Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-499/2023 25.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi X4 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən hosteldə yaşayan, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 03:30 radələrində ictimai yer hesab olunan Bakı şəhəri, Q.Qarayev prospekti 7 ünvanında yerləşən “TT” adlı çay evində müştəri qismində olan zaman həmin çay evində digər masada müştəri qismində əyləşmiş Zərərçəkmiş şəxs3 Rəfdar oğlunun guya ona baxmasına irad bildirməsinə sonuncunun etiraz etməsini bəhanə edib Zərərçəkmiş şəxs3 çay evinin dəhlizinə çağırıb heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs3 şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək dəhlizdə Zərərçəkmiş şəxs3la mübahisə edərək sonuncunun ünvanına nalayiq ifadələr işlədib üzərində olan soyuq silah hesab edilməyən bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağını silah qismində istifadə edərək həmin bıçaqla xuliqanliq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs3 döş qəfəsindən bir dəfə vuraraq sonuncuya sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid Vİİ qabırğanın sınığı ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön-bayır səthinin deşilmiş-kəsilmiş yarası ilə nəticələnən bədən xəsarəti yetirmiş, bunu görən Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onu tutub sakitləşdirməyə çalışmaqla qanunsuz hərəkətlərinin qarşısını alaraq ictimai borcunu yerinə yetirmək istəyərkən sonunculara müqavimət göstərərək ictimai qaydanın pozulmasının qarşısını alan şəxslərə qarşı zor tətbiq edilməsi ilə müşayiət edilən xuliqanliq hərəkətlərini davam etdirib sonuncuların ictimai borcunu yerinə yetirməsini cüzi səbəb kimi bəhanə edərək ünvanlarına nalayiq ifadələr işlədib səs-küy yaradaraq çay evinin normal iş fəaliyyətini pozmaqla aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik göstərməklə, insanlara qarşı etinasızlıq nümayiş etdirib əvvəlcə yumruqla Zərərçəkmiş şəxs4 sifət nahiyəsindən bir neçə dəfə vuraraq sonuncunu yerə yıxıb ayağı ilə Zərərçəkmiş şəxs4 baş nahiyəsindən vuraraq fiziki zor tətbiq etmiş, daha sonra əlində olan bıçağı silah qismində istifadə edərək həmin bıçaqla Zərərçəkmiş şəxs2 baş nahiyəsindən qəsdən bir dəfə vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol gicgah nahiyəsinin 01 ədəd deşilmişkəsilmiş yarasından ibarət xəsarət, Zərərçəkmiş şəxs1 isə sol qulaq nahiyəsindən vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol qulaqarxası nahiyənin 01 ədəd deşilmiş- kəsilmiş yarasından ibarət xəsarət yetirməklə qərəzli hərəkətləri ilə xuliqanliq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki,14 aprel 2023-cü il tarixdə axşam saat təxminən 22:00 radələrində dostu Zərərçəkmiş şəxs4 ilə Q.Qarayev metrosunun yaxınlığında təsadüfən görüşmüş və həmin gün günortadan spirtli içki qəbul etdiyindən, Təbrizin də sərxoş olmasını görüb ona yenə də birlikdə içki qəbul etməyi təklif etmişdir. Təbriz də razılaşmış və onlar “TT” kluba getmişlər. Saat təxminən 03:30 radələrində Təbrizlə “TT” kluba gəlmiş və yenidən pivə içməyə başlamışlar. Bu zaman qarşı masada oturan 3 nəfər naməlum şəxsin biri ilə baxışmışdır. Yəni həmin şəxsin ona baxmasını görüb, o da sonuncuya baxmış və həmin şəxsə nə üçün ona baxdığını soruşmuşdur. Həmin şəxs də “adam adama baxar” dedikdə o, həmin şəxslə söhbət etmək üçün klubdan dəhlizə çıxmışdır. Həmin şəxs onu təhqir etdiyindən üzərində olan bıçağı çıxarıb Zərərçəkmiş şəxs3 olmasını bildiyi şəxsin sol döş hissəsinə bir dəfə bıçaq zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxs3 qaçaraq oradan uzaqlaşmış və o, kluba qayıdarkən klubu işlədən Zərərçəkmiş şəxs1 görüb nə üçün belə adamları kluba buraxmasını bildirib, mübahisə etmişdir. Sədi onu sakitləşdirmək istəsə də o, çox miqdarda spirtli içki qəbul etdiyi üçün demək olar ki, özündə olmamış və əsəbləşdiyindən Sədinin yanında olan sonradan adının Zərərçəkmiş şəxs2 olmasını bildiyi şəxsin başının sol tərəfinə əlindəki həmin bıçaqla bir dəfə vurmuş və daha sonra ani olaraq Sədinin də boyun nahiyəsinə bir dəfə bıçaq zərbəsi vurmuşdur. Həmin vaxt onu aralamaq istəyən dostu Təbrizi də əli ilə itələmiş, yerə yıxılarkən bir dəfə də baş nahiyəsindən təpiklə vurmuşdur. O, zərərçəkmiş şəxsləri özünü qorumaq üçün xəsarət yetirmişdir. Bir qədər sonra hadisə yerinə polislər gəlmiş və onu sakitləşdirməyə çalışmışlar. Onu Nizami RPİ-nin 25-ci PŞ-nə gətirmişlər və o, bıçağı könüllü təqdim etmişdir. Həmin bıçaq onun üzərində olmuş bıçağı kamera quraşdırmaq üçün istifadə etmişdir. Əməlindən peşmandır, anasının tək olmasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, onlar kluba gedib yeyib içmişlər, pulları az olduğu üçün pul çəkmişlər və üstündən yarım saat keçəndən sonra qayıtmışlar. Onlar ikinci dəfə “TT” kafesinə gələndə Rahibin mübahisə etdiyi şəxslər artıq orada oturmuşlar. O, 10 dəqiqə müddət ərzində orada olmamış, qayıdıb gələndə Rahibgilin mübahisə etdiyini görmüşdür. Rahib ilk dəfə müştəri ilə mübahisə etmiş, daha sonra isə obyektin sahibi və digər zərərçəkmiş şəxslər gəlmişdir. Mübahisə zamanı o, onları aralamağa çalışanda yerə yıxılmış və ondan sonra heç nə yadında qalmamışdır. Mübahisə dəhlizdə olmuşdur, orada içkili olduğu üçün və başı yerə dəydiyi üçün Rahibin zərərçəkmiş şəxsləri bıçaqla vurub-vurmadığını dəqiq xatırlamır. Gözünü açan zaman “Ruslan 93” mağazasının yanında otluqda yatdığını, tək olduğunu görmüşdür. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, barışmışlar. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, “TT” çay evini icarə müqaviləsi əsasında işlədən Zərərçəkmiş şəxs1 tanıyır və onunla dostluq münasibəti vardır. xx.xx.2023-cü il tarixdə saat təxminən 02:30 radələrində dostu Şahid5 ilə “TT” çay evinə getmişlər. Rahib bir nəfər şəxslə çay evində qapının yanındakı masada oturmuşlar və pivə içmişlər. Saat təxminən 04 radələrində çay evinin dəhlizində səs-küy eşitmiş və Sədinin dəhlizə çıxmasını görüb, o və Amil dərhal dəhlizə çıxmışlar. Orada Rahibin əlində bıçaq olmasını və pilləkənlərlə 1-2 nəfər şəxsin qaçaraq oradan getməsini görmüşlər. O və Amil dərhal onların arxasınca həyətə çıxarkən bir nəfər şəxsin əlini sol döş qəfəsinə qoyub qaçmasını görmüşdür. Bir qədər sonra onlar çay evinə qayıtmış və Rahibin dostu ilə öz masalarında əyləşməsini görmüşlər. O da Amillə öz masalarında əyləşmişlər. Bir neçə dəqiqə sonra Rahibin durub, əsəbi halda Sədinin masasına yaxınlaşmasını və yüksək səslə, nalayiq ifadələr işlətməklə bir az əvvəl bıçaqla xəsarət yetirdiyi şəxs və onun yanındakıları nə üçün kafeyə buraxmağını, onları yoxlayıb kafeyə buraxmağını deyib, həmin şəxsləri nalayiq küçə söyüşləri ilə təhqir etməyə başlamışdır. Rahib çox sərxoş olmuş və Sədi onu sakitləşdirməyə çalışsa da sakitləşməyərək yenə də Sədinin oturduğu masaya gəlib nə üçün həmin adamları kafeyə buraxmağını deyib ona irad bildirməyə başlamışdır. Sədi də ona söyüş söyməməsini və kafeni bağlamaq istədiyi üçün onların da çıxıb getməsini xahiş etmişdir. Rahib yenə yüksək səslə bu dəfə işçiləri və Sədini də nalayiq sözlərlə təhqir etməyə başlamışdır. Onun yanındakı dostu isə Rahibi sakitləşdirmək istəyərkən Rahib onu da vurub yerə yıxmış və başından da təpik zərbəsi vurmuşdur. Bundan sonra kafenin zalında Sədinin üzərinə gəlmişdir. Sədi Rahib ilə söhbət edərkən Rahib qəfildən əlindəki bıçaqla əvvəl onun baş nahiyəsinə, daha sonra isə Sədinin boyun nahiyəsinə zərbə vurmuşdur. Onlar bıçaqlanmamaq üçün qaçıb kənara çəkilmişlər. Elə həmin vaxt polis əməkdaşları səs-küyə görə kafeyə daxil olmuşlar. Polis əməkdaşları da onu sakitləşdirməyə çalışmışlar. Lakin o, polis əməkdaşlarına da məhəl qoymamış və sonra polis əməkdaşları onu kafedən aparmışlar. Təqsirləndirilən şəxs ona xəsarət yetirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə verərək bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, təxminən 6 ildir ki, Q.Qarayev prospekti 7 ünvanında yerləşən “TT” klub adlı çay evini icarə müqaviləsi əsasında işlədir. xx.xx.2023-cü il tarixdə saat təxminən 03 radələrində sonradan adını bildiyi Rahib adlı şəxs yanında bir nəfər dostu ilə çay evinə gəlmişlər. Sonuncular pivə sifariş edib, çay evində masalardan birində oturmuşlar. Saat təxminən 04 radələrində ofisiant işləyən işçisi Elnarə onun yanına gələrək Rahib və dostunun digər masada oturan 2 nəfər şəxslə dava etmək üçün ümumi zaldan çıxaraq dəhlizə getmələrini bildirmişdir. O, da sonuncuların nə üçün dəhlizə çıxmalarını və dava etmək istəyirlərsə buna maneə olmaq üçün yanlarına getmişdir. O, dəhlizə çatana yaxın adamların qaçmaq və ayaq səslərini eşitmişdir. Dəhlizə çıxarkən Rahibin əlində bıçaq olmasını və digər masada oturan 2 nəfərin qaçaraq çay evindən çıxmalarını görmüşdür. Həmin 2 nəfər şəxsi üzdən tanıyır və sonuncular onun bir neçə illik müştəriləridir. Rahibin yanındakı dostunun isə onu tutmağa çalışmasını və sakitləşdirmək istəməsini görmüşdür. O, Rahibə nə olmasını, niyə başqa adamları bıçaqlamasını, problem yaratmayaraq bıçağını cibinə qoyub getməsini demişdir. Rahib isə bir az əvvəl bıçaqla xəsarət yetirdiyi şəxs və sonuncunun yanındakılarını nə üçün kafeyə buraxmağını, onları yoxlayıb kafeyə buraxmağını deyib, həmin şəxsləri nalayiq küçə söyüşləri ilə təhqir etməyə başlamışdır. Rahib çox sərxoş olmuş və onu sakitləşdirməyə çalışsa da sonuncu yenə sakitləşməyərək yenə də onun oturduğu masaya gəlib nə üçün həmin adamları kafeyə buraxmağını deyib ona irad bildirməyə başlamışdır. O, Rahibə söyüş söyməməsini və kafeni bağlamaq istədiyi üçün onların da çıxıb getməsini xahiş etmişdir. Lakin Rahib yenə yüksək səslə bu dəfə işçilərini və onu da nalayiq sözlərlə təhqir etməyə başlamışdır. Rahibin yanındakı dostu isə Rahibi sakitləşdirmək istəyərkən Rahib sonuncunu da vurub yerə yıxmış və başından da təpik zərbəsi vurmuşdur. Bundan sonra kafenin zalında onun üzərinə gəlmişdir. Onun da yanında dostu Zərərçəkmiş şəxs2, Samirin dostu Amil, kafenin qəlyançısı Hikmət, ofisiant Elnarə və İradə olmuşdur. İradə onlardan kənarda olmuşdur. O, yanında Samir, Amil və Hikmətlə, Rahib ilə söhbət edərkən Rahib qəfildən əlindəki bıçaqla əvvəl Samirin baş nahiyəsinə, daha sonra isə onun boyun nahiyəsinə zərbə vurmuşdur. Rahibin nə üçün onları vurmasını isə ( çünki Rahiblə aralarında heç bir mübahisə olmamış və o qəfildən heç bir səbəb olmadan bıçaqla vurmuşdur) bilməmişlər. Daha sonra Amil kənara çəkilib masadan qab-qacaqdan birini Rahibə tərəfə atmışdır ki, sonuncu onları bıçaqlaya bilməsin. Həmçinin onlar da hamısı bıçaqlanmamaq üçün qaçıb kənara çəkilmişlər. Elə həmin vaxt polis əməkdaşları səs küyə görə kafeyə daxil olmuşlar. Polis əməkdaşları da onu sakitləşdirməyə çalışmışlar. Lakin o, polis əməkdaşlarına da məhəl qoymamış və sonra polis əməkdaşları onu kafedən aparmışlar. Zərərçəkmiş şəxs3 Rəfdar oğlu məhkəməyə ərizə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 Rəfdar oğlu istintaqda verdiyi ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, Q.Qarayev prospekti 7 ünvanında yerləşən “TT” adlı çay evinə hərdən gedib, yemək yeyib-içmişdir. Oranı işlədən sonradan adının Zərərçəkmiş şəxs1 olmasını bildiyi şəxsi də kafesinə gedib-gəldiyi üçün tanımış, kafesinə gedərkən sadəcə “salamsağolu” olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat təxminən 02:30 radələrində dostu Məmmədbağır ilə “TT” adlı çay evinə getmişlər. Orada yemək yemişlər. Məmmədbağır ilə çay evinə gəldikdə sonradan adının Rahib olmasını bildiyi şəxs dostu ilə çay evində qapının yanında, sol tərəfdəki masada oturmuş və pivə içmişlər. Sonradan Rahib və dostu onların oturduğu masadan bir masa kənardakı masa boşaldığı üçün onlar həmin masaya keçmişlər. Saat təxminən 04 radələrində Rahib üzü onun tərəfə oturmuş və heç nə olmadığı halda ona öz oturduğu masadan əl işarəsi ilə nə üçün ona baxdığını bildirmişdir. O isə ona baxmadığını deyərkən Rahib dostu Məmmədbağıra, əlini öz çiyninə vurub işarə etməklə onun “paqon”, yəni polis olub-olmamasını soruşmuşdur. Məmmədbağır üzü qırxılmış vəziyyətdə olduğundan ola bilər ki, həmin səbəbə ondan bu sualı soruşmuşdur. Məmmədbağır da polis olmadığını deyərkən Rahib ondan problem axtardığını demiş və onları kafenin dəhlizinə söhbətə çağırmışdır. Öndən Məmmədbağır, daha sonra Rahib, sonra da o, onların arxasınca dəhlizə çıxmış və Rahibin dostu da onların arxasınca dəhlizə çıxmışdır. X1 deyil, üzünü ona tərəf tutub nə üçün ona baxmağını bildirib irad bildirmiş və o da yenə ona baxmadığını deyərkən qəfildən sağ əli ilə cibindən çıxardığı bıçaqla ona zərbələr vurmağa başlamışdır. Rahibin ilk zərbəsi onun sol döş qəfəsi tərəfə dəymiş və o, cəld arxaya çəkilərkən Rahibin dostu onu tutmağa başlamışdır. Bu zaman Rahib əlindəki bıçaqla ona ikinci zərbə də vurmaq istəmiş və o, kənara çəkildiyi üçün həmin zərbə ona dəyməmişdir. Həmin vaxt Məmmədbağır da pilləkənlərlə düşüb qaçarkən Rahib əlindəki bıçaqla ona zərbə vurmuş, lakin Məmmədbağır artıq pilləkənlərdən enməkdə olduğu üçün Rahibin zərbəsi ona dəyməmişdir. Rahibin dostu onu tutub saxladığı üçün o, bundan istifadə edib, pilləkənlə düşüb oradan qaçıb getmişdir. Çölə çıxıb xəstəxanaya getmişdir. Eşitdiyinə görə Rahib sonradan kafenin içində də 2 nəfəri bıçaqlamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid8 ifadəsində bildirmişdir ki, 15 aprel 2023-cü il tarixdə saat 03:50 radələrində iş yoldaşları ilə xidmətdə olarkən Q.Qarayev prospekti 7 ünvanında yerləşən “TT” klub adlı çay evinin qarşısından keçərkən orada səs-küy olmasını eşitmişlər və avtomobili saxlayıb, digər iş yoldaşları ilə kafeyə daxil olub, 2-ci mərtəbəyə qalxmışlar. Orada sonradan adının Təqsirləndirilən şəxs olmasını bildikləri şəxs əlində bıçaqla kafenin salonunda yüksək səslə nalayiq küçə söyüşləri işlətmişdir. Onlar ona yaxınlaşıb sakitləşməsini və bıçağı təhvil verməsini bildirərkən o, bu tələbə məhəl qoymadan qanunsuz hərəkətlərini davam etdirmişdir. Kafedə 2 nəfər şəxsin birinin üzünün yuxarı hissəsinin, digərinin isə boyun hissəsinin qanamasını görmüşlər. Əlində bıçaq olan Təqsirləndirilən şəxs xidməti avtomobilə əyləşdirib 25-ci PŞ-nə gətirmişlər. Onlar 25-ci PŞnin rəisinin adına baş vermiş hadisə barədə raport yazaraq Təqsirləndirilən şəxs təhvil verib xidmətlərinə davam etmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin PPXBnin polis nəfəri, polis serjantı Şahid6 Şahid8 ilə oxşar məzmunda ifadə vermişdir. Şahid2 məhkəməyə ərizə verərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid2 istintaqda Zərərçəkmiş şəxs2 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2023-cü il tarixli, 2/11235 saylı aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə müayinə olunan Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş olduğu müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X3 canlı şəxsin ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 332 saylı rəyinin nəticə hissəsindən görünür ki,vətəndaş Zərərçəkmiş şəxs2 aşkar olunmuş - sol gicgah nahiyəsinin 01 ədəd deşilmiş-kəsilmiş yarası - şiş uca və kəsici kənara malik əşyanın, ola bilsin ki, bıçağın təsirindən törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən vurulması nəticəsində alınması istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, qeyd edilən xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdi, şəxsin özü tərəfindən özü-özünə yetirilməsi, eləcə də yıxılması nəticəsində alınmaları inandırıcı deyil. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X3 canlı şəxsin ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 334 saylı rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 aşkar olunmuş - sol qulaqarxası nahiyənin 01 ədəd deşilmiş-kəsilmiş yarası - şiş uca və kəsici kənara malik əşyanın, ola bilsin ki, bıçağın təsirindən törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən vurulması nəticəsində alınması istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, qeyd edilən xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdi, şəxsin özü tərəfindən özü-özünə yetirilməsi, eləcə də yıxılması nəticəsində alınmaları inandırıcı deyil. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-187/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 Rəfdar oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X3 canlı şəxsin ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 399 saylı rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 Rəfdar oğlunda Vİİ qabırğanın sınığı ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön-bayır səthinin deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarətlər iti kənara malik olan əşyanın (ola bilsin bıçağın) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inkar olunur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3/680 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1240 nömrəli rəyinin nəticə hissəsində görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman “Şəxsiyyətin emosionaldavamsız tip pozuntusu” müəyyən edilir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman müəyyən edilən şəxsiyyət pozuntusu, o dərəcədə ifadə olunmamışdır ki o, cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda da “Şəxsiyyətin emosional-davamsız tip pozuntusu” müəyyən edilir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs özünə xəsarət yetirməyə meyilli olduğundan saxlanıldığı təcridxanada, cəzaçəkmə müəssisəsində nəzarət altında olması, zərurət yaranarsa müalicə müəssisəsinə yerləşdirilməsi tövsiyə edilir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyəti keçirməmişdir, hazırda ifadə vermək qabiliyyətinə və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir, emosional reaksiyalara meyillilik, tez özündən çıxmaq, hövsələsizlik,inadkarlıq, konfliktə və mübahisəyə meyillilik, eqosentrizm, kobudluq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, əqli inkişafında gerilik əlamətləri, özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs sensor-perseptiv proseslərin fərdi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilmədi, qeyd olunan cinayəti törədərkən əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. -sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.3-cü maddələrinə tövsif edilmiş, iş üzrə bir ədəd bıçaq maddi sübut kimi tanınmış və maddi sübutların saxlama kamerasına verilmişdir, 15 aprel 2023-cü il tarixdə “TT” adlı klubda baş verən hadisənin görüntülərini özündə əks etdirən 2 ədəd “CD” maddi sübut kimi tanınmış və cinatət işinin materiallarına əlavə edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. - məhkəmə iclasında 15 aprel 2023-cü il tarixdə “TT” adlı klubda baş verən hadisənin görüntülərini özündə əks etdirən 2 ədəd “CD” diskə baxiş keçirilən zaman müəyyən olundu ki, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrində göstərdikləri xüsusatlar öz təsdiqini tapır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarının 5-ci bəndində göstərilir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Zərərçəkmiş şəxsə xuliqanlıq niyyətilə qəsdən az ağır bədən xəsarəti yetirmə təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində zərərçəkmiş şəxsin sağlamlığına xuliqanlıq niyyəti ilə qəsdən az ağır xəsarət yetirmədə ifadə olunur. Məhkəmə qeyd edir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydanı və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərdə ifadə olunur. Xuliqanlıq niyyətilə cinayət heç bir səbəb olmadan, yaxud cüzi səbəbdən törədilir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 fevral 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “ Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CMnin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarının 9-cu bəndində göstərilir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah qismində istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, CM-nin 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur…CM-nin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrüfat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. CM-nin 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə, zərərçəkmiş şəxslərə özünü qorumaq üçün xəsarət yetirməsinə dair ifadəsi məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 2 il 6 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə üzərində 1 il 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 1 ay 26 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini, qəsdin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində törətdiyi hər iki cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 2 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza –2(iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 2 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-499/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-499/2023
25.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver