Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-535/2023 20.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi, tərcüməçi X1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, İnzibati bina, ev 86-da qeydiyyatda olan, daimi yaşayış yeri olmayan, 16 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 may 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq, narkotik vasitə heroini əldə edərək daşımaqla saxlamışdır. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə 03 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0,365 qram, 0,421 qram, 0,376 qram olmaqla, ümumi təmiz çəkisi 1,162 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə heroini 75 manat müqabilində əldə edib üzərində saxlamaqla daşımış, 16 may 2023-cü il tarixdə saat 16:30 radələrində Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami rayon polis idarəsinin inzibati binasına gətirilmiş, orada xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0,365 qram, 0,421 qram, 0,376 qram olmaqla ümumi təmiz çəkisi 1,162 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə heroin və bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 16 may 2023-cü il tarixdə saat 16:30 radələrində ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq rayon polis idarəsinə aparılmışdır. Həmin vaxt onun üzərində balaca kağıza bükülü vəziyyətdə az miqdarda heroin olmuşdur. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları ona təzyiq göstərərək onu daha ağır maddələrlə həbs edəcəklərini dediklərinə görə polislərin dediyini qəbul edərək, onların verdikləri narkotik vasitələr də olmaqla 03 ədəd bükümdə narkotik vasitəni və 01 ədəd elektron tərəzini şəxsi axtarış zamanı təqdim etmiş, həmin narkotik vasitələri Xaqani adlı şəxsdən həm satmaq, həm də özü istifadə etmək üçün 75 manat müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 17 may 2023-cü il tarixdə müdafiəçisinin və tərcüməçinin iştirakları ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə iki dəfə məhkum olunmuşdur. Üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə hesab edilən heroinin aşkar edilməsi ilə bağlı bildirmişdir ki, 1990-cı ildən narkotik vasitə aludəçisidir. O, narkotik vasitə qəbul etməklə bərabər satışı ilə də məşğul olmuşdur. Tanışları ona narkotik vasitə almaq üçün pul vermişlər, o da həmin şəxslərə narkotik vasitə alıb gətirib vermiş, həmin şəxslər də ona istifadə etmək üçün narkotik vasitə vermişlər. Elektron tərəzini üzərində ondan ötrü gəzdirmişdir ki, narkotik vasitə alan zaman çəkidə onu aldatmasınlar. 16 may 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrosunun yaxınlığında olan zaman narkotik vasitə satan Xaqani adlı tanışından 75 manat müqabilində 03 ədəd şəffaf rəngli sellofan bükümdə “kokos” kimi tanıdığı narkotik vasitə heroin alıb əynində olan tünd göy rəngli şalvarın sağ yan cibinə qoyub şəxsi işlərini görmək üçün getmişdir. Həmin gün, yəni 16 may 2023-cü il tarixdə saat 16:30 radələrində ünvan 5 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edib, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Nizami RPİ-nin inzibati binasına dəvət etmişlər. İdarədə dəvət olunmuş müdafiəçinin və tərcüməçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 03 ədəd şəffaf sellofana bükülü bükümdə “kokos” kimi tanıdığı narkotik vasitə heroini və elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra əynində olan şalvarın sol yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefon çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlə və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni anket məlumatlarını bilmədiyi, lakin adını Xaqani kimi bildiyi tanışından həm istifadə etmək, həm də satıb gələcəkdə narkotik vasitə almaq üçün pul düzəltmək məqsədi ilə 75 manata əldə etmişdir. Üzərindən başqa heç yerdə narkotik vasitə saxlamır, verilən sualları tam başa düşür, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmişdir, Xaqaninin onun narkotik vasitə satmasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiyini bildirsə də, bu təzyiqin fiziki formada olmadığını, yalnız onu daha ağır maddələrlə həbs edəcəklərini dediklərinə görə polislərin dediyini qəbul edərək, onların verdikləri narkotik vasitələr də olmaqla 03 ədəd bükümdə narkotik vasitəni və 01 ədəd elektron tərəzini şəxsi axtarış zamanı təqdim edib narkotik vasitənin satışı ilə məşğul olduğunu göstərsə də təzyiqi göstərən polis əməkdaşlarının kimliyi barədə məlumat verməmiş, eləcə də əməliyyat tədbirinin keçirilməsində iştirak edən polislərin məhkəmə iclasında şahid qismində dindirilmələri zamanı həmin şəxslərin ona təzyiq göstərən əməkdaşlar olması barədə məlumat verməmişdir. Sonda isə yalnız narkotik vasitələrin istifadəsində özünü təqsirli bilməklə həmin əməlindən səmimi peşman olduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Anatoliy adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etməsi, saxlaması, satması və qəbulu ilə məşğul olması barədə Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq, Anatoliy adlı şəxsi cinayət başında ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi üçün o, raportla idarə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra 16 may 2023-cü il tarixdə ondan və Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmış və onlar birlikdə əməliyyat tədbiri keçirmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, yəni 16 may 2023-cü il tarixdə saat 16:30 radələrində ünvan 1 ünvanının yaxınlığında məlumatda zahiri əlamətlərinə uyğun gələn Anatoliyə bənzər şəxsə yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqə göstərmiş, narkotik vasitələri və psixotrop maddələri saxlamaqda, satmaqda şübhəli olduğunu bildirib onu Nizami rayon polis idarəsinə dəvət etmişlər. Həmin şəxs razılaşaraq onlarla birlikdə Nizami rayon polis idarəsinə getmişdir. Raport yazaraq həmin şəxsi idarənin növbətçi hissəsinə təhvil vermişlər, idarədə şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdir. İdarə rəhbərliyinin göstərişinə əsasən həmin şəxsin üzərində şəxsi axtarış aparılması və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Bundan sonra idarənin təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, onun, əməliyyat müvəkkili Şahid1, baş inspektor-kriminalist Emin Naibovun, prosesə dəvət olunmuş tərcüməçi Camal Bədəlovun və 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 03 ədəd şəffaf rəngli sellofan bükümü və gümüşü rəngli elektron tərəzini çıxararaq təqdim etmişdir. Həmin 03 ədəd şəffaf rəngli sellofan bükümün içərisinə baxdıqda bükümlərin içərisində qəhvəyi rəngli tozşəkilli maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən çıxararaq təqdim etdiyi 03 ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan narkotik vasitə heroindir, o, 1990-cı ildən narkotik vasitə qəbul edir, təqdim etdiyi 03 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroini Bakı şəhəri Nizami rayonu ərazisində olan zaman narkotik vasitə satan Xəqani adlı şəxsdən 75 manat müqabilində alıb üzərində saxlamışdır. O, həmin narkotik vasitəni tanışlarına aparıb verməklə onlardan pulun müqabilində özü üçün narkotik vasitə əldə edir, elektron tərəzini isə narkotik vasitə alarkən onun aldadılmaması və çəkinin düzgün olmasını yoxlamaq üçün istifadə edir. Təqsirləndirilən şəxs həmçinin əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli “Nokia” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd şəffaf rəngli sellofan bükümündə olan kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib edilib iştirakçılar və onun tərəfindən imzalanmışdır. Sualları cavablandırarkən Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında qeyd etdiklərinin əsası yoxdur, keçirdikləri əməliyyat tədbiri və şəxsi axtarışın aparılmasında iştirakları zamanı həmin şəxsə qarşı hər hansı qanunsuz hərəkətə yol verməmiş, ona təzyiq göstərməmişlər. Ona edilmiş təklif əsasında Təqsirləndirilən şəxs özü əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 03 ədəd şəffaf rəngli sellofan bükümü və gümüşü rəngli elektron tərəzini çıxararaq təqdim etmiş, sorğu zamanı 03 ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu, narkotik vasitə heroini 75 manat müqabilində alıb üzərində saxladığını, həmin narkotik vasitəni tanışlarına aparıb verməklə onlardan pul müqabilində özü üçün narkotik vasitə əldə etdiyini, elektron tərəzini isə narkotik vasitə alarkən onun aldadılmaması və çəkinin düzgün olmasını yoxlamaq üçün istifadə etdiyini bildirməklə əməlini etiraf etmişdir. Bu qeyd edilənlər həmin şəxsin müdafiəçisinin iştirakı ilə baş vermiş və qeydə alınmış video görüntülərdə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1, Şahid2la eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 17 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 16 may 2023-cü il və 20 may 2023-cü il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı Ənvər Məlikov tərəfindən Nizami RPİ-nin NMB-nin əməkdaşları Şahid1, Şahid2, baş inspektor kriminalist Emin Naibovun, 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi və tərcüməçi Camal Bədəlovun iştirakları ilə 16 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona edilən təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli, tozşəkilli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər kütləni və markası məlum olmayan elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş digər əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, narkotik vasitə olan həmin kütlələri Xəqani adlı şəxsdən saxlanılan gün Nizami rayonu ərazisində həm istifadə, həm də satmaq məqsədi ilə 70 manata əldə etdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış video çəkilişin görüntüləri əks olunan 01 ədəd diskə 20 may 2023-cü il traixdə baxış zamanı yuxarıda qeyd olunan halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 45-46, 104) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 may 2023-cü il tarixli 6/2840 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №162” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tərəzi və narkotik vasitəyə bənzər maddə...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,365 qram; 0,421 qram; 0,376 qram, ümumi təmiz çəkisi 1,162 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır, iz mikrohissəcikləri cüzi miqdarda olduğundan təmiz çəkisinin müəyyən edilməsi və digər bükümdə olan heroinlə müqayisəli təhqiqat aparılması mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi 1,162 qram olmuş, tədqiqata 0,15 qram sərf olunmuş, 1,012 qram qalıq qalmışdır. (i.v. 54-57) - 17 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. (i.v. 70) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 may 2023-cü il tarixli 6/3000 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №162” dairəvi möhür əksi olan, “Xaqani Qandayev (imza)...” sözləri və imzalar qeyd edilmiş zərfin içərisində 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,205 qram; 0,183 qram; ümumi təmiz çəkisi 0,388 qram olan qəhvəyi rəngli maddə kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, X2 yaşadığı evdən aşkar olunmuş 02 ədəd bükümdə olan heroin kütləsi ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroin kütləsikimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynilik təşkil edirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi 1,012 qram olmuş, tədqiqata 0,15 qram sərf olunmuş, 0,862 qram qalıq qalmışdır. (i.v. 124-126) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 18 may 2023-cü il tarixli 3017 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 136-137) - 04 avqust 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi olduğundan ona həmin maddə ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxs X2 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdə aşkar olunaraq götürülmüş təmiz çəkisi 1,162 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd gümüşü rəngli elektron tərəzi iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və aparılmış ekspertizalar nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroindən 17 may 2023-cü il tarixli ekspertiza üzrə tədqiqata 0,15 qram, 25 may 2023-cü il tarixli ekspertiza üzrə tədqiqata 0,15 qram sərf edildikdən sonra 0,862 qram heroin və bir ədəd gümüşü rəngli elektron tərəzi saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə verilmiş, Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməsi və götürmə haqqında 16 may 2023-cü il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD-R” diski iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroini əldə etdiyi şəxsə və mənbəyə görə cinayət işindən material ayrılaraq əməliyyat tədbirlərinin davam etdirilməsi üçün Nizami RPİ-nin 25-ci PB-nə göndərilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməməsi və üzərində sadəcə olaraq bir büküm narkotik vasitə heroinin olması barədə ifadəsində göstərdiyi xüsusatlar qeyri-səmimi, qeyri-obyektiv olduğundan və istintaq materialları ilə kifayət qədər təkzib edildiyindən özünü müdafiə xarakterli dəlil kimi qiymətləndirilmiş və sübut kimi qəbul edilməmiş, X2 Təqsirləndirilən şəxs narkotik vasitə heroini satması sübuta yetmədiyindən Xaqani Qandayevin əməli həmin fakt üzrə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olması öz təsdiqini tapmadığından Xaqani Qandayevin əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsin tövsif edilmiş, Xaqani Qandayevin barəsində əlavə araşdırma aparılması üçün ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə zamanı aşkar edilən “Nokia” markalı mobil telefon Nizami RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (i.v. 195-208) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Habelə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 4-cü 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, ...narkotik vasitənin qanunsuz əldə edilməsi dedikdə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Qərarın 9-cu bəndində isə izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tədqiqi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə 03 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0,365 qram, 0,421 qram, 0,376 qram olmaqla ümumi təmiz çəkisi 1,162 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə heroini 75 manat müqabilində əldə edib üzərində saxlamaqla daşımış, 16 may 2023-cü il tarixdə saat 16:30 radələrində Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Nizami rayon polis idarəsinin inzibati binasına gətirilmiş, orada xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0,365 qram, 0,421 qram, 0,376 qram olmaqla ümumi təmiz çəkisi 1,162 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə heroin və bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Hansı ki, qeyd olunanlar məhkəmədə toplanaraq tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmaqla yanaşı, Təqsirləndirilən şəxs işin müəyyən edilmiş faktiki hallarını inkar edəcək hər hansı dəlilini irəli sürə bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində irəli sürülən dəlillər məhkəmə tədqiqi zamanı toplanaraq tədqiq olunan sübutlarla təkzib edilmişdir, məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsinə tənqidi yanaşmaqla, onun məsuliyyətini yüngülləşdirməyə cəhd etməsi kimi qiymətləndirir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 16 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 30) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 16 may 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 95-96) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Xalq Məhkəməsinin 03 avqust 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1 maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 18 iyun 1996-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş; Bakı şəhəri Nəsimi Rayon Xalq Məhkəməsinin 23 may 1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1 maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 12 oktyabr 1998-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 52-2-ci maddəsinə əsasən 02 il 05 ay müddətinə əməyə cəlb olunmaqla cəzası şərti olaraq təyin edilmiş, 22 iyun 1999-cu il tarixdə vaxtından əvvəl şərti olaraq cəzadan azad olunmuş; Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 22 dekabr 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 noyabr 2014-cü il tarixli qərarı ilə cəzasının 09 ay 08 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli qərarı ilə cəzasının 24 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, cəza müddətini çəkib qurtardığı üçün 29 mart 2020-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. (i.v. 144-145, 165-170) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 16 may 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə və üzərində heroinin izləri olan 01 ədəd gümüşü rəngli elektron tərəzi məhv edilməli, maddi sübut olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən üzərində aşkar edilmiş və hazırda Nizami RPİ-də saxlanılan 01 ədəd mobil telefon iş üzrə maddi sübut kimi tanınmadığından onun taleyi həll edilmir, lakin nəzərə alınmalıdır ki, cəza çəkməkdən azad edildikdən sonra Təqsirləndirilən şəxs müraciəti əsasında mobil telefon onun özünə qaytarılmalıdır. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 16 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,862 qram olan narkotik vasitə heroin və üzərində heroinin izləri olan 01 ədəd gümüşü rəngli elektron tərəzi məhv edilsinlər, 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 80 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 23 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 138 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-535/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-535/2023
20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver