Məhkəmə qərarları › İş №1(007)-53/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-53/2021

28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-53/2021 28.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, zərərçəkmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslərin müdafiəçiləri – “Kredo” Vəkil Bürosunun vəkilləri Əliyeva Ruhəngiz Sənan qızının və Müdafiəçi2 Hətəməli oğlunun, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Allahverən oğlunun iştirakı ilə, təqsirləndirilən şəxs- 27 avqust 1961-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-nin təsisçisi və faktiki rəhbəri, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 259.3 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə təqsirləndirilən şəxsxx xxx 1975-ci ildə Saatlı rayonunun Xanlarkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də administrator vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Saatlı rayonu, Çolpı kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs1 5 aprel 1994-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində ********** VÖEN ilə qeydiyyatdan keçməklə ictimai-iaşə müəssisəsi qismində fəaliyyət göstərən "xxxx" MMC-nin təsisçisi olmaqla Cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən, cəmiyyətin 11 noyabr 2015-ci tarixli Nizamnaməsinə əsasən, cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək, operativ idarə etməni həyata keçirmək, cəmiyyəti təmsil etmək, cəmiyyətin adından əqdlər bağlamaq, cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifəsindən azad etmək və sair səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi həmin MMC-də 2008ci ilin yanvar ayından hər il bir illik müddətə, o cümlədən sonuncu dəfə 24 mart 2020-ci il tarixdə bağlanmış xxxxxxx000700 saylı əmək müqaviləsi üzrə administrator vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncu və özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, “Neolit" MMC-nin mülkiyyətində olan ünvan 3 ünvanında sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 1,97082 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 7255 m2 olan həyətyanı və bağ sahəsi hesab olunmayan əmlak kompleksi kimi müəssisənin “Kənd həyatı” adlı restoranının meşə fonduna daxil olmayan ağacların mövcud olduğu yaşıllıq hissəsində yenidənqurma işləri aparmaqla daha çox gəlir əldə etmək üçün “Park Neolit” adlı iaşə obyektini tikmək və bununla da ərazidəki yaşıllıqların məhv edilməsi hesabına istifadə olunacaq sahənin artımı yolu ilə yüksək gəlirliliyə nail olmaq üçün Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın tələblərinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair ərizə ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qəsdən müraciət etmədən və yaşıllığın götürülməsi vərəqəsini almadan həmin yaşıllıq sahəsində olan ağacların bir hissəsini köçürmək, bir hissəsini kəsməklə tikinti işlərinin aparılması üçün şərait yaradılmasını 2020-ci ilin aprel ayının əvvəllərində ünvan 3 ünvanında Təqsirləndirilən şəxs2 bildirməsi ilə əlaqədar sonuncu tərəfindən fərdi qaydada fəaliyyət göstərən cinayətdən xəbərsiz X1 verilmiş tapşırığa əsasən, 2020-ci ilin aprel ayının ortalarından sonunadək olan müddətdə sonuncu tərəfindən cinayətdən xəbərsiz iş icraçıları olan Şahid4, Şahid6 və Şahid5 verilən tapşırıq əsasında sonuncular tərəfindən həmin torpaq sahəsində mövcud olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq ümumi dəyəri 5.880 manat məbləğində qiymətləndirilmiş 4,1-8 sm diametrində 5 ədəd və 8.1-12 sm diametrində 4 ədəd, cəmi 9 ədəd çinar ağacının yerinin dəyişdirilməklə məhvinə, eləcə də, ümumi dəyəri 31.500 manat məbləğində qiymətləndirilmiş 24.1-28 sm diametrində olan 21 ədəd şam ağacının qanunsuz olaraq kökboğazından elektrik mişarı ilə kəsilməklə və yandırılmaqla məhvinə nail olaraq, ümumilikdə vahid niyyətlə 37.380 manat məbləğində külli miqdarda ziyan vurmaqla Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz ağac kəsmiş, Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında X4 və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə yaşıllıqların istifadəsi, qorunması, bərpası və genişlənməsinə yönəlmiş hüquqi, təşkilati və iqtisadi tədbirlərdən ibarət yaşıllıqların mühafizəsinə zidd həmin əməlləri ilə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Təqsirləndirilən şəxs2 5 aprel 1994-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində ********** VÖEN ilə qeydiyyatdan keçməklə ictimai-iaşə müəssisəsi qismində fəaliyyət göstərən "xxxx" MMC-də 2008-ci ilin yanvar ayından hər il bir illik müddətə, o cümlədən sonuncu dəfə 24 mart 2020-ci il tarixdə bağlanmış xxxxxxx000700 saylı əmək müqaviləsi üzrə administrator vəzifəsində işləməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 19 iyun 1998-ci il tarixli, 13-8 nömrəli qərarı ilə təsdiq edilmiş “Qulluqçu vəzifələrinin Vahid tarif-ixtisas sorğu kitabçasının 55-2-ci hissəsinin “Ticarət və ictimai iaşə” bölməsinin 4-cü paraqrafının tələblərinə əsasən, ictimaiiaşə müəssisəsinin istehsalat-təsərrüfat fəaliyyətinə rəhbərliyi həyata keçirmək, ixtisaslarından və iş təcrübəsindən asılı olaraq işçilərin seçilməsini və yerləşdirilməsini təşkil etmək, əməyin qorunması və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına, əmək intizamına, müəssisənin sanitar-texniki vəziyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olmaqla təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi həmin MMC-nin təsisçisi olmaqla cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən Təqsirləndirilən şəxs1 ilə əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncu və özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 3 ünvanında sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 1,97082 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 7255 m2 olan həyətyanı və bağ sahəsi hesab olunmayan əmlak kompleksi kimi müəssisənin “Kənd həyatı” adlı restoranının meşə fonduna daxil olmayan ağacların mövcud olduğu yaşıllıq hissəsində yenidənqurma işləri aparmaqla daha çox gəlir əldə etmək üçün “Park Neolit” adlı iaşə obyektini tikmək və bununla da ərazidəki yaşıllıqların məhv edilməsi hesabına istifadə olunacaq sahənin artımı yolu ilə yüksək gəlirliliyə nail olmaq üçün Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın tələblərinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair ərizə ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qəsdən müraciət etmədən və yaşıllığın götürülməsi vərəqəsini almadan həmin yaşıllıq sahəsində olan ağacların bir hissəsini köçürmək, bir hissəsini kəsməklə tikinti işlərinin aparılması üçün şərait yaradılması üçün 2020-ci ilin aprel ayının əvvəllərində fərdi qaydada fəaliyyət göstərən cinayətdən xəbərsiz X1 verdiyi tapşırığa əsasən, 2020-ci ilin aprel ayının ortalarından sonunadək olan müddətdə sonuncu tərəfindən cinayətdən xəbərsiz iş icraçıları olan Şahid4, Şahid6 və Şahid5 verilən tapşırıq əsasında sonuncular tərəfindən həmin torpaq sahəsində mövcud olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq ümumi dəyəri 5.880 manat məbləğində qiymətləndirilmiş 4,1-8 sm diametrində 5 ədəd və 8.1-12 sm diametrində 4 ədəd, cəmi 9 ədəd çinar ağacının yerinin dəyişdirilməklə məhvinə, eləcə də ümumi dəyəri 31.500 manat məbləğində qiymətləndirilmiş 24.1-28 sm diametrində olan 21 ədəd şam ağacının qanunsuz olaraq kökboğazından elektrik mişarı ilə kəsilməklə və yandırılmaqla məhvinə nail olaraq, ümumilikdə vahid niyyətlə 37.380 manat məbləğində - külli miqdarda ziyan vurmaqla Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz ağac kəsmiş, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında X4 və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə yaşıllıqların istifadəsi, qorunması, bərpası və genişlənməsinə yönəlmiş hüquqi, təşkilati və iqtisadi tədbirlərdən ibarət yaşıllıqların mühafizəsinə zidd həmin əməlləri ilə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 259.3 və 308.1-ci maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən "xxxx" şadlıq sarayı və onun həyətindəki digər ictimai iaşə obyektləri "xxxx" MMC-yə aiddir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14.11.2015-ci il tarixli çıxarışı əsasında "xxxx" MMCnin xüsusi mülkiyyətinə 1.97 ha torpaq sahəsi verilmiş, həmin ərazi əvvəllər qrunt suları ilə çirklənmiş olduğundan ərazini şəxsi vəsaiti hesabına abadlaşdırıb orada müxtəlif obyektlər tikmiş, həmçinin ərazidə müxtəlif cinsdə ağaclar əkdirmiş, həmin ərazinin torpaq sahəsi əkinə yararlı olmadığından orada əkilmiş ağaclar tez yandığına görə tez-tez orada müxtəlif ağaclar əkmişdir. "xxxx" MMC-nin direktoru Fərdi Məlikov olsa da, Fərdi MMC-nin işləri ilə məşğul olmamış, MMC-nin işləri ilə özü məşğul olmuş və Cəmiyyətə faktiki olaraq rəhbərlik etmişdir. MMC-nin mülkiyyətində olan ictimai iaşə obyektləri bir neçə ildir ki, ayrıayrı şəxslərə icarəyə verilmiş, iaşə müəssisəsini icarə əsasında ayrı-ayrı fiziki şəxslər işlətmişlər. "xxxx" MMC-yə rəhmətə gedənə qədər qohumu Məlikov Yadigar rəhbərlik etmişdir. Sonuncu dəfə Fərdi Məlikov 30.12.2019-cu il tarixdə "xxxx" MMC-nin mülkiyyətində olan 1782 m2 yaşayış və qeyri-yaşayış sahəsini Şahid8 icarəyə vermiş, lakin qış mövsümü olduğundan, sonrakı dövrdə isə Azərbaycan Respublikası ərazisində “COVİD-19” infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar restoranların fəaliyyəti dayandırıldığından Şahid8 həmin ictimai iaşə müəssisəsini işlədə bilməmiş və orada hər hansı fəaliyyətlə məşğul olmamışdır. Rafail orada “zavxoz” olmuş, təmizlik işlərinə baxmışdır. O, səhhəti ilə bağlı mütəmadi "xxxx" şadlıq sarayına gedə bilməmişdir. 5 ildir "xxxx" şadlıq sarayını icarəyə vermişdir. Artıq 5 ildir o, "xxxx" şadlıq sarayına gedib-gəlmir, onun bu işlərdən xəbəri olmamışdır. O, tikinti işlərinin aparılması barədə hər-hansı qərar verməmişdir. Yadigar aprel ayında tikinti işləri aparmış, yağışa görə tikinti işləri yarımçıq qalmışdır. O, hər hansı ağac kəsməmiş, ağacların kəsilməsi, köçürülməsi barədə heç kimə tapşırıq verməmişdir. O, bu barədə prokurorluqda müstəntiq məlumat verəndə xəbər tutmuşdur. Həmin ərazi əvvəllər bataqlıq olmuş, 25 il əvvəl orada şəxsən 700 ədəd ağac əkmişdir. Ağacların kökləri uzanıb suya çatanda qrunt suları ağacların kökünü yandırır, nəticədə ağaclar quruyur. Ona görə də daima həmin əraziyə ağaclar əkirlər. Məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 259.3 və 308.1-ci maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də inzibatçı (administrator) işləyir. "xxxx" MMC-nin direktoru əvvəllər Məlikov Yadigar olmuş, Yadigar vəfat etdikdən sonra MMC-nin direktoru X5 olmuşdur. Məlikov Fərdi MMC-nin fəaliyyəti ilə ümumiyyətlə məşğul olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14.11.2015-ci il tarixli çıxarışı əsasında "xxxx" MMC-nin xüsusi mülkiyyətinə 1.97 ha torpaq sahəsi verilmiş, həmin ərazi qrunt suları ilə çirklənmiş olduğundan ərazini Təqsirləndirilən şəxs1 şəxsi vəsaiti hesabına abadlaşdırıb orada müxtəlif obyektlər tikmiş, həmçinin ərazidə müxtəlif cinsdə ağaclar əkdirmişdir. MMC-nin mülkiyyətində olan ictimai iaşə obyektləri bir neçə ildir ki, ayrı-ayrı şəxslərə icarəyə verildiyindən iaşə müəssisəsini icarə əsasında ayrı-ayrı fiziki şəxslər işlətmiş, sonuncu dəfə Fərdi Məlikov 30.12.2019-cu il tarixdə "xxxx" MMC-nin mülkiyyətində olan 1782 m2 yaşayış və qeyri-yaşayış sahəsini Şahid8 icarəyə vermiş, lakin qış mövsümü olduğundan, sonrakı dövrdə isə Azərbaycan Respublikası ərazisində "COVİD-19” infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar restoranların fəaliyyəti dayandırıldığından Şahid8 həmin ictimai iaşə müəssisəsini işlədə bilməmiş və orada hər hansı fəaliyyətlə məşğul olmamışdır. MMC-nin işləri ilə Təqsirləndirilən şəxs1 məşğul olsa da, səhhətilə bağlı mütəmadi həmin əraziyə gəlib-gedə bilməmiş, buna görə də MMC-nin işlərini o, görmüşdür. "xxxx" şadlıq sarayında tikinti işləri və ağacların köçürülməsi Yadigarın dövründə onun göstərişi ilə aparılmışdır. 18 iyun 2020-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tikinti aparılan yerə gəlib yoxlama aparmışlar. Yoxlama zamanı Nazirliyin əməkdaşları digər əraziyə köçürülən ağaclardan 9 ədəd ağacın yandığını və əldə olunmuş peyk görüntülərinə əsasən həmin ərazidə 21 ədəd şam ağacının olduğunu bildirmişlər. Lakin həmin ərazidə əvvəllər ağac olmamışdır. Həmin ağacların orada olmasını sonradan peyk vasitəsi ilə aşkar etmişlər, bəlkə peyk səhv göstərmişdir. Həmin yoxlama nəticəsində akt tərtib edilmiş və təbiətə ümumilikdə 37380 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. O, bu barədə Təqsirləndirilən şəxs1 məlumat vermişdir. Təxminən 2020-ci ilin sentyabr ayında tikinti aparılan yerin ətrafındakı ərazidə 54 ədəd şam ağacı, 5 ədəd isə çinar ağacı əkmiş, Təqsirləndirilən şəxs1 isə MMC-nin ərazisində 170 ədəd əlavə şam ağacı əkmişdir. Köçürülmüş ağaclardan yananlar qurumuş ağaclar olmuşdur. O, hər hansı ağac kəsməmiş, köçürməmişdir. Məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən əməlləri törətməkdə təqsirləri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus "xxxx" şadlıq sarayının ərazisində olan ağaclar yeri dəyişdirilərək və kəsilərək məhv edilmişdir. Nəticədə Nazirliyə 37380 manat ziyan dəymiş və həmin məbləğ təqsirləndirilən şəxslər tərəfindən ibtidai istintaq zamanı Baş Prokurorluğun depozit hesabına ödənilmişdir. Təqsirləndirilən şəxslər tərəfindən təbiətə dəymiş ziyan tam ödənildiyindən onlara qarşı hər hansı şikayət və tələbləri yoxdur. Məhkəmədən yekun məhkəmə aktı qəbul edilərkən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 37380 manatın X4 üzrə Dövlət Fonduna ödənilməsi barədə müddəaların məhkəmə hökmündə qeyd edilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsində baş məsləhətçi-müfəttiş vəzifəsində işləyir. Baş məsləhətçi-müfəttiş kimi vəzifəsi X4 sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət etməkdən ibarətdir. 2020-ci ilin iyun ayının əvvəlindən etibarən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən imzalanmış 09.06.2020-ci il tarixli, BD seriyalı, 103 nömrəli sərəncama əsasən Bakı şəhəri Nizami və Sabunçu rayonları üzrə Azərbaycan Respublikasının “X4 haqqında”, “İstehsalat və məişət tullantıları haqqında” və digər qanunvericilik aktlarının tələblərinə riayət olunmasının araşdırılması ona və idarənin digər əməkdaşı Şahid2 həvalə edilmişdir. Həmin sərəncamdan əvvəl isə bu vəzifə Bakı şəhəri Nizami rayonu üzrə kurator Şakir Quliyevə həvalə edilmiş, onun fəaliyyəti dövründə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən "xxxx" MMC-nin həyətinin arxa hissəsində mövcud olmuş yaşıllığın götürülməsi aşkar edilmiş və bu barədə məlumat verilmişdir. Həmin məlumat əsasında araşdırmanı yekunlaşdırmaq məqsədi ilə o, və Şahid2 "xxxx" MMC-nin həyətinə baxış keçirmiş, baxışda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 xidmətinin əməkdaşları da iştirak etmişlər. Baxış zamanı "xxxx" MMC-nin rəhbərliyi və məsul şəxsləri araşdırmada əvvəldən axıra qədər iştirak etsələr də, yekun aktın tərtib olunmasında və imzalanmasında iştirak etməyəcəklərini bildirdiklərindən bu barədə aktda müvafiq qeydiyyat aparılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin ümumi ərazisində yerləşən restoranın arxa hissəsindəki 2000 m2 ərazinin 1550 m2 hissəsində betonlama işləri həyata keçirilmişdir. Baxışda "xxxx" MMC-nin məsul işçisi kimi iştirak edən Şahid8 restoranın arxa hissəsində açıq tipli çardaqlar olan istirahət guşəsində yenidənqurma işləri aparılarkən orada mövcud olan 22 ədəd çinar və evkalipt cinsindən olan ağacların MMC-nin həyətinin digər hissəsinə köçürüldüyünü bildirmiş, həmin köçürmə zamanı onlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada heç bir rəsmi dövlət orqanına müraciət etməmişlər və bu barədə icazə almamışlar. Həmin köçürülmüş 22 ədəd çinar və evkalipt ağaclarına baxış keçirilən zaman müəyyən edilmişdir ki, onlardan 4.1-8 sm diametrində olan 5 ədədi və 8.1-12 sm diametrində olan 4 ədədi kök üstə qurumuş və bioloji inkişafdan qalmışdır. Qalan 13 ədədi isə yaş köküstə və bioloji inkişafdadır. 9 ədəd çinar ağacının məhv olmasına görə təbiətə dəymiş maddi ziyanın məbləği Nazirlər Kabinetinin 421 nömrəli qərarına əsasən hesablanmış və 5.880 manat olması müəyyən edilmişdir. Bundan başqa, aparılan araşdırma müddətində həmin betonlanmış ərazidə tikinti sahəsi altına düşən və kəsilərək məhv edilən ağacları müəyyən etmək üçün Nazirlik tabeliyində olan "Geodeziya və Kartoqrafiya” MMC-dən əldə olunmuş 2019-cu ilin may və 2020-ci ilin aprel aylarına məxsus peyk görüntüləri müqayisə edilmiş, yerində təhlil edilərkən həmin betonlanmış ərazidə mövcud olmuş 24.1-28 sm olan 21 ədəd şam ağacının məhv edildiyi müəyyən edilmişdir. Həmin məhv edilmiş şam ağaclarının kök boğazından olan diametri ətrafdakı eyni vaxtda əkilmiş olan və eyni cinsdən olan ağacların orta diametrinə nisbətdə uyğun olaraq, 24.1-28 sm olması müəyyən edilərək, Nazirlər Kabinetinin 421 nömrəli qərarına əsasən dəymiş ziyan hesablanmış və 31.500 manat olması müəyyən edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdən "xxxx" MMC-də mühafizəçi kimi işləyir, vəzifə funksiyalarına "xxxx" MMC-nin ərazisində olan obyektlərin mühafizəsini təşkil etmək daxildir. X9 işə götürmüş, Yadigar vəfat etdikdən sonra isə Təqsirləndirilən şəxs1 işçisi olmuşdur. O, "xxxx" şadlıq sarayının ərazisində ancaq “palma” ağaclarını görmüşdür. 4-5 il əvvəl ola bilsin ki, orada başqa ağaclar da olmuşdur. 2019-cu ilin noyabr ayında "xxxx" şadlıq sarayının ərazisində tikinti işləri başlamış, lakin pandemiya ilə əlaqədar restoranın fəaliyyəti dayandırılmışdır. Yadigar müəllimin göstərişi ilə 2019-cu ilin noyabr ayında ağaclar köçürülmüşdür. Dəqiq sayını bilmir, təxminən 12 ədəd ağac olmuşdur. O, ağacların kəsilməsini görməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də həm mühafizəçi, həm də günəmuzd fəhlə kimi işləmişdir. X9 işə götürmüş, Yadigar vəfat etdikdən sonra isə Rafailin işçisi olmuşdur. Təxminən 2019-cu ilin sentyabr-oktyabr aylarında Yadigar müəllimin göstərişi ilə ağaclar, dekorativ bitkilər köçürülmüşdür. O, çinar ağaclarının köçürülməsini görməmişdir. O, "xxxx" şadlıq sarayında Təqsirləndirilən şəxs1ı görməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin dekabr ayında "xxxx" restoranını icarəyə götürmüşdür. Onun icarəyə götürdüyü yerdə "xxxx" şadlıq sarayı, qonaq otaqları olmuşdur. Həmçinin işlətməyi üçün ona “Kənd həyatı” adlı restoran da verilmiş, lakin qış ayları olduğu üçün həmin restoran işləməmişdir. O, həmin ərazidə ağac görməmişdir. 2020-ci ilin fevral ayından sonra tətbiq edilmiş karantin rejimi ilə bağlı restoranların fəaliyyətini dayandırması ilə əlaqədar o, obyekti bağlamış və işlətməmişdir. Həmin vaxtdan etibarən o, təxminən 2-3 dəfə həmin obyektə getmişdir. Sonradan xəbər tutmuşdur ki, obyektdə tikinti işləri başlanılmışdır. Tikintiyə kimin rəhbərlik etməsi, tikinti aparılan ərazinin kimə aid olması barədə məlumatı olmamış, tikinti aparılan ərazi onun icarəyə götürdüyü sahəyə aid olmamışdır. O, həmin ərazini icarəyə götürdükdə ağaclar artıq köçürülmüşdür. Ağacların kəsilməsində və ya köçürülməsində o, iştirak etməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Alquliyev Möhlət ona "xxxx" şadlıq sarayının ərazisindəki ağacları budamağı tapşırmışdır. O, pul müqabilində 3-4 gün fəhlə kimi işləyərək ağacları budamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması haqqında 21.07.2020-ci il tarixli qərardan görünür ki, 2441 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 308.1, 259.2.3 və 259.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişləri Şahid1, Şahid2, R.Vəliyev və aparıcı məsləhətçi müfəttişi R.Abdullayev tərəfindən tərtib edilmiş 62558 saylı, 18.06.2020-ci il tarixli aktdan görünür ki, 10-18 iyun 2020-ci il tarixdə Mikayıl Əliyev küçəsi ünvanında yerləşən "xxxx" MMC-də yoxlama aparılarkən məlum olmuşdur ki, "xxxx" MMC-nin ümumi ərazisində yerləşən restoranın arxa hissəsindəki 2000 m2 ərazinin 1550 m2 hissəsində betonlanma işləri həyata keçirilmişdir. Araşdırma müddətində özünü "xxxx" şadlıq sarayının məsul şəxsi kimi təqdim edən Şahid8 yazılı izahat verərək "xxxx" şadlıq sarayının arxa hissəsində açıq tipli çardaqlar olan istirahət guşəsində yenidənqurma işləri aparılarkən orada mövcud olan 22 ədəd çinar və ekvalipt cinsindən olan ağacların köçürülməsi üçün aidiyyəti dövlət qurumlarından icazə almadan çıxarılaraq "xxxx" MMC-nin ərazisində əkildiyini bildirmişdir. Baxış zamanı köçürülmüş ağaclardan 4,1-8 sm diametrində 5 ədəd, diametri 8,1-12 sm olan 4 ədəd çinar ağacının köküstə quruyaraq məhv olduğu və digər köçürülmüş ağacların 13 ədədi köküstə yaş və bioloji inkişafda olması müəyyən edilmişdir. Aparılan araşdırma müddətində betonlanmış ərazidə tikinti sahəsi altına düşən və kəsilərək məhv edilən ağacları müəyyən etmək üçün "xxxx" MMC-dən əldə olunmuş 2019-cu ilin may tarixli peyk görüntüsü ilə qeyd olunan ərazinin hazırkı vəziyyəti müqayisəli şəkildə yerində təhlil edilərkən həmin ərazidə mövcud olmuş diametrləri 24,1-28 sm olan 21 ədəd şam ağacının qanunsuz olaraq götürülərək məhv edildiyi aşkar olunmuşdur. Betonlanmış ərazidə məhv olunmuş ağacların kök boğazından olan diametri ətrafdakı eyni zamanda əkilmiş olan şam ağaclarının diametrinə nisbətdə uyğun olaraq 24,1-28 sm olması müəyyən edilmişdir. - Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışlardan və "xxxx" MMC-nin 11 noyabr 2015-ci tarixli Nizamnaməsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (əvvəlki adları "AQAS” Firması, "xxxx" MMC) 05 aprel 1994-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində ********** VÖEN ilə qeydiyyatdan keçmiş, qanuni təmsilçi (direktor) X5 olmuş, Nizamnamə kapitalında mayaların miqdarı Fərdi Məlikov 65 %, Təqsirləndirilən şəxs1 21%, X3 14% olmuşdur. Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan Direktor tərəfindən həyata keçirilir. Direktor Cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, Cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə Cəmiyyəti təmsil edir, rəsmi sənədləri imzalayır, Cəmiyyətin işçilərini vəzifəyə təyin edir, başqa işə keçirir, vəzifəsindən azad edir, onların vəzifə maaşlarını müəyyən edir və s. - Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin 20.07.2020-ci il tarixli, G-DQ-82 nömrəli məktubundan görünür ki, Nizami rayonu, Mikayıl Əliyev küçəsində fəaliyyət göstərən "xxxx" MMC-nin ərazisinə birliyin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, sözügedən ərazidə diametri 4:12 sm olan çinar və evkalipt ağacları olmaqla ümumilikdə 22 ədəd ağac köçürülmüşdür. Həmin köçürülən ağaclardan 9 ədəd çinar ağacının bioloji inkişafı dayanaraq quruyaraq məhv olmuşdur. Beton tökülmüş və dəmir konstruksiya-karkaz qurulmuş ərazidə məhv olunmuş şam ağaclarının kötükləri aşkar olunmamışdır. Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən göndərilmiş peyk görüntüləri və yaxın ətraf ərazidəki iynəyarpaqlı şam ağaclarının əkilmə sxemi və diametrinə əsasən beton tökülmüş tikinti ərazisindən köküstə yaş, bioloji inkişafda olan 24:28 sm-lik 21 ədəd şam ağacının götürülməsi müəyyən edilir. Həmin şamlıq ərazilərinin salınması təxminən 1960-1970-ci illərə təsadüf etdiyindən yuxarda göstərilənlər öz əksini tapır. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən verilmiş 24.07.2020-ci il tarixli, 02/2818 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 2404-cü məhəllədə yerləşən "xxxx" MMC-yə məxsus "xxxx" şadlıq evi və restoran kimi fəaliyyət göstərən obyektlərin yerləşdiyi torpaq sahəsində aparılan tikinti işləri ilə bağlı həmin cəmiyyət tərəfindən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə müraciət edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 18.08.2020-ci il tarixli, **********13 nömrəli məktubdan görünür ki, ünvan 5 ünvanda 1.97082 ha torpaq sahəsində (sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar) yerləşən ümumi sahəsi 7255 kv.m olan əmlak kompleksi kimi müəssisə "xxxx" MMC-nin (əvvəlki adları: "xxxx" MMC, "xxxx" firması) adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Təqdim edilən kadastr məlumatlarına əsasən sözügedən ünvanın yerləşdiyi torpaq sahəsinin orto-foto planında yaşıllıq sahəsi öz əksini tapmışdır. Lakin, idarənin mütəxəssisləri tərəfindən həmin ünvana baxış keçirilərkən hazırda sözügedən torpaq sahəsində yaşıllıq sahəsinin mövcud olmadığı müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 24.08.2020-ci il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus "xxxx" şadlıq evi və restoran kimi fəaliyyət göstərən ictimai iaşə obyektinin yaxınlığında tikinti işləri aparılmış torpaq sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" MMC-nin geodezist-topoqraf mütəxəssis briqadası tərəfindən ölçmə işləri aparılmış, ərazinin künc nöqtələrinin koordinatları hesablanmışdır. Əldə olunan çöl məlumatları kameral şəraitdə müxtəlif zamanların peyk görüntüləri üzərinə əlavə edilərək xəritə sxemləri hazırlanmışdır. Həmin məktuba əlavə edilmiş tikinti işləri aparılmış torpaq sahəsinin 2016-cı ilin avqust ayı, 2019-cu ilin may və oktyabr ayları üçün peyk görüntülərindən görünür ki, ərazidə yaşıllıq olmuş, lakin 2020-ci ilin mart və may aylarında olan görüntülərdən görünür ki, torpaq sahəsində olan yaşıllıqlar məhv edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 25.08.2020-ci il tarixli, 03/03-1718 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 2404-cü məhəllədə yerləşən "xxxx" MMC-yə məxsus "xxxx" şadlıq evi və restoran kimi fəaliyyət göstərən obyektlərin yerləşdiyi torpaq sahəsində aparılan tikinti işləri ilə bağlı heç bir sənədləşmə işləri aparılmamışdır. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş 28.09.2020-ci il tarixli, 26/2618 nömrəli məktubdan görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" şadlıq sarayı və restoranın yerləşdiyi ərazidə “Park Neolit” adlı obyektin tikintisi ilə əlaqədar ərazidəki 22 ədəd müxtəlif diametrli və cinsdən olan ağacların götürülməsi (köçürülməsi) ilə əlaqədar "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında 30 avqust 2020-ci il tarixli, 321 nömrəli qərarının tələbinə uyğun olaraq idarəyə müraciətləri daxil olmamışdır. Götürülmüş (köçürülmüş) 13 ədəd ağaclara görə maddi ziyanın hesablanmaması ilə əlaqədar bildirilmişdir ki, köçürülmüş 22 ədəd ağaclardan 9 ədədi tam quruyaraq məhv olduğu üçün bununla əlaqədar 5880 manat ziyan hesablanmış, 13 ədəd köçürülmüş ağaclar isə həmin vaxtı (araşdırma müddətində) köküstə yaş və bioloji inkişafda olduğu üçün ziyan hesablanmamışdır. - əməlin tövsif edilməsi haqqında 13.10.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 259.2.3, 259.2.4 və 308.1-ci maddələrindən həmin Məcəllənin 259.3 və 308.1-ci maddələrinə tövsif edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 13.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 259.3 və 308.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. - qətimkan tədbirinin seçilməsinə dair 13.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 14.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3 və 308.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. - qətimkan tədbirinin seçilməsinə dair 14.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13.10.2020-ci il tarixli, 9/3838 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, qərarın təsviri hissəsində olan məlumatlara və 18 iyun 2020-ci il tarixdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 62558 saylı akta və ona əlavə olaraq tərtib edilmiş hesablama cədvəlinə əsasən, 2018- 2020-ci illər ərzində "xxxx" MMC-nin vəzifəli şəxsləri tərəfindən "xxxx" MMC-yə məxsus "Neolit” restoranının ərazisində olan torpaq sahəsindən 9 ədəd müxtəlif diametrli köküstə yaş çinar və 21 ədəd şam ağaclarının qanunsuz kəsilməsindən təbiətə dəymiş maddi ziyanın məbləği nəzəri hesablama yolu ilə 37380,00 (12460,00x3) manat müəyyən edilir. O cümlədən: beş ədəd 4,1-8 sm diametrli yaş çinar ağacı 1000,00 manat; dörd ədəd 8,1- 12 sm diametrli yaş çinar ağacı 960,00 manat; iyirmi bir ədəd 24,1-28 sm diametrli yaş şam ağacı 10500,00 manat. - zərərçəkmiş şəxs qismində tanıma haqqında 14.10.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanıma haqqında 16.10.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. - 14.08.2020-ci il və 21.09.2020-ci il tarixli qəbzlərdən, ödəniş tapşırıqlarından və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş 27000 (iyirmi yeddi min) manat və 10380 (on min üç yüz səksən) manat iş üzrə vurulmuş ziyanın ödənişi kimi nəzərə alınmış və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18.11.2020-ci il tarixli tələbnamələrdən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu barədə heç bir məlumat yoxdur. - 151 saylı MKİS tərəfindən verilmiş 17.09.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 07.10.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 evlidir və himayəsində 23.08.2007-ci il təvəllüdlü Ağayeva Dünya, 10.02.2010-cu il təvəllüdlü Ağazadə Əli və 05.04.2014-cü il təvəllüdlü Ağazadə Mikayıl adlı 3 yetkinlik yaşına çatmayan uşağı vardır. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 7-ci maddəsinə əsasən aşağıdakı yaşıllıqlar meşə fonduna daxil deyildir: xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar (bu Məcəllənin 74-cü maddəsi nəzərə alınmaqla); xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar; kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər); ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar); məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar); xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinə əsasən meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda cinayət hesab edilir. Həmin maddənin qeydinə əsasən Bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi” Qaydasənın 2.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Həmin Qaydaların 2.2-ci maddəsinin tələblərinə əsasən dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda yaşıllıqların götürülməsinə icazə verilir. Qeyd edilən hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Həmin Məcəllənin 22-ci maddəsinə əsasəns, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Kollegiya İclasının 12.10.2001 -ci il tarixli, 5 №-li qərarı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma Norma və Qaydaları”nın təhlilindən görünür ki, həyətyanı sahə dedikdə fərdi yaşayış evinin yanında və ya mənzilin tikintisi altına ayrılan torpaq sahələri nəzərdə tutulur. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 21 fevral 2014-cü il, 51 №-li qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 4.1-ci bəndinə əsasən yaşayış zonaları - tikilmiş və tikilməsi nəzərdə tutulan müxtəlif tip çoxmənzilli yaşayış binalarının və yaşayış evlərinin üstünlük təşkil etdiyi ərazilərdir. Bu zonalar çoxmənzilli və həyətyanı sahələri olan fərdi yaşayış və bağ evlərinin tikintisi üçün nəzərdə tutulur. Ərazi ümumi istifadə sahəsi olan çox, orta və azmərtəbəli çoxmənzilli yaşayış binaları, mənzilyanı sahələri olan bloklaşdırılmış yaşayış evləri, həyətyanı torpaq sahələri olan kottec tipli bir-iki mənzilli fərdi yaşayış və bağ evlərinin tikintisi üçün zonalaşdırılır. İstifadəsinin xarakterindən və tikintilərin səviyyəsindən asılı olaraq, yaşayış zonası digərləri ilə yanaşı həyətyanı torpaq sahələri olan fərdi yaşayış evləri adlı tikinti zonalarına da bölünür. Göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xüsusi mülkiyyətdə olan, həyətyanı və bağ sahəsi hesab edilməyən, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılmış sənaye, nəqliyyat, rabitə və digər təyinatlı (kateqoriyalı) torpaq sahəsində, eləcə də kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət olmamaqla meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsməklə (götürməklə) CM-nin 259-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 "xxxx" MMC-də 2008-ci ilin yanvar ayından, o cümlədən sonuncu dəfə 24 mart 2020-ci il tarixdə bağlanmış xxxxxxx000700 saylı əmək müqaviləsi üzrə administrator vəzifəsində işləməklə ictimai iaşə müəssisəsinin bütün fəaliyyətinə rəhbərlik etmiş, faktiki rəhbər kimi həm Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş göstərişləri icra etmiş, həm də müstəqil şəkildə Cəmiyyətin işləri ilə bağlı qərarlar vermişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyun 2013-cü il tarixli Qərarında göstərilir ki, qulluq mənafeyi əleyhinə olan cinayətlər yalnız şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi yolu ilə törədilə bilər. Məhz bu baxımdan vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərinin tərkibinin açıqlanması böyük əhəmiyyət kəsb edir. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyekti dövlət, yerli özünüidarə orqanlarının, kommersiya və qeyri-kommersiya təşkilatlarının normal fəaliyyətidir. Əlavə obyekt qismində fiziki və ya hüquqi şəxslərin hüquqları və qanuni mənafeləri, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı hərəkətlərdə ifadə oluna bilər. Lakin cinayət tərkibi belə hərəkətlər qulluq mənafeyinə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır. CM-in 308-ci maddəsinin məzmununa əsasən vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin subyektiv cəhətinin daha bir zəruri əlaməti cinayətin motividir. CM-in 308-ci maddəsində bu cinayətin motivi vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi kimi müəyyən olunmuşdur. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin subyekti yalnız vəzifəli şəxs ola bilər. Konkret vəzifəyə təyin olunmadan lakin faktiki olaraq təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyaları yerinə yetirən, həmçinin xüsusi səlahiyyət əsasında dövlət və ya özünüidarə orqanlarını təmsil edən şəxslər CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinə əsasən vəzifəli şəxs hesab edilə bilərlər. Bu funksiyalar müəyyən müddət ərzində, birdəfəlik və ya əsas işlə müştərək qaydada həyata keçirilə bilər. Dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyrikommersiya təşkilatlarının işçilərinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifəli şəxs sırasına aid edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, həmin şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etdikdə vəzifəli şəxs hesab oluna bilərlər. Qeyd edilməlidir ki, elə hərəkətlər hüquqi əhəmiyyət kəsb edən hesab olunurlar ki, onların edilməsi hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması kimi nəticələrə səbəb olur və ya səbəb ola bilər. Təşkilati-sərəncamverici funksiyanı həyata keçirən şəxs, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatların, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatların fəaliyyətini idarə edir. Bu cür funksiyanın həyata keçirilməsi insanlar üzərində rəhbərlik etməklə əlaqədardır (kadrların seçilməsi, yerləşdirilməsi, işə qəbul, işdən çıxarma, işin təşkili və s.). İnzibati-təsərrüfat funksiyası üçün isə insanlar üzərində rəhbərlik etmək mütləq deyil. Burada əsas maddi nemətlər üzərində nəzarət və onların idarə olunması, onların buraxılmasının, qəbul olunmasının, məsuliyyətli saxlanılmasının, realizə olunmasının və s. təşkil edilməsidir. Şəxsə müvafiq funksiyaların verilməsinin hüquqi əsası qismində Konstitusiya, qanun, nizamnamə, təlimat, əmr və ya konkret vəzifə tutan şəxsin hüquq və vəzifələrinin müəyyən edildiyi vəzifəyə təyin edilməyə dair digər hüquqi akt çıxış edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeydinin 3-cü. bəndinə görə bu fəslin maddələrində “vəzifəli şəxs” dedikdə dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri başa düşülür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 "xxxx" MMC-nin faktiki rəhbəri və təsisçisi olmasını, Təqsirləndirilən şəxs2 isə əmək müqaviləsi əsasında administrator olmaqla vəzifəli şəxsin funksiyalarını yerinə yetirməsini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli Qərarına əsasən onların xüsusi subyekt kimi həmin Məcəllənin 308-ci maddəsində göstərilmiş cinayətin subyektləri olduqları müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3 və 308.1-ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən suiistifadə etməsi, öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə külli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacları və digər yaşıllıqları qanunsuz kəsməsi (götürməsi) tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli, məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Şahidlər Şahid7, Şahid6, Şahid4 və Şahid5 ifadələrində göstərdikləri xüsusatlar Təqsirləndirilən şəxs1 müdafiə etmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3 və 308.1-ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən suiistifadə etməsi, öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə külli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacları və digər yaşıllıqları qanunsuz kəsməsi (götürməsi) tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli, məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Şahidlər Şahid7, Şahid6, Şahid4 və Şahid5 ifadələrində göstərdikləri xüsusatlar Təqsirləndirilən şəxs2 müdafiə etmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllər az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, evli olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi hər iki cinayətə görə cərimə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, törədilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.3 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin xarakterinə görə Təqsirləndirilən şəxs1 əlavə cəza - dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında Plenum qərara almışdır ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Məhkəmələr nəzərə almalıdırlar ki, həmin maddənin geniş təfsirinə yol verilmir. Məhkəmə qərarları ilə digər orqanlarda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilə bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, evli olmasını, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi hər iki cinayətə görə cərimə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, törədilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.3 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin xarakterinə görə Təqsirləndirilən şəxs2 əlavə cəza - dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1 və 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, dəymiş ziyana görə ödənilmiş və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 37380 manat zərərçəkmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 üzrə Dövlət Fondunun hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3 və 308.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9000 (doqquz min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2000 (iki min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs1 qəti cəza – 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10000 (on min) manat miqdarında cərimə cəzası təyin edilsin. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9000 (doqquz min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2000 (iki min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs2 qəti cəza – 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10000 (on min) manat miqdarında cərimə cəzası təyin edilsin. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dəymiş ziyana görə ödənilmiş və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 37380 manat zərərçəkmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 üzrə Dövlət Fondunun hesabına ödənilsin. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1 və 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar