Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-52/2023 25.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1988-ci il tarixdə Tərtər rayonunun Qapanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, işləməyən, məhkumluğu olmayan, Tərtər rayonunun Qapanlı kəndində qeydiyyatda olan, 04 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 iyul 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrar oğurluq etmiş və satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 fevral 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində əvvəllər tanıdığı, fərdi taksi fəaliyyəti göstərən X1 idarə etdiyi, sonuncuya məxsus “VAZ 2104” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri qismində əyləşib evin dam örtüyünü təmir etmək üçün usta lazım olduğunu bildirmiş, Zərərçəkmiş şəxs3 usta tanıdığını deyərək həmin ustanı çağırmaq üçün avtomobildən düşdükdən sonra o, cihazlar panelinin üzərində olan, Zərərçəkmiş şəxs3 məxsus **********92066 İMEİ kodlu, dəyəri 3 manat təşkil edən ***-***-**-** GSM mobil nömrəsi ilə işləyən 1023 manat dəyərində “Samsung A52” markalı mobil telefonu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 1026 manat maddi ziyan vurmaqla oğlurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 may 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında yerləşən “Stil” kişi geyimləri mağazasına gəlib, həmin mağazada satıcı işləyən Zərərçəkmiş şəxs4 fikrinin yayınmasından istifadə edib, mağazanın içərisində olan piştaxtanın üzərinə qoyduğu özünə məxsus, dəyəri 7 manat təşkil edən ***-***-**-** GSM mobil nömrəsi ilə işləyən, telefonun arxa hissəsindəki dəyəri 10 manat təşkil edən qoruyucunun içərisində 390 manat nağd pul olan, **********53109 İMEİ kodlu, 1800 manat dəyərində, “Samsung S21” markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 2207 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 iyun 2022-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanında yerləşən “8-ci km bazarı”ndakı parça mağazasının giriş qapısının kilidini təmir edən Zərərçəkmiş şəxs2 mağazanın içərisində olan tikiş maşınının üzərinə qoyduğu özünə məxsus, hər birinin dəyəri 5 manat təşkil edən ***-***-**-** və ***-***-**-** GSM mobil nömrələri ilə işləyən, **********95421 və **********05439 İMEİ kodlu, 300 manat dəyərində, “Redmi 9T” markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 310 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 iyun 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci km bazarı”nda, “1-ci bazar” adlanan yerdə fəaliyyət göstərən qadın və kişi geyimlərinin satışı mağazasına gəlib, həmin mağazada satıcı işləyən Zərərçəkmiş şəxs1 digər müştəri ilə məşğul olmasından istifadə edib, Zərərçəkmiş şəxs1 mağazanın içərisində olan piştaxtanın üzərinə qoyduğu, özünə məxsus, dəyəri 5 manat təşkil edən ***-***-**-** GSM mobil nömrəsi ilə işləyən, **********05626 və **********05634 İMEİ kodlu, 500 manat dəyərində, “Xiaomi 11 Lite” markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 505 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 04 iyul 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Ağ Çiçəyim” mağazasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,595 qram olan narkotik vasitə heroini 20 manat ödəyərək əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 20 radələrində ünvan 2 ünvanının qarşısında Nizami RPl-nin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən oğurluq cinayətləri törətməkdə şübhəli bilindiyi üçün saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən 24-cü PŞ-nə gətirilib polis şöbəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,595 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuşdur, təxminən 3 il əvvəl azadlığa buraxılmışdır. Azadlıqda olduğu müddətdə bir müddət işləsə də, bəzi vaxtlar işləmədiyi üçün pula ehtiyacı yaranmış, buna görə oğurluq etmək qərarına gəlmişdir. 01 fevral 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində dayanmış, əvvəllər tanıdığı, fərdi taksi fəaliyyəti göstərən Zərərçəkmiş şəxs3 idarə etdiyi “VAZ 2104” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri qismində əyləşmiş, sonra evin dam örtüyünü təmir etmək üçün usta lazım olduğunu bildirmişdir. Fərahim belə bir usta tanıdığını deyib həmin ustanı çağırmaq üçün avtomobildən düşmüşdür. Fərahim avtomobildən bir qədər uzaqlaşdıqdan sonra o, avtomobilin içərisində, cihazlar panelinin üzərində olan “Samsung A52” markalı mobil telefonu özü ilə götürüb avtomobildən düşmüş və oradan uzaqlamışdır. O, həmin telefonu tanımadığı şəxsə 300 manata satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 17 may 2022-ci il tarixdə saat 18-19 radələrində Nizami rayonundakı “8-ci km bazarı”na getmiş, orada olan paltar mağazalarının birinə daxil olub satıcının fikrinin başqa yerdə olmasından istifadə edərək kassanın yanından 01 ədəd mobil telefonu götürüb cibinə qoymuş, sonra oradan çıxaraq həmin telefonu Sabunçu rayonunda “Bit bazarı” deyilən yerdə tanımadığı şəxsə 60 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 28 iyun 2022-ci il tarixdə saat təxminən 12 radələrində yenə də “8-ci km bazarı”na getmiş, orada olan parça mağazasının içərisində olan satıcının və müştərilərin başının qarışıq olmasından istifadə edərək tikiş maşınının üzərində olan “Redmi 9T” markalı mobil telefonu oğurlayıb cibinə qoymuş, mağazanı tərk edərək uzaqlaşmış, həmin mobil telefonu da Sabunçu rayonundakı “Bit bazarı”nda tanımadığı şəxsə 50 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 29 iyun 2022-ci il tarixdə saat 14 radələrində “8-ci km bazarı”na getmiş, orada olan geyim mağazasına daxil olmuş, satıcının fikrinin yayınmasından istifadə edərək rəfin üzərindən 01 ədəd “Xiaomi” markalı mobil telefonu oğurlayıb cibinə qoyaraq hadisə yerini tərk etmiş, həmin mobil telefonu da Sabunçu rayonundakı “Bit bazarı” deyilən yerdə tanımadığı şəxsə 50 manata satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Azadlıqda olduğu müddətdə o, heroin kimi tanıdığı narkotik vasitədən istifadə etmişdir. Sonuncu dəfə 04 iyul 2022-ci il tarixdə günorta saatlarında Yasamal rayonu ərazisində yerləşən “Ağ Çiçəyim” mağazasının yaxınlığında üzdən tanıdığı şəxsdən 20 manata “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin gün saat 20 radələrində yaşadığı evin yaxınlığında olan zaman mülki geyimdə olan iki şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini ona göstərib oğurluq etməkdə və narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli bilindiyini ona izah edib 24-cü polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin vaxt o, idman şalvarının sağ yan cibində olan, həmin gün günorta saatlarında aldığı “kakos” kimi tanığı narkotik vasitə olan heroini təqdim etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs göstərmişdir ki, əməllərindən səmimi peşmandır, maddi imkanı olmadığına görə zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı ödəyə bilmir. Qeyd etdiklərinin, ailə və maddi vəziyyətinin ağır olduğunun, himayəsində bir azyaşlı uşağı olduğunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci km bazarı”nda, “1-ci bazar” adlanan yerdə fəaliyyət göstərən qadın və kişi geyimlərinin satışı mağazasında satıcı işləyir. 29 iyun 2022-ci il tarixdə saat təxminən 14 radələrində işdə olduğu zaman özünə məxsus, içərisində dəyəri 5 manat təşkil edən ***-***-**-** mobil nömrəsi olan, **********05626 və **********05634 İMEİ kodlu, 1150 manat dəyərində, “Xiaomi 11 Lite” marxalı mobil telefonu mağazanın içərisində olan piştaxtanın üzərinə qoyaraq mağazadakı müştərilərlə maraqlanmışdır. Müştəriləri yola saldıqdan sonra telefonunu götürmək istədikdə mobil telefonunun piştaxtanın üzərində olmadığını aşkar etmişdir. Bundan sonra hadisə ilə əlaqədar ərizə ilə Nizami RPİ-nin 24-cü polis şöbəsinə müraciət etmişdir. O, həmin mobil telefonu hadisədən təxminən 7 ay əvvəl kreditlə 1150 manata almış, telefonun nağd satışda dəyəri 850 manat olmuşdur. Telefonun bir müddət işlənməsini nəzərə alaraq baş vermiş oğlurluq hadisəsi nəticəsində ona ümumilikdə 505 manat maddi ziyan dəymişdir. Oğurluğu törətmiş Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəməmişdir, ondan şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 25 iyun 2022-ci il tarixdə parça almaq məqsədilə ünvan 1 ünvanında yerləşən parça mağazasına getmişdir. Parçanı alan zaman mağazanın giriş qapısının işləmədiyini görüb, bir neçə günə gəlib kilidi təmir edə biləcəyini bildirmişdir. 28 iyun 2022-ci il tarixdə saat təxminən 12 radələrində yenidən həmin mağazaya gedib parça mağazasının giriş qapısının kilidini təmir etməyə başlamışdır. İş gördüyünə görə özünə məxsus olan içərisində hər birinin dəyəri 5 manat təşkil edən ***-***-**-** və ***-***-**-** mobil nömrələri olan, **********95421 və **********05439 İMEİ kodlu “Redmi 9T” markalı mobil telefonu cibindən çıxarıb mağazanın içərisində olan tikiş maşınının üzərinə qoymuşdur. İşini bitirdikdən sonra tikiş maşınının üzərinə baxdıqda telefonunun yerində olmadığını görmüşdür. Bundan sonra mağazada olan tanımadığı şəxsdən telefon alıb öz nömrəsinə zəng vurmuş, telefonunun söndürüldüyünü müəyyən etmişdir. Telefonunun oğurlandığını başa düşərək hadisə ilə əlaqədar DİN-in 102 mərkəzi zəng xidmətinə, sonra isə ərizə ilə Nizami RPİ-nin 24-cü polis şöbəsinə müraciət etmişdir. O, oğurlanmış həmin mobil telefonunu hadisədən təxminən bir il əvvəl metronun “28 May” stansiyasının yaxınlığında yerləşən telefon mağazasından təzə vəziyyətdə, nağd qaydada 430 manata almışdır. Telefonu bir il işlətdiyini nəzərə alaraq baş vermiş oğlurluq hadisəsi nəticəsində ona 310 manat maddi ziyan dəymişdir. Oğurluğu törətmiş Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəməmişdir, ondan şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2022-ci ildə özünə məxsus “VAZ 2104” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi olaraq taksi fəaliyyəti göstərmişdir. Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin yanvar ayında tanımışdır, Faniz müştəri qismində onun avtomobilinə əyləşən zaman tanış olmuşlar. Faniz ona usta işlədiyini bildirmişdir. 01 fevral 2022-ci il tarixdə o, idarə etdiyi avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində dayandığı zaman Faniz müştəri qismində avtomobilinə əyləşmişdir. Faniz metronun “Nərimanov” stansiyasının yanında mənzil təmir etdiyini, həmin mənzilin dam örtüyünün təmir olunması üçün usta axtardığını bildirmişdir. O, belə bir usta tanıdığını söyləmişdir. Faniz ona həmin ustanı çağırmağını və həmin usta ilə birlikdə onu metronun “Nərimanov” stansiyasının yaxınlığına aparmasını xahiş etmişdir. O, etiraz etməyib avtomobildən düşərək ustanı çağırmağa getmişdir. Təxminən 5 dəqiqə keçmiş avtomobilinə yaxınlaşdıqda Fanizin avtomobildə olmadığını görmüşdür. Avtomobilə baxış keçirdikdə cihazlar panelinin üzərinə qoyduğu, **********92066 İMEİ kodlu, üzərində 3 manat dəyərində ***-***-**-** mobil nömrəsi olan 1023 manat dəyərində “Samsung A52” markalı mobil telefonun oğurlandığını aşkar etmiş və Fanizin ona məxsus telefonu oğurladığını başa düşmüşdür. O, həmin mobil telefonu 2022-ci ilin yanvar ayında kreditlə 18 aya aylıq 56 manat 87 qəpik ödəniş etmək şərti ilə “Ayna Sultanova” heykəlinin yaxınlığında yerləşən “Kontakt Home” mağazasından almışdır, telefonun kreditini bu günədək ödəyir. Telefonun nağd satışı 774 manat olmuşdur, lakin kreditlə almasına görə baş vermiş oğurluq nəticəsində ona 1026 manat maddi ziyan dəymişdir. Oğurluğu törətmiş Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəməsə də, ondan şikayətçi deyil. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında yerləşən “Lotos” ticarət mərkəzinin yanında olan təxminən 40 kv.m sahəsi olan dükanı 1000 manat müqabilində icarəyə götürərək “Stil” kişi geyimləri adı altında kişi geyim əşyalarının satışı ilə məşğuldur. 17 may 2022-ci il tarixdə saat təxminən 19 radələrində bir nəfər tanımadığı şəxs, sonradan tanıdığı Təqsirləndirilən şəxs müştəri qismində mağazaya daxil olmuşdur. Həmin vaxt o, mağazanın çöl tərəfində olan çəkmələri düzəltmişdir. Faniz mağazaya daxil olduqdan təxminən bir dəqiqə sonra çölə çıxmışdır. O, hansı formada paltar istədiyini soruşduqda, Faniz mağazada olan koftaların birinin qiymətini soruşmuş, o isə həmin koftanın 20 manat olmasını bildirmişdir. Faniz cavabında belə koftanın digər mağazada 8 manat olmasını demişdir. O, özü həmin koftanı topdan 10 manata aldığından Fanizin dediyi qiymət ona təəccüblü gəlmiş, bu səbəbdən koftanın hansı dükanda satıldığını soruşduqda Faniz koftanın özünə məxsus avtomobildə olduğunu demişdir. Qeyd olunan koftanın onun satdığı kofta ilə eyni olub-olmamasını öyrənmək üçün həmin koftanı gətirməsini Fanizdən xahiş etmişdir. Faniz koftanı gətirəcəyini bildirib oradan uzaqlaşmışdır. Bundan sonra o, dükana daxil olub gün ərzində satdığı malların qiymətini hesablamaq üçün özünə məxsus mobil telefonunu götürmək istəyən zaman mobil telefonunun piştaxtanın üzərində olmadığını görmüşdür. O, bir qədər mobil telefonunu axtarsa da tapa bilməmiş, dükana quraşdırlmış nəzarət kameralarına baxmağa başlamışdır. Həmin vaxt az əvvəl dükana daxil olmuş Fanizin piştaxtanın üzərinə qoyduğu ona məxsus “Samsung S21” markalı, **********53109 İMEİ kodlu mobil telefonu götürərək əynində olan şalvarın arxa cibinə qoyduğunu müəyyən etmişdir. Baş vermiş hadisə nəticəsində ona 2207 manat maddi ziyan dəymişdir. Belə ki, mobil telefonunun özünü 1800 manata, üzlüyünü 10 manata almış, üzlüyün arxa hissəsində isə 390 manat nagd pul qoymuşdur. Mobil telefonun üzərində olan ***-***-**-** “Bakcell” mobil operatoruna məxsus nömrəni 7 manata almışdır. Oğurluğu törətmiş Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəməmişdir, ondan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 29 iyun 2022-ci il tarixdə Nizami RPİ-nin 24-cü polis şöbəsinin təhqiqatçısı Həsən Məmmədovun əməliyyat tapşırığı onun icraatına daxil olmuşdur. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu ərazisində oğurluq hadisələri törətmiş şəxsin xx xxxxx 1988-ci il tarixdə Tərtər rayonunda anadan olmuş Təqsirləndirilən şəxs olduğu və onun ünvan 5 ünvanının yaxınlığında olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində 04 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. 24-cü polis şöbəsinin sahə inspektoru Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal olunan Yasamal rayonu, Zaur Kərimov küçəsi, 306 ünvanının yaxınlığına yollanmışlar. Oraya çataraq əməliyyat mövqeyi seçmişlər. Saat 20:00 radələrində qeyd olunan ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə “Faniz” adlı şəxsə oxşar bir nəfəri müəyyən etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsi əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tapşırıqla tanış etmiş və onu 24-cü polis şöbəsinə dəvət etmişlər. Saxlanılan Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilən zaman Nizami rayonu ərazisində oğurluq cinayətləri törətdiyini etiraf edərək narkotik aludəçisi olduğunu, törətdiyi oğurluq hadisələrini narkotik vasitələr almaq üçün törətdiyini və hal-hazırda üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis şöbəsinin inzibati binasındakı xidməti otaqda videoçəkilişdən istifadə olunmaqla həmin şəxsin üzərinə şəxsi axtarış keçirlmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol cibindən 01 ədəd qara rəngli, içərisində 26 manat pul olan pul kisəsini, həmin şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülü halda içərisində tünd qəhvəyi rəngli maddə olan bükümü təqdim edərək həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin maddəni Yasamal rayonu ərazisində üzdən tanıdığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş bir ədəd bükümdə olan narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Qeyd olunan proseslər 24-cü polis şöbəsinin təhqiqatçısı Şahid3 tərəfindən aparılan videoçəkilişlə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin polis sahə inspektoru Şahid2 və həmin şöbənin təhqiqatçısı Şahid3, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 05 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 29 iyun 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 4-5) - 29 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, “8-ci km bazarı”nda yerləşən mağazada quraşdırılmış nəzarət-müşahidə kameraları vasitəsilə aparılmış videoçəkilişin görüntülərinə Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı görüntülərdə 29 iyun 2022-ci il tarixdə saat 13:30-da həmin bazarda yerləşən mağazada orta bədən quruluşlu, hündür boylu, əynində qara şalvar, qara köynək, qara papaq olan şəxsin mağazanın içərisində olan əşyalara baxdıqdan sonra oradan qaçaraq uzaqlaşdığı müəyyən edilmişdir. (i.v. 7) - 04 iyul 2022-ci il və 01 sentyabr 2022-ci il tarixli protokollardan görünür ki, 04 iyul 2022-ci il tarixdə saat 20:00-da Nizami RPİ-nin 24-cü PŞ-nin polis əməkdaşları tərəfindən Səfərov X2 rayonu, Z.Kərimov küçəsi, 306 ünvanının qarşısında saxlanılaraq PŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan 04 iyul 2022-ci il tarixli qərara əsasən 24-cü PŞ-nin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs ilk əvvəl qara rəngli idman şalvarının sol cibindən 01 ədəd qara rəngli, içərisində 26 manat pul olan pul kisəsini, həmin şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülü halda, içərisində tünd qəhvəyi rəngli maddə olan bükümü təqdim edərək həmin maddənin “kokos” kimi tanıdığı, narkotik vasitə heroin olduğunu, həmin maddəni Yasamal rayonu ərazisindən üzdən tanıdığı şəxsdən 20 manata aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 01 ədəd bükümdə olan narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu diskə 01 sentyabr 2022-ci il tarixdə hal şahidlərinin iştirakı ilə baxış keçirilərəkən yuxaırda qeyd olunan halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 31-32, 229) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 05 iyul 2022-ci il tarixli 6/3667 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,595 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,595 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,545 qram qalıq qalmışdır. (i.v. 41-44) - 05 iyul 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 şikayət ərizəsi əsasında toplanmış material ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (i.v. 52) - 28 iyun 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 57-58) - 18 iyun 2022-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 70) - 06 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və sonuncu nömrə altında istintaq davam etdirlmişdir. (i.v. 68) - 17 may 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs4 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 75-77) - 06 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materialları və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.2 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (i.v. 102-103) - 01 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 şikayət ərizəsi əsasında toplanmış material ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (i.v. 180) - 28 iyun 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 57-58) - 01 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 götürülmüş, 01 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində olan obyektlərin qarşısında quraşdırılmış kameralar vasitəsilə aparılmış çəkilişlərin görüntüləri və təxminən 4 ay sonra Təqsirləndirilən şəxs Nərimanov rayon ərazisində küçədə gördüyü zaman öz mobil telefonu vasitəsilə aparılmış çəkilişin görüntüləri olan 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı 01 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs əlində tutduğu mobil telefonla Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində qaçaraq uzaqlaşdığı, bundan başqa, Təqsirləndirilən şəxs Nərimanov rayonu ərazisində yerləşən evin giriş qapısında dayanaraq Zərərçəkmiş şəxs3la danışdığı, Zərərçəkmiş şəxs3 onu telefonunu oğurladıqdan sonra görüb tanıyaraq arxasınca gəldiyini deməsi, telefonunu oğurladığına görə onu polisə təhvil verib hamıya tanıtdıracağını bildirməsi müəyyən edilmişdir. (i.v. 223) - 01 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81 ünvanında yerləşən “Lotos” ticarət mərkəzinin yaxınlığındakı “Stil” kişi geyimləri mağazasının qarşısında quraşdırılmış kameraların görüntüləri əks olunmuş DVD diskə baxış keçirilmişdir. Baxış zamanı görüntülərdə 17 may 2022-ci il tarixdə saat 19:03:49-da əynində ağ-qara köynək, qara şalvar və qara ayaqqabı olan Təqsirləndirilən şəxs “Stil” kişi geyimləri mağazasının qarşısında həmin mağazada satıcı işləyən Zərərçəkmiş şəxs4 ilə nə barədəsə söhbət etməsi, əli ilə mağazanı göstərərək nədənsə narazı olduğunu Zərərçəkmiş şəxs4 deməsi və sonradan oradan uzaqlaşıb getməsi müəyyən edilmişdir. (i.v. 228) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 15 iyul 2022-ci il tarixli 3826 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 23-231) - 24 sentyabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs oğurluq etdiyi hadisə yerlərini əyani olaraq göstərib əməlləri hansı qaydada törətdiyini ifadəsində qeyd olunan qaydada izaha etmişdir. (i.v. 250-253) - 24 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 234.2-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin aparılması rədd edilmiş, iş üzrə Təqsirləndirilən şəxs döyülməsi faktı öz təsdiqini tapmadığından Zərərçəkmiş şəxs3 barəsində cinayət təqibinin aparılması rədd edilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,595 qram olan heroin maddi sübut kimi tanınmış, tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,545 qram heroinin qalığının məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmiş, iş üzrə 17 may 2022ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən “8-ci km bazarı”nda aparılmış videoçəkilişin görüntüləri əks olunmuş 01 ədəd DVD disk, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında yerləşən “Lotos” ticarət mərkəzinin yaxınlığındakı “Stil” kişi geyimləri mağazasının qarşısında quraşdırılmış kamera vasitəsilə aparılmış görüntülərin əks olunduğu 01 ədəd DVD disk, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin görüntüləri əks olunmuş 01 ədəd DVD disk və Zərərçəkmiş şəxs3 təqdim etdiyi 01 ədəd DVD disk (cəmi 04 ədəd) sübut növü kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi şəxsin şəxsiyyətinin müəyyən edilməsi məqsədilə ********* nömrəli cinayət işinin materiallarından ayrıca material ayrılmış və araşdırma aparılması üçün Nizami RPİ-nin 24-cü PŞ-nə göndərilməsi məqsədilə Nizami rayon prokurorluğuna təqdim olunmuşdur. (i.v. 254-265) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin əldə olunma mənbəyinin müəyyən edilməsi üçün material ayrılmışdır, nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 04 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli kimi həmin tarixdə tutulmuşdur. (i.v. 21) - 07 iyul 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 04 iyul 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 127-130) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 iyul 2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 avqust 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 aprel 2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 noyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23 fevral 2015-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 01 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuş; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28 sentyabr 2016-cı il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cinayət qanunvericiliyində edilmiş dəyişikliklə əlaqədar əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə tövsif edilərək cəzası 02 il həddində müəyyən edilmiş, 14 iyul 2017-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 03 ay 27 gün vaxtından əvvəl şərti azad olunmuşdur. (i.v. 159-161, 205-210) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən qeyd edilən cəzalar qismən toplanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 175.5-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 04 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə mindiyi günədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, onlara bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq hissəsi məhv olunmalı, 04 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 40 iş saatı müddətinə bərabər tutulub, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hüquqi xidmətə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 04 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,545 qram olan narkotik vasitə heroin məhv edilsin, 04 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 81 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 40 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi 240 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi ziyanı tələb etdikləri halda mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları zərərçəkmiş şəxslərə izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-52/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-52/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver