Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-536/2025 07.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1981-ci il tarixdə Quba rayonunun Alpan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsdə sürücü vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 26, mənzil 111-də qeydiyyatda olan, 24 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 iyun 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmiş, saxlamış, gəzdirmiş və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə yivliodlu silah hesab edilən 1 ədəd 3930 №-li, TOZ-8 modelli ov tüfəngini və döyüş sursatı hesab edilən 2 ədəd patronu qanunsuz olaraq əldə edib gəzdirməklə idarə etdiyi “Fiat” markalı, **-AL-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerində saxlayaraq Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 222 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 24 iyun 2025-ci il tarixdə, saat 12:35-də yuxarıda qeyd edilən ünvanın yaxınlığında idarə etdiyi avtomobilin yanında piyada olan zaman saxlanılaraq həmin avtomobillə birlikdə ünvan 2 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmaqla həmin tarixdə, saat 14:44-dən etibarən özünün razılığı və iştirakı ilə idarə etdiyi “Fiat” markalı, **-AL-*** qeydiyyat nişanlı avtomobilə videoçəkilişdən istifadə edilməklə keçirilən baxış zamanı avtomobilin arxa yük yerindən sonuncunun qanunsuz olaraq əldə edib gəzdirməklə saxlayaraq daşıdığı 3930 №-li, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş, 5,6 mm kalibrli, tək-tək atılan, yivli-odlu silah hesab edilən TOZ-8 modelli texniki cəhətdən saz və atəş üçün yararlı 1 ədəd ov tüfəngi və zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kiçik kalibrli, həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 2 ədəd patron aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 24 iyun 2025-ci il tarixdə, saat təxminən 12-13 radələrində Bakı şəhəri Nizami rayonu Babək prospektində idarə etdiyi “Fiat” markalı, **- AL-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək saxlamağını bildirib barəsində qəbul edilmiş qərarla onu tanış etmişlər. O da həmin vaxt etiraf edib bildirmişdir ki, idarə etdiyi avtomobilin arxa yük yerində 1 ədəd silah və 2 ədəd patron var. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin İdarəyə getmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa, təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olmadığını bildirmiş, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində ***-***-**-** mobil nömrə olan 1 ədəd “Honor” markalı mobil telefonu, şalvarının sağ arxa cibindən 1 ədəd şəxsiyyət vəsiqəsini, şalvarın sol yan cibindən 5 manat pulu və açarlarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən mobil telefonu və şəxsiyyət vəsiqəsi götürülmüş, 5 manat pul və açarlar isə özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı o, idarə etdiyi “Fiat” markalı, **-AL-*** qeydiyyat nişanlı avtomobilində silah və 2 ədəd patron saxladığını bildirərək avtomobilinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonra idarə etdiyi avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmaması barədə ərizəsi alınmışdır. Daha sonra idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Ona avtomobildə qanunsuz əşya və ya digər predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, idarə etdiyi avtomobilin arxa yük yerini açaraq orada olan sellofanı qaldırıb 1 ədəd odlu silahı və avtomobilin arxa yük yerinin sol tərəfində olan ciblikdəki 2 ədəd patronu göstərmişdir. Bundan sonra avtomobilindən aşkar olunmuş 1 ədəd odlu silaha və 2 ədəd patrona polis əməkdaşı tərəfindən baxış keçirilmişdir. Daha sonra idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş predmetlər polis əməkdaşı tərəfindən qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən avtomobilin ön saxlanc yerindən 1 ədəd idarə etdiyi avtomobilə məxsus qeydiyyat şəhadətnaməsi polis əməkdaşı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı idarə etdiyi avtomobildən aşkar olunmuş 1 ədəd silahı və 2 ədəd patronu təxminən 10 gün əvvəl yaşadığı evin yaxınlığında olan məişət tullantıları üçün nəzərdə tutulan qabların kənarından hazırda olduğu formada tapdığını, həmin predmetlərin ona məxsus olduğunu, həmin predmetləri marağı olduğu üçün özündə saxladığını, aşkar olunmuş predmetlərdən istifadə etmədiyini, həmin predmetlərin hər hansı bir hissəsindən heç kimə pay vermədiyini və satmadığını, onda olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. İdarə etdiyi avtomobilə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol düzgün tərtib edildiyindən o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmin predmetlər onda maraq oyatdığı üçün onları özündə saxlamış, başqa hər hansı məqsədi olmamış, heç bir cinayətin törədilməsində istifadə etməmiş, həmin predmetlərin onda olmasından heç kimin xəbəri olmamış, başqa heç bir yerdə odlu silah və ya döyüş sursatı, soyuq silah saxlamamışdır. Nə saxlanılan zaman, nə də şəxsi axtarış zamanı heç bir fiziki və ya psixi təyziqə məruz qalmamış, eləcə də polis əməkdaşlarına müqavimət göstərməmişdir. Üzərində hər hansı bir xəsarəti olmamışdır. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmanlıq çəkdiyini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 iyun 2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, qrupa Baş İdarənin əməliyyat müvəkkiləri X2 və X1 daxil edilmişdir. 24 iyun 2025-ci il tarixdə, saat 12-13 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayonu Babək prospekti ərazisində olması müəyyən edilmiş və həmin yerə getmişlər. Həmin gün saat 12:35-də Bakı şəhəri Nizami rayonu, ünvan 3 ünvanında “Fiat” markalı, **-AL-*** qeydiyyat nişanlı avtomobilin yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və ondan da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatları əldə edib saxlama və daşımaqda şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu Baş İdarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda idarə etdiyi “Fiat” markalı, **-AL-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerində silah və patron var. Bundan sonra Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Baş İdarəyə getmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin Təhqiqat Şöbəsinin təhqiqatçısı Əli Sadıqlı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı video çəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində odlu silah, döyüş sursatları, o cümlədən digər qanunla qadağan edilmiş əşya və predmetlər olmadığını bildirib əynində olan göy rəngli cins şalvarının ciblərindən 1 ədəd mobil telefonu, 1 ədəd şəxsiyyət vəsiqəsini, dəqiq xatırlamadığı məbləğdə pul vəsaitini və açarları çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd mobil telefona keçirilən baxış zamanı həmin mobil telefonun “Honor” markalı olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon və özünə məxsus şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüş, aşkar edilmiş pul vəsaitləri Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi açarlardan 1 ədədinin yaşadığı evə, 1 ədədinin qaraja, 1 ədədinin isə idarə etdiyi “Fiat” markalı, **-AL-*** qeydiyyat nişanlı avtomobilə məxsus olduğunu, avtomobilində silah, həmçinin 2 ədəd patron olduğunu və bununla bağlı idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Həmin açarlar Təqsirləndirilən şəxs geri qaytarılmış, bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol düzgün tərtib edildiyindən o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə idarə etdiyi “Fiat” markalı, **-AL-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə başlanmışdır. Baxış keçirilməsindən öncə ona baxışın video çəkilişdən istifadə edilməklə həyata keçiriləcəyi, o cümlədən baxışda iştirak edən şəxslərin adları barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs baxış iştirakçılarına və baxışın video çəklişdən istifadə edilməklə həyata keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Baxış zamanı ona təklif edilmişdir ki, idarə etdiyi “Fiat” markalı, **-AL-*** qeydiyyat nişanlı avtomobildə odlu silah, döyüş sursatı, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs avtomobilinin arxa yük yerini açaraq orada olan sellofanı qaldırıb tüfəngə oxşar predmeti təqdim etmiş və arxa yük yerinin sol tərəfini göstərərək orada ciblikdə 2 ədəd patron olduğunu bildirmişdir. Onlar tərəfindən tüfəng tipli dəmir predmet yoxlanılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 1 ədəd tüfəng tipli dəmir predmeti və 2 ədəd patrona oxşar dəmir predmeti təxminən 10 gün əvvəl yaşadığı evin yaxınlığında olan məişət tullantıları üçün nəzərdə tutulan qabların kənarından hazırda olduğu formada tapdığını, həmin predmetlərin özünə məxsus olduğunu, onları marağı olduğu üçün özündə saxladığını, aşkar olunmuş predmetlərdən istifadə etmədiyini, həmin predmetlərin hər hansı bir hissəsindən heç kimə pay vermədiyini və satmadığını, özündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Daha sonra “Fiat” markalı, **-AL-*** qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş 1 ədəd tüfəng tipli predmet və 2 ədəd patron tipli predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin ön saxlanc yerindən aşkar edilmiş 1 ədəd qeydiyyat şəhadətnaməsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra avtomobilə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol düzgün tərtib edildiyindən o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamış, eyni zamanda Təqsirləndirilən şəxs saxlanılan zaman heç bir müqavimət göstərməmiş və onlara heç bir xəsarət yetirməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 24 iyun 2025-ci il tarixli qərardan görünür ki, material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 24 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində odlu silah, döyüş sursatları, o cümlədən digər qanunla qadağan edilmiş əşya və predmetlər olmadığını bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd mobil telefonu, həmin şalvarın sağ arxa cibindən 1 ədəd vəsiqəni və həmin şalvarın sol yan cibindən pulu və açarları çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd mobil telefona keçirilən baxış zamanı həmin mobil telefonun “Honor” markalı olması, deməsinə görə içərisində ***-***-**-** saylı mobil nömrənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon və özünə məxsus şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra 5 manat olması müəyyən edilən pul vəsaiti Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi açarlardan 1 ədədinin yaşadığı evə, 1 ədədinin qaraja, 1 ədədinin isə idarə etdiyi “Fiat” markalı, **-AL- *** qeydiyyat nişanlı avtomobilə məxsus olduğunu, avtomobilində silah, həmçinin 2 ədəd patron olduğunu və bununla bağlı idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Daha sonra həmin açarlar Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir. (i.v. 27-28) - 24 iyun 2025-ci il və 30 iyun 2025-ci il tarixli protokollardan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti başa çatdıqdan sonra 24 iyun 2025-ci il tarixdə, saat 14:44-dən etibarən Təqsirləndirilən şəxs idarə etdiyi “Fiat” markalı, **-AL-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə başlanmışdır. Avtomobilə baxış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə odlu silah, döyüş sursatı, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa, könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs avtomobili açaraq baxışa təqdim etmiş və idarə etdiyi avtomobilin arxa yük yerini açaraq orada olan sellofanı qaldırıb tüfəngə oxşar predmeti təqdim etmiş və arxa yük yerinin sol tərəfini göstərərək orada ciblikdə 2 ədəd patron olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları 1 ədəd tüfəng tipli dəmir predmet yoxlanılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 1 ədəd tüfəng tipli dəmir predmeti və 2 ədəd patrona oxşar dəmir predmeti saxlanılmamışdan təxminən 10 gün əvvəl yaşadığı evin yaxınlığında olan məişət tullantıları üçün nəzərdə tutulan qabların kənarından hazırda olduğu formada tapdığını, həmin predmetlərin özünə məxsus olduğunu, həmin predmetləri marağı olduğu üçün özündə saxladığını, aşkar olunmuş predmetlərdən istifadə etmədiyini, həmin predmetlərin hər hansı bir hissəsindən heç kimə pay vermədiyini və satmadığını, özündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Daha sonra “Fiat” markalı, **-AL-*** qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş 1 ədəd tüfəng tipli predmet və 2 ədəd patron tipli predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin ön saxlanc yerindən aşkar edilmiş 1 ədəd qeydiyyat şəhadətnaməsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Baxış keçirilmə və əşyaların götürülməsi zamanı qeydə alınmış video görüntüyə baxış keçirilərkən həmin halın öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 32-34, 102-103) -Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəməballistik ekspertizasının 24 iyun 2025-ci il tarixli, 25/1041 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd, 3930 №-li silah, keçmiş “SSRİ” dövlətində Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş 5,6 mm kalibrli, TOZ-8 modelli tək-tək atılan ov tüfəngidir, odlu yivli silahdır. Həmin silah quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 02 ədəd patronlar xarici dövlətdə, zavod üsulu ilə istehsal olunmuş, həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 5,6 mm kiçik kalibrli patronlardır, döyüş sursatı hesab olunur, istifadəyə və atəşə yararlıdırlar. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən güll-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edildi. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Qeyd: təqdim edilmiş 2 ədəd 5,6 mm kalibrli patronlardan 1 ədədi eksperimental atəş zamanı istifadə olundu. (i.v. 44-47) - 26 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa yük yerindən aşkar edilərək götürülmüş 3930 №-li, TOZ-8 modelli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş, 5,6 mm kalibrli, yivli oldu silah hesab edilən 1 ədəd ov tüfəngi və zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kiçik kalibrli, həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 1 ədəd patron maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələləri həll edilənədək saxlanılmalarından ötrü DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (i.v. 91-92) - 23 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilməklə ona həmin maddə ilə yenidən ittiham elan edilmiş, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd açarın və 5 manat pul vəsaitinin onun özünə geri qaytarılması nəzərə alınmış, baxış və götürmə istintaq hərəkəti zamanı aparılmış video çəkilişi əks etdirən 1 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa yük yerindən aşkar edilərək götürülmüş 3930 nömrəli, TOZ-8 modelli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş, 5,6 mm kalibrli, yivli oldu silah hesab edilən 1 ədəd ov tüfənginin və zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kiçik kalibrli, həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 1 ədəd patronun maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələləri həll edilənədək saxlanılmalarından ötrü DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmış, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Honor” markalı mobil telefonun sonuncunun yaxın qohumlarına və ya müdafiəçisinə qaytarılması qərara alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.2.1, 228.2.2 və 228.2.3-cü maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə saxladığı odlu silahı və döyüş sursatlarını təqdim etməsi Azərbaycan Respublikası CM-nin 228-ci maddəsinin qeyd hissəsinə əsasən könüllü təhvil vermə kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş odlu silahın və döyüş sursatı hesab edilən patronların əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə ayrıca icraata material ayrılmışdır. (i.v. 127-141) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə – iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin “Qeyd”inə əsasən bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, irəli sürülmüş ittihamda əksini tapan odlu silahı və döyüş sursatını Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib saxlamış, gəzdirmiş və daşımış, həmin əşyaları könüllü surətdə təhvil verməyərək saxlamış, yalnız bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİNin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 24 iyun 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində aşkar edilərək ondan götürülmüşdür. Belə olan halda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228-ci maddəsinin “Qeyd”ində nəzərdə tutulduğu qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 228.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 24 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 19) - 25 iyun 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 24 iyun 2025-ci il tarixdən hesablanmışdır. (i.v. 86-89) -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 iyul 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 107-108) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli Qərarının 28-ci bəndində göstərilmişdir ki, ...bu növ cinayətlər törətmiş şəxslərə cəza təyin edilərkən onların hərəkətlərinin məqsədi və motivi, talanmış odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatlarının, partlayıcı maddələr və qurğuların əldə edilmə mənbəyi və ələ keçirmə üsulu, onların növü, miqdarı, dəyəri və döyüş xüsusiyyətləri nəzərə alınmalıdır. Cinayət qanunvericiliyinə görə, CM-nin 228-ci maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyekti silah, döyüş sursatı, partlayıcı qurğularla davranma sahəsində ictimai təhlükəsizlikdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun odlu silah və döyüş sursatı əldə etməklə qəsdən az ağır cinayət əməli törətməsini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 24 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış, müvafiq qaydada götürülməklə DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən odlu silah və döyüş sursatı hesab edilən patron cinayətin aləti olduğuna görə CPM-nin 132.1.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təһvil verilməli, içərisində video görüntülərin əks olunduğu 2 ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olan ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına uyğun olaraq) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkməsinin başlanğıcı 24 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülməklə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 1 ədəd 3930 nömrəli, 5,6 mm kalibrli, yivli odlu silah hesab edilən TOZ-8 modelli 1 ədəd tüfəng və zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kiçik kalibrli, həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 1 ədəd patron dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təһvil verilsin, içərisində video görüntülərin əks olunduğu 2 ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 30 iş saat göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 330 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-536/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-536/2025
07.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver