Məhkəmə qərarları › İş №1(007)-5/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-5/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-5/2024 03.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1995-ci il tarixdə Şəmkir rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 1V, mənzil 1-də qeydiyyatda olan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06 oktyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, həmin hökm üzrə məhkumluğu ödənilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 10 fevral 2023-cü il tarixdən hesablanmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 10 fevral 2023-cü il tarixdən hesablanmış, hazırkı işlə bağlı 08 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 sentyabr 2022-ci il tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, istintaqdan gizləndiyindən haqqında axtarış elan edilmiş və 24 noyabr 2022-ci il tarixdə tutulmuş, haqqında həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət və təqdimat təmin olunmadığından 26 noyabr 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, məhkəmədən gizləndiyindən 17 fevral 2023-cü il tarixdə haqqında axtarış elan olunmaqla həmin qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,051 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 08 sentyabr 2022-ci il tarixdə saat 08 radələrində ünvan 1 ünvanında xidmətdə olan Nizami rayon polis idarəsinin post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd sellofan bükümdə 1,051 qram qəhvəyi rəngli olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və narkotik vasitə heroinin izləri olan 01 ədəd şpris və 01 ədəd sınıq ampula aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, təxminən 2020-ci ildən narkotik vasitələrdən istifadə etməyə başlamış, narkotik vasitəni bədənimdə olan ağrılara görə qəbul etmişdir. 08 sentyabr 2022-ci il tarixdə ünvan 1 ünvanının qarşısında, yəni məhəllələrində duran zaman, saat təxminən 01:00 radələrində polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Polislər ondan adını soruşmamışlar, ona X1 müraciət etmişlər. Bundan sonra polis əməkdaşları elə həmin yerdə onun üzərində şəxsi axtarış keçirmişlər, lakin üzərində heç nə aşkarlanmamışdır. Sonra onu 25-ci polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona narkotik vasitə verib üzərində saxlamağını, sonra videoçəkiliş zamanı çıxarıb təqdim etməsini tələb etmişlər. O, razılaşmadığı üçün 2-3 nəfər polis əməkdaşı onu döymüş, zorla ondan tələb etmişlər ki, üzərindən narkotik vasitə çıxdığını boynuna alsın. O, narkotik vasitə istifadə edir, lakin polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Həmçinin polis əməkdaşları onu qanunsuz olaraq bir gün polis bölməsində saxlamışlar. Cinayət işininn materiallarında olan heç bir sənədə isə özü imza etməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 30 sentyabr 2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Narkotik maddəni bədənində olan ağrılara görə qəbul edir. 08 sentyabr 2022-ci il tarixdə ünvan 1 ünvanının qarşısında duran zaman polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik maddələrin istifadəsində şübhəli olduğunu bildirərək 25-ci polis şöbəsinə gətirmişlər. Polis şöbəsində xidməti otaqların birində üzərinə baxış keçirilən zaman o, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 02 ədəd sellofan bükümdə olan bükümü təqdim edərək həmin bükümdə “kola” adı ilə tanıdığı narkotik maddə olan heroin olduğunu və Yasamal rayonunda tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Daha sonra üzərinə baxış keçirilmiş və qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Həmin narkotik vasitə onun və iştirakçıların iştirakı ilə içərisi boş zərfə qoyulub qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik vasitənin satışı ilə məşğul olmur, polis əməkdaşları tərəfindən saxlanılarkən hər hansı fiziki və psixiki təzyiqlərə məruz qalmamışdır, evində və ya başqa bir yerdə narkotik vasitə saxlamır, narkotik vasitə aldığı şəxsin anket məlumatlarını və ya telefon nömrəsini bilmir. 08 sentyabr 2022-ci il tarixdə 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən tutularkən adsoyadını və digər anket məlumatlarını yalandan X1 deməkdə məqsədi, cinayət məsuliyyətindən yayınmağı olmuşdur. X4 rayonunda avtoyumada işləyən tanışı Rəhmanın vasitəsi ilə tanımış, X2 anket məlumatlarını onun özündən bilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş həmin ifadəsi ilə razılaşmamış, əlavə sualları cavablandırarkən bildirmişdir ki, ifadəsinin sonunda ifadənin sözləri ilə düzgün yazıldığını öz xətti ilə təsdiq etsə də, elan olunmuş həmin ifadəsi ilə razılaşmır, məhkəmə iclasında verdiyi ifadəni təsdiq edir. Polis əməkdaşları onu döyüb təzyiq göstərmişlər. Belə ki, məhkəmə iclasında dindirilən polis əməkdaşlarından Şahid6 onu döymüşdür, onu döyən digər polis əməkdaşlarının adı yadında deyil, lakin görsə tanıyar. Məhkəmə iclasında dindirilən digər polis əməkdaşları isə onu döyməmişlər. Döyülməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdir. İşdə olan heç bir izahatı, protokolu o, imzalamamışdır, istintaqda özləri saxta imzalar çəkmişlər. Polis əməkdaşları onu saxlamışlar, üzərinə baxış keçirmişlər, orada üzərindən qanunsuz heç nə çıxmamışdır. 25-ci polis şöbəsində polis əməkdaşları özləri narkotik vasitəni üzərinə yerləşdirmişlər, bundan sonra üzərinə baxış keçirmişlər. Polis əməkdaşları bütün sənədlərdə onun adını Fətullayev Rüstəm olaraq yazmışlar, hətta çəkilişdə belə ona həmin adla müraciət etmişlər. O, özünü Fətullayev Rüstəm olaraq təqdim etməmişdir. Onu qanunsuz olaraq səhərədək polis şöbəsində saxlamışlar. Məhkəmədə son sözlə çıxışında Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, lakin üzərində narkotik vasitə olmadığını göstərmiş və buna görə ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 08 sentyabr 2022-ci il tarixdə saat 08:00 radələrində təhkim olunmuş ərazidə Şahid2 və Şahid3 ilə birlikdə xidmət apararkən Nizami rayonu, Ə.Kürçaylı küçəsi 20 ünvanının qarşısında öz şübhəli hərəkətləri ilə diqqətlərini çəkmişdir. Yaxınlaşıb özlərini təqdim etmiş, onun da özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs özünü X1 təqdim etdikdən sonra şəxsiyyət vəsiqəsinin və ya digər sənədinin olmadığını bildirmişdir. X2 üzərində səxsiyyətini təsdiq edən sənəd olmadığından, həmçinin o, özünü şübhəli apardığına və zahiri əlamətlərinə görə narkotik vasitələr istifadə etməkdə şübhəli olduğundan onu ərazi üzrə Nizami RPİ-nin 25-ci polis şöbəsinə dəvət etmişlər. X3 etiraz etməmiş, 25-ci polis şöbəsinə getdikdən sonra rəhbərliyə raportla mərurzə edərək həmin şəxsi təhvil vermişlər. Şahid1 sualları cavablandırarkən qeyd etmişdir ki, sonradan düzgün adını bildiyi Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən özünü X1 təqdim etmiş, həmin vaxt üzərində şəxsiyyətini təsdiq edən hər hansı sənəd olmamışdır. Onlar həmin şəxsi 25-ci polis şöbəsinə təqdim edib raport yazdıqdan sonra xidməti ərazilərinə getmişlər. Təqsirləndirilən şəxs saxladıqları yerdə onun üzərində şəxsi axtarış aparmamış və ya baxış keçirməmişlər, şəxsi axtarış polis şöbəsində keçirilmişdir. Təqsirləndirilən şəxs şübhəli davrandığı üçün onu saxlamışlar, tərəflərindən ona qarşı hər hansı təzyiq göstərilməmiş, təsir edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin postpatrul xidməti bölüyünün polis nəfərləri Şahid2 və Şahid3, Şahid1lə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 08 sentyabr 2022-ci il tarixdə saat 08:00 radələrində polis nəfərləri təhkim olunmuş ərazidə xidmət apararkən Nizami rayonu, Ə.Kürçaylı 20 ünvanının qarşısında öz şübhəli hərəkətləri ilə diqqətlərini çəkən şəxsi, yəni əvvəldən özünü X1 təqdim edən, sonradan Təqsirləndirilən şəxs olması müəyyən edilən şəxsi saxlamışlar, üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün onu 25-ci polis şöbəsinə dəvət etmişlər. Polis nəfərlərinin müvafiq raportlarından sonra araşdırmanın aparılması, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın və götürmənin keçirilməsi həmin şöbənin tahqiqatçısı Şahid7 həvalə olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etmǝyǝ kifayət qədər əsaslar olduğundan şəxsi axtarış və götürmə aparılması haqqında 08 sentyabr 2022-ci il tarixli qərara əsasən 25-ci polis şöbəsinin inzibati binasında xidməti iş otaqlarından birində videoçəkilişdən istifadə edilməklə şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şübhəli şəxsə hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilmiş, daha sonra paltarlarında, ǝşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi ona təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd sellofan bükümdə kütlə, 01 ədəd şpris, 01 ədəd şüşə dərman qabı və 01 ədəd kağız qabda olan limon duzu kimi tanıdığı maddəni çıxarıb təqdim etmişdir. Sorğu zamanı şübhəli şəxs sellofan bükümün içərisində “kola” kimi tanıdığı narkotik vasitə olduğunu, narkotik vasitəni Yasamal rayonunda tanımadığı şəxsdən 10 manat pulun müqabilində aldığını bildirmişdir. Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməmişdir. Bundan sonra şübhəli şəxsdən götürülən kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış və imzalarla təsdiq edilmişdir. Şahid6 sualları cavablandırarkən qeyd etmişdir ki, hər hansı polis əməkdaşı, konkret olaraq onun tərəfindən Təqsirləndirilən şəxs qarşı təzyiq göstərilməmişdir, narkotik vasitə şübhəli şəxsin üzərində olmaqla onun özü tərəfindən təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərinə narkotik vasitəsi yerləşdirməmişlər və narkotik vasitəni götürməyə məcbur etməmişlər. Şübhəli şəxs özünü polis əməkdaşlarına X1 təqdim etmişdir, ona görə onu həmin şəxs olaraq bilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkilləri Şahid4, Şahid5 və təhqiqatçı Şahid7, Şahid6 ilə eyni məzmunlu ifadələr vermişlər. Şahid7 əlavə olaraq göstərmişdir ki, şübhəli şəxs onlara özünü X3 olaraq təqdim etmiş, həmin şəxsin bildirdiyi ad-soyadı portalda sorğu vermişlər, portaldan əldə olunan fotoşəkildəki şəxslə şübhəli şəxsin zahiri əlamətləri demək olar ki, eyni olmuşdur. Sonradan Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılması zamanı onun kim olması dəqiq müəyyən olunmuşdur. Onun tərəfindən həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətə yol verilməmişdir, o, edilmiş təklifdən sonra könüllü olaraq üzərindəki narkotik vasitəyə bənzər maddəni və digər əşyaları çıxarıb təqdim etmişdir. Bu qeyd edilənlər iş materiallarında olan videogörüntüdə də əksini tapmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 08 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, X2 (sonradan istintaq yolu ilə müəyyən edilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxs olmuşdur) barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1) - 08 sentyabr 2022-ci il və 10 sentyabr 2022-ci il tarixli protokollardan görünür ki, 08 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş X3 (faktiki Təqsirləndirilən şəxs) şübhəli şəxs qismində tutulduqdan sonra, videoçəkiliş aparılmaqla, şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra X3 (faktiki Təqsirləndirilən şəxs) əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd sellofan bükümdə kütlə, 01 ədəd şpris, 01 ədəd şüşə dərman qabı və 01 ədəd kağız qabda olan limon duzu kimi tanıdığı maddəni çıxarıb təqdim etmişdir. Sorğu zamanı şübhəli şəxs sellofan bükümün içərisində “kola” kimi tanıdığı narkotik vasitə olduğunu, narkotik vasitəni Yasamal rayonunda tanımadığı şəxsdən 10 manat pulun müqabilində aldığını bildirmişdir. Şübhəli şəxsin üzərindən aşkar olunmuş maddə içərisi boş olan kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüş, zərfin üzəri və tərtib olunan protokol şübhəli şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüyə 10 sentyabr 2022-ci il tarixdə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (İ cild i.v. 26-27, 68) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 09 sentyabr 2022-ci il tarixli 6/4918 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №165“ dairəvi möhür əksi olan “X2 üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,051 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hcroindir. Təqdim edirmiş bir ədəd şprisdə, bir ədəd sınıq şüşə ampulada narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Bir ədəd sarı rəngli kağız paketdə təmiz çəkisi 1,643 qram olan ağ rəngli maddənin tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkar edilməmişdir. Qeyd: heroinin təmiz çəkisi 1,051 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 1,001 qram qalıq qalmışdır. (İ cild i.v. 35-38) -Təqsirləndirilən şəxs 30 sentyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, Nizami RPİ-nin istintaq şöbəsinə müraciət edərək, 08 sentyabr 2022-ci il tarixdə üzərində narkotik vasitə gəzdirərkən polis əməkdaşları tərəfindən saxlanıldığını, həmin vaxt cinayət məsuliyyətindən yayınmaq üçün soyadını, adını və atasının adını qəsdən səhv olaraq tanışı X1 bildirdiyini, onun xx xxxx 1995-ci il təvəllüdlü, Şəmkir rayonunda doğulmuş Təqsirləndirilən şəxs olduğunu göstərmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. (İ cild i.v. 79) - 30 sentyabr 2022-ci il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi və barəsində seçilmiş qətimkan tədbiri xitam edilmiş, ********* nömrəli cinayət işi üzrə cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, istintaq materiallarında təqsirləndirilən şəxsin X3 deyil, xx xxxx 1995-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi yazılması və oxunması qərara alınmış, onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İ cild i.v. 80-81, 94-95) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 25 noyabr 2022-ci il tarixli 7126 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v. 162-163) - 28 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, bir ədəd sarı rəngli kağız paketdə təmiz çəkisi 1,643 qram olan ağ rəngli maddənin tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkar edilmədiyindən həmin xüsusatla bağlı cinayət təqibinin başlanması rədd edilmiş, X2 hazırki cinayət faktı ilə bağlı dindirilməsi işin mahiyyətinə bir aidiyyəti olmadığına görə onun barəsində cinayət təqibinə xitam verilməsi barədə 30 sentyabr 2022-ci il tarixli qərar nəzərə alınmış, Təqsirləndirilən şəxs oğlunun narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmadığından cinayət işinin materiallarından naməlum mənbəyə dair material ayrılmış və Nizami RPİ-nin 25-ci PB-nə göndərilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,051 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və məhkəmənin hökmünə qədər, tədqiqatdan sonra qalıq çəkisi 1,001 qram qalan kustar üsulla hazırlanmış narkotik vasitə heroin saxlanılmasından ötrü Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman çəkilmiş videogörüntünün olduğu 01 ədəd CD disk iş üzrə sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/4918 nömrəli rəyində və narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli 3592 saylı aktda iş üzrə Təqsirləndirilən şəxs anket məlumatları X1 yazılmış, həmin rəyin və aktın yenidən tərtib olunmasına lüzum yaranmadığı üçün iş materiallarında X1 deyil, Təqsirləndirilən şəxs kimi yazılıb oxunması qərara alınmışdır. (İ cild i.v. 162-174) -Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı cinayət işinin materiallarında olan heç bir sənədə onun imza etmədiyini göstərdiyi və ekspertiza keçirilməsini xahiş etdiyi üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 14 noyabr 2023-cü il tarixli 4/1699 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, cinayət işinin ilkin təhqiqatı və ibtidai istintaqı zamanı toplanmış bütün materiallarda Təqsirləndirilən şəxs və əvvəllər özünü təqdim etdiyi X2 adlarına olan sənədlərdəki imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində özünü təqsirli bilərək işin faktiki halları ilə uyğunluq təşkil edən ifadələr vermiş, eləcə də şəxsi axtarış zamanı müdafiəçinin iştirakı ilə üzərində olan narkotik vasitəni təqdim edib ona məxsus olduğunu etiraf etmiş, hansı qaydada əldə etdiyini izah etmişdir. Hansı ki, bu qeyd olunanlar digər sübutlarla yanaşı, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntü ilə öz təsdiqini tapmışdır. Həmçinin nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi barədə irəli sürdüyü dəlillər, yuxarıda qeyd olunanlar baxımından əsassız hesab olunmalıdır, eyni zamanda Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs kimi tutmadan azad edildikdən sonra, 10 fevral 2023-cü il tarixdə digər cinayət əməli ilə bağlı tutulanadək və barəsində həbs qətimkan tədbiri seçilənədək azadlıqda olmuş, ona qarşı yol verilmiş, hüquq və mənafelərinə toxunduğunu hesab etdiyi hər hansı qanunsuz hərəkətlə bağlı müvafiq orqanlara şikayət verməkdə, araşdırılmasını tələb etməkdə sərbəst olmuş, buna baxmayaraq o, bu hüquq və imkanlardan istifadə etməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs, onun Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsində saxlanılması barədə dəlili də öz təsdiqini tapmamışdır, belə ki, iş materiallarında olan raport, tutma protokolu və digər sənədlərlə, şahidlərin ifadələri ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs məhz 08 sentyabr 2022-ci il tarixdə saat 08:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılmaqla azadlıq hüququ həmin vaxtdan məhdudlaşdırılmışdır. Bundan başqa, təqsirləndirilən şəxsin iş materiallarında olan imzaların ona məxsus olmaması barədə göstərdiyi hallar da öz təsdiqini tapmamış, məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi yolu ilə iş materiallarında olan bütün aidiyyəti imzaların məhz Təqsirləndirilən şəxs özü tərəfindən icra olunduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələrində özünü təqsirli bilməsə də, son sözlə çıxışında ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs fərqli olaraq müdafiəçisinin, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdiyi çıxışına münasibətdə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Bakı şəhəri Nizami RPİ-nin PPXB-nün polis əməkdaşlarının 08 sentyabr 2022-ci il tarixli raportundan görünür ki, X3 (faktiki Təqsirləndirilən şəxs) həmin tarixdə saat 08:00da saxlanılmışdır. (İ cild i.v. 3) - 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, X3 (faktiki Təqsirləndirilən şəxs) şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 14) - 09 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X3 (faktiki Təqsirləndirilən şəxs) barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmişdir. (İ cild i.v. 62-64) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 09 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs X3 (faktiki Təqsirləndirilən şəxs) barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunmuşdur. (İ cild i.v. 65-66) - 24 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarışda olan şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 14) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqinin vəsatətinin və onunla bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatının təmin olunmasından imtina edilmiş və o, məhkəmə iclas zalında dərhal azad olunmuşdur. (İ cild i.v. 154-158) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 26 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İ cild i.v. 159) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli 1(007)- 161/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs, onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün və üzrlü səbəblər olmadan məhkəmə iclaslarına gəlməyib gizləndiyindən onun haqqında axtarış elan olunmuş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. (İ cild i.v. 212-214) -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2023-cü il tarixli 4(011)-103/2023 nömrəli qərarından görünür ki, müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında Təqsirləndirilən şəxs haqqında 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 fevral 2023-cü il tarixdən hesablanmışdır. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 avqust 2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.1, 185.2.2, 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 may 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.2 və 185.2.4-cü maddələri ilə təqsirli bilinib, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin 11 avqust 2016-cı il tarixli qərarı ilə cinayət qanunvericiliyində dəyişiklik edilməsinə dair 06 may 2016-cı il tarixli Qanun əsasında cəzası 06 ay azaldılmış; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06 oktyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 10 fevral 2023-cü il tarixdən hesablanmış; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 10 fevral 2023-cü il tarixdən hesablanmışdır. (İ cild i.v. 120-132) -Bakı Apellyasiya Məhkəməsinin 19 sentyabr 2023-cü il və 06 mart 2024-cü il tarixli qərarlarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki müvafiq olaraq 14 iyun 2023-cü il və 06 oktyabr 2023-cü il tarixli hökmləri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəzaya münasibətdə məhkumluğu ödənilmədən 08 sentyabr 2022-ci il tarixdə hazırkı iş üzrə cinayət əməlini törətdiyindən onun əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, habelə, onun hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Həmin maddənin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına da əməl edilməli, bununla həmin maddəyə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə (CM-nin 66.5-ci maddəsinin tələbləri qaydasında) təyin edilmiş 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə saat 08:00-da şübhəli şəxs qismində saxlanılmış, həmin tarixdə barəsində tutma protokolu tərtib edilmiş, 09 sentyabr 2022-ci il tarixdə saat 10:20-dən saat 11:00-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxılması məqsədi ilə vəsatət tərtib olunaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim olunmuş, prokuror tərəfindən vəsatətin müdafiə olunmasından imtina edildikdən sonra müstəntiq onun barəsində digər növdə qətimkan tədbiri seçmiş və həmin vaxtadək tutmada olan təqsirləndirilən şəxs dərhal azad edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin tutmada qalması bir gündən artıq davam etdiyindən, o cümlədən təqsirləndirilən şəxsin mənafeyinə uyğun olaraq, onun həmin dövr üçün tutulma müddəti 02 gün hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs eyni işlə bağlı axtarışda olan şəxs kimi 22 noyabr 2022-cu il tarixdə tutulmuş, 26 noyabr 2022-cu il tarixdə isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək tutmadan azad edilmiş, bununla da 02 gün müddətində Nizami RPİ-nin MSY-də saxlanılmışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə, CM-nin 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutmada olduğu cəmi 04 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, ona CM-nin 66.5-ci maddəsinin tələbləri qaydasında cəza təyin edildiyindən cəzaçəkmə müddətinin başlanğıcı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmləri ilə müəyyən edildiyi qaydada, 10 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs həmin işlər üzrə digər müddətlər üçün tutulmamış, 10 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra isə azad edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, habelə, onun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdə olduğu nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış narkotik vasitə məhv olunmalı, maddi sübut olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə (CM-nin 66.5-ci maddəsinin tələbləri qaydasında) təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, onun cari iş üzrə 08 sentyabr 2022-ci il tarixdən 09 sentyabr 2022-ci il tarixədək və 24 noyabr 2022-ci il tarixdən 26 noyabr 2022-ci il tarixədək tutmada saxlanıldığı cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 10 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin, həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 1,001 qram narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan cəmi 175 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 80 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 480 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar