Məhkəmə qərarları › İş №1(007)-525/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-525/2025

11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-525/2025 11.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Əlibala oğlunun, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun, təqsirləndirilən şəxs- mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs - mülki cavabdeh xx.xx.1977-ci ildə Göyçay rayonu, Üngütlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nında kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədilə 2024-cü ilin mart ayında xadimə işlədiyi ünvan 3 ünvanında yerləşən fərdi evdə, ev sahibi Zərərçəkmiş şəxs yataq otağında yerləşən paltar dolabının üzərindəki qızıl-zinət əşyalarının saxlandığı qutunun içərisindən ümumilikdə dəyəri 12000 manat təşkil edən bir ədəd 750 əyarlı, 40,3 qram çəkidə, üzəri hər biri 8 sot olmaqla ümumilikdə 38 ədəd brilyant daşlarla bəzədilmiş qızıl boyunbağı və bir ədəd 750 əyarlı, 17,0 qram çəkidə, üzəri hər biri 8 sot olmaqla ümumilikdə 22 ədəd brilyant daşlarla bəzədilmiş qolbaqdan ibarət dəsti gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 12000 manat xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 33 saylı Vəkil Bürosuna ödədiyi cəmi 725 manatın, mənəvi zərərlə bağlı 20000 manatın və 150 manat dövlət rüsumunun, ümumilikdə 20875 manat miqdarında pulun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir, əməlindən peşmandır. Həyat yoldaşı ölmüşdür, oğlu xəstəxanada müalicə alır. Məhkəmədən onun vəziyyətinin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, təxminən 14 ildən artıq Zərərçəkmiş şəxs evində xadimə işləmişdir. Həftədə bir dəfə Zöhrənin evinə gedib evini yığışdırıb digər işlərə də köməklik etmişdir. 2024-cü ilin mart ayında Zöhrə xanım evdə olan pərdələri təmizlətdirmək üçün işçilər çağırmışdır. Həmin işçilər evin 3-cü mərtəbəsində yerləşən yataq otağında pərdələri yuyub təmizləyən zaman o da, həmin otaqda olan dolabın tozunu almağa başlamışdır. Bu zaman otaqda kənar şəxslər olduğuna görə dolabın üzərində olan, qızıl-zinət əşyalarının qoyulduğu 3 ədəd qutunu götürüb həmin qızıl-zinət əşyalarını evdə olan seyfə qoymaq üçün Zöhrə xanıma vermək qərarına gəlmişdir. Otağı tərk edib Zöhrə xanımın olduğu mətbəxə gedərkən evin 2-ci mərtəbəsində qızıl-zinət əşyalarının olduğu 3 ədəd qutudan birini açıb içərisindəki, bir ədəd boyunbağı və bir ədəd qolbaqdan ibarət, üzərində brilyant qaşlar olan qızıl dəsti götürmüşdür. Qutunu bağlayıb digər qutularla birlikdə Zöhrə xanıma vermişdir. Zöhrə xanım həmin 3 ədəd qutunu ondan alıb içərisinə baxmadan götürmüşdür. Axşam o, işlərini bitirib kirayə yaşadığı mənzilə getmişdir. Götürdüyü qızıl-zinət əşyalarını mənzildə olan dolabın içərisindəki geyim əşyalarının arasına qoymuşdur. 07 aprel 2024-cü il tarixdə həmişəki kimi Zöhrə xanımın evinə gəlib evdə səliqə-səhman yaratmağa başlamışdır. Saat təxminən 11 radələrində Zöhrə xanım yas yerinə getmiş, təxminən saat 17 radələrində evə qayıdıb mətbəxdə yemək bişirməyə başlamışdır. O da, yuxarı mərtəbələrdə təmizlik işlərini bitirib mətbəxə gəlmiş və Zöhrə xanıma kömək etməyə başlamışdır. O, yağış yağdığından Zöhrəyə bir qədər tez işdən çıxıb evə getmək istədiyini söyləmişdir. Zöhrə ona qızlarının gələcəyini, onlar ilə birlikdə yemək yedikdən sonra qabları yuyub evə getməyini bildirmişdir. O, etiraz etməmişdir. Təxminən saat 18 radələrində Zöhrənin qızları Füruzə və Səadət evə gəlmişlər. Saat 19 radələrində isə Zöhrə xanımın həyat yoldaşı Sabir və oğlu Rauf da evə gəlmişlər. Bütün ailə üzvləri şam etdikdən sonra Sabir və Rauf evi tərk etmişlər. O da, qabları yuduqdan sonra əynini dəyişib evə getmək üçün foyeyə gəldikdə Zöhrə xanımın qızları ilə oturub söhbət etdiklərini görmüşdür. Zöhrə xanım onun ailəsi barəsində qeybət etdiyini bildirib ona irad tutmuş və ona hədiyyə verdiyi geyim əşyalarını geri tələb etmişdir. O, yaşadığı evə gedib Zöhrənin ona hədiyyə etdiyi bütün geyim əşyalarını iki ədəd sellofan torbaya toplayıb geri qayıtmış və həmin iki sellofan torbada olan geyim əşyalarını Zöhrəyə qaytarmışdır. Bu zaman Səadət anasına evdən itmiş qızl-zinət əşyasının da onun oğurladığını söyləmişdir. O, evdən heç vaxt, heç bir əşya oğurlamadığını bildirmişdir. Bu hadisədən sonra o, bir daha Zöhrənin evinə getməmişdir. Bundan təxminən iki ay sonra onu Zöhrə xanımın yaşadığı evdə olan seyfin içərisindən qızıl-zinət əşyalarının oğurlanması hadisəsi ilə bağlı Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişlər. O, polis şöbəsində də Zöhrə xanımın evindən heç bir əşya oğurlamadığını bildirmişdir. Etdiyi əməldən peşman olduğu üçün qızıl-zinət əşyalarını satmayıb mənzildə saxlamışdır. Sonradan onu bir daha Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət edib sorğu-sual etdikdə o, həmin qızıl-zinət əşyalarını götürdüyünü etiraf etmiş və qızıl əşyalarının evində olduğunu bildirmişdir. Həmin qızıl-zinət əşyalarını istintaqa təqdim etmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs evindən qızıl-zinət əşyalarını oğurladığı barədə ailə üzvlərinin və ya digər şəxslərin məlumatı olmamışdır. O, ailə üzvlərinə həmin qızıl-zinət əşyalarını Zöhrə xanımın müvəqqəti saxlamaq üçün ona verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs evindən digər qızılzinət və ya başqa əşya oğurlamamışdır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qızıl-zinət əşyalarından mütəmadi istifadə etmədiyi üçün əşyalar daimi olaraq otaqda olan dolabın içərisində qutuda olmuşdur. 2024-cü ilin mart ayında dolabın içərisində saxladığı qutunun içərisindən 750 əyarlı, üzərində brilyant daşlar olan, dəyəri 12000 manat təşkil edən qızıl boyunbağı və bilərzik dəstinin oğurlandığını aşkar etmişdir. Həmin dəstdən mütəmadi istifadə etməmişdir. Həmin gün toya gedərkən qeyd etdiyi qızıl-zinət dəstinin yerində olmadığını aşkar etmişdir. Sonuncu dəfə cari ilin fevral ayında həmin dəsti toya gedərkən taxmışdır. Yaşadığı ünvana kənar şəxs tərəfindən müdaxilə olunmadığı üçün qızıl-zinət dəstinin 15 ilə yaxın evlərində xadimə işləyən Təqsirləndirilən şəxs Həsənağa qızı tərəfindən oğurlandığından şübhələnmişdir. Aynurəyə oğurlanmış əşyanı geri qaytarması üçün vaxt vermiş, şərait yaratmış, araya adam salmışdır. Aynurə boynuna almamış, hətta ona şər atıldığını bildirmişdir. Əvvəllər də evdən itki olub, təxminən bir il əvvəl evdən bir ədəd qızıl üzük oğurlandıqda Aynurədən şübhələndiklərini bildirmişlər. Bir neçə gün keçmiş Aynurə qızıl üzüyü gətirib qaytararaq evdə təmizlik işləri apararkən tapdığını bildirmişdir. Həmişə Aynurənin arxasında durmuş, maddi və mənəvi dəstək göstərmiş, ona ailə üzvü kimi baxmışdır. Aynurə oğurladığı əşyanın ona ailə üzvləri tərəfindən hədiyyə edildiyini və özəl olduğunu bilirdi. Oğurlanmış qızıl dəsti bir ildən sonra polisin təkidi ilə qaytarmışdır. Bu müddət ərzində o, həmin qızıl dəst özəl olduğu üçün stres keçirmiş, işi ilə əlaqədar getdiyi ölkədən bu işə görə işini yarımçıq qoyub gəlmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır, şikayətçidir. Mülki iddianı müdafiə edir və məhkəmədən mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmə baxışında ifadəsi elan edilmiş şahid X1 istintaqda verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.1992-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, həmin nikahdan 2 övladları dünyaya gəlmişdir. Aynurə 14 ilə yaxın Zərərçəkmiş şəxs evində xadimə işləmişdir. Təqribən 2024-cü ilin mart ayında həyat yoldaşı Aynurə ağlaya-ağlaya evə gəlib işdən çıxdığını demişdir. O, Aynurə ilə birlikdə Zöhrə xanımın Aynurəyə verdiyi paltarları geri qaytarmaq məqsədi ilə Zöhrə xanımın evinə getmişdir. O, bayırda gözləmiş, Aynurə isə evə daxil olub paltarları qaytarıb gəlmişdir. Sonra onlar taksiyə əyləşib geri qayıtmışlar. O, Aynurədən hansı səbəbdən işdən çıxdığını soruşduqda Aynurə Zöhrə xanımdan əmək haqqının qaldırılmasını istədiyini, lakin Zöhrə xanım imtina etdiyi üçün işdən çıxdığını bildirmişdir. Təxminən bir həftə sonra Aynurə ona Zöhrə xanımın onunla əlaqə saxladığını, evindən qızıl komplektin itdiyini dediyini söyləmişdir. Bundan sonra Zöhrə xanım bir neçə dəfə onunla əlaqə saxlayıb komplektin geri qaytarılmasını tələb etmişdir. O, Zöhrə xanıma komplektin Aynurə tərəfindən oğurlanmadığını demiş, lakin Aynurənin təmiz adının qorunması üçün Göyçay rayonunda olan evini satıb vurulmuş maddi ziyanı ödəməyə hazır olduğunu demişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ifadəsində bu hadisədən öncə də onunla əlaqə saxlayıb həyat yoldaşı Aynurənin evdən oğurluq etdiyini bildirdiyini qeyd etməsi barədə bildirmişdir ki, o, Aynurənin oğurluq etdiyini görməmiş, Zöhrə xanıma da Aynurənin evdən oğurluq etdiyi barədə deməmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs adına oğru ləkəsi düşməsin deyə adının təmizliyini qorumaq üçün Zərərçəkmiş şəxs Göyçayda olan evlərini satıb vurulmuş maddi ziyanı ödəməyə hazır olduğunu bildirmişdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş Şahid istintaqda verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs doğma anasıdır. Anası Təqsirləndirilən şəxs 14 ilə yaxın bir müddətdə Zərərçəkmiş şəxs evində xadimə işləmişdir. Təqribən 2024-cü ilin mart-aprel aylarında evdə olarkən anası Aynurənin Zöhrə xanımın evindən işdən çıxdığını öyrənmişdir. Anasının işdən çıxmasının səbəbi Zöhrə xanımın evindən qızıl-zinət əşyalarının oğurlanması və Zöhrə xanımın oğurluğun anası tərəfindən törədilməsindən şübhələnməsi olmuşdur. Zöhrə bibi anası Aynurədən şübhələndiyi üçün aralarında narazılıq yaranmış və anası işdən çıxmışdır. Həmin ərəfədə anası və atası evdə söhbət edən zaman anası Aynurə həqiqətən də Zöhrə xanımın evində işləyərkən oradan qızılzinət əşyalarını oğurladığını və həmin qızıl-zinət əşyalarını lombarda verərək əldə olunmuş pulla onu narkotik asılılığından azad olmaq üçün “ALFA” reabilitasiya mərkəzinə müalicəyə yerləşdirdiyini söyləmişdir. O, qeyd olunan lombardın dəqiq ünvanını bilməmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ifadəsində onun narkotik vasitələrin aludəçisi olduğunu, müalicəsi üçün dəfələrlə köməklik etdiyini, oğurluq üstündə məhkum edildiyi barədə bildirmişdir ki, Zərərçəkmiş şəxs dedikləri doğrudur. Həmişə onlara kömək olmuşdur. Bir dəfə oğurluq etdiyinə görə, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. 28 dekabr 2023-cü ildə cəzasını tam çəkib qurtarmışdır. O, müalicə alıb sağalmış, hazırda kurs müalicəni davam etdirir. Narkoik vasitələrin aludəçiliyindən əziyyət çəkmir. O, 29 yanvar 2024-cü il tarixdən müalicədə olmuş və 17 fevral 2025-ci il tarixdə müalicəni bitirib reabilitasiya mərkəzindən çıxmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - götürmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 1 ədəd 750 əyyarlı, üzərində brilyant qaşlar olan qızıl boyunbağı və qolbaq dəsti cinayət işinə əlavə edilməsi üçün Təqsirləndirilən şəxs götürülmüşdür. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - iş üzrə mütəxəssis qismində cəb edilmiş zərgərlik məmulatlarının alqı-satqısı və dəyərləndirilməsi üzrə mütəxəssis X2 verdiyi arayışdan görünür ki, bir ədəd boyunbağıya baxış zamanı boyunbağının 750 əyarlı, 40,3 qram çəkidə, üzərinin hər biri 8 sot olmaqla ümumilikdə 38 ədəd brilyant daşlarla bəzədildiyi müəyyən olunmuşdur. Təqdim edilmiş bir ədəd qolbağa baxış zamanı qolbağın 750 əyarlı, 17,0 qram çəkidə, üzərinin hər biri 8 sot olmaqla ümumilikdə 22 ədəd brilyant daşlarla bəzədildiyi müəyyən olunmuşdur. Hər iki zinət əşyaları istifadəyə yararlı vəziyyətdədir. Hazırki dövrə olan orta bazar qiyməti ilə bir ədəd boyunbağının dəyəri 8000 (səkkiz min) manat, bir ədəd qolbağın dəyəri 3300 (üç min üç yüz) manat, qeyd olunan zinət dəstinin ümumi dəyəri 11300 (on bir min üç yüz) manat təşkil edir. - maddi sübut kimi tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 1 ədəd 750 əyyarlı üzərində brilyant qaşları olan qızıl boyunbağı və qolbaq dəsti maddi sübut qismində tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - elektron məhkəmə informasiya sistemindən çıxarışdan və vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu Şahid Vətən müharibəsi iştirakçısıdır, “Vətən müharibəsi iştirakçısı” medalı və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki: 2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.... 10. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək,cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir.... 11. CM-nin 34.2ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur.....” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, oğurladığı əşyanı qaytarmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, təyin edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin şəxsiyyətinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2nını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs üzərinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; cinayət işi üzrə maddi sübut olan 1 ədəd 750 əyyarlı, üzərində brilyant qaşlar olan qızıl boyunbağı və qolbaq dəstinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin hərəkəti nəticəsində şüurunda mənfi psixi reaksiyaya səbəb olaraq mənəvi sarsıntı keçirməsi, həmçinin sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkərək iztirab keçirməsini təsdiq edən sübutlar təqdim etmədiyindən mülki iddia baxılmamış saxlanılmalı, mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqi yardım göstərən vəkil Müdafiəçi3 məhkəmədə iştirak etdiyi müddət 35 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı hər iş saatı üçün 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 385 (üç yüz səksən beş) manat (35x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi3 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2nını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd 750 əyyarlı, üzərində brilyant qaşlar olan qızıl boyunbağı və qolbaq dəstinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası baxılmamış saxlanılsın və mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs 35 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 385 (üç yüz səksən beş) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar