Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-489/2022 24.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nda yaşayan, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 oktyabr 2022-ci il tarixdə saat 07 radələrində birgə yaşadıqları ünvan 3 ünvanında arvadı Zərərçəkmiş şəxs ona mobil telefonla başqa şəxslərlə yazışmasına irad bildirərək təhqir etməsi səbəbindən aralarında ailə-məişət münaqişəsi zəmnində yaranmış mübahisə zamanı qəsdən əli ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə vuraraq sonuncuya boynun ön-sol yarısının şişkinlik halında əzilməsi, sol çənə bucağının qançırı, sol bazunun ön iç səthinin hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 2017-cu ildə Nübarla ailə həyatı qurmuş və bu nikahdan iki övladları var, mehriban ailədirlər. xx.xx.2022-ci il tarixdə saat 07 radələrində yaşadıqları ünvan 4 ünvanında olan zaman arvadı X2 onun telefonla kiməsə mesaj yazmağına irad bildirmişdir. Bu isə mübahisəyə səbəb olmuşdur. Nübar onu əli və masanın üzərində olan ütü ilə vurmağa çalışması onu daha da əsəbləşdirdiyindən o, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən əli ilə vurmuşdur. Hadisə xx.xx.2022ci il tarixdə saat 07 radələrində ünvan 5 ünvanında baş vermişdir. Hadisə 3-4 dəqiqə davam etmişdir. O, arvadı Nübarı onun telefonunda mesaj yazdığına görə ona iradını bildirməsi səbəbindən əli ilə Nübarın bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Hadisə baş verən zaman mənzildə ikisi olduğundan hadisənin başqa heç kim şahidi olmayıb. İcraat zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2017-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və həmin nikahdan iki azyaşlı övladları var. xx.xx.2022-ci il tarixdə yaşadıqları ünvan 4 ünvanında olan zaman əri Təqsirləndirilən şəxs telefonla kiməsə mesaj yazmışdır. Bu zaman o Nurlanla mübahisə edib kiminlə yazışmasını soruşmuş və Nurlanın ünvanına təhqiredici ifadələr işlətmişdir. Sonra isə əli ilə onu vurmağa çalışmış və masanın üzərində olan ütü ilə Nurlanı vurmaq istəyən zaman Nurlan ütünü əlindən alaraq yerə qoymuş və Nurlan onun bədəninin müxtəlif nahiyyələrinə əli ilə vurmuşdur. Hadisə xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 21, mənzil 5 ünvanında baş vermişdir. Hadisə təxminən 4-5 dəqiqə davam etmişdir. Əri Nurlan bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Hadisə baş verən zaman mənzildə ikisi olmuşlar, başqa heç kim hadisənin şahidi olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs vəsatət verərək, böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə, zərərçəkmişlə barışıq əldə etdiyinə görə onu cinayət məsuliyyətindən azad etməyi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində ittiham irəli sürülmüş şəxsin müdafiəçisi Müdafiəçi vəsatətini müdafiə edərək, barəsində ittiham irəli sürülmüş şəxsi cinayət məsuliyyətindən azad etməyi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Sonuncu məhkəmə iclasında iştirak etməsə də, məhkəmənin əvvəlki iclasında iştirak etmiş Zərərçəkmiş şəxs vəsatət verərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməlidirlər, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir. Hal-hazırda o, zərərçəkmişlə barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 21 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 126 manat (21x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığına görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin. Məhkəmədə Təqsirləndirilən şəxs 21 saat hüquqi yardım göstərdiyinə görə Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 126 (bir yüz iyirmi altı) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-489/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-489/2022
24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver