Məhkəmə qərarları › İş №1(007)-480/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-480/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-480/2022 27.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızı Məhkəmə iclasının katibi: X9, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı , Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs xx.xx.1970-cı ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, orta-ixtisas təhsilli, “X11" ictimai Birliyinin sədri, Bakı şəhəri, Binəqədi rayonu, M.Kazımovski küçəsi ev 16A, mənzil 24-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 may 2022-ci il tarixdə saat 18:10 radələrində ünvan 1 ünvanında yerləşən avtomobil dayanacağında Zərərçəkmiş şəxs ilə sonuncunun sosial şəbəkələrdə onun və sədri olduğu "X12" İctimai Birliyinin digər işçilərinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı qəsdən bir neçə dəfə yumruqla Zərərçəkmiş şəxs baş nahiyyəsinə vuraraq, sonuncuya başın ənsə nahiyyəsinin hematoması və qançırı ilə müşayiət edilən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, X2 iştirakçısı və veteranıdır, baş və gözündən xəsarətlər aldığı üçün gözü zəif görür, 1-ci dərəcəli əlildir və 2010-cu ildən “X11" İctimai Birliyinin sədridir. Zərərçəkmiş şəxs iki ildir tanıyır. Əvvəllər münasibətləri normal olsa da, sonradan o, fəaliyyətində nöqsanlara və əxlaqsız hərəkətlərə yol verdiyinə görə, onu təşkilatın Nizami rayonu üzrə sədrliyi vəzifəsindən azad edib, təşkilatla olan bütün əlaqələrini kəsmişdir. Bu səbəbdən Eldəniz, onunla düşmənçilik edərək, barəsində xoşagəlməz sözlər demişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə o, “Facebook” sosial şəbəkəsində, öz adına olan səhifədə təxminən 10 dəqiqəlik video paylaşmışdır. Həmin videoda onu və başqa bir neçə müharibə əlilini təhqir etmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində o, Dönməz Həsənov, Şahid4, Əkrəm Rzayev və Zaur Ağayev “Qara Qarayev" metro stansiyasının yaxınlığındakı çayxanada olarkən, Eldənizin yenə də sosial şəbəkədə onun və digər qazi yoldaşlarının barəsində xoşagəlməz ifadələrlə müşayiət olunan çıxışından danışarkən məsələnin aydınlaşdırılması üçün Zərərçəkmiş şəxs yanına getmək qərarına gəlmişlər. Həmin vaxt o, çayxanada gözləmiş, digər yoldaşlar isə onun yaşadığı ünvana getmişlər. Bir müddət sonra, qazi yoldaşlarından yadında qalmayan kimsə zəng vuraraq Eldənizin orada olduğunu və polis çağırdıqlarını ona bildirmişlər. Bundan sonra özü də həmin yerə getmişdir. Ora çatanda artıq polis əməkdaşları da orada olmuşlar. Bu zaman Eldənizin onun qarşısından keçdiyini görüb, niyə sosial şəbəkələrdə onu təhqir etdiyini soruşmuşdur. O. da cavabında “yaxşı edirəm” deyib qaçmaq istəyərkən, onun gödəkçəsinin yaxasından tutmuş və onu nəyə görə təhqir etdiyinin səbəbini soruşmuşdur. Lakin polislər və digər qazilər araya girərək onları aralaşdırmışdır. Hal-hazırda əməlindən peşman olduğunu və məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs iki ildir tanıyır. Firidun, onun Nizami rayonu B.Nuriyev küçəsi, 3 saylı binanın qarşısında öz təşəbbüsü əsasında yaratdığı müharibə abidəsi (A.Aqarunov, C.Rzayev və Ə.Vəliyevin abidələri) və həmin abidənin ətrafında yenə də öz təşəbbüsüylə yaratdığı avtomobil dayanacağını ələ keçirmək üçün cəhdlər göstərməyə başlamışdır. xx.xx.2022 ci il tarixdo saat 18 radələrində abidənin kənarında ağac əkdiyi zaman, tanıdığı Dönməz Həsənovun idarə etdiyi qara rəngli “Mersedes-Viano" markalı avtomaşın onun yanında saxlamış və içərisindən Dönməz Həsənov, İlham Baxşıyev, Əkrəm Rzayev, Sabirabadlı Zaur avtomobildən düşərək üzərinə doğru gəlməyə başlamışlar. Həmin vaxt onu döyəcəklərindən qorxmuşdur, bu səbəbdən, mənzilinin qarşısındakı bağının qapısını açaraq evə girmiş, onlar da arxasınca gələrək qapının ağzında onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməyə başlamışlar. Həmin vaxt baş vermiş hadisə ilə bağlı polisə məlumat vermiş, bundan sonra həmin şəxslər bağdan çıxaraq dayanacağın həyətində onu söyməyə davam etmişlər. Bu zaman özü də evdən çıxaraq bağının qarşısında dayanmış və onlarla sözlə mübahisə etməyə davam etmişlər. Həmin müddətdə polis əməkdaşları və polislərdən bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs da onlara yaxınlaşmışdır. Onlara yaxınlaşan kimi “X11” İctimai Birliyinin sədri Təqsirləndirilən şəxs onun üstünə yüyürmüş, həmin vaxt onun əlindən geriyə evə qaçmaq istəyəndə, tullanaraq boyun nahiyyəsini qolunun arasına keçirərək yumruq zərbələri başından vurmağa başlamışdır. X19 tez araya girərək, onu Firidunun əlindən almış, sonra polis əməkdaşları onu hadisə yerindən uzaqlaşdıra bilmiş və polis avtomobilinə əyləşdirib 24-cü polis şöbəsinə gətirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, “X11 İctimai Birliyi"-nin üzvüdür. Zərərçəkmiş şəxs da Qarabağ qazisidir və “X11" X8 rayon şöbəsinin sədri olmuşdur. İşdə yol verdiyi nöqsan və əxlaqsızlığa görə sədr Təqsirləndirilən şəxs onu rayon şöbəsinin sədri vəzifəsindən azad etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və birliyin digər üzvlərinin ünvanına sosial şəbəkələrdə nalayiq söyüşlər söymüşdür. xx.xx.2022-ci il tarixdə Eldəniz “Facebook" sosial şəbəkəsində öz adına olan səhifədə təxminən bir neçə dəqiqəlik video paylaşaraq həmin videoda o; və digər müharibə əlilləri barəsində nalayiq sözlər və təhqiramiz ifadələr işlətmişdir. xx.xx.2022-ci il tarixdə, təxminən saat 18 radələrində o, Dönməz Həsənov, Əkrəm Rzayev, Zaur Ağayev və Təqsirləndirilən şəxs “Qara Qarayev” metro stansiyasının yaxınlığındakı çayxanada olan zaman, Eldənizin yenə də sosial şəbəkədə xoşagəlməz ifadələrlə müşaiyət olunan çıxışından danışaraq, Eldənizin yanına gedib, məsələni aydınlaşdırmaq qərarına gəlmişlər. Bu məqsədlə digər yoldaşlar və o, Eldənizin işlətdiyi B.Nuriyev küçəsi 3 saylı binanın qarşısında yerləşən dayanacağa getmişlər. Dayanacağa çatdıqları zaman Dönməz və Zaur normal və sakitcə Eldənizdən soruşmuşlar ki, nəyə görə onları təhqir edir. Eldəniz heç bir söz demədən qaçaraq yaşadığı binaya girmişdir. Təxminən 2-3 dəqiqədən sonra əlində telefon və arvadı ilə birlikdə çıxmışdır. Çıxan kimi telefonla çəkərək qışqırırmış ki, üstünə hücüm çəkiblər. Həmin vaxt həyat yoldaşı onlardan gəlmələrinin səbəbini soruşmuşduqda, o, Eldənizin həyat yoldaşına bildirmişdir ki, Eldəniz onları sosial şəbəkələrdə təhqir edir, bunun səbəbini araşdırmaq üçün bura gəlmişlər. Qadın bu sözləri eşitdikdən sonra evə getmişdir. Eldənizin onlara şər atacağını bildikləri üçün, özləri baş vermiş hadisə ilə bağlı polis orqanlarına məlumat vermişlər. Polislər gələnədək onlar dayanacaqda durmuş, Eldəniz isə təxminən 10 metr kənarda dayanaraq, onu döydükləri barədə qışqıraraq hay-küy salmışdır. Təxminən 5 dəqiqə sonra polislər gəlmiş və onları 24-cü polis şöbəsinə dəvət etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X15 və X13 da eyniməzmunlu ifadə verərək, Şahid4 ifadəsində göstərdiklərini təsdiq etmişlər. Cinayət işi üzrə şahid qismində cəlb edilmiş Şahid3 məhkəməyə ərizə ilə müraciət edərək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X10 öz ifadəsində bildirdi ki, 1ci Qarabağ müharibəsi iştirakçısıdır, “X11” ictimai Birliyinin üzvüdür. Zərərçəkmiş şəxs da Qarabağ qazisidir və "X11" X8 rayon şöbəsinin sədri olmuşdur. Birliyin sədri Təqsirləndirilən şəxs onu sədr vəzifəsindən azad etmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs, Firidun və birliyin digər üzvlərinin ünvanına sosial şəbəkələrdə nalayiq ifadələr işlətməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə Eldəniz “Facebook" sosial şəbəkəsində öz adına olan səhifədə, təxminən 8-10 dəqiqəlik video paylaşaraq həmin videoda Təqsirləndirilən şəxs və digər müharibə əlillərinin barəsində nalayiq sözlər və təhqiramiz ifadələr işlətmişdir. xx.xx.2022-ci il tarixdə, təxminən saat 18 radələrində, birliyin sədri Təqsirləndirilən şəxs, o, Şahid4, Zaur Ağayev və Əkrəm Rzayev “Qara Qarayev” metro stansiyasının yaxınlığındakı çayxanada olarkən, Eldənizin yenə də sosial şəbəkədə birliyin bəzi üzvlərinin, o cümlədən Təqsirləndirilən şəxs və qeyrilərinin barəsində xoşagəlməz ifadələrlə müşayiət olunan çıxışından danışaraq, qərara gəlmişlər ki, Eldənizin yanına gedərək ondan bunun səbəbini aydınlaşdırsınlar. O, İlham, Zaur və Əkrəm, onun idarə etdiyi “Mersedes-Viano” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Eldənizin işlətdiyi avtomobil dayanacağına getmişlər. Firidun isə çayxanada qalmışdır. Onlar Eldənizə yaxınlaşarkən, Eldəniz tələsik yaşadığı binaya daxil olmuş, və çox keçməmiş əlində mobil telefon, arvadı ilə birlikdə geri dönmüş, onları telefonla videoya çəkərək, eyni zamanda səs-küy salaraq, onlar tərəfindən döyüldüyünü bildirmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, bu zaman Zərərçəkmiş şəxs və Firudin Məmmədov arasında mübahisə yaranmış, lakin polis əməkdaşları və qazilər tərəfindən onlar aralaşdırılmış və sonradan polis bölməsinə dəvət olunmuşlar. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 385 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərindəki aşkar edilmiş xəsarətlər - başın ənsə nahiyyəsinin hematoması və qançırı olmuşdur. Qeyd olunan xəsarətlər-bərk küt əşyanın (ola bilsin əl, yumruq, ayaq və s.) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadəsinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma əməlinin törədilməsi Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət hesab edilir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 128-ci maddəsinin sanksiyasında cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan cərimə növündə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf etməsini, əməlindən səmimi peşman olmasını, cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. İş üzrə X5 24 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 1 ədəd, X1 istintaqa təqdim etdiyi 2 ədəd, X6 təhqiqata təqdim etdiyi 3 ədəd və polis serjantı X7 tərəfindən istintaqa təqdim olunmuş 1 ədəd DVD disklər cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 1 ədəd, X1 istintaqa təqdim etdiyi 2 ədəd, X6 təhqiqata təqdim etdiyi 3 ədəd və polis serjantı X7 tərəfindən istintaqa təqdim olunmuş 1 ədəd DVD disklər cinayət işi materiallarında saxlanılsın. X4 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 282 (iki yüz səksən iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar