Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-488/2023 26.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1959-cu ildə Ermənistan Respublikası, Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orla təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin avtobus parkında sürücü işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 10-cu döngə, ev 49-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixdə, saat 21:55 radələrində texniki cəhətdən saz vəziyyətdə, yol vərəqəsi əsasında idarə etdiyi, "xxxx" MMC-yə məxsus, «KARSAN ATAK» markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi ilə R.Rüstəmov küçəsinin kəsişməsindən üzü Babək prospekti istiqamətində saatda 30-40 km sürətlə iki zolaqlı yolun sol zolağı ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyərək ünvan 1 ünvanının qarşısında, yolu sağdan sola keçən piyada X6 avtobusun qabaq sol künc və ön şüşə hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncuya, ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa agır zərər vurmaya aid baş beyinə, onun qişalarına və mədəciklərinə qansızmalar, alın sümüyünün sağ göz yuvasının üst divarının kəllə əsasına keçən sınıqları, sağ mil-bilək oynağının çıxığı və sınığı, sağ qaşın əzilmişcırılmış yarası, hər iki gözətrafının hematomaları, burun belinin sağ tərəfinin, sol əlin arxa səthinin, sol dizin, sol budun ön-iç səthinin, sol baldırın iç səthinin, sağ saidin iç və ön-iç səthinin, sağ əlin İİ, İİİ, İV barmaqlarının arxa səthinin sıyrıqları, sağ yanaq nahiyəsinin, sağ dirsək çuxurunun, sağ bazunun ön səthinin, sağ çiyin qurşağının ön səthinin, sağ əlin arxa səthinin qançırlarından ibarət xəsarətlər yetirmiş, həmin xəsarətlərdən başın küt travması nəticəsində kəllə əsasının sınıqları ilə müşayiət olunan baş beyinə, qişalarına və mədəciklərinə qansızma X5 ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 20 ilə yaxındır ki, "xxxx" MMC-yə məxsus, hazırda isə «KARSAN ATAK» markalı **-JZ-*** dövlət-qeydiyyat nişanlı avtobusu idarə etmişdir. 14 fevral 2023cü il tarixdə, saat 21:55 radələrində qeyd etdiyi avtobusla Nizami rayonu, B.Çobanzadə küçəsi ilə üzü Babək prospekti istiqamətində təxminən saatda 30-40 km sürətlə yolun sol hərəkət zolağı ilə hərəkətdə olarkən Nizami rayonu ərazisində Çobanzadə küçəsində yerləşən “Sultan" şadlıq sarayının qarşısında idarə etdiyi avtobusun qabaq sol künc hissəsindən ön şüşəyə nə isə dəydiyini hiss etmiş və piyadanı vurduğunu başa düşmüşcür. Həmin vaxt yolun əks istiqamətində gələn avtomobilin işığı gözünə düşdüyü üçün o, həmin piyadaların haradan gəldiyini görməmişdir. Avtobusu yolun sağ tərəfinə çəkib saxlayıb yerə düşəndə yolun ortasında iki nəfər piyadanın yerdə uzanıqlı vəziyyətdə olduğunu, birinin baş nahiyəsindən xəsarət aldığını görmüş, digərində isə xəsarət görməmişdir. Həmin şəxsləri avtobusla həkimə aparmaq istəsə də, ətrafda olan tanımadığı şəxslər təcili tibbi yardıma zəng etdiklərini bildirmiş, ona görə də onlar təcili tibbi yardım gözləmiş, 5-10 dəqiqə keçməmiş təcili tibbi yardım maşını gəlmiş, həmin yaralıları 3 Saylı şəhər xəstəxanasına aparmışdır. O, həmin vaxt hadisənin təsirindən şokda olmuş, daha sonra avtobusun qabaq tərəfinə baxanda avtobusun qabaq sol künc hissəsi və ön şüşəsinin yararsız hala düşdüyünü görmüş, avtobusda başqa zədə olmamışdır. Orada olan digər SAİPA markalı avtomobilin sürücüsü DİN-in 102 xidmətinə zəng etdiyini bildirmiş, sonra polis əməkdaşları gəlmiş, o və SAİPA markalı avtomobilin sürücüsü olan bir nəfər cavan oğlan özlərini polis əməkdaşlarına təqdim edərək sürücülərin onlar olduğunu bildirmişlər. Sonradan xəsarət almış X5 xəstəxanada öldüyünü, digər piyadanın isə xəstəxananın reanimasiya şöbəsində olduğunu öyrənmişdir. Hadisə baş verən zaman onun idarə etdiyi avtobusda 10-12 nəfər sərnişin olmuş, hadisə zamanı nə o, nə də avtobusda olan heç bir sərnişin heç bir xəsarət almamışdır. O, piyadaların avtobusa dəydikdən sonra yolun əks istiqamətində gələn avtomobilə dəydiyini görməmiş, spirtli içki qəbul etməmişdir. Hadisə zamanı idarə etdiyi «KARSAN ATAK» markalı **-JZ-*** dövlətqeydiyyat nişanlı avtobus saz vəziyyətdə olmuşdur. Hazırda zərərçəkənin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş tərəfin ondan şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməlini törətməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X8 onun dayısı oğludur. 14 fevral 2023-cü il tarixdə, saat 20 radələrində Amin ilə Nizami rayonu, B.Çobanzadə küçəsində görüşüb yaxınlıqda olan “Sultan" şadlıq sarayının birinci mərtəbəsində yerləşən kafedə şam etmək qərarına gəlmiş, şadlıq sarayının qarşısına çatdıqda özlərinə siqaret və su almaq üçün qarşı tərəfdə yerləşən marketə getmək istəmişlər. Bu zaman avtomobil yolunu keçərkən soldan avtomobil gəlmədiyinə əmin olduqdan sonra yolu keçməyə başlamış, yolun ortasında olan hərəkət istiqamətini ayıran qoşa xəttin üzərinə çatdıqda o, sağ tərəfdən avtomobillərin gəldiyini görüb qoşa xəttin üzərində dayanmışdır. Həmin avtomobil də onu görüb sürətini azaltmışdır. Ondan bir qədər arxada gələn Amin sol tərəfdən ona yaxınlaşıb qoşa xəttin üzərinə çatdıqda sol tərəfdən gələn, sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi 81 saylı marşrut üzrə hərəkət edən «KARSAN ATAK» markalı **-JZ-*** dövlətqeydiyyat nişanlı avtobus qabaq hissəsi ilə onların ikisini yolun ortasında, qoşa xəttin üzərində vurmuşdur. Amin zərbənin təsirindən yerə yıxılmış, o isə müvazinətini saxlaya bilməyib sağ tərəfdən gələrək onların qarşısından keçən, adı sonradan ona məlum olan Şahid2 idarə etdiyi, «SAİPA SAİNA» markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol orta hissəsinə dəyib yerə yıxılmışdır. Bundan sonra onu və Amini hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobilində xəstəxanaya aparmışlar. Hadisə nəticəsində onun daxili orqanları zədələndiyindən və qabırğalarının bəziləri sındığından xəstəxanada müalicə olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 1 il 6 aydır ki, "xxxx" MMC-yə məxsus, «SAİPA SAİNA» markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında icarəyə götürüb taksi kimi fəaliyyəti göstərir. 14 fevral 2023-cü il tarixdə, saat 21:55 radələrində qeyd etdiyi avtomobillə Nizami rayonu, B.Çobanzadə küçəsi ilə Babək prospekti istiqamətindən üzü “Sultan" şadlıq sarayı istiqamətində təxminən saatda 50-60 km sürətlə yolun sol hərəkət zolağı ilə hərəkətdə olarkən, iki nəfər piyadanın “Sultan” şadlıq sarayının qarşısında qoşa xəttin üzərində dayandığını 7-8 metr məsafədən görmüşdür. O, piyadaların yanından keçən zaman idarə etdiyi maşının sol yan orta tərəfindən zərbə hiss etmiş, maşını yolun sağ tərəfinə çəkib saxlamış, yerə düşəndə idarə etdiyi avtomobilin əks istiqamətində hərəkətdə olan avtobusun həmin piyadaları vurduqdan sonra zərbənin təsirindən hənin şəxslərdən birinin onun maşınının sol orta hissəsinə dəydiyi ona aydın olmuşdur. O, hadisə yerinə çatanda artıq yolun ortasında iki nəfər piyadanın yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüş, ətrafdakı şəxslər təcili tibbi yardıma, o da DİN-in 102 zəng xidmətinə zəng etmiş və hadisə barədə məlumat vermişdir. O, avtomobilinə baxanda avtomobilin sol orta hissəsinin, yəni qapıların əzildiyini və sol tərəf yan güzgünün isə qırılıb düşdüyünü görmüş, avtomobildə başqa heç bir zədə olmamışdır. Sonra hadisə yerinə təcili tibbi yardım gəlmiş, hər iki yaralını 3 Saylı şəhər xəstəxanasına aparmışdır. Sonra polis əməkdaşları gəlmiş, o və avtobusun sürücüsü olan bir nəfər yaşlı kişi özlərini polis əməkdaşlarına təqdim edərək sürücülərin onlar olduğunu bildirmişlər. Sonradan xəsarət almış Amin adlı piyadanın xəstəxanada öldüyünü, digər piyadanın isə xəstəxananın reanimasiya şöbəsində olduğunu öyrənmişdir. O, piyadaların avtobusa dəydiyini görməmişdir. Hadisə zamanı idarə etdiyi «SAİPA SAİNA» markalı **-PY-*** dövlətqeydiyyat nişanlı avtomobil saz vəziyyətdə olmuşdur. Hadisə zamanı o, heç bir xəsarət almamışdır. Məhkəmə istintaqı zamanı zərərşəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tariuxdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərərşəkmiş şəxsin hüquqi varisi X3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Budaqov Amin onun yeganə oğul övladıdır. Başqa oğlu yoxdur. Ancaq 4 qız övladı vardır. Amin onunla bir evdə yaşamış, evli olmuş, iki azyaşlı övladı olmuşdur. Övladlarından birinin 8, digərinin isə 1 yaşı omuşdur. Amin 14 fevral 2023-cü il tarixdə, axşam saat 18 radələrinə qədər evdə olmuşdur. Saat 18 radələrində evdən çıxıb şəhərdə dostları ilə görüşməyə getmişdir. Həmin gün saat 22 radələrində onlara zəng edib Amini Nizami rayonu ərazisində maşın vurması barədə məlumat vermişlər. Amini Sabunçu xəstəxanasına aparmışlar. O, xəstə olduğu üçün xəstəxanaya gedə bilməmişdir. Aminin anası və bacısı xəstəxanaya getmişlər. Sonra Aminin rəhmətə getdiyindən xəbər tutmuşdur. Evə gəldikdən sonra Nizami rayonu Çobanzadə küçəsində Sultan şadlıq sarayının qarşısında yolu keçən zaman Amini avtobus vurduğunu öyrənmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ildən 81 saylı marşrut xəttində kolon rəisi işləyir. Vəzifəsi 81 saylı marşrut üzrə xəttə çıxan avtobusların texniki vəziyyətinə və sürücülərin xəttə buraxılmasına nəzarət etməkdir. Aylıq sürücülərə yol vərəqi yazılır və avtobuslar qarajda saxlanılır, hər səhər sürücülər gəlib tibbi müayinədən keçib maşını götürüb xəttə çıxırlar. Yol vərəqini o, mexanik və sürücünün özü imzalayır. 14 fevral 2023cü il tarixdə saat 21:55 radəlorində 81 saylı marşrut üzrə hərəkət edən «KARSAN ATAK» markalı **-JZ-*** dövlət- qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs ona zəng vuraraq idarə etdiyi avtobusla Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi ilə R.Rüstəmov küçəsinin kəsişməsindən üzü Babək prospekti istiqamətində marşrut üzrə hərəkətdə olarkən ünvan 2 ünvanının qarşısında yolu sağdan sola keçmək istəyən iki piyadanı vuraraq yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. O, dərhal hadisə yerinə yollanmışdır. Hadisə yerinə gəldikdə sürücü ona yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış piyadaların təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparıldıqlarını bildirmişdir. O, dərhal 3 saylı şəhər kliniki xəstəxanasına yollanmışdır. Xəstəxanada olarkən yol nəqliyyat hadisəsi zamanı xəsarət almış piyadalardan birinin, yəni adı sonradan ona məlum olan X5 vəfat etdiyini, digər piyada Şahid1 isə voziyyətinin ağır olduğunu öyrənmişlər. Əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə şirkət arasında əmək müqaviləsi bağlanmışdır. Bütün avtobus sürücüləri səhər saatlarında xəttə çıxmamışdan əvvəl mütləq qaydada tibbi müayinədən keçiri irlər. Lakin günorta saatlarında xəttə çıxan sürücülər qarajda deyil marşrut xəttində olan metronun "Neftçilər'’ və ya “Xalqlar Dostluğu” stansiyalarının yaxınlığında olan avtobus dayanacaqlarında tibbi müayinədən keçirlər. Sürücü Təqsirləndirilən şəxs həmin gün günorta saatlarında xəttə çıxmışdır. Arif marşrut xəttində olan metronun "Neftçilər” və ya “Xalq ar Dostluğu” stansiyalarının yaxınlığında olan avtobus dayanacaqlarında tibbi müay nədən keçməli olmuşdur. Arifin tbbi müayinədən keçib-keçmədiyi barədə dəqiq məlumatı yoxdur. Sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi «KARSAN ATAK» markalı **-JZ-*** dövlətqeydiyyat nişanlı avtobus texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, fərdi olaraq Nizami rayonu ərazisində, Çobanzadə küçəsində yerləşən “Sultan” şadlıq sarayının qarşısında parklanan avtomobillərə köməklik göstərir. 14 fevral 2023-cü il tarixdə, saat 21:55 radələrində işlədiyi «Sultan» şadlıq sarayının qarşısında olan zaman əvvəllər tanımadığı iki nəfər şəxs şadlıq sarayının kafesindən çıxıb avtomobil yolunu qarşı tərəfə keçməyə başlamışlar. Həmin iki şəxs yolu yarıyadək keçdikdən sonra əks tərəfdən gələn avtomobilə yol vermək üçün yolun ortasında olan qoşa xəttin üzərində dayanmışlar. Bu zaman Nizami rayonu, B.Çobanzadə küçəsi ilə üzü Babək prospekti istiqamətində hərəkətdə olan dövlət qeydiyyat nişanını xatırlamadığı 81 saylı marşrut üzrə hərəkət edən avtobus yolun ortasında, qoşa xəttin üzərində dayanmış həmin iki piyadanı vurmuşdur. Zərbədən sonra avtobusa yaxın olan, yəni zərbənin ilk dəydiyi şəxs, adı sonradan ona məlum olan X8 avtobusun qarşısırda yıxılmışdır. Digər piyada isə, yəni Amindən nisbətən aralıda olan piyada zərbənin təsirindən qarşı tərəfdən hərəkətdə olan SAİPA markalı avtomobilin yan tərəfinə dəymişdir. 5-10 dəqiqə keçməmiş təcili tibbi yardım avtomobili gəlmiş və həmin piyadaları xəstəxanaya aparmışlar. Əlavə suallara cavab olaraq bildirmişdir ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş X7 SAİPA markalı avtomobilə dəymədiyini dəqiq görmüş, SAİPA markalı avtomobilin yan hissəsinə digər piyada dəymişdir. Həmin piyada Amin Budaqovdan bir qədər aralıda durmuşdur. İlkin zərbə də Amin Budaqova dəymişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 48 №-lı rəyi ilə müəyyən edilmişdir ki, X5 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: baş beyinə, onun qişalarına və mədəciklərinə qansızmalar, alın sümüyünün sağ göz yuvasının üst divarının kəllə əsasına keçən sınıqları, sağ mil-bilək oynağının çıxığı və sınığı, sağ qaşın əzilm ş-çırılmış yarası, hər iki gözətrafının hematomaları, burun belinin sağ tərəfinin, sol əlin arxa səthinin, sol dizin, sol budun ön-iç səthinin, sol baldırın iç səthinin, sağ saidin iç və ön-iç səthinin, sağ əlin İİ, İİİ, İV barmaqlarının arxa səthinin sıyrıqları, sağ yanaq nahiyəsinin, sağ dirsək çuxurunun, sağ bazunun ön səthinin, sağ çiyin qurşağının ön səthinin, sağ əlin arxa səthinin qançırları. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür. Xəsarətlər dərəcələrinə görə şərti olaraq aşağıdakı qruplara bölünmüşlər: İ qrupda: baş beyinə, onun qişalarına və mədəciklərinə qansızına ilə müşayiət olunan kəllə əsasına keçən alın sümüyünün sınığı dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa AGİR zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə birbaşa səbəbli əlaqələri vardır. İİ qrupda: sağ mil-bilək oynağının çıxığı və sınığı dərəcəsinə görə canlı şəxslərdə sağlahılığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AGİR zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə birbaşa səbəbli əlaqələri yoxdur. İİİ qrupda: sağ qaşın əzilmiş-çır İmiş yarası, hər iki gözətrafının hematomaları dərəcələrinə görə canlı şəxslərdə həm ayrıayrılıqda, həm də ki, ümumilikdə sağlamlığın qısa müddbtə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə səbəbli əlaqələri yoxdur. İV qrupda: burun belinin sağ tərəfin n, sol əlin arxa səthinin, sol dizin, sol budun ön-iç səthinin, sol baldırın iç səthinin, sağ saidin iç və ön-iç səthinin, sağ əlin İİ, İİİ, İV barmaqlarının arxa səthinin sıyrıqları, sağ yanaq nahiyəsinin, sağ dirsək çuxurunun, sağ bazunun ön səthinin, sağ çiyin qurşağının ön səthinin, sağ əlin arxa səthinin qançırları canlı şəxslərdə həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığa zərər vurmayan dərəcələri təyin edilməyən xəsarətlərin əlamətlərini daşıyırlar. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə istinad edərək qeyd etmək olar ki, həmiq xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomobillərin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər, bu zaman şəxs çox güman ki, şaquli vəziyyətdə olmuşdur və ilkin zərbə onun başının sağ hissəsinə yetirilmişdir. Mərhum A.M.Budaqovun ölümünə səbəb başın küt travması nəticəsində kəllə əsasının sınıqları ilə müşayiət olunan baş beyinə, qişalarına və mədəciklərinə qansızma olmuşdur, meyit meyitxanada müayinə olunduğu vaxtdan təxminən 12-16 saat əvvəl baş verə bilərdi. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli T 414/2023 №-lı rəyi ilə müəyyən edilmişdir ki, X5 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı sağ qaşın əzilmiş yarası, alın sümüyünün sağ göz yuvasının ön divarının kəllə əsasına keçən sınıqları, baş beyinə, onun qişaları və mədəciklərinə qansızma, sağ milbilək oynağının çıxığı və sınığı, hər iki gözətrafının hematoması, burun belində sağda, sol əlin arxa səthində, sol diz, sol baldır, sağ said, sağ əlin sıyrıqları, sağ yanaq, sağ dirsək çuxuru, sağ bazu, sağ çiyin qurşağı və sağ əlin qançırları müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər böyük fiziki qüvvəyə malik küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərildiyi kimi 14.02 2023-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi zamanı piyadanın vurulması nəticəsində yarana bilərdilər, dərəcəsinə görə sağ qaşın əzilmiş-cırılmış yarası, sağ göz orbitinin kəllə əsasına keçən sınıqları, baş beyin qişaları və mədəciklərə qansızma canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya, sağ mil-bilək oynağının çıxıq və sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir, digər sıyrıq və qançırlar isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Mərhum A.M.Budaqovda aşkar edilən xəsarətlərin xarakteri və lokalizasiyasına əsasən onların yaranma mexanizmini belə izah etmək olar: zərərçəkmiş vertikal və ya ona yaxın vəziyyətdə olarkən hərəkətdə olan «KARSAN ATAK» avtobusun sol qabaq-yan səthi ilə onun alnının sağ hissəsi toqquşmuş, nəticədə ağır kəllə-beyin travması, sağ mil-bilək oynağının snıq-çıxığı, burun belində sağda, sağ said və sağ əldə sıyrıqlar, sağ yanaq, sağ bazu, sağ çiyin qurşağı və sağ əldə qançırlar yaranmış, sonrakı etapda piyadanın atılmasından sonra onun yol örtüyünə çırpılmasından sol əlin arxa səthir də, sol diz oynağı, sol bud, sol baldırda sıyrıqlar yaranmışdır. Mərhum A.M.Budaqovun ölümünə səbəb ağır açıq kəlləbeyin travması nəticəsində baş beynin zədələnməsi olmuşdur. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 04 may 2023-cü il tarixli 8/967 №-li rəyi ilə müəyyən edilmişdir ki, “Karsan Atak” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs piyadalar A.Budaqovun və R.Tamoyevin vurulması ilə əlaqədar hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş üzrə xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “Karsan Atak” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtobus iş üzrə maddi sübut kimi tanınmış və avtobusun sahibi "xxxx" MMC-yə qaytarılması nəzərə alınmış, xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsinin baş verdiyi ünvan 1 ünvanının qarşısında quraşdırılmış TŞ 4-072 nömrəli videomüşahidə qurğusunun 1-ci kamerası vasitəsilə 21:50:00-dan 22:00:00-dək olan müddət ərzində qeydə alınmış video görüntünü özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışığın əldə olunması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınır. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X1 notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən təqsirləndirilən şəxsə qarşı hər hansısa şikayət və tələbinin olmadığı, təqsirləndirilən şəxslə barışdığı müəyyən edilmişdir. İş materiallarında olan AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs İslan oğlu Bakı Hərbi Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən AR CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 09 ay 14 gün islah işləri cəzasına məhkum edilmişdir. CM-nin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, dəymiş ziyanla bağlı zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Karsan Atak” markalı **- JZ-*** markalı dövlət qeydiyyat nişanlı avtobusun sahibi "xxxx" MMC-yə geri qaytarılması nəzərə alınmalı, xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsinin baş verdiyi ünvan 1 ünvanının qarşısında quraşdırılmış TŞ 4-072 nömrəli videomüşahidə qurğusunun 1-ci kamerası vasitəsilə 21:50:00-dan 22:00:00-dək olan müddət ərzində qeydə alınmış video görüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay (bir il altı ay) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il 06 ay (üç il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan “Karsan Atak” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusun sahibi "xxxx" MMC-yə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsinin baş verdiyi ünvan 1 ünvanının qarşısında quraşdırılmış TŞ 4-072 nömrəli videomüşahidə qurğusunun 1-ci kamerası vasitəsilə 21:50:00-dan 22:00:00-dək olan müddət ərzində qeydə alınmış video görüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 210 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-488/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-488/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver