Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-53/2022 25.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1979-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran şəhəri, M.Ağayev küçəsi ev 3-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, A.Qurban küçəsi, ev 25/117-də yaşamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli qərarı ilə 10 ay 13 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 30 yanvar 2021ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, 24 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 sentyabr 2021-ci il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, digər cinayət əməlinə görə 27 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 sentyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 185.2.1 və 234.1-ci maddələri ilə, təqsirləndirilən şəxs xx xxx 1980-ci il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ev 125-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi, Yeni yaşayış kompleksi, ev 3, mənzil 3-də yaşamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 ay 05 gün hissəsi yeni hökmlə təyin olunmuş cəzaya Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilib üzərində qəti olaraq 03 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qərarı ilə 01 ay 25 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 30 may 2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, 12 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 oktyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında avtomobili talama məqsədi olmadan, qanunsuz ələ keçirərək qaçırmış və satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 14 avqust 2021-ci il tarixdə saat 15 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birgə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanının qarşısında piyada keçərkən Zərərçəkmiş şəxs məxsus “Azsamand” markalı **-UU-*** dövlət nömrə nişanlı avtomobilin yolun kənarında qapısı açıq vəziyyətdə və açarı üzərində olmaqla dayanmasını görüb, Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgə əmlakını talama məqsədi olmadan qaçırmaq qərarına gələrək sonuncu ilə birlikdə avtomobilə əyləşdikdən sonra o, avtomobilin üzərində olan açarla mühərrikini işə salmaqla hərəkətə gətirib avtomobili qanunsuz ələ keçirməklə qaçırmışdır. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd gümüşü falqa bükümdə, 1,420 qram çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən alfa pirrolidinovalerofenon (a-PVP) əldə etməklə üzərində saxlamaqla daşımış, 24 sentyabr 2021-ci il tarixdə saat 19:40 radələrində Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən Nizami rayonu, Babək prospekti, 65 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında yerləşən Nizami RPİ-nin 24-cü polis şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü falqa bükümdə 1,420 qram çəkidə ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən alfa pirrolidinovalerofenon (a-PVP) aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 185.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında avtomobili talama məqsədi olmadan, qanunsuz ələ keçirərək qaçırmışdır. Belə ki, o, 14 avqust 2021-ci il tarixdə saat 15 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birgə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanının qarşısında piyada keçərkən Zərərçəkmiş şəxs məxsus “Azsamand” markalı **-UU-*** dövlət nömrə nişanlı avtomobilin yolun kənarında qapısı açıq vəziyyətdə və açarı üzərində olmaqla dayanmasını görüb, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olub bir qrup şəxs halında özgə əmlakını talama məqsədi olmadan qaçırmaq qərarına gələrək sonuncu ilə birlikdə avtomobilə əyləşdikdən sonra Təqsirləndirilən şəxs1 avtomobilin üzərində olan açarla mühərrikini işə salmaqla hərəkətə gətirib avtomobili qanunsuz ələ keçirməklə qaçırmışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə bir-birlərini təxminən 4-5 ildir ki, tanıyırlar. 14 avqust 2021-ci il tarixdə saat 14 radələrində yaşadığı evdən çıxıb bacısı Pərvinin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinə getmək üçün avtobusla “Xalqlar Dostluğu” metrostansiyasının qarşısına gəlmişdir. Orada olan vaxt tanışı Abdulla ilə rastlaşmışdır. Abdulladan hara getdiyini soruşduqda o, Maştağa qəsəbəsində yaşayan qohumugilə getməli olduğunu demişdir. O da Zabrat qəsəbəsinə gedəcəyini demiş, bundan sonra Abdulla ilə birlikdə piyada həmin qəsəbələrə gedən kənd avtobuslarının dayandığı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında yerləşən “Lotos” və “Diqlas” ticarət mərkəzlərinin qarşısındakı avtobus dayanacağına doğru getmişlər. Həmin gün saat 15 radələrində dayanacağa çatmağa az qalmış orada qapılarının şüşələri açıq vəziyyətdə olan metallik rəngli **-UU-*** dövlət qeydiyyat nişanlı “Azsamand” markalı avtomobil görmüşlər. O, baxanda avtomobilin mühərrikini işə salmaq üçün açarın avtomobilin üstündə olduğunu görmüşdür. O, Abdullaya demişdir ki, kənddə qədər yol uzaqdır və birlikdə həmin avtomobillə getsinlər. Abdulla da onunla razılaşmış, onlar birlikdə həmin avtomobillə gedəcəkləri ünvana çatmaq üçün avtomobilə əyləşmişlər. Abdulla avtomobilin qabaq sağ tərəfində, o, isə qabaq sol tərəfdə, yəni rulun arxasında əyləşmişdir. O, avtomobili işə salıb idarə edərək oradan uzaqlaşmış, avtomobili idarə edərək Zabrat qəsəbəsinə doğru getmək üçün Q.Qarayev prospekti ilə hərəkət etmiş, prospektin sonunda yerləşən “Ruslan 93” maqazinin qarşısından sağa doğru gedərək üzü hava limanına doğru gedən yolla Zabrat qəsəbəsinə getmək üçün sürmüşdür. Onlar avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 12a yerləşən “Ayxan” marketin qarşısına çatmışlar, avtomobili orada saxlayaraq çıxıb getmişlər. Onların həmin avtomobili oğurlamaq məqsədləri olmamış, avtomobili qaçırdarkən və idarə edərkən tərəflərindən avtomobilə heç bir maddi ziyan vurulmamışdır. Onun üzərindən narkotik vasitə aşkar olunması ilə bağlı verilmiş ittihamla razılaşmır, onda hər hansı narkotik vasitrə olmamış, polislər tərəfindən cibinə qoyulmuşdur. Protokol yazılarkən videoçəkiliş aparılsa da, orada qeydə alınanlar həqiqət deyil. Narkotik vasitəyə görə ona verilmiş ittiham üzrə barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi ifadəsinin müvafiq hissəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 07 noyabr 2021-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi, narkotik vasitənin aşkar edilərək götürülməsi hissədə, elan edilmişdir. Təqsirləndirilən şəxs1 ifadəsinin həmin hissəsində göstərmişdir ki, o, bir neçə ildir ki, narkotik vasitə olan heroin və psixotrop maddə metamfetaminin qəbulu ilə məşğul olur. 24 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində “Xətai metrostansiyası” deyilən əraziyə getmiş, orada olarkən ünvanını və anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən özü üçün istifadə etməkdən ötrü 20 manata bir büküm psixotrop maddə olan metamfetamin almışdır. Aldığı “şüşə” kimi tanıdığı psixotrop maddəni özündə saxlamışdır ki, sonra qəbul etsin. 24 sentyabr 2021-ci il tarixdə psixotrop maddəni əldə etdikdən sonra həmin tarixdə Nizami rayonu, ünvan 5 ünvanın yaxınlığına gəlmişdir. Orada saat təxminən 19:40 radələrində iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis işçiləri olduğunu bildirərək, onu Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə dəvət etmişlər. Orada xidməti otaqların birində öncədən hüquq və vəzifələri izah edilməklə video çəkiliş vasitəsi ilə ona təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni əşya varsa, onları təqdim etsin. Təklifə əsasən o, əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd gümüşü falqa bükümdə olan psixotrop maddəni təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində olan kütlə psixotrop maddə “şüşə”dir, onu “Xətai metrostansiyası” deyilən ərazidən ünvanını və anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən özü üçün istifadə etməkdən ötrü 20 manata almışdır. Bundan sonra ondan götürülmüş psixotrop maddə bükümü zərfə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. O, psixotrop maddə alfa pirrolidinovalerofenonu aldığı şəxsin anket məlumatlarını və adını bilmir. həmin oğlan orta boylu və arıq bədən quruluşludur, yaşı 40-45 olardı. Əynində qara şalvar və göy rəngli köynək var idi. Ayrı bir əlamətləri yadında deyil. İlkin izahat və ifadəsində almış olduğu psixotrop maddənin növünü metamfetamin kimi qeyd etdiyi halda, ekspertiza rəyinə əsasən həmin maddənin alfa pirrolidinovalerofenon olduğu qeyd olunduğu ilə bağlı izah edir ki, o, həmin maddənin “şüşə” olaraq tanıdığı psixotrop maddə metamfetamin olduğunu bilmişdir. Nizami RPİ-nin 24-cü PŞ-də olarkən polis əməkdaşları tərəfindən hər hansı bir təzyiqə məruz qalmamışdır. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında elan olunmuş həmin ifadəsinin həmin hissələri ilə razılaşmayaraq, göstərmişdir ki, həmin ifadəni oxumadan imzalamışdır, məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 14 avqust 2021-ci il tarixdə əvvəldən tanıdığı Təqsirləndirilən şəxs1 ilə “Xalqlar Dostluğu” metrosunun yaxınlığında rastlaşmışdır. Söhbətləri zamanı Hafiz Zabrat qəsəbəsinə bacısıgilə getdiyini bildirmişdir. O da Maştağa qəsəbəsinə gedəcəyini bildirdikdə, Hafiz onunla birlikdə getməsini təklif etmişdir. O, dayanacaqda avtobusa minmələrini deyəndə, Hafiz avtobusa ehtiyac olmadığını, onun avtomobilində gedəcəklərini demişdir. “Diqlas” ticarət mərkəzinin yaxınlığında o, Hafizə məxsus olduğunu hesab etdiyi “Azsamand” markalı avtomobilə əyləşmiş, birlikdə yola düşmüşlər, avtomobili Hafiz idarə etmiş və onu getdiyi ünvana aparmışdır. Onun sualına cavab olaraq Hafiz avtomobili yeni aldığını bildirmişdir. 12 oktyabr 2021-ci il tarixdə polislər təəfindən saxlanılarkən bilmişdir ki, Hafiz həmin avtomobili qaçırıbmış. O, Hafizin bu əməlindən xəbərsiz olmuşdur. Lakin polislər ona təzyiq göstərərək avtomobili Hafizlə birlikdə qaçırdığını etiraf etməyə məcbur etmişlər. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPMnin 327.1.3-cü maddəsinə əsasən onun 06 noyabr 2021-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 4-5 ildir ki, tanıyır. 14 avqust 2021 -ci ıl tarixdə saat 14 radələrində “Xalqlar Dostluğu” metrostansiyasının qarşısında Hafizlə rastlaşmışdır. Söhbət zamanı Hafiz ondan hara getdiyini soruşduqda o, işinin olmadığını və bekarçılıq olduğunu bildirmişdir. Hafiz ona bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinə getməlidir və ondan taksiyə verməyə pulunun olub-olmadığını soruşmuş və o, pulunun olmadığını bildirmişdir. Hafizlə birlikdə piyada Zabrat qəsəbəsinə gedən kənd avtobuslarının dayandığı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında yerləşən “Lotos” və “Diqlas” ticarət mərkəzlərinin qarşısında olan avtobus dayanacağına doğru irəliləmişlər. Dayanacağa çatmağa az qalmış orada qapılarının şüşələri açıq vəziyyətdə olan metalik rəngli **-UU-*** dövlət qeydiyyat nişanlı “Azsamand”markalı avtomobil görmüşlər. Hafiz baxanda avtomobilin mühərrikini işə salmaq üçün açarın avtomobilin üstündə olduğunu görmüşdür. Hafiz ona demişdir ki, kəndə qədər yol uzaqdır və birlikdə həmin avtomobillə gedə bilərlər, o da razılaşmış və onlar birlikdə həmin avtomobillə gedəcəkləri ünvana çatmaq üçün avtomobilə əyləşmişlər. O, avtomobilin qabaq sağ tərəfində, Hafiz isə qabaq sol tərəfdə, yəni sürücü rulunda əyləşmişdir. Bundan sonra Hafiz avtomobilin mühərikini işə salıb idarə edərək oradan uzaqlaşmış, avtomobili idarə edərək Zabrat qəsəbəsinə doğru getmək üçün Q.Qarayev prospekti ilə hərəkət etmiş, Q.Qarayev prospektinin sonunda yerləşən “Ruslan 93” maqazinin qarşısından sağa doğru gedərək üzü hava limanına doğru gedən yolla Zabrat qəsəbəsinə getmək üçün sürmüşdür. Onlar avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 12a yerləşən “Ayxan” marketin qarşısında saxlayaraq çıxıb getmişlər. O, Hafizlə birlikdə həmin metallik rəngli **-UU-*** dövlət qeydiyyat nişanlı “Azsamand” markalı avtomobili idarə edərkən həmin avtomobili oğurlamaq məqsədləri olmamış, avtomobili qaçırdarkən və idarə edərkən tərəflərindən avtomobilə heç bir maddi ziyan vurulmamışdır. 11 oktyabr 2021-ci il tarixdə 22 radələrində polis əməkdaşları tərəfindən saxlanılan zaman idarə etdiyi “Renault Megane” markalı **- NY-*** dövlət qeydiyyat nişanlı avtomobillə səkini keçmək istəyərkən idarəetməni itirərək “Kia” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı və “Mercedes” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. **-UU-*** dövlət qeydiyyat nişanlı “Azsamand” markalı avtomobili Hafizlə birlikdə qaçırtmışlar. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında elan olunmuş həmin ifadəsinin həmin hissələri ilə razılaşmayaraq, göstərmişdir ki, həmin ifadəni oxumadan imzalamışdır, lakin həmin ifadəsinə başqa əlavəsi yoxdur, məhkəmədə verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanında ailəsi ilə birlikdə yaşayır. Təxminən 4-5 ildir ki, özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Etibarnamə ilə idarə etdiyi, özünə məxsus “AzSamand” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. O, həmin avtomobili 14 avqust 2021-ci il tarixdə saat təxminən 14:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında yerləşən “Lotos” ticarət mərkəzinin qarşısında saxlamış, avtomobildən təxminən 10 metr kənarda dayanaraq orada olan tanışları ilə söhbət etmişdir. O, açarı avtomobilin üzərində saxlamış, avtomobilin qapıları və pəncərələri açıq vəziyyətdə olmuşdur. O, avtomobili saxladığı yerdə taksi fəaliyyəti ilə məşğul olan şəxslər sıra ilə düzülmüş və həmin vaxt onun avtomobilinin qarşısında iki avtomobil olmuşdur. Avtomobili həmin yerdə saxladıqdan təxminən 10-15 dəqiqə sonra ondan qabaqda olan iki avtomobil müştəri götürüb getmiş, bu zaman o, avtomobilinin saxladığı yerdə olmamasını görmüşdür. Hadisə ilə bağlı DİNnin 102 xidmətinə zəng etməklə məlumat vermiş, polis şöbəsinə də ərizə yazmışdır. Həmin gün polis əməkdaşları ona avtomobilinin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 8 ünvanında yerləşən “Ayxan” marketin qarşısından tapılması barədə məlumat vermişlər. Sonradan avtomobili ona təhvil verilmişdir. Əvvəl elə bilmişdir ki, avtomobilin qaçırılması ilə bağlı ona maddi ziyan dəyməmişdir, lakin sonradan müəyyən etmişdir ki, avtomobilinin “qolovka”sı zədələnmişdir. Bunun nəticəsində ona 2000 manat məbləğində maddi ziyan dəymişdir. Həmin məbləğdə pulu təqsirləndirilən şəxslərdən tələb edir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1 Elimxan oğlu ifadəsində göstərmişdir ki, Nizami RPİ-nin istintaq şöbəsində istintaqı aparılan cinayət işi üzrə 14 avqust 2021-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs məxsus “Azsamand” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qaçıran şəxslərin müəyyən edilməsi istiqamətində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxslərdən birinin Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. Əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 olduğu yer müəyyən edilmiş və 24 sentyabr 2021-ci il tarixdə saat 19:40 radələrində 24-cü polis şöbəsinin əməliyyat müvəkkili Şahid2la birlikdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 65 ünvanında Təqsirləndirilən şəxs1 yaxınlaşaraq özlərini təqdim edən zaman o, qaçmağa cəhd göstərmişdir. Lakin həmin şəxs tərəflərindən saxlanılmış, ilkin sorğu-sual zamanı o, narkotik vasitələrin istifadəçisi olduğu üçün polis əməkdaşlarını gördükdə qaçmağa cəhd etdiyini bildirmişdir. Həmin şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün tərəflərindən 24-cü polis şöbəsinə aparılmışdır. Dövlət hesabına müdafiəçi dəvət edilərək Təqsirləndirilən şəxs1 təqdim edilmiş, hüquq və vəzifələri izah olunduqdan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış, baxış keçirilməzdən əvvəl ona təklif edilmişdir ki, əgər üzərində qeyri-qanuni əşya varsa, könüllü olaraq təqdim etsin. Həmin təklifə əsasən Təqsirləndirilən şəxs1 könüllü olaraq əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş, ağ rəngli, kristal formalı narkotik vasitəyə bənzər maddəni çıxarıb təqdim etmişdir. Sorğu zamanı o, həmin narkotik vasitəni 24 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xətai rayonu, metropolitenin “Xətai” stansiyası yaxınlığında tanımadığı şəxsdən 20 manat pula öz istifadəsi üçün alaraq özündə saxladığını bildirmişdir. Aşkar olunmuş bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş maddə zərfə qoyulub qablaşdırılmış, ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Baxış zamanı videoçəkilişdən istifadə edilmiş, əməliyyat tədbiri həyata keçirilərkən və sonrakı müddətdə Təqsirləndirilən şəxs1 qarşı təzyiq olunmamış, o, əməlini könüllü etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Nizami RPİ-nin istintaq şöbəsində istintaqı aparılan cinayət işi üzrə 14 avqust 2021-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs məxsus “Azsamand” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qaçıran şəxslərin müəyyən edilməsi istiqamətində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxslərdən birinin Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 olduğu yer müəyyən edilmiş və 24 sentyabr 2021-ci il tarixdə saat 19:40 radələrində 24-cü polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid1la birlikdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 65 ünvanında Təqsirləndirilən şəxs1 yaxınlaşaraq özlərini təqdim edən zaman o, qaçmağa cəhd göstərmişdir. Təqsirləndirilən şəxs1 tərəflərindən saxlanılmış, ilkin sorğu-sual zamanı o, narkotik vasitələrin istifadəçisi olduğu üçün polis əməkdaşlarını gördükdə qaçmağa cəhd etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün tərəflərindən 24-cü polis şöbəsinə aparılmış, müvafiq prosedurlara əməl edildikdən sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Bu zaman ona təklif edilmişdir ki, əgər üzərində qeyri-qanuni əşya varsa, könüllü təqdim etsin. Təqsirləndirilən şəxs1 könüllü olaraq əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş, ağ rəngli, kristal formalı narkotik vasitəyə bənzər maddəni çıxarıb təqdim etmiş, bildirmişdir ki, həmin narkotik vasitəni 24 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində “Xətai” metrostansiyası yaxınlığında, tanımadığı şəxsdən 20 manat pula özü istifadə etmək üçün alaraq üzərində saxlamışdır. Bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş maddə zərfə qoyulub qablaşdırılmaqla götürülmüş, protokol tərtib edilərək imzalanmışdır. Baxış zamanı videoçəkilişdən də istifadə edilmişdir. Eyni zamanda, müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus “Azsamand” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılmasında Təqsirləndirilən şəxs1 ilə birlikdə Təqsirləndirilən şəxs2 da şübhəlidir. Tərəflərindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 11 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində ünvan 9 ünvanında Təqsirləndirilən şəxs2 idarə etdiyi “Renault Megane” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşən zaman o, 24-cü polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid3la həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, onu 24-cü polis şöbəsinə dəvət etmişlər. Bu zaman ona məxsus “Hyundai Grandeur” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs2 avtomobilinin arxa hissəsində dayanmış vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs2 avtomobilini qəflətən geriyə hərəkət etdirərək ona məxsus avtomobili əzmiş və idarə etdiyi avtomobili qarşıya doğru hərəkət etdirərək oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs2 bir qədər hərəkət etdikdən sonra ünvan 10 ünvanındakı yaşayış binasının qarşısında “Kia K5” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil dayandığı üçün həmin yoldan keçə bilməmiş, idarə etdiyi avtomobili səkinin üzərinə çıxardaraq oradan getmək istəyəndə avtomobilin təkəri partladığı üçün avtomobil sürüşərək dayanmış vəziyyətdə olan “Kia K5” markalı avtomobilə çırpılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 avtomobili saxlamayaraq yüksək sürətlə oradan uzaqlaşmaq istəyəndə qarşıda olan döngədə idarəetməni itirərək həmin məhəllədə dayanmış vəziyyətdə olan “Mercedes” markalı, **- ZR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq dayanmışdır. Təqsirləndirilən şəxs2 avtomobildən enib qaçmaq istədiyi vaxt tərəflərindən saxlanılaraq 24-cü polis şöbəsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3 Rafael oğlu, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 08 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1) - 14 avqust 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanında yerləşən dayanacaqdan Zərərçəkmiş şəxs məxsus “Azsamand” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması ilə bağlı Nizami RPİ-nin 24-cü polis şöbəsinin təhqiqatçısı tərəfindən hadisə yerinə baxış keçirilmiş, baxış zamanı avtomobili qaçıran şəxslərin görüntüləri aşkar edilib diskə köçürülərək götürülmüşdür. (İ cild i.v. 6-7) - 14 avqust 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanında yerləşən dayanacaqdan qaçırılmış Zərərçəkmiş şəxs məxsus “Azsamand” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 12a yerləşən “Ayxan” marketin qarşısında aşkar edilmişdir, bununla bağlı Nizami RPİ-nin 24-cü polis şöbəsinin təhqiqatçısı tərəfindən avtomobilin aşkar edildiyi yerə baxış keçirilən zaman videomüşahidə kameraları aşkar edilmiş, avtomobili qaçıran şəxslərin görüntüləri aşkar edilib diskə köçürülərək götürülmüşdür. (İ cild i.v. 10, 12) - 27 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi həmin Məcəllənin 185.2.1-ci maddəsinə tövsif edilmişdir. (İ cild i.v. 33) - 27 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanında yerləşən dayanacaqdan Zərərçəkmiş şəxs məxsus “Azsamand” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçıran və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 12a yerləşən “Ayxan” marketin qarşısında həmin avtomobili qoyaraq çıxıb gedən 2 nəfər naməlum şəxsin görüntülərini özünə əks etdirən bir ədəd DVD diskə Təqsirləndirilən şəxs1 və müdafiəçisinin iştirakları ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 videogörüntülərə baxaraq, 14 avqust 2021-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanında yerləşən dayanacaqdan Zərərçəkmiş şəxs məxsus “Azsamand” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçıran və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 12a yerləşən “Ayxan” marketin qarşısında həmin avtomobili qoyaraq çıxıb gedən, videogörüntülərdəki şəxsin özü və tanışı Təqsirləndirilən şəxs2 olduğunu bildirərək istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. (İ cild i.v. 48) - 29 sentyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin müdafiəçisinin və ekspert kriminalistin iştirakları ilə yerində yoxlanılması zamanı o, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə 14 avqust 2021-ci il tarixdə saat 15 radələrində “Azsamand” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırdıqları Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanını və qaçırdıqları həmin avtomobili Bakı şəhəri, Sabunçu rayonu, ünvan 12a yerləşən “Ayxan” marketin qarşısında qoyaraq çıxıb getdikləri yeri əyani şəkildə göstərərək istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. (İ cild i.v. 49-51) - 25 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 67) - 29 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş, cinayət işinin materialları və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 185.2.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (İ cild i.v. 64) - 24 sentyabr 2021-ci il və 29 sentyabr 2021-ci il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən həmin şöbənin əməliyyatçılarının iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş, ona təklif edilmişdir ki, əgər üzərində qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Həmin təklifə əsasən Təqsirləndirilən şəxs1 könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş, ağ rəngli, kristal formalı narkotik vasitəyə bənzər maddəni çıxarıb təqdim etmiş, həmin narkotik vasitəni 24 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xətai rayonu, metropolitenin “Xətai” stansiyası yaxınlığında, tanımadığı şəxsdən 20 manat pul müqabilində özünün şəxsi istifadəsi üçün alaraq özündə saxladığını bildirmişdir. Həmin narkotik vasitəyə oxşar maddə zərfə qablaşdırılaraq möhürlənməklə götürülmüşdür. Videoçəkilişin köçürüldüyü diskə baxış zamanı həmin hal öz təsdiqini tapmışdır. (İ cild i.v. 86-87, 133) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 sentyabr 2021-ci il tarixli 6/4255 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “(imza) Təqsirləndirilən şəxs1” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,420 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış alfa pirrolidinovalerofenon (a-PVP) psixotrop maddədir. Alfa pirrolidinovalerofenon (a-PVP) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin İİ siyahısına daxildir. Qeyd: a-PVP-nin təmiz çəkisi 1,420 qram, tədqiqata 0,1 qram sərf edilmiş, 1,320 qram qalıq qalmışdır. (İ cild i.v. 100-103) - 29 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilmiş təmiz çəkisi 1,420 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış alfa pirrolidinovalerofenon (a-PVP) maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq 1,320 qram hissəsi saxlanılması üçün Nizami RPİ-nin MSK-na qəbzlə təhvil verilmişdir. (İ cild i.v. 134) - 12 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanında yerləşən dayanacaqdan Zərərçəkmiş şəxs məxsus “Azsamand” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçıran və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 12a yerləşən “Ayxan” marketin qarşısında həmin avtomobili qoyaraq çıxıb gedən 2 nəfər naməlum şəxsin görüntülərini özünə əks etdirən bir ədəd DVD diskə Təqsirləndirilən şəxs2 və müdafiəçisinin iştirakları ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 videogörüntülərə baxaraq, 14 avqust 2021-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanında yerləşən dayanacaqdan Zərərçəkmiş şəxs məxsus “Azsamand” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçıran və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 12a yerləşən “Ayxan” marketin qarşısında həmin avtomobili qoyaraq çıxıb gedən videogörüntülərdəki şəxsin özü və tanışı Təqsirləndirilən şəxs1 olduğunu bildirərək istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. (İ cild i.v. 199) - 13 oktyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsinin müdafiəçisinin və ekspert kriminalistin iştirakları ilə yerində yoxlanılması zamanı o, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 14 avqust 2021-ci il tarixdə saat 15 radələrində “Azsamand” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırdıqları Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanını və qaçırdıqları həmin avtomobili Bakı şəhəri, Sabunçu rayonu, ünvan 12a yerləşən “Ayxan” marketin qarşısında qoyaraq çıxıb getdikləri yeri əyani şəkildə göstərərək istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. (İ cild i.v. 200-203) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 07 oktyabr 2021-ci il tarixli 3813 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild i.v. 47-48) - 06 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 185.2.1 və 234.1-ci maddələri ilə yeni məzmunda ittiham elan edilmiş, Təqsirləndirilən şəxs2 Rəşid oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 263.1, 186.1, 221.1 və 315.1-ci maddələrinin tərkib əlaməti olmadığı üçün barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması rədd edilmiş, “Azsamand” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs1 psixotrop maddənin götürülməsi görüntülərini özündə əks etdirən bir ədəd DVD disk və “Azsamand” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Rəşid oğlu tərəfindən qaçırılmasını özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin amteriallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs1 psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi üçün material ayrılmış, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün ərazi üzrə 24-cü polis şöbəsinə göndərilmişdir. (İİ cild i.v. 66-77) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 185.2.1 və 234.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlilikləri, Təqsirləndirilən şəxs1 qismən etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 185.2.1 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib, üzərində saxlamaqla daşıması, digər təqsirləndirilən şəxs X1 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında, avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmaqda özlərini təqsirli bilməmələrini onların hüquqları kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onların həmin mövqelərinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxslərin bu mövqeləri əsassızdır və onlarla razılaşmaq olmaz, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın əsaslı olması məhkəmə iclasında təkzibolunmaz sübutlarla, müvafiq iş materialları, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları həmin maddələrlə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; müvafiq cinayətlərin törədilməsinə məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aidiyyətləri olmuşdur və onların bu cinayət hadisəsində təqsirlilikləri sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 24 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 77) - 26 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmişdir. (İ cild i.v. 129-130) - 26 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin İŞnin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs1 tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İ cild i.v. 131) - 27 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 38) - 29 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay 11 gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 27 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. (İ cild i.v. 152-156) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 oktyabr 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 sentyabr 2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 iyun 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3 və 66.5-ci maddələrinə əsasən 01 il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat məbləğində cərimə cəzalarına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 02 sentyabr 2010-cu il tarixli qərarı ilə 21 iyun 2010-cu il tarixli qərar ləğv edilmiş, 08 sentyabr 2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 3000 manat məbləğində cərimə cəzalarına məhkum edilmiş, 28 sentyabr 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Milli Məclisin 20 may 2016-cı il tarixli Amnistiya Qərarının 1.8-ci bəndinə əsasən cəzrimə cəzasının ödənilməmiş 2000 manat hissəsindən azad edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli qərarı ilə 10 ay 13 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 30 yanvar 2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. (İ cild i.v. 158-160, 229-237) - 12 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 173) - 13 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 01 ay 26 gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 12 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. (İ cild i.v. 221-224) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18 oktyabr 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Qarnizonu Hərbi Məhkəməsinin 24 avqust 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 241-ci maddəsinin “a” bəndi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 42-1 maddəsinə əsasən hökmün icrası 01 il müddətinə təxirə salınmış; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 sentyabr 2006-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 aprel 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 326.1 və 326.2-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3 və 69.4-cü maddələri tətbiq edilməklə 500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, həmin cəza tam icra olunmuş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 mart 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 15% tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 68.1.3 və 67.1-ci maddələri tətbiq edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şabran Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixi qərarı ilə 03 ay 05 gün vaxtından əvvəl şərti azad edilmiş; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 ay 05 gün hissəsi yeni hökmlə təyin olunmuş cəzaya Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilib üzərində qəti olaraq 03 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qərarı ilə 01 ay 25 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 30 may 2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. (İ cild i.v. 238-240, 242-246) Azərbaycan Respublikası Cinayət Məsəlləsinin: 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin residivi təhlükəli sayılır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli hökmünə münasibətdə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 iyul 2018-ci il tarixli hökmlərinə münasibətdə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin təhlükəli residivi vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 185.2.1 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə törətdikləri əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətlərin təhlükəli residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən qeyd edilən cəzalar qismən toplanılmalıdır. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzaların müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 185.2.1 və 234.1-ci maddələrinin hər birinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzalarının son həddinin yarısından az olmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin üçdə ikisindən az olmamalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 hazırkı işlə bağlı 24 sentyabr 2021-ci il tarixdən 26 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı sonuncu dəfə tutulduğu 27 sentyabr 2021-ci il tarixindən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 isə hazırkı işlə bağlı 12 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur, həmin vaxtdan həbsdədir, ona görə cəzaçəkmə müddətinin başlanğıcı 12 oktyabr 2021-ci il tarixindən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, irəli sürülmüş ittiham üzrə maddi ziyan müəyyən edilməsə də, zərərçəkmiş şəxs ona maddi ziyan vurulduğunu qeyd edir, lakin onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 1,320 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış alfa pirrolidinovalerofenon (a-PVP) məhv olunmalı, iki ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, avtomobilin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci (yalnız narkotik vasitənin tədqiqatı aparıldığından) Təqsirləndirilən şəxs1 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 185.2.1 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, dövlət hesabına təyin edilmiş vəkillərin məhkəməyədək icraatda və məhkəmə icraatında, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən, hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla, müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 hazırkı işlə bağlı 24 sentyabr 2021-ci il tarixdən 26 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 27 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 12 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,320 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış alfa pirrolidinovalerofenon (a-PVP) məhv edilsin, iki ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, “Azsamand” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilin məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 120 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi2 720 manat əmək haqqı, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 118 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi1 708 manat əmək haqqı "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-53/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-53/2022
25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver