Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-528/2025 13.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 2000-ci ildə Beyləqan rayonunun İmamverdilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 07 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Yavər Səfərov küçəsi, nömrəsiz evdə sosial şəbəkə vasitəsilə tanış olduğu on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan, xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bir neçə ildir ki, tanıyır. Tanışlıqları "Tik-Tok" sosial şəbəkəsi üzərindən olmuşdur. Bu vaxtadək onunla bir neçə dəfə müxtəlif ünvanlarda görüşmüş, lakin əvvəllər aralarında heç bır intim münasibət olmamışdır. “Tik- Tok”, “Facebook” və “İnstagram” sosial şəbəkələri vasitəsi ilə Zərərçəkmiş şəxs ilə mütəmadi ünsiyyətdə olmuşlar. O, İncidən yaşını soruşmuş, İnci 19 yaşı olduğunu demişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə ona yazaraq həmin tarixdə görüşmək istədiyini bildirmişdir. Onunla razılaşmış və onlar axşam saatlarında Nizami rayonu “Neftçilər” metrostansiyasının yaxınlığında görüşmək qərarına gəlmişlər. Həmin tarixdə təxminən saat 19:20 radələrində o, Nizami rayonu “Dakar” dairəsi adlanan yerdə Zərərçəkmiş şəxs idarə etdiyi “Opel Astra” markalı, **-VY-*** nömrəli avtomobillə götürərək bir qədər yaxın ərazilərdə avtomobillə gəzmişlər. Bundan sonra o, dostları Rəsul və Əlini kirayə yaşadıqları Babək prospektində olan evlərindən götürüb birlikdə Fəvvarələr Meydanı ərazisində "45 Restaurant" adlı restorana getmişlər. Həmin restoranda kabinetdə dostu Rəhmanın öz tanışları ilə birlikdə əyləşdiyini görüb onlara qoşulmuşlar. xx.xx.2025-ci ıl tarixdə səhər saat 5 radələrində Rəsul, Əli və Zərərçəkmiş şəxs ilə birgə Rəsul və Əlinin kirayə yaşadıqları, Babək prospekti "Embawood" mebel evinin yaxınlığında yerləşən, dəqiq ünvanını bilmədiyi evə getmişlər. Onun öz yaşadığı ev ümumi həyətdir, qonşu otaqda ev sahibləri qalır, ona görə də ora getməmişdir. Bir müddət sonra Rəsul və Əli evin digər otağına keçmiş, o isə İnci ilə yataq otağında qalmışdır. Həmin gecə o, Zərərçəkmiş şəxs ilə onun razılığı ilə iki dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. İnci bakirə olduğunu demişdir. Daha sonra Zərərçəkmiş şəxs mobil telefonundan onun anasının mobil nömrəsini götürərək əlaqə saxlamış və qızının onunla olduğunu bildirmiş və onu evinə qaytarmaq istədiyini demişdir. O hiss etmişdir ki, İnci evindən qaçmışdır. O, Zərərçəkmiş şəxs ilə birgə onun yaşadığı ünvanın yaxınlığına gəlmiş və onu anasına təhvil verən zaman polis əməkdaşları ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək Zərərçəkmiş şəxs itkin düşməsi ilə bağlı PŞ-də araşdırma aparıldığı səbəbi ilə onu Polis Şöbəsinə dəvət etmişlər. Əməlindən çox peşmandır. Məhkəmədən barəsində aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, orta məktəb şagirdidir, anası və qardaşı ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs “Kənan” adı ilə tanımışdır. Onunla 3-4 ildir kı, “Tik- Ток” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuş və bu müddət ərzində mütəmadi olaraq ünsiyyətdə olmuşlar. Abdul ona demişdir ki, onun 23 yaşı var, o da Abdula 14 yaşı olduğunu bildirmişdir. Həmin müddət ərzində ümumilikdə Abdul ilə iki dəfə müxtəlif ünvanlarda görüşsələr də, aralarında heç bir intim münasibət olmamışdır. Ailə vəziyyəti ilə əlaqədar başqa ünvana köçdüklərindən başqa məktəbdə təhsilini davam etdirməli olmuşdur. Təhsil aldığı məktəbə uyğunlaşa bilməmiş və dəfələrlə anasına demişdir kı, onu həmin məktəbdən çıxartsın və əvvəlki məktəbinə keçirtsin. Lakın anası onun məktəb dəyişmək istəyini ciddiyə almamışdır. Bütün bu olanlardan sıxıldığı üçün o, bir neçə dəfə yaşadığı evi tərk etməyi düşünmüşdür. 06 fevral 2025-ci il tarixdə, saat təxminən 16 radələrində anası işdə olan zaman qardaşı Ümid Can da yatmış olduğundan yaşadığı mənzildən çıxaraq avtobusla təklikdə “Neftçilər” metrostansiyasına getmək istəmiş, lakin dayanacaqda bir qədər gözləsə də avtobus gəlmədiyi üçün yenidən evə qayıtmışdır. Saat təxminən 18:45 radələrində o yenidən evdən çıxmış və taksi ilə “Neftçilər” metrosunun yanına gəlmişdir. Orada olan zaman Abdulla əlaqə saxlamış və onunla görüşmək barədə razılaşmışlar. Təxminən saat 19 radələrində o, Abdulla görüşmüş və onun idarə etdiyi avtomobillə bir qədər gəzmışlər. Bundan sonra isə Abdulun yaşadığı ünvana getmışlər. Abdul evə keçərək geyimini dəyişib geri dönmüş və sonra birlikdə onun işlədiyi ünvana getmişlər. Bir müddət sonra Abdulla birgə onun tanışları Rəsul və Əlinin kirayə yaşadıqları ünvana getmiş, sonra da onlarla birlikdə saat təxminən 00:00-01:00 radələrində şəhərdə yerləşən restoranların birinə getmişlər. Restoranda olan zaman kabinetlərin birinə daxil olmuşlar ki, kabinetdə Abdulun tanışı Rəhman adlı şəxs və 5 nəfər tanımadığı qadın olmuşdur. Həmin yerdə bir qədər oturduqdan sonra, saat təxminən 00:00 radələrində o, restorana girməmişdən əvvəl Abdula bildirmişdir ki, artıq gec olduğu üçun evinə qayıtmaq istəyir, Abdul isə ona demişdir ki,. narahat olmasın, bir az otursunlar, onu evlərinə aparacaq. 07 fevral 2025-ci il tarixdə, təxminən səhər saat 05 radələrınə qədər restoranda oturmuş və həmin saatda oranı tərk etmişlər. Restorandan çıxandan sonra o, Abdula bildirmişdir ki, onu evinə aparsın. Abdul isə artıq gec olduğunu, onunla qalıb səhər onu aparacağını bildirmişdir. O, Abdul, onun tanışları Rəsul və Əli ilə birlikdə onların kirayə yaşadıqları dəqiq ünvanını bilmədiyi evə getmişlər. Həmin evdə Rəsul və Əli yataq otağına keçərək orada yatmışlar. O isə Abdulla birlikdə eyni otaqda qalmışlar. Həmin vaxt ərzində o, Abdulla könüllü olaraq qeyri-təbii yolla cinsi münasibətdə olmuşdur. 07 fevral 2025-ci il tarixdə səhər saatlarında həmin evi tərk edən zaman Əli artıq həmin evdə olmamışdır. O, Abdul və Rəsuila birlikdə həmin evdən çıxaraq Abdulun işlədiyi yerə getmişlər. Daha sonra Abdul onu ondan xəbərsiz olaraq yaşadığı ünvanın yaxınlığına gətirərək anasına təhvil vermişdir. Sonradan ona məlum olmuşdur ki, Abdul ona məxsus mobil telefondan anasına məxsus mobil nömrəni götürərək onunla əlaqə yaratmış və onu təhvil vermək istədiyini demişdir. Daha sonra o, valideynlərilə birgə 24-cü Polis Şöbəsinə dəvət olunduqlarından ora getmiş və izahat yazmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində bildirmişdir ki, keçmiş həyat yoldaşı X2 ilə 2021-cı ildə rəsmi şəkildə ayrılmışlar. 06 fevral 2025-ci il tarixdə, saat 16 radələrində o işlədiyi Nizami rayonu ərazisində yerləşən "İydə" mağazasında olarkən qızı Zərərçəkmiş şəxs ilə “Whatsapp” tətbiqi vasitəsi ilə görüntülü əlaqə saxlamışdır, İnci həmin vaxt yaşadıqları ünvanda olmuşdur. Bundan təxminən 30 dəqiqə sonra təkrarən İnci ilə əlaqə saxlamaq istədikdə İnci telefon zənglərinə cavab verməmişdir. Bu zaman o, yaşadıqları binada bərbər fəaliyyəti ilə məşğul olan Rəşad adlı qonşuya zəng etmiş və yaşadıqları mənzilə gedərək qapını döyməsini xahiş etmişdir. Rəşad mənzillərinə gedib oradan onunla əlaqə saxlamış, qapını döydükdən sonra isə oğlu Ümid Can qapını açmaq istəyərkən qapının çöl tərəfdən açarla bağlı olduğunu bildirmişdir. Bundan sonra o, Ümid Canla telefonla əlaqə saxladıqda o, mənzildə yatdığını, yuxudan oyanan zaman isə bacısı İncinin mənzildə olmadığını aşkar etdiyini bildirmişdir. Bundan sonra o yenə də dəfələrlə İnci ilə əlaqə saxlamaq istəsə də o, telefonlara cavab verməmiş və yaxud da onun istifadəsində olan mobil nömrəyə arada zənglər çatmamışdır. Saat təxminən 20 radələrində o, işdən çıxıb evə gələndən sonra isə mənzildə masanın üzərində İncinin “marketdəyəm” sözünü yazdığı kağızı aşkar etmişdir. Odur ki, dərhal mənzildən çıxıb həyətə düşmüş və yaxınlıqdakı parkları gəzib İncini axtarmağa başlamışdır. Lakin bir qədər axtardıqdan sonra İncini tapmamış, həmçinin telefonla da əlaqə saxlaya bilmədiyindən artıq narahat olmuş və 24-cu Polis Şöbəsinə gedərək İncinin itkin düşməsi barədə ərizə vermişdir. Ona görə polis əməkdaşları yaşadıqları ünvana gəlib baxış keçirmiş, sonra isə yaşadıqları binanın həyətindəki bərbərxananın müşahidə kameralarına baxmışlar. Lakin müsbət nəticəsi olmamışdır. Səhərisi gün saat təxminən 10 radələrində o evdə olarkən onun mobil nömrəsinə hazırda xatırlamadığı nömrədən zəng edən cavan oğlan İncinin onunla birlikdə dostunun evində olmasını bildirmiş, İncini gətirməsi üçün də ona konum atmağını istəmişdir. O da dərhal polisə bu barədə məlumat vermiş və yaşadığı binanın qarşısından həmin nömrəyə konum atmışdır. Təxminən 1 saat sonra həmin şəxs İncini yaşadığı binanın qarşısına gətirmiş və polis əməkdaşları da həmin şəxsi saxlamışlar. Polis Şöbəsində aparılan araşdırma zamanı da həmin şəxsin özünü İnciyə “Kanan” adı ilə təqdim etdiyi və xeyli müddətdir ki, əlaqə saxladıqları Təqsirləndirilən şəxs olmasını bilmişdir. Həmçinin həmin Abdulla təxminən 2 il əvvəl özünün də telefonla danışaraq İncinin azyaşlı olması səbəbindən onunla əlaqəsini kəsməsi üçün ona irad bildirməyini xatırlamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir kı, Təqsirləndirilən şəxs onun yerlisidir. O, əvvəllər Bakı şəhərində işlədiyi üçün Rəsulla birlikdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, Yavər Səfərov küçəsində nömrəsiz həyət evində kirayədə yaşamışdır. xx.xx.2025-ci il tarixdə, gecə saatlarında tanışı Abdul bir qızla yaşadığı ünvana gələrək onunla eyni ünvanda yaşayan Rəsulu da idarə etdiyi avtomobillə götürərək Nizami küçəsində yerləşən "45 Restaurant" adlı restorana aparmışdır. Orada Rəhman adlı tanışları və bir neçə qadın olmuşdur. Onlar həmin şəxslərə qoşularaq əylənməyə başlamışlar. Həmin tarixdə saat 05 radələrində onlar yaşadıqları ünvana geri dönmüşlər. O, tanışı Rəsul ilə birgə yataq otağına keçərək yatmışlar. Abdul və yanında olan xanım digər otaqda qalmışlar. Daha sonra səhər saatlarında o, yuxudan oyandıqdan sonra yaşadığı ünvanın yaxınlığında olan iş yerinə getmişdir. Daha sonra polis əməkdaşları onunla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs itkin düşməsi ilə bağlı izahatının alınması üçün 24-cü Polis Şöbəsinə dəvət etmişlər. Abdulun həmin xanımla yaşadığı ünvanda həmin gecə cinsi əlaqədə olmasını bilməmişdir. İnci ilə birlikdə olduqları vaxtda onun getmək istəməsinin, ona qarşı hər hansı təzyiq və hədənin, zor tətbiqinin olmasının şahidi olmamışdır. İnci özü konüllu Abdulla birlikdə vaxt keçirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə birgə NZS qəsəbəsində ustalıq fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə, gecə saatlarında Abdul bir qızla birlikdə dostu Əli ilə həmin zaman kirayədə yaşadığı Nizami rayonu, Babək prospekti, Yavər Səfərov küçəsindəki nömrəsiz həyət evinə gəlmişdir. Abdul həmin qızla birlikdə Əli ilə onu idarə etdiyi avtomobillə götürərək Nizami küçəsində yerləşən "45 Restaurant" restoranına aparmışdır. Orada Rəhman adlı tanışları və bir neçə qadın da olmuşdur. Onlar həmin şəxslərə qoşularaq əylənməyə başlamışlar. Həmin tarixdə saat 05 radələrində onlar yaşadıqları ünvana geri dönmüşlər. O, tanışı Əli ilə birgə yataq otağına keçərək yatmışlar. Abdulla və İnci digər otaqda qalmışlar. O, Abdulun yanında olan qızın adının İnci olmasını sonradan bilmişdir. İncini ilk dəfə həmin gün görmüşdür. Abdul İnci ilə həmin gün nə səbəbə görüşməsi və İnci ilə gecə qalması barədə onlara heç nə deməmişdir, onlar da soruşmamışlar. Belə başa düşmüşlər ki, onların əvvəldən münasibəti var. Daha sonra səhər saatlarında o, Abdulla birgə iş yerinə getmişlər. X4 rayonu ərazisinə gətirərək anasına təhvil vermişlər. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin qızın itkin düşməsi ilə bağlı 24-cu Polis Şöbəsində araşdırma aparıldığından izahat alınması üçün onları şöbəyə dəvət etmişlər. Abdulun yaşadıqları ünvanda həmin gecə İnci ilə cinsi əlaqədə olmasını bilməmişdir. İnci ilə birlikdə olduqları vaxt onun getmək istəməsinin, hər hansı formada narazılıq etməsinin şahidi olmamışdır, çünki bu kimi halların heç biri olmamışdır. İnci özü könüllü formada Abdulla birlikdə vaxt keçirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus "Samsung" markalı mobil telefona baxış keçirilmiş və məlum olmuşdur kı, "Samsung” markalı mobil telefonda 055 *** ** ** saylı nömrə vardır və Whatsapp proqramı həmin nömrə ilə qeydiyyatdan keçmişdir. Whatsapp proqramına daxil olduqda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** saylı nömrə yaddaşda "Kənan" adı ilə qeyd edilmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs həmin nömrəsinə 06 feval 2025-ci il tarixdə, saat 17:58-də “ürəyim, mən Neftçilərə gedəcəm indi, zəng edərəm" məzmununda mesaj yazmışdır. Mobil telefonda olan həmin yazışmalar 1 vərəqdə çap edilərək protokola əlavə edilmişdir. - baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Xiaomi" markalı mobil telefona baxış keçirilmiş və məlum olmuşdur ki, “Xiaomi" markalı mobil telefonda 055 *** ** ** saylı nömrə vardır və Whatsapp proqramı həmin nömrə ilə qeydiyyatdan keçmişdir. Whatsapp proqramına daxil olduqda məlum olmuşdur ki. Zərərçəkmiş şəxs istifadəsində olan 055 *** ** ** saylı nömrə yaddaşda “İnci" adı ilə qeyd edilmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs həmin nömrəsinə 05 fevral 2025-ci il tarixdə, saat 00:04-dən başlayaraq mesaj yazaraq görüşməyi təklif etmiş, 06 fevral 2025-ci il tarixdə isə "ürəyim, mən Neftçilərə gedəcəm indi, zəng edərəm” məzmununda mesaj yazmışdır. Mobil telefonda olan həmin yazışmalar 4 vərəqdə çap edilərək protokola əlavə edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X1” X5 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 56 saylı, xx.xx.2025-ci il tarixli rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmayıb, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmişdir. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyəsində xəsarət və ya xəsarət izi aşkar olunmursa müddət haqqında fikir söyləmək mümkün deyildir. Zərərçəkmiş şəxs arxa keçəcək möhtəviyyatı olan bir ədəd tamponda məhkəmə-tibbi bioloji müayinəsi nəticəsində spermatozoidlər aşkar olunmuşdur. - xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs qismində, anası Qanuni nümayəndə qismində tanınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X1” X5 tərəfindən verilmiş maddi sübutların ekspertizasının 341/2025 TBŞ saylı, xx.xx.2025-ci il tarixli rəyin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus arxa keçəcək möhtəviyyatı olan tampon üzərində sperma qarışmış nəcis ləkələri aşkar olundu. Sperma ləkələri nəcislə qarışıq olduğu uçun bu ləkələrdə qrup göstəricisi ABO sistemi uzrə təyin edildikdə qeyri-spesıfık nəticə alındığından ləkələrdə qrup məsubiyyətinin təyini məqsədəuyğun hesab edilmir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs yazışmalarının əks olunduğu 5 vərəq iş üzrə maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs məxsus arxa keçəcək möhtəviyyatı olan tampon iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində cəmiyyətdən təcrid olunmaqla azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, təyin edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin şəxsiyyətinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2026-cı il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan “tampon” hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 5 vərəq cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13 yanvar 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan “tampon” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs yazışmalarının əks olunduğu 5 vərəq cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-528/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-528/2025
13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver