Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-504/2025 09.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1983-cü ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində və evində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 455,24 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq bir hissəsini üzərində, bir hissəsini isə yaşadığı evdə saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında, 08 aprel 2025-ci il tarixdə saat 22:49 radələrində Nizami Rayon Polis idarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında piyada hərəkət edən zaman şübhəli bilindiyi üçün saxlanılaraq həmin yerdə üstü yoxlanılarkən əlində tutduğu qırmızı rəngli 1 ədəd polietilen bağlamada xeyli miqdarda təmiz çəkisi - 195 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürüldükdən sonra, Nizami RPl-nin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat tədbirinin davamı olaraq 09 aprel 2025-ci il tarixdə saat 13:08-də onun iştirakı ilə yaşadığı ünvan 2 ünvanına baxış keçirilərkən evdə olan çarpayının üzərindən 1 ədəd və döşəkçənin altından 1 ədəd olmaqla içərisində psixotrop maddə metamfetamin izləri olan ümumilikdə 2 ədəd boruşəkilli şüşə vasitə, üzərində cüzi miqdar bitki marixuana hissəcikləri olan 1 ədəd elektron tərəzi, kiçik ölçülü rəfin ilk gözündən 1 ədəd ağ rəngli kağız bükümdə və 1 ədəd şəffaf sellofan bükümdə, həmin kiçik ölçülü rəfin ikinci gözündən 1 ədəd qara rəngli sellofan bükümdə, kiçik ölçülü rəfin sol yan hissəsində yerləşən rəfin üzərindən 1 ədəd açıq şəkildəki bükümdə, şkafın aşağı hissəsində 1 ədəd göy rəngli sellofan bağlamanın içərisində 6 ədəd göy rəngli sellofan bükümlərdə, 8 ədəd şəffaf sellofan bükümlərdə, 3 ədəd qara rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 19,2 qram, 14,15 qram, 14,48 qram, 14,18 qram, 14,51 qram, 8,82 qram, 0,37 qram, 0,35 qram, 8,77 qram, 6,81 qram, 14,01 qram, 8,99 qram, 13,88 qram, 8,64 qram, 8,38 qram, 8,86 qram, 14,15 qram, 5,11 qram, 28,69 qram, 47,81 qram və 1 ədəd polietilen torbacıqda qarışıq kütlənin içərisində təmiz çəkisi 0,08 qram, tərkiblərinə görə eyni olan, xeyli miqdarda, ümumi təmiz çəkisi 260,24 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası CM- in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özü narkotik vasitələrdən istifadə edir. Onun üzərində tərəzi olmayıb. Həmçinin bükümlərin də hamsı ona məxsus olmamışdır. Həmin narkotik vasitənin bir qismi ona məxsus olmuşdur. Saxlanılan günü o, evin qapısından çölə çıxanda bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq soruşmuşdur ki, “nəşən var?”, o da demişdir ki evdə var, gedib gətirəndə tutulmuşdur. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, həmin narkotik vasitələri özü istifadə etmək üçün alıb saxlamışdır. Çəkiliş edəndə də demişdir ki, həmin tərəzi onun deyil. Bütün bunları nəzərə alaraq, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Nizami Rayon Polis idarəsinin 23-cü Polis bölməsinin təhqiqatçısı tərəfindən verilmiş əməliyyat tapşırığı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş tədbirlər nəticəsində 08 aprel 2025-ci il tarixdə, saat 22:49 radələrində yaşadığı ünvanın qarşısında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Onlar Turala özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə məlumat verərək üstünü yoxlayacaqlarını demiş, Tural etiraz etməmiş, videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa, onu təqdim etməyi təklif edilmiş, o da əynində olan göy rəngli şalvarının sağ yan cibindən iki ədəd mobil telefonu və əlində saxladığı qırmızı rəngli sellofan torbanı onlara təqdim etmişdir. Həmin sellofan torbaya baxış keçirildikdə içərisində narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Turaldan sellofan torbadakı kütlənin nə olduğu soruşan zaman o, həmin kütlənin marixuana olduğunu və özünün olduğunu bildirmişdir. Artıq bundan sonra onlar onu 23-cü Poliş bölməsinə gətirmiş, təhqiqatçıya təhvil verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünün müvafiq razılıq ərizəsinə əsasən onun yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsi, 4/52 saylı evinə gedilərək özünün iştirakı ilə baxış keçirilmiş, evin ikinci otağına baxış zamanı otaqda 2 ədəd borucuq, 1 ədəd elektron tərəzi, ayrı-ayrı 20-yə yaxın büküm aşkar edilmişdir. Həmçinin həmin otaqda yerləşən kiçik ölçülü rəfin üzərindən bir ədəd mavi rəngli “Redmi” markalı mobil telefon da aşkar edilmişdir. Təhqiqatçı həmin bükümləri açdıqda onların içərisində yaşıl rəngli spesifik iyə malik narkotik vasitə marixuanaya oxşar kütlələr olduğu görünmüşdür. Suallara cavab olaraq bildirdi ki, əməliyyat qrupuna rəhbərlik edən Şahid2 olmuşdur, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ola bilsin ki, əməliyyat qrupunun rəhbəri olduğu üçün Tahir tanımış olsun. Təqsirləndirilən şəxs evinin yaxınlığında saxlanılmış, özü bildirmişdir ki, bura evidir, həmçinin əlində bir qırmızı rəngli sellofan torba olmuş, torbanında içində bütöv şəkildə marixuana olmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin marixuana özünə məxsusdur. Evində baxış zamanı isə marixuana olan otağı özü göstərmiş, oradan ayrı-ayrı 20-yə yaxın büküm aşkar olunmuşdur. Həmçinin borucuq, tərəzi və mobil telefon da aşkar olunmuşdur. Marixuananın harda əldə etməsi barədə dedikləri, onun mənbəyi, həmçinin özünün satması barədə nəsə deməsini uzun müddət keçdiyinə görə xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin CA baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin CAŞ-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid4 məhkəməyə, ifadəsi elan edilmiş şahid Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibtidai istintaqa Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişlər. Suallara cavab olaraq şahid Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin CA baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat təhqiqatçıya daxil olmuş, əməliyyat tapşırığı təhqiqatçı tərəfindən onlara verilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuş, yanında heç kim olmamış, saxlanılarkən əlində qırmızı sellofan torba olmuş, torbanın da içərisində marixuana olmuş, mənzildən isə ayrı-ayrı bükümlər, elektron tərəzi aşkar olunmuşdur. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/557 saylı ekspert rəyindən görünür ki, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs..” yazı və imzalar olan 1 (bir) ədəd polietilen bağlamada təmiz çəkisi 195 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/558 saylı ekspert rəyindən görünür ki, üzərində “...Şübhəli şəxs imza Təqsirləndirilən şəxs..” yazı və imzalar olan 1 (bir) ədəd polietilen bağlamada 6 ədəd göy rəngli üzəri skoçlu bağlamada, 2 ədəd kağız bükümdə, 4 (dörd) ədəd qara rəngli üzəri skoçlu bağlamada, 8 ədəd üzəri skoçlu şəffaf sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi: 19,2 qr; 14,15 qr; 14,48 qr; 14,18 qr; 14,51 qr; 8,82 qr; 0,37 qr; 0,35 qr; 8,77 qr; 6,81 qr; 14,01 qr; 8,99 qr; 13,88 qr; 8,64 qr; 8,38 qr; 8,86 qr; 14,15 qr; 5,11 qr; 28,69 qr, 47,81 qram və 1 (bir) ədəd polietilen torbaçıqda qarışıq kütlənin içərisində təmiz çəkisi 0,08 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin bağlamanın içərisində olan bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində cüzi miqdar bitki marixuana hissəcikləri vardır. Marixuana cüzi miqdarda olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün olmadı. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/1319 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №163”-li dairəvi möhür əksi, “şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan bağlamadakı 2 (iki) ədəd boruşəkilli şüşə vasitələrin içərisində psixotrop maddə olan - metamfetaminin izləri aşkar edildi. İz şəklində olduğu üçün metamfetaminin çəkisini müəyyən etmək mümkün deyildir. Həmin bağlamada olan elektron tərəzinin üzərində sintretik narkotik və psixotrop maddələrin izləri yoxdur. Psixotrop maddə metamfetamin və bükümlərdə olan bitki mənşəli narkotik maddələr müxtəlif növ və tərkibli obyektlər olduğu üçün onlar arasında müqayisəli tədqiqat aparılmadı. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/900 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş marixuana ilə evindən aşkar edilmiş marixuanalar tərkiblərinə görə eynidir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2025-ci il tarixli, 3231 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 213-1.2-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti olaraq təyin edilməklə 2 il sınaq müddəti müəyyən edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş qohunluq məlumatları barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 adında 2 uşağı var. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi həmin ifadə həqiqətə uyğun deyildir, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri, ekspertiza rəyi, iş materiallarına əlavə edilmiş mesaj mətnləri və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 1-i azyaşlı olmaqla yetkinlik yaşına çatmayan 2 uşağının olmasını, törətdiyi əməli qismən etiraf etməsini cəzanı yünülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-110/2025 nömrəli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, o, hökm çıxarıldığı hazırki vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin qalığı, 02 ədəd borucuq və bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmənin, həmçinin evində baxış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 03 ay (üç il üç ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc - 324 manat (üç yüz iyirmi dörd manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş ümumi qalıq çəkisi 452,19 qram olan marixuana, maddi sübut kimi tanınmış 02 ədəd borucuq və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində və evində axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişlərin qeydə alındığı 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №1(007)-504/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-504/2025
09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver