Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-490/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq, 0,156 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 0,694 qram psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 13 aprel 2023-cü il tarixdə saat 13 radələrində Nizami Rayon Polis İdarəsinin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 2 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinə gətirilmiş, idarənin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 01 bükümdə 0,156 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 bükümdə ayrı-ayrılıqda çəkiləri 0,329 və 0,365 qram olmaqla xarici əlmatlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan ümumi təmiz çəkisi 0,694 qram ağ rəngli kristallik formada maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu əməlin törədilməsinə görə ona CM-nin 234.2-ci maddəsi ilə ittiham verilmişdir. Lakin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin CM-nin məhz həmin maddəsindəki əməli törətməsi tam sübuta yetirilmədi. Belə ki, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla təqsirləndirilən şəxsin CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi müəyyən edildi. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, təqribən bir ilə yaxın müddətdir ki, narkotik vasitədən istifadə edir. “Siyaqut” Şadlıq sarayının yaxınlığında Telman adlı şəxsdən 60 manat qarşılığında 01 büküm narkotik vasitə heroin və 02 büküm psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədi ilə almış və əynində olan şalvarın cibinə qoymuşdur. 13 aprel 2023-cü il tarixdə ünvan 2 ünvanının yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onlarla birlikdə Nizami RPİ-yə getməli olduğunu bildirmişdir. Polis şöbəsində olarkən əgər narkotik vasitənin ona məxsus olduğunu, başqalarına pay verdiyini, satdığını bildirərsə, onun azad olunacağı bildirilmiş, o da polis əməkdaşlarının sözlərinə inanmış, videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu, həmçinin izahatında da narkotik vasitələri başqalarına da verdiyini bildirmişdir. Lakin hal-hazırda hər hansısa təzyiq altında olmadan bildirir ki, heç vaxt heç kimə narkotik vasitə satmamış, narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs sorğu sual zamanı bildirmişdir ki, o narkotik vasitələrin satışı ilə məşğul olmamış, Telman adlı şəxsdən narkotik vasitəni şəxsi istifadəsi üçün almışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsində olarkən fiziki təzyiqlərə məruz qalmış, arxasınca qardaşının gəldiyini və onu buraxacaqlarını bildirildiyi üçün ilkin olaraq narkotik vasitələri başqasına verdiyinə dair ifadə vermiş, əslində isə heç kimə narkotik vasitə verməmişdir. Sonradan həbs qətimkan tədbirinin seçilməsi üçün keçirilən məhkəmə iclasında isə narkotik vasitə satmadığını bildirmişdir. Polis şöbəsində ilkin olaraq verdiyi həmin cavab həqiqətə uyğun deyil, oradan tez çıxmaq üçün belə bir cavab vermişdir. Həmçinin o, mobil telefon istifdadə etmir, ümumiyyətlə mobil telefonu yoxdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsindəki əməli deyil, məhz CM-nin 234.1-ci maddəsindəki əməli törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Nizami RPİ-nin X2 əməliyyat müvəkkili vəzifəsində çalışır. 13 aprel 2023cü il tarixdə “Tural” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılaraq keçirilən əməliyyat tədbirləri nəticəsində “Tural” adlı şəxs müəyyən edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında bir qədər müşahidələr apardıqdan sonra, saat 13 radələrində ünvan 5 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək ona narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Onu Nizami RPİ-nin inzibati binasına gətirib bu barədə raportla məruzə edib onu təhqiqatçı Kənan Əliyevə təhvil vermişlər. Bir qədər sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş, Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşya və maddələri təhvil verməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan şalvarın sol yan cibindən 03 ədəd sellofan bükümü təqdim etmişdir. Həmin bükümlərə baxış keçirilən zaman birinin içində narkotik vasitə heroinə bənzər, digər ikisinin içində isə psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu görmüşdür. Bundan sonra həmin bükümlər zərfə qoyularaq möhürlənmiş, təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunmuş, doğru olduğu üçün iştirakçılar, o cümlədən onun tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında Şahid sorğu sual zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman ona tərəfindən heç bir zor tətbiq edilməmiş, bədənində olan xəsarətlərin isə necə yaranması barədə onun məlumatı yoxdur. Təqsirləndirilən şəxsnın üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən, görünür ki, təhqiqatçı həmin vaxtı şübhəli şəxs olan Təqsirləndirilən şəxs üzərindəki qanunsuz əşyaları təqdim etməyi təklif edir, Təqsirləndirilən şəxs isə cibindən 3 bükümdə vasitələri çıxarıb stolun üzərinə qoyur. Təhqiqatçı sual verir ki, həmin narkotik vasitəni nə edirsən, o isə cavabında özünün istifadə etdiyini bildirir, yaxın adamlar istədikdə isə bir hissəsini 5-10 manata onlara verdiyini bildirir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2196 № saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxsnın üzərindən götürülən 1 ədəd bükümdə təmiz çəkisi 0,156 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,329 qram, 0,365 qram, ümumi təmiz çəkisi 0,694 qram olan ağ rəngli kristallik formada maddə kütləsi xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazrılanmış psixotrop madəd metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2023-cü il tarixli 3431 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazıra müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə 0,156 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,329 qram, 0,365 qram, ümumi təmiz çəkisi 0,694 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazrılanmış psixotrop maddə metamfetamin əldə edib özündə saxlamaqla daşımışdır. Həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Halbuki ibtidai araşdırmanı aparmış orqan təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələrin satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəllcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarında isə təqsirləndirilən şəxsin əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitələrin yayılmasına yönəldilmiş hərəkət etməsinə dair hər hansı bir sübut yoxdur. Hazırkı ittihamdakı “satış məqsədi”ni müəyyən edərkən, ibtidai istindaq orqanı narkotik vasitənin bir neçə bükümdə xırda bağlamalarda olmasından başqa, həmçinin təqsirləndirilən şəxsin təhqiqatçının sualına verdiyi cavabda “narkotik vasitələri şəxsi istifadə məqsədi ilə əldə etməsi, bəzən isə 10-15 manat qarşılığında qiyabi tanıdığı şəxslərə də heroin və ya metamfetamin verməsi” ifadəsindən başqa hər hansı bir sübut müəyyən etməmişdir. “Satış məqsədi”ni müəyyən edən digər hər hansı bir sübut yoxdur. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin satış məqsədi ilə əldə edilib üzərində saxlaması, gəzdirməsi barədə nəticəyə gəlmək üçün həmin narkotik vasitənin xırda bükülülərdə olmasının və polisdə belə bir ehtimalın olması kifayət etmədiyini, belə məqsədin olmasını təsdiq edən başqa halların və sübutların, yəni başqa istehlakçının olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, narkotik vasitələrin hazırlanması və onların bölüşdürülməsi üçün avadanlığın (tərəzi) olmasının, həmçinin təqsirləndirilən şəxsin telefonla və ya digər rabitə vasitələri ilə narkotik vasitələrin satışı ilə bağlı hər hansı məlumatın olması ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Hətta Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, xx.xx.2023-cü il tarixdə isə heç bir əsaslandırma olmadan, işin faktiki halları dəyişmədiyi halda onun əməli CM-nin 234.1-ci maddəsindən CM-nin 234.2-ci maddəsinə tövsif edilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi məsələsinin həlli üçün keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs sərbəst və müstəqil şəkildə heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq müddətində üzərindən aşkar edilmiş narkotik vasitələrin bir hissəsini istifadə etmək, bir hissəsini isə bəzən 10-15 manat qarşılığında qiyabi tanıdığı şəxslərə vermək məqsədilə əldə etdiyi barədə verdiyi ifadə onun əməli törətməsinin etirafedici ifadəsi kimi qəbul edilə bilməz. Belə ki, xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda da təqsirləndirilən şəxs daha öncəki ifadəni təzyiq və qorxu hissi altında verdiyini bildirmiş, narkotik vasitələrin satışını həyata keçirmədiyini qeyd etmişdir. Bu cür yanaşma “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarında da qeyd edilmişdir. Belə ki, həmin Qərarın 23-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, CPMin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Qərarın 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Qərarın 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Göstərilənlərə əsasən digər hər hansı bir sübut və ya dəlil olmadığı üçün, təqsirləndirilən şəxsin axtarış və baxış zamanı verdiyi cavab onun əlehinə istifadə edilə bilməz. Həmçinin təqsirləndirilən şəxsin belə bir vəziyyətdə verdiyi həmin cavabı, onun əməli etirafedici ifadəsi kimi də qəbul edilə bilmir. Həmçinin məhkəmə qeyd edir ki, şəxsin üzərinə baxış və axtarış aparılarkən sorğusual zamanı bildirdiyi məlumatlar onun əleyhinə istifadə edilə bilməz, belə bir məlumatlardan sübut kimi istifadə edilə bilməz. Çünki CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Lakin hazırkı iş üzrə təqsirləndirilən şəxs hətta özünü CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilsəydidə belə, həmin əməl yalnız iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edilməli idi. Lakin göründüyü kimi onun CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair hər hansı bir sübut mövcud deyildir, ibtidai istintaq müddətində belə bir sübut toplanılmamışdır. Eyni zamanda məhkəmə hesab etmişdir ki, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunmasına dair işdə olan rəyin nəticəsi iş üzrə toplanmış başqa sübutlarla yanaşı ondan götürülmüş narkotik vasitəni öz istifadəsi üçün əldə etməsini bir daha təsdiq etmişdir. Göstərilənlərlə əlaqədar onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsüf edilməli və o, qeyd edilən maddə ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Belə ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlinin törədilməsi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən cinayət hesab edilir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini də nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, Təqsirləndirilən şəxsnın üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il (bir il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 13 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 80 manat (səksən manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,106 qram narkotik vasitə olan-heroin və ümumi qalıq çəkisi – 0,594 qrma olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxsnın üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-490/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-490/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver