Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-505/2024 23.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X8 Əziz oğlunun sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx xxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2vanında yaşayan, 14 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 may 2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 03 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,290 qram, 0,198 qram və 0,295 qram, ümumi təmiz çəkisi 0,783 qram narkotik vasitə heroini əldə etmiş, özündə saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 14 may 2024-cü il tarixdə saat 15:40 radələrində ünvan 3 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinə gətirilmiş və həmin idarədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən 03 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,290 qram, 0,198 qram və 0,295 qram ümumi təmiz çəkisi 0,783 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 14 may 2024-cü il tarixində polis əməkdaşları onu saxlayan zaman üzərində narkotik vasitə və elektron tərəzi olmamışdır. O uzun müddətdir ki, narkotik vasitə istifadə etmir, sonuncu dəfə 2022-ci ildə narkotik vasitə istifadə etmişdir. O heç kimə narkotik vasitə satmamışdır. İstintaqda ifadəsini oxumadan imzalamışdır. Əməlindən peşmandır. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirmişdir ki, ***- ***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri onun istifadəsində olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, 2014-cü ildən narkotik vasitə olan heroini inyeksiya vasitəsi ilə dəri altına vurmaqla qəbul edir. O əvvəllər narkotik vasitə heroini Bakı şəhəri Nəsimi rayonunda “Kubinka” adlanan yerdən alıb istifadə etmişdir. Axır zamanlar isə Bakı şəhəri Nizami rayonu metronun “Neftçilər” stansiyasının ətrafında tanımadığı ayrı-ayrı adamlardan alıb istifadə edir. 14 may 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Nizami rayonu metronun “Neftçilər” stansiyasının yaxınlığında tanımadığı şəxsdən 36 manata 0,7 qram 3 ədəd ayrı-ayrı bükümlərdə olan narkotik vasitə heroin almış və həmin narkotik vasitə heroin bükümlərini özündə olan elektron tərəzi ilə çəkmişdir ki, onu aldatmasınlar. Bundan sonra o, 3 ədəd bükümdə olan heroini və 1 ədəd elektron tərəzini əynində olan göy rəngli şalvarın sağ yan cibinə qoymuş və bu barədə heç kimə bir söz deməmişdir. 14 may 2024cü il tarixdə saat 15:40 radələrində yaşadığı ünvan 3 yaşayış binasına piyada gedən zaman iki nəfər ona yaxınlaşıb özlərini təqdim edərək Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin polis işçiləri olduqlarını bildirmişlər. Polis işçiləri ondan adını və soyadını soruşmuş, o da polis işçilərinə anket məlumatlarını demişdir. Polis işçiləri üzərində şəxsi axtarış keçirilməsi üçün onu saxlayaraq Bakı şəhəri Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. O da etiraz etməyib polis işçiləri ilə birlikdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə getmişdir. Polis İdarəsinin xidməti otaqlarının birində ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş və ona Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. O, təhqiqatçıya hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət edilməsini bildirmişdir. Bundan sonra 6 saylı Vəkil Bürosunun vəkili Polis İdarəsinə gəlmiş və ona vəkil tərəfindən də hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşları tərəfindən ona izah olunmuşdur ki, videoçəkilişlə üzərində şəxsi axtarış aparılacaqdır. Onun üzərində vəkilin və iştirakçıların iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilməsi başlanılmış, videoçəkiliş zamanı iştirakçılar özlərini təqdim etdikdən sonra o da özünü təqdim etmişdir. Videoçəkiliş zamanı ona hüquq və vəzifələri yenidən izah olunmuşdur. Polis işçiləri üzərində şəxsi axtarış aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməyini təklif etmişlər. O əynində olan göy rəngli şalvarının sağ yan cibindən üç ədəd bükümü və bir ədəd elektron tərəzini çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki, üç ədəd bükümdə olan maddə narkotik vasitə heroindir, Bakı şəhəri Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında tanımadığı şəxsdən 36 manata almışdır. Üç ədəd büküm təhqiqatçı tərəfindən açılmış və həmin bükümlərin içində qəhvəyi rəngli maddə aşkarlanmışdır. Bundan sonra üç ədəd büküm və bir ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən onun və müdafiəçisinin yanında zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və zərf möhürlə möhürlənmiş, zərfin üzəri və tərtib olunmuş protokol o və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, o, narkotik vasitə heroini öz istifadəsi üçün alıb özündə saxlamış, narkotik vasitənin satışı ilə məşğul olmur. O, narkotik vasitə heroini əldə etdiyi şəxsin anket məlumatlarını və mobil telefon nömrəsini bilmir. Üzərindən aşkar olunmuş elektron tərəzi ilə narkotik vasitə heroin alanda çəkirmiş ki, onun aldatmasınlar. Polis əməkdaşları tərəfindən saxlanılan və üzərində şəxsi axtarış aparılan zaman polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi aşağıdakı sübutlarla təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 14 may 2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində “Mirdaməd” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 14 may 2024-cü il tarixdə təxminən saat günorta 15-16 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov küçəsində Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olan bir nəfər şəxsi görüb yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs Nizami rayon Polis İdarəsinə dəvət etmişlər və o etiraz etməyərək onlarla birlikdə idarəyə getmişdir. Xidməti otaqların birində vəkilin iştirakı ilə videoçəkiliş aparılaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən üç ədəd bükümü və bir ədəd elektron tərəzini çıxarıb təqdim etmiş və üç ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu, tanımadığı şəxsdən 36 manata aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 14 may 2024-cü il tarixli qərardan görünür ki, “Mirdaməd” adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə şəxsiyyətinin və yaşadığı ünvanın müəyyən edilərək yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda “Mirdaməd” adlı şəxs tərəfindən saxlanılan narkotik vasitənin qısa müddətdə realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, “Mirdaməd” adlı şəxsin olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi qərara alınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli 5(007)-258/2024 saylı qərarından görünür ki, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 14 may 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. - şəxsi axtarış və götürmə aparılması haqqında 14 may 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Nizami RPİ-nin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli, spesifik iyə malik olan, toz formasında narkotik vasitəyə və ya psixotrop maddəyə bənzər kütləni və metallik rəngli markası məlum olmayan elektron tərəzini çıxardaraq təqdim etmiş və üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin narkotik vasitəni Nizami rayonu ərazisində adını bilmədiyi şəxsdən istifadə etmək məqsədi ilə 36 manata əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 15 may 2024-cü il tarixli 3-16- 16/2-6/2733 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 162" dairəvi möhür əksi və “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr və elektron tərəzi...” yazısı və imzalar olan zərfdəki, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,290 qram, 0,198 qram, 0,295 qram, ümumi təmiz çəkisi 0,783 qram qəhvəyi rəngli, tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd “gümüşü” rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Heroinlərin ümumi təmiz çəkisi 0,783 qram olub, 0,15 qramı (hər obyektdən 0,05 qram) tədqiqata sərf edilmiş, 0,633 qramı isə qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manatdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 03 iyun 2024-cü il tarixli 3-16- 16/2-6/2866 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 № 59” möhür əksi olan bir ədəd paketdəki Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. Heroinlərin ümumi təmiz çəkisi 0,633 qram olub, 0,09 qramı (hər obyektdən 0,03 qram) tədqiqata sərf edilmiş, 0,543 qramı isə qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manatdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 iyun 2024-cü il tarixli 4074 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - diskə baxış keçirilməsi haqqında 24 iyun 2024-cü il tarixli protokoldan görünür ki, ***-***-**-** saylı nömrə Təqsirləndirilən şəxs məxsusdur. xx.xx.2024-cü il tarixdə ***-***-**- ** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Sallam qaqa menem vidadi mene yig 30 manatim var.oz nomreme”, xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “heç nə xəsdə maldı qadir vurub əsir evdə aspirin aldım Allaha and olsun anamın canı xesdə maldı heç nə də heç nə” məzmunlu mesajlar daxil olmuşdur. ***-***-**- ** saylı nömrədən ***-***-**-** saylı nömrəyə xx.xx.2024-cü il tarixdə “Ağa tema yoxudu”, xx.xx.2024-cü il tarixdə “Ağa gelme gedir Teymur”, xx.xx.2024-cü il tarixdə “Ağa qadasim axşam saat altıda gelmisen temani götürüb getmisən didin ki azdı mən sene didim ki və qaytarım hele getməmişdi Teymur tez zəng vuradim geledim qaytaradım bir saniyə olmamisdi tez zəng vuracaydim gələcəkdi. Teymur sene didim ki ağa ver qaytarım goturdun getdin neçə saat gecib diyisen mənə 4 saat gecib isti isti veredim malı, Teymura neçə saat gecib incime bir dəfə didin ki qapımı döyüle sene köməklik elədim indi he köməklik edə birmiyecem incime ağa senin xetirivi çox istiyirem bir qardaş kimi ağa”, xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı nömrəyə “Azer heç nə yoxdu mende”, ***-***-**-** saylı nömrəyə xx.xx.2024-cü il tarixdə “Tağı sen gelin sen bir cavab di qadasim, Tağı qadasim evde yoxdu şəhərə gedib həmin adam”, xx.xx.2024-cü il tarixdə “Tağı qadasim heç nə yoxdu”, xx.xx.2024-cü il tarixdə “Tağı atam qebiri telefonu goturmur qadasim cavab çıxan kimi zəng vuracam sene”, xx.xx.2024-cü il tarixdə “Tağı soxana sonra diyesen veziyetden cixadir qadasim”, xx.xx.2024-cü il tarixdə “Salam Tağı heç nə yoxdu qadasim özüm lomkadan olurem”, xx.xx.2024-cü il tarixdə “Ağa pulu duz olsun 40 manat esgir olmasın esgir olsa vermeyəcək mene didi indiden diyirem sene ağa esgir olmasın pul meni de veziyetden çıxadasan”, xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı nömrəyə “Salam qadir bele hərəkət kişiye yaraşmır bir temaya görə özüvə satma söyüş soydun getirirem pulu nodu kişi ol mala görə özüvü kişi kimi apar”, 06.03.204-cü il tarixdə ***-***-**-** saylı nömrəyə .”Gel bloka gozuyurem seni”, “Tağı 25gel mən öz adımna diyerem” məzmunlu mesajlar göndərilmişdir. - diskə baxış keçirilməsi haqqında 18 iyul 2024-cü il tarixli protokoldan görünür ki, ***- ***-**-** saylı nömrə Anaxanım Ağamirova məxsusdur. xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “X10 X5 X3 Verib İttere. Baxa bu sobeti X7 X6”, xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “X11 Gotur Saxla da X1 100 Faiz”, xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Qaqaw Duz 30 X15 Qardawimsan Bir”, xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Tağı heç nə yoxdu”, ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “X12 Anam Cani, xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Qaqa axsaamin xeyir menem azer seher bir dene mene saxala de qadan alim duuranda meni yig gelim göturum ozuun goturende bizide nezere al basina donum qadr yatib yigdi acmadin opurem gecen xeyre “, həmin tarixdə ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Yatmamisansa he yox de qaqa”, xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Qaaqa. Salam durmusannsa meni yiig. Gelim”, xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “X9 X13 X14 Aldiriram”, ***-***-**-** saylı nömrədən xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı nömrəyə “Azer hele xəbər yoxdu”, həmin tarixdə eyni nömrəyə “Azər vermedi tema gelisen”, xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı nömrəyə “Mende heç nə yoxdu goturmusen heseyi”, xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı nömrəyə “Tağı qadasim 20 manat alimi brat diyir ki 1qram malı qalib ona göre vermedi”, xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı nömrəyə “Tağı diyir ki iki qram malım va alimi 10 manatdig”, xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı nömrəyə “Tağı qadasim menne cavab gozuyur götürecek sen teması azdı 1.qram yarı qalib goturmiyecek sen versin”, xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı nömrəyə “Tağı heç nə yoxdu”, xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı nömrəyə “Azər qadasim san nese tapsan menide veziyetden cixadasan veziyetim pisdi lomkadan ölürə”, xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı nömrəyə “Azər nese duzerse mende 10 manat verirəm veziyetim pisdi”, xx.xx.2024cü il tarixdə ***-***-**-** saylı nömrəyə “Ola birmez kimse menim yanıma gelsi tema götürsün özüm tema axtarıram ağa”, xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı nömrəyə “İsi qadasim san gelesende biz tərəfə anamcani pis gundeyem Allah ad olsun vəziyyətim pisdi qadasim san gelesende isi”, xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı nömrəyə “Ağa gelme bir nefer getiri mene tema diyidim bizde hele heç kim yoxdu evde”, xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı nömrəyə “Azər qadasim san sen ananın cani qaldırın yanına çatanda teması olsa mənə diyesen nigaran qalma aramızda qalacag berke sene verdi tema ona görə diyirem meni de yaddan çıxatma diyesen seyidə 10 manat va özüm sene zəng vuraram” məzmunlu mesajlar göndərilmişdir. - sübutların qiymətləndirilməsi haqqında 05 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 0,783 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalıq çəkisi 0,543 qramı və 01 ədəd elektron tərəzi, 01 ədəd “DVD” formatlı və 02 ədəd “CD” formatlı disklər maddi sübut kimi tanınmış, 0,543 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 01 ədəd “DVD” formatlı və 02 ədəd “CD” formatlı disklər cinayət işinə əlavə edilmişdir. - 01 ədəd “DVD” formatlı diskə köçürülmüş videogörüntüdən görünür ki, həmin görüntü açıldıqda xidməti otaqda özünü Bakı şəhəri Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı Ənvər Məlikov kimi təqdim edir. Sonra X4 tərəfindən xidməti otaqda olan mülki geyimdə olan Bakı şəhəri Nizami RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2, baş əməliyyat müvəkkili Şahid1, Təqsirləndirilən şəxs və Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Zabid Məmmədovu təqdim edir. X4 Nizami RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən və Nizami RPİ-yə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini bildirir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 03 ədəd büküm və 01 ədəd elektron tərəzini çıxardıb xidməti otaqda olan masanın üzərinə qoyur. X4 tərəfindən 03 ədəd büküm açılır və həmin bükümlərin içərisində qəhvəyi rəngli maddə aşkar edilir. Bundan sonra əməliyyat müvəkkili tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmur. Təqsirləndirilən şəxs sorğu zamanı bildirir ki, narkotik vasitəni Bakı şəhəri Nizami rayonu ərazisindən tanımadığı şəxsdən 36 manata istifadə etmək üçün alaraq üzərində saxlamışdır. Tərəzini isə özü üçün aldığı narkotik vasitəni çəkib miqdarını bilmək üçün üzərində saxlamışdır. X4 03 ədəd büküm və 01 ədəd elektron tərəzini qablaşdırmaq üçün zərfə qoyur, zərfin kənarlarına möhürlü kağız yapışdırır, zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitəsidir, onun 0,15 qram və ondan artıq hissəsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə daxil olan və çıxan mesajlarda narkotik vasitələrin satışı ilə məşğul olmasına dair məlumatların olması və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 24 may 2024-cü il tarixli məhkumluq haqqında tələbnamədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 1(006)-41/2017 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.4-cü maddəsinə əsasən 1500 manat miqdarında cəzasına məhkum olunmuş, 22 noyabr 2021ci il tarixdə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 14 may 2024-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 0,543 qram olan narkotik vasitə - heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 01 ədəd “DVD” formatlı və 02 ədəd “CD” formatlı disklər cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 228 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,543 qram narkotik vasitə - heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd “DVD” formatlı və 02 ədəd “CD” formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 228 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim İlham Kərimli
Məhkəmə qərarları › İş №1(007)-505/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-505/2024
23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver