Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-525/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1982-ci ildə Fuzuli rayonu, Veysəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Yuxarı Veysəlli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Neapol 43, 2 saylı yataqxanada yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Gürcüstan Respublikasından avtomobil gətirəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə sonuncudan 06 aprel 2023-cü il tarixdə ünvan 1 ünvanının qarşısında 30000 manat və 05 iyun 2023-cü il tarixdə eyni ünvanda 8000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə əldə etdiyi pul vəsaitinin bir hissəsini Gürcüstanda qumar oyununda uduzmaqla, digər hissəsini isə şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs1 ümumilikdə 38000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən Zərərçəkmiş şəxs3 Gürcüstandan avtomobil gətirəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə ondan 2023-cü ilin sentyabr ayının birinci on günlüyündə ünvan 2 ünvanının qarşısında 18000 manat və 24 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Azadlıq prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində olan "Azpetrol" yanacaqdoldurma məntəqəsinin yanında 12500 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə əldə etdiyi pul vəsaitinin bir hissəsini Gürcüstanda qumar oyununda uduzmaqla, digər hissəsini isə şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs3 ümumilikdə 30500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən Zərərçəkmiş şəxs2 Gürcüstandan gətirdiyi avtomobilin gömrük rüsumunu ödəmək adı ilə aldadaraq etibarından sui-istifadə etməklə 2023-cü ilin aprel ayında Bakı şəhəri, Nizami rayonu, 8-cı km bazarında həmin dövrün məzənnəsi ilə 12750 manat təşkil edən 7500 ABŞ dolları, daha sonra Zərərçəkmiş şəxs2 Gürcüstandan "Prius” markalı avtomobil gətirəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs2 2023-cu ilin iyul ayının 8-də Bakı şəhəri, Nizami rayonu. 8-cı km bazarında həmin dövrün məzənnəsi ilə 10880 manat təşkil edən 6400 ABŞ dolları və 11 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 eyni ünvanda onun 409858******6750 nömrəli kart hesabına göndərdiyi 1800 manat, ümumilikdə 25430 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə, əldə etdiyi pul vəsaitinin bir hissəsini Gürcüstanda qumar oyununda uduzmaqla, digər hissəsini isə şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, iş üzrə zərərçəkmiş şəxsləri aldatmaq və onlara məxsus pulu mənimsəmək niyyəti olmamışdır. Belə ki qeyd olunan şəxslərlə birlikdə iş qurmuş, pul toplayaraq Gürcüstan Respublikasından müxtəlif marka nəqliyyat vasitərini idxal edərək, alqı-satqısını həyata keçirmiş, əldə olunmuş gəliri isə aralarında bölmüşlər. Elan olunmuş ittiham üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma xalası nəvəsidir. birinci dəfə 2023-cü ilin təxminən aprel ayında Gürcüstandan “Prius” markalı maşın gətirməyi uçün Zərərçəkmiş şəxs1 ona yaşadığı Füzuli rayonunda idarə etdiyi “Hyundai Elantra” markalı maşında 14000 manat pul vermişdir. O da həmin pula Gürcüstandan gətirdiyi “Prius” markalı maşını Bakı şəhərində satmış, əldə olunan qazancdan 650 manatını Zərərçəkmiş şəxs1 vermiş. 14000 manat pul yenə də maşın almaqları üçün onda qalmışdır. Lakin həmin ərəfələrdə Zərərçəkmiş şəxs1 Bakı şəhərində özlərinə mənzil aldıqlarından həmin 14000 manat pulu ona qaytarmışdır. Bundan sonra 2023-cü il may ayının təxminən sonlarında yenə də Gürcüstandan maşın gətirib sataraq qazanc əldə etmək məqsədilə Zərərçəkmiş şəxs1 yaşadığı Füzuli rayonunda idarə etdiyi “Hyundai Elantra” markalı maşında ona 24000 manat pul vermişdir. Lakin o, Zərərçəkmiş şəxs1 verdiyi həmin pula Gürcüstandan maşın alıb gətirə bilməmişdir. Belə ki, Gürcüstanda olarkən pulların bir hissəsini qumarda uduzmuş, digər hissəsi isə tanış xanım tərəfindən oğurlanmışdır. Zərərçəkmiş şəxs3 Xankışi oğlunu isə təxminən 7-8 il olar ki, tanıyır. Zərərçəkmiş şəxs3 onun maşın alqı-satqısı ilə məşğul olduğunu öyrəndiyindən özünün idarə etdiyi və təxminən 9000 manat lizinq borcu olan “Hyundai Grandeur” markalı maşınını satmış, əlində qalan pulu da ona verib birlikdə maşın alqı-satqısı ilə məşğul olub qazanc əldə etmələrini təklif etmişdir. O, etiraz etməmiş və 2023-cü il təxminən oktyabr ayında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində Zərərçəkmiş şəxs3, yaşadığı evinin qarşısında onun idarə etdiyi “Hyundai Elantra” markalı maşında ona 17500 manat pul vermişdir. Bundan əlavə bildirir ki, Zərərçəkmiş şəxs2lə birlikdə qoyduqları pula Gürcüstandan təxminən 6-7 dəfə müxtəlif markalı maşınlar gətirmiş və həmin maşınları Bakı şəhərində sataraq əldə olunan gəliri də yarı bölmüşlər. 2023-cü il təxminən noyabr ayında o, növbəti dəfə maşın gətirmək üçün Gürcüstana getmədən öncə Qalıb Əliyev ikisinin umumi pulundan ona 5000 ABŞ dolları pul vermişdir. Həmin vaxt yanlarında kimin olmasını xatırlamır. O, Gürcüstana getmiş və təxminən bır həftə sonra maşın almaq üçün pul çatmadığından onun istəyilə Zərərçəkmiş şəxs2 1800 manat pulu onun “Leobank” kartına göndərmişdir. Törətmiş olduğu əməlindən peşman olduğunu, əslində zərərçəkmiş şəxslərlə iş gördüyünü, hazırda onlara olan borcunu ödəyə bilmədiyini, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq, yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasının doğma xalası oğludur. 2023-cü ilin əvvəllərində əsnasında Təqsirləndirilən şəxs satmaq məqsədilə Gürcüstandan avtomaşınlar gətirdiyini də öyrənmişdir. O da idarə etdiyi avtomaşını dəyişib “Prius” markalı avtomaşın almaq istədiyindən bu barədə Təqsirləndirilən şəxslə razılaşmışlar. Belə ki, 2023-cü il mart ayının birinci on günlüyündə, təxminən ayın 7-də Gürcüstandan ona “Prius” markalı avtomaşın gətirməsi məqsədilə Təqsirləndirilən şəxs yaşadığı Füzuli rayonunda olan evinin yanında 14000 manat pul vermişdir. Bundan az müddət sonra, bəlkə də bir həftə sonra artıq özlərinə ev tapdıqlarından pul lazım olmuş və avtomaşın gətirməsi üçün Təqsirləndirilən şəxs verdiyi 14000 manatı Bakı şəhərində “Xalqlar dostluğu” metrosunun yaxınlığında ondan geri almışdır. O, alacağı evin pulunu düzəldib tamamlamış və alqı-satqı üçün lazım olan məbləğ düzəlmiş, lakin evi satan şəxsin ailəsində şəxsi problemləri çıxdığından həmin an alqı-satqı edə bilməmişlər. Bundan sonra o, yenidən maşın almaq istəmiş və qərara gəlmişdir kı, özünə ağ rəngli “Hyundai Santafe” markalı avtomaşın alsın, çünki onun işlədiyi yer dağlıq ərazidir, orada "Prius” markalı avtomobilin hərəkət etməsi bir qədər çətin idi. Alacağı evin pulunu özü düzəltdiyi üçün maşının pulunu düzəltməkdə ailə üzvləri ona maddi cəhətdən köməklik etmişlər. 2023-cü ilin aprel ayının birinci on günlüyündə özünə ağ rəngli “Hyundai Santafe” markalı avtomaşın almaqla bağlı Təqsirləndirilən şəxs ilə razılaşmış və Təqsirləndirilən şəxs Gürcüstandan həmin avtomaşını alıb gətirəcəyinə ona söz vermişdir. Təqsirləndirilən şəxs həmin maşının 30000 manata başa gələcəyini bildirmişdir. Bu məqsədlə də o, 2023-cü il aprel ayının birinci on günlüyündə, təxminən 6-da saat təxminən 14 radələrində yaşadığı ünvan 4 ünvanının qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, ** XP *** nömrəli avtomaşında 30000 manat pulu təklikdə ona vermişdir. Elnur pulu alandan sonra təxminən 3 həftə ərzində avtomaşını ona təhvil verəcəyinə söz vermişdir. Təxminən iki ay sonra Təqsirləndirilən şəxs ona gətirəcəyi avtomaşının buraxılış ili 2013cü ildən daha yeni və vəziyyətinin yaxşı olması üçun əlavə olaraq 8000 manat da verməli olacağını demişdir. O, razılaşmış və 2023-cü il iyun ayının birinci yarısında, təxminən ayın 6-da saat 14 radələrində yenə də yaşadığı ünvan 5 ünvanının qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi “Hyunda Elantra” markalı. ** XP *** nömrəli avtomaşında 8000 manat pulu təklikdə ona vermişdir. Bir neçə ay ərzində dəfələrlə Təqsirləndirilən şəxs ilə əlaqə saxladıqda o, hər dəfəsində müxtəlif bəhanələr gətirərək avtomaşınının alınmasını yubatmışdır. Nəhayət 2023-cu ilin sentyabr ayında artıq Təqsirləndirilən şəxs onu aldatdığından şübhələnib ona verdiyi pulu geri tələb etməyə başlamışdır. Bir neçə dəfə danışdıqdan sonra isə Təqsirləndirilən şəxs artıq onun zənglərinə cavab verməmiş, sonra isə ümumiyyətlə telefonu söndürmüşdür. Mülki iddia təqdim edərək ona vurulmuş 38000 manat ziyanın cavabdehdən alınaraq ona ödənilməsi və təqsirləndirilən şəxsin cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, maşın alqı-satqısı ilə də məşğuldur. Təqsirləndirilən şəxs isə 1997-ci ildən işlədiyi həmin bazardan tanımışdır. Təqsirləndirilən şəxs ilə aralarında normal münasibət olmuş, hətta onunla birlikdə də maşın alqı-satqısı ilə məşğul olmuşlar. 2023-cü ilin yay aylarında Təqsirləndirilən şəxs özü Gürcüstandan növbəti dəfə “Hyundai Grandeur” markalı avtomaşın gətirsə də, gömrük rüsumunu ödəməyə imkanı olmadığından onun ödəməyini xahiş elmişdir. O, da ele həmin vaxtı Bakı şəhəri Nizami rayonu ərazisindəki 8-ci km bazarının yanında olan “№ 12” kafesində maşının gömrük rüsumunu ödəməsi üçun yeznəsi Əli və bacısının oğlu Turalın yanında Təqsirləndirilən şəxs 7500 ABŞ dolları pul vermişdir. Aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs həmin maşını satandan sonra 7500 ABŞ dolları ona qaytaracaqdır. Həmin ərəfələrdə o, oğluna “Prius” markalı maşın almaq istədiyindən 2023-cu ıl iyul ayının 08-də də Bakı şəhəri Nizami rayonu ərazisindəki 8-cı km bazarının yanında olan “№ 1” kafesində 6400 ABŞ dolları pulu yeznəsi Əlinin iştirakı ilə Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs oğluna maşını 2 ay müddətində ABŞ-dan gətizdirəcəyini demiş və maşının şəkillərini də Whatsapp vasitəsilə ona göndərmişdir. Sonrakı müddətdə Təqsirləndirilən şəxs yenə də Gürcüstana gedib-gəlmişdir. Həmin ərəfələrdə də Təqsirləndirilən şəxs növbəti dəfə Gürcüstanda olarkən başqa bır “Hyundai Elantra” rrarkalı maşının videosunu ona göndərərək almaq istədiyini, lakin sənədləşdirmə işləri üçün pulunu çatmadığını bildirib ona 1800 manat pul göndərməyini xahiş etmişdir. O, etiraz etməmiş və 2023-cu ilin təxminən sentyabr ayının əvvəllərində Bakı şəhəri Nizami rayonu ərazisindəki 8-cı km bazarında olarkən mobil telefonundakı tətbiq vasitəsilə Təqsirləndirilən şəxs ona göndərdiyi və öz adına olan hazırda hesab nömrəsini xatırlamadığı “Leobank” kartına 1800 manat pul köçürmüşdür. Aralarındakı razılaşmaya görə Təqsirləndirilən şəxs həmin maşını satıb 1800 manat pulunu qaytarnalı idi. Bundan sonrakı günlərdə o, Təqsirləndirilən şəxslə əlaqə saxladıqda hər dəfəsində Təqsirləndirilən şəxs oğlunun maşınının hələ ki, gəlib çatmadığını və tezliklə gələcəyini demişdir. Lakin Təqsirləndirilən şəxs nə onun pulunu qaytarmamış, nə də ki, onu tapa bilmişdir. Təqsirləndirilən şəxs onun ümumilikdə 25000 manat pulunu ələ keçirmişdir. Mülki iddia verərək 25430 manat maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq ona verilməsi və təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, bir il bundan əvvəl Təqsirləndirilən şəxs Gürcüstandan maşın gətirib satmaqla məşğul olması ona məlum olmuşdur. Həmin ərəfədə onun özünün “Hyundai Grandeur” markalı avtomobili olmuş və onu kredit yolu ilə almış, 8000 manat bank borcu qalmışdır. 2023-cü ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxslə söhbət zamanı o, öz maşınını satıb “BMW” markalı M5 modelli maşın almaq istədiyim ona bildirmişdir. Təqsirləndirilən şəxs həmin maşını ona münasib qiymətə, yəni təxminən 30000-35000 manata gətirə biləcəyini bildirmişdir. O, 2023-cü ilin sentyabr ayının birinci on günlüyündə, Təqsirləndirilən şəxslə yaşadığı ünvan 2 ünvanının qarşısında görüşmüş, ona bacanağı Fəxrəddin və həyat yoldaşının yanında 18000 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs öz maşınını satlığa qoymasını, satan kimi qısa müddətə qalan pulu verəcəyini bildirmişdir. 2023-cü ilin sentyabr ayının 18 ya da 19-da o öz maşınını satmış və bundan sonra Təqsirləndirilən şəxslə əlaqə saxlamış, Təqsirləndirilən şəxslə keçmiş “Karl Marks” heykəlinin yerində olan “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında görüşmüş və təklikdə ona 12500 manat pul vermişdir. Bununla da o, Təqsirləndirilən şəxs 30500 manat vermiş olmuşdur. Təqsirləndirilən şəxs növbəti gün Gürcüstana gedəcəyim bildirmiş və qısa müddətə onun maşınını alıb gətirəcəyini söz vermişdir. Təxminən bir-iki ay müddətinə Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanlər gətirərək maşınını gətirəcəyinə söz versə də maşını gətirməmişdir. Sonra isə ümumiyyətlə nömrəsini dəyişərək onunla əlaqəni kəsmişdir. Mülki iddia verərək 30000 manat zərərin əvəzinin Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi və təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 7-8 il olar ki, tanıyır. Sonradan söhbətlərdən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Gürcüstandan maşın gətirib satmaqla da məşğul olur. Vacanağı Rövşən özünə kredit yolu ilə aldığı “Hyundai Grandeur” markalı avtomobilini satıb “BMW” markalı maşın almaq istədiyindən ailəvi olaraq onlarla da məsləhətləşmişdir. Təqsirləndirilən şəxs də Rövşənə Gürcüstandan münasib qiymətə maşın gətirə biləcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs Rövşənə maşın gətirmək uçun Gürcüstana gedəcəyindən 2023-cü ilin sentyabr ayının təxminən birinci on günlüyündə, dəqiq tarix yadında deyil, yaşadıqları ünvan 6 ünvanının qarşısında Rövşən onun və həyat yoldaşı Kəmalənin yanında 18000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs özünün idarə etdiyi “Hyundai Grandeur” markalı maşını ilə onları evlərinə gətirmişdir. Təqsirləndirilən şəxs pulu alandan sonra Rövşən öz maşını satılan kimi qısa müddətə qalan pulu verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs isə onlara narahat olmamalarını, bir neçə günə Gürcüstana gedəcəyini və Rövşənə münasib maşın gətirəcəyini demişdir. Sonradan Rövşənin deməsindən ona məlum olmuşdur ki, Rövşən oz maşını satıb qalan pulu da Təqsirləndirilən şəxs vermişdir. Lakin bir müddət sonra Rövşənin deməsindən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs müxtəlif bəhanlər gətirərək Rövşənin maşınını gətirmir və qaçıb gizlənmişdir. Daha sonra isə eşitmişlər ki, Təqsirləndirilən şəxs başqa şəxsləri də maşın gətirmək adı ilə aldadıb pullarını ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 1 il olar ki maşın alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs da tanımışdır. Ümumi söhbətlərdən Təqsirləndirilən şəxs Gürcüstandan Bakı şəhərinə müxtəlif markalı maşınlar gətirərək dayısı Zərərçəkmiş şəxs2 ilə birlikdə sataraq pul qazandıqlarından məlumatı olmuşdur. 2023-cü ilin təxminən aprel ayında Təqsirləndirilən şəxs özü Gürcüstandan növbəti dəfə “Hyundai Grandeur” markalı avtomaşın gətirsə də, bildiyinə görə gömrük rüsumunu ödəməyə imkanı olmadığından dayısından ödəməyini xahiş etmişdir. Elə həmin ərəfələrdə Bakı şəhəri, Nizami rayonu ərazisindəki 8-ci km bazarının yanında olan “№ 1” kafesində dayısı Zərərçəkmiş şəxs2 və xalasının yoldaşı Əli ilə oturub çay içərkən Təqsirləndirilən şəxs də yanlarına gəlmişdir. Dayısı Zərərçəkmiş şəxs2 də maşının gömrük rüsumunu ödəməsi uçün onların yanında Təqsirləndirilən şəxs 7500 ABŞ dolları pul vermişdir. Bu söhbətdən təxminən 10 gun sonra dayısı Zərərçəkmiş şəxs2 deməsindən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Gürcüstana getmiş, gedərkən də “Hyundai Grandeur” markalı avtomaşın almış, hazırda Bakı şəhəri, Nizamı rayonu, B.Nuriyev küçəsində dayanacaqda olduğunu bildirib açarını dayısına təqdim etmiş, həmçinin maşını sataraq guya beh aldığını və satdığı adam gələcəyi təqdirdə pulu alıb açarını da verməyini dayısından xahiş etmişdir. Həmin ərəfələrdə dayısı öz oğluna “Prius” markalı maşın almaq istədiyindən 2023-cü il iyul ayının təxminən əvvəllərində yenə də Bakı şəhəri, Nizami rayonu ərazisindəki 8-ci km bazarının yanında olan “№ 1” kafesində onun və xalasının yoldaşı Əlinin yanında 6400 ABŞ dolları pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs də maşını 2 ay müddətində ABŞ-dan gətizdirəcəyini demiş və maşının şəkillərini də Whatsapp vasitəsilə dayısı Zərərçəkmiş şəxs2 göndərmişdir. Sonrakı müddətdə dayısı Zərərçəkmiş şəxs2lə ara-sıra maraqlananda Təqsirləndirilən şəxs hələ də “Prius” markalı maşını gətizdirmədiyini öyrənmişdir. Daha sonra isə dayısı Zərərçəkmiş şəxs2 deməsindən ümumiyyətlə Təqsirləndirilən şəxslə əlaqə saxlaya bilmədiyini, Təqsirləndirilən şəxs dayısının zənglərinə cavab vermədiyini, nə söz verdiyi maşınları gətizdirmədiyini, nə də ki, dayısının pullarını qaytarmadığını öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, bir müddət olar ki, maşın alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs tanımışdır. Ümumi söhbətlərdən Təqsirləndirilən şəxs Gürcüstandan Bakı şəhərinə müxtəlif markalı maşınlar gətirərək uzun illər bazarda işləyən qaynı Zərərçəkmiş şəxs2 ilə birlikdə sataraq pul qazandıqlarından məlumatı olmuşdur. Ona məlum idi ki, 2022-ci ilin may ayında gömrük rüsumları bahalaşandan sonra daha Zərərçəkmiş şəxs2 maşın gətirməmiş, yəni o, daha Təqsirləndirilən şəxslə işləməmişdir. 2023-cü ilin təxminən aprel ayında Təqsirləndirilən şəxs özü Gürcüstandan növbəti dəfə “Hyundai Grandeur” markalı avtomaşın gətirsə də, bildiyinə görə gömrük rusumunu ödəməyə imkanı olmadğından Zərərçəkmiş şəxs2 ödəməyini istəmişdir. Elə həmin ayda 8-ci km bazarının yanında həmişə oturduqları “№ 1” kafesində qaynı Zərərçəkmiş şəxs2 və baldızının oğlu Turalla birlikdə oturub çay içərkən Təqsirləndirilən şəxs də ora gəlmişdir. Zərərçəkmiş şəxs2 də Təqsirləndirilən şəxs gətirdiyi “Hyundai Grandeur” markalı avtomaşının gömrük rüsumunu ödəməsi üçün Turalla onun yanında Təqsirləndirilən şəxs 7500 ABŞ dolları pul vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 oğluna “Prius” markalı maşın almaq istədiyindən 2023cü il iyul ayının təxminən əvvəllərində yenə də 8-ci km bazarının yanında olan “№ 1” kafesində onun yanında Təqsirləndirilən şəxs 6400 ABŞ dolları pul vermişdir. Turalın həmin zaman orada olub-olmadığı yadında deyil. Təqsirləndirilən şəxs maşını bir neçə ay müddətində gətizdirəcəyini demiş və sonradan maşının şəkillərini də Whatsapp vasitəsilə onlara göndərmişdir. Lakin sonra Zərərçəkmiş şəxs2lə ara-sıra maraqlananda Təqsirləndirilən şəxs hələ də “Prius” markalı maşını gətizdirmədiyini bilmişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs2 deməsindən ona məlum olmuşdur ki, ümumiyyətlə Təqsirləndirilən şəxs əlaqə saxlaya bilmir, Təqsirləndirilən şəxs nə maşını gətirməmiş, nə də ki, Zərərçəkmiş şəxs2 pullarını qaytarmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş X3 ifadəsində göstərmişdır ki, bacısının yoldaşı Zərərçəkmiş şəxs3 Xankişı oğlu da ailə üzvləri ilə birlikdə onlarla birlikdə yaşayır. Təqsirləndirilən şəxs da təxminən 7-8 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs onlara adını İsmayıl kimi demişdir. Belə kı, 7-8 il əvvəl Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi 64-də yerləşən meyvə-tərəvəz mağazasını həyat yoldaşı Faxrəddın Abdullayev və bacısının yoldaşı Zərərçəkmiş şəxs3la birlikdə işlədəndə Təqsirləndirilən şəxs də ozunün idarə etdiyi taksi maşını ilə onların mağazasına göyərti gətirmişdir. Sonradan onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Gürcüstandan maşın gətirib satmaqla məşğul olur. Təqsirləndirilən şəxs onlara da lazım olsa özlərinə və ya yaxın ətraflarına ucuz münasib qiymətə maşın gətirə biləcəyim demişdir. Həmin ərəfələrdə Rövşən kredit yolu ilə aldığı ozünun “Hyundai” markalı avtomobilini satıb başqa maşın almaq istəmişdir kı, bu barədə ailəvi olaraq onlarla da məsləhətləşmişdir. Bildiyinə gorə Təqsirləndirilən şəxs də Rövşənə münasib qiymətə maşın gətirə biləcəyim demişdir. Hətta Rövşən ozü də maşın gətirmək məqsədilə Təqsirləndirilən şəxslə birlikdə Gürcüstana getmək istəsə də, ailə üzvləri məsləhətləşib Rövşənin Gürcüstana getməyinə razı olmamış və onlar hamısı Təqsirləndirilən şəxs tanıyıb ona inandıqlarından Rövşənin ona maşın gətirməsi üçün pulu Təqsirləndirilən şəxs verməyini təklif etmişlər. Rövşən də onlarla razılaşmışdır. Artıq bundan sonra Təqsirləndirilən şəxs Rövşənə maşın gətirmək üçün Gürcüstana gedəcəyindən 2023-cü ilin sentyabr ayının təxminən birinci on günlüyündə, dəqiq tarix yadında deyil, yaşadıqları ünvan 7 ünvanının qarşısında Rövşən onun və həyat yoldaşı Faxraddinın yanında 18000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Belə ki, həmin vaxt Təqsirləndirilən şəxs özünün idarə etdiyi “Hyundai” markalı maşınla onları evlərinə gətirmişdir. Təqsirləndirilən şəxs pulu alandan sonra Rövşən də öz maşını satılan kimi qısa müddətə qalan pulu ona verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs isə onlara narahat olmamalarını, bir neçə gunə Gürcüstana gedəcəyim və Rövşənə münasib maşın gətirəcəyini demişdir. Sonradan Rövşənin deməsindən onlara məlum olmuşdur ki. Rövşən oz maşını satıb qalan pulu da Təqsirləndirilən şəxs vermişdir. Lakin bir neçə ay keçsə də. Təqsirləndirilən şəxs müxtəlif bənanlər gətirərək Rövşənin maşınını gətirməmiş və Rövşəndən qaçıb gizlənmişdir. Sonra isə eşitmişlər ki, Təqsirləndirilən şəxs başqa şəxsləri də maşın gətirmək adı ilə aldadıb pullarını ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı işin halları, təqdim və tədqiq edilmiş sübutlar: təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə haqqında protokollar, telefonla göndərilmiş səsli və yazılı mesajlar, bank hesabından çıxarışa əsasında müəyyən olunur ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 38000 manat, Zərərçəkmiş şəxs3 30500 manat, Zərərçəkmiş şəxs2 25430 manat olmaqla, cəmi 93930 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cin ayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikasının CM-in 178.2-ci maddəsinə görə “Eyni əməllər: 178.2.2. təkrar törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 4-cü bəndi ilə məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxslər də öz əmlaklarını (pullarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişlər, təqsirləndirilən şəxsin niyyəti əmlakları (pulları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin pullarının əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, həmin zərərçəkmiş şəxslərə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Beləliklə, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir. Eyni zamanda, təqsirləndirilən şəxsin özü törətdiyi cinayət əməllərini səmimi qismən etiraf edərək peşmanlığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs aldığı pulların bir qismini qaytardığını bildirsə də, buna dair heç bir tutarlı sübut təqdim etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(007)- 197/2024 nömrəli qərarı ilə 01 ay 25 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə o, hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak müəyyən olunmadı. Məhkəmə mülki iddiaların həlli ilə bağlı məsələlər üzrə qeyd edir ki, iş üzrə müvafiq zərərçəkmiş şəxslər məhkəmə baxışı zamanı mülki iddia vermişlər. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, iş üzrə verilmiş mülki iddia üçün qanunla müəyyən edilmiş dövlət rüsumu ödənilmədiyindən mülki iddianın baxılmamış saxlanılmalıdır. Zərərçəkmiş şəxslərə mülki iddianı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 03 ay (üç il üç ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı pul tələbinə dair iddia ərizələri baxılmamış saxlanılsın, mülki iddianı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs2 təqdim etdiyi onunla Təqsirləndirilən şəxs arasında olan səsli mesajların köçürüldüyü bır ədəd CD diski, Zərərçəkmiş şəxs1 Nizamı oğlu tərəfindən təqdim edilmiş onunla Təqsirləndirilən şəxs arasında aparılmış 6 vərəq Whatsap yazışmaları və bir ədəd CD diski, telefon danışıqları barədə məlumatların əks olunduğu "xxxx" MMC və "Bakcell” MMC-dən daxıl olmuş 2 ədəd CD diski, Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil telefondakı “Leobank" kartının mobil tətbiqindən götürülmüş 11 noyabr 2023-cü il tarixdə, saat 12:13-də Təqsirləndirilən şəxs 409858**’****6750 nömrəli kart hesabına 1800 manat pul köçürülməsini əks etdirən qəbzin surəti cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-525/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-525/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver