Məhkəmə qərarları › İş №1(007)-493/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-493/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-493/2023 06.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X6 oğlunun, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev 102 ünvanında yerləşən metronun «Koroğlu» stansiyasının giriş-çıxış hissəsinin yaxınlığında olan avtobus dayanacağında X2 gödəkçəsinin sol yan cibindən sonuncuya məxsus 16 manat dəyərində ***-***-**-**, 6 manat dəyərində ***-***-**-** mobil nömrələrlə işləyən, üzərində 5 manat dəyərində qoruyucu üzlük, 24 manat dəyərində qoruyucu arxalığı və həmin qoruyucu arxalığın içərisində 650 manat nağd pul vəsaiti olan 580 manat dəyərində “Mi 9T” markalı, 128 GB yaddaş tutumlu mobil telefon aparatını çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş şəxs X4 ümumilikdə 1281 (min iki yüz səksən bir) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 mart 2023-cü il tarixdə, saat 06:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev prospekti, 63 ünvanın qarşısında metronun «Neftçilər» stansiyasının yaxınlığında 103 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusda sərnişin qismində olan zaman həmin avtobusda sıxlıq olmasından istifadə edərək digər sərnişin Zərərçəkmiş şəxs3 əynindəki şalvarının sağ yan cibindən 1200 manat pulu çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 1200 (min iki yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 mart 2023-cü il tarixdə, saat 22:50 radələrində Bakı şəhəri, Nizami rayonu, «Olimpiya» stadionunun çıxışında «Alov park»ı istiqamətində sıxlıq olmasından istifadə edərək Zərərçəkmiş şəxs4 çiynində olan əl çantasından sonuncuya məxsus içərisidə 600 manat nağd pulu, 10 manat dəyərində şəxsiyyət vəsiqəsi, hər biri 20 manat dəyərində 2 ədəd «Kapital» bank kartları, 10 manat dəyərində tələbə bileti, 5 manat dəyərində 3 ədəd açarı və 10 manat dəyərində flashkartı olan 20 manat dəyərində pul kisəsini çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 qızma ümumilikdə 695 (altı yüz doxsan bes) manat məbləğində maddi zivan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 aprel 2023-cü il tarixdə, saat 14:30 radələrində ünvan 6 ünvanın qarşısında 191 saylı sərnişin avtobusunda sərnişin qismində olan zaman, digər sərnişin Zərərçəkmiş şəxs1 əl çantasından sonuncuya məxsus içərisində hər birinin dəyəri 10 manat olan 3 ədəd bankomat kartları, 10 manat dəyərində şəxsiyyət vəsiqəsi, 1067 manat nağd pul vəsaiti elan 20 manat dəyərində pul kisəsini çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1127 (min yüz iyirmi yeddi) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5 ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittiham aktında qeyd olunan oğurluq hadisələrindən yalnız xx.xx.2023-cü il tarixdə baş vermiş oğurluq hadisəsini o törətmişdir. Belə ki, 14 aprel 2023-cü il tarixdə, saat 14 radələrində Suraxanı rayonu Əmircan qəsəbəsinə gəlmiş və köhnə univermağın yanında olan avtobus dayanacağında dayanıb, saat 14:30 radələrində bir nəfər qadının çiynində qara rəngli çantanın olduğunu və 191 saylı avtobusa mindiyini gömüş, çantanın içərisində pul olacağını zənn edib o da həmin avtobusa minmişdir. O, avtobusda adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 yanında ayaq üstdə dayanmış, hərəkət zamanı Arzuya tam yaxınlaşıb ətrafa nəzər yetirmiş, heç kimin onu görmədiyinə əmin olduqdan sonra Zərərçəkmiş şəxs1 əlindəki çiyin çantasının yuxarı tərəfdən əlini içəri salıb qara rəngli portmanatı çıxartmış, yenədə ətrafa nəzər yetirərək onu heç kimin görmədiyinə əmin olduqdan sonra avtobus artıq Nizami rayonu ərazisində yerləşən Vərəm dispanserinin qarşısında olmuş, əlavə şübhə yaratmamaq üçün Vərəm dispanserinin qarşısında avtobusu saxlatdırıb gediş haqqını verib düşmüşdür. Avtobusdan düşdükdən sonra yolun digər tərəfinə keçib 213 saylı avtobusa əyləşib yenidən Bakıxanov qəsəbəsi istiqamətinə geri qayıtmışdır. Yolda oğurladığı portmanatı açıb içərisində 1067 manat pulun, 1 ədəd şəxsiyyət vəsiqənin, 03 ədəd bank kartının olduğunu aşkar etmişdir. Portmanatın içərisindən olan pulu götürdükdən sonra portmanatı sənədlərlə birlikdə hazırda xatırlamadığı yerdə tullamışdır. Əldə etdiyi pulla 3 aylıq kirayə haqqını vermiş və ailəsi üçün bazarlıq etmişdir. Qeyd olunan oğurluq əməlindən başqa oğurluq və ya başqa cinayət əməli törətməmişdir. Hazırda əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsbəsi, Sumbadzadə küçəsində yerləşən avtobus dayanacağında 191 saylı marşrut avtobusuna minmiş, avtobusda əyləşmək üçün yer olmadığından sürücü tərəfdə ayaq üstə dayanmışdır. Avtobusda sərnişinlər düşdükdən sonra yerlər boşaldığı üçün yerlərin birində əyləşmiş və Nizami rayonu ərazisində yerləşən “Sevinc” kinoteatrın yaxınlığında avtobusdan düşmüşdür. Bir qədər piyada getdikdən sonra çiyin çantasının içərisində dəyəri 20 manat olan pul qabı ilə birlikdə içərisində olan şəxsiyyət vəsiqəsinin, 3 ədəd bank kartnın və 1067 manat pul vəsaitinin naməlum şəraitdə oğurlandığını aşkar etmişdir. Dərhal bank kartlarını blokladığı üçün oradan hər hansı məbləğdə pul çıxarılmamışdır. Avtobusda oğurluq olarkən bilməmiş, oğurluğun baş veməsini daha sonra bilmişdir. Sonradan təqdim olunan DVD-R formatında 1 ədəd diskdə iki ədəd faylı olan görüntüyə baxmış, həmin görüntüdə olan şəxsin çantasının içərisindən portmanatını çıxararaq avtobusu saxlatdırdığını və düşərək oradan uzaqlaşdığını görmüşdür. Hesablama nəticəsində ona məlum olmuşdur ki, pul qabının qiyməti 20 manat, 3 ədəd bankomat kartlarının hər birinin qiyməti 10 manat və şəxsiyyət vəsiqənin qiyməti 10 manat, nəğd pul isə 1067 manat olmuşdur. Ümumilikdə ona 1127 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda yeni şəxsiyyət vəsiqəsi almış və bank kartları açdırmışdır. Lakin ona dəymiş zərər ödənilməmişdir. 1067 manat maddi ziyanın ödənilməsini tələb edərək təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 06:50-də ünvan 7 ünvanında 103 saylı avtobusa minərək bir dayanacaq getdikdən sonra Nizami rayonu, Q.Qarayev prospekti, 63 ünvanında avtobusdan düşmüşdür. Avtobusdan düşdükdən sonra “MC Donalds” restoranın qarşısında olan zaman əlini cibinə saldıqda cibində olan ustaya verməli olduğu 1200 manat pulun yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Həmin vaxt avtobusda sıxlıq olmuş və o, avtobusun ön tərəfindən minib pilləkənin ortasında dayanmışdır. Arxasında isə bir nəfər üzü tüklü, arıq bədən quruluşlu şəxsi görmüşdür. Hadisə ilə əlaqədar avtobusda arxasında dayanan şəxsdən şübhələnir, həmin şəxs xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşayır, lakin onun həmin şəxs olmasından əmin deyil. Həmçinin polis idarəsində olarkən tanınma üçün 4 nəfər şəxs təqdim olunduqda ona qarşı cibgirlik edən şəxsə Təqsirləndirilən şəxs digər şəxslərdən daha çox oxşamışdır, əlavə olaraq orada olarkən Təqsirləndirilən şəxs özü də oğurluq hadisəsini törətdiyini etiraf etmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 26 mart 2023-cü il tarixdə saat 20 radələrində futbola baxmaq üçün Bakı Olimpiya stadionuna getmiş, saat 22:50 radələrində stadiondan çıxıb piyada metronun “Koroğlu” stansiyasına tərəf yeraltı keçidlə “Alov” parkına tərəf getməyə başlamışdır. Həmin vaxt yeraltı keçiddə əl çantasında olan mobil telefonunu çıxararaq videoçəkiliş etmək istəyərkən əl çantasında içərisindəki dəyəri 20 manat olan pul kisəsinin içərisindəki 600 manat pulun, 10 manat dəyərində özünə məxsus şəxsiyyət vəsiqəsinin, 20 manat dəyərində Kapital bank tərəfindən verilən maaş kartının, 1 ədəd 20 manat dəyərində Kapital bank tərəfindən verilən bank kartının, 10 manat dəyərində olan tələbə biletinin, dəyəri 5 manat olan 3 ədəd açarın dəyəri 10 manat olan flashkart ilə birlikdə oğurlandığını aşkar etmişdir. Stadiondan futbol oyunundan sonra çıxan zaman stadionda sıxlıq yaranmış, pulu və əşyaları həmin sıxlıq olan zaman əl çantasının içindən oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona cəmi 695 manat maddi ziyan dəymişdir. Oğurluq hadisəsi baş verən zaman ətrafında Təqsirləndirilən şəxs bir neçə dəfə görmüşdür. Həmin gördüyü və şübhələndiyi şəxsin Təqsirləndirilən şəxs olduğuna isə əmindir. Polis İdarəsində olarkən də tanınma üçün təqdim olunmuş şəxslərin fotoşəkilləri arasında Təqsirləndirilən şəxs gördükdə dərhal onu tanımışdır. Hazırda ona dəymiş maddi ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, axşam saatlarında fərdi olaraq fəhlə işlədiyi Nəsimi rayonunda yerləşən tikintidən iş gününün sonunda 650 manat əmək haqqını alıb üzərində olan özünə məxsus “Mi 9T” markalı mobil telefonunun qoruyucu kaburasının arxasına yerləşdirərək evə getmək üçün saat 20 radələrində metronun “Koroğlu” stansiyasına gəlib oradan yaşadığı Suraxanı rayonuna gedən 184 saylı marşurut avtobusunu gözləmək üçün dayanmışdır. Dayanacaqda ondan başqa digər adamlar da olmuş, ondan sağ tərəfdə əynində papaqlı gödəkçə olan cavan bir oğlanın onun sağ çiyninə toxunduğunu hiss etdiyi üçün dönüb ona baxıb səbəbini bilmək istəmiş, lakin təsadüf olduğunu hesab edərək bir söz deməmişdir. Həmin vaxt sol tərəfində dayanmış, əynində qısa gödəkçə və səkkiz guşəli papaq olan başqa bir oğlan ondan siqaret istədiyi üçün o, sağ əlində tutduğu işdən özü ilə gətirdiyi sellofan torbanı yerə, mobil telefonunu isə əynindəki gödəkçənin sol cibinə qoymuş, sonra sağ cibindən siqareti çıxardıb ona vermişdir. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ondan alışqan da istədikdə yenidən əlini sağ cibinə salıb oradan alışqan çıxarıb verərkən, sağında dayanmış və çiyni ilə ona toxunan oğlan qəflətən qaçdığını görmüşdür. Daha sonra sol tərəfində dayanmış Zöhrab alışqanı ona qaytardıqdan sonra həmin oğlanın arxası ilə qaçmışdır. Baş verənlərdən şübhələnməsə də, 1 dəqiqə sonra gözlədiyi 184 saylı marşurut avtobusu gəldikdən sonra avtobusa qalxmamışdan əvvəl arvadına zəng etmək üçün sol cibinə qoyduğu mobil telefonun yerində olmadığını aşkar etdikdə həmin şəxslərin onun başını qarışdırıb gizlin olaraq cibindən telefonunu oğurladıqlarını başa düşmüşdür. Evinə gəldikdən sonra arvadının mobil nömrəsindən hadisə ilə bağlı DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Mobil telefonu həmin şəxs cibindən çıxaran zaman hiss etməmişdir, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı deyil, belə ki, “Mİ 9T” markalı mobil telefonu 2022-ci ilin may ayında 580 manata almış, həmin telefonu 16 manata almış olduğu ***-***-**-** saylı və 6 manata almış olduğu ***- ***-**-** saylı mobil nömrə ilə işlədirmiş, telefonun (kabura) qabını 24 manata almış, 5 manata isə qoruyucu üzlük alıb çəkdirmiş, mobil telefonun kabura hissəsində isə 650 manat pulu olmuşdur. İlkin ifadəsində mobil telefonun 51 manat dəyərində aksesuarlarınm qiyməti yazılmadığı üçün dəymiş maddi ziyan 1230 manat olduğu kimi göstərmişdir. Həmin hesabla ona ümumilikdə 1281 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı onun telefonu özünə qaytarılmışdır. Həmin telefon ona məxsusdur. Hadisə vaxtı ondan siqaret və alışqan istəyən şəxsin Təqsirləndirilən şəxs oxşadığını və ona dəymiş ziyanın ödənilmədiyini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayının əvvəllərində, axşam saat 20:30 radələrində hazırlıq kursundan qayıdıb evə getmək üçün Xətai rayonu, kənd Əhmədlidə yerləşən qəbirstanlığın yanındakı avtobus dayanacağında dayanıb 42 saylı marşurut avtobusunu gözləyirkən bir nəfər şəxs ona yaxınlaşıb evinə dərman almaq üçün pulunun olmadığını, bu səbəbdən məcbur olub təcili üzərindəki 300 manat dəyərində mobil telefonunu satmaq istədiyini bildirmiş, telefonu ona göstərib 100 manata satmaq istədiyini dedikdə ona həmin vaxtlar mobil telefon lazım olduğu üçün telefonla maraqlanmış, telefona baxdıqda Mİ-9 markalı, qırımızı rəngli və işlək vəziyyətdə, format olunmuş mobil telefon olduğunu görmüş, telefonun arxa hissəsi sınıq olduğundan 20-30 manata düzəltdirə biləcəyini düşünüb həmin telefonun təklif edildiyi qiymət münasib olduğu üçün almaq istədiyini, lakin üzərində hazırlığa vermək üçün cəmi 70 manat pulu olduğunu və cəmi 70 manat pul verə biləcəyini bildirmişdir. Həmin şəxs onunla razılaşıb 70 manatı alıb telefonu ona vermişdir. Evə çatdıqdan sonra həmin telefona bibisinin verdiyi nömrəni taxıb təxminən 1 ay müddətində istifadə etmişdir. Həmin bir ay ərzində müxtəlif mobil telefon düzəldən yerlərə mobil telefonun korpusunu düzəltdirmək üçün müraciət etsə də, arxa korpusunu düzəltdirə bilmədiyindən telefonu bir daha işlətməmişdir. Həmin vaxt hava qaranlıq olduğu üçün və həmin şəxsin başında olan papaq onun üzünü gizlədiyi üçün şəxin üzünü aydın görə bilməmişdir. Həmçinin hadisənin üzərindən uzun müddət keçdiyinə görə həmin şəxsi dəqiq xatırlamır. Təqsirləndirilən şəxs həmin şəxsə oxşayır, lakin onun telefonu ona satan şəxs olmasından əmin deyil. İş materiallarında olan 21 iyun 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 01 ədəd “Mi 9T” markalı, 128 GB yaddaş tutumlu mobil telefon cinayət işi üzrə maddi sübut qismində tanınaraq zərərçəkmiş şəxs X4 təhvil verilmişdir. İş materiallarında olan 17 may 2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş cibgirlik yolu ilə oğurluq hadisəsini özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı diskdə iki ədəd fayl olması, 00 dəqiqə 46 saniyə həcmində olan birinci fayla nəzər yetirdikdə, Təqsirləndirilən şəxs sağ əlinin üstünə sellofan ataraq sərnişin avtobusunun içərisində onun qarşısında dayanmış Zərərçəkmiş şəxs1 qızma tam yaxınlaşmış vəziyyətdə sağ çiynindən asılmış halda olan əl çantasının içərisindən bir ədəd pul kisəsini çıxarıb sellofana bükməsi və pulu ödəyərək avtobusdan düşüb getməsi, 00 dəqiqə 16 saniyə həcmində olan ikinci fayla nəzər yetirdikdə isə, birinci videogörüntünün son hissəsi, yəni Təqsirləndirilən şəxs əlində olan sellofanla birlikdə avtobusun sürücüsünə pul uzadıb sonra avtobusdan düşərək getməsi müəyyən olunur. Təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxslərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Resublikası CM-nin 177.2.5-ci maddəsilə təqsirli bilinərək 01 il 03 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə şöbənin qeydiyyatından çıxarılmışdır. AR CM-nin 18.4.4-cü maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarında olan AZ-İV 246308 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-cü il təvəllüdlü X1 adında uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 17 may 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut qismində tanınmış xx.xx.2023-cü il tarixdə baş vermiş cibgirlik yolu ilə oğurluq hadisəsini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “Mi 9T” markalı, 128 GB yaddaş tutumlu mobil telefonun zərəçəkmiş şəxs X4 təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Həmçinin iş üzrə təyin edilmiş 9/2170 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyi sübut növü qismində qiymətləndirilməməsinə baxmayaraq, hazırkı cinayət işi üzrə keçirildiyindən məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc- Təqsirləndirilən şəxs tutulmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 2 il (iki il) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 17 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2023-cü il tarixdə baş vermiş cibgirlik yolu ilə oğurluq hadisəsini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Mi 9T” markalı, 128 GB yaddaş tutumlu mobil telefonun zərəçəkmiş şəxs X4 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi qızına ödənilmək üçün 138 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar