Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-484/2025 14.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1988-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat qaydasında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində yaşadığı ünvan 1 ünvanında arvadı Zərərçəkmiş şəxs ona mənzillərinin təmirinin yekunlaşdırmaması ilə əlaqədar irad bildirdikdən sonra aralarında ailə-məişət zəmnində baş vermiş mübahisə zamanı sonuncunun kobud ifadə işlətməsi səbəbindən o qəsdən əli ilə bir neçə dəfə Zərərçəkmiş şəxs qol və kürək nahiyələrinə vuraraq sonuncuya ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid boynun arxa səthinin aşağı hissəsinin şişkinlik halında əzilməsi ilə müşayiət olunan bədən xəsarətləri yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, barəsində şikayət ərizəsi ilə müraciət etmiş arvadı Zərərçəkmiş şəxs ilə 2016-cı ildə ailə həyatı qurmuşdur. Bu evliklərindən iki övladları vardır. Bir neçə gündür ki, yaşadıqları mənzildə təmir işləri aparır. xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində yaşadıqları mənzildə olan zaman arvadı Natəvan nə səbəbdən işləri yarımçıq saxladığını soruşan zaman maddi vəziyyətinin yaxşı olmadığını, material ala bilmədiyini söyləmişdir. Bu zaman Natəvan pulun yoxdursa niyə təmirə başlamısan sözünü bildirdikdə aralarında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı Natəvan kobud şəkildə cavab verərək tez bir zamanda həll etməyini bildirmişdir. O, arvadı Zərərçəkmiş şəxs kobud ifadə işlətməsindən sonra üzərinə gedərək bir neçə dəfə sol qol nahiyəsinə yumruqla vurduqdan sonra mənzildə olan plasmas oturacaqla kürək nahiyəsinə vurmuşdur. Təxminən 5 dəqiqə sonra onların mübahisəsi sonlanmış, mübahisə təxminən 5 dəqiqə ərzində davam etmiş, mübahisə zamanı mənzildə kənar şəxs olmadığı üçün hadisəyə şahid olmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini və zərərçəkmiş şəxsə vurulmuş zərəri aradan qaldıraraq, zərəçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, barəsində şikayət ərizəsi ilə müraciət etdiyi əri Təqsirləndirilən şəxs ilə 2016-cı ildə ailə həyatı qurmuşdur. Onların evliliklərindən iki övladları vardır. Bir neçə gündür ki, əri Təqsirləndirilən şəxs yaşadıqları mənzildə təmir işləri aparır. xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində yaşadıqları mənzildə olan zaman Elvinə nə səbəbdən işləri yarımçıq saxladığını soruşan zaman o maddi vəziyyətinin yaxşı olmadığını, material ala bilmədiyini söyləmişdir. Bu zaman ona nə səbəbdən təmirə başlamasını bildirdikdə aralarında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı əri Elvinə kobud şəkildə cavab verərək tez bir zamanda həll etməsini bildirmişdir. Onun bu sözündən sonra Elvin üzərinə gələrək bir neçə dəfə sol qol nahiyəsinə vurduqdan sonra o mənzildə olan plasmas oturacaqla kürək nahiyəsinə vurmuşdur. Təxminən 5 dəqiqə sonra mübahisələri sonlanmış, mübahisə təxminən 5 dəqiqə ərzində davam etmiş, mübahisə zamanı mənzildə kənar şəxs olmadığı üçün hadisəyə şahid olmamışdır. Sonda zərərçəkmiş Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs ilə artıq barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini və ondan heç bir şikayətinin olmadığını bildirərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi, onun müdafiəçisini və zərərçəkmiş şəxsi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan canlı şəxsin ekspertizasının vətəndaş Zərərçəkmiş şəxs aşkar olunmuş – boynun arxa səthinin aşağı hissəsinin şişkinlik halında əzilməsi – bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən vurulması nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, qeyd olunan xəsarət müxtəlif şəraitlərdə törənə bilərdi, lakin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılması nəticəsində alınması inkar olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi barəsində cinayət işi başlanılmış və baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-405/2022 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətindən azad edilərək cinayət təqibinə xitam verilmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 2 ünvanında baş vermişdir. Qeyd olunan yaşayış binası yataqxana tipli yaşayış binasıdır. Qeyd olunan yataqxanada məcburi köçkünlərlə bərabər digər sakinlər də yaşayır. Hadisənin baş verdiyi mənzil 01 otaq və 01 dəhlizdən ibarətdir. Hadisənin baş verdiyi mənzilin ümumi sahəsi 18 kv.m–dir. Mənzilin giriş qapısı dəmir materialdandır. Mənzilə daxil olan da dəhliz, düz istiqamətdə isə bir otaq yerləşir. Mənzilin otağında divan, soyuducu, televizor, kiçik mətbəx hissəsi və digər əşyalar vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X3 tərəfindən Bakı şəhər Nizami Rayon Polis İdarəsinin 24-cü PŞ-nin baş təhqiqatçısı Həsən Məmmədova ünvanlanmış xx.xx.2025-ci il tarixli 19/517146 saylı məktubundan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qeyd edilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X4 tərəfindən xx.xx.2025-ci il tarixli 3-28-29/2-6090/2025 saylı məktbun surətindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə qeyd edilən xəstəxanada müalicə almamışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi yuxarıda qeyd olunan kifayət qədər toplanmış əsaslı iş materialları ilə sübuta yetirildiyindən, məhkəməyədək sadələşdirilmiş icraat materialının Nizami Rayon Prokurorluğu vasitəsilə Bakı şəhər Nizami Rayon Məhkəməsinə göndərilməsi və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkibi yaranmadığından cinayət təqibinin rədd edilməsi qərara alınmışdır. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilə zərərçəkmiş Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-405/2022 saylı qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödənilmiş və zərərçəkmişlə şəxslə barışıq əldə etdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətindən azad edilərək cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72–74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs cinayət nəticəsində zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödədiyi və zərərçəkmişlə şəxslə barışıq əldə etdiyindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində başlanılmış cinayət təqibinə xitam verilmişdir. Belə olan halda hazırki iş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması onun məsuliyyətdən azd olunması və barəsində olan sadələşdirilmiş icraat qaydasında materialın təqibinə xitam verilməsi üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş zərəri aradan qaldıraraq zərəçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində bir azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir sadələşdirilmiş icraat qaydasında material üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki sadələşdirilmiş icraat qaydasında material üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat qaydasında material üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 04 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 44 manat (4x11) məbləğində əmək haqqı Bakı şəhəri 06 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 1.000 (bir min) manat məbləğində cərimə növündə cəza təyin edilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs 04 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X1 44 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №1(007)-484/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-484/2025
14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver