Məhkəmə qərarları › İş №1(007)-51/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-51/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-51/2024 18.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçiləri: Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs:xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, «Azercell Telecom»da kiçik mütəxəssis, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 iyul 2023-cü il tarixdə saat 20:26 dəqiqədə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «KİA SORENTO» markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə 4-cü hərəkət zolağı ilə 60 km/saat sürətlə Bakı şəhəri, Xətai rayonu istiqamətində hərəkətdə olan vaxtı «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələblərə riayət etməyərək, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 3 nömrəli ünvanda yerləşən Azərbaycan Respublikası DİN-in Daxili Qoşunların Hərbi Hissəsinin qarşısından keçən hissəsində onun hərəkət istiqamətinə görə hərəkət hissəsinin sağ tərəfindən sol tərəfə keçmək istəyən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilin ön hissəsi ilə vuraraq sonuncuya hemopnevmotoraks, soldan İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların yayılmış sınıqları, sağ budun aşağı 1/3-nin qapalı, qəlpəli sınığı, sol budun aşağı 1/3-nin qapalı, sol baldırın orta 1/3-nin qapalı, qəlpəli sınıqları, xayalığm hematoması, sol təpə nahiyəsinin əzilmiş yarası, bədənin sıyrıq və qançırları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmiş və aldığı xəsarətlər nəticəsində ağciyər arteriyasının və kiçik ölçülü damarların trombemboliyası xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs saat 05:00-da müalicə olunduğu Azərbaycan Respublikası DİN-in Hospitalında ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, atası X4 məxsus “Kia Sorento” markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobillə 24 iyul 2023-cü il tarixdə saat 20 radələrində ayıq vəziyyətdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə şəhərin mərkəzi istiqamətində soldan birinci hərəkət zolağı ilə 60 km/saat surətlə hərəkət edən zaman Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 3 ünvanın qarşısında işıqforun yaşıl işığında, piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu sağdan sola, iti addımlarla keçərək sonuncu zolağa çatdıqda avtomobilin hərəkətini görüb 1-2 saniyə ərzində dayanmış piyada xx.xx.1973-cü il təvəllüldlü Zərərçəkmiş şəxs görmüş, o, Zərərçəkmiş şəxs avtomaşınla vurmamaq üçün sükanı sağa döndərdikdə piyadanı avtomobilin ön sol hissəsi ilə ehtiyyatsızlıqdan vurmuş, nəticədə piyada Zərərçəkmiş şəxs zərbənin təsirindən təxminən 2-3 metr məsafədən yolun üzərinə yıxılaraq xəsarət almış, həmin vaxtı o, maşını dərhal saxlamış və Raufa yaxınlaşmış, Rauf onunla danışaraq onu yerdən qaldırmasını bildirmişdir. Bundan sonra o,, dərhal təcili tibbi yardım çağırmış, az sonra Raufu təcili tibbi yardım maşınına yerləşdirib X9 göndərmişdir. X7 Raufa ilkin tibbi yardım göstərilmiş, 31 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs valideynlərinin xahişi ilə DİN-nin Hospitalına köçürtmüş, 2 avqust 2023-cü il tarixdə evdə olan zaman onlara Raufun qardaşı Muxtar zəng edərək, Zərərçəkmiş şəxs hospitalda vəfat etməsini bildirmişdir. Zərərçəkənin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş tərəfin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, onun əri Zərərçəkmiş şəxs 5 ilə yaxın müddətdir ki, Nizami rayonu, Babək prospekti ərazisində yerləşən kafeni icarə əsasında işlədir. 24 iyun 2023-cü il tarixdə Babək prospekti, 3 ünvanın qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əri Zərərçəkmiş şəxs aldığı ağır xəsarət nəticəsində Sabunçu xəstəxanasına yerləşdirilmiş, bir neçə gün sonra isə DİN-in hospitalına köçürülmüşdür. Hadisədən sonra əri Zərərçəkmiş şəxs ayılmış və onlarla dəfələrlə əlaqə saxlamışdır. Lakin 2 avqust 2023cü il tarixdə Zərərçəkmiş şəxs DİN-in hospitalında vəfat etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər ödənilmiş, təqsirləndirilən şəxsə qarşı hər hansısa şikayət və tələbi yoxdur. Qeyd olunanların məhkəmə tərindən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 161 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş hemopnevmotoraks, soldan İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların yayılmış sınıqları, sağ budun aşağı 1/3-nin qapalı, qəlpəli sınığı, sol budun aşağı 1/3-nin qapalı, sol baldırın orta 1/3-nin qapalı, qəlpəli sınıqları, xayalığın hematoması, sol təpə nahiyəsinin əzilmiş yarası, bədənin sıyrıq və qançırları həyatidir, şəxsin xəstəxanaya daxil olmasından az əvvəl bərk-küt əşyanın (əşyaların) təsirindən piyada qismində olan yolnəqliyyat hadisəsi zamanı alınması mümkündür, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində ağciyər arteriyasının və kiçik ölçülü damarların trombemboliyası olmuşdur. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023cü il tarixli 8/2224 №-li rəyindən görünür ki, «Kia Sorento» markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş üzrə əlavə olaraq təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 15 fevral 2024-cü il tarixli 8/3884-4/2083 №-li rəyinə əsasən müəyyən edilmişdir ki, 1,2-ci suallar üzrə tədqiqata təqdim edilmiş videoyazıdakı görüntülərdə piyadanın avtomobil tərəfindən vurulması kimi vizual hadisənin baş verməsi müəyyən olunmadığından piyadanın naməlum “Prius” markalı avtomobilin tinindən çıxdığı andan təqsirləndirilən şəxsin idarə etdiyi avtomobil ilə vurulduğu ana qədər nə qədər vaxt keçmişdir və həmin vaxt ərzində mərhum nə qədər məsafə qət etmişdir sualı üzrə rəy vermək mümkün olmamışdır. Obyektin sürücünün görünüş dairəsinə düşmə anının müəyyən olunması videoyazıların məhkəmə ekspertizasının həll etdiyi suallar dairəsinə aid deyildir. 3,4-cü sualar üzrə rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən məhkəmə tərəfindən qərarda müdafiə tərəfinin təqdim etdiyi mexanizmə əsasən göstərildiyi kimi sürücünün hərəkəti üçün təhlükə piyadanın sağ zolaqda hərəkətdə olan naməlum Toyota Prius markalı avtomobilin qabaq tinindən çıxaraq sürücünü görünüş dairəsinə düşdüyü andan vurulana kimi asta qaçışla 2-3 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyil və ona görə də bu məlumat üzrə tədqiqat aparılmır. İstintaq tərəfindən 27 iyul 2023-cü il tarixdə təqdim olunan məlumatlar əsasında xx.xx.2023-cü il tarixli 8/2224 №-li rəydə tədqiqat aparılaraq «Kia Sorento» markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması nəticəsinə gəlinmişdir. Qarşıda hərəkətdə olan nəqliyyat vasitəsinin surətinin azaltması və dayanma işıqlarının yanması hərəkətdə olan nəqliyyat vasitəsinin sürücüsü üçün irəlidə hər hansı bir təhlükənin və maneənin olması barədə xəbərdarlıq kimi qiymətləndirilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan DİN-in BƏSİİ-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs məhkumluğu müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi X1 Təqsirləndirilən şəxs qarşı ona dəymiş zərər tam ödənildiyindən şikayətinin olmadığı müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışığın əldə olunması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, dəymiş ziyanla bağlı zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasınını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Kia Sorento” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınmalıdır. Digər maddi sübut TŞ 4-010 müşahidə qurğusunun 2-ci kamerasında qeydə alınmış görüntünün əks olunduğu DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizalarının keçirilməsinə çəkilmiş xərc 335 manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan “Kia Sorento” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınsın. Maddi sübut qismində tanınmış TŞ 4-010 müşahidə qurğusunun 2-ci kamerasında qeydə alınmış görüntünün əks olunduğu DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 300 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar