Məhkəmə qərarları › İş №1(007)-526/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-526/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-526/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1990-cı il tarixdə Şamaxı rayonuda anadan olmuş, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Şəhriyar qəsəbə ərazi dairəsində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədilə 05 may 2024-cü il tarixdə, saat 07 radələrində Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsı 42 ünvanında yerləşən avtoyuma məntəqəsində həmin məntəqənin işçisi Zərərçəkmiş şəxs1 məxsus üzərində 3 manat dəyərində 055 *** ** ** və 5 manat dəyərində 051 *** ** ** saylı nömrələr olan 1012 manat dəyərində "Samsung A34" markalı mobil telefonu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 1020 manat maddi zyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli talama məqsədilə 29 may 2024-cu ıl tarixdə, saat 22 radələrində ünvan 2 ünvanında yerləşən “Şəki" kafesində Zərərçəkmiş şəxs2 məxsus üzərində 12 manat dəyərində 050 *** ** ** saylı nömrə olan 1900.08 manat dəyərində "İphone13" markalı mobil telefonu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 1912,08 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, müxtəlif işlərdə fəhlə kimi işləmiş və sonuncu olaraq da Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində olan avtoyuma məntəqəsində işləmişdir. Həyat yoldaşı və 6 yaşında oğlu isə Şamaxı şəhəri, Şəhriyar qəsəbəsində atasının evində yaşayır. 04 may 2024-cu il tarixdə səhər saatlarında Bakı şəhəri, Nərimanov rayonu. M.Sənani kuçəsı 42 ünvanında yerləşən avtoyuma məntəqəsinə yaxınlaşıb adını sonradan öyrəndiyi Valeh adlı işçidən onu da işə götürməsini xahiş etmişdir. O da avtoyuma məntəqəsinin sahibinə bu barədə bildirdikdən sonra onu işə götürmüşlər. O Valehə oz adını Fəqan kimi demişdir. Həmin gun o, Valehlə birlikdə bir neçə maşın yumuş və əldə olunan qazancdan Valeh ona da vermişdir. Valeh həmin avtoyuma məntəqəsinin içərisindəki otaqda qaldığını bildirdiyindən, o da həmin gecəni onunla birlikdə avtoyuma məntəqəsinin içərisindəki otaqda gecələmişdir. Növbəti gün, yəni 05 may 2024-cü il tarixdə, saat 07 radələrində Valeh yuxudan oyanmış və “Samsung A34” markalı mobil telefonunu otaqda elekrtik cərəyanına qoşaraq mağazaya getmişdir. Həmin vaxt o, Valehin telefonunu oğurlamaq qərarına gəlmiş və dərhal yerindən qalxaraq telefonu elektrik cərəyanından çıxarıb oğurlayaraq avtoyuma məntəqəsindən qaçıb getmişdir. Sonra isə elə həmin gün günorta saatlarında “Neftçilər” metrostansiyasının yaxınlığında küçədə səyyar şəkildə telefon alqı-satqısı ilə məşğul olan tanımadığı şəxsə oğurladığı mobil telefonu 200 manata satıb pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 29 may 2024-cü il tarixdə saat təxminən 20 radələrində əvvəllər bir neçə dəfə yemək yediyi Bakı şəhəri, Nizamı rayonu, C.Naxçıvanski küçəsində 8-ci km bazarının içərisində olan “Şəki” adlı kafeyə getmişdir. Kafenin zalında masalardan birində oturub yemək yemiş və pivə içmişdir. İçəridə ondan başqa müştəri olmamışdır. Həmin zaman bayırdan bir nəfər tanımadığı cavan oğlan kafeyə daxil olmuş və ona müraciət edib mobil telefonunu oturduğu masanın yanındakı elektrik cərəyanına qoşmaq istədiyini bildirmişdir. O, etiraz etməmiş və həmin şəxs mobil telefonunu cərəyana qoşaraq telefonu onun əyləşdiyi masanın üzərinə qoyub özü də kafedən çölə çıxmışdır. O, təxminən 10 dəqiqə müddətinə yeməyini yeyib tamamlamış və sonra isə cərəyana qoşulan mobil telefonu əlinə alıb baxanda təzə vəziyyətdə “İphone 13” markalı mobil telefon olmasını görmüşdür. Həmin mobil telefonu oğurlamaq qərarına gəlmiş və ətrafa bir neçə baxıb heç kimin olmadığına əmin olandan sonra həmin mobil telefonu sakitcə cərəyandan ayırıb əlində çölə çıxmışdır. Oğurladığı mobil telefon kodda olduğundan səhərisi gün satıb pul əldə etmək qərarına gəlmişdir. Həmin gecəni “Neftçilər” metrostansiyasının yaxınlığındakı parkda gecələmiş və səhəri gün, yəni 30 may 2024-cü il tarixdə bütün günü gəzişərək vaxtını keçirmişdir. Axşam saat təxminən 22 radələrində “28 may” metrostansiyasının yaxınlığındakı telefon mağazalarından birinə getmiş və mağazada olan bir nəfər satıcıya oğurladığı “İphone 13” markalı mobil telefonu öz telefonu kimi təqdim edərək koda düşdüyünü və satmaq istədiyini demişdir. Bundan sonra həmin satıcı telefonu 200 manata ala biləcəyini dediyindən o, razılaşmışdır. Odur ki, şəxsiyyət vəsiqəsinin surətim təqdim edərək oğuradığı “İphone 13” markalı mobil telefonu həmin satıcıya 200 manata satmışdır. Oğurladığı telefonu satıb əldə etdiyi 200 manat puldan qalan 50 manatını da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bir neçə gün sonra isə Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenın küçəsində işlədiyi avtoyuma məntəqəsində olarkən polis əməkdaşları onu tutub 24-cü Polis şöbəsinə gətirmişlər. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri qismən ödəməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailə üzvləri hazırda Salyan rayonunda yaşasalar da, o, 30 aprel 2024-cü il tarixdən etibarən işləmək məqsədilə ünvan 5 ünvanında yerləşən avtoyuma məntəqəsində yuyucu işləməyə başlamış və həmin avtoyuma məntəqəsində də qalır. 04 may 2024-cü il tarixdə saat təxminən 11 radələrində o, avtoyuma məntəqəsində işləyərkən bir nəfər özünü Fəqan kimi təqdim edən şəxs avtoyuma məntəqəsinə yaxınlaşıb işləmək istədiyini bildirmişdir. Avtoyuma məntəqəsinin sahibı də etiraz etməyərək sınaq müddəti kimi həmin şəxsi işə qəbul etmişdir. Gün ərzində o, həmin şəxslə işləyərək bir neçə avtomaşın yumuş və gecə də avtoyuma məntəqəsinin içərisində qaldığı otaqda birlikdə gecələmişlər. Növbəti gün, yəni 05 may 2024-cü ıl tarixdə, saat 07 radələrində o, yuxudan oyanmış və istifadə etdiyi “Samsung Galaxy A34” markalı mobil telefonu otaqda elektrik cərəyanına qoşaraq yaxınlıqdakı mağazaya getmişdir. Həmin vaxt Fəqan otaqda tək qalmışdır. Təxminən 5 dəqiqə sonra o, geri avtoyuma məntəqəsinə qayıdanda mobil telefonunun yerində olmadığını, həmçinin Fəqanın da avtoyuma məntəqəsində olmadığını görmüşdür. Bildirir ki, oğurlanan və onun istifadəsində olan “Samsung Galaxy A34” markalı mobil telefonu Salyan rayonunda yerləşən “İlham narmobile” mağazasından həyat yoldaşının adına sənədləşdirib kreditlə almışdır ki, nəticədə kredit faizi ilə birlikdə 1012 manat pul ödəməlidir. Bildirir ki, oğurluq nəticəsində ona ümumilikdə 1020 manat madci ziyan dəymişdir. O, oğurluqla bağlı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Polisdə araşdırma zamanı mobil telefonunu oğurlayan Fəqan adlı şəxsin əslində Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Halhazırda ona vurulmuş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir, təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 29 may 2024-cü il tarixdə axşam saatlarında evlərinə meyvə-tərəvəz almaq məqsədilə Bakl şəhəri Nizami rayonu ərazisindəki 8-ci km bazarına getmişdir. Saat təxminən 21 radələrində elə həmin bazarın içərisində olan “Şəki” adlı kafenin həyətindəki masalardan birində oturub yemək yemiş və kafenin həyətində ondan başqa müştərilər də olmuşdur. Həmin vaxt o, qonşu masada oturan müştərilərdən “İphone” adaptoru olub-olmamasını soruşmuşdur ki, onlardan biri yalnız USB naqili olmasını demişdir. O, USB naqilini həmin müştəridən almış və özünə məxsus “İphone 13” markalı mobil telefonunu da kafenin içərisində elekrtik cərəyanına qoşması üçün qadın ofisianta vermişdir. Ofisiant da onun mobil telefonunu götürüb kafenin içərisindəki bir nəfər tanımadığı müştəri oturduğu masanın yanındakı elektrik cərəyanına qoşub telefonunu da həmin müştəri oturan masanın üzərinə qoymuşdur. Belə ki, o, özü də ofisiantın arxasınca gedib telefonunu hara qoyduğuna baxmışdır. Sonra o, geri kafenin həyətinə qayıdıb öz masasında əyləşib yeməyinə davam etmişdir. Təxminən 15 dəqiqə sonra kafenin içərisində aranın qarışdığını görmüş və işçilərdən kimsə ona telefonunun kafenin içərisində oturan müştəri tərəfindən oğurlandığını bildirmişdir. O, dərhal ofısiantın mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gəlib kafenin içərisində olan kameranın videoyazısına baxış keçirmiş və onun mobil telefonunu həqiqətən də kafenin içərisində oturan müştərinin oğurladığını bildirmişlər. Bildirir ki, oğurlanan **********28406 və **********41909 İMEİ kodlu “İphone 13” markalı mobil telefonu 28 mart 2024-cü il tarixdə “İnşaatçılar” metrosunun yaxınlığındakı “KontakHome” mağazasından kreditlə almışdır ki, nəticədə kredit faizi ilə birlikdə 1900,08 manat pul ödəməlidir. O, bir aylıq 95 manat kredit pulunu ödəmişdir. Həmin mobil telefonun üzərində 12 manat dəyərində 050 *** ** ** saylı mobil nömrə olmuşdur. Bildirir ki, oğurluq nəticəsində ona ümumilikdə 1912,08 manat maddi ziyan dəymişdir. O. oğurluqla bağlı Nizam Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə ərizə ilə də müraciət etmişdir. Polisdə araşdırma zamanı mobil telefonunu oğurlayan şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Onun mobil telefonu ona qaytarılmışdır. Qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bikdirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi kı, təxminən 2 ay olar kı, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 41D ünvanında yerləşən “Alma GSM” mobile mağazasında satıcı işləyir. Təxminən bir həftə əvvəl saat təxminən 22 radələrində işlədiyi mağazada olarkən əvvəllər tanımadığı bir nəfər cavan oğlan müştəri kimi mağazaya daxil olub maddi sıxıntıları səbəbindən özünə məxsus “İphone 13” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. O, həmin telefona baxış keçirəndə saz və işlək vəziyyətdə olmasını görmüşdür. Cərəyana qoşub yoxladıqda telefonun ekranı kodda olsa da, həmin şəxs kodu unutduğunu və qutusunu da səhərisi gün gətirib təqdim edəcəyini bildirmişdir. Həmin telefon kodda olduğu üçün o, fikirləşmişdir ki, həmin telefonu ehtiyat hissə kimi almaq olar. O, mağazada usta işləyən X3 zəng edib belə bir telefon satıldığını demiş, Mövlud 200 manat verə biləcəyini bildirmişdir. O da telefonu satan şəxsə telefonu 200 manata ala biləcəyimi təklif etmişdir ki, müştəri də razılaşmışdır. O, həmin telefonu ondan almış və 200 manat pulu əlbəəl həmin şəxsə vermişdir. Həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini də götürmüş və onun Təqsirləndirilən şəxs Ələmdər oğlu olmasını bilmişdir. Sonra həmin şəxs mağazadan çıxıb getmişdir. 05 iyun 2024-cü il tarixdə işlədiyi mağazada olarkən polis əməkdaşları gəlib Rasimin ona satdığı “İphone 13” markalı mobil telefonun oğurluq olmasını bildirmişlər. Yəni, o, həmin vaxt Rasimdən aldığı mobil telefonun oğurluq olmasını bilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdır ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 DİNin 102 xidmətinə zəng edərək və 24-cü Polis Şöbəsinə ərizə yazaraq bildirmişdi ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən “Şəki” kafesində özünə məxsus “İphone 13” markalı mobil telefonu başqa masada cərəyana qoşmuş, həmin masada əyləşmiş müştəri gizlin formada onun telefonunu oğurlamışdır. Cinayətin açılması istiqamətində onlar tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, oğurluq hadisəsi kafenin müşahidə kameralarının görüntüsünə də düşmüş və keçirilmiş tədbirlər nəticəsində oğurluq cinayətini törətmiş şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs 05 iyun 2024-cü il tarixdə onlar tərəfindən Mərdəkan qəsəbəsində saxlanılaraq 24-cü Polis Şöbəsinə gətirilmişdir. Araşdırma zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs oğurladığı mobil telefonu Şahid1 satıb, Şahid1 da müəyyən edilərək 24-cü Polis Şöbəsinə çağırılmışdır. Həmçinin məlum olmuşdur kı, Təqsirləndirilən şəxs Nərimanov rayonu ərazisində də işlədiyi avtoyuma məntəqəsində yuyucu işləyən digər şəxsin mobil telefonunu oğurlayıb. Təhqiqatçı tərəfindən toplanmış material Nizami RPİ-nin İstintaq Şöbəsinə təqdim edilmiş və Təqsirləndirilən şəxs istintaqa aparılması onlar tərəfindən təmin olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslər və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qanunvericiliyə əsasən məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət-hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhiükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin birinə dəymiş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixli raporta əsasən Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə saat 14 radələrində Nizami rayon 24-cü PŞ-nə gətirilmişdir. xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(007)-171/2024 nömrəli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə o, hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “İphone 13” markalı mobil telefonun Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin iş üzrə təyin edilmiş 9/4779 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyi sübut növü qismində qiymətləndirilməməsinə baxmayaraq, hazırkı cinayət işi üzrə keçirildiyindən məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc-Təqsirləndirilən şəxs tutulmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 07 ay (iki il yeddi ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “İphone 13” markalı mobil telefonun Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 204 (iki yüz dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar