Məhkəmə qərarları › İş №1(007)-500/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-500/2022

29.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-500/2022 29.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İMəhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1989-cu ildə Ağdaş rayonu, Maşad kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, orta təhsilli, Ağdaş rayonu, Maşad kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, 15-ci korpus nömrəsiz fərdi evdə yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,433 qram psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 08:30 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Bakı şəhəri Binəqədi rayonu 1-ci mədən, 15-ci korpus fərdi həyət evində X3 qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81 ünvanında yerləşən Nizami RPİ-nin 24cü PŞ-nə gətirilərək, şöbədə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 1,433 qram olan ağ rəgli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, bildirmişdir ki, o, metronun 28 may stansiyasının yaxınlığında “Məkkə”-yə aid şəkilləri alıb, yaşayış binalarına daxil olaraq mənzillərin qapılarını döyüb, “Məkkə”-yə aid şəkilləri “Allah” xatirinə satıb çörək pulu qazanır. X4 əvvəllər tanımamış onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Həmçinin bir neçə müddətdir ki, maraq üçün “şüşə” kimi tanıdığı narkotik vasitədən istifadə edir. xx.xx.2022ci il tarixdə Binəqədi qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 15 manat müqabilində “şüşə” kimi tanıdığı narkotik vasitəni şəxsi istifadəsi üçün almışdır. Növbəti gün yəni xx.xx.2022- ci il tarixdə yaşadığı ünvanda “şüşə” kimi tanıdığı narkotik vasitədən istifadə edib, Bakı şəhərinin müxtəlif ünvanlarına gedib, “Məkkə”-yə aid şəkilləri satmağa başlamışdır. Nizami rayonu, B.Nuriyev küçəsi, ev 16A saylı binaya daxil olaraq bir neçə mənzilin qapısını döyüb şəkillərdən satmışdır. Həmin binanın 3-cü mərtəbəsində yerləşən 19 saylı mənzilin qapısını döymüş, qapını Aişa açdıqda şəkilləri ona göstərmiş, lakin Aişa valideynlərinin evdə olmadığını və şəkili almaq üçün pulunun olmadığını bildirmişdir. Bundan sonra o, Aişadan içmək üçün bir stəkan su istəmiş, həmin suyu içdikdən sonra ona qarşı əxlaqsız hərəkətlər etmişdir. Bundan sonra adını polis şöbəsində öyrəndiyi Aişa ona çıxıb getməyini bildirdikdə, o, həmin binadan çıxıb, ətrafda olan 5 mərtəbəli binalara daxil olub şəkilləri satmağa davam etmiş, daha sonra oradan uzaqlaşıb getmişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı ünvana iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özünü təqdim edərək, polis əməkdaşları olduğunu bildirmiş, onu Nizami RPİ-nin 24-cü PŞ-yə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanda “Məkkə”-yə aid şəkil satan zaman Aida adlı şəxsə qarşı əxlaqsız hərəkətlər etdiyi üçün gətirilmişdir. Polis şöbəsində üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı, bir ədəd “şüşə” kimi tanıdığı narkotik vasitəni təqdim edərək, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvvəkili vəzifəsində Şahid1 ifadəsində bildirmişdir ki, 09 oktyabr 2022ci il tarixdə əməliyyat tapşırığının icrası ilə əlaqədar tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində 05 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində ünvan 5 ünvanında, X3 qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinən, xx xxxxxx 1989-cu il təvvəllüdlü Təqsirləndirilən şəxs, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu,1-ci mədən 15-ci korpusda nömrəsiz fərdi yaşayış evində saxlanılmış və polis şöbəsinə gətirilən zaman son vaxtlar “şüşə” kimi tanıdığı narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin qanunsuz istifadəsində şübhəli bilindiyi üçün şəxsi axtarış və götürmə keçirilmişdir. İlk öncə ona paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən 01 ədəd şəfaf rəngli sellofana bükülmüş bükülünü təqdim edərək “şüşə” kimi tanıdığı narkotik vasitə olduğunu və Binəqədi rayonu ərazisində üzdən tanıdığı şəxsdən 15 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 6/5829 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub-götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,433 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2022-ci il tarixli 6321 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 2874 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır İşdə materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışına əsasən Təqsirləndirilən şəxs məhkumluğu müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin sürətinə əsasən Təqsirləndirilən şəxs, X5 ilə olan birgə nigahdan 3 azyaşlı övladı-xx.xx.2016-cı il təvəllüdlü Nuray Quliyeva, xx.xx.2011-ci il təvəllüdlü Tural Quliyev və xx.xx.2009-cu il təvəllüdlü Ələddin Quliyev adlı övladları vardır. Məhkəmə təqsirləndirilən ilk dəfə cinayət törətməsini, şəxsin əməlini etiraf etməsini, himayəsində 3 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 09 oktyabr 2022-ci il il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 oktyabr 2022-ci il tarixdə onun barəsində, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 ay (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 09 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 92 manat (doxsan iki) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi ümumilikdə 1,383 qram çəkidə psixotrop maddə olan - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar