Məhkəmə qərarları › İş №1(007)-484/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-484/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-484/2024 18.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, "xxxx" MMC-nin təsisçisi və baş direktoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri 11-ci mikrorayon, ev 33, mənzil 41-də qeydiyyatda olmqla yaşayan, 02 aprel 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 303.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərardadı ilə üzərinə həbs qoyulmuş və icra məmuru tərəfindən siyahıya alınaraq saxlanılması üçün ona etibar olunmuş əmlakı dəyişdirməklə, həmin əmlak barəsində qanunsuz hərəkətlər etmişdir. Belə ki, o, təsisçisi olduğu "xxxx" MMC-nin direktoru Şahid3 ilə şəxsi münasibətlərin pozulması nəticəsində aralarında əmlak və maliyyə məsələləri ilə bağlı yaranmış narazılıqla əlaqədar Şahid3 anası Cavadova Şövkət İsmayıl qızına subicarəyə verilmiş Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 81-ci məhəllə ünvanında yerləşən “AVVA” adlı mağazanın 1-ci mərtəbəsinin 65 kv.m olan qeyri-yaşayış sahəsində saxlanılan 631 ədəd əlbisə (qadın kastyumu) geyim dəsti, 21 ədəd qadın vetrovkası, 211 ədəd qadın şalvarı, 25 ədəd qadın yubkası, 34 ədəd qadın köynəyi və 305 ədəd qadın koftası üzərinə həbs qoyulmasına dair Bakı Kommersiya Məhkəməsinin 12 may 2023-cü il tarixli, e- 16(113)-175/2023 saylı qərardadının icrası ilə əlaqədar 15 may 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon icra şöbəsinin əməkdaşları tərəfindən siyahıya alınaraq Azərbaycan Respublikası CM-nin 303-cü maddəsi ilə nəzərdə tutulmuş məsuliyyəti izah olunmaqla saxlanılması üçün ona etibar olunmuş yuxarıda qeyd edilən adda və sayda əmlakı 15 may 2023-cü il il tarixdən 23 may 2023-cü il tarixədək olan dövrdə istintaqa məlum olmayan mənbədən əldə etdiyi müxtəlif növ qadın geyim əşyaları ilə qəsdən dəyişdirmiş və öz qanunsuz hərəkətlərini pərdələmək üçün 23 may 2023-cü il tarixdə qayını Şahid8 adından siyahıya alınmış əmlakı guya “166” yük daşıma xidmətinə təhvil verməklə üzərinə həbs qoyulmuş malların saxlanılması üçün həmin xidmətin anbarına göndərilməsi barədə icra qurumuna həqiqətə uyğun olmayan məlumat vermişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 303.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci ildə "xxxx" Group MMC-ni təsis etmişdir, 2023-cü ilin mart ayından isə MMC-nin baş direktoru vəzifəsində işləyir. 2003-cü ildən etibarən sahibkarlıqla, fiziki şəxs kimi geyim ticarəti ilə məşğul olur. Şahid3 ilə 2016-cı ildə ortaq dostlarının vasitəsilə tanış olmuş və sonuncunun əvvəllər “LTB” şirkətində satıcı işləməsi barədə məlumatı olmuşdur. Həmin vaxt Elçin ona maddi vəziyyətinin çətin olduğunu, ailəsini maddi cəhətdən dolandıra bilmədiyini bildirərək ondan xahiş etmişdir ki, onun mağazalarında satıcı kimi işləsin. O isə etiraz etməyərək Şahid3 satıcı kimi aylıq maaşı 800 manat olmaqla Nizami rayonu, Q.Qarayev prospekti, Neftçilər metrostansiyasının yaxınlığında yerləşən “AVVA” qadın və kişi geyim malları mağazasında kişi geyim mallarını satmaqdan ötrü satıcı kimi işə götürmüşdür. Elçin işlədiyi müddət ərzində işə dair tapşırıqları vaxtı-vaxtında yerinə yetirdiyi üçün onun etibarını qazanmağa başlamışdır. Ona görə təxminən 2019-cu ildən Bakı şəhərinin müxtəlif yerlərində yerləşən bir neçə mağazasını Elçinin anası Şövkət Cavadovanın, arvadı Günel Cavadovanın və atası Cəmil Cavadovun adlarına şirkət daxili subicarə formasında onlara vermiş, bir müddət sonra onların adlarından çıxararaq digər şəxslərin adına keçirmişdir. Buna səbəb isə karqo vasitəsilə aldıqları malların bir qisminin qeyri-rəsmi olması olub. Elçin işdə öz davranışı və işgüzarlığı ilə etibarını daha da qazandığı üçün ona inandığına görə gördüyü biznes fəailiyyətində özünə köməkçi kimi götürmüşdür. 2021-ci ildə özünə "xxxx" Group MMC adı altında şirkət təsis edərək Elçini həmin şirkətə direktor vəzifəsinə təyin etmişdir. 2022-ci ilin noyabr ayında Bakı şəhəri Nizami rayonu, Q.Qarayev ərazisində olan mağazasını və mağazaya aid hesab kartını sonuncunun razılığı ilə anası Şövkət Cavadovanın adına sənəd üzərində rəsmiləşdirmişdir. Yəni, formal olaraq mağaza Elçinin anasının adına olsa da, faktiki olaraq mağazaya aid olan hər bir şey, alınan mallar və alverdən gələn pullar ona məxsus olmuşdur. Elçinin anası Şövkət Cavadova Sumqayıt şəhərində yaşadığına görə və vaxtı-vaxtında Bakı şəhərinə gələ bilmədiyi üçün formal olaraq onlara idarəçiliyə və mağazanın hesab kartına dair notarial qaydada baş etibarnamə vermişdir. Şirkətin ümumi hesab kartı Elçinin anasının adına olsa da, hər ay kartlardan pulların nağd çıxarılması və xərclərə sərf olunması özü tərəfindən həyata keçirilmişdir. Elçinə daha çox etibar etdiyinə görə heç vaxt düşünməmişdir ki, sonuncu onu gördükləri biznes işində aldadar. 2021-ci ildə Elçin özünə avtomobil alan zaman imkanı zəif olduğu üçün, o, dost kimi sonuncuya təxminən 20000 manata yaxın pul verərək köməklik etmişdir ki, özünə istədiyi avtomobil alsın. Təxminən 2022-ci ilin dekabr ayının sonlarında şirkətdə apardığı daxili yoxlamalar zamanı ona məlum olmuşdur ki, mağazada təxminən 140000 manata yaxın pul vəsaiti çatışmır. Bu barədə Elçindən soruşsa da, o, müxtəlif bəhanələr gətirərək bununla bağlı heç bir məlumatı olmadığını bildirmişdir. Bir müddət sonra, 2023-cü ilin mart ayının sonlarında yenidən apardığı yoxlamalar zamanı ona bir daha məlum olmuşdur ki, bir müddət əvvəl Elçinin atası Cəlil Cavadovun adına açdırdıqları hesaba mağazalara aid pulları köçürərək sonradan nağdlaşdırmışdır. O, bu barədə Elçinə növbəti dəfə məlumat verdikdən sonra, o, müxtəlif bəhanələr gətirərək olanlar barədə heç bir məlumatının olmadığını bildirmişdir. Bundan sonra, o, Elçinə bildirmişdir ki, onu işdən çıxaracaq. Elçin isə dörd ilə yaxın onun yanında işlədiyini ona bildirərək maaşının 400 manat olmasına baxmayaraq, başqa mağazalarda eyni vəzifəyə görə daha çox maaş verildiyini qeyd edərək ondan əlavə olaraq yüksək məbləğdə pul istəmişdir. O isə Elçinə rəsmi verdiyi 400 manatdan əlavə olaraq satış müqabilində Elçinə əlavə pul vermişdir. Bundan əlavə Elçinin özü və ailə üzvləri tərəfindən mağazanın pullarını mənimsədiyini barədə məlumatının olduğunu sonuncuya bildirəndən sonra, etiraf etməyərək öz hesabına görə guya onun alverini genişləndirərək son dörd ildə ondan əlavə olaraq 100000 manat verəcəyini və avtomobil almaq üçün verdiyi pulu çıxdıqdan sonra 90000 manat pulu ondan tələb etməyə başlamışdır. Əks halda isə həmin məbləği verməyəcəyi təqdirdə onun şəxsi işləri və şəxsi həyatı ilə bağlı şantaj edəcəyi barədə hədələməyə başlamışdır. Bundan əlavə Elçin öz anasının adına subicarəyə verilən yeri anasının adından çıxarmayacağını bildirəndən sonra, şirkətin nəzdindəki subicarəni ləğv edərək başqa bir şəxsin adına sənədləşdirmişdir. 2023-cü ilin aprel ayında onu Nizami rayon polis idarəsinin 24-cü polis bölməsinə dəvət edərək Elçinin onun barəsində şikayət edərək ona məxsus “AVVA” geyim mağazasının 1-ci mərtəbəsində qadın geyim mallarının satışından əldə olunan 19326 manat məbləğində pulun onun tərəfindən ələ keçirildiyini, post terminal və kassa aparatlarının dəyişildiyini bildirmişdir. İlkin təhqiqat araşdırmasından sonra toplanmış materiallar Nizami RPİ-nin istintaq şöbəsinə göndərilmiş və orada araşdırma aparılaraq əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanılması rədd edilmişdir. Bundan sonra Elçin mağazada olan qadın geyim mallarının guya ona məxsus olması və həmin malların üzərinə həbs qoyulması barədə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və həmin məhkəmə tərəfindən 12 may 2023-cü il tarixli qərarla Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanındakı “AVVA” geyim mağazasının 1-ci mərtəbəsinin 65 kv.m qeyri-yaşayış sahəsində yerləşən qadın geyim mallarının üzərinə həbs qoyulmuşdur. Bununla əlaqədar 15 may 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru tərəfindən mağazaya baxış keçirilərək 631 ədəd əlbisə (qadın kastyumu) geyim dəsti, 21 ədəd qadın vetrovkası, 211 ədəd qadın şalvarı, 25 ədəd qadın yubkası, 34 ədəd qadın köynəyi və 305 ədəd qadın koftası siyahıya alınaraq üzərinə həbs qoyulmaqla saxlanc üçün ona təhvil verilmiş, malların foto və video çəkilişləri çəkilmiş, bundan sonra icra məmuru tərəfindən ona Azərbaycan Respublikası CM-nin 303-cü maddəsi ilə nəzərdə tutulmuş məsuliyyəti izah olunmuşdur. Həmin vaxtdan bir müddət keçəndən sonra mağaza fəaliyyətini dayandırdığı üçün məcburiyyət qarşısında qalaraq ona saxlanca verilmiş qadın geyim mallarını rəsmi olaraq 166 yük daşıma xidmətinə təhvil vermiş və bununla əlaqədar 24 may 2023-cü il tarixdə ərizə ilə Nizami rayon icra şöbəsinə məlumat vermişdir. Bakı Kommersiya Məhkəməsinin 12 may 2023-cü il tarixli, e-16(113)-175/2023 nömrəli icra vərəqəsinə əsasən “AVVA” geyim əşyaları mağazasının birinci mərtəbəsində olan qadın geyim malları siyahıya alınaraq üzərinə həbs qoyulmaqla ona saxlanc üçün təhvil verilən zaman həmin malların marka və fərdi göstəriciləri icra məmuru tərəfindən siyahı aktında qeyd edilməmişdir. Buna səbəb isə məhkəmə qərarında üzərinə həbs qoyulacaq qadın geyim mallarının marka və fərdi göstəriciləri qeyd edilmədiyi üçün ümumilikdə geyim malları qeyd olunduğuna görə icra məmuru tərəfindən geyim mallarının fərdi göstəriciləri siyahı aktında qeyd edilməmişdir. Nizami rayon icra şöbəsinin icra məmuru tərəfindən Bakı Kommersiya Məhkəməsinin qərarına əsasən ona saxlanc üçün təhvil verilən qadın geyim əşyaları həyat yoldaşı Şahid9 tərəfindən Türkiyə Respublikasından alınıb mağazaya gətirilirərək satışa çıxarılmışdır və həmin mallar onun özünə məxsus olduğu üçün dəyişdirilmədən rəsmi olaraq 166 yük daşıma xidmətinin anbarına təhvil verilmişdir. Məhkəmədə son sözlə çıxışında Təqsirləndirilən şəxs verilmiş ittihamda təqsirli olmadığını nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını, həmçinin himayəsində iki azyaşlı övladının olmasını, mağazasında çoxlu sayda işçilərinin olmasını, məhkumluğunun yaranmasının gələcəkdə uşaqları üçün problem olacağını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru vəzifəsində işləyir. Şöbəyə daxil olmuş Bakı Kommersiya Məhkəməsinin 12 may 2023-cü il tarixli, e-16(113)-175/2023 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 81-ci məhəllə ünvanında yerləşən “AVVA” geyim əşyaları mağazasının 1-ci mərtəbəsinin 65 kv.m olan qeyri-yaşayış sahəsində yerləşən qadın geyimi mallarının üzərinə həbsin qoyulması qərara alınmışdır. İcra sənədi 15 may 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon icra şöbəsinə göndərilmiş, həmin tarixdə icra sənədi şöbənin icraatına qəbul edilmiş və icra vərəqəsində qeyd edilən ünvana gedilərək orada üzərinə həbs qoyulacaq mallara borclu "xxxx" Group MMC-nin təsisçisi Təqsirləndirilən şəxs, tələbkar Cavadova Şövkət İsmayıl qızının nümayəndəsi Şahid3 və hal şahidi X2 iştirakları ilə baxış keçirilmiş və 631 ədəd əlbisə (qadın kastyumu) geyim dəsti, 21 ədəd qadın vetrovkası, 211 ədəd qadın şalvarı, 25 ədəd qadın yubkası, 34 ədəd qadın köynəyi və 305 ədəd qadın koftası siyahıya alınaraq üzərinə həbs qoyulmaqla borclu "xxxx" Group MMC-nin təsisçisi Təqsirləndirilən şəxs saxlanc üçün təhvil verilərək hamin malların foto və video çəkilişləri olmuşdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 303-cü maddəsi ilə nəzərdə tutulmuş məsuliyyəti izah olunandan sonra məhkəməyə bu barədə rəsmi olaraq məlumat verilmişdir. Sonradan borclu "xxxx" Group MMC-nin təsisçisi Təqsirləndirilən şəxs 24 may 2023-cü il tarixdə ərizə ilə şöbəyə müraciət edərək akt üzrə siyahıya alınaraq ona saxlanc üçün verilmiş malların qorunması məqsədi ilə 166 yük daşıma xidmətinə rəsmi qaydada təhvil verdiyini bildirmişdir. Buna görə Təqsirləndirilən şəxs saxlanca verdiyi malların 166 yükdaşıma xidmətinin anbarında olub-olmaması ilə bağlı baxış keçirilməmişdir. 13 iyun 2023-cü il tarixdə icra sənədinin icra müddəti başa çatdığından iş üzrə icraata xitam verilmiş və bu barədə Bakı Kommersiya Məhkəməsinə rəsmi məlumat verilmişdir. Eyni zamanda iş üzrə borclu "xxxx" Group MMC-nin təsisçisi Təqsirləndirilən şəxs həmin malların siyahıya alaraq üzərinə həbs qoyulmaqla saxlanc üçün təhvil verən zaman uzunqol, qısa qol olmasını, marka və yaxud fərdi göstəriciləri siyahı aktında qeyd edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2008-ci ildə Sumqayıt şəhəri Sülh küçəsində yerləşən geyim mağazasını işlədən zaman Təqsirləndirilən şəxs da həmin küçədə geyim mağazası işlətdiyi üçün aralarında tanışlıq və münasibət yaranmışdır. 2018-ci ildə Ramil Bakı şəhəri Nizami rayonunun ərazisində yerləşən Neftçilər metrostansiyasının yaxınlığında “AVVA” adı altında mağazanı işlətməyə başlamış və o, həmin mağazada müdir işləyərək aylıq məvacib almışdır. 2021-ci ildə Ramil "xxxx" Group adı altında MMC təsis etmiş və o, həmin vaxtdan cəmiyyətə direktor təyin edilmişdir. “AVVA” adlı həmin mağazanı Ramil icarəyə götürən zaman ticarətin qurulması üçün o, öz avtomobilini sataraq Ramilə 35000 manat məbləğində pul vermişdir. 2021-ci ilə qədər onların Bakı şəhərinin müxtəlif yerlərində artıq dörd-beş eyni adlı mağazaları fəaliyyət göstərmişdir. Səbail rayonu Nizami küçəsində yerləşən mağazada yanğın hadisəsi baş verdiyindən mağazanın bərpası üçün o, Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən özünə məxsus olan iki otaqlı evini sataraq Ramilə 20000 manat məbləğində pul vermişdir. Ramil hər dəfə onu təsis etdiyi şirkətə pay sahibi kimi rəsmiləşdirəcəyini ona söz versə də, müxtəlif bəhanələr gətirərək sözünə əməl etməmişdir. Neftçilər metrostansiyasının yaxınlığındakı “AVVA” adlı mağazanın birinci mərtəbəsində qadın geyimləri, ikinci mərtəbəsində isə kişi geyimləri satılmışdır. O, həmişə olduğu kimi MMC-nin direktoru kimi fəaliyyətini davam etdirmişdir. 2022-ci ilin noyabr ayına qədər həmin mağazanın birinci mərtəbəsi Ramilin həyat yoldaşı Şahid9 icarəsində olmuşdur. 2022-ci ilin təxminən avqust ayında o, Ramilə bildirmişdir ki, mağazaların işləməsi üçün kifayət qədər pul xərcələsə də, rəsmi olaraq pay sahibi deyildir, Neftçilər metrostansiyasının yaxınlığındakı “AVVA” adlı mağazanın birinci mərtəbəsini özü icarəyə götürərək ayrıca işlətmək istəyir. Ramil onunla razılığa gələndən sonra, o, həmin yeri direktor olaraq öz adından subicarə müqaviləsi bağlayaraq anası Şövkət Cavadovaya icarəyə vermişdir. Ramil mağazanın birinci mərtəbəsində olan bütün geyim mallarını götürərək Sumqayıt şəhərində yerləşən mağazasına aparmış və birinci mərtəbə tam boş olaraq ona təhvil verilmişdir. Bundan sonra anası Şövkət Cavadovanın adına VÖEN açılaraq “Kapital” bank və “Yapıkredi” bankla müqavilələr bağlayıb mağaza üçün post terminallar alınmışdır. Həmçinin həmin vaxt qadın geyim mallarının alınmasından ötrü Türkiyə Respublikasına sifariş vermiş və anasının adına müxtəlif növ qadın geyim malları gəlməyə başlamışdır. Türkiyə Respublikasından qadın geyim malları gələn müddətə kimi “Sədərək” və “Binə” ticarət mərkəzlərindən müxtəlif növ qadın geyim malları alaraq satışına başlamışlar. Anası Şövkət Cavadova ilə subicarə müqaviləsi bağlandıqdan sonra yerə görə Ramilə hər ayı 500 manat olmaqla icarə haqqı ödənilmişdir. Eyni zamanda vergi qeydiyyatı əsasında həmin vaxt mağazada təxminən 3-4 nəfər qadın satıcı işləmişdir. 2022-ci ilin dekabr ayında Ramil ona bildirmişdir ki, o, sonuncunu aldadaraq pulunu ələ keçirmiş və işçilərin bank kartlarına əsassız pullar köçürdüb nağdlaşdıraraq mənimsəmişdir. Bundan sonra 2023-cü ilin mart ayında Ramil yenidən ona bildirmişdir ki, onunla iş birliyinə son qoymaq istəyir. O isə Ramilə bu ticarətə kifayət qədər pul qoyduğunu, hətta əlavə olaraq 30000 ABŞ dolları məbləğində pulu ona verdiyini, bu pulların heç birinin qaytarılmadığını, 2023-cü ilin fevral-mart ayında anası Şövkət Cavadovanın işlətdiyi mağazanın gəlirindən 29350 manat məbləğində pulun borca verildiyini bildirmişdir. Ramil isə ona bildirmişdir ki, onunla hesablaşaraq ona olan borcunu qaytaracaq. Anası Şövkət Cavadovanın icarəyə götürdüyü mağazanı etibarnamə əsasında faktiki olaraq o, işlədərək bütün işləri özü həyata keçirmişdir. Həmin ilin aprel ayının 9-da o, İspaniyaya getmiş, orada olan zaman mağazada kassaya Könül adlı işçisi baxmışdır. Emilya və Gülüş adlı şəxslər isə satıcı kimi fəaliyyət göstərmişlər. O, Bakı şəhərinə qayıtdıqdan sonra 18 aprel 2023-cü il tarixdə mağazaya gedən zaman görmüşdür ki, işçiləri ilə yanaşı Ramil öz işçilərini mağazaya yerləşdirmiş, anasının adına olan post terminallar götürülərək yenisi ilə əvəz olunmuşdur. Tərəfindən qəbzlər yoxlanıldıqda ona məlum olmuşdur ki, 2023-cü ilin aprel ayının 17-dən yeni post terminal mağazaya gətirilib və Ramilin yaxınlarının adına rəsmiləşdirilmişdir. Bu barədə Ramildən soruşanda o, bildirmişdir ki, bütün olanların ona heç bir aidiyyəti yoxdur. O, məcburiyyət qarşısında qalaraq 18 aprel 2023-cü il tarixdə “AVVA” geyim mağazasının birinci mərtəbəsində subicarə müqaviləsi ilə işlətdiyi qadın geyim mağazasında mallarının satışından əldə olunan 19326 manat məbləğində pulun Ramil tərəfindən ələ keçirildiyini, post terminal və kassa aparatlarının dəyişdirildiyi barədə Nizami rayon polis idarəsinin 24cü polis bölməsinə şikayət ərizəsi ilə muraciət etmişdir. İlkin təhqiqat araşdırması zamanı Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin tərkib əlamətləri aşkar edildiyi üçün toplanmış materiallar Nizami rayon polis idarəsinin istintaq şöbəsinə göndərilmişdir. Həmin müddət ərzində dəfələrlə polis əməkdaşlarına mağazaya girə bilmədiyini və mallarının satılaraq pullarının götürülməsini bildirsə də polislər tərəfindən tədbir görülmədiyi üçün məcburiyyət qarşısında qalaraq mağazada ona məxsus olan malların üzərinə həbs qoyulması barədə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və həmin məhkəmə tərəfindən 12 may 2023-cü il tarixli qərardadla Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında “AVVA” mağazasının birinci mərtəbəsinin 65 kv.m qeyri-yaşayış sahəsində yerləşən qadın geyim mallarının üzərinə həbs qoyulmuşdur. Çıxarılmış qərardad icra olunmasından ötrü aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon icra şöbəsinə göndərilmiş və 15 may 2023-cü il qeyd edilən icra şöbəsinin icra məmuru ilə birlikdə mağazaya gedərək geyim əşyalarını siyahılaşdıraraq həmin ünvanda saxlanca verilməsi üçün Təqsirləndirilən şəxs təhfil verilmişdir. Geyim əşyaları təhvil verilərkən Ramilə Azərbaycan Respublikası CM-nin 303-cü maddəsinin tərkib əlamətləri izah edilmiş, təhvil aktını o, imzası ilə təsdiqləmişdir. Bundan sonra Ramil Bakı Kommersiya Məhkəməsinin qeyd edilən qərardadından Bakı Apellasiya Məhkəməsinə apellyasya şikayəti verməsinə baxmayaraq sözü gedən məhkəmə tərəfindən çıxarılmış qərardad qüvvəsində saxlanılmışdır. Bakı Apellasiya Məhkəməsi tərəfindən qərar qəbul edilməmişdən əvvəl Təqsirləndirilən şəxs artıq öncədən planlaşdırdığı kimi mağazaya gələrək malların satışa qoyulması ilə bağlı satıcılara göstəriş vermişdir. Daha sonra isə o, qaynı Şahid8 və arvadı Şahid9 ilə birlikdə “Sədərək” və “Binə” ticarət mərkəzlərindən mənşəyi bilinməyən, əmtəə nişanları olmayan qadın geyim mallarını alıb mağazaya gətirərək Emilya, Könül, Sevda, Əfruz və Aynurə adlı satıcılara həmin malların üzərlərinə qiymət vurduraraq 166 yükdaşıma xidmətinin anbarına göndərmişdir. Bununla əlaqədar məlumat alan kimi 24 may 2023-cü il tarixdə mağazaya gedən zaman məhkəmə tərəfindən həbs qoyulmuş qadın geyim mallarının satışda olduğunu görmüş və bu barədə dərhal Bakı şəhəri Nizami rayon icra şöbəsinə, İcra Baş İdarəsinə və Bakı şəhəri Nizami rayon prokurorluğuna rəsmi olaraq müraciət etmişdir. İcra Baş İdarəsindən Bakı şəhəri Nizami rayon icra şöbəsinə zəng edilərək dərhal mağazaya və 166 yükdaşıma xidmətinin anbarına baxış keçirilməsi tapşırılmışdır. 07 iyun 2023-cü il tarixdə Nizami rayon icra şöbəsi tərəfindən Təqsirləndirilən şəxs rəsmi xəbərdarlıq məktubu göndərilsə də 166 yükdaşıma xidmətinin anbarında olan qadın geyim mallarına baxış keçirilməsindən ötrü çağırışdan yayınmağa başlamışdır. Bundan sonra Ramil törətdiyi cinayəti ört-basdır etmək üçün müxtəlif yollarla yayınaraq üzərinə həbs qoyulmuş mallara baxış keçirilməsi üçün həbs müddətinin bitməsini gözləyərək məsuliyyətdən yayınmağa başlamışdır. Nizami rayon prokurorluğu tərəfindən həbs müddətində malların satılması və dəyişdirilməsi ilə bağlı araşdırma aparılması üçün Nizami rayon polis idarəsinə rəsmi göstəriş göndərilmiş və həmin idarənin müstəntiqi Nizami rayon icra şöbəsi tərəfindən malların üzərinə həbs qoyularkən çəkilən foto və video görüntülərini əldə edilib onunla birlikdə 166 yükdaşıma xidmətinə gedərək orada həmin xidmətin təhvil-təslim aktı ilə tanış olaraq Təqsirləndirilən şəxs həbs müddətində, yəni 23 may 2023-cü il tarixdə həmin xidmətə təhvil verdiyi mallara baxış keçirilərkən açıq-aşkar şəkildə tamamən başqa bir malların təhvil verildiyi bir daha öz təsdiqini tapmışdır. Məhkəmə iclasına şahid qismində çağrılmış Şahid4 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin iyul ayının 7-dən Bakı şəhəri Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “AVVA” geyim mağazasında satış məsləhətçisi kimi işə başlamış və 2023-cü ilin dekabr ayının 11-də öz xahişi ilə oradan işdən çıxmışdır. İşlədiyi mağazanın ikinci mərtəbəsində kişi geyim malları, birinci mərtəbəsində isə qadın geyim malları satılmış və o, qadın geyim malları şöbəsində satıcı kimi fəaliyyət göstərmişdir. İşlədiyi müddət ərzində eşitdiyinə görə bilmişdir ki, “AVVA” geyim mağazasını Təqsirləndirilən şəxs ilə Şahid3 birlikdə şərik işlədirlər və həmin mağazanın birinci mərtəbəsini Şahid3 anası Şövkət Cavadova işlədərək qadın geyim mallarının satışı ilə məşğul olmuşdur. Amma buna baxmayaraq işlədiyi müddət ərzində heç vaxt Şövkət Cavadovanı həmin mağazada görməmiş və onu tanımamışdır. Həmin şöbədə üç ay işləyəndən sonra mağazanın ikinci mərtəbəsində yerləşən kişi geyim malları şöbəsinə satıcı təyin olunmuşdur. Birinci mərtəbədə satıcı işləyən zaman ondan başqa Emilya, Könül və Gülüş adlı xanımlar satıcı kimi, digər Könül adlı şəxs isə kassir kimi işləmişlər. İşlədiyi dövr ərzində həmin mağazanın sahibi kimi Təqsirləndirilən şəxs, sonuncunun həyat yoldaşı Aytən adlı xanımı və Şahid3 tanımışdır. İşlədiyi müddət ərzində mağazanın birinci mərtəbəsində yerləşən qadın geyim mallarını Təqsirləndirilən şəxs həyat yoldaşı Aytən xanım Türkiyə Respublikasına gedərək oradan alaraq mağazaya gətirmiş və həmin malların üzərinə qiymət qoyulandan sonra satıcılar satışı ilə məşğul olmuşlar. 2023-cü ilin may ayında istirahətdə olduğu gün orada işləyən satıcılardan eşitmişdir ki, Şahid3 icra məmurları ilə mağazaya gələrək mağazanın birinci mərtəbəsində olan bir neçə sayda qadın geyim mallarının üzərinə həbs qoyaraq onları siyahıya alıb Təqsirləndirilən şəxs təhvil verərək satışına qadağa qoymuşlar. Ondan sonra təxminən 10-15 gün mağazanın ikinci mərtəbəsi işləməsinə baxmayaraq birinci mərtəbəsində iş olmadığından orada işləyən satıcılar işə çıxmamışlar. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs həyat yoldaşı Aytən xanım birinci mərtəbəyə yeni geyimlər gətizdirmiş və satıcılar həmin malların satışına başlamışlar. Sonradan isə Təqsirləndirilən şəxs onlara göstəriş vermişdir ki, icra məmurları tərəfindən üzərinə həbs qoyulmuş qadın geyim mallarını yenidən rəflərə yığaraq satışı ilə məşğul olsunlar. O, həmin vaxt mağazanın ikinci mərtəbəsində satıcı işləməyinə baxmayaraq Təqsirləndirilən şəxs sözü ilə icra məmuru tərəfindən üzərinə həbs qoyulmuş həmin qadın geyim əşyalarını əvvəlki yerlərinə asaraq satışına başlamışlar. Bundan əlavə həmin ərəfələrdə Təqsirləndirilən şəxs başqa qadın geyim mallarını mağazaya gətirərək onlara tapşırıq vermişdir ki, gətirdiyi malların üzərinə satış qiyməti vursunlar. Daha sonra Təqsirləndirilən şəxs həmin yeni gətirdiyi qadın geyim mallarını sellofan torbalara yığdıraraq 166 xidmətindən maşın çağırtdıraraq həmin qadın geyim mallarını onlara təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5, Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin iyun ayının 1-dən Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “AVVA” geyim mağazasının kişi bölməsində xəzinədar, 2023-cü ilin aprel ayının 12-dən həmin mağazanın qadın bölməsində xəzinadar işləmişdir. Onu həmin mağazaya müqavilə üzrə işə götürən məsul şəxs kimi Təqsirləndirilən şəxs adı və soyadı qeyd edilmişdir. O, həmin mağazanın ikinci mərtəbəsində kişi bölümündə bir müddət işləyəndən sonra birinci mərtəbədə yerləşən qadın geyimləri şöbəsində xəzinədar işləməyə başlamış və həmin qadın bölümü şöbəsində ondan başqa Emilya, Könül və Gülüş adlı xanımlar satıcı kimi işləmişlər. İşlədiyi dövr ərzində həmin mağazanın sahibi kimi Təqsirləndirilən şəxs və onun həyat yoldaşı Aytən adlı xanımı tanımış və onların hər ikisi işə düzəldiyi vaxtdan işlədiyi mağazanın hər iki mərtəbəsinə rəhbər kimi nəzarət etmişlər. Mağazanın birinci mərtəbəsində yerləşən qadın geyim mallarını Təqsirləndirilən şəxs həyat yoldaşı Aytən adlı xanım Türkiyə Respublikasına gedərək oradan alıb mağazaya gətirərək həmin malların üzərinə qiymət qoyulandan sonra satıcılar tərəfindən satışı həyata keçirilmişdir. O, Şövkət Cavadovanı ümumiyyətlə görməmiş və tanımamışdır. Şahid3 isə 2023-cü ilin may ayında bir neçə dəfə polis əməkdaşları ilə birlikdə işlədiyi mağazaya gələn zaman tanımışdır. Həmin vaxt Şahid3 dediyinə görə bilmişdir ki, mağazanın işləməsinə Təqsirləndirilən şəxs ilə şərik olub. Sonradan ona məlum olmuşdur ki, Şahid3 ilə Təqsirləndirilən şəxs aralarında problem yarandığından Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, Şahid3 mağazada səlahiyyət sahibi deyil və sonuncunun göstərişlərinə əməl etməsinlər. Hətta həmin ərəfələrdə Şahid3 icra məmurları ilə mağazaya gələrək mağazanın birinci mərtəbəsində olan bir neçə sayda qadın geyim mallarının üzərinə həbs qoyaraq siyahıya alıb Təqsirləndirilən şəxs təhvil verərək satışına qadağa qoymuşlar. Ondan sonra təxminən 10-15 gün mağazanın ikinci mərtəbəsi işləməsinə baxmayaraq birinci mərtəbəsində iş olmamışdır. Sonradan “AVVA” firmasının baş ofisindən ona zəng olmuş və yenidən işə qayıtmışdır. Mağazaya işə qayıdan zaman Təqsirləndirilən şəxs göstərişinə əsasən sonuncunun həyat yoldaşı Aytən xanımın Türkiyə Respublikasından aldığı və icra məmuru tərəfindən siyahıya alınaraq saxlanca verilmiş qadın geyim mallarını yenidən rəflərə düzərək satışı ilə məşğul olmuşlar. Ona həmin ərəfələrdə icra məmurları tərəfindən siyahıya alınmış qadın geyim mallarının dəyişdirilməsi barədə Təqsirləndirilən şəxs və yaxud onun həyat yoldaşı Aytən adlı xanım tərəfindən hər hansı bir göstəriş olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7, Şahid6 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı Şahid9 həyat yoldaşıdır və yeznəsi Ramilə məxsus Bakı şəhəri Binəqədi rayonunun ərazisində yerləşən "xxxx" Group MMC-nin əməliyyatlar üzrə meneceri vəzifəsində işləyir. Məlumatı vardır ki, Ramil ilə əvvəllər onun işçisi olmuş Elçin adlı şəxs arasında mübahisələr yaranmışdır. Hətta Elçinin şikayətinə əsasən məhkəmə tərəfindən Ramilə məxsus Nizami rayonu “Neftçilər” metrosunun yaxınlığında yerləşən “AVVA” geyim mağazasının birinci mərtəbəsində yerləşən qadın bölməsində olan paltarların üzərinə həbs qoyulmuşdur. Ramil isə həmin geyim əşyalarını 166 yükdaşıma xidmətinin anbarına təhvil vermək qərarına gəlmişdir. 23 may 2023-cü il tarixdə Ramil həmin yükdaşıma şirkətindən işçilər dəvət edərək həmin malları yük maşınına yükləyən zaman, o, mağazaya gələndə görmüşdür ki, artıq yükdaşıma şirkətinin işçiləri həmin paltarları sellofan torbalarda avtomobilin yük yerinə yığıblar. Həmin vaxt Ramilin təcili işi olduğu üçün yükdaşıma xidmətinin işçiləri tərəfindən həmin geyim əşyalarını tam olaraq aparmalarını gözləmədən çıxıb getmişdir. 166 yükdaşıma xidmətinin işçiləri isə qadın geyim paltarlarını tam olaraq yük maşınına yığdıqdan sonra mağazada şirkətin nümayəndəsi kimi yalnız o, qaldığı üçün yükdaşıma şirkətinə həmin malların təhvil-təslim aktını öz imzası ilə təsdiq etmişdir. 166 yükdaşıma xidmətinə təhvil verilən qadın geyim mallarının sayılmasında, qablaşdırılmasında və yüklənməsində o, iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdır və həyat yoldaşı Ramil 2021-ci ildən 2023-cü ilin mart ayınadək Biləcəri qəsəbəsində yerləşən "xxxx" Group MMC-nin təsisçisi olmuş, 2023-cü ilin mart ayından isə həmin MMC-nin baş direktoru vəzifəsində işləmişdir. Şahid3 təxminən beş ilə yaxındır ki, tanıyır və onunla tanışlığına səbəb həyat yoldaşı Ramil olmuşdur. Belə ki, Şahid3 həyat yoldaşı Ramildən xahiş etmişdir ki, onu satıcı kimi işlədiyi mağazaya götürsün. Ramil etiraz etməyərək Elçini satıcı kimi aylıq maaşı 800 manat olmaqla Nizami rayonu, Q.Qarayev prospekti, Neftçilər metrostansiyasının yaxınlığında yerləşən “AVVA” qadın və kişi geyim malları mağazasında kişi geyim mallarının satmaqdan ötrü satıcı kimi işə götürmüşdür. Elçin işlədiyi müddət ərzində işə dair həyat yoldaşı Ramilin tapşırıqlarını vaxtı-vaxtında yerinə yetirdiyi üçün onun etibarını qazanmağa başlamışdır. Ona görə Ramil təxminən 2019-cu ildən etibarən Bakı şəhərinin müxtəlif yerlərində yerləşən bir neçə mağazasını Elçinin anası Şövkət Cavabovanın, arvadı Günel Cavadovanın və atası Cəmil Cavadovun adlarına şirkət daxili subicarə formasında onlara vermiş və bir müddətdən sonra sonuncuların adlarından çıxararaq digər şəxslərin adına keçirmişdir. Buna səbəb isə Ramil korqa vasitəsilə aldıqları malların bir qisminin qeyri-rəsmi olması olmuşdur. Hətta demək olar ki, Elçin öz davranışı və işgüzarlığı ilə onların etibarını qazandığından ona inandıqları üçün Ramil gördüyü biznes fəailiyyətində sonuncunu özünə köməkçi götürmüşdür. 2021-ci ildə Ramil özünə "xxxx" Group MMC adlı şirkət təsis edərək Elçini həmin şirkətə direktor vəzifəsinə təyin etmişdir. 2022-ci ilin noyabr ayında Q.Qarayev ərazisində olan mağazasını və mağazaya aid hesab kartını Elçinin razılığı ilə sonuncunun anası Şövkət Cavadovanın adına sənəd üzərində rəsmiləşdirmişdir. Yəni formal olaraq mağaza Elçinin anasının adına olsa da, faktiki olaraq mağazaya aid olan hər bir şey, alınan mallar və alverdən gələn pullar Ramilə məxsus olmuşdur. Elçinin anası Şövkət Cavadova Sumqayıt şəhərində yaşadığına görə və vaxtıvaxtında Bakı şəhərinə gələ bilmədiyi üçün formal olaraq idarəçiliyə və mağazanın hesab kartına da dair onlara notarial qaydada baş etibarnamə vermişdir. Şirkətin ümumi hesab kartı Elçinin anasının adına olsa da, hər ay kartlardan pulların nağd çıxarılması və xərclərə sərf olunması Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilmişdir. Bundan əlavə hətta 2021-ci ildə Elçin özünə avtomobil alan zaman imkanı zəif olduğu üçün Ramil ona bir dost kimi təxminən 20000 manata yaxın pul verərək köməklik etmişdir ki, istədiyi avtomobili alsın. Ramil 2022-ci ilin dekabr aynda direktoru olduğu şirkətdə apardığı daxili yoxlamalar zamanı onlara məlum olmuşdur ki, mağazadan təxminən 140000 manata yaxın pul vəsaiti çatışmır. Bu barədə Elçindən soruşulsa da, o, müxtəlif bəhanələr gətirərək bununla əlaqədar heç bir məlumatının olmadığını bildirmişdir. Bir müddət sonra 2023-cü ilin mart ayında Ramilin yenidən apardığı yoxlamalar zamanı onlara məlum olmuşdur ki, bir müddət əvvəl Elçin atası Cəlil Cavadovun adına açdırdıqları hesaba mağazalara aid pulları köçürərək sonradan nağdlaşdırmışdır. Ramil bu barədə Elçinə növbəti dəfə bildirmiş, Elçin müxtəlif bəhanələr gətirərək olanlar barədə heç bir məlumatı olmadığını bildirmişdir. Bundan sonra Ramil Elçini işdən çıxaracağını ona bildirmişdir. Bunu eşidən Elçin isə Ramili şərləyərək ondan əlavə olaraq 100000 manat məbləğində pul tələb etməyə başlamışdır. Bütün bunlardan sonra 2023-cü ilin aprel ayında Ramili Nizami rayon polis idarəsinə dəvət edən zaman məlumatları olmuşdur ki, Elçin onun barəsində polis bölməsinə şikayət edərək onlara məxsus olan “AVVA” geyim mağazasının 1-ci mərtəbəsində qadın geyim mallarının satışından əldə olunan 19326 manat məbləğində pulun həyat yoldaşı tərəfindən ələ keçirildiyini, post terminal və kassa aparatlarının dəyişildiyini bildirmişdir. Polis bölməsində araşdırma zamanı Şahid3 tərəfindən qeyd edilənlər öz təsdiqini tapmamışdır. Bundan sonra Şahid3 mağazada olan qadın geyim mallarının guya ona məxsus olması və həmin malların üzərinə həbs qoyulması barədə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və həmin məhkəmə tərəfindən 12 may 2023-cü il tarixli qərarla Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında “AVVA” mağazasının 1-ci mərtəbəsinin 65 kv.m qeyri-yaşayış sahəsində yerləşən qadın geyim mallarının üzərinə həbs qoyulmuşdur. Onda olan məlumata görə bununla əlaqədar olaraq icra məmuru tərəfindən mağazaya baxış keçirilmiş, mağazada olan 631 ədəd əlbisə (qadın kastyumu) geyim dəsti, 21 ədəd qadın vetrovkası, 211 ədəd qadın şalvarı, 25 ədəd qadın yubkası, 34 ədəd qadın köynəyi və 305 ədəd qadın koftası siyahıya alınaraq üzərinə həbs qoyulmaqla saxlanc üçün həyat yoldaşı Ramilə təhvil verilmişdir. Həmin vaxtdan bir müddət sonra mağaza fəaliyyətini dayandırdığı üçün Ramil məcburiyyət qarşısında qalaraq saxlanca verilmiş qadın geyim mallarını rəsmi olaraq 166 yük daşıma xidmətinə təhvil vermiş və bununla əlaqədar ərizə ilə aidiyyəti üzrə icra şöbəsinə məlumat vermişdir. Q.Qarayev prospekti, 81-ci məhəllə ünvanında yerləşən “AVVA” geyim əşyaları mağazasının birinci mərtəbəsində olan bütün qadın geyim mallarının hamısı onun tərəfindən Türkiyə Respublikasından alınaraq mağazaya gətirilirək üzərlərinə qiymət qoyulub satışa çıxarılmışdır. Sadəcə olaraq alınan bütün malların bəyannamələri mağazanın birinci mərtəbəsinin subicarəyə verilən şəxslərin adına rəsmiləşdirilmişdir. Buna səbəb isə alınan malların satışı 200000 manatı keçdiyi halda əlavə olaraq dəyər vergisi ödəməməkdən ötrü olmuşdur. Bu səbəbdən həmin ərəfələrdə mağazanın birinci mərtəbəsi Şahid3 anası Şövkət Cavadovanın adına subicarəyə verildiyi üçün Türkiyə Respublikasından aldığı bütün qadın geyim mallarının bəyannamələri sonuncunun adına rəsmiləşdirilmişdir. Nizami rayon icra şöbəsinin icra məmurları tərəfindən Bakı Kommersiya Məhkəməsinin 12 may 2023-cü il tarixli, e-16(113)-175/2023 saylı qərardadı ilə Nizami rayonu, Q.Qarayev prospekti, 81-ci məhəllə ünvanında yerləşən “AVVA” geyim əşyaları mağazasının 1-ci mərtəbəsinin 65 kv.m olan qeyri-yaşayış sahəsində yerləşən üzərinə həbs qoyularaq Ramilə saxlanca verilmiş qadın geyim malları ilə 166 yükdaşıma şirkətinə təhvil verilən qadın geyim mallarının eynilik təşkil etməməsi və üzərinə həbs qoyulan qadın geyim mallarının dəyişdirilərək başqa qadın geyim mallarının 166 yükdaşıma şirkətinə təhvil verilməsi barədə həmin vaxt orada iştirak etmədiyi üçün heç bir fikir bildirə bilmir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən onun həmin dövrdə veridiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. O, sözügedən ifadədə göstərmişdir ki, 2023-ci ilin fevral ayından həmin ilin iyul ayının əvvəllərinədək Bakı şəhəri Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “AVVA” geyim mağazasında satış məsləhətçisi kimi işləmişdir. Mağazada işə başlayan zaman müqavilədə işə götürən məsul şəxs kimi Təqsirləndirilən şəxs adı və soyadı qeyd edilmişdir. Mağazanın birinci mərtəbəsində yerləşən qadın geyimləri şöbəsində işləməyə başlamış və həmin şöbədə ondan başqa Emilya və Könül adlı xanımlar satıcı kimi, digər Könül adlı şəxs isə kassir kimi işləmişlər. Mağazanın ikinci mərtəbəsində isə kişi geyimləri şöbəsində Aynurə, Əfruz və Yusif adlı şəxslər satıcı kimi, Xəyalə adlı xanım isə kassir kimi fəaliyyət göstərmişlər. İşlədiyi dövr ərzində həmin mağazanın sahibi kimi Təqsirləndirilən şəxs və onun həyat yoldaşı Aytən adlı xanımı tanımışdır. Onlar ikisi də mağazanın hər iki mərtəbəsinə rəhbər kimi nəzarət etmişlər. İşlədiyi əmək haqqının bir hissəsini kart vasitəsilə, bir hissəsini nağd şəkildə almışdır. Nağd şəkildə verilməli məbləğ ona Təqsirləndirilən şəxs və ya həyat yoldaşı Aytən tərəfindən təqdim edilmişdir. İşlədiyi dövr ərzində demək olar ki, mağazada olan işçilər teztez dəyişmişdir. Hətta işlədiyi müddət ərzində dörd dəfə menecerlər dəyişmişdir. İşlədiyi müddət ərzində mağazanın birinci mərtəbəsində yerləşən qadın geyim mallarını Təqsirləndirilən şəxs həyat yoldaşı Aytən xanım Türkiyə Respublikasına gedərək oradan alıb mağazaya gətirmiş və həmin malların üzərinə qiymət qoyulandan sonra satıcılar satışı ilə məşğul olmuşlar. İşlədiyi dövr ərzində həmin mağazanın sahibi kimi Təqsirləndirilən şəxs və onun həyat yoldaşı Aytəni tanımış, Şövkət Cavadova adlı xanımı ümumiyyətlə görməmişdir. Şahid3 isə 2023-cü ilin may ayında bir neçə dəfə polis əməkdaşları ilə birlikdə işlədiyi mağazaya gələn zaman tanımış və həmin vaxt Şahid3 dediyinə görə bilmişdir ki, mağazanın işləməsinə Təqsirləndirilən şəxs ilə şərik olmuşdur. Sonradan Şahid3 ilə Təqsirləndirilən şəxs arasında problem yaranmış və bundan sonra Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, Şahid3 mağazanın səlahiyyətli sahibi deyil və mağazanın rəhbəri özüdür və onun göstərişi əsasında işləməlidirlər. Hətta həmin ərəfədə görmüşdür ki, Şahid3 icra məmurları ilə birlikdə mağazaya gələrək mağazanın birinci mərtəbəsində olan bir neçə sayda qadın geyim mallarının üzərinə həbs qoyularaq siyahıya alıb Təqsirləndirilən şəxs təhvil verərək həmin malların satışına qadağa qoyulmuşdur. Ondan sonra təxminən 10-15 gün mağazanın ikinci mərtəbəsi işləməsinə baxmayaraq birinci mərtəbəsində iş olmadığından işə çıxmamışlar. Sonradan “AVVA” firmasının baş ofisindən ona zəng olunaraq yenidən işə dəvət olunmuş və həmin mağazaya işə qayıdan zaman Təqsirləndirilən şəxs göstərişinə əsasən həyat yoldaşı Aytən xanımın Türkiyə Respublikasından aldığı və icra məmuru tərəfindən siyahıya alınaraq saxlanca verilmiş qadın geyim mallarını Təqsirləndirilən şəxs göstərişinə əsasən yenidən rəflərə düzərək satışı ilə məşğul olmuşlar. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 05 fevral 2024-cü il tarixli qərardan görünür ki, siyahıya alınmış əmlak barədə qanunsuz hərəkətlərin edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 303.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1-2) - 11 noyabr 2022-ci il tarixli, 02/2022 nömrəli subicarə müqaviləsinin və həmin müqaviləyə 04 aprel 2023-cü il tarixli əlavənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən (direktoru Şahid3 şəxsində) Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 81-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 130 kv.m olan qeyri yaşayış sahəsinin 30 kv.m olan hissəsi, həmin müqavilənin 04 aprel 2023-cü il tarixli 1 nömrəli əlavəsinə əsasən isə 65 kv.m olan hissəsi Cavadova Şövkət İsmayıl qızına icarəyə verilmişdir. (İ cild i.v.15-18) -Bakı Kommersiya Məhkəməsinin 12 may 2023-cü il tarixli, e-16(113)-175/2023 nömrəli qərardadının surətindən görünür ki, Cavadova Şövkət İsmayıl qızının müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 81-ci məhəllə ünvanında yerləşən “AVVA” adlı mağazanın 1-ci mərtəbəsinin 65 kv.m olan qeyri-yaşayış sahəsində yerləşən qadın geyim mallarının üzərinə həbs qoyulması, qərarın dərhal icra edilməsi, müvəqqəti təminat tədbirinin 1 ay müddətinə tətbiq edilməsi və 12 iyun 2023-cü il tarixdə müvəqqəti təminat tədbirinin qüvvədən düşməsi qərara alınmışdır. (İ cild i.v. 99-102) -Bakı Apellyasiya Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 16(103)-259/2023 nömrəli qərardadının surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 81-ci məhəllə ünvanında yerləşən “AVVA” adlı mağazanın 1-ci mərtəbəsinin 65 kv.m olan qeyri-yaşayış sahəsində yerləşən qadın geyim mallarının satışının qadağan edilməsi və üzərinə həbs qoyulması barədə Bakı Kommersiya Məhkəməsinin 12 may 2023-cü il tarixli, e-16(113)-175/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. (İ cild i.v. 94-97) -Bakı şəhəri Nizami rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqinin 20 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Şahid3 izahatında göstərdiyi paltarların üzərinə həbs qoyulana qədər Təqsirləndirilən şəxs tərəfindən satılmasının təşkil edilməsi, həmçinin Təqsirləndirilən şəxs izahatında göstərdiyi Şahid3 şirkətdən pul mənimsəməsi faktları mülki xarakterli mübahisə predmeti olduğundan həmin faktlarla bağlı cinayət işinin başlanması rədd edilmiş və tərəflərə mülki mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmuş, üzərinə həbs qoyulmuş əmlakın etibar olunmuş şəxs tərəfindən israf edilməsi, özgəninkiiəşdirilməsi, gizlədilməsi, həmçinin dəyişdirilməsi faktı, yəni Azərbaycan Respublikası CM-nin 303-cü maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətlərinin olması müəyyən edildiyi üçün və həmin maddə ilə istintaq aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin səlahiyyətinə aid olduğundan toplanmış material istintaq aidiyyəti üzrə Nizami rayon prokurorluğu vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilmişdir. (İ cild i.v. 244-249) -İcra vərəqəsinin və digər sənədlərin surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 12 may 2023-cü il tarixli, e-16(113)-175/2023 nömrəli qərardadı əsasında 12 may 2023-cü il tarixdə icra vərəqəsi verilərək aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon icra şöbəsinə göndərilmiş, 15 may 2023-cü il tarixdə həmin icra şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və eyni tarixdə "xxxx" MMC-yə tələbin könüllü icrası haqqında müvafiq bildiriş göndərilmişdir. (İİ cild i.v 25-27) - 15 may 2023-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Şahid2 tərəfindən müvafiq şəxslərin iştirakı ilə Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 81-ci məhəllə ünvanında yerləşən “AVVA” geyim əşyaları mağazasının 1-ci mərtəbəsinin 65 kv.m olan qeyri yaşayış sahəsində yerləşən 631 ədəd əlbisə (qadın kastyumu) geyim dəsti, 21 ədəd qadın vetrovkası, 211 ədəd qadın şalvarı, 25 ədəd qadın yubkası, 34 ədəd qadın köynəyi, 305 ədəd qadın koftası siyahıya alınaraq, həmin malların foto və video çəkilişləri aparılaraq üzərlərinə həbs qoyulmuş, bu barədə akt tərtib edilmiş və saxlanc üçün "xxxx" MMC-nin təsisçisi Təqsirləndirilən şəxs təhvil verilmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət izah olunmuşdur. Sonuncu da həmin aktı imzalamaqla təsdiq etmişdir. (İİ cild i.v 30-31) - 23 may 2023-cü il tarixli aktdan, müqavilədən və digər sənədlərdən görünür ki, Şahid8 “166” yük daşıma xidmətinin anbarına 22 ədəd paketdə qadın geyim mallarını təhvil vermiş və həmin tarixdə Təqsirləndirilən şəxs müvafiq akt üzrə siyahıya alınaraq ona saxlanc üçün təhvil verilmiş qadın geyim mallarının qorunması məqsədi ilə “166” yük daşıma xidmətinə təhvil verməsi barədə Bakı şəhəri Nizami rayon icra şöbəsinə ərizə ilə məlumat vermişdir. (İİ cild i.v. 35-40). -Ərizələrin, xəbərdarlığın və qərarın surətlərindən görünür ki, Cavadova Şövkət İsmayıl qızının üzərinə həbs qoyulmuş əmlakın satışda olması barədə müraciətlərindən sonra, Bakı şəhəri Nizami rayon icra şöbəsi tərəfindən "xxxx" MMC-yə rəsmi xəbərdarlıq edilərək həmin əmlakın təqdim olunması tələb edilmiş, lakin əmlak təqdim olunmamış, 12 iyun 2023-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinin qərardadının qüvvədə olma müddəti başa çatdığından icra məmuru tərəfindən 13 iyun 2023-cü il tarixdə icra sənədi üzrə icraata xitam verilmişdir. (İİ cild i.v. 45-54, i.v. 58, i.v. 60) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 yanvar 2024-cü il tarixli, 9/9908 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, iş materiallarında olan məlumatlarda və fotoşəkillərdə əksini tapmış geyim əşyaları ilə ekspertiza tədqiqatına təqdim edilmiş geyim əşyaları uyğunluq (eynilik) təşkil etmir. Belə ki, aparılmış vizual tədqiqat zamanı fotoşəkillərdə əksini tapmış geyim əşyalarının modeli (tikiliş forması, teksturu, dizayn forması və s.) təqdim edilmiş geyim əşyalarının modelindən fərqlənir. (İİ cild i.v.73-77) - 11 iyul 2024-cü il tarixli qərardan görünür ki, X3 Azərbaycan Respublikası CM-nin 303.1-ci maddəsi ilə nəzərdə tutulan elan edilmiş ittiham qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxs X1 ifadəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakterli sübut növü kimi qiymətləndirilmiş və ifadəsində göstərdiyi xüsusatlar cinayət işi üzrə dindirilmiş şahid ifadələri ilə tam təkzib edildiyi üçün həmin hissədə sübut kimi qiymətləndirilməmiş, "xxxx" Group MMC tərəfindən vergi öhdəliklərinin düzgün icra edilib- edilməməsi və bu əməllərlə vergilərdən yayınıb-yayınmamaları barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində araşdırma aparılmasından ötrü istintaq edilən cinayət işindən material ayrılmış və Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. (İİİ cild i.v. 161-175) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 303.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 303.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Eyni Məəcllənin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə görə, siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlakın etibar olunmuş şəxs tərəfindən israf edilməsi, özgəninkiləşdirilməsi, gizlədilməsi, həmçinin dəyişdirilməsi cinayət məsuliyyətinə səbəb olur. Qeyd olunan hərəkətlərin edildiyi andan cinayət başa çatmış hesab olunur və belə cinayət, ədalət mühakiməsi əleyhinə olan cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs və müdafiəçisinin, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 303.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, cinayətprosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 303.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 303.1-ci maddəsinə əsasən siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlakın etibar olunmuş şəxs tərəfindən israf edilməsi, özgəninkiləşdirilməsi, gizlədilməsi, həmçinin dəyişdirilməsi, habelə üzərinə həbs qoyulmuş pul vəsaitləri (əmanətləri) ilə bank əməliyyatlarının, o cümlədən ödəniş əməliyyatlarının bank və ya digər ödəniş xidməti təchizatçısının nümayəndəsi tərəfindən həyata keçirilməsi - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (İİ cild i.v. 127) -Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X4 19 fevral 2009-cu il tarixdə, X5 23 avqust 2010-cu il tarixdə doğulmuşlar. (İİİ cild i.v. 97-100) - 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İİİ cild i.v. 101-102) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 303.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 303.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 303.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 303.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1200 (bir min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 33 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 198 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar