Məhkəmə qərarları › İş №1(007)-483/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-483/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-483/2023 13.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 Müşfiq oğlunun, Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: 18 iyul 1967-ci ildə Ermənistan Respublikası, Qafan rayonu, Həçəti kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmayan, fərdə əməklə məşğul olan, Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, Daş karxanası küçəsi, ev 148-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 01, mənzil 302-də yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən irəli sürülən ittihama görə, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81Q nömrəli ünvanda yerləşən “Diqlas 2” ticarət mərkəzindən müqavilə əsasında icarəyə götürdüyü Şahid2 məxsus 10 kv.metr sahəsi olan mağazanın guya ona məxsus olmasını Zərərçəkmiş şəxs1 bildirib aldadaraq sonuncunun etibarından sui-istifadə etməklə heç bir hüququ və səlahiyyəti olmadığı halda həmin mağazanı Zərərçəkmiş şəxs1 satmaqla adına sənədləşdirəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs1 2019-cu ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81Q nömrəli ünvanda yerləşən “Diqlas 2“ ticarət mərkəzində 2000 manat, 2019-cu ilin fevral ayının əvvəllərində həmin ünvanda 2000 manat, 2019-cu ilin mart ayının əvvəllərində həmin ünvanda 2000 manat, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə 6000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək zərərçəkmiş şəxs Maqsud Firudinova xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81Q nömrəli ünvanda yerləşən “Diqlas 2" ticarət mərkəzindən icarə müqaviləsi əsasında icarəyə götürdüyü Şahid2 məxsus 18 kv.metr sahəsi olan mağazanın guya ona məxsus olmasını Zərərçəkmiş şəxs2 Müşfiq oğluna bildirib aldadaraq sonuncunun etibarından sui-istifadə etməklə heç bir hüququ və səlahiyyəti olmadığı halda həmin mağazanı Zərərçəkmiş şəxs2 satmaqla adına sənədləşdirəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs2 2019-cu ilin yanvar ayının ortalarında ünvan 2 ünvanda yerləşən yaşayış binasının qarşısında 19000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81Q nömrəli ünvanda yerləşən “Diqlas 2" ticarət mərkəzindən icarə müqaviləsi əsasında icarəyə götürdüyü Şahid2 məxsus 6 kv.metr sahəsi olan mağazanın guya ona məxsus olmasını Zərərçəkmiş şəxs3 bildirib aldadaraq sonuncunun etibarından sui-istifadə etməklə heç bir hüququ və səlahiyyəti olmadığı halda həmin mağazanı Zərərçəkmiş şəxs3 satmaqla adına sənədləşdirəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs3 2019-cu ilin yanvar ayının ortalarında ünvan 3 ünvanda 1000 manat, 2019-cu ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81Q nömrəli ünvanda yerləşən “Diqlas 2” ticarət mərkəzində 1500 manat, 2019-cu ilin mart ayının əvvəllərində həmin ünvanda 2000 manat, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə 4500 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81Q nömrəli ünvanda yerləşən "Diqlas 2” ticarət mərkəzindən icarə müqaviləsi əsasında icarəyə götürdüyü Şahid2 məxsus 4.5 kv.metr sahəsi olan mağazanın guya ona məxsus olmasını Zərərçəkmiş şəxs4 bildirib aldadaraq sonuncunun etibarından sui-istifadə etməklə heç bir hüququ və səlahiyyəti olmadığı halda həmin mağazanı Zərərçəkmiş şəxs4 satmaqla adına sənədləşdirəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs4 2019-cu ilin fevral ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81Q nömrəli ünvanda yerləşən “Diqlas 2" ticarət mərkəzində 6000 manat, 2019-cu ilin mart ayının əvvəllərində həmin ünvanda 3000 manat, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə 9000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq elmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81Q nömrəli ünvanda yerləşən “Diqlas 2” ticarət mərkəzindən icarə müqaviləsi əsasında icarəyə götürdüyü Şahid2 məxsus 30 kv.metr sahəsi olan mağazanın guya ona məxsus olmasını Zərərçəkmiş şəxs5 bildirib aldadaraq sonuncunun etibarından sui-istifadə etməklə heç bir hüququ və səlahiyyəti olmadığı halda həmin mağazanı Zərərçəkmiş şəxs5 satmaqla adına sənədləşdirəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs5 20 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 91 ünvanında yerləşən “Lotus-SM” Ticarət Mərkəzində 20000 manat, 28 fevral 2019-cu il tarixdə həmin ünvanda 8500 manat, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə 28500 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81Q nömrəli ünvanda yerləşən “Diqlas 2” ticarət mərkəzindən icarə müqaviləsi əsasında icarəyə götürdüyü Şahid2 məxsus 12,5 kv.metr sahəsi olan mağazanın guya ona məxsus olmasını X6 bildirib aldadaraq sonuncunun etibarından suiistifadə etməklə heç bir hüququ və səlahiyyəti olmadığı halda həmin mağazanı Rafiq Orucova satmaqla adına sənədləşdirəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla Rafiq Orucovdan 2019-cu ilin fevral ayının sonlarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81Q nömrəli ünvanda yerləşən “Diqlas 2” ticarət mərkəzində 22000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək zərərçəkmiş şəxs Rafiq Orucova xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81Q nömrəli ünvanda yerləşən “Diqlas 2” ticarət mərkəzində icarə müqaviləsi əsasında icarəyə götürdüyü Şahid2 məxsus 8 kv.metr sahəsi olan mağazanın guya ona məxsus olmasını Zərərçəkmiş şəxs9 bildirib aldadaraq sonuncunun etibarından sui-istifadə etməklə heç bir hüququ və səlahiyyəti olmadığı halda həmin mağazanı Zərərçəkmiş şəxs9 satmaqla adına sənədləşdirəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs9 2019-cu ilin mart ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81Q nömrəli ünvanda yerləşən “Diqlas 2” ticarət mərkəzində 5000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs9 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 91 ünvanında yerləşən “Lotus-SM'' Ticarət Mərkəzindən müqavilə əsasında icarəyə götürdüyü Şahid2 məxsus 6 kv.metr sahəsi olan mağazanı kənar şəxsə icarəyə verilməsinə heç bir hüququ və səlahiyyəti olmadığı halda həmin mağazanın icarəyə götürülməsi üçün guya əvvəlcədən 13000 manat məbləğində pul vəsaitinin depozitə qoyulması barədə Zərərçəkmiş şəxs7 yalan məlumat verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs7 2019-cu ilin avqust ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 91 ünvanında yerləşən “Lotus-SM” ticarət mərkəzində 13000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək sonradan həmin pulu öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs7 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 91 ünvanında yerləşən “Lotus-SM” Ticarət Mərkəzindən müqavilə əsasında icarəyə götürdüyü Şahid2 məxsus 6 kv.metr sahəsi olan mağazanı kənar şəxsə icarəyə verilməsinə heç bir hüququ və səlahiyyəti olmadığı halda həmin mağazanın icarəyə götürülməsi üçün guya əvvəlcədən 6000 manat məbləğində pul vəsaitinin depozitə qoyulması barədə Zərərçəkmiş şəxs8 yalan məlumat verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs8 2019-cu ilin avqust ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 91 ünvanında yerləşən “Lotus-SM” ticarət mərkəzində 6000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək sonradan həmin pulu öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs8 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 91 ünvanında yerləşən “Lotus-SM” Ticarət Mərkəzindən müqavilə əsasında icarəyə götürdüyü Şahid2 məxsus 6 kv.metr sahəsi olan mağazanı kənar şəxsə icarəyə verilməsinə heç bir hüququ və səlahiyyəti olmadığı halda həmin mağazanın icarəyə götürülməsi üçün guya əvvəlcədən 6000 manat məbləğində pul vəsaitinin depozitə qoyulması barədə Zərərçəkmiş şəxs10 yalan məlumat verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs10 2019-cu ilin avqust ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 91 ünvanında yerləşən “Lotus-SM” ticarət mərkəzində 6000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək sonradan həmin pulu öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs10 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Lakin məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmir, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 11 ildir ki, tanıyır. Diqlas Ticarət mərkəzində öncə satıcı kimi fəaliyyət gostərmiş, daha sonra mağaza icarəyə götürmüşdür. 2019-cu ilin yanvar ayında Təqsirləndirilən şəxs onun işlədiyi mağazaya gəmiş, mağazanı satdığını bildirmiş və nəticədə 6000 manata razılaşmışlar. Hissə-hissə olmaqla Təqsirləndirilən şəxs 4500 manat ödəmiş, yerdə qalan hissəsini də hissə-hissə ödəməyi öz üzərinə götürmüşdür. Bir neçə ay sonra ticarət mərkəzi yanmış və o, Elçinə ödədiyi pulu geri tələb etmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, öncələr aylıq icarə haqqı 800 manat ödəmiş, 4500 manat pulu Elçinə ödədikdən sonra aylıq icarə haqqı 760 manata düşmüşdür. Onlar arasında əldə olunmuş razılaşmaya əsasən Təqsirləndirilən şəxs olan bütün borcunu ödədikdən sonra aylıq icarə haqqı 500 manat olacaqdı. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2019-cu ilin fevral ayında Təqsirləndirilən şəxs onun işlədiyi mağazaya gəlmiş, mağazanı satmaq niyyətinin olduğunu bildirmiş, qiyməti 10.000 manat məbləğində razılaşmışlar. Onun tərəfdən Təqsirləndirilən şəxs 9000 manat ödənilmiş, onun 5000 manatı Təqsirləndirilən şəxs tərəfindən geri qaytarılmışdır. Qeyd olunan mağazanın icarə haqqısı ilkin olaraq 1500 manat olmuş, sonra 1000 manat təşkil etmiş, sonda isə 800 manat olacağı barədə razılaşmışlar. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2019-cu ilin yanvar ayında Təqsirləndirilən şəxs onun işlədiyi mağazaya gəlmiş, mağazanı satmaq niyyətinin olduğunu bildirmiş, sonda 28.500 manat məbləğində razılıq əldə olunmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs ona verdiyi pulun 17500 manat hissəsini geri qaytarmışdır. Verilmiş suallara cavab olaraq bildirdi ki, ilkin olaraq aylıq icarə haqqı 2000 manat təşkil etmişdir, onun 700 manatı Təqsirləndirilən şəxs, qalan 1300 manat hissəsini isə ticarət mərkəzinin rəhbərliyinə çatırdı. Təqsirləndirilən şəxs 28.500 manat pul verildikdən sonra aylıq icarə haqqı 2000 manatdan 1300 manata düşmüşdür. Buna səbəb isə Təqsirləndirilən şəxs icarədar kimi bu işdən uzaqlaşması, onun icarə haqqını birbaşa ticarət mərkəzinə ödəməsi olmuşdur. Elçinə ödədiyi pul müqabilində isə ticarət mərkəzinin qeydiyyat kitabında müvafiq dəyişiklik olunmalı, icarədar kimi artıq Təqsirləndirilən şəxs deyil, Zərərçəkmiş şəxs5 qeyd olunmalı idi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2019-cu ilin avqust ayında Təqsirləndirilən şəxs icarəyə verdiyi mağazaya görə 6000 manat məbləğində depozit vermiş, hal-hazırda həmin məbləğ geri qaytarılmışdır. Təqsirləndirilən şəxs qarşı hər hansısa şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2019-cu ilin yanvar ayında Təqsirləndirilən şəxs onu öz kabinetinə çağırıb, mağazanı satdığını bildirmiş, əldə olunan razılaşmaya əsasən o, Elçinə 5000 manat ödəmiş, qalan 7000 manat pulu isə aprel ayında ödəyəcəkdir. Halhazırda Elçinə vermiş olduğu 5000 manatdan 2000 manatı geri qaytarmış, 3000 manat isə bugünə kimi verilməmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, ilkin olaraq icarə haqqı 1200 manat, daha sonra isə 900 manat olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Müşfiq oğlu ifadəsində göstərmişdir ki, 2018-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs onun işlədiyi mağazaya yaxınlaşıb, mağazanı satdığını bildirmiş, sonda 19000 manata razılaşmışlar. Qeyd olunan məbləği Elçinə vermiş, ticarət mərkəzi yandıqdan sonra 19000 manatı geri tələb etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, aylıq icarə haqqı 1750 manat ödəmişdir. Həmçinin bildirdi ki, ticarət mərkəzi yanmasaydı vermiş olduğu pulu geri tələb etməyəcəkdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, əri X8 2019-cu ilin fevral ayında Təqsirləndirilən şəxs adlı şəxsə 22000 manat pul verdiyini, onun müqabilində isə Elçin mağazanı onun adına sənədləşdirəcəyini bildirmişdir. 1 ay sonra ticarət mərkəzi yanmış, bundan sonra əri X8 və digər icarədarlar Təqsirləndirilən şəxs pulları geri tələb etmişlər. Verilmiş suallara cavab olaraq bildirdi ki, pulun Təqsirləndirilən şəxs hansı şəraitdə, hansı şərtlərlə və kimin şahidliyi ilə verilməsi barədə məlumatı yoxdur. Həmçinin həyat yoldaşı X4 hər ay həmin ticarət obyektindən nə qədər gəlir əldə etməsi barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Maqsud Firudinov öz ifadəsində göstərmişdir ki, 2019-cu ilin yanvar ayında Təqsirləndirilən şəxs Diqlas ticarət mərkəzində yerləşən mağazanı satdığını ona bildirmiş və onlar 8500 manata razılaşmışlar. Onun tərəfdən Təqsirləndirilən şəxs hər dəfə 2000 olmaqla 6000 manat pul verilmişdir. Əldə olunmuş razılaşmaya görə ilkin olaraq icarə haqqı 800 manat, pul tam şəkildə Təqsirləndirilən şəxs ödənildikdən sonra isə 500 manat olacaqdı. Konkret olaraq Elçin tərəfindən ona mağazaya dair məhz hansı sənədin veriləcəyi barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs8 bildirmişdir ki, icarə əsasında işlətdiyi mağazada 6000 manat məbləğində pulu Şahid1 şahidliyi ilə Təqsirləndirilən şəxs vermiş, daha sonra ticarət mərkəzi yandığından vermiş olduğu pulu geri tələb etmişdir. Hal-hazırda ona dəymiş zərər tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı hər hansısa şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "Lotos“ ticarət mərkəzində ayaqqabı satışı ilə məşğul olur. 2019-cu ilin avqust ayında iş yoldaşı Zərərçəkmiş şəxs8 icarəyə işlədiyi mağazanı işlətməsi üçün Təqsirləndirilən şəxs 6000 manat istəməsini və aylıq icarə haqqının da 800 manat olacağını bildirmişdir. Zərərçəkmiş şəxs8 da çarəsiz qalaraq evdəki qızıl-zinyət əşyasını 3000 manata satmış, 3000 manat isə "Kapital bank"-dan kredit götürüb 23 avqust 2019cu ildə icarə işlədiyi mağazada onun yanında 6000 manat pulu depozit olaraq Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Hümbət oğlu məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 2009-cu ildə "Lotos" və "Diqlas 2" ticarət mərkəzinin ətrafında icarəyə yer götürüb alqısatqı ilə məşğul olan şəxslərə icarəyə vermişdir. Təqsirləndirilən şəxs ticarət mərkəzi ilə razılaşdığı icarə haqqını vermiş, ancaq özü icarəyə verdiyi şəxslərdən nə qədər icarə haqqı alması barədə məlumatı yoxdur. Çünki "Lotos" və "Diqlas 2" ticarət mərkəzinin ətrafında olan yerlər Təqsirləndirilən şəxs icarəyə verilmiş, Təqsirləndirilən şəxs icarəyə verdiyi şəxslərlə ticarət mərkəzinin nəzarətçilərinin ünsiyyəti olmamış, onlara icarə haqqını Təqsirləndirilən şəxs ödəmişdir. Təqsirləndirilən şəxs ticarət mərkəzində icarəyə götürdüyü mağazaları satmağa səlahiyyəti olmamış, icarəyə götürdüyü yerləri isə ya özü işlədə bilərdi, ya da həmin yerləri başqa şəxlərə icarəyə vermək hüququ var idi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, 2009-2010-cu il tarixdən Diqlas və Lotos ticarət mərkəzinin direktoru vəzifəsində çalışmışdır. Təqsirləndirilən şəxs Lotos və Diqlas ticarət mərkəzinin ətrafında olan mağazaları icarəyə götürüb, təmir elətdirmiş, sonradan digər şəxslərə icarəyə vermişdir. Əldə olunan gəlirin az bir qismini özündə saxlamış, digər qismini isə müavinləri vasitəsilə ona çatdırmışdır. Verilmiş suallara cavab olaraq bildridi ki, Təqsirləndirilən şəxs həmin ticarət obyektlərini satmaq səlahiyyəti yox idi, yalnız onu digər şəxslərə icarəyə verə bilərdi. Bu müddət ərzində Təqsirləndirilən şəxs ticarət obyektlərinin təmirinə xərclədiyi 300000 manat müqabilində icarə haqqlarından gəlir əldə etmiş, daha sonra ticarət mərkəzi yandıqdan sonra icarədarlarla Elçin arasında narazılıqlar yaranmış, onlar verdiyi pulu geri tələb etmişlər. Pul zərərçəkmiş şəxslər tərəfindən Təqsirləndirilən şəxs ticarət obyektlərinin satışı müqabilində deyil, onun tərəfindən təmirə çəkdiyi xərcə görə verilmişdir. Bunun müqabilində icarə haqqları da zərərçəkmiş şəxslər tərəfindən Təqsirləndirilən şəxs verilmiş vəsaitə mütənasib şəkildə azaldılmışdır. Həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs onları aldatmaq niyyəti olmamış, sadəcə çəkdiyi xərc müqabilində icarə haqqının bir hissəsini özündə saxlamaqla gəlir əldə etmək məqsədi olmuşdur və ticarət mərkəzi yanmadığı təqdirdə zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs qarşı hər hanısa tələbi olmayacaqdı. Qeyd olunan məbləğlərdə vəsaitin Təqsirləndirilən şəxs verilməsində məqsəd isə, Təqsirləndirilən şəxs artıq bu işdən uzaqlaşmaq niyyətinin olması, təmirə xərclədiyi 300.000 manat vəsait müqabilində gələcəkdə icarə haqqlarından əldə edəcəyi gəlirin öncədən zərərçəkmiş şəxs qismində tanınmış şəxslər tərəfindən birdəfəlik ödənilməsi olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində təkrar dindirilmiş Şahid3 Hümbət oğlu məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qeyd olunan ticarət obyektlərin təmirinə 300.000 manat məbləğində xərc çəkmiş, çəkdiyi xərcin əvəzində gəlir götürmək məqsədilə qeyd olunan mağazaları icarəyə vermiş, icarə haqqının bir qismini ticarət mərkəzinə ödəmiş, az bir qismi isə Təqsirləndirilən şəxs məxsus olmuşdur. Qeyd olunan məsələ istər ticarət mərkəzinin rəhbərliyinə, istərsə də icarədarlara bəlli olmuşdur. Həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs işdən ayrıldıqdan sonra qeydiyyat kitablarına dəyişiklik edilmiş, icarədar qismində həmin şəxslərin adları qeyd edilmişdir. Zərərçəkmiş şəxs qismində tanınmış şəxslər tərəfindən Təqsirləndirilən şəxs verilmiş pul müqabilində icarə haqqları da azaldılmışdır. Bildirdi ki, onun məqsədi şəxsləri aldatmaq deyil, təmirə xərclədiyi vəsait müqabilində gəlir əldə etmək olmuşdur. Təqsirləndirilən şəxs həmin mağazaları digər şəxslərə sata bilməzdi, onun belə səlahiyyətə malik olmaması zərərçəkmiş şəxslərə bəlli idi. Həmçinin verilmiş suala cavab olaraq bildirdi ki, ticarət mərkəzi yanmasaydı, yəqin bu şəxslərin də Təqsirləndirilən şəxs şikayət etmək niyyətləri olmayacaqdı. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək bildirdi ki, Diqlas Ticarət Mərkəzində yerləşən bir neçə mağaza onun tərəfindən icarəyə götürülmüş və həmin mağazaların təmirinə təxminən 300.000 manat vəsait xərcləmişdir. Bunun müqabilində qeyd olunan mağazaları digər şəxslərə icarəyə verməklə gəlir götürmüşdür. Əldə olunan icarə haqqının bir hissəsini ticarət mərkəzinin rəhbərliyinə verib, az bir qismini isə özündə saxlamaqla gəlir əldə etmişdir. Bir müddət bu qayda üzrə işlədikdən sonra, mağazaların icarədarlarına işdən çəkiləcəyi barədə məlumat vermiş, icarədarlar onun tərəfindən təmirə çəkilmiş xərcin müqabilində müxtəlif məbləğlərdə vəsait ödəmişlər. Onunla icarədarlar arasında hər hansısa alqı-satqı mövcud olmamış, onun belə bir səlahiyyətinin olmaması icarədarlara da bəlli olmuşdur. Ticarət mərkəzinə məxsus qeydiyyat kitabına müvafiq dəyişikliklər edilmiş, icarə müqavilələrindən onun adı çıxarılmış, icarədarların adı siyahıya salınmışdır. Həmçinin icarə haqqlarının məbləği də ödənilmiş vəsaitə mütənasib olaraq azaldılmışdır. Bir müddət sonra Diqlas ticarət mərkəzi yanmış və bundan sonra icarədarlar ona ödədikləri pulun geri qaytarılmasını tələb etmişlər. Hal-hazırda icarədarlar tərəfindən ona verilmiş vəsaitlər geri qaytarılmış, lakin onun əməlində heç bir cinayət tərkibi mövcud olmamışdır. Belə ki, onun məqsədi həmin şəxsləri aldatmaqla vəsaiti ələ keçirmək deyil, sadəcə təmirə xərclədiyi vəsait müqabilində gəlir əldə etmək olmuşdur. Araşdırılan sübutlarla məhkəmədə belə bir həqiqət müəyyən edilir ki, Təqsirləndirilən şəxs Diqlas ticarət mərkəzində yerləşən mağazaları müxtəlif şəxslərə icarəyə vermiş, həmin şəxslərlə və eyni zamanda ticarət mərkəzinin rəhbərliyi ilə aralarında olan razılaşmaya əsasən ticarət mərkəzinin təmiri üçün xərclədiyi vəsait müqabilində icarə haqqının bir hissəsini özünə saxlamaqla, digər hissəsini isə ticarət mərkəzinin rəhbərliyinə vermişdir. Qeyd olunan fakt ticarət mərkəzinin rəhbərliyi tərəfindən məhkəmə iclası zamanı verilmiş ifadələrlə də öz təsdiqini tapmışdır. Daha sonra Təqsirləndirilən şəxs həm icarədarlara, həm də ticarət mərkəzinin rəhbərliyinə işdən ayrılacağı barədə məlumat vermiş, bundan sonra aylıq icarə haqqının birbaşa ticarət mərkəzinə veriləcəyi ilə bağlı məlumat vermişdir. İcarədarlar özləri də bu barədə məlumatlı olmuş, ittiham aktında qeyd olunan vəsaitlərin isə Təqsirləndirilən şəxs verilməsində məqsəd Təqsirləndirilən şəxs tərəfindən təmirə xərclənmiş vəsait müqabilində əldə edəcəyi gəlirin öncədən ona birdəfəlik ödənilməsi, bununla da aylıq icarə haqqının mütənasib olaraq azaldılması olmuşdur. İcarə haqqının sonradan birbaşa ticarət mərkəzinə ödənilməsi və icarə haqqının azaldılması ilə bağlı məqam məhkəmə iclası zamanı araşdırılmış sübutlarla, zərərçəkmiş şəxslər və şahid ifadələri ilə, həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs dindirilməsi zamanı verdiyi ifadədə də öz təsdiqini tapmışdır. Belə ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadədə aylıq 16000 manat məbləğində icarə haqqının 3000 manat hissəsinin ona çatdığını, qalan 13000 manat hissəsini isə Diqlas və Lotos ticarət mərkəzinin direktor müavini Bəhruz adlı şəxsə verdiyini bildirmişdir. (2-ci cild səh.7 ) Həmçinin ibtidai istintaq zamanı digər əhəmiyyət kəsb edən məsələ zərərçəkmişlərin tələb hüququnun Diqlas ticarət mərkəzində baş vermiş yanğından sonra yaranması ilə bağlıdır. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxslər verilmiş suallara cavab olaraq bildirmişlər ki, ticarət mərkəzi yanmadığı təqdirdə onların Təqsirləndirilən şəxs qarşı verilmiş pulun geri qaytarılması ilə bağlı tələbləri olmayacaqdı. Bu fakt bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs Diqlas ticarət mərkəzində yerləşən mağazaları satmaq fikri olmamış, onun belə bir səlahiyyətinin olmaması zərərçəkmiş şəxslərə öncədən bəlli olmuşdur. Qeyd olunan hal məhkəmə iclası zamanı şahid qismində ifadə vermiş Diqlas ticarət mərkəzinin direktoru və direktor müavini, həmçinin ibtidadi istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış şəxslərin verdiyi ifadələrlə təsdiq edilmişdir. Məhkəmə iclası zamanı Diglas ticarət mərkəzinin direktoru və direktor müavini bildirmişlər ki, Təqsirləndirilən şəxs mağazaları satmaq səlahiyyəti olmamış, zərərçəkmiş şəxslərin də bundan məlumatı olmuşdur. Həmçinin bildirmişlər ki, Təqsirləndirilən şəxs işdən uzaqlaşdıqdan sonra ticarət mərkəzinin qeydiyyat kitabında icarədar kimi Təqsirləndirilən şəxs deyil, zərərçəkmiş şəxslərin adları qeyd olunmuş, obyektlər artıq Təqsirləndirilən şəxs vasitəsi ilə deyil, birbaşa zərərçəkmiş şəxs qismində tanınmış şəxslərə icarəyə verilmişdir. Bu da bir daha sübut edir ki, Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs qismində tanınmış şəxslər arasında alqı-satqı olmamış, sadəcə təmirə çəkdiyi xərclər müqabilində gəlir əldə etmək üçün mağazaları həmin şəxslərə icarəyə vermişdir. Təqsirləndirilən şəxs ticarət obyektlərini zərərçəkmiş şəxs qismində tanınmış şəxslərə satmaq niyyətinin olmaması həmin şəxslər tərəfindən müvafiq vəsaitlərin Elçinə verilməsindən sonra da icarə haqqını ödəməyə davam etmələri ilə bir daha sübut olunur. Belə ki, onlar arasında alqı-satqı barədə razılıq olmuş olsaydı, məntiqi olaraq artıq icarə haqqı ödəməyə ehtiyac qalmayacaqdı. Belə bir şəraitdə məhkəmə qeyd edir ki, ümumiyyətlə Təqsirləndirilən şəxs əməlində ittiham aktında göstərilən və məhkəmə istintaqı zamanı sübut olunan faktara əsasən, zərərçəkmiş şəxs kimi göstərilmiş şəxslərə münasibətdə ümumiyyətlə dədəluzluq cinayətinin tərkibi yoxdur. Belə ki, dələduzluq Cinayətlərinə Dair İşlər Üzrə Məhkəmə Təcrübəsi Haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1-ci bəndinə əsasən talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qərarının 27-ci bəndinə əsasən əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. AR-sı CM-nin 178-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə başa düşülür. Həmin maddəyə əsasən həmin cinayətin zərərçəkəninə münasibətdə təqsirləndirilən şəxsin 2 əməli mövcud olmalıdır, yəni 2 dispozitiv şərt vardır. Birinci – təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin etibarını qazanmalı və həmin etibardan sui-istifadə etməlidir və ya zərərçəkəni aldatmalıdır, İkinci - təqsirləndirilən şəxs zərərçəkənin etibarından sui-istifadə etməklə və ya aldatmaqla həmin zərərçəkənin əmlakını ələ keçirməli və ya əmlak hüquqlarını əldə etməlidir. Göründüyü kimi yuxarıda sadalananlara əsasən təqsirləndirilən şəxsin ümumiyyətlə cinayət törətməsi sübuta yetirilmir, belə ki irəli sürülmüş ittiham aktına əsasən əməlində cinayət tərkibinin əlamətləri mövcud deyildir. Bundan əlavə müəyyən edildi ki, təqsirləndirilən şəxs zərərçəkən şəxslər kimi göstərilən şəxslərin etibarından sui istifadə etməmiş, onlara hər hansısa bir vəd verməmiş, onlarla hər hansı bir razılaşması olmamış, aldatmamışdır. Bununla da təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda onun təqsirini təsdiq edən sübutlar mövcud deyildir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə məhkəmə qeyd edir ki, sübutlara qiymət verərkən aşağıdakı normaların tələblərinə ciddi əməl edilməlidir. Belə ki, CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. CPM-nin 28.5-ci maddəsində təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33-cü maddəsi ilə hakimlərdən cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-nin müddəalarına əsasən qiymətləndirməyi tələb edir. CPM-nin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Qiymətləndirmə zamanı məhkəmə həmçinin əlavə olaraq qeyd etməyi vacib bilir ki, hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə bir daha qeyd edir ki, məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən və onun tərəfindən törədilməsi qeyd edilən əməldə cinayət tərkibi olması qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmir, əməldə cinayət tərkibi mövcud deyildir, törədilən əməlin cinayət olmasını təsdiq edən sübutlar müəyyən edilməmişdir. CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü CPM-nin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda; CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 42.2.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. CPM-nin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. CPM-nin 55.1-ci maddəsinə məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə Nizami rayon məhkəməsinin 4(007)-218/2023 saylı qərarı ilə 01 ay 25 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdə Nizami rayon məhkəməsinin 4(007)-218/2023 saylı qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunmuşdur. xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərar ilə təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs10 Mənsim qızı, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs4, X3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansısa şikayət və tələblərinin olmadığını, dəymiş zərərin tam ödənildiyini bildirmişlər. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar