Məhkəmə qərarları › İş №1(007)-530/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-530/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-530/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclas katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Massallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 120.2.1, 120.2.11, 85.5, 181.3.2, 66.3 və 85.5-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 28, 317.3 və 317-2.1 -ci maddələri ilə təqsirli bilinib CM- nin 28, 317.3-cü maddəsi ilə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 317-2.1 -ci maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2012-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 il 04 ay 15 gün müddəti hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə çəkilməli olan qəti cəzası 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı Apellyasiya Məhkəməsinin 28 iyul 2015-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2012-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 il 04 ay 15 gün müddəti Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2015-ci il tarixli hökmü ilə təyin edilmiş cəzaya qismən birləşdirilməklə çəkilməli olan qəti cəzası 09 il müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş və xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmış, hal-hazırda isə ünvan 1 ünvanında yaşayan, 27 avqust 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs əvvəllər cəza çəkdiyi Penitensiar Xidmətin 10 saylı X2 Müəssisəsinə etap olunaraq, “Yoluxucu xəstəliklər” şöbəsinin palatasında xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrdə müalicə aldığı zaman “Cəzaçəkmə müəssisələrinin X3” ilə qadağan olunmuş əşya olan, daxilində danışıq kartı olmayan, işlək vəziyyətdə 01 ədəd “Samsung Galaxy J1 mini” markalı, “SM- J105H” modelli, “**********24721, **********24728” İMEİ kodlu mobil telefon aparatını, 01 ədəd elektrik qidalandırıcısını və 01 ədəd qulaqcığı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxlamış, gəzdirmiş, mobil telefon aparatı vasitəsilə atası Şahid5 istifadəsində olan 055.823-68-83 nömrəli və dostu Şahid6 istifadəsində olan 055.468- 68-64 nömrəli mobil telefonlarla müxtəlif vaxtlarda danışıqlar aparmaqla istifadə etmiş və xx.xx.2024-cü il tarixdə, saat 17:15 radələrində müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı onun yataq yerindəki yastığın altında həmin əşyalar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Penitensiar Xidmətin 10 saylı X2 Müəssisəsinə etap olunduqdan sonra, saxlanıldığı Yoluxucu xəstəliklər şöbəsinin palatasında xx.xx.2024-cü il tarixdə, saat 17:15 radələrində müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı onun yataq yerindəki yastığın altında “Cəzaçəkmə müəssisələrinin X3” ilə qadağan olunmuş əşya olan, daxilində danışıq kartı olmayan 01 ədəd sensor ekran və “Android 5.1.1” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J1 mini” markalı, “SM-J105H” modelli, “**********24721, **********24728” İMEİ kodlu mobil telefon aparatı, 01 ədəd elektrik qidalandırıcısı, 01 ədəd qulaqcığı aşkar olunmazdan bir neçə ay əvvəl müəssisənin bağlar olan ərazisindən, ağacın dibindən kağız parçasına bükülü vəziyyətdə taparaq, istifadə etmək məqsədilə özündə saxladığını, həmin mobil telefon aparatını müxtəlif yerlərdə gizlədərək, hərdən onun vasitəsilə yaxınları ilə danışıqlar apardığını, hər dəfə danışdıqdan sonra daxilində olan danışıq kartını çıxarıb gizlətdiyini, aşkar olunaraq götürülmüş mobil telefon aparatının daxilində olan, "xxxx" MMC operatoruna məxsus ***-***-**-** nömrəli danışıq kartı vasitəsilə atası Şahid5 ilə, onun istifadəsində olan ***- ***-**-** nömrəli mobil telefonla, həmçinin yaxın dostu Şahid6 ilə, onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla müxtəlif vaxtlarda danışıqlar apardığını, aşkar olunaraq götürülmüş həmin mobil telefon aparatından məhkum yoldaşlarından heç kimin xəbəri olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Penitensiar Xidmətin Müalicə X1 rəisi, ədliyyə mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Penitensiar Xidmətin 10 saylı X2 Müəssisəsinə etap olunmuş məhkum Təqsirləndirilən şəxs saxlanıldığı Yoluxucu xəstəliklər şöbəsinin palatasında xx.xx.2024-cü il tarixdə, saat 17:15 radələrində müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı Təqsirləndirilən şəxs yataq yerindəki yastığın altında daxilində danışıq kartı olmayan 01 ədəd sensor ekran və “Android 5.1.1” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J1 mini” markalı, “SM- J105H” modelli, “**********24721, **********24728” İMEİ kodlu mobil telefon aparatı, 01 ədəd elektrik qidalandırıcısı, 01 ədəd qulaqcıq aşkar edilərək götürülmüşdür. Şahidlərin və əməkdaşların iştirakı ilə həmin mobil telefon aparatı zərfə qoyularaq qablaşdırılmış, sonradan bu barədə müvafiq protokol tərtib edilərək, protokolla bütün iştirakçılar tanış olmaqla doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkum Təqsirləndirilən şəxs əməkdaşlara verdiyi ilkin izahatında aşkar olunaraq götürülmüş mobil telefon aparatının ona məxsus olduğunu bildirmiş, həmin mobil telefon aparatından istifadə edərək yaxınları ilə danışıqlar apardığını, nə 10 saylı cəzaçəkmə müəssisəsində, nə də Müalicə müəssisəsində cəza çəkən məhkum yoldaşlarının həmin mobil telefon aparatından xəbərsiz olduqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Penitensiar Xidmətin Müalicə X1 inspektoru, əməliyyat müvəkkili, ədliyyə kapitanı Şahid3 ifadəsində göstərmişdir ki, Penitensiar Xidmətin 10 saylı X2 Müəssisəsinə etap olunmuş məhkum Təqsirləndirilən şəxs saxlanıldığı Yoluxucu xəstəliklər şöbəsinin palatasında xx.xx.2024-cü il tarixdə, saat 17:15 radələrində müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı Təqsirləndirilən şəxs yataq yerindəki yastığın altında daxilində danışıq kartı olmayan 01 ədəd sensor ekran və “Android 5.1.1” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J1 mini” markalı, “SM- J105H” modelli, “**********24721, **********24728” İMEİ kodlu mobil telefon aparatı, 01 ədəd elektrik qidalandırıcısı, 01 ədəd qulaqcıq aşkar edilərək götürülmüşdür. Şahidlərin və əməkdaşların iştirakı ilə həmin mobil telefon aparatı zərfə qoyularaq qablaşdırılmış, sonradan bu barədə müvafiq protokol tərtib edilərək, protokolla bütün iştirakçılar tanış olmaqla doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkum Təqsirləndirilən şəxs əməkdaşlara verdiyi ilkin izahatında aşkar olunaraq götürülmüş mobil telefon aparatının ona məxsus olduğunu bildirmiş, həmin mobil telefon aparatından istifadə edərək yaxınları ilə danışıqlar apardığını, nə 10 saylı cəzaçəkmə müəssisəsində, nə də Müalicə müəssisəsində cəza çəkən məhkum yoldaşlarının həmin mobil telefon aparatından xəbərsiz olduqlarını bildirmişdir Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Penitensiar Xidmətin Müalicə X1 inspektrou, əməliyyat müvəkkili, ədliyyə kapitanı Şahid4 ifadəsində göstərmişdir ki, Penitensiar Xidmətin 10 saylı X2 Müəssisəsinə etap olunmuş məhkum Təqsirləndirilən şəxs saxlanıldığı Yoluxucu xəstəliklər şöbəsinin palatasında xx.xx.2024-cü il tarixdə, saat 17:15 radələrində müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı Təqsirləndirilən şəxs yataq yerindəki yastığın altında daxilində danışıq kartı olmayan 01 ədəd sensor ekran və “Android 5.1.1” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J1 mini” markalı, “SM- J105H” modelli, “**********24721, **********24728” İMEİ kodlu mobil telefon aparatı, 01 ədəd elektrik qidalandırıcısı, 01 ədəd qulaqcıq aşkar edilərək götürülmüşdür. Şahidlərin və əməkdaşların iştirakı ilə həmin mobil telefon aparatı zərfə qoyularaq qablaşdırılmış, sonradan bu barədə müvafiq protokol tərtib edilərək, protokolla bütün iştirakçılar tanış olmaqla doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkum Təqsirləndirilən şəxs əməkdaşlara verdiyi ilkin izahatında aşkar olunaraq götürülmüş mobil telefon aparatının ona məxsus olduğunu bildirmiş, həmin mobil telefon aparatından istifadə edərək yaxınları ilə danışıqlar apardığını, nə 10 saylı cəzaçəkmə müəssisəsində, nə də Müalicə müəssisəsində cəza çəkən məhkum yoldaşlarının həmin mobil telefon aparatından xəbərsiz olduqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Vaqif onun yaxın dostudur. ***-***-**-** nömrəli mobil telefon vasitəsilə məhkum Təqsirləndirilən şəxs müalicə müəssisəsində istifadə etdiyi, "xxxx" MMC operatoruna məxsus ***-***-**-** nömrəli mobil telefonla müxtəlif vaxtlarda danışıqlar apardıqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, məhkum Təqsirləndirilən şəxs onun oğludur. Şahid5 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsilə məhkum Təqsirləndirilən şəxs müalicə müəssisəsində istifadə etdiyi, "xxxx" MMC operatoruna məxsus 055.970-19-96 nömrəli mobil telefonla müxtəlif vaxtlarda danışıqlar apardıqlarını bildirmişdir. Aparılan danışıqlar əsasən oğluna lazım olan əşyaların cəzaçəkmə müəssisəsinə çatdırılması ilə bağlı olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilsədə məhkəmə iclasında iştirak etməmişdir və istintaqı zamanı ifadəsi elan edilmişdir. Belə ki, Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində Penitensiar Xidmətin 10 saylı X2 Müəssisəsinə etap olunmuş məhkum Təqsirləndirilən şəxs saxlanıldığı Yoluxucu xəstəliklər şöbəsinin palatasında xx.xx.2024-cü il tarixdə, saat 17:15 radələrində müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı Təqsirləndirilən şəxs yataq yerindəki yastığın altında daxilində danışıq kartı olmayan 01 ədəd sensor ekran və “Android 5.1.1” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J1 mini” markalı, “SM- J105H” modelli, “**********24721, **********24728” İMEİ kodlu mobil telefon aparatı, 01 ədəd elektrik qidalandırıcısı, 01 ədəd qulaqcıq aşkar edilərək götürülmüşdür. Şahidlərin və əməkdaşların iştirakı ilə həmin mobil telefon aparatı zərfə qoyularaq qablaşdırılmış, sonradan bu barədə müvafiq protokol tərtib edilərək, protokolla bütün iştirakçılar tanış olmaqla doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkum Təqsirləndirilən şəxs əməkdaşlara verdiyi ilkin izahatında aşkar olunaraq götürülmüş mobil telefon aparatının ona məxsus olduğunu bildirmiş, həmin mobil telefon aparatından istifadə edərək yaxınları ilə danışıqlar apardığını, nə 10 saylı cəzaçəkmə müəssisəsində, nə də Müalicə müəssisəsində cəza çəkən məhkum yoldaşlarının həmin mobil telefon aparatından xəbərsiz olduqlarını bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin əməkdaşları Şahid4, Şahid3 və Şahid2 iştirakı ilə xx.xx.2024-cü il tarixdə saat təxminən 17:15 radələrində müəssisənin Yoluxucu xəstəliklər şöbəsində saxlanılan məhkum Təqsirləndirilən şəxs saxlanıldığı palatada üzərinə, yataq yerinə, şəxsi əşyalarına hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman yatdığı çarpayının üzərində olan yastığın altında ona məxsus içərisində danışıq kartı olmayan 01 (bir) ədəd “Samsung Duos” mrkalı mobil telefon bir ədəd ağ rəngli elektrik qidalandırıcısı, bir ədəd qulaqcıq aşkar edilərək götürülmüşdür.Götürülmüş əşyalar barədə protokol tərtib olunmuş, hamıya ucadan oxunmuş, hamı tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsinin iş materiallarına əlavə edilmiş məktubundan görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2024-cü il tarixdə azadlığa buraxılmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə müstəntiq tərəfindən vəsatət verilmiş, lakin ibtidai araşdrmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərar qəbul edilmiş və onun barəsində 27 avqust 2024-cü il tarixdən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 27 avqust 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, aşkar edilərək götürülmüş 01 ədəd sensor ekran və “Android 5.1.1” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J1 mini” markalı, “SM- J105H” modelli, “**********24721, **********24728” İMEİ kodlu mobil telefon aparatı, 01 ədəd elektrik qidalandırıcısı, 01 ədəd qulaqcıq maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2024-cü il tarixli Ekspert rəyinə əsasən 01 ədəd sensor ekran və “Android 5.1.1” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J1 mini” markalı, “SM- J105H” modelli, “**********24721, **********24728” İMEİ kodlu mobil telefon aparatı, hal-hazırda işlək vəziyyətdədir, istifadə üçün yararlıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 74.4-cü maddəsinə əsasən cəzanın icrası qaydalarını təmin etmək məqsədilə məhkumlara cəzaçəkmə müəssisələrinin X3 ilə müəyyən edilmiş əşyaların verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən belə əşyaların hazırlanması, cəzaçəkmə saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunur. Məhkumlarda, müəssisəsinə daxil olan və çıxan şəxslərdə, habelə məhkumların adına göndərilmiş bağlama və banderollarda belə əşyalar aşkar edildikdə həmin əşyalar götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli Kollegiya qərarının 11 saylı Əlavəyə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014cü il tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının X3”nın əlavə siyahısına əsasən “mobil telefon” cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslər tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 120.2.1, 120.2.11, 85.5, 181.3.2, 66.3 və 85.5-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 28, 317.3 və 317-2.1 -ci maddələri ilə təqsirli bilinib CM- nin 28, 317.3-cü maddəsi ilə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 317- 2.1 -ci maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2012-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 il 04 ay 15 gün müddəti hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə çəkilməli olan qəti cəzası 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 iyul 2015-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2012-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 il 04 ay 15 gün müddəti Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2015-ci il tarixli hökmü ilə təyin edilmiş cəzaya qismən birləşdirilməklə çəkilməli olan qəti cəzası 09 il müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məhkəmə tərəfindən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin obyektini cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının normal fəaliyyətinin və həmin təsisatlarda daxili intizamın təmin edilməsi üzrə idarəetmə zamanı yaranan ictimai münasibətlər təşkil etməsini, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs 27 avqust 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi iş materiallarında saxlanılan 01 ədəd sensor ekran və “Android 5.1.1” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J1 mini” markalı, “SM- J105H” modelli, “**********24721, **********24728” İMEİ kodlu mobil telefon aparatı, 01 ədəd elektrik qidalandırıcısı, 01 ədəd qulaqcıq məcburi qaydada və əvəzsiz olaraq dövlər nəfinə alınmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş 100 (yüz) manat xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 05 noyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc cəmi –100 manat (yüz) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd sensor ekran və “Android 5.1.1” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J1 mini” markalı, “SM- J105H” modelli, “**********24721, **********24728” İMEİ kodlu mobil telefon aparatı, 01 ədəd elektrik qidalandırıcısı, 01 ədəd qulaqcıq hökm qanuni qüvvəsini aldıqdan sonra məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 186 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar