Məhkəmə qərarları › İş №1(007)-53/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-53/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-53/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1992-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarına əsasən cəzası 2 il 6 aya azaldılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 1 ay müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2də yaşayan, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq təmiz çəkisi 15,55 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq bir hissəsini üzərində və bir hissəsini isə yaşadığı evdə saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında, 10 iyun 2024-cü il tarixdə, saat 18:10 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edən zaman şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilib orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bağlamanın içərisində 15 ədəd qəhvəyi rəngli kağız bükümlərdə və 4 ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,36 qram, 0,35 qram, 0,31 qram, 0,19 qram, 0,28 qram, 0,28 qram, 0,33 qram, 0,27 qram, 0,23 qram, 0,26 qram, 0,22 qram, 0,24 qram, 0,25 qram, 0,23 qram, 0,22 qram, 0,28 qram, 0,30 qram, 0,28 qram və 0,26 qram, ümumi təmiz çəkisi 5,14 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürüldükdən sonra, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirinin davamı olaraq 10 iyun 2024-cü il tarixdə onun yaşadığı Bakı şəhəri, Nizami rayonu, Şamlıq küçəsi, ev 56 ünvanına baxış keçirilərkən evdə olan çarpayının altındakı çemodandan 1 ədəd elektron tərəzi və 1 ədəd sellofan bağlamanın içərisində 1 ədəd şəffaf sellofan bükümdə, 18 ədəd qəhvəyi rəngli kağız bükümlərdə və 5 ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 3,67 qram, 0,36 qram, 0,30 qram, 0,22 qram, 0,31 qram, 0,24 qram, 0,37 qram, 0,30 qram, 0,32 qram, 0,26 qram, 0,25 qram, 0,17 qram, 0,28 qram, 0,30 qram, 0,27 qram, 0,32 qram, 0,27 qram, 0,23 qram, 0,28 qram, 0,34 qram, 0,36 qram, 0,38 qram, 0,33 qram və 0,28 qram, ümumi təmiz çəkisi 10,41 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onu saxlayanda üzərində narkotik vasitə olmuşdur və o, özü həmin narkotik vasitəni polislərə təqdim etmişdir. Üzərində ittiham aktında göstərilən miqdarda büküm olmamışdır. Avtomobilində 7-8 büküm narkotik vasitə olmuşdur. Tutulmamışdan əvvəl 200 manat dəyərində narkotik vasitə almışdır. İstifadə etdikdən sonra qalanı qalmışdır. Cibində o qədər narkotik vasitə gəzdirməyinin mənası yoxdur. O, təzyiq altında ifadə vermişdir. Bundan başqa, evində də bükümlərdə narkotik vasitə olmuşdur. Həmin bükümlər onun istifadəsi üçün olmuşdur. Həmin bükümlərin hamısı üstündə olmamışdır. O, bir gün ərzində 5 büküm narkotik vasitə istifadə edir. Saxlanılan vaxt tərəzi evdə olmuşdur. Tərəzidən çəkidə yanılmaması üçün istifadə edir. Avtomobildə narkotik vasitə ayrı-ayrı bükümlərdə olmuşdur. Narkotik vasitəni aldıqdan sonra özü bükümlərə ayırmışdır. Evdə 18 büküm aşkar olunmuşdur. Özünü ona görə qismən təqsirli bilir ki, narkotik vasitəni istifadəsi üçün olmuş, satış məqsədi üçün əldə etməmişdir. Məhkəmədən cəza təyin edilərkən cavanlığının nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, kirayədə yaşayır, hərbi xidmətdə olmuş, heç bir psixi xəstəliyi yoxdur. Bir qədər əvvəl kredit yolu ilə aldığı, lakin adına etibarnaməsi olmayan “Vaz-21014” markalı, nömrəsini də xatırlamadığı avtomaşınla 8-ci km bazarında göyərti daşımaqla pul qazanır. 10 iyun 2024-cü il tarixdə, saat 18:10 dəqiqədə avtomaşınını təmir etdirmək məqsədilə getdiyi Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Sonra xidməti vəsiqələrini göstərib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. O, etiraz etməmiş və onlarla birlikdə həmin idarəyə getmişdir. Burada ona vəkil dəvət edilmiş, xidməti otaqların birində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa onları təqdim etməyi təklif edilmişdir. Bundan sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bağlamanın içərisində olan 15 ədəd qəhvəyi rəngli kağız bükümlərdə və 4 ədəd də gümüşü rəngli kağız bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuana kütlələrini təqdim edərək masanın üzərinə qoymuşdur. Eləcə də əynində olan həmin şalvarın sol yan cibindən 1 ədəd üzərində ***-***-**-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefonunu və 1 ədəd də açarı masanın üzərinə qoymuşdur. Sorğu zamanı həmin kütlələrin özünə məxsus olduğunu və İran İslam Respublikasının vətəndaşı '‘Vəkil" adlı şəxsin vasitəsi ilə Abşeron rayonu ərazisində gizlədilmiş yerdən 3 gün əvvəl istifadə etmək və satmaq məqsədi ilə 200 manata əldə etdiyini, daha əvvəl də həmin "Vəkil” adlı şəxsin vasitəsi ilə 3 dəfə narkotik vasitə götürdüyünü, narkotik vasitənin 1 bükümünü 10 manata satdığını bildirmişdir. Həmçinin üzərindən başqa kirayədə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Şamlıq küçəsi, ev 56 ünvanında da narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf etmiş və həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir. Mobil telefonu da iş üzrə əhəmiyyət kəsb etdiyi izah edilərək götürülmüş, bir ədəd açar isə özünə geri qaytarılmışdır. Artıq bundan sonra o, müdafiəçisi və polis əməkdaşları yaşadığı ünvan 5 ünvanına getmişlər. Evə baxış keçirilməsinə başlanılmış və baxış zamanı o yaşadığı evdə çarpayının altındakı çemodandan 1 elektron tərəzini və 1 ədəd sellofanın içərisində ümumilikdə 24 ədəd olan bükümlərdəki qurudulmuş marixuana kütlələrini təqdim etmişdir. Yaşadığı evdən aşkar olunan elektron tərəzi və narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi öz imzası ilə təsdiq etmişdir. Sorğu zamanı həmin kütlələrin də özünə məxsus olduğunu və onları da İran İslam Respublikasının vətəndaşı “Vəkil” adlı şəxsin vasitəsi ilə Abşeron rayonu ərazisində gizlədilmiş yerdən 3 gün əvvəl istifadə etmək və üzərindən aşkar olunan narkotik vasitələrlə birlikdə satmaq məqsədi ilə 200 manata əldə etdiyini bildirmişdir. Bundan sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Bildirir ki, o üzərindən və evindən aşkar olunan narkotikin hamısını ümumilikdə 200 manata əldə etmişdir, verilən suallara cavab olaraq bildirmişdir ki, o, satmaq məqsədilə İran İslam Respublikasının vətəndaşı "Vəkil” adlı şəxsin vasitəsi ilə Abşeron rayonu ərazisində gizlədilmiş yerdən 3-4 dəfə narkotik vasitə götürmüş, narkotik vasitənin 1 bükümünü də 10 manata satmışdır. O, narkotik vasitəni aldıqdan sonra evindən aşkar olunmuş həmin tərəzi vasitəsilə çəkib onları xırda bükümlərə bölmüş və xırda bükümləri müxtəlif şəxslərə satmışdır. Vəkil adlı şəxsi bir müddət əvvəl sosial şəbəkədə təsadüfən tanımış, onunla heç vaxt görüşməmişdir. Vəkil adlı şəxsdən narkotik istəyəndə Vəkil ona sosial şəbəkədə və ya “whatsApp”da “M10” hesab nömrəsi göndərmiş, o da hər hansı terminaldan həmin hesaba pul göndərmiş və sonra Vəkil ona narkotiki qoydurduğu yeri demiş və o gedib götürmüşdür. O, Vəkildən həm özü istifadə etmək, həm də satmaq məqsədilə narkotik almışdır. Yəni aldığı narkotikin bir hissəsini özü istifadə etmiş, bir hissəsini də satıb pul əldə etmişdir. Vəkil adlı şəxsdən satıb sonra pulunu ödəmək şərtilə narkotik almamış, Vəkil adlı şəxsə pul göndərməsə ona heç vaxt narkotik verməzdi. O, alacağı narkotikin pulunu əvvəlcədən vermişdir. Vəkil adlı şəxs ondan aldığı narkotiki satdığını soruşmamışdır. Vəkil adlı şəxsin telefon nömrəsi istifadəsində olan mobil telefonda olmalıdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zor tətbiqi edilməmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 10 iyun 2024-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. 10 iyun 2024-cü il tarixdə, saat 18:10-da Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət edərkən saxlamışlar. Ona özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, həmin şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirmişlər. Daha sonra onların və vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı ilk əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bağlamanın içərisində olan cəmi 19 ədəd bükümü təqdim edib masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərdəki kütlələrin nə olduğunu soruşduqda o, həmin kütlələrin narkotik vasitə marixuana olduğunu və İran İslam Respublikasının vətəndaşı “Vəkil” adlı şəxsin vasitəsilə Abşeron rayonu ərazisində gizlədilmiş yerdən 3 gün əvvəl istifadə etməsi və satması məqsədilə 200 manata əldə etdiyini, daha əvvəl də həmin “Vəkil” adlı şəxsin vasitəsilə 3 dəfə narkotik vasitələr götürdüyünü və bir bükümünü də 10 manata satdığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs başqa harada narkotik saxlaması soruşulduqda o, yaşadığı ünvan 6 ünvanında da narkotik vasitələr olmasını bildirmiş və həmin evdəki çarpayının altında olan çemodandan 1 ədəd elektron tərəzini və 1 ədəd sellofanın içərisində olan 24 ədəd bükümlərdəki açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ərizə ilə məhkəməyə müraciət edərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında elan edilmiş ifadəsindən görünür ki, o, istintaq zamanı Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli və diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, həmin tarixdə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməyi təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofanın içərisində 19 ədəd bükümü təqdim etmişdir. Bükümlər açıldıqda onların içərisində açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olması məlum olmuşdur. - şübhəli şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - evə baxış keçirilməsi və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan və diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməzdən və götürməyə başlamazdan əvvəl videoçəkiliş aparıldığı elan edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə olan qanunsuz əşyaları könüllü təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs otaqdakı çarpayısının altından çemodanı çıxarıb açaraq onun içərisində olan bir ədəd sellofanda bir ədəd elektron tərəzini və 24 ədəd açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, evindən aşkar olunub götürülən bükümlərdəki kütlə narkotik vasitə qurudulmuş marixuanadır və ona məxsusdur, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Vəkil” adlı şəxsin vasitəsilə Abşeron rayonu ərazisindən 3 (üç) gün əvvəl istifadə etmək və satmaq məqsədilə 200 (iki yüz) manata əldə etdiyini, daha əvvəl də həmin “Vəkil” adlı şəxsin vasitəsilə 3 (üç) dəfə narkotik vasitə götürdüyünü, narkotik vasitənin 1 (bir) bükümünü 10 (on) manata satdığını qeyd etmişdir, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, yaşadığı evə daha əvvəl baxış keçirilmədiyini bildirmişdir. - mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində olan “Redmi” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, “Redmi" markalı telefonun üzərində 077 *** ** ** saylı nömrə vardır. Telefonda olan “whatsApp” proqramı həmin nömrə ilə qeydiyyatdan keçmişdir. “whatsApp” proqramına daxil olduqda Təqsirləndirilən şəxs yaddaşda +**********5, *** *** ** **, Nadir Elmdin-070 *** ** ** və 070 *** ** ** saylı nömrələrlə pərdələnmiş ifadələrdən istifadə etməklə narkotik vasitə satışı ilə bağlı mesajlar göndərməsi və qəbul etməsi aşkar edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2- 7/953 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki sellofan paketin içərisində 15 (on beş) ədəd qəhvəyi rəngli kağız bükümlərdə və 04 (dörd) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,36 qram; 0,35 qram; 0,31 qram; 0,19 qram; 0,28 qram; 0,28 qram; 0,33 qram; 0,27 qram; 0,23 qram; 0,26 qram; 0,22 qram; 0,24 qram; 0,25 qram; 0,23 qram; 0,22 qram; 0,28 qram; 0,30 qram; 0,28 qram; 0,26 qram və üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən...” yazısı və imzalar olan kağız paketdəki sellofan paketin içərisində 01 (bir) ədəd şəffaf sellofan bükümdə, 18 (on səkkiz) ədəd qəhvəyi rəngli kağız bükümlərdə və 05 (beş) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 3,67 qram; 0,36 qram; 0,30 qram; 0,22 qram; 0,31 qram; 0,24 qram; 0,37 qram; 0,30 qram; 0,32 qram; 0,26 qram; 0,25 qram; 0,17 qram; 0,28 qram; 0,30 qram; 0,27 qram; 0,32 qram; 0,27 qram; 0,23 qram; 0,28 qram; 0,34 qram; 0,36 qram; 0,38 qram; 0,33 qram; 0,28 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi- 15,55 qramdır. Həmin kağız paketdəki 01 (bir) ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2- 7/973 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs üzərindən götürülmüş 19 (on doqquz) ədəd bükümlərdə olan marixuanalar və yaşadığı evdən götürülmüş 24 (iyirmi dörd) ədəd bükümlərdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. - Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 10 iyun 2024-cü il tarixli “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarı qanuni hesab edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-177/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 X1-Narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 5136 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş 43 ədəd bükümdə ümumi təmiz çəkisi 15,55 qram olan narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, aparılmış tədqiqatlardan sonra qalıq qalmış 12,54 qram narkotik vasitə qurudulmuş marixuana saxlanması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, evində baxış və götürmə istintaq hərəkətləri aparılarkən aparılmış videoçəkilişlərin olduğu 2 ədəd “DVD” disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmış, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində olan ***-***-**-** saylı nömrə ilə işlədilən “Redmi” markalı mobil telefon cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “qurudulmuş marixuana” olan maddə narkotik vasitəsidir, onun 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etməsinə dair ifadəsində göstərdiyi xüsusatlar tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(010)-231/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarına əsasən cəzası 2 il 6 aya azaldılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 1 ay müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti qismən etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətmiş Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 12,54 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı; cinayət işi üzrə maddi sübut olan ***-***-**-** saylı nömrə ilə işlədilən “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs və ya müraciət edəcəyi halda səlahiyyətli nümayəndəsinə qaytarılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 156 ( bir yüz əlli altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 37 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 222 (iki yüz iyirmi iki) manat (37x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 12,54 qram narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan ***-***-**-** saylı nömrə ilə işlədilən “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs və ya müraciət edəcəyi halda səlahiyyətli nümayəndəsinə qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan 156 (bir yüz əlli altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 37 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi2 222 (iki yüz iyirmi iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar