Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-480/2025 19.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1976-cı il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağcabədi şəhəri H.Hacıyev küçəsi, ev 203-də qeydiyyatda olan, Ağcabədi Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 04 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 17 avqust 2021-ci il tarixdən hesablanmış, cəzasının sonu 15 noyabr 2025-ci ilədək olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsinin hesabında olub, həmin hökm üzrə cəza çəkməklə hazırkı cinayət işi ilə bağlı Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “Cəzaçəkmə müəssisələrinin X3” ilə qadağan edilmiş əşyanı istintaqa məlum olmayan mənbədən əldə edərək özündə saxlamış, gəzdirmiş və istifadə etmişdir. Belə ki, o, cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssəsində “Cəzaçəkmə müəssisələrinin X3” ilə qadağan edilmiş əşya sayılan daxilində ***-***-**-** “Azercell” danışıq kartı olan, 1 ədəd istifadəyə yararlı "xxxx" markalı, “B313 Mini” modelli “**********74532, **********74540” “imei” kodlu mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edərək özündə saxlamış, gəzdirmiş, həmin telefon vasitəsi ilə qardaşı Şahid6 istifadəsində olan ***-***-**-** saylı, əmisi oğlu Şahid7 istifadəsində olan ***-***-**-** saylı telefon nömrələrinə zəng edərək danışıqlar aparmaqla istifadə etmiş, 25 dekabr 2024-cü il tarixdə saat 09:30 radələrində müəssisənin əməkdaşları tərəfindən cəza çəkdiyi müəssisəsinin yaşayış sahəsində olan söhbətgahda axtarış-baxış tədbirləri keçirilən zaman, ona məxsus olan dəmir dolabçanın içərisindən daxilində danışıq kartı olan həmin mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağcabədi Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 04 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, 2022-ci ildən 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlarla heç bir ədavəti, düşmənçiliyi və qərəzli münasibəti yoxdur, müəssisədə cəza çəkdiyi müddət ərzində o, və cəza çəkən digər məhkumlar müəssisə əməkdaşları tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qalmamış, bütün məişət-kommunal şəraitlə tam olaraq təmin olunmuşdur. 25 dekabr 2024-cü il tarixdə saat 09:30 radələrində cəza çəkdiyi müəssisənin əməkdaşları ondan məhkumlar üçün istifadəsi və saxlanılması qadağan olunmuş əşyanın olub-olmamasını soruşmuşlar, o, heç bir qadağan olunmuş əşyasının olmadığını bildirmişdir. Bundan sonra üzərinə baxış keçirilmiş, lakin heç bir qadağan olunmuş əşya aşkar edilməmişdir. Müəssisə əməkdaşları onunla profilaktik söhbətlər apardıqdan sonra ona məxsus olan dəmir dolabçanın içərisində gizlətdiyi daxilində ***-***-**-** “Azercell” danışıq kartı olan 01 ədəd "xxxx" markalı mobil telefon aparatını müəssisənin əməkdaşlarına təhvil vermişdir. Müəssisə əməkdaşlarının, onun və hal şahidlərinin iştirakı ilə aşkar olunaraq götürülmüş 01 ədəd mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı mobil telefon aparatının işlək vəziyyətdə olduğu, daxilində ***-***-**-** “Azercell” danışıq kartı olduğu müəyyən edilmişdir. Qadağan edilmiş əşyanın aşkar olunması faktı ilə əlaqədar müəssisə əməkdaşları onun və hal şahidlərinin iştirakı ilə protokol tərtib edilmiş, aşkar olunaraq götürülmüş daxilində danışıq kartı olan 01 ədəd mobil telefon aparatı zərfə qoyularaq qablaşdırılmış və müəssisənin möhürü ilə möhürlənmiş, tərtib edilmiş protokolla bütün iştirakçılar tanış olaraq doğruluğunu imzaları ilə təsdiq etmişlər. Ona məxsus dolabçanın içərisində aşkar olunaraq götürülmüş daxilində ***-***-**-** “Azercell” danışıq kartı olan, 1 ədəd işlək vəziyyətdə olan "xxxx" markalı, “B313 Mini” modelli “**********74532, **********74540” “imei” kodlu mobil telefon aparatını müəssisənin əməkdaşları tərəfindən aşkar olunmamışdan 1 ay əvvəl müəssisənin yaşayış sahəsində yerləşən “bağlar” deyilən ərazidən tapmışdır. Həmin mobil telefon aparatı ilə o, bir neçə dəfə qardaşı Şahid6 ***-***-**-** nömrəsi ilə, əmisi oğlu Şahid7 ***-***-**-** nömrəsi ilə əlaqə saxlayaraq danışmışdır. Mobil telefonu o, dolabçasında gizlədərək nadir hallarda ancaq özü istifadə etmiş, mobil telefon aparatının onda olması barədə müəssisədə çəza çəkən digər məhkumlardan heç birinin məlumatı olmamış və ondan başqa həmin telefon aparatından heç kim istifadə etməmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra əməlindən səmimi peşman olduğunu göstərərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsinin baş inspektoru (rəisin növbətçi köməkçisi) vəzifəsində xidmət edir. 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən və 1 saylı dəstədə qeydiyyatda olan, Ağcabədi Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 04 il 02 ay 28 gün azadlıqdan məhrum edilməklə, müəssisəyə 13 sentyabr 2021-ci il tarixdə 3 saylı istintaq təcridxanasından daxil olmuş Təqsirləndirilən şəxs müəssisəyə gəldiyi gündən ona mövcud qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, cəzasını çəkməsi üçün normal şərait yaradılmışdır. 25 dekabr 2024cü il tarixdə müəssisə rəisinin təsdiq etdiyi cədvələ əsasən xidmətdə olduğu zaman, 25 dekabr 2024-cü il tarixdə təxminən saat 09:30 radələrində məhkumlar Şahid1 və Şahid2 hal şahidi olmaları təklif edilərək, razılıq verildikdən, hüquq və vəzifələri izah edildikdən sonra onların və müəssisənin əməkdaşları Şahid4 və Şahid5 iştirakları ilə müəssisədə cəza çəkən məhkum Təqsirləndirilən şəxs üzərində “Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının X3” ilə qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, heç bir qadağan olunmuş əşyanın olmadığı cavabı alındıqdan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin heç bir qadağan olunmuş əşya aşkar edilməmişdir. Məhkum Təqsirləndirilən şəxs ilə aparılmış profilaktik söhbətlərdən sonra o, saxlanıldığı 1 saylı dəstədə özünə məxsus olan dəmir dolabçanın içərisində gizlətdiyi daxilində ***-***-**-** “Azercell” danışıq kartı olan, 1 ədəd "xxxx" markalı mobil telefon aparatını əməkdaşlara təhvil vermiş və aşkar olunaraq götürülmüş qadağan olunmuş həmin mobil telefon aparatı hal şahidlərinin iştirakı ilə protokol tərtib edilərək zərfə qoyulmuş və möhürlənmiş, tərtib olunmuş protokol ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmadığı üçün protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs sözügedən mobil telefon aparatını müəssisənin yaşayış sahəsində yerləşən “bağlar” deyilən ərazidən tapdığını onlara bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları, rejim-nəzarət şöbəsinin böyük nəzarətçisi Şahid4 və rejim-nəzarət şöbəsinin nəzarətçisi Şahid5, Şahid3 ifadəsinə uyğun ifadələr vermişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsinin 02 sentyabr 2025-ci il tarixli məktubu vasitəsi ilə məhkəməyə göndərilmiş ərizələrdən görünür ki, həmin müəssisədə cəza çəkən məhkumlar Şahid1 və Şahid2 istintaq zamanı şahid qismində verdikləri ifadələri təsdiq etdiklərini göstərmişlər. Həmin ifadələrin məhkəmə iclasında elan olunub tədqiq edilməsi zamanı onların aidiyyəti hissədə yuxarıda qeyd olunan şahidlərlə eyni məzmunlu ifadə verdikləri müəyyən edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 iştirakının təmin edilməsi mümkün olmadığından, həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunmuşdur. Şahid həmin ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə hazırda Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Oruc 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddət ərzində 2024-cü ilin noyabr və dekabr aylarının müxtəlif günlərində atası Məhəmmədəli Mənsimovun adına olan, lakin onun istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinə məhkumlar üçün istifadəsi və saxlanması qadağan olunmuş əşya olan Təqsirləndirilən şəxs çəzaçəkmə müəssisəsində istifadə etdiyi ***-***- **-** mobil telefon nömrəsindən bir neçə dəfə ona zənglər etmiş və o da öz növbəsində Orucun cəzaçəkmə müəssisəsində istifadə etdiyi yuxarıda qeyd edilən mobil telefon nömrəsini yığaraq qardaşı ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq danışmışdır. Orucla söhbətlərinin məzmunu əsasən bir-birləri ilə hal-əhval tutmaqdan ibarət olmuşdur. Orucun 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi dövr ərzində istifadə etdiyi mobil telefon aparatını və danışıq kartını haradan və nə zaman əldə etməsi barədə məlumatı yoxdur, bununla əlaqədar heç bir fikir bildirə bilmir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 iştirakının təmin edilməsi mümkün olmadığından, həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunmuşdur. Şahid həmin ifadəsində göstərmişdir ki, əmisi oğlu Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, hazırda Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Oruc 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddət ərzində 2024-cü ilin noyabr və dekabr aylarının müxtəlif günlərində onun adına olan, hazırda da istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən bir neçə dəfə zənglər etmiş və o, mobil telefon vasitəsilə Orucla danışmışdır. Lakin Oruc ona zəng edərkən elə bilmişdir ki, ***-***- **-** mobil telefon nömrəsi Orucun cəza çəkdiyi 1 saylı cəzaçəkmə müəssisəsinə aiddir. Orucun ona zənglər etdiyi ***-***-**-** mobil telefon nömrəsinə o, heç vaxt zəng etməmiş, Oruc ona zəng edərkən söhbətlərinin məzmunu əsasən bir-birləri ilə hal-əhval tutmaqdan ibarət olmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 04 mart 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən hal şahidlərinin və məhkum Təqsirləndirilən şəxs iştirakları ilə tərtib olunmuş 25 dekabr 2024cü il tarixli protokoldan görünür ki, 25 dekabr 2024-cü il tarixdə saat 09:30 radələrində əməliyyat məlumatına əsasən müəssisənin yaşayış sahəsində olan söhbətgahda Ağcabədi Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 04 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş (cəzasının əvvəli: xx.xx.2021-ci il; sonu: xx.xx.2025-ci il olan) məhkum Təqsirləndirilən şəxs məxsus dəmir dolabçanın içərisində gizlədilmiş işlək vəziyyətdə daxilində ***-***-**-** “Azercell” danışıq kartı olan 1 ədəd "xxxx" markalı mobil telefon aparatı aşkar edilərək hal şahidlərinin və məhkumun özünün iştirakları ilə götürülmüşdür. (i.v. 7-8) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə kompüter-texniki ekspertizasının 10 fevral 2025-ci il tarixli 5/63 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, təqdim edilmiş "xxxx" markalı “B313 Mini” modelli proqram təminatında olan “**********74532, **********74540” “ımeı” kodlu mobil telefon hal hazırda istifadə üçün yararlıdır. Təqdim edilmiş "xxxx" markalı “B313 Mini” modelli mobil telefonun proqram təminatında olan “ımeı” kodla arxa tərəfindəki markalanma göstəricisində olan “ımeı” fərqlidir. 3. Təqdim edilmiş "xxxx" markalı “B313 Mini” modelli mobil telefonun “Bce вызовы” bölməsində buraxılmış, yığılmış zənglər və “Cooбщения” bölməsində qəbul olunmuş “SMS” mesajlar müəyyən olundu. 4. Rəyin “Tədqiqi hissəsi”nin 4-cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan "xxxx" markalı “B313 Mini” modelli mobil telefonun “Bce вызовы” bölməsində olan buraxılmış, yığılmış zəngləri və “Cooбщения” bölməsindəki qəbul olunmuş “SMS” mesajları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. (i.v. 37-39) -"xxxx" MMC-nin 17 aprel 2025-ci il tarixli, 7461 nömrəli məktubundan, ona əlavə olunan diskdən və oradakı məlumatlardan edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" markalı, “B313 Mini” modelli, “**********74532 və **********74540” “ımeı” kodlu mobil telefon aparatının daxilində istifadə etdiyi ***-***-**-** “SİM” danışıq kartı vasitəsilə 2024-cü ilin noyabr və dekabr aylarının müxtəlif günlərində ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri ilə mütəmadi danışıqlar aparmışdır. (i.v. 88, 92) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəzaçəkmə müəssisələrinin X2 təsdiq edilməsi barədə” 29 dekabr 2011-ci il tarixli 7 nömrəli Kollegiya qərarından və onun 11-ci əlavəsinin çıxarışından görünür ki, mobil telefon aparatı məhkumlara saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir. - 10 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ***-***-**-** “Azercell” danışıq kartı olan, 1 ədəd istifadəyə yararlı "xxxx" markalı, “B313 Mini” modelli **********74532, **********74540” “ımeı” kodlu mobil telefon aparatı, "xxxx" MMC-dən alınmış 17 aprel 2025-ci il tarixli məktub və iş üzrə çıxarış olan disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 106) - 10 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirəndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, maddi sübutlarla bağlı yuxarıda istinad olunan qərar nəzərə alınmış, telefon aparatında saxta “ımeı” koddan istifadə edildiyindən həmin telefon Təqsirləndirilən şəxs tərəfindən hansı tarixdən və hansı mənbədən əldə etməsinin, həmçinin istifadə faktının müəyyən edilməməsi nəzərə alınmışdır. (i.v. 107-112) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 317-2.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 05 fevral 2025-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Mənsimov X1 Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 04 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. (i.v. 22-26, 44) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusi təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin istinad olunan tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müvafiq hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkərkən hazırkı cinayət əməlini törətmişdir, ona görə məhkuma hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 59.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən, həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs kimi yenidən qəsdən cinayət törətsə də, Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərin nəzərə alınmaması ilə bağlı Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbinə uyğun olaraq, həmin hal cinayətlərin residivini yaratmır və cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Ağcabədi Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 04 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının 19 sentyabr 2025-ci il tarixə çəkilməmiş hissəsini qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsindəki qətimkan tədbirinin həlli, cəzaçəkmə müəssisəsinin rejimi və cəzaçəkmə müddətinin əvvəlinin hesablanması məsələləri ilə bağlı qeyd edir ki, məhkəmə təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olması qənaətinə gəlmişdir, ona görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə uyğun olaraq hökmlərin məcmusu qaydasında cəza təyin edilərək cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Hökmün icrasının təmin olunması məqsədilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli, onun Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin hesabında olmaqla, həmin Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkərkən hazırkı cinayət əməlini törətdiyinə görə hökmlərin məcmusu üzrə təyin olunacaq cəzanı da ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməyə davam etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; aşkar olunaraq götürülmüş və maddi sübut qismində tanınmış, 01 ədəd mobil telefon aparatı işlək vəziyyətdə olub, təyinatı üzrə istifadəyə yararlı olduğundan üzərindəki "xxxx" MMC-yə məxsus ***-***-**-** nömrəli danışıq kartı ilə birlikdə dövlət nəfinə müsadirə edilməli, "xxxx" MMC-dən daxil olmuş içərisində iş üzrə sübut əhəmiyyətli məlumatlar olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Ağcabədi Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 04 (dörd) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının 19 sentyabr 2025-ci il tarixə çəkilməmiş 01 (bir) ay 26 (iyirmi altı) gün hissəsini hazırkı hökmlə təyin edilmiş 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 19 sentyabr 2025-ci il tarixdən hesablansın. Hökmün icrasının təmin olunması məqsədilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin, onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsinin hesabında olmaqla, həmin Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılması nəzərə alınsın. Maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmiş bir ədəd "xxxx" markalı, “B313 Mini” modelli “**********74532, **********74540” “ımeı” kodlu mobil telefon aparatı təyinatı üzrə istifadəyə yararlı olduğundan üzərindəki "xxxx" MMC-yə məxsus ***-***-**-** nömrəli danışıq kartı ilə birlikdə dövlət nəfinə müsadirə edilsin, "xxxx" MMC-dən daxil olmuş içərisində iş üzrə sübut əhəmiyyətli məlumatlar olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi hesab olunan 80 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 15 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 165 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-480/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-480/2025
19.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver