Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-481/2022 27.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X4, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 may 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu. Keşlə qəsəbəsində tanışı X2 80 manat pul müqabilində satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 6,882 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib həmin narkotik vasitə olan qurudulmuş marixuananı ayrı-ayrılıqda 5,253 qram, 0,802 qram və 0,827 qram olmaqla 03 (üç) ədəd bükümdə qablaşdırmaqla daşıyaraq üzərində saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 03 may 2022-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X12 küçəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinə gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən, üzərində “AVİON” yazısı olan 01 (bir) ədəd kibrit qutusunun içərisində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, 5,253 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan sonra 04 may 2022-ci il tarixdə saat 01:25 radələrində ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə şübhəli şəxs qismində saxlanılması üçün təhvil verildikdən sonra üzərinə baxış keçirilərkən əynindəki şalvarın kəmər taxılan hissəsinin sol iç tərəfindən 02 (iki) ədəd kağız bükümdə üzərində aşkar edilmiş 5,253 qram narkotik vasitə qurudulmuş marixuana ilə eynilik təşkil edən, ayrı-ayrılıqda təmiz çəkiləri 0,802 qram və 0,827 qram çəkidə, ümumilikdə 1,629 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanan aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Üzərində aşkar olunaraq götürülmüş marixuananı satış məqsədilə deyil, şəxsi istifadəsi üçün aldığını qeyd etdi. Belə ki. tanışı Azər İsmayılov 02 may 2022-ci il tarixdə ona zəng edərək ona marixuana lazım olduğunu demiş və o da bu barədə tanışı Camala demişdir. O, Camalla görüşmək üçün həmin gün təxminən saat 17 radələrində, Azərin idarə etdiyi “Mersedes C220” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nizami rayonu, Keşlə qəsəbəsinə getmişlər. Camal ilə olan razılığa əsasən, o, Azərə 800 manat müqabilində narkotik vasitə olan marixuana vermişdir. Həmin vaxt Azər 800 manatı ona vermiş, o da pulu saydıqdan sonra Camala vermişdir. Oradan uzaqlaşdıqdan sonra Keşlə qəsəbəsi ərazisində, o, Azərdən narkotik vasitə olan marixuana istəmişdir. Azər ona 80 manat müqabilində bir kibrit qutusunda marixuana satmışdır. Növbəti gün yəni 03 may 2022-ci il tarixdə o evdə olarkən Azərdən aldığı marixuananın bir hissəsini bir kibrit qutusuna yerləşdirmişdir. Digər hissəsini isə iki kağız bükümdə əynində olan şalvarın kəmər taxılan hissəsinin sol iç tərəfinə yerləşdirmişdir. 03 may 2022-ci il tarixdə saat 22 radələrində o Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X12 küçəsində dayandığı zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış, özlərini təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirilərək onu Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. Nizami RPİ-də onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa, təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı o əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd kibrit qutusunu təqdim edərək həmin qutunun içərisində marixuana olduğunu demişdir. Baxış zaman həmin büküm 01 ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin NMBnin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 03 may 2022-ci il tarixdə “Saleh” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə Nizami RPİ-nin NMB-nə məlumat daxil olmuşdur. 03 may 2022-ci il tarixdə saat 22 radələrində o və Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X12 küçəsində görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparılması məqsədilə Nizami RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Nizami RPİ-nin İŞ-nin baş təhqiqatçısı, polis mayoru Mehrac Niftəliyev oğluna məxsus xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan 01 ədəd kibrit qutusunu təqdim etmiş və həmin marixuananı 80 manat pul müqabilində Azər adlı tanışından 02 may 2022-ci il tarixdə saat 23 radələrində aldığını demişdir. Daha sonra aşkar edilmiş həmin qutu zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. İş üzrə şahid qismində ifadələri alınmış Nizami RPİ-nin NMB-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin MSY-nun polis nəfəri, polis serjantı Şahid3 bildirmişdir ki, 04 may 2022-ci il tarixdə saat 01 radələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nin MSY-nə təhvil verilən Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı sonuncunun əynində olan şalvarın kəmər taxılan hissəsinin sol iç tərəfinə yerləşdirdiyi iki ağ kağız bükümü təqdim edərək, həmin bükümlərin içərisində marixuana olduğunu bildirmişdir. Salehin üzərində şəxsi axtarış davam etdirilsə də, sonuncunun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin MSY-nun polis nəfəri, polis serjantı Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hazırda Nizami RPİ-nin İŞ-də barəsində Azərbaycan Respublikası CM-nin 234.1, 180-ci maddələri ilə cinayət işinin istintaqı aparılmaqdadır. 04 may 2022-ci il tarixdə saat 01 radələrində Nizami RPİ-nin MSY-də olarkən Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı o hal şahidi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman Saleh əynində olan şalvarın kəmər taxılan hissəsinin sol iç tərəfinə yerləşdirdiyi iki ağ kağız bükümü təqdim edərək həmin bükümlərin içərisində marixuana olduğunu bildirmişdir. İş üzrə şahid qismində ifadəsi alınmış Şahid5 eyni məzmunlu ifadə verərək Şahid6 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 7/436 № saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,253 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs və X3 götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 7/438 saylı ekspert rəyinə əsasən 2 ədəd kağız kəsiyi bükümündə hər birinin ayrı ayrılıqda təmiz çəkisi 0,802 qram və 0,827 qram olmaqla, ümumi çəkisi 1,629 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs aşkar edilmiş marixuanalar tərkiblərinə görə eynidir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2022-ci il tarixli 2831 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ötürülən məlumatlarla əlaqədar "xxxx" MMC-dən alınmış xx.xx.2022-ci il tarixli, AZF/LGL-5834/22 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı “gəlmişəm məhləyə, varsa götrüm qayıdım”, “qaqaw uşaqlar acdı gede bilmirsense mene dinen” kimi şübhəli mesajların olduğu görünür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə cinayətlərin təkrar törədilməsini AR-sı CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. İş materiallarına əlavə edilmiş AR-sı DİN-nin BƏSİİ-nin tələbnaməsinə əsasən Təqsirləndirilən şəxs bakı şəhər xəzər rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli Hökmünə əsaən 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə “Amnistiya” Qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə həbsetmənin əvvəli 03 may 2022-ci il tarixdən hesablanmaqla, onun barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli 4(007)-476/2022 saylı qərarla “həbs” qətimkan tədbirinin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 04 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş qalıq çəkisi 5,203 qram olan marixuana və 1,529 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs ilə bağlı aparılmış ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il (üç il) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzanın əvvəli 03 may 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 176 (yüz yetmiş altı) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qalıq çəkisi 5,203 qram olan qurudulmuş marixuana və 1,529 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 04 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 144 manat (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-481/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-481/2022
27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver