qadının Nizami rayonu, Babək prospekti ərazisində yerləşən “Embawood” mebel mağazasının qarşısında yerləşən avtobus dayanacağında düşməsini görüb o da həmin yerdə avtobusdan düşmüş, mobil telefona baxanda “Samsung” markalı modelini xatırlamadığı mobil telefon olmasını görmüş, sonra həmin mobil telefonu Nizami rayonu ərazisində 80 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Məhkəmənin 13 mart 2024-cü il tarixdə keçirilən iclasında isə Təqsirləndirilən şəxs göstərmişdir ki, verilmiş ittiham üzrə cinayətləri o, törətməmişdir, belə ki, o, 01 may 2022-ci il tarixdən 18 avqust 2023-cü il tarixədək Kürdəxanıda, Bakı istintaq təcridxanasında saxlanılmışdır. Məcbur olaraq həmin cinayət əməllərini özünün törətdiyini indiyədək istintaqda və məhkəmənin əvvəlki iclaslarında bildirmişdir. Belə ki, polislər onun oğlunu narkotikdən istifadəyə görə saxlamışlar, hansı ki, oğlu nəinki narkotikdən istifadə etməmiş, ümumiyyətlə siqaret çəkən olmamışdır. Oğlunun arxasınca polisə gedəndə isə təklif etmişlər ki, oğlunu buraxmaq üçün o, Nizami rayonunda törədilmiş bir sıra oğurluqları boynuna götürməlidir. O da övladına görə bu təkliflə razılaşmışdır. İndi övladı Azərbaycan Respublikasından çıxıb gedib və Bolqarıstan Respublikasındadır, daha övladının taleyinə görə qorxmur, ona görə həqiqəti məhkəməyə bildirir. Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, haqqındakı cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini və işin istintaqını aparmış müstəntiqin ciddi cəzalandırılmasını xahiş etmişdir. Məhkəmənin 27 oktyabr 2023-cü il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 09 noyabr 2022-ci il tarixdə “Dövlət bayrağı günü” ilə əlaqədar arvadı və 2 azyaşlı uşağı ilə birlikdə “Xalqlar Dostluğu” parkına getmiş, uşaqları ilə parkda gəzib saat 23 radələrində evinə qayıtmışdır. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 55-də yerləşən 18 nömrəli mənzilləri 3 otaqdan ibarətdir və binanın 1-ci mərtəbəsində yerləşir. Mənzilin giriş qapısını adi qaydada açıb içəri daxil olmuş, qonaq otağına daxil olan zaman orada servantın qapılarının açıq olması onu şübhələndirmişdir. Mənzilə nəzər yetirdikdə yataq otağında paltar və əşyalarının dağınıq vəziyyətdə olmasını görmüş, mətbəxə nəzər yetirdikdə eyvanın pəncərəsinin dəmir barmaqlıqlarının sındırılmasını görmüş və mənzilə oradan kiminsə daxil olmasını bilmişdir. Mənzilə diqqətlə nəzər yetirdikdə qonaq otağında dolabda saxladığı 300 manat nağd pulun, enerji doldurmaq üçün qoşduğu ***-***-**-** mobil nömrəsi ilə istifadə etdiyi 200 manat dəyərində mobil telefonun mənzildə olmamasını bilmiş və onların oğurlanmasını başa düşüb hadisə barədə DİN-nin xidməti zəng mərkəzinə məlumat vermişdir. Hadisədən 2 gün sonra mənzildən hər biri 50 manat dəyərində 3 ədəd “Huaweı” markalı elektron uşaq qol saatının, hər biri 100 manat dəyərində 2 ədəd “SWC” markalı kişi qol saatının, 1 ədəd 150 manat dəyərində İMEİ kodunu bilmədiyi və üzərində 3 manat dəyərində ***-***-**-** mobil nömrə ilə istifadə etdiyi “Samsung” markalı, “Galaxy A04” modelli mobil telefonun da oğurlanmasını aşkar etmişdir. Hadisə vaxtı mənzilin giriş qapısının kilidinə müdaxilə olunmamışdır, hadisə ilə bağlı konkret şübhələndiyi şəxs də olmamışdır. Yaşadığı mənzildən 300 manat nağd pul, üzərində 3 manat dəyərində ***-***-**-** mobil nömrə ilə istifadə etdiyi 200 manat dəyərində “Samsung” markalı, “Galaxy A6 Plus” modelli, üzərində 3 manat dəyərində ***- ***-**-** mobil nömrəsi ilə istifadə etdiyi 150 manat dəyərində “Samsung” markalı, “Galaxy A04” modelli mobil telefonlar, hər biri 50 manat dəyərində 3 ədəd “Huaweı” markalı elektron uşaq qol saatı və hər biri 100 manat dəyərində 2 ədəd “SWC” markalı kişi qol saatının oğurlanması ilə ona ümumilikdə 1006 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilmədiyinə görə şikayətçidir, ziyanın ödənilməsini tələb edir. Məhkəmənin 27 oktyabr 2023-cü il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. 31 mart 2023-cü il tarixdə saat 04 radələrində müştərini düşürtdükdən sonra Nizami rayonu, R.Rüstəmov küçəsi 25 ünvanında yerləşən “Araz” marketə getmiş, marketdə bazarlıq etdikdən sonra idarə etdiyi “Toyota Prius” markalı avtomobilə gələrək aldığı əşyaları avtomobilə qoymuş və avtomobilin sükanına əyləşmişdir. Həmin vaxt yorğun olduğu üçün bir qədər avtomobildə yatıb istirahət etmək qərarına gəlmişdir. Bu zaman o, özünə məxsus təxminən bir il əvvəl 750 manata aldığı İMEİ kodu **********98431 və **********98439 olan “Samsung A50” markalı mobil telefonunu avtomobilin şitinin üzərinə qoymuş, saat 09 radələrində yuxudan oyandıqda isə mobil telefonunu yerində tapmamışdır. Mobil telefonunun oğurlanmasını başa düşərək DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Baş vermiş hadisə zamanı ona 770 manat maddi ziyan dəymişdir, belə ki, mobil telefonu 750 manata, üzərində olan qoruyucunu 10 manata, ***-***-**-** nömrəli mobil nömrəni 10 manata almışdır. Ona dəymiş maddi ziyan ödənilmədiyinə görə şikayətçidir, ziyanın ödənilməsini tələb edir. Məhkəmənin 13 mart 2024-cü il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Müzəffər oğlu ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də mühasib vəzifəsində işləmiş, ona etibarnamə əsasında “Toyota Prius” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil həvalə edilmişdir və həmin avtomobili işə gedib-gəlmək məqsədi ilə istifadə etmişdir. 31 dekabr 2022-ci il tarixdə saat 23:30 radələrində avtomobili yaşadığı ünvan 7 ünvanının qarşısında saxlayıb qapıları bağlayaraq evə getmişdir. Həmin vaxt avtomobilin salonunda ön sərnişin oturacağının üzərində özünə məxsus 1600 manat qiymətində bir ədəd “HP” markalı “notebook” olmuşdur, onun üzərinə özünə məxsus 170 manat qiymətində gödəkçəni qoymuş, həmin gödəkçənin sol iç cibində 300 manat pul olmuşdur. Növbəti gün, yəni 01 yanvar 2023-cü il tarixdə saat 10:00 radələrində avtomobilin yanına yaxınlaşdıqda arxa alın şüşəsinin, yəni baqaj şüşəsinin sındırılmasını görmüş, avtomobilin içərisinə baxış keçirən vaxt “HP” markalı “notebook”unun, özünə məxsus cibində 300 manat pul olan gödəkçənin oğurlanmasını bilmişdir. 170 manat dəyərində olan gödəkçəsinin, gödəkçənin cibində olan 300 manat pulun və 1 ədəd 1600 manat dəyərində “HP” markalı “notebook”unun oğurlanması nəticəsində ona 2070 manat, avtomobilin arxa şüşəsinin sınması nəticəsində isə 100 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilmədiyinə görə şikayətçidir, ziyanın ödənilməsini tələb edir. Məhkəmənin 12 yanvar 2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 8 ünvanında yerləşən “Lombard telefon” mağazasını icarə əsasında işlədir, həmin mağazada yeni və istifadə olunmuş mobil telefonların, aksessuarların alqı-satqısı ilə məşğul olur. 05 aprel 2023-cü il tarixdə günorta saatlarında işlədiyi həmin mağazada olan vaxt bir nəfər orta yaş həddində olan kişi yaxınlaşaraq, özünə məxsus “Samsung” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. O, mobil telefona baxmış və “Samsung” markalı, “Galaxy A03” modelli mobil telefon olmasını görmüş, onunla mobil telefonu 80 manata almağa razılaşmış və həmin məbləği ona vermişdir. Həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini də almış, bir neçə gün sonra isə aldığı mobil telefonu satmışdır. O, həmin şəxsi əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamış, həmin şəxs birinci dəfə ona mobil telefon gətirib satmışdır. Həmin mobil telefonun oğurluq olması ona sonradan məlum olmuşdur. Məhkəmənin 03 noyabr 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nizami rayonu, Q.Qarayev prospekti, 25/19 ünvanında olan telefon mağazasını icarə əsasında götürüb “Lombard” fəaliyyəti ilə məşğul olur, müraciət edən müştərilərdən mobil telefon, qızıl-zinət əşyaları və elektrotexnika avadanlıqlarını 20 faiz pul qarşılığında qəbul edir. 02 aprel 2023-cü il tarixdə saat 12 radələrində özünü İntiqam kimi təqdim edən şəxs işlədiyi lombarda gələrək özünə məxsus “Samsung Galaxsy A50” markalı **********98431 və **********98439 İMEİ kodlu mobil telefonu girov qoyub 50 manat pul götürmək istədiyini bildirmişdir. Buna görə həmin mobil telefona baxış keçirmiş, həmin şəxsin şəxsiyyət vəsiqəsini istəmişdir. Həmin şəxs özünə məxsus şəxsiyyət vəsiqəsini ona təqdim edərək əslən Naxçıvandan olduğunu və pulu xəstəsi olduğu üçün götürdüyünü bildirmişdir. O, həmin şəxsin şəxsiyyət vəsiqəsini götürmüş və ona həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuş, İntiqama öz xətti ilə qəbz yazdırdıqdan sonra müvafiq sənədləşmə işləri aparıb ona 50 manat pul vermiş, həmçinin Təqsirləndirilən şəxs 1 ay 5 gün müddətində ödəniş etmədiyi halda girov qoyduğu mobil telefonun satışa çıxarılacağını izah etmiş, həmin müddət ərzində Təqsirləndirilən şəxs ödəniş etmədiyinə görə girov qoyduğu mobil telefonu tanımadığı şəxsə 60 manata satmışdır. İbtidai istintaq zamanı dindirilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 məhkəmə iclaslarında iştirak etməmişlər, onlarla mobil telefonları vasitəsi ilə əlaqə saxlanılarkən iştirakları olmadan işə baxılmasını xahiş etmiş və ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Bununla əlaqədar həmin zərərçəkmişlərin ifadələri elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs1 sözügedən ifadəsində göstərmişdir ki, 04 aprel 2023-cü il tarixdə saat 18:20 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8-ci kilometr bazarının yanında yerləşən “Lotos” ticarət mərkəzinin qarşısında avtobus dayanacağında **-TG-*** dövlət qeydiyyat nişanlı 15 nömrəli sərnişin avtobusuna əyləşərək yaşadığı ünvana doğru hərəkətə başlamış, avtobusun içərisində sərnişinlərin çox olmasına görə avtobusun içərisində ayaq üstə dayanmışdır. Yolda olan vaxt özünə məxsus mobil telefon ilə övladına zəng edərək evə gəlməsini bildirmiş, sonra mobil telefonu sağ çiynindən asılı olan qara rəngli əl çantasının içərisinə qoymuşdur. Saat 18:45 radələrində Nizami rayonu, Babək prospekti, 55 nömrəli ünvanda yerləşən avtobus dayanacağında avtobusdan düşmüş, həmin vaxt çiynindən asılı olan əl çantasının açıq vəziyyətdə olmasını görmüş və dərhal çantaya baxan zaman mobil telefonun olmamasını aşkar etmişdir. Buna görə DİNin 102 xidməti zəng mərkəzi sisteminə məlumat vermişdir. Mobil telefonunun markası “Samsung A03”, İMEİ kodu **********90249, dəyəri 450 manat olmuşdur, mobil telefonunun avtobusda oğurlandığını düşünür. Mobil telefonu 2022-ci ildə telefon satış mağazalarının birindən 450 manata almış, telefonun üzərində ***-***-**-** “Azercell” mobil nömrəsi olmuş, həmin nömrəni 6 manata almışdır, hadisə nəticəsində ona ümumilikdə 456 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 sözügedən ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayında özünə 700 manata “Redmi Note 11” markalı **********5800 və **********5819 İMEİ kodlu mobil telefon almış, telefona 8 manat dəyərində ***-***-**-** və 5 manat dəyərində ***-***- **-** nömrələr yerləşdirmiş, həmin mobil telefonu səliqəli şəkildə işlədərək təmiz saxlamışdır. 2022-ci ilin yay aylarında ünvan 1 ünvanında yerləşən və inşa olan yaşayış binasında usta kimi işə başladığı üçün 22 sentyabr 2022-ci il tarixdə saat 09 radələrində həmin ünvana işə getmiş, paltarlarını dəyişib binanın 2-ci mərtəbəsində tərəfindən görülməli olan işə başlamış, həmin vaxt tikintidə ondan başqa tanımadığı usta və fəhlələr işləmişdir. İşə başlamamışdan əvvəl özünə məxsus “Redmi Note 11” markalı mobil telefonu işlədiyi binanın 2-ci mərtəbəsində döşəmənin üstünə qoyub tikilinin pəncərəsinə qalxaraq işlərini görməyə başlamış, başı işə qarışdığı üçün telefona fikir verməmişdir. İşlərin bir qismini görüb saat 12 radələrində pəncərədən aşağı düşərək telefonunu götürmək istədikdə yerində olmadığını görmüş, tikintidə işləyən yoldaşlardan bu barədə soruşduqda xəbərləri olmadığını bildirmişlər. İş yoldaşları onun xahişi ilə mobil telefonunda olan nömrələrə zəng etmişlər, lakin nömrələrə zəng çatmamışdır. O, mobil telefonunun oğurlanmasını başa düşüb Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. İçərisində 2 ədəd simkart olan mobil telefonunun oğurlanması ilə bağlı ona ümumilikdə 713 manat ziyan dəymiş, mobil telefonun kim və ya kimlər tərəfindən oğurlanmasını bilməmiş, bununla bağlı konkret heç kimdən şübhələnməmişdir. 22 sentyabr 2022-ci il tarixdə saat 09 radələrindən saat 12 radələrinədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər işlədiyi ünvan 1 ünvanında yerləşən yeni tikilən yaşayış binasının ikinci mərtəbəsindən mobil telefonunu oğurlamışlar, göstərilən müddət ərzində mobil telefonunun kim və ya kimlər tərəfindən oğurlanmasının birbaşa şahidi olmamışdır. Mobil telefonunun oğurlanmasında ilk əvvəl iş yoldaşlarından şübhələnsə də, sonradan onlar and-aman edib mobil telefondan xəbərləri olmadığını dediklərinə və telefonun tapılması üçün ona lazımi kömək göstərdiklərinə görə onlara qarşı şübhəsi aradan qalxmışdır. Mobil telefonunun oğurlanması ilə əlaqədar üzərində olan simkart nömrələri ilə birlikdə ona ümumilikdə 713 manat ziyan dəymişdir, əsas şikayəti və tələbi ona məxsus mobil telefonu oğurlamış şəxs və ya şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb olunması, ona dəymiş ziyanın qaytarılmasıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi Fərid Rəhimovun 16 may 2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs1 məxsus mobil telefonun onun cibindən oğurlanması ilə bağlı toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraatına qəbul edilmişdir. (İ cild i.v. 1) - 04 aprel 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin təhqiqatçısı Şəbnəm Ələkbərova tərəfindən Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 12-14) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi Xəlil Atakişiyevin 06 iyul 2023-cü il tarixli qərarından görünür ki, müstəntiq Fərid Rəhimovun xidməti iş yerinin dəyişdirilməsi ilə əlaqədar ********* nömrəli cinayət işi onun icraatına qəbul edilmişdir. (İ cild i.v. 34) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi Xəlil Atakişiyevin 16 iyul 2023-cü il tarixli qərarından görünür ki, cinayət hadisəsini törətmiş şəxs müəyyən edilərək təqsirləndirilən şəxs qismində cəlb oluna bilmədiyindən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (İ cild i.v. 35) -Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin 30 avqust 2023-cü il tarixli 1/2- 11052 nömrəli məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və həmin şəxs ətrafında zəruri istintaq hərəkətlərinin keçirilməsi xahiş edilmişdir. (İ cild i.v. 37) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi Xəlil Atakişiyevin 30 avqust 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. (İ cild i.v. 38) - 30 avqust 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi Xəlil Atakişiyev tərəfindən şahid Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışdır, bu zaman o, Zərərçəkmiş şəxs1 məxsus mobil telefonu cibindən oğurladıqdan sonra aparıb onu satdığı yeri göstərmiş, oğurluq əməlini harada, nə vaxt və hansı qaydada törətdiyini etiraf etmişdir. (İ cild i.v. 50- 51) -Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun üzərində kiril qrafikalı əlifba ilə “mənə məxsuz olan samsuq qalasse A.03 markalı mobill telefonum oğurluq deyil və özümə məxsuzdur 350 538 283 7302 49 8a33m mobil 077 593 02 07 imza (imza var)” yazılaraq imzalanmışdır. (İ cild i.v. 53) - 30 avqust 2023-cü il tarixli protokoldan görünür ki, həmin məzmunlu qeydər yazılmış şəxsiyyət vəsiqəsinin surəti onu təqdim edən Şahid2 müstəntiq Xəlil Atakişiyev tərəfindən götürülmüşdür. (İ cild i.v. 54) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi Xəlil Atakişiyevin 31 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. (İ cild i.v. 73-74) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi Rəşadət Axundovun 30 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs2 məxsus mənzildə qanunsuz olaraq oğurluq edilməsi ilə bağlı toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraatına qəbul edilmişdir. (İ cild i.v. 86) - 10 noyabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin təhqiqatçısı Taleh Cəfərov tərəfindən Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 95-100) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi Rəşadət Axundovun 30 yanvar 2023-cü il tarixli qərarından görünür ki, cinayət hadisəsini törətmiş şəxs müəyyən edilərək təqsirləndirilən şəxs qismində cəlb oluna bilmədiyindən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (İ cild i.v. 116) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi Xəlil Atakişiyevin 30 avqust 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. (İ cild i.v. 119) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi Xəlil Atakişiyevin 31 avqust 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.5ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və sonuncu nömrə altında istintaq olunmuşdur. (İ cild i.v. 82-83) - 30 avqust 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi Xəlil Atakişiyev tərəfindən şahid Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışdır, bu zaman o, Zərərçəkmiş şəxs2 məxsus mənzildən oğurluq etdikdən sonra oğurladığı mobil telefonlardan birini aparıb onu satdığı yeri göstərmiş, oğurluq əməlini harada, nə vaxt və hansı qaydada törətdiyini etiraf etmişdir. (İ cild i.v. 123-124) -Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun üzərində latın qrafikalı əlifba ilə “telefon: AG plus Samsung tarix: xx.xx.2022 İmei: **********48663/**********48661 əlaqə: 077 593 02 07. İmza: (imza var)” yazılaraq imzalanmışdır. (İ cild i.v. 128) - 30 avqust 2023-cü il tarixli protokoldan görünür ki, həmin məzmunlu qeydər yazılmış şəxsiyyət vəsiqəsinin surəti onu təqdim edən Şahid3 müstəntiq Xəlil Atakişiyev tərəfindən götürülmüşdür. (İ cild i.v. 128) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi Ayxan Təhməzlinin 23 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs3 Müzəffər oğluna məxsus “Toyota Prius” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən oğurluq edilməsi ilə bağlı toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraatına qəbul edilmişdir. (İ cild i.v. 208) - 01 yanvar 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin təhqiqatçısı Həsən Məmmədov tərəfindən Zərərçəkmiş şəxs3 Müzəffər oğlunun və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 213-215) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi Ayxan Təhməzlinin 23 fevral 2023-cü il tarixli qərarından görünür ki, cinayət hadisəsini törətmiş şəxs müəyyən edilərək təqsirləndirilən şəxs qismində cəlb oluna bilmədiyindən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (İ cild i.v. 230) -Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin 30 avqust 2023-cü il tarixli 14489/2023 nömrəli məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 Müzəffər oğluna məxsus avtomobildən oğurluq etməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs olması, onun oğurladığı notbuku Q.Qarayev prospekti 74 ünvanında yerləşən mağazada çalışan X3 müəyyən edilmiş və həmin şəxs ətrafında zəruri istintaq hərəkətlərinin keçirilməsi xahiş edilmişdir. (İ cild i.v. 231) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi Ayxan Təhməzlinin 30 avqust 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. (İ cild i.v. 232) - 30 avqust 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi Ayxan Təhməzli tərəfindən şahid Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışdır, bu zaman o, Zərərçəkmiş şəxs3 Müzəffər oğluna məxsus avtomobildən oğurluq etdiyi yeri göstərmiş, oğurluq əməlini harada, nə vaxt və hansı qaydada törətdiyini etiraf etmişdir. (İ cild i.v. 238-239) -Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun üzərində kiril qrafikalı əlifba ilə “mən Təqsirləndirilən şəxs özümə məxsuz HP markalı nozbuqu 150 manata saatdım 01 yanvar 2023 İmza: (imza var) Bağırov İ” yazılaraq imzalanmışdır. (İ cild i.v. 242) - 30 avqust 2023-cü il tarixli protokoldan görünür ki, həmin məzmunlu qeydər yazılmış şəxsiyyət vəsiqəsinin surəti onu təqdim edən Şahid4 müstəntiq Ayxan Təhməzli tərəfindən götürülmüşdür. (İ cild i.v. 243) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi Ayxan Təhməzlinin 31 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. (İ cild i.v. 247-248) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi Xəlil Atakişiyevin 31 avqust 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və sonuncu nömrə altında istintaq olunmuşdur. (İ cild i.v. 204-205) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi Xəlil Atakişiyevin 01 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1, 177.2.3, 177.2.5 və 185.1-ci maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3, 177.2.5 və 185.1-ci maddələrinə tövsif edilmişdir. (İİ cild i.v. 122-126) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi Orxan Mirzəyevin 10 fevral 2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs4 məxsus mobil telefonun tikinti sahəsindən oğurlanması ilə bağlı toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraatına qəbul edilmişdir. (İİ cild i.v. 157) - 22 sentyabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin təhqiqatçısı Zal Məmmədov tərəfindən Zərərçəkmiş şəxs4 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (İİ cild i.v. 165-166) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi Orxan Mirzəyevin 10 mart 2023-cü il tarixli qərarından görünür ki, cinayət hadisəsini törətmiş şəxs müəyyən edilərək təqsirləndirilən şəxs qismində cəlb oluna bilmədiyindən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (İİ cild i.v. 190) -Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin 30 avqust 2023-cü il tarixli 3/2- 7870/23 nömrəli məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs4 məxsus mobil telefonun tikinti sahəsindən oğurluq etməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və həmin şəxs ətrafında zəruri istintaq hərəkətlərinin keçirilməsi xahiş edilmişdir. (İİ cild i.v. 194) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi Gündüz Abdulovun 30 avqust 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul olunaraq istintaqı davam etdirilmişdir. (İİ cild i.v. 195-196) - 30 avqust 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi Gündüz Abdulov tərəfindən şahid Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışdır, bu zaman o, Zərərçəkmiş şəxs4 məxsus mobil telefonu oğlurladığı yeri, mobil telefonu oğurladıqdan sonra aparıb onu satdığı yeri göstərmiş, oğurluq əməlini harada, nə vaxt və hansı qaydada törətdiyini etiraf etmişdir. (İİ cild i.v. 204-207) -Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun üzərində kiril qrafikalı əlifba ilə “redmi not 11, **********58001, xx.xx.2022, 200 manat, 077 593 02 07. redmi not 11 markalı telefon özümə məxsusdur və oğurluq deyil. İmza: (imza var)” yazılaraq imzalanmışdır. (İİ cild i.v. 222) - 31 avqust 2023-cü il tarixli protokoldan görünür ki, həmin məzmunlu qeydər yazılmış şəxsiyyət vəsiqəsinin surəti onu təqdim edən Şahid5 müstəntiq Gündüz Abdulov tərəfindən götürülmüşdür. (İİ cild i.v. 221) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi Gündüz Abdulovun 31 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. (İİ cild i.v. 223-224) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi Xəlil Atakişiyevin 02 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.5 və 185.1-ci maddələri ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və sonuncu nömrə altında istintaq olunmuşdur. (İİ cild i.v. 151-152) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi Şirxan Allahverdiyevin 30 may 2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs5 məxsus “Toyota Prius” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən oğurluq edilməsi ilə bağlı toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraatına qəbul edilmişdir. (İİ cild i.v. 246) - 31 mart 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin təhqiqatçısı Bakir Aslanov tərəfindən Zərərçəkmiş şəxs5 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (İİİ cild i.v. 1-3) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi Şirxan Allahverdiyevin 01 iyul 2023-cü il tarixli qərarından görünür ki, cinayət hadisəsini törətmiş şəxs müəyyən edilərək təqsirləndirilən şəxs qismində cəlb oluna bilmədiyindən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (İİİ cild i.v. 37) -Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin 30 avqust 2023-cü il tarixli 3/2- 7865 nömrəli məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs5 məxsus avtomobildən oğurluq etməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və həmin şəxs ətrafında zəruri istintaq hərəkətlərinin keçirilməsi xahiş edilmişdir. (İİİ cild i.v. 40) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi Şirxan Allahverdiyevin 30 avqust 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. (İİİ cild i.v. 41) -Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun üzərində kiril qrafikalı əlifba ilə “samsunq markalı mobil telefon mənə məxsuzdur oğurluq deyil (imza var) Bağırov” yazılaraq imzalanmışdır. (İİİ cild i.v. 49) - 02 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin məzmunlu qeydər yazılmış şəxsiyyət vəsiqəsinin surəti onu təqdim edən Şahid1 müstəntiq Şirxan Allahverdiyev tərəfindən götürülmüşdür. (İİİ cild i.v. 48) - ********** nömrəli VÖEN əsasında faliyyət göstərən Şahid1 tərəfindən verilmiş 02 aprel 2023-cü il tarixli ĞJV seriyalı, 123351 nömrəli girov biletinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Samsung A50” markalı, **********98431, **********98439 İMEİ kodlu mobil telefonu 02 may 2023-cü il tarixədək girov qoyaraq 50 manat pul götürmüşdür. (İİİ cild i.v. 50) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi Şirxan Allahverdiyevin 02 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. (İİİ cild i.v. 53-54) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi Xəlil Atakişiyevin 04 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.5 və 185.1-ci maddələri ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və sonuncu nömrə altında istintaq olunmuşdur. (İİ cild i.v. 242-243) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi Xəlil Atakişiyevin 06 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.5 və 185.1ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmiş, cinayət işi üzrə Şahid2, Şahid3, X11, Şahid4, Şahid5 və Şahid1 əməllərində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. (İİİ cild i.v. 179-200) -Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayevin “İttiham aktı ilə daxil olmuş cinayət işi üzrə” 28 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.5 və 185.1-ci maddələri ilə Təqsirləndirilən şəxs əməli cinayət qanununa uyğun olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.5 və 185.1-ci maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələrinə (zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Müzəffər oğlu, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 məxsus əmlakların oğurlanması faktları üzrə) tövsif olunmuş və ittiham aktı bu dəyişikliklərlə təsdiq olunmaqla cinayət işi Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan 19 dekabr 2022-ci il tarixdə saat 17:20 radələrində ünvan 9 ünvanda 81 nömrəli marşurut xətt avtobusunda olan sərnişin X7 gödəkçəsindən 1175 manat dəyərində əmlakının oğurlanması, 13 fevral 2023-cü il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 68 nömrəli ünvanda yerləşən X10 işlədiyi dərzi emalatxanasında sonuncunun 1280 manat dəyərində əmlakının oğurlanması, 22 fevral 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 119 nömrəli ünvanda 1 nömrəli marşurut xətt avtobusunda olan sərnişin X4 məxsus əl çantasından 250 manat dəyərində əmlakının oğurlanması, 22 mart 2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 58 nömrəli binanın qarşısından X15 məxsus “VAZ 2106” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin talama məqsədi olmadan ələ keçirildikdən sonra həmin avtomobildən sonuncuya məxsus 800 manat dəyərində əmlakının oğurlanması və 21 iyul 2023-cü il tarixdə saat 05:40 radələrində ünvan 12 ünvanda saxlanılmış, X5 məxsus “Toyota Corolla” markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobildən 664 manat dəyərində əmlakının oğurlanması hissələri üzrə epizodlar xaric edilmiş, ********* nömrəli cinayət işi üzrə X18, X6, X20, X8 və X7 zərərçəkmiş şəxs qismində iştiraklarına xitam verilmiş və məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısından çıxarılmış, ********* nömrəli cinayət işinin materiallarından yuxarıda qeyd olunan faktlar üzrə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə ********* nömrəli, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli, Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə ********* nömrəli, Azərbaycan Respublikası CM-nin 185.1 və 177.1-ci maddələri ilə ********* nömrəli, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işləri ayrılmış və istintaqın davam etdirilməsi üçün Bakı şəhəri Nizami rayon polis idarəsinin istintaq şöbəsinə göndərilmişdir. (İİİ cild i.v. 287-315) Bundan başqa, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi Xəlil Atakişiyevin 30 avqust 2023-cü il tarixli qərarından və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli şəxs qismində həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 63, 65) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, müstəntiqin vəsatəti və onunla bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 01 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 30 avqust 2023-cü il tarixdən hesablanmışdır. (İİ cild i.v. 146-150) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 05 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 yanvar 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, 26 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir; Bakı şəhəri Sabunçu rayon polis idarəsinin istintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi 29 iyul 2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. (İİİ cild i.v. 173-176) -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli 1(008)- 97/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, 01 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 may 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsindəki həmin həbs qətimkan tədbiri ləğv olunaraq, o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 1(103)-2078/2023 nömrəli hökmündən görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli 1(008)-97/2023 nömrəli hökmü ləğv olunaraq iş üzrə ittiham hökmü çıxarılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 may 2022-ci il tarixdən 18 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 01 il 03 ay 18 gün müddət hökmlə təyin olunan cəzadan çıxılmaqla, cəzasının əvvəli 01 may 2023-cü il tarixdən hesablanmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə onun üzərində qəti olaraq 01 il 02 ay 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs başqa cinayət işi üzrə məhkəmə qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilməklə həbsdə olması nəzərə alınmışdır. -Məhkəmənin sorğusuna əsasən Bakı istintaq təcridxanasından verilmiş 29 mart 2024-cü il tarixli 3-16-17/40/2-2206/2024 nömrəli cavab məktubundan görünür ki, 21 may 2022-ci il tarixdən həbsdə saxlanılan Bağırov X12 Rayon Məhkəməsinin 18 avqust 2023cü il tarixli hökmü ilə məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanaraq tədqiq edilmiş sübutları qiymətləndirməklə, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə aidiyyəti olmadığından, cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, işdə dövlət ittihamını müdafiə edən Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müvafiq olaraq həmin şöbənin rəisi Nəsir Bayramov tərəfindən təsdiq edilmiş, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini Anar Nəsibov və idarə rəisi Orxan İsayevlə razılaşdırılmaqla 17 aprel 2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş 03 aprel 2024-cü il tarixli rəyə əsasən cinayət təqibindən imtina etmişdir. Rəy onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 01 may 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilməsi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli bəraət hökmü ilə məhkəmə iclas zalından azad olunması onun 22 sentyabr 2022-ci il, 09 noyabr 2022-ci il, 01 yanvar 2023-cü il, 31 mart 2023-cü il və 4 aprel 2023-cü il tarixlərdə oğurluq etməsini istisna edir. Ona görə də, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə ona elan edilmiş ittihamdan imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü və 84.6.9-cu maddələrinə, Azərbaycan Respublikası Baş Prokurorluğunun “X17” 107.15-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ona verilmiş ittiham üzrə cinayət təqibindən imtina edilmişdir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsindəki ********* nömrəli cinayət işinin başlanmasına səbəb və əsas, onun tərəfindən müvafiq zərərçəkmiş şəxslərə məxsus əmlakın oğurlanması və bununla bağlı toplanmış materiallar olmuşdur. İrəli sürülmüş yekun ittihama görə, Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində ünvan 1 ünvanında Zərərçəkmiş şəxs4 mobil telefonunu gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 713 manat maddi ziyan vuraraq oğurluq etmiş; təkrarən 09 noyabr 2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 13 ünvanına qanunsuz olaraq daxil olub ona məxsus nağd pul və əmlakları gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 1006 manat maddi ziyan vuraraq oğurluq etmiş; təkrarən 01 yanvar 2023-cü il tarixdə saat 02 radələrində ünvan 2 ünvanda saxlanılmış, Zərərçəkmiş şəxs3 Müzəffər oğluna məxsus “Toyota Prius” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa şüşəsini sındıraraq avtomobilin salonundan nağd pul və əmlkaları gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 2070 manat maddi ziyan vuraraq oğurluq etmiş; təkrarən 31 mart 2023-cü il tarixdə saat 05 radələrində ünvan 3 ünvanda yerləşən “Araz” marketin qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs5 məxsus “Toyota Prius” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin şüşəsinin açıq olmasından istifadə edərək avtomobilin salonundan mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 770 manat maddi ziyan vuraraq oğurluq etmiş; təkrarən 04 aprel 2023-cü il tarixdə saat 18:45 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 55 nömrəli ünvanda 15 nömrəli marşurut xətt avtobusunda olan sərnişin X1 qara rəngli əl çantasından sonuncuya məxsus mobil telefonu çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş şəxsə 456 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Halbuki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon polis idarəsinin istintaq şöbəsinin icraatında olmuş, 29 iyul 2022-ci il tarixdə mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmiş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan cinayət işi üzrə 01 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 may 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçildikdən sonra Bakı istintaq təcridxanasında həbsdə saxlanılmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli hökmü ilə ona bəraət verilməsi ilə əlaqədar həbs qətimkan tədbiri ləğv olunmuş və o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Göründüyü kimi, 01 may 2022-ci il tarixdən 18 avqust 2023-cü il tarixədək fasiləsiz olaraq həbsdə olmaqla istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, hazırkı cinayət işi üzrə ittiham olunduğu 22 sentyabr 2022-ci il, 09 noyabr 2022-ci il, 01 yanvar 2023-cü il, 31 mart 2023-cü il və 04 aprel 2023-cü il tarixlərdə törədilmiş oğurluq cinayətlərinin subyekti ola bilməz, onun həmin cinayətlərin törədilməsinə aidiyyəti olmamışdır. Cinayət-prosessual qanunvericiliyinə görə, sübutlar Azərbaycan Respublikası CPMdə müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. CPM-in 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla - onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır; 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 32.2 və 32.2.3-cü maddələrinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir; 124.1 və 124.1.1-ci maddələrinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir; təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Təqsirsizlik prezumpsiyasını müəyyən edən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ və İİİ bəndlərinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar) Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən, sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarının 63-cü bəndinə əsasən dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin, nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə” müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. X13 Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ictimai ittiham üzrə məhkəmə baxışında dövlət ittihamçısının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi məhkəmənin cinayət təqibinə şərtsiz xitam verməsilə nəticələnməlidir. Dövlət ittihamçısı ittihamın müdafiəsindən (cinayət təqibindən) tam imtina etdikdə (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə CPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə bütövlükdə xitam verilməsi barədə qərar çıxarmalı, qismən imtina etdikdə isə onun imtina olunmuş hissəsinə xitam verməlidir. Eyni zamanda dövlət ittihamçısı əməlin tövsifinin yüngülləşdirilməsi təklifi ilə çıxış etdikdə, məhkəmə həmin təklifdə irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul etməməlidir. Əks halda məhkəmə artıq dövlət ittihamçısı tərəfindən müdafiə olunmayan ittihamın müdafiəsini öz üzərinə götürməklə, faktiki olaraq, ittihamı müdafiə edən orqanı əvəz edər, başqa sözlə onun təbiətinə xas olmayan ittiham funksiyasını yerinə yetirmiş olardı. Bu zaman, həmçinin məhkəmələrin statusunu və ədalət mühakiməsinin həyata keçirilməsinin prinsiplərini müəyyən edən konstitusiya normalarının (Konstitusiyanın 125 və 127-ci maddələri), cinayət mühakimə icraatının bir sıra prinsiplərinin (CPM-in 8—12, 21, 28, 32, 36-cı maddələri), habelə CPM-in dövlət ittihamçısı qismində prokurorun qanunu və vicdanını rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla, öz daxili inamına görə sübutları qiymətləndirmək vəzifəsini müəyyən edən normasının (145.2-ci maddə) mənalarına görə, dövlət ittihamçısının ittihamdan imtina etməsi və ya əməlin tövsifinin yüngülləşdirilməsi təklifi əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ona verilmiş ittiham üzrə cinayət təqibindən tam imtina etdiyini yazılı rəyində bəyan etsə də və bu imtinanı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 01 may 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilməsi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli bəraət hökmü ilə məhkəmə iclas zalından azad olunmasının onun 22 sentyabr 2022-ci il, 09 noyabr 2022-ci il, 01 yanvar 2023-cü il, 31 mart 2023-cü il və 4 aprel 2023-cü il tarixlərdə oğurluq etməsini istisna etdiyi ilə əsaslandırsa da, Ali Məhkəmənin Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında göstərildiyi kimi, cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar dəqiq müəyyən edilib onlar bəraətverici olan və ya olmayan iki qrupa ayrıldığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməlidir və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Dövlət ittihamçısının sözügedən rəyində belə əsas aydın şəkildə əks etdirilmədiyindən, məhkəmə hesab edir ki, qəbul olunacaq məhkəmə qərarı ilə Təqsirləndirilən şəxs qarşı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hal, məhz bəraətverici olan hesab edilməklə, cinayət təqibinə Cinayət-Prosesual Məcəlləsinin 39-cu maddəsində göstərilən bəraətverici əsasla xitam verilməli olduğu kimi qəbul edilməli, bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə aidiyyəti olmadığından və dövlət ittihamçısının ona qarşı həmin maddələrlə irəli sürülmüş ittiham üzrə cinayət təqibindən tamamilə imtina etməsi nəzərə alınaraq, cinayət təqibinə və cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsində göstərilən qaydada bəraətverici əsaslarla xitam verilməlidir. Məhkəmə burada qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə verilmiş ittiham üzrə özünü təqsirli bilərək etirafedici ifadələr vermiş, zərərçəkmiş şəxslər və şahidlər ifadə verərkən həmin ifadələrlə razılaşaraq hər hansı əlavəsi olmamışdır. O, yalnız 13 mart 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs3 Müzəffər oğlunun ifadə verməsindən sonra cinayət işi üzrə oğurluq əməllərinin onun tərəfindən törədilmədiyini, ona qarşı müvafiq təzyiqlər olduğunu və buna görə məcbur olub istər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı oğurluq cinayətlərinin onun tərəfindən törədilməsi barədə ifadələr verdiyini bildirmişdir, ona görə həmin dövrədək dindirilmiş şəxslərin məhkəmədə təkrar dindirilməsinə və ya digər şəxslərin dəvət olunaraq dindirilməsinə zərurət olmamışdır, belə ki, iş üzrə hər hansı şəxs dindirilmədən, müəyyən edilmiş sübutlar əsasında Təqsirləndirilən şəxs cinayətin törədilməsinə aidiyyətinin olmaması aşkardır, işin faktiki mübahisəsiz halıdır. Azərbaycan Respublikası CPM-nin 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır. Məhkəmə nəzərə çatdırır ki, məhkəmə baxışı başlanandan sonra cinayət təqibini istisna edən bəraətverici əsaslar aşkar edilmiş və məhkəmə baxışı tədqiq olunmuş sübutlar əsasında başa çatdırılmış, lakin dövlət ittihamçısı cinayət təqibindən imtina etdiyi üçün bəraət hökmü çıxarmamışdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət təqibinə və cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, lakin ona Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 1(103)-2078/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cəzasının əvvəli 01 may 2023-cü il tarixdən hesablanmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 01 il 02 ay 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması nəzərə alınaraq, həbsdən azad edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 43.4-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində dövlət ittihamçısının bu Məcəllənin 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibindən imtina etməsi ilə əlaqədar məhkəmənin qərarına əsasən cinayət təqibinə xitam verilərkən cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, qərar qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmə hesab edir ki, hazırkı cinayət təqibinə xitam verilərkən 22 sentyabr 2022ci il, 09 noyabr 2022-ci il, 01 yanvar 2023-cü il, 31 mart 2023-cü il və 04 aprel 2023-cü il tarixlərdə baş vermiş oğurluq cinayətlərini törətmiş şəxs (şəxslər) müəyyən edilməmiş qaldığından, qərar qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, həmin materialların araşdırılması zamanı həmçinin, Təqsirləndirilən şəxs guya oğurladığı əşyaları satdığı zaman özünə məxsus şəxsiyyət vəsiqəsinin surətlərində, girov biletində və digər sənədlərdə həmin əşyaları özününkü kimi təqdim etməsi, onlar üzərində müvafiq qeydlər aparması ilə bağlı saxta sübutların hazırlanması və onlardan ittihamın əsası kimi istifadə olunması məsələləri, eləcə də digər bu kimi hallar üzrə araşdırma aparılaraq təqsirli şəxslərin əməllərinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət təqibinə və cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməli olduğundan, onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə mülki iddia verilməmişdir, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır, maddi sübut hesab olunan sənədlərin taleyi oğurluq cinayətlərini törətmiş şəxs müəyyən edildikdən sonra həmin iş üzrə qəbul olunacaq yekun qərarla həll edilməlidir, məhkəmə xərcləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.23-cü maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında xüsusi qərarın çıxarılması üçün əsasların olub-olmadığı, belə əsaslar olduqda kimin barəsində və hansı məzmunda çıxarılacağı müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 355.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair aşağıdakılar müəyyən edildikdə məhkəmə xüsusi qərar çıxara bilər: fiziki şəxslərin cinayət məsuliyyətinə səbəb olmayan hərəkət və ya hərəkətsizliyinin, dövlət orqanlarının vəzifəli şəxslərinin fəaliyyətindəki çatışmazlıqların və ya səhvlərin cinayətin törədilməsinə səbəb olduğunu və şərait yaradıldığını; məhkəməyədək icraat üzrə bu Məcəllənin tələblərinin pozulmasına yol verildiyini. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin məhkəməyədək icraatı zamanı Bakı şəhəri Nizami rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqləri Xəlil Atakişiyev, Ayxan Təhməzli, Gündüz Abdulov və Şirxan Allahverdiyev tərəfindən yol verilən kobud qanun pozuntuları barədə tədbirlər görülməsi üçün xüsusi qərar qəbul olunaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməsi məsələsi həll ediləcəkdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.2, 41.3, 43.1.1, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.5ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə aidiyyəti olmadığından və dövlət ittihamçısının ona qarşı həmin maddələrlə irəli sürülmüş ittiham üzrə cinayət təqibindən tamamilə imtina etməsi nəzərə alınaraq, cinayət təqibinə və cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsində göstərilən qaydada bəraətverici əsaslarla xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, lakin ona Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 1(103)-2078/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cəzasının əvvəli 01 may 2023-cü il tarixdən hesablanmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 01 il 02 ay 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması nəzərə alınaraq, həbsdən azad edilməsin. Haqqındakı cinayət təqibinə və cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsində göstərilən qaydada bəraətverici əsaslarla xitam verilmiş Təqsirləndirilən şəxs, onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. 22 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs4, 09 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2, 01 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 Müzəffər oğluna, 31 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs5 və 04 aprel 2023-cü il tarixlərdə Zərərçəkmiş şəxs1 məxsus əmlakların oğurlanması ilə müşayiət olunan cinayətləri törətmiş şəxs (şəxslər) müəyyən edilməmiş qaldığından, qərar qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokuroruna göndərilsin. Həmin materialların araşdırılması zamanı həmçinin, Təqsirləndirilən şəxs guya oğurladığı əşyaları satdığı zaman özünə məxsus şəxsiyyət vəsiqəsinin surətlərində, girov biletində və digər sənədlərdə həmin əşyaları özününkü kimi təqdim etməsi, onlar üzərində müvafiq qeydlər aparması ilə bağlı saxta sübutların hazırlanması və onlardan ittihamın əsası kimi istifadə olunması məsələləri, eləcə də digər bu kimi hallar üzrə araşdırma aparılaraq təqsirli şəxslərin əməllərinə hüquqi qiymət verilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 60 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 360 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu (həbsdə olan şəxsə qərarın surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar