Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-509/2024 02.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs xx xxxx 1981-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, üçüncü qrup əlil, Ağdam şəhəri, T.İsmayılov küçəsi ev 59, mənzil 49da qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 01 avqust 2024-cü il tarixdə saat 03:30 radələrində ictimai yer olan Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti 182A ünvanında yerləşən “Koroğlu” metrostansiyasının qarşısında idarə etdiyi avtomobili saxlayıb taksi fəaliyyəti ilə məşğul olması ilə əlaqədar müştəri gözləyərkən həmin yerdə digər taksi sürücüsü Zərərçəkmiş şəxs növbədən kənar idarə etdiyi “Toyota Prius” markalı **-NL-*** dövlət nömrə nişanlı avtomobilinə sərnişinlər mindirməsini görüb həmin sərnişinləri Zərərçəkmiş şəxs avtomobilindən düşürdükdən sonra heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla Zərərçəkmiş şəxs təhqir edib mübahisə edərək qəsdən əli ilə bir neçə dəfə sonuncunun baş və sifət nahiyələrindən vurmaqla Zərərçəkmiş şəxs ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid burun çəpərinin əyilməsi və burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun belinin şişkinlik halında əzilməsi və qançırı, sol qulaqarxası nahiyəsinin qançırı ilə müşayiət olunan bədən xəsarətləri yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ona elan olunmuş yekun protokolda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, özünü CM-nin 221.1-ci maddəsi ilə deyil, CM-nin 128-ci maddəsi ilə təqsirli bilir. Zərərçəkmiş şəxsi durduğu yerə vurmamışdır. Zərərçəkmiş şəxsi onu təhqir etdiyi üçün vurmuşdur. Zərərçəkmiş şəxs onun növbəsinə girmişdir. Növbəsinə girməməsini söylədikdə zərərçəkmiş şəxs onu söymüş, bu səbəbdən də o, həmin şəxsi vurmuşdur. Daha sonra polisə gedib şikayət etmişdir. Mübahisə etmişlər, həmin vaxt onun taksiyə mindirdiyi adamlar düşüb getmişlər. Onlar 2 manata müştəri aparırlar. Bu şəxs isə gəlib 1 manat deyib, çıxıb gedir. Vurandan sonra həmin yerə camaat gəlmişdir. Orada adam çox olmamış, metro və ictimai nəqliyyat işləməmişdir. Bir-iki taksi sürücüsü olmuşdur. Orada iki-üç nəfər müştəri olmuş, zərərçəkmiş də həmin müştəriləri götürmüşdür. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 09 avqust 2024-cü il tarixdə müdafiəçisinin iştirakı ilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs sözügedən ifadəsində ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, daimi iş yeri olmasa da dolanmaq üçün etibarnamə əsasında “Hyundai Verna” markalı, **-VG-*** dövlət nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Metronun “Koroğlu” stansiyasından çıxan müştəriləri qarşılayıb dayanacağa apararaq ünvana çatdırır. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 03:30 radələrində “Koroğlu” metrostansiyasının arxasında dayanacaqda avtomobilini saxlayıb müştəri axtarırmış, bu zaman tanışı Zərərçəkmiş şəxs onun növbəsinə girərək müştəriləri öz avtomobilinə aparmışdır. O, Zərərçəkmiş şəxs yaxınlaşıb öz iradını bildirmiş, onun növbəsi olduğunu ona deyərək sərnişinləri Zərərçəkmiş şəxs avtomobilindən düşürmüşdür. Bundan sonra aralarında mübahisə düşmüş, müştərilər avtomaşından düşüb getmişlər. Bir-birilərini nalayiq ifadələrlə təhqir etmişlər, bu zaman onlar arasında yaranmış mübahisə zamanı o, əli ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vurmuş, bu zaman ətrafda olan tanımadığı şəxslər onları ayırmışdır. Daha sonra Zərərçəkmiş şəxs avtomobili sürüb getmişdir. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs ondan polis şöbəsinə şikayət etmişdir. Hadisə xx.xx.2024-cü il tarixdə saat 03:30 radələrində Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti 182A ünvanında yerləşən “Koroğlu” metrostansiyasının qarşısında baş vermiş və 1-2 dəqiqə davam etmiş, hadisə küçədə baş verdiyindən hadisəni küçədən keçən tanımadığı şəxslər görmüş, hadisə vaxtı Zərərçəkmiş şəxs ona heç bir bədən xəsarəti yetirməmiş, məhkəmə- tibbi ekspertizasından həkim müayinəsindən keçməkdən imtina etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs qeyd olunan ifadəsində göstərilənlərlə razılaşmamış, hazırda məhkəmə iclasında verdiyi ifadəsinin əsas kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə son sözlə çıxışında isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bildiyini, himayəsində azyaşlı uşaqları olduğunu, özünün üçüncü qrup əlil olduğunu, zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 01 avqust 2024-cü il tarixdə saat 03:30 radələrində avtomobilini “Koroğlu” metrosunun qarşısında saxlayıb metronun çıxışından müştəri götürüb avtomobilinə gəlmiş, bu zaman digər taksi sürücüsü tanışı Təqsirləndirilən şəxs onun avtomobilinə yaxınlaşaraq müştəriləri avtomobildən düşürmüşdür ki, onun növbəsidir. O da Eldənizə bildirmişdir ki, nə növbə, müştəriləri o, gətirmişdir, hərənin öz ruzisi olduğunu demişdir. Lakin Eldəniz onunla mübahisə etməyə başlamış, müştəriləri avtomobildən düşürmüşdür. Eldənizin bu hərəkətləri ona çox pis təsir göstərmişdir. Eldəniz onunla mübahisə edən vaxt qəflətən əli ilə onun bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə endirmiş, bu zaman ətrafda olan tanımadığı şəxslər onları ayırmışlar. Bundan sonra o, baş vermiş hadisə ilə əlaqədar Nizami RPİ-nin 25-ci polis şöbəsinə müraciət etmişdir. Hadisə 01 avqust 2024-cü il tarixdə saat 03:30 radələrində Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti 182A ünvanında yerləşən “Koroğlu” metrostansiyasının qarşısında baş vermiş, təxminən 5 dəqiqə davam etmişdir. Hadisənin şahidi orada olan tanımadığı şəxslər olmuşdur. O, hadisə zamanı heç kəsi söyməmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət, tələb və iddiası yoxdur. Təqsirləndirilən şəxslə barışdığını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Mercedes 220” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Metronun “Koroğlu” stansiyasından çıxan müştəriləri qarşılayıb dayanacağa apararaq ünvana çatdırır. 01 avqust 2024-cü il tarixdə saat 03:30 radələrində əvvəlcədən tanıdığı Eldəniz, Əli və tanımadığı taksi sürücüləri “Koroğlu” metrostansiyasının qarşısında avtomobilləri saxlayıb müştəri gözləmişlər. Bu zaman “Koroğlu” metrostansiyasının qarşısında dayanmış taksi sürücüsü Zərərçəkmiş şəxs digər taksi fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs növbəsinə girərək müştəriləri öz avtomobilinə aparmışdır. Bundan sonra Eldəniz Familə yaxınlaşıb öz iradını bildirərək onun növbəsi olduğunu ona demiş və sərnişinləri Familin avtomobilindən düşürmüşdür. Eldənizlə Famil arasında sözlə mübahisə baş vermiş, müştərilər avtomaşından düşüb getmişlər. Bu zaman onlar bir-birilərinin ünvanına nalayiq ifadələr işlətmişlər. Famillə Eldəniz arasında yaranmış dava-dalaş zamanı Eldəniz əli ilə Familin bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə endirmişdir. O və digər üzdən tanıdığı şəxslər hadisənin şahidi olmuşlar, onlar tez həmin şəxsləri ayırmışlar, daha sonra Famil avtomobili sürüb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, 01 avqust 2024-cü il tarixdə saat 03:30 radələrində Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti 182A ünvanında yerləşən “Koroğlu” metrostansiyasının qarşısında dayanmışdır. Bu zaman əvvəlcədən tanıdığı Eldəniz ilə orada sonradan tanıdığı Famil arasında müştəri üstündə mübahisə yaranmışdır. Mübahisə zamanı onlar bir-birilərinə nalayiq ifadələrlə söymüş, təhqir etməyə başlamışlar, həmin vaxt Eldəniz əli ilə Familin bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. Daha sonra o, eləcə də orada olan tanımadığı şəxslər, taksi sürücüləri köməkləşib onları ayırmışlar. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 02 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət alması barədə ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. (i.v. 4) - 01 avqust 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, 25-ci polis şöbəsinin təhqiqatçısı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, xuliqanlıq hadisəsinin Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti 182A ünvanında baş verməsi müəyyən edilmişdir. (i.v. 2-3) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 06 avqust 2024-cü il tarixli 696 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs burun çəpərin əyilməsi və burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun belinin şikinliklik halında əzilməsi və qançırı, sol qulaqarxası nahiyəsinin qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmaları mümkündür və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin xüsusiyyətlərinə və lokalizasiyasına istinad edərək qeyd etmək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində və şəxsin göstərdiyi şəraitlərdə, yəni kənar şəxs tərəfindən başla onun üz nahiyyəsinə və əl ilə soldan baş nahiyəsinə vurulması nəticəsində əmələ gəlməsi mümkündür. Lakin, bu xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi və ya öz boyun hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyil. (i.v. 25-28) - 15 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildiyindən məhkəməyədək sadələşdirilmiş icraat materialının Nizami rayon prokurorluğu vasitəsilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (i.v. 71-73) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. Təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə nəzərə alır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona qarşı irəli sürülmüş yekun protokolda özünü təqsirli bilməsə də, işə baxıldığı müddətdə Zərərçəkmiş şəxs ilə barışıq əldə etmiş və son sözlə çıxışında himayəsində azyaşlı uşaqlarının olmasını, əlilliyini və zərərçəkmiş şəxslə barışmasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Bundan başqa, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və müdafiəçisinin cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlinin xuliqanlıq kimi tövsif edilməsi üçün müvafiq əlamətlər mövcuddur, yəni onun hərəkətləri ilə ictimai qayda kobud surətdə pozulmuş, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etmiş, həmçinin zərərçəkmiş şəxs üzərində zor tətbiq olunmuşdur. Hadisənin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma kimi qəbul edilməsi üçün qanuni əsaslar da müəyyən edilməmişdir, hadisə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin zərərçəkmiş şəxslə mübahisə edib sonuncunun ünvanına nalayiq ifadələr işlədərək fiziki zor tətbiq edib əvvəlcə qəsdən zərərçəkmiş şəxsi vurması ilə başlanmış və ittihamda qeyd olunan ardıcıllıqla davam edərək başa çatmışdır. Eyni zamanda cinayət qanunvericiliyinin mənasına görə, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan əməldir. Deməli, xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qaydadır. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulduğu kimi, xuliqanlıq vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunur. Ona görə də, xuliqanlığın əlavə obyektini insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xuliqanlıqla müşayiət olunan hazırkı cinayət əməli ictimai yer sayılan Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospektində, “Koroğlu” metrostansiyasının qarşısında, insanların, ictimai və şəxsi nəqliyyat vasitələrinin müntəzəm hərəkətdə olduğu yolda baş vermişdir, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs xuliqanlıq cinayətinin bilavasitə obyekti olan ictimai qaydanı kobud surətdə pozan əmələ yol verdikdən sonra Zərərçəkmiş şəxs zor tətbiq etməklə xuliqanlığın əlavə obyekti olan hərəkətə yol vermişdir. Belə olan halda, məhkəmə hesab edir ki, xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qayda, ictimai münasibətlər olduğundan və cinayət əməli nəticəsində ictimai qayda kobud surətdə pozulduğundan, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə zərərçəkmiş şəxsin barışması əsası ilə cinayət işi üzrə icraata xitam verilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 69) -Elektron sistemdə çıxarışdan görünür ki, X1 02 fevral 2022-ci il tarixdə, X2 30 mart 2024-cü il tarixdə doğulmuşlar. -Elektron sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs üçüncü qrup əlildir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına xidmət etməlidir. Eləcə də, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 23 mart 2004-cü il tarixli Qərarının 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Məhkəmə qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Ona görə məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.13–346.1.22-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müvafiq məsələlər müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir. Məhkəmə həmin məsələləri müzakirə edərək, qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olmadığından cəzaçəkmə müəssisəsinin növü müəyyən edilmir; onun təqsirləndirildiyi maddədə əlavə cəza nəzərdə tutulmamışdır; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur; zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verilməmişdir; iş üzrə maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir; təhqiqat orqanı tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə qətimkan tədbiri seçilməmişdir, hazırda da buna əsaslar və zərurət yoxdur. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiə hüququnun təmin edilməsi üçün qərar əsasında dəvət olunmuş vəkil tərəfindən müvafiq müddət ərzində göstərilmiş hüquqi xidmətlərə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1200 (bir min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 25 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 150 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-509/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-509/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver