Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-49/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15A, mənzil 167-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 31 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyun 2024-cü il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2024-cü il tarixli qərarı ilə həmin qərar ləğv olunaraq barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,202 qram, 0,316 qram, 0,193 qram, ümumi təmiz çəkisi 0,711 qram olan narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlamış, 31 may 2024-cü il tarixdə saat 16:20 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon polis idarəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,202 qram, 0,316 qram, 0,193 qram, ümumi təmiz çəkisi 0,711 qram olan qəhvəyi rəngli, kimyəvi komponentlərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edən tozşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin və səthində heroin izləri müəyyən edilən 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 31 may 2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri Nizami rayonu B.Çobanzadə küçəsində Eldar və Yunis adlı polis əməkdaşları onu saxlamışlar. Həmin vaxt onun üzərində 2 ədəd mobil telefon olmuşdur. Növbətçi hissəyə heç bir mobil telefon verməmişdir. Onu idarənin arxa qapısından içəri salmışlar. İdarədə onu Eldar adlı polis əməkdaşı döymüş, hədə-qorxu gəlmiş və 3 büküm narkotik vasitəni boynuna qoymuşdur. O, barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar olaraq prokurorluğa aparılan zaman onu döydüklərini demiş, lakin bununla bağlı yazılı şəkildə nə məhkəməyə, nə də prokurorluğa şikayət verməmişdir. Onu döydükdən sonra çəkiliş keçirmişlər. Onu atası ilə qorxutmuşlar. Atasi ürək xəstəsidir. Evdə ailəsi narkotik vasitə istifadə etdiyini bildiklərindən sonra daha ondan istifadə etməmişdir. İttihamda qeyd edilən məsələlər olmamış, Zabrat qəsəbəsinə gedib oradan nə isə götürməmişdir. O, 2024-cü ilin fevral ayından narkotik vasitəsi istifadə etməmişdir. Saxlanılan zaman üzərində heç nə olmamışdır. Otaqda ona demişlər ki, ya üzərindən narkotik vasitə çıxması ilə razılaşsın, ya da CM-in 234.4.3-cü maddəsi ilə ittiham ediləcəkdir. Daha sonra onun şillə ilə qulağından, üz nahiyəsindən isə 4-5 dəfə yumruqla vurmuşlar. İşdə adı qeyd olunan “Vahid baba” İran vətəndaşıdır. Onu internetdən tanımışdır. Bu, mart ayında olan şeydir, evdən biləndən sonra narkotikdən istifadə etməmişdir. O, ancaq marixuana istifadə etmiş, heroindən istifadə etməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 02 iyun 2024-cü il və 29 iyul 2024-cü il tarixlərdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrində özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, təxminən 1 ildir ki, narkotik vasitə olan heroin, həmçinin qurudulmuş marixuana istifadə elmişdir. Həmin vasitələri isə “instaqram” sosial şəbəkəsində tanış olduğu Vahid adlı İİR vətəndaşından əldə etmişdir. Elə həmin şəxsi də 1 il olar ki, tanımış və ondan indiyədək 5-6 dəfə narkotik vasitə heroin və qurudulmuş marixuana sifariş etmişdir. Vahid 1 qram heroini ona 30-35 manata, 1 qram qurudulmuş marixuananı isə 10 manata satmışdır. Sonuncu dəfə o, Vahiddən 3 büküm heroin sifariş etmiş və 30 may 2024-cü il tarixdə M10 proqramı vasitəsi ilə həmin şəxsə 80 manat pul göndərmişdir. 31 may 2024-cü il tarixdə saat 12 radələrində isə Vahidin “zakladka” qoyduğu yerdən həmin 3 büküm heroini Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisindən götürərək üzərində saxlamışdır. Həmin gün saat 16 radələrində yaşadığı evə gedərkən Nizami rayonu M.ünvan 5 ünvanın qarşısında 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Nizami RPİ-nin NMB-nin polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış edib Nizami RPİ-nə dəvət etmişlər. Həmin vaxt yolda üzərində olan narkotik vasitələri tullaya bilməmişdir. İdarənin inzibati binasının daxilində ona hüquq və vəzifələrini izah elmişlər və o, ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Az bir vaxtdan sonra o, dövlət hesabına Müdafiəçi ilə təmin edilmişdir. Həmin vaxt polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, etiraz etməmiş və üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verərək vəkilin iştirakı ilə şəxsi axtarışın keçirilməsi barədə ərizə yazmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı 3 ədəd şəffaf polietilen bükümdə olan heroini, 1 ədəd elektron tərəzini, şalvarının sol yan cibindən isə ona məxsus olan “İphone 14” markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Ondan həmin bükümləri nə vaxt və haradan əldə etdiyi soruşulduqda, o onların “kola” adlı narkotik vasitə heroin olduğunu, onları “zakladka” yolu ilə Zabrat qəsəbəsindən əldə etdiyini, narkotik vasitə istifadəçisi olduğunu, elektron tərəzini isə həmin vasitələrin çəkisini bilmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra təqdim etdiyi bükümlərə baxış keçirilmişdir. Baxış zamanı bükümlər polis əməkdaşı tərəfindən açılmışdır. Onun içərisində qəhvəyi rəngli narkotik vasitə aşkar olunmuşdur. Daha sonra üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş maddələr və elektron tərəzi 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və polis əməkdaşları həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Əlavə olaraq göstərmişdir ki, o, narkotik vasitənin satışı ilə məşğul olmur. O, ancaq istifadə etmək üçün onları əldə edir. Həmin vasitələri isə “instaqram” sosial şəbəkəsində tanış olduğu Vahid adlı İİR vətəndaşından əldə etmişdir. Həmin şəxsi 1 il olar ki, tanımışdır və ondan indiyədək 5-6 dəfə narkotik vasitə heroin və qurudulmuş marixuana sifariş etmişdir. İşdə olan fotoşəkillər 2024-cü ilin fevral ayına aiddir. Fotoşəkillərdə olan narkotik vasitələri, həmçinin psixotrop maddələri “Vahid Baba” adlı şəxsdən ayrı-ayrı vaxtlarda almışdır. Həmin şəxs ona satdığı narkotik vasitə və ya psixotrop maddələri ayrı-ayrı yerlərə qoydurmuşdur. O da fotoşəkillərdə işarələnmiş və ona deyilən ünvanlardan həmin vasitələri gedib götürmüşdür ki, onlardan istifadə etsin. Həmin vasitələri təxminən 10-14 gün ərzində istifadə etmişdir. İstifadədən öncə o, həmin maddələri özünə məxsus olan elektron tərəzidə çəkmişdir ki, dozadan artıq qəbul etməsin. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş həmin ifadəsi ilə razılaşmamış, məhkəmədə verdiyi ifadəsinin əsas kimi qəbul olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözündə onun barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 31 may 2024-cü il tarixdə “Ramil” adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nizami RPİ-nin NMB-nə məlumat daxil olmuşdur. Buna görə həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərarın icrası ilə əlaqədar 31 may 2024-cü il tarixdə saat 16 radələrində o və Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili X1 “Ramil” adlı şəxsin ünvan 6 ünvanının qarşısı ilə piyada hərəkət etdiyini görüb ona yaxınlaşmış və Ramilə özlərini təqdim etmişlər. Daha sonra əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla Ramili tanış edib narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparılması məqsədi ilə Nizami rayon polis idarəsinə getməsini Ramilə təklif etmişlər. Ramil etiraz etməyərək onlarla polis idarəsinə getmişdir. Daha sonra Ramil adlı şəxsin Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Qısa müddət sonra Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi şübhəli şəxsə təqdim olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra həmin gün saat 18 radələrində Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı Emil Hacıyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. İstintaq hərəkəti zamanı şübhəli şəxsə üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt şübhəli şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı 3 ədəd şəffaf polietilen bükümdə olan heroini, 1 ədəd elektron tərəzini, şalvarının sol yan cibindən isə “İphone 14” markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Ondan həmin bükümləri nə vaxt, haradan əldə etdiyi soruşulduqda, o onların “kola” adlı narkotik vasitə heroin olduğunu, onları “zakladka” yolu ilə Zabrat qəsəbəsindən əldə etdiyini, narkotik vasitə istifadəçisi olduğunu, elektron tərəzini isə həmin vasitələrin çəkisini bilmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra təqdim edilən bükümlərə baş təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxış zamanı bükümlər polis əməkdaşı tərəfindən açılmışdır. Onun içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra şəxsi axtarış davam etdirilsə də, şübhəli şəxsin üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş vasitələr və elektron tərəzi 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, yekunda protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və digər iştirakçılar həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Sualları cavablandırarkən Şahid1 göstərmişdir ki, əməliyyat məlumatı onda olmuşdur və əməliyyat məlumatı narkotik vasitələrin satışı ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs Şahid2la birgə saxlamış və bölməyə aparmışlar. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarışı polis idarəsində keçirmişlər. Şübhəli şəxsi döyən, incidən olmamışdır. Telefonların biri şübhəli şəxsin əlində olmuş, onu polis idarəsində növbətçiyə vermiş, digəri də şəxsi axtarışda üzərindən çıxmışdır. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında şahid qismində təkrar dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində 2 ədəd mobil telefon olmuşdur. Telefonlardan biri onun əlində, o biri isə cibində olmuşdur. Şübhəli şəxsin əlində olan mobil telefonu növbətçi hissəyə raportla təhvil vermişlər. Telefonun interneti açıq qaldığı üçün şəbəkədən istifadə edilmiş kimi görünə bilər. İnternet axışı üçün o, izahat verə bilməz. Ola bilər ki, həmin internet açıq olsun və istifadə olunsun. O, başqa telefona internet ötürsəydi antendən çıxacaqdı. Əməliyyatçı telefonu açandan sonra araşdırma aparmaq üçün telefona baxa bilər. Əməliyyat tədbiri və şəxsi axtarış zamanı şübhəli şəxsi onun özü və ya digər əməkdaşlar tərəfindən döyən, incidən olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2, Şahid1lə eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 31 may 2024-cü il və 01 iyun 2024-cü il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən Nizami RPİ-nin NMB-nin əməkdaşları Şahid1, Şahid2, baş inspektor kriminalist X2, 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə 31 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış başlanmazdan əvvəl üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulan zaman o, əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxladığı 3 ədəd şəffaf polietilen bükümü, 1 ədəd gümüşü rəngli alt hissəsində “QS PASS” sözləri yazılmış elektron tərəzini, həmin şalvarın sol yan cibində saxladığı 1 ədəd “İpone-14“ markalı mobil telefonu çıxardıb masa üzərinə qoymuşdur. Həmin 3 ədəd şəffaf polietilen bükümün içərisinə baxış keçirilərkən hər birində qəhvəyi rəngli, narkotik vasitəyə bənzər maddələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan bükümdəki maddələrin narkotik vasitə hesab edilən “kola” - heroin olduğunu, həmin bükümdəki maddələri 31 may 2024-cü il tarixdə İİR vətəndaşından “zakladka” yolu ilə şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirmişdir. Protokol tərtib edilərkəjn iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış video çəkilişin görüntüləri əks olunan 01 ədəd diskə 01 iyun 2024-cü il tarixdə müstəntiq tərəfindən şübhəli şəxsin və müdafiəçisinin iştirakları ilə baxış zamanı yuxarıda qeyd olunan halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 36-37, 60) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 01 iyun 2024-cü il tarixli 3-16- 16/2-6/3058 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Zərflər üçün № 162” möhür əksi, “İştirak etdilər: /imza/ Təqsirləndirilən şəxs; /imza/ Şahid1; /imza/ Şahid2; Vəkil /imza/ Müdafiəçi; Qablaşdırdı: /imza/ E.Hacıyev” yazılar olan zərfdəki 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: - 0,202 qr; -0,316 qr; -0,193 qram: ümumi təmiz çəkisi: -0,711 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; heroin kütlələri kimyəvi komponent tərkiblərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edirlər; 01 ədəd elektron tərəzinin səthində narkotik vasitə -heroin izləri müəyyən edildi. Elektron tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün deyildir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi 0,711 qram olmuş, tədqiqata 0,15 qram (hər oby-0,05 qr) sərf olunmuş, 0,561 qram qalıq qalmışdır. (i.v. 45-49) - 02 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. (i.v. 61-62) - 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə “Ramil” adlı şəxslə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 31 may 2024-cü il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 114) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 05 iyun 2024-cü il tarixli 3986 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 147-148) - 29 iyul 2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan “İphone 11” markalı mobil telefonda istifadə olunan “WhatsApp” proqramına baxış keçirilərkən “Vahid Baba” adlı şəxs tərəfindən Təqsirləndirilən şəxs “zakladka” yolu ilə ayrı-ayrı ünvanlara qoyulmuş narkotik vasitələrin çəkildiyi fotoşəkillər göndərildiyi, Təqsirləndirilən şəxs tərəfindən isə həmin narkotik vasitələrin elektron tərəzidə çəkilməsini əks etdirən fotoşəkillər yerləşdirildiyi müəyyən olunmuşdur. (i.v. 196-204) - 30 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək üçün cinayət işindən material ayrılaraq Nizami RPİ-nin NMB-nə göndərilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,202 qram, 0,316 qram, 0,193 qram, ümumi təmiz çəkisi 0,711 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin, səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi, içərisində şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş videogörüntünün olduğu 01 ədəd DVD disk, “İphone 11” markalı mobil telefon və həmin mobil telefonda olan fotoşəkillər maddi sübut kimi tanınmışdır. (i.v. 216-227) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Habelə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 4-cü 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, ...narkotik vasitənin qanunsuz əldə edilməsi dedikdə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Qərarın 9-cu bəndində isə izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə tədqiqi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,202 qram, 0,316 qram, 0,193 qram, ümumi təmiz çəkisi 0,711 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini 80 manat müqabilində əldə edib üzərində saxlamaqla daşımış, 31 may 2024-cü il tarixdə saat 16:20 radələrində Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində ünvan 7 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Nizami rayon polis idarəsinin inzibati binasına gətirilmiş, orada xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,202 qram, 0,316 qram, 0,193 qram, ümumi təmiz çəkisi 0,711 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış kütlələri kimyəvi komponent tərkiblərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitələr heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində özünü təqsirli bilərək işin faktiki halları ilə uyğunluq təşkil edən ifadələr vermiş, eləcə də şəxsi axtarış zamanı üzərində olan narkotik vasitəni təqdim edib ona məxsus olduğunu etiraf etmiş, onu hansı qaydada əldə etdiyini izah etmişdir. Hansı ki, bu qeyd olunanlar digər sübutlarla yanaşı, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntü ilə öz təsdiqini tapmışdır. Müdafiə tərəfi isə, işin müəyyən edilmiş faktiki hallarını inkar edəcək hər hansı dəlillərini irəli sürə bilməmişlər. Müdafiə tərəfinin dəlilləri məhkəmə tədqiqi zamanı toplanaraq tədqiq olunan sübutlarla təkzib edilmişdir. Məhkəmənin qərarı əsasında da təqsirləndirilən şəxsin mobil telefonunun anten və digər məlumatları götürülərək tədqiq edilmiş, ibtidai istintaq orqanının gəldiyi və məhkəmədə yoxlanılaraq tədqiq edilmiş müvafiq məlumat və sübutların bir-birini tamamladığı və öz təsdiqini tapdığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs və müdafiəçisinin, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, cinayətprosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 24 dekabr 2021-ci il tarixli Qərarının 25-bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə tədqiqi ilə toplanmış sübutları yoxlayıb qiymətləndirərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi barədə irəli sürdüyü dəlillər, yuxarıda qeyd olunanlar baxımından əsassız hesab olunmalıdır, öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs ona qarşı yol verilmiş, hüquq və mənafelərinə toxunduğunu hesab etdiyi hər hansı qanunsuz hərəkətlə bağlı müvafiq orqanlara şikayət verməkdə, araşdırılmasını tələb etməkdə sərbəst olmuş, buna baxmayaraq o, bu hüquq və imkanlardan istifadə etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 31 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 23) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, qətimkan tədbiri qismində seçilmiş ev dustaqlığının müddəti 31 may 2024-cü il tarixdən 31 avqust 2024-cü il tarixədək müəyyən edilmişdir. (i.v. 84-88) -Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyun 2024-cü il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 31 may 2024-cü il tarixdən hesablanmışdır. (i.v. 99-105) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 iyun 2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 06 iyun 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 31 iyul 2006-cı il tarixli qərarı ilə hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 aprel 2007-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. (i.v. 109-110, 141-144) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 31 may 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitələr və üzərində heroinin izləri olan 01 ədəd elektron tərəzi məhv edilməli, maddi sübut olan 01 ədəd disk, “İphone 11” markalı mobil telefondan çıxarılmış fotoşəkillər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən 01 ədəd “İphone 11” markalı mobil telefon Təqsirləndirilən şəxs azadlığa buraxılmasından sonra müraciəti əsasında özünə və ya ailə üzvlərinə (səlahiyyətli nümayəndəsinə) qaytarılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 31 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,561 qram olan narkotik vasitə heroin və üzərində heroinin izləri olan gümüşü rəngli 01 ədəd elektron tərəzi məhv edilsin, içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk, “İphone 11” markalı mobil telefondan çıxarılmış fotoşəkillər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən 01 ədəd “İphone 11” markalı mobil telefon Təqsirləndirilən şəxs azadlığa buraxılmasından sonra müraciəti əsasında özünə və ya ailə üzvlərinə (səlahiyyətli nümayəndəsinə) qaytarılsın. Məhkəmə məsrəfi olan 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 37 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 222 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-49/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-49/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver