Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-534/2023 29.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Mehdiyeva Günel Tariyel qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X2 müdafiəçisi- “LEQAL” Vəkil Bürosunun vəkili Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, X3 yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları xx.xx.2023-cü il tarixdə "xxxx"-da və “Baku.ES-də“ “Bakıda iş adamına qarşı dələduzluq edən kimlərdir” başlığı altında 06:56 dəqiqəlik kadrda yalan və böhtan xarakterli məlumatlar yaymaqla onu ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Belə ki, xx.xx.2020-ci il tarixdə “BAKU.ES” internet kanalında “Bakıda iş adamına qarşı dələduzluq edən kimlərdir” başlıqlı X1 həmin internet kanalına verdiyi müsahibəsi şər və böhtan dolu bir yayım olmuşdur. Həmin müsahibənin qısa xülasəsi belədir: “Səfərov Ramin və Səfərov Ramil qardaşları Hamlet adlı şəxsdə satışda torpaq sahəsi olduğunu bildirib, Elçin Rzayev də həmin ərazini 30000 manata almağa razılaşıb, satış zamanı 20000 manat nağd şəkildə 100000 manat isə Elçin Rzayevə məxsus avtomobil verilib. Sonra həmin ərazidə avtomobil yuma məntəqəsi tikir. Lakin tikinti bitəndən sonra torpaq sahəsinin sənədləşməsini tələb edəndə mübahisələr başlayır. Bundan sonra Ramin və Ramil qardaşlarının anası Sitarə Zeynalova DİN-ə şikayət edir və DİN-də tərəflər dinlənildikdən sonra Elçin Rzayevin haqlı olmasına qərar verilir. Onun avtomobili özünə qaytarılıb, məsələ dərindən araşdırılması üçün ərazi üzrə Nizami rayon Polis İdarəsinə yönləndirilib. Lakin 200000 manat bu günədək qarşı tərəfdə qalib. Hələ bu azmış kimi Ramil və Ramin Səfərov qardaşları ayrı-ayrı vaxtlarda Elçin Rzayevdən 98000 manat müxtəlif iş görmək adı ilə alıblar. Bir neçə gün əvvəl isə ərazini satan Ramin və Ramil Səfərov qardaşlarının göndərdiyi şəxslər gəlib qapıdakı qıfılları qırıb və kassadakı pulları götürüblər. Hətta bu proseslər zamanı KİV nümayəndələrini də çağırıb əllərində heç bir rəsmi sənəd olmaya-olmaya özlərini ərazinin sahibi kimi təqdim ediblər”. Göründüyü kimi X3 dediklərinin yalan olduğunu bilə-bilə onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaymaqla böhtan atmışdır. Bundan əlavə, X3 verdiyi müsahibədə onu “dələduzluqda” və “mənimsəmə və israf etmədə” günahlandırmaqla, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3-cü və 179.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham etmişdir. Bununla da, X3 Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. X1 Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübuta yetirən "xxxx"-da və “Baku.ES”-də internet kanalında xx.xx.2023-cü il tarixdə yazılmış “Bakıda iş adamına qarşı dələduzluq edən kimlərdir” başlıqlı müsahibə disk şəklində şikayətə əlavə edilmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X2 müdafiəçisi Nümayəndə şikayəti müdafiə edərək şikayətin məhkəmənin icraatına qəbul edilməsini və baxışa təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 müdafiəçisi Müdafiəçi xüsusi ittiham qaydasında şikayətin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə olunmuş sənədləri tədqiq edərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 03 saylı Qərarının 12-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış vergi ödəyicilərinin məlumatlarından görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1can Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 75, 300 və 381ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X4 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət, iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-534/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-534/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver