Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-502/2024 09.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-“Xəzər Konsaltinq” vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1970-ci il tarixdə Lerik rayonunun Siyov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üç uşağı olan, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Bağlar sahəsi, ev 2611-də qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Bağlar sahəsi, nömrəsiz bağ evində yaşayan, 25 iyul 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölmünə səbub olmuşdur. Belə ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində işləyərkən 01 mart 2024-cü il tarixdə saat 07:40 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən “B1,B,C1,C,D1,D” kateqoriyalı sürücülük vəsiqəsi ilə yol vərəqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “BMC” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Bakı şəhəri Nizami rayonu, X12 küçəsində yerləşən X1 yaxınlığında X12 küçəsindən dönərək üzü Heydər Əliyev prospekti istiqamətində 20-25 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə əməl etməyərək Bakı şəhəri Nizami rayonu, X12 küçəsində, X1 yaxınlığında yolu sağdan sola çəpinə asta qaçışla 5,4 metr məsafə qət etmiş piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan idarə etdiyi avtobusun sağ qabaq hissəsi ilə vurmuş, sonuncu fırlanıb avtobusun altına düşərək sol qabaq təkərin altında qalmaqla ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid daxili massiv qanaxma və baş beyinin, kəllə daxili yumşaq qişalarının və başın dərialtı yumşaq toxumalarının, qansızmaları ilə müşayiət olunan gicgah sümüklərinin kəllə əsasına keçən, üz sümüklərinin, qabırğaların sınıqları və daxili orqanların travmatik cırılmaları və qansızmaları, bədənin çoxsaylı sıyrıqları və yaralarından ibarət xəsarətlər yetirmiş, həmin xəsarətlərdən skelet sümüklərinin qapalı sınıqları, baş beyinin və daxili orqanların qansızması və travmatik cırılmalar Zərərçəkmiş şəxs hadisə yerində ölümünə səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də sürücü işləməklə “BMC” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu idarə edir. 01 mart 2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonu, “Koroğlu” metrostansiyası yaxınlığında həmin avtobusla hərəkət etmiş, 20 km/saat sürətlə Nizami rayonu, X12 küçəsi ilə sağa dönüb üzü Heydər Əliyev prospekti istiqamətində hərəkət edən zaman avtobusun sol arxa hissəsinə maneə toxunmaması üçün sol yan güzgüyə baxmışdır. Həmin vaxt avtobusun alt hissəsinin nəyəsə dəydiyini hiss etmişdir. Həmin yer piyada üçün nəzərdə tutulmayan yerdir. Zərərçəkmiş şəxsin sarı xəttə qaçdığını görmüşdür. Onun sürəti az olmuşdur. Həmişə insanlar polislərdən qaçırlar ki, onlara cərimə yazılmasın. Düşünmüşdür ki, zərərçəkmiş sarı xətdə düz keçəcəkdir. Zərərçəkmiş şəxs qaçan zaman avtobusun kor nöqtəsinə gəlib dəymişdir. Avtobusun öz kamerası maşının sürətini qeyd etmişdir. O, zərərçəkmişi sarı xətdə olarkən görmüş və aralarında 2 metr məsafə olmuşdur. Qabağına çıxanda görməmişdir. Düşünmüşdür ki, özünü maşının qabağına atmaz. O, zərərçəkmişin hüquqi varisi ilə barışmışdır və lazımı maddi köməklik göstəmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 25 iyul 2024-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 1993-1994-cü il tarixlərdə İ Qarabağ döyüşlərində iştirak etmişdir. Onun “B 1, B, C1, C, Dİ, D” kateqoriyaları sürücülük vəsiqəsi vardır. 16 mart 2023-cü il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə sürücü vəzifəsində işə götürülmüş və həmin vaxtdan 163 nömərli marşurut xəttində sərnişin avtobusunu idarə etməyə başlamışdır. Birinci növbə olan zaman qarajdan sərnişin avtobusunu təhvil götürüb saat 06:00-da işə başlayır və saat 14:00-də isə avtobusu ikinci növbədə olan sürücüyə təhvil verir, ikinci növbə olan zaman saat 14:00-da sərnişin avtobusunu digər sürücüdən təhvil alıb işə başlayır və saat 22:00-da işi qutarıb sərnişin avtobusunu qaraja təhvil verir. 01 mart 2024-cü il tarixdə saat 05:30 radələrində "xxxx" MMC-nin qarajına getmiş, həkim müayinəsindən keçmiş və ona təhkim olunmuş BMC markalı **-JU-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu təhvil götürmüşdür. 163 nömrəli marşurut xəttinin başlanğıcı olan Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz yaşayış sahəsinə getmiş, sərnişinlər avtobusa əyləşmiş və Ramana qəsəbəsindən üzü Bakı şəhəri Nizami rayonu metronun “Koroğlu” stansiyası istiqamətində hərəkətə başlamışdır. İdarə etdiyi BMC markalı sərnişin avtobusu ilə saatda 20 km sürətlə Nizami rayonu, X12 küçəsi ilə hərəkət edib sağ tərəfə dönüb üzü Heydər Əliyev prospekti istiqamətində hərəkət edən zaman qarşıdan gözünə gün düşürmüş və o, sol yan güzgüyə baxmışdır ki, avtobusun sol arxa hissəsi maneəyə toxunmasın. Həmin vaxt avtobusun alt hissəsinin nəyəsə dəydiyini hiss etmiş və avtobusda olan sərnişinlər qışqırmışdır ki, piyada avtobusa toxundu. O, tez avtobusu saxlamış, avtobusun qapılarını açmış və sərnişinlər avtobusdan tez yerə düşmüşlər. O, avtobusdan düşmüş və avtobusun altına baxan zaman görmüşdür ki, avtobusun altında bir nəfər kişi cinsli şəxs var, avtobusun sol qabaq təkərinin altında həmin şəxsin baş hissəsi qalıb və həmin şəxs yerindəcə ölübdür. O, həyacanlanmış və orada gözləməyə başlamışdır. Bundan sonra hadisə yerinə polis işçiləri gəlib onun iştirakı ilə hadisə yerinə baxış keçirmişlər, sonra alkoqol testinə göndərilmiş və müəyyən olunmuşdur ki, o, ayıqdır. İfadəsinə əlavə olaraq qeyd etmişdir ki, yol-nəqliyyat hadisəsi zamanı ətrafda olan və ya avtobusda olan sərnişinlərə fikir verməmişdir. O, idarə etdiyi sərnişin avtobusu ilə Nizami rayonu, X12 küçəsindən sağ tərəfə üzü Heydər Əliyev prospektinə dönən zaman saatda 20 km sürətlə hərəkət etmişdir. Məlum yol-nəqliyyat hadisəsi baş verməmişdən qabaq gözünə gün işığı düşürmüş, həmin vaxt sol yan güzgüyə baxırmış ki, avtobusun sol arxa hissəsi maneəyə toxunmasın. Həmin vaxt avtobusun alt hissəsinin nəyəsə dəydiyini hiss etmişdir. O, piyadanın yolu keçdiyini görməmişdir. Mərhum Zərərçəkmiş şəxs ailə üzvləri ilə barışmış və dəymiş ziyanı qarşılamışdır. Baş vermiş yol-nəqliyyat hadisəsinə görə peşmanlıq hiss keçirir və istəməzdi ki, belə bir hadisə baş versin. Qeyd olunan ifadəsinin elan olunmasından sonra Təqsirləndirilən şəxs ifadələri arasında olan ziddiyyətlə bağlı hər hansı izah verə bilməsə də, məhkəmədə verdiyi ifadəsinin qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə son sözlə çıxışında isə Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu göstərmiş və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəməyə poçt vasitəsi ilə teleqram ünvanlayaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs, onun mərhum oğlu Orucun dəfn və yas mərasimlərinin keçirilməsinə maddi yardım göstərmişdir. Təqsirləndirilən şəxslə barışmışlar və ondan heç bir maddi və digər tələbi yoxdur. Səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəkdir, qeyd olunanları nəzərə alıb onun iştirakı olmadan işə baxılmasını və yekun qərarın çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, zərərçəkmiş şəxsin hüquqi varisi X4 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmiş, onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi həmin ifadəsində göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs qeydiyyatda Babək rayonunun Nehrəm kəndində olsa da, işi ilə əlaqədar ailəsi ilə birlikdə Bakı şəhəri Binəqədi rayonunda yaşamışdır. Asena adında bir azyaşlı qızı vardır. Hadisəni özü bilavasitə görməsə də, eşitdiyinə görə oğlu Oruc 01 mart 2024-cü il tarixdə saat 07 radələrində Bakı şəhəri Nizami ayonu “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən avtobus dayanacağına getmək üçün yolu keçərkən Təqsirləndirilən şəxs adlı sürücünün idarə etdiyi marşurut avtobusu ilə vurulmuşdur. Oğlu Oruc aldığı xəsarətlərdən hadisə yerində vəfat etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 01 mart 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 01 mart 2024-cü il tarixli protokoldan, fotocədvəldən və sxemdən görünür ki, Təqsirləndirilən şəxs şahid qismində ifadəsinin yerində yoxlanılması zamanı o, hadisə yerini əyani olaraq göstərmiş və işin faktiki hallarına uyğun olaraq verdiyi ifadəsinə uyğun hadisəni təsvir etmiş, bundan sonra hadisə yerinin sxemi tərtib olunmuşdur. (i.v. 32-35) -Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 01 mart 2024-cü il tarixli 2/11477 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:21-də keçirilən müyinəsi zamanı ayıq olduğu müəyyən edilmişdir. (i.v. 36) -Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 14 mart 2024-cü il tarixli 3-13-16/2-41560/2024 nömrəli məktubundan görünür ki, 25 may 1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 07 sentyabr 2021-ci il tarixdə (07 sentyabr 2031-ci il tarixədək etibarlı olan) BB 411261 nömrəli “BCD” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (i.v. 53) - 08 may 2024-cü il tarixli protokoldan görünür ki, DİN-in X2 Xidmətindən daxil olmuş 01 ədəd DVD diskə müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Bakı şəhəri Nizami rayonu, X12 küçəsində X3 avtobusların hərəkət etdiyi və dayancağına gəlib dayandığı, avtobuslardan düşən, avtobusa, metronun “Koroğlu” stansiyası istiqamətində yolun qırarığı ilə hərəkət edən piyadalar və günəş yeni çıxdığı üçün şüaları üfıqi istiqamətdə düşdüyü görünür. X12 küçəsi ilə düzünə hərəkət zamanı Ziya Bünyadov prospekti ilə kəsişir, X12 küçəsindən sağ tərəfə döndükdə Heydər Əliyev prospekti ilə kəsişir, döngədə hərəkət hissəsi iki tərəfli olub, hər istiqaməti üçün iki hərəkət zolağı var və əks istiqamətli nəqliyyat axırlarını 1.3 üfüqi nişanlama xətti (qoşa xətt) ayırır. Həmin video görüntünün 00:12:26-cı dəqiqəsində X12 küçəsində sağa tərəfə döngədə yolun sağ qırağı ilə 1.4 üfüqi nişanlanma xəttinin üzəri ilə hündür boylu, dolu bədən quruşlu cavan oğlanın asta qaçışla hərəkət etdiyi görünür. Həmin vaxt monitorun sağ yuxarı küncündə xx/xx/2024 saat 08:10:02 dəqiqə görünür. Hündür boylu, dolu bədən quruşlu cavan oğlanın asta qaçışla yolun qırağı, 1.4 üfıqi nişanlanma xəttinin üzəri ilə hərəkət etdiyi görünür. Həmin video görüntünün 00:12:28-ci dəqiqəsində X12 küçəsində sağa tərəf döngədə üzü Heydər Əliyev prospekti istiqamətində qırmızı rəngli "xxxx" MMC-yə məxsus avtobusun döndüyü görünür. Hündür boylu, dolu bədən quruşlu cavan oğlanın asta qaçışla yolun qırağı, 1.4 üfüqi nişanlanma (sarı rəngli) xəttinin üzəri ilə 08 addım atdıqdan sonra çəpinə, 135 dərəcə bucaq altında sağdan sola doğru yolu keçmək üçün asta qaçışla 09 addım ataraq X12 küçəsindən üzü Heydər Əliyev prospekti istiqamətində iki hərəkət zolağının ortasında olan 1.5 üfiqi nişanlanma (qırıq-qırıq) xəttin üzərinə çatan zaman döngəni dönməkdə olan qırmızı rəngli avtobus sağ qabaq hissəsi ilə piyadanı vurur, hündür boylu, dolu bədən quruşlu cavan oğlan avtobusun altına düşür və həmin avtobus 10 metr hərəkət edib sağ hərəkət zolağında dayanır. (i.v. 87-88) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 01 aprel 2024-cü il tarixli 50 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, X5nda - daxili massiv qanaxma və baş beyinin kəllə daxili yumşaq qişalarının və başın dərialtı yumşaq toxumalarının, qansızmaları ilə müşayiət olunan gicgah sümüklərinin kəllə əsasına keçən, uz sümüklərinin, qabırğaların sınıqları və daxili orqanların travmatıv cırılmaları və qansızmaları; bədənin coxsaylı, sıyrıq və yaraları həyatidirlər, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hıssəsındə gostə şəraitdə və müddətdə, yəni xx.xx.2024-ci il tarixdə piyada qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçun təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərini daşıyırlar. Qeyd olunan xəsarətlər baş vermiş ölümlə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə həyatla bir araya sığmayan xəsarətlər, skelet sümüklərinin qapalı sınıqları, baş beyin və daxili orqanların qansızması və travmatik cırılmaları olmuşdur, ölümün baş vermə müddəti meyitin meyitxanadakı müayinəsindən 3-5 saat əvvələ uyğun gələ bilər. X5 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi müayinəsi nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (i.v. 89-94) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 12 iyul 2024-cü il tarixli 8/1690 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən BMC markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 101-103) - 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 143, 263-1.3 və 264-cü maddələrinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş, hadisənin video görüntüsü olan bir ədəd DVD disk və BMC markalı Az **-JU-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu cinayət işi üzrə maddi sübut hesab olunmuş, bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, avtobusun "xxxx" MMC-nin nümayəndəsinə qaytarılması nəzərə alınmışdır. (i.v. 106-113) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələr, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmədə son sözlə çıxışında əməlini etiraf edərək peşman olduğunu bildirmiş, ona yüngül cəza verilməsini xahiş etmişdir. Ona görə məhkəmə həmin halı təqsirləndirilən şəxsin əməlini etiraf etməsi kimi qiymətləndirir. Eyni zamanda, o, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş, müvafiq qaydada maddi köməklik göstərmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Halbuki, məhkəmə tədqiqi zamanı həmin təqsirləndirilən şəxsə ittiham olunduğu maddələrlə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1ci maddəsində nəzərdə tutulmuş əməllər (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur və üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 50) - 25 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 130-131) -Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 07 sentyabr 2010-cu il tarixdə doğulmuşdur. (i.v. 133) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.1, 59.1.12 və 59.1.4-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1.10-59.1.14-cü maddələrinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə həmin maddənin tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış BMC markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusun məhkəməyədək icraat zamanı "xxxx" MMC-nin nümayəndəsinə geri qaytarılması nəzərə alınmalı, 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, işin məhkəmə icraatı dövründə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi müqavilə əsasında vəkili tərəfindən həyata keçirilmişdir, ona görə Azərbaycan Respublikası CPM-nin 193-cü maddəsinin tələbləri baxımından həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış “BMC” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusun məhkəməyədək icraat zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinə geri qaytarılması nəzərə alınsın, 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-502/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-502/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver