Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-50/2024 17.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 12-ci Mədən küçəsi ev 48, mənzil 17-də qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 06 dekabr 2023-cü il tarixdən hesablanmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, hazırkı işlə bağlı həmin Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,032 qram və 0,655 qram olmaqla ümumi təmiz çəkisi 1,687 qram narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, 22 iyul 2023-cü il tarixdə saat 08:30 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü polis bölməsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz və qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,032 qram və 0,655 qram olmaqla ümumi təmiz çəkisi 1,687 qram olan qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmənin ilkin iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları 22 iyul 2023-cü il tarixdə onu “Neolit” restoranının yanında saxlamış və 23-cü polis bölməsinə aparmışlar. Bölmədə üzərində baxış keçirilmiş və narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 ifadə verdikdən sonra Təqsirləndirilən şəxs göstərmişdir ki, məhkəmədə daha əvvəl düzgün ifadə verməmişdir, belə ki, 22 iyul 2023-cü il tarixdə polis əməkdaşları onun üzərindən narkotik vasitə aşkar etməmişlər, yerdən tapılan bükümün içərisindəki narkotik vasitə ona aid olmamışdır. Videogörüntüdən də görünür ki, o, nə vəziyyətdə olub. Onu polislər gecə saatlarında tutulublar, çəkiliş isə səhər saatlarında aparılıb. Gecə bölmədə ona təzyiq göstərilib. Onu döyməsələr də yanındakını döyüblər, o da bundan qorxub, bunu özünə təzyiq kimi qəbul edib. Ona görə polis bölməsində ona verilən narkotik bükümünü cibindən çıxarıb özününkü kimi təqdim etmiş və ona məxsus olduğunu demişdir. Vəkili sonradan polis bölməsinə gəlmişdir. Amma vəkilə bu barədə deməmişdir. “Neolit” restoranının yanında saxlanılarkən post-patrulun əməkdaşları onun üzərində axtarış aparanda onlara öz etirazını bildirmiş və bunun qanunsuz olduğunu demişdir. Həmin vaxt üzərində hər hansı narkotik olmamış, cibindən də çıxarıb yerə atmamışdır. Polis əməkdaşı fənərin işığında yerdən nəsə tapdığını, onun narkotik olduğunu demiş, sonra həmin bükümü özü ilə aparıb 23-cü polis bölməsinə təhvil vermişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 22 iyul 2023-cü il tarixdə gecə növbəsində olmuş, Şahid1 və Şahid2la birlikdə avtopatrulda xidmət aparmışlar. Nizami rayonu, M.Əliyev küçəsindəki duracağın qarşısından iki-üç dəfə fırlanmışlar. Duracaqdan sağa dönəndə “Socar”ın yeri var, orada “Daewoo Nexia” markalı avtomobilin dayandığını görmüşlər. Yaxınlaşıb özünü təqdim etmiş, orada neylədiklərini soruşmuşdur. Maşından üç nəfər düşmüşdür, sonradan tanıdığı Təqsirləndirilən şəxs arxada oturmuşdur. Ondan başqa bir cavan oğlan, bir nəfər də taksi sürücüsü olmuşdur. Demişlər ki, maşın çıxarmağa gəliblər, haradan çıxaracaqlarını soruşanda duracaqdan çıxarmaq istədiklərini demişlər. Belə ki, həmin yerdə “Xəmsə” adlı maşın duracağı vardır. Bu, ona şübhəli gəlmiş, demişdir ki, gecənin bu vaxtı duracaqdan maşın çıxarmırlar. Ona hansısa yol polisinin nömrəsini demişlər, sonra başqasının, nəsə ki, yalan məlumat vermişlər. Maşından düşəndən sonra şübhəli şəxs kimi Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişlər. Belə ki, patrul avtomobilinə mindirəndə eləsi olur ki, özünə xəsarət yetirir. Avtopatrulun kamerası var, qabağı da, arxanı da çəkir. Ona görə həmin şəxsi görünən yerə çəkib demişdir ki, üzərində nə varsa “kapot”un üstünə boşaltsın. Sonra yerə əl fənəri ilə baxanda yerdən 01 ədəd büküm tapmışdır. Səhv eləmirsə, bükümün üzərində 23 və ya 25 rəqəmi yazılmışdır. Həmin bükümdə narkotik vasitə kimi bir şey olmuşdur. Həmin şəxsi, yerdən tapdığı bükümü və digər əşyaları aparıb raport yazmaqla 23-cü polis bölməsinə təhvil vermişdir. Təqsirləndirilən şəxs yanında olan oğlan ona gah əmi, gah dayı demiş, daha sonra qonşu olduqlarını bildirmişdir. Duracaqda olan maşın həmin oğlanın olmuşdur. Lakin sutkanın qaranlıq vaxtı olduğuna görə o saatda duracaqdan maşın çıxarmaq qeyri-mümkündür. Bu, ancaq səhər mümkün ola bilərdi. Öz dediyinə görə maşın axşam saat 7-8 radələrində saxlanılmışdır. Həmin vaxt isə artıq gecə saat 2-3 olmuşdur. Hesab edir ki, kimisə saxlayanda üzərinə axtarış keçirmək onun vəzifə səlahiyyətlərinə aiddir, çünki avtopatrulda Təqsirləndirilən şəxs özünə xəsarət yetirsə o, məsuliyyət daşıyacaqdı. Ona görə onun üzərində axtarış aparıb əşyalarını götürmüşdür. Götürdüyü əşyaları və yerdən tapdığı 01 ədəd bükümü aparıb raport yazmaqla 23-cü polis bölməsinə təqdim etmişdir. Bölmə rəisi soruşanda Təqsirləndirilən şəxs həmin bükümün ona məxsus olduğunu demişdir. O, Təqsirləndirilən şəxs cibini axtaran vaxt bükümün onun cibindən düşdüyünü deməmişdir, demişdir ki, bükümü həmin yerdə yerdən tapmışdır. Elə olur ki, saxlanan şəxslərin ciblərini boşaldanda belə qanunsuz şeyləri yerə atırlar. Təqsirləndirilən şəxs onun yerdən tapdığı bükümün onun özünə aid olduğunu demişdir. Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1 və 329.1-ci maddələrinə əsasən onun 22 avqust 2023-cü il verdiyi ifadəsi elan edilmişdir. Şahid müstəntiq tərəfindən dindirilərkən həmin ifadəsində göstərmişdir ki, 22 iyul 2023-cü il tarixdə saat 08:30-da o, Nizami RPİ-nin PPXB-nün polis nəfərləri Şahid1 və Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət apararkən ünvan 1 ünvanının qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin vaxt qeyd olunan şəxsin anket məlumatları barədə şifahi sorğu-sual etdikdə həmin şəxsin narkotik vasitə istifadəçisinə bənzəməsi və üzərində narkotik vasitə olması onlarda şübhə yaratdığı üçün həmin şəxsi Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nə dəvət etmişlər. Həmin şəxs buna etiraz etmədiyini bildirib onlarla birlikdə Nizami RPİ-nin 23-cü PB-nə yollanmışdır. Polis bölməsində həmin şəxsin xx xxxxxx 1977-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 4 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Sonradan məlum olmuşdur ki, 23-cü polis bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan 02 ədəd büküm və 03 ədəd gümüşü rəngli falqa aşkar edilərək götürülmüşdür. Şahid3 elan olunan ifadəsi ilə bağlı qeyd etmişdir ki, həmin ifadədə nə yazıldığını bilmir, amma o, məhkəmə iclasında həqiqəti danışacağına dair and içmişdir, ona görə məhkəmə iclasında həqiqəti danışmışdır. Əlavə olaraq bildirir ki, o, Təqsirləndirilən şəxs sutkanın qaranlıq vaxtı saxlamışdır, səhər saat 8-də onun xidmət vaxtı başa çatır, 8-in yarısında sıra baxışında olur. Ona görə həmin şəxsi səhər saat 08:30-da saxlaya bilməzdi. Özü 23-cü polis bölməsindən səhər saat 6 radələrində çıxmışdır, belə ki, şəxsin şəxsiyyəti müəyyən edilənədək, raport yazıb təhvil verənədək vaxt keçmişdir. Bundan başqa, hadisə yerində gümüşü rəngli falqa olmamışdır, yerdə aşkar etdiyi bükümün üzəri qara rəngli materialdan olmuş, onun üzərində də ağ rəngli “zamaska” ilə 23 və ya 25 rəqəmi yazılmışdır. Digər iki nəfər həmin bükümün onların olmadığını bildirmişlər, Təqsirləndirilən şəxs isə bükümün ona məxsus olduğunu demişdir. 23-cü polis bölməsində şəxsi axtarış aparılmasında o, iştirak etməmişdir. Şahid3 məhkəmə iclasına dəvət olunub təkrar dindirilərkən göstəmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, daha əvvəl, yəni 16 fevralda 2024-cü il tarixdə məhkəmə iclasında başqa hadisəni danışmışdır, üstündən vaxt çox keçmişdir, ona görə hadisələri qarışdırmışdır. Bununla belə etiraf edir ki, fənərlə yerdən narkotik vasitə götürmə hadisəsi başqa vaxtlarda olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 22 iyul 2023-cü il tarixdə gecə növbəsində olmuş, Şahid1 və Şahid3 ilə birlikdə avtopatrulda xidmət aparmışlar. Nizami rayonu, M.Əliyev küçəsindəki duracağın qarşısında bir qrup şəxsin dayandığını görmüşlər. Şübhələnib yaxınlaşan vaxt 2-3 nəfər şəxs oradakı evə daxil olmuşlar, həmin şəxslər orada yaşayan olduqlarını demişlər və yaşadıqları yerə daxil olmuşlar. Orada qalan, sonradan tanıdıqları Təqsirləndirilən şəxs və yanındakı 2 nəfər şəxs isə demişlər ki, duracaqdan maşın çıxarmağa gəlmişlər. Fikirləşmişlər ki, gecə vaxtı necə maşın çıxarmaq olar. Həmin şəxslər maşının markasını əvvəl başqa, sonra isə “06” olduğunu demişlər. Nizami rayonu ərazisində iki ədəd, Sabunçu rayonu ərazisində bir ədəd duracaq vardır, maraqlananda aydın olmuşdur ki, heç birində belə maşın saxlanılmır. Maşının kamerasının qarşısında onların üst-başlarını yoxlamışlar, həmin vaxt içərisində narkotik vasitəyə oxşar maddə olan büküm yerə düşmüşdür. Onlar həmin bükümü götürüb şəxslərlə və digər əşyaları ilə birlikdə apararaq 23-cü polis bölməsinə təhvil vermişlər. Üstünü axtaran vaxt Təqsirləndirilən şəxs bükümü yerə atmışdır. Bükümü yerdən götürəndə o, bükümün böyrünü aralayıb baxmış və içərisində toza oxşar maddə olduğunu görmüşdür. Qərara gəlmişlər ki, bükümdəki maddənin nə olduğunu bölmədə özləri müəyyən edərlər. Hadisə yerində Zaur onun yanında olmuş, Sərxan isə ətrafı mühafizə etmişdir, belə ki, həmin şəxslər çox şübhəli olmuşlar. Gecənin o saatında küçədə olan belə adamlar çox vaxt normal adamlar olmurlar, avtopatrula oturan kimi özlərini doğrayırlar. Ona görə həmin şəxslərin üzərinə kameranın qarşısında baxış keçirmişlər. Yerdən götürdükləri büküm qara sellofana bükülmüş olmuş, üzəri isə ağ “skoç”la bağlanmışdır. Təqsirləndirilən şəxs etiraz etmişdir ki, onun üzərinə niyə baxış keçirir, ona müqavimət göstərmiş, narkotik vasitəni özünün onun üzərinə qoyduğunu demişdir. O isə demişdir ki, bəlkə üzərində kəsici-deşici alət vardır, özünü sığortalamaq üçün həmin şəxsin üzərinə baxış keçirmişdir. Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1 və 329.1-ci maddələrinə əsasən onun 22 avqust 2023-cü il verdiyi ifadəsi elan edilmişdir. Şahid müstəntiq tərəfindən dindirilərkən həmin ifadəsində göstərmişdir ki, 22 iyul 2023-cü il tarixdə saat 08:30-da o, Nizami RPİ-nin PPXB-nün polis nəfərləri Şahid1 və Şahid3 ilə birlikdə inzibati ərazidə xidmət apararkən ünvan 1 ünvanının qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin vaxt qeyd olunan şəxsin anket məlumatları barədə şifahi sorğu-sual etdikdə həmin şəxsin narkotik vasitə istifadəçisinə bənzəməsi və üzərində narkotik vasitə olması onlarda şübhə yaratdığı üçün həmin şəxsi Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nə dəvət etmişlər. Həmin şəxs buna etiraz etmədiyini bildirib onlarla birlikdə Nizami RPİ-nin 23-cü PB-nə yollanmışdır. Polis bölməsində həmin şəxsin xx xxxxxx 1977-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 4 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Sonradan məlum olmuşdur ki, 23-cü polis bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan 02 ədəd büküm və 03 ədəd gümüşü rəngli falqa aşkar edilərək götürülmüşdür. Şahid2 elan olunan ifadəsi ilə razılaşmayıb hazırda məhkəmə iclasında ifadəsində göstərilənlərin həqiqət olduğunu bildirmiş, əlavə etmişdir ki, avtopatrulda qeydə alınan kamera görüntüləri bir aydan artıq saxlanılmır. Şahid2 məhkəmə iclasına dəvət olunub təkrar dindirilərkən göstəmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, 16 fevralda 2024-cü il tarixdə məhkəmədə verdiyi ifadəni təsdiq etmir. Gündə 100 nəfər saxlayırlar, ona görə dəyişik salmışdır. Yaddaşı zəifdir, üstündən çox vaxt keçmişdir, sonra düşünüb dəqiqləşdirmişlər ki, hadisə istintaqda göstərdikləri kimi olmuşdur. Onlar Təqsirləndirilən şəxs gündüz saatlarında saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət etmişdir. 22 iyul 2023-cü il tarixdə saat 08:30-da polis nəfərləri Şahid2 və Şahid3 ilə birlikdə inzibati ərazidə xidmət apararkən ünvan 1 ünvanının qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin vaxt qeyd olunan şəxsin anket məlumatları barədə şifahi sorğu-sual etdikdə həmin şəxsin narkotik vasitə istifadəçisinə bənzəməsi və üzərində narkotik vasitə olması onlarda şübhə yaratdığı üçün həmin şəxsi Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinə dəvət etmişlər. Həmin şəxs buna etiraz etmədiyini bildirib onlarla birlikdə 23-cü PB-nə yollanmışdır. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Sonradan məlum olmuşdur ki, 23-cü polis bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan 02 ədəd büküm və 03 ədəd gümüşü rəngi falqa aşkar edilərək götürülmüşdür. Şahid1 sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs səhər saatlarında “Socar”ın zavodunun yanında saxlamışlar. Xidmət vaxtı PPXB-nün polis nəfərləri Şahid3 və Şahid2 orada olmuşlar. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb onu şübhəli şəxs qismində bölməyə dəvət etmişlər, 23-cü polis bölməsində onun üzərinə baxış keçirilmişdir. Şahid3 və Şahid2 məhkəmədə dedikləri kimi olmamışdır, ola bilər onlar başqa hadisə ilə qarışdırsınlar. Sonradan eşitmişlər ki, Təqsirləndirilən şəxs üzərindən nə isə aşkar olunmuşdur. Hadisə yerində olarkən onun işi avtomobili idarə etmək olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman o, avtomobildən düşməmiş, maşında olmuş, maşın isə şəxsin saxlandığı yerdən 2-3 metr məsafədə olmuşdur. O, maşından düşməmiş, Təqsirləndirilən şəxsla söhbəti digər əməkdaşlar aparmışdır. Hazırda məhkəmə zalında təqsirləndirilən şəxsi tanımışdır, hadisə yerində saxlanılan şəxs hazırkı təqsirləndirilən şəxsdir. Orada həmin şəxsdən başqa heç kim olmamış, tək olmuşdur. Şahid3 və Şahid2 fənər işığında nə isə axtarmasını görməmişdir, elə bir şey olmamış, şəxslə bir-iki dəqiqə söhbət edib onu maşına mindirmişlər. Təqsirləndirilən şəxsin yanında adam olsa raporta yazar və onunla birlikdə bölməyə aparardılar. Şahid1 məhkəmə iclasına dəvət olunub təkrar dindirilərkən eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. 22 iyul 2023-cü il tarixdə saat 08:30-da Nizami rayon polis idarəsinin post-patrul xidməti bölüyünün əməkdaşları inzibati ərazidə xidmət apararkən ünvan 1 ünvanının qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsin anket məlumatları barədə şifahi sorğu-sual etdikdə həmin şəxsin narkotik vasitə istifadəçisinə bənzəməsi və üzərində narkotik vasitə olması onlarda şübhə yaratdığı üçün həmin şəxsi 23-cü polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Polis bölməsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs həmin vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra, həmin gün saat 10:15-dən etibarən vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq, həmin vaxtı əynində olan boz və qara rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 22 iyul 2023-cü il tarixdə metronun “Xətai” stansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən 25 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa sol cibindən “Redmi” markalı mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynində olan şalvarın arxa sağ cibindən 3 ədəd 1 manatlıq əskinazlardan ibarət cəmi 3 manat pul aşkar edilmişdir. Bundan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi “Redmi” markalı mobil telefonun arxa hissəsində olan qara rəngli qoruyucu örtük (kaburo) çıxarıldıqda telefonun arxa hissəsində 3 ədəd gümüşü rəngi falqa aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 03 ədəd gümüşü rəngli falqa və 02 ədəd büküm tərkibinin müəyyən edilməsi üçün Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi məqsədi ilə 01 ədəd içərisi boş olan ağ rəngli kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüş və zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Redmi” markalı mobil telefon və 3 manat pul sübut əhəmiyyətinə malik olmadığından özünə qaytarılmışdır. Bundan sonra baxış keçirilməsinə dair tərtib olunmuş protokol şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə sualları cavablandırarkən Şahid4 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs gətirilərkən polis bölməsində olmuşdur, şəxsi axtarış təhqiqatçı tərəfindən həyata keçirilmişdir, o, həmin prosesdə iştirak etmişdir, bu zaman vəkil də orada olmuşdur. Səhv etmirsə, şəxsi axtarış səhər saatlarında keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin polis sahə rəisi Şahid5, Şahid4la eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin baş təhqiqatçısı vəzifəsində xidmət edir. Onun iş vaxtı səhər saat 09-da başlanır. 22 iyul 2023-cü il tarixdə işə gələrkən bölmə rəisinin göstərişi ilə icraatına material verilmişdir. Hazırkı Təqsirləndirilən şəxs xatırlayır, material üzrə şübhəli şəxs o olmuş, polis idarəsinin postpatrul xidməti bölüyünün əməkdaşları gətirib raportla birlikdə 23-cü polis bölməsinə təhvil verib getmişlər. Həmin tarixdə şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirmişdir, şəxsi axtarış saat 10:15-dən saat 10:30-dək davam etmişdir. Şəxsi axtarışda polis bölməsinin əməliyyat müvəkkili Şahid4 və polis sahə rəisi Şahid5 iştirak etmişlər. Şəxsi axtarış zamanı şübhəli şəxs üzərindən narkotik vasitə çıxararaq təqdim etmişdir. Həmin vaxt videoçəkiliş də aparılmışdır. Şübhəli şəxsi döyüb-incidən olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin baş təhqiqatçısı Şahid6 22 iyul 2023-cü il tarixli qərarından görünür ki, 22 iyul 2023-cü il tarixdə saat 08:30-da şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı narkotik vasitə heroin aşkar olunması ilə bağlı toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. (i.v. 1) -Bakı şəhəri Nizami RPİ-nin PPXB-nün polis nəfərləri Şahid1, Şahid2 və Şahid3 23cü polis bölməsinin rəisinə ünvanlanmış 22 iyul 2023-cü il tarixli birgə raportlarından görünür ki, 22 iyul 2023-cü il tarixdə saat 08:30 radələrində inzibati ərazidə olduqları zaman Nizami rayonu, M.Əliyev küçəsi 50 ünvanının qarşısında zahiri əlamətlərindən narkotik vasitələrin istifadəsində və saxlanılmasında kifayət qədər şübhəli olan 1 nəfər şəxsə yaxınlaşıb özlərini təqdim edərkən sonuncu özünü qeyri-səmimi apararaq onlarda şübhə yaratmışdır. Onlar həmin şəxsi 23-cü PB-nə dəvət etmişlər. PB-də məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Göstərilənləri nəzərə alaraq, həmin şəxsin barəsində aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. (i.v. 3) -Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin baş təhqiqatçısı Şahid6 tərtib etdiyi 22 iyul 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə şəxsi axtarış saat 10:15 dəqiqədə başlanmış, saat 10:30 dəqiqədə bitmişdir. Baş təhqiqatçı Şahid6, Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili Şahid4, Nizami RPİ-nin 23-cü PB-nin sahə inspektoru Şahid5, 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi və barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə protokol tərtib olunmuşdur ondan ötür ki, 22 iyul 2023-cü il tarixdə Nizami RPİ-nin PPXB-nün əməkdaşları Nizami rayonu ərazisində olarkən ünvan 6 ünvanın qarşısında Təqsirləndirilən şəxs narkotik maddələrin istifadəsində, qanunsuz olaraq əldə edib üzərində gəzdirməsində birbaşa şübhə yaratdığından Təqsirləndirilən şəxs Nizami RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən 22 iyul 2023-cü il tarixdə 08:30 dəqiqədə saxlanılaraq Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasına gətirilmişdir. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 iyul 2023-ci il tarixli qərara əsasən Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasında xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda izah edilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 20-ci maddəsinə əsasən kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz və qara rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükülünü təqdim edərək həmin bükülünün narkotik maddə olduğunu və Xətai metrostansiyasının yaxınlığından ərazisindən anket məlumatlarını bilmədiyi şəxsdən 25 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, həmin bükümdə narkotik maddədir, həmin maddəni 22 iyul 2023-cü il tarixdə Xətai metrostansiyasının yaxınlığından şəxsi istifadəsi üçün 25 manata anket məlumatlarını bilmədiyi şəxsdən almışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində olan Redmi markalı mobil telefonu və 3 ədəd 1 manatlıq əskinaz olmaqlaa ümumilikdə 3 manat pulu təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qanunla dövriyyəsi qadağan olunmuş heç bir maddə, əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs mobil telefonunun üzlüyünü çıxaran zaman oradan 3 ədəd falqa aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs götürülən kütlə və 3 ədəd falqa içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs məxsus 3 ədəd 1 manatlıq əskinas olmaqla ümumilikdə 3 manat pul iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən vətəndaşın özünə qaytarılmışdır. Bir ədəd Redmi markalı mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən iş materiallarına əlavə olunmuşdur. Şəxsi axtarış və götürmə Nizami RPİ-nin 23-cü PB-nin xidməti iş otaqlarından birində gecə vaxtı keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı “Samsung” markalı mobil telefondan istifadə etməklə Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili Şahid4 tərəfindən video çəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protoloka 01 ədəd DVD əlavə olunmuşdur. (i.v. 28-29) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 22 iyul 2023-cü il tarixli 3-16-16/2- 6/3954 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 163” dairəvi möhür əksi, “...Təqsirləndirilən şəxs (imza) ...” yazıları, soyad və imzalar olan zərfin içərisində 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,032 qram, 0,655 qram, ümumi təmiz çəkisi 1,687 olan qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 03 ədəd falqa kəsiyinin üzərində narkotik vasitə, psixotrop maddələrə məxsus izlər yoxdur. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi 1,687 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, 1,587 qram qalıq qalmışdır. (i.v. 35-40) -Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin baş təhqiqatçısı Şahid6 22 iyul 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi istintaq aidiyyəti üzrə Nizami RPİ-nin İŞ-nə göndərilmişdir. (i.v. 42) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi Xəlil Atakişiyevin 22 iyul 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi onun icraatına qəbul olunaraq istintaqı davam etdirilmişdir. (i.v. 45) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi Xəlil Atakişiyevin 23 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 50-51) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 15 avqust 2023-cü il tarixli 5213 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 84-85) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi Xəlil Atakişiyevin 30 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.1-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 1,687 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 1,587 qram narkotik vasitə heroin saxlanılmasından ötrü Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, cinayət işi üzrə kimyəvi ekspertizanın rəyinə əsasən şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş 03 ədəd gümüşü falqa kəsiyin üzərində narkotik vasitə, psixotrop maddələrə məxsus izlər olmadığından maddi sübut kimi tanınmadan saxlanılmasından ötrü Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etməsi Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən narkotik vasitəni könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədi iiə cinayət işindən material ayrılmış, araşdırma aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinə göndərilmişdir. (i.v. 97-104) Bundan başqa, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin baş təhqiqatşısı Şahid6 tərəfindən tərtib olunan 22 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli şəxs qismində həmin tarixdə saat 09:45-də tutulmuşdur. Şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan, 22 iyul 2023-cü il saat 08:30-dan tutulmuş hesab edilir. (i.v. 19) - 23 iyul 2023-cü il tarixli qərardan görünür ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuş və onun Nizami RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. (i.v. 67-69) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi Xəlil Atakişiyevin 23 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 70-72) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19 avqust 2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 06 dekabr 2023-cü il tarixdən hesablanmışdır. Digər hökmlər üzrə məhkumluqları ödənilmişdir. (i.v. 81-83) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək, hesab edir ki, hazırkı cinayət işi üzrə həmin şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən ona bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Təqsirsizlik prezumpsiyasını müəyyən edən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ və İİİ bəndlərinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 124.1 və 124.1.1-ci maddələrinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Qeyd olunan normaların mənasından göründüyü kimi, heç bir sübut, o cümlədən ekspert rəyi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – həmin maddədə nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur. İş materiallarından məlum olur ki, ibtidai istintaq orqanının həmin maddə ilə irəli sürdüyü ittihamın əsasını, Təqsirləndirilən şəxs 22 iyul 2023-cü il tarixdə saat 08:30 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİnin 23-cü polis bölməsinə aparılması, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz və qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,032 qram və 0,655 qram olmaqla ümumi təmiz çəkisi 1,687 qram olan qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi təşkil edir. Hansı ki, məhkəmə tədqiqi zamanı toplanmış təkzibolunmaz sübutlarla həmin cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs təqsirli olmaması müəyyən edilmiş, yəni onun həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, sübutlara qiymət verərkən aşağıdakı normaların tələblərinə ciddi əməl edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsi hakimlərdən cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-nin müddəalarına əsasən qiymətləndirməyi tələb edir. CPM-nin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” iş üzrə 31 iyul 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmənin rolu təkcə müəyyən bir sübut növünün - məsələn, daxili qanunlar baxımından qanunsuz olaraq əldə edilmiş sübutların qəbul edilə biləcəyini və ya həqiqətən ərizəçinin günahkar olub-olmadığını müəyyənləşdirmək deyil. Cavablandırılması lazım olan sual həm də məhkəmə prosesinin, o cümlədən dəlilin əldə edilmə üsulunun ədalətli olub-olmamasıdır. Məhkəmə prosesinin bütövlükdə ədalətli olub-olmadığını müəyyənləşdirərkən, müdafiə hüquqlarına hörmət edilib-edilməməsinə də diqqət yetirilməlidir. Ərizəçiyə sübutların həqiqiliyinə etiraz etmək və onun istifadəsinə qarşı çıxmaq imkanı verildiyi xüsusən araşdırılmalıdır. Əlavə olaraq, əldə edilmiş şərtlərin etibarlılığına və ya dəqiqliyinə şübhə edib-etməməsi də daxil olmaqla, dəlillərin keyfiyyəti nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, sübutlar Azərbaycan Respublikası CPM-də müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan sübutlar başa düşülür. CPM-in 125-ci maddəsində məlumatların, sənədlərin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla - onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. İş üzrə sübutlar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi üzrə ittihamın düzgün həlli üçün sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 86.4.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təhqiqatçı şübhəli şəxsi tutmaq, onu, zərər çəkmiş şəxsi, şahidi dindirmək, ekspertiza təyin etmək, tanınmaya təqdim etmək, baxış, axtarış, götürmə, şəxsi axtarış, şəxsi müayinə, ifadələrin yerində yoxlanılması, tədqiqat üçün nümunələrin götürülməsi, üzləşdirmə, istintaq eksperimenti kimi təxirəsalınmaz istintaq hərəkətlərini aparmaq hüquqlarını həyata keçirir; 85.4-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada müstəntiq şübhəli şəxsi tutmaq, onu, zərər çəkmiş şəxsi, şahidi dindirmək, ekspertiza təyin etmək, tanınmaya təqdim etmək, baxış, axtarış, götürmə, müayinə (şəxsi müayinə) və digər istintaq hərəkətlərini aparmaq hüquqlarını həyata keçirir; 246.2-ci maddəsinə əsasən məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər: şübhəli şəxs tutulduqda və polis və ya digər hüquqmühafizə orqanına gətirildikdə; təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə; axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda; 246.3-cü maddəsinə əsasən şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin “Post-patrul xidmətinin Nizamnaməsi”nə əsasən xidmətə təyin olunmuş naryadların aşağıdakı hüquqları vardır: hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai qayda üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək; cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq; məhkəmənin (hakimin) müvafiq qərarı olmadan cinayət və digər inzibati xəta törətmiş, yaxud törədilməsində şübhələnilən şəxsi aşağıdakı hallarda tutmaq; şəxs cinayət və ya inzibati xəta törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalandıqda; hadisəni bilavasitə görənlər, o cümlədən zərər çəkmiş şəxslər məhz həmin cinayət və ya inzibati xəta törətdiyini göstərdikdə; şübhə edilən şəxsdə və ya onun paltarında, ona məxsus digər əşyalarda və ya mənzilində cinayətin və ya inzibati xətanın izləri tapıldıqda; qanunla müəyyənləşdirilmiş hallarda yaşayış binalarına və ya digər tikililərə, torpaq sahələrinə, müəssisə, idarə, təşkilatların ərazilərinə daxil olmaq; xarici dövlətlərin diplomatik, konsulluq və başqa nümayəndəliklərinə, beynəlxalq təşkilatlara məxsus olan və xüsusi təyinatlı nəqliyyat vasitələri istisna edilməklə, son zərurət vəziyyətində hüquqi və fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələrində hadisə yerinə getmək, təcili tibbi yardıma ehtiyacı olan şəxsləri tibb müəssisələrinə çatdırmaq və cinayət törətmiş şəxsləri təqib etmək üçün bu nəqliyyat vasitələrindən istifadə etmək (belə hallarda nəqliyyat vasitələri sahiblərinin tələbi ilə onlara dəymiş ziyan polis tərəfindən ödənilməlidir); qanunla müəyyən edilmiş qaydada fiziki qüvvədən, xüsusi vasitələrdən və odlu silahdan istifadə etmək; inzibati xətaya yol verən şəxslər haqqında qanunvericilikdə nəzərdə tutulan təbirlər görmək; ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yanadıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, aparılan işləri dayandırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək; cinayət və ya inzibati xəta törətməkdə şübhələnilən hərbi qulluqçuları tutub hərbi patrullara, hərbi komendanta, qoşun hissələrinin komandirlərinə və ya hərbi komissarlıqlara təhvil vermək; ictimai təhlükəli əməllərə görə məhkəmənin qərarı ilə təyin olunmuş tibbi xarakterli məcburi tədbirlərdən yayınan ruhi xəstələri, xroniki alkoqolikləri, narkomanları tutmaq və xüsusi tibb müəssisələrinə gətirmək; qanunla müəyyənləşdirilmiş hallarda və qaydada təyin olunmuş tərbiyəvi xarakterli məcburi tədbirlərdən yayınan yetkinlik 32 yaşına çatmayan şəxsi tutmaq və xüsusi tərbiyə müəssisəsinə gətirmək; saxtalaşdırma əlaməti olan sənədləri, habelə mülki dövriyyədən çaxırılmış və xüsusi icazə olmadan saxlanılan əşyaları, maddələri, materialları və qurğuları götürmək; qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada nəqliyyat saitəsini saxlamaq, onu idarə edən şəxsin sürücülük hüququna dair sənədlərini və daşınan yükün sənədlərini yoxlamaq, sərxoş vəziyyətdə olan və ya sürücülük vəsiqəsi olmayan şəxsləri nəqliyyat vasitəsinin idarə edilməsindən kənarlaşdırmaq; nəqliyyat vasitəsini idarə edən şəxs və onunla birlikdə olan sərnişinlər tərəfindən cinayət törədilməsi haqqında dəqiq məlumat olduqda, habelə nəqliyyat vasitəsinin idarə olunması ilə cinayət törədilməsinə real təhlükə yarandıqda nəqliyyat vasitəsini təqib etmək. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinin İ hissəsinə əsasən əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat orqanları, korrupsiya ilə bağlı cinayətlər üzrə isə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı həyata keçirir; 5-ci maddəsinin İİ hissəsinə əsasən əməliyyat-axtarış tədbirlərin əməliyyat-axtarış fəaliyyətinin hansı subyekti tərəfindən və hansı həcmdə tətbiqinin mümkünlüyünü Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 10-cu maddəsinin İV hissəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər; 10-cu maddəsinin Vİİİ hissəsinə əsasən bu Qanunla müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən əməliyyat-axtarış tədbirlərinin aparılması, habelə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən (yəni əməliyyat-axtarış tədbirləri çərçivəsində informasiyanın gizli yolla əldə olunması məqsədilə xüsusi olaraq yaradılmış, işlənib hazırlanmış, istehsal olunmuş, proqramlaşdırılmış, təkmilləşdirilmiş avadanlıqlar, cihazlar, qurğular, ləvazimatlar və digər texniki vasitələr) istifadə olunması qadağandır. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 3-cü hissəsinə əsasən cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması və onların açılması sahəsində polis əməkdaşının hüquqlarından biri də əməliyyat-axtarış fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hüquqları həyata keçirməkdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs 22 iyul 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon polis idarəsinin post-patrul xidməti bölüyünün polis nəfərləri tərəfindən saxlanılarkən həmin polis əməkdaşları qanunvericiliyin, o cümlədən Daxili işlər Nazirliyinin “Post-patrul xidmətinin Nizamnaməsi” ilə müəyyən edilmiş tələblərini pozaraq, şəxsi qənaətlərinə görə şübhəli hesab etdikləri şəxsin üzərində faktiki olaraq baxış əməliyyat-axtarış tədbiri, şəxsi axtarış istintaq hərəkəti həyata keçirmişlər. Bakı şəhəri Nizami rayon polis idarəsinin post-patrul xidməti bölüyünün polis nəfərləri şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində baxış, şəxsi axtarış həyata keçirərkən həmin şəxsin cibindən çıxarıb yerə atdığını ehtimal etdikləri, yerdən tapdıqları 01 ədəd bükülünü götürmüş və ayrıca olaraq, şəxsin üzərindən aşkar olunan şəxsi əşyaları ilə birlikdə 23-cü polis bölməsinə təqdim etmişlər. Buna baxmayaraq, Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsində içərisində narkotik vasitəyə bənzər maddə olması ehtimal olunan bükümün şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunması, yəni onun üzərində olan qanunsuz əşya və ya maddənin təqdim edilməsi barədə polis əməkdaşlarının təkifindən sonra şübhəli şəxsin əynində olan şalvarın cibindən çıxararaq təqdim etməsi faktiki olaraq səhnələşdirilmiş və bu səhnə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüdə və bu barədə tərtib olunmuş protokolda həqiqi hadisə, istintaq hərəkəti kimi təqdim edilməklə öz əksini tapmışdır ki, nəticədə Təqsirləndirilən şəxs ədalətsiz üsulla əldə olunmuş dəlildən istifadə edilməklə qanunsuz və əsassız ittiham irəli sürülməsinə nail olunmuşdur. 22 iyul 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokola görə, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən 02 ədəd bükülü aşkar olunmuşdur və şübhəli şəxs hər iki bükümün içərisində narkotik vasitə olduğunu bildirmişdir. Verilmiş ittihamda aşkar olunmuş bükümlərin sayı 02 ədəd olmaqla göstərilmişdir, məhkəmə-kimyəvi ekspertizasının rəyində də təqdim olunan 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,032 qram, 0,655 qram, ümumi təmiz çəkisi 1,687 olan qəhvəyi rəngli maddələrin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin olması müəyyən edilmişdir. Hansı ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlayaraq üzərində şəxsi axtarış aparmış, daha sonra 23-cü polis bölməsinə təhvil vermiş polis nəfərləri aşkar olunan bükümün 01 ədəd olmasını təsdiq etmişlər, həmçinin 23-cü polis bölməsinə təhvil verdikləri maddənin 01 ədəd bükümdə olmasını qeyd etmişlər. Məlumdur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət işləri üzrə mühüm və zəruri sübut əhəmiyyətinə malik olan ilkin sənəd şəxsin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi barədə protokoldur. Lakin hazırda baxılan işə münasibətdə həmin növdən olan 22 iyul 2023-cü il tarixli protokolun mötəbər sübut kimi qəbul edilməsinə hər hansı hüquqi əsas yoxdur, məhkəmə həmin sübut növünü etibarsız sayır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən həmin protokol təqsirləndirilən şəxsin təqsirini müəyyən və sübut edən sübut, belə sübutlardan biri kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bundan başqa, cinayət əməlinin törədilmə vaxtı ilə bağlı məlumatlar öz təsdiqini tapmamışdır. Belə ki, yuxarıda istinad olunan 22 iyul 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolunda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində həmin tarixdə saat 08:30-da saxlanıldığı qeyd olunsa da və verilmiş ittihamda da cinayətin törədilmə vaxtı həmin qaydada göstərilsə də, şahid qismində dindirilən Bakı şəhəri Nizami rayon polis idarəsinin post-patrul xidməti bölüyünün polis nəfərlərinin ifadələri ilə müəyyən edilmişdir ki, həmin polis nəfərləri səhər saat 8-dək, gecə xidmətində olmuşlar, Təqsirləndirilən şəxs saxlanılması gecə saat 1-3 aralığında baş vermişdir, sutkanın qaranlıq saatları olduğundan polis nəfəri yerdəki içərisində narkotik vasitəyə bənzər maddə olan bükümü aşkar edib götürərkən məhz əl fənərinin işığından istifadə etmişdir. Bu qeyd oluananlar Təqsirləndirilən şəxs ifadəsi ilə də öz təsdiqini tapmışdır. Şahidlər Şahid3 və Şahid2 məhkəmənin növbəti iclasında təkrar dindirilmələri zamanı, Təqsirləndirilən şəxs saxlayarkən onun üzərinə baxış, şəxsi axtarış keçirməmələri, yerdən narkotik vasitə aşkar edib götürməmələri və s. barədə göstərdiklərinə münasibətdə məhkəmə qeyd edir ki, ilkin ifadələrində həmin şahidlər işin fakitiki hallarına uyğun ifadələr vermiş, ifadələrini dəfələrlə dəqiqləşdirmiş və bu dəqiqləşdirmələrini əminliklə təsdiq etmişlər. Onların sonradan hadisələri qarışdırdıqlarına görə ilk dəfə həmin qaydada ifadə verdiklərini göstərmələrini isə məhkəmə qeyri-səmimi qəbul edir və tənqidi yanaşmaqla nəzərə almır. Həmin şahidlər şübhəli şəxsi saxlayarkən yol verdikləri qanun pozuntularını pərdələmək, müvafiq məsuliyyətdən yayınmaq məqsədi ilə ifadələrini dəyişdirmişlər. Digər Şahid1 ifadəsində qeyd olunanlar isə həmin şahidlərin ilkin məhkəmə iclasında verdikləri ifadələrin həqiqətə uyğun olmayan ifadə kimi qəbul edilməsinə əsas vermir, işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Cinayət-prosessual qanunvericiliyinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İttihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və bəraət hökmü çıxarır; 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Hoanq Fransaya qarşı” işində Avropa Məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, hakim sübutların qəbul edilənliyini müəyyənləşdirməyə görə cavabdehlik daşıyır. Hakim bu məsələdə İnsan Hüquqları haqqında Avropa Konvensiyasının presedent hüququna uyğun olan tərzdə Cinayət Prosessual Məcəlləsinə istinad etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi “hüquqi təhlükəsizlik konsepsiyasının” baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 yanvar 2004-cü il tarixli digər Qərarında qeyd edilmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 sentyabr 2008-ci il tarixli başqa bir Qərarında qeyd edilmişdir ki, cinayət hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir və bu meyarlar Cinayət Məcəlləsinin qanunçuluq prinsipinin təmin edilməsinə xidmət edir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə, Konstitusiya Məhkəməsinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin eyni kateqoriyadan olan işlər üzrə gəldikləri hüquqi mövqelərinə, istinad edilən maddi hüquq normalarına və işin müəyyən olunmuş faktiki hallarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırda baxılan cinayət işi üzrə əməli törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə, o, ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan – “satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlama” əməlinə görə təqsirsiz elan edilməli və təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürülmüş həmin maddə ilə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə həmin maddənin və CPM-nin 353.5.2-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə bəraət verilməli olduğundan, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, bu zaman onun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli hökmü ilə təyin olunmuş, cəzaçəkmə müddətinin başlanğıcı 06 dekabr 2023-cü il tarixdən hesablanan 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkməkdə olması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, cinayət işi üzrə mülki iddia verilməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntü olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; cinayət işi üzrə təqsirləndirilən şəxsin təqsirililiyi sübuta yetirilməməsi əsası ilə ona bəraət verilməli olduğundan məhkəmə məsrəfi olan ekspertiza xərci ondan tutula bilməz, gələcəkdə təqsirli şəxs müəyyən edilərək onun təqsirlilik məsələsi həll olunan zaman ekspertiza xərcinin tutulması məsələsi həll edilməlidir. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Bununla bağlı məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi kimi tanınmış, ekspertiza tədqiqatından sonra 1,587 qram qalığı qalmış narkotik vasitə heroinin hansı mənbədən əldə edilərək hazırkı cinayət işi üzrə istifadə edilməsi, narkotik vasitənin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi faktının araşdırılması üçün, hökm qanuni qüvvəyə mindikdən sonra, müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokuroruna göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.23-cü maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında xüsusi qərarın çıxarılması üçün əsasların olub-olmadığı, belə əsaslar olduqda kimin barəsində və hansı məzmunda çıxarılacağı müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 355.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair aşağıdakılar müəyyən edildikdə məhkəmə xüsusi qərar çıxara bilər: fiziki şəxslərin cinayət məsuliyyətinə səbəb olmayan hərəkət və ya hərəkətsizliyinin, dövlət orqanlarının vəzifəli şəxslərinin fəaliyyətindəki çatışmazlıqların və ya səhvlərin cinayətin törədilməsinə səbəb olduğunu və şərait yaradıldığını; məhkəməyədək icraat üzrə bu Məcəllənin tələblərinin pozulmasına yol verildiyini. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin məhkəməyədək icraatı zamanı Bakı şəhəri Nizami rayon polis idarəsinin müvafiq əməkdaşları tərəfindən yol verilən kobud qanun pozuntuları barədə tədbirlər görülməsi üçün xüsusi qərar qəbul olunaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməsi məsələsi həll ediləcəkdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona həmin maddə ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli hökmü ilə təyin olunmuş, cəzaçəkmə müddətinin başlanğıcı 06 dekabr 2023-cü il tarixdən hesablanan 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkməkdə olması nəzərə alınsın. Cinayət işi üzrə maddi kimi tanınmış, ekspertiza tədqiqatından sonra 1,587 qram qalığı qalmış narkotik vasitə heroinin hansı mənbədən əldə edilərək hazırkı cinayət işi üzrə istifadə edilməsi, narkotik vasitənin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi faktının araşdırılması üçün, hökm qanuni qüvvəyə mindikdən sonra, müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs, onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf edilmiş 80 manat ekspertiza xərcinin tutulması məsələsi gələcəkdə cinayət təqibi orqanı tərəfindən təqsirli şəxs müəyyən edilərək onun təqsirlilik məsələsi həll olunan zaman həll edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 60 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 360 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-50/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-50/2024
17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver